Məhkəmə qərarları › İş №1-1(092)-24/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-24/2025

15.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-24/2025 15.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan MR Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N006-cı il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində N8 fevral N5-ci il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 aprel N4-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün pulemyot manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N3 dekabr N4-cü il tarixdə saat N0:00-dan saat NN:00-dək həmin bölüyün şərti olaraq “Göygöl” adlanan döyüş mövqeyində N-ci növbə döyüş növbətçiliyinə təyin edilmiş və növbədə olarkən saat NN:10-da həmin gün 3-cü növbə döyüş növbətçiliyinə təyin edilmiş, həmin bölüyün 3-cü motoatıcı taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs vaxtında gəlib döyüş növbətçiliyini təhvil almaması səbəbindən aralarında mübahisə yaranmışdır. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38, 4N, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələbləri kobud surətdə pozub, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq söz işlətməsi səbəbindən əsgər yataqxanasının sağ tərəfində əsgər Zərərçəkmiş şəxslə tutaqlaşmış, hər ikisinində yer qar olduğundan sürüşərək yerə yıxılmış, daha sonra bir-birlərinin ünvanına nalayiq söz işlədib, hər iki əli ilə gödəkcəsinin yaxasından tutub özünə tərəf çəkərək başı ilə sifət nahiyəsinə bir zərbə endirməklə ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “burun tənəffüsünün çətinləşməsi və hər iki göz ətrafı nahiyənin qançırları ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişən sınığı” xəsarətini yetirməklə sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N3 dekabr N4-cü il tarixdə, saat N0:00-dan saat NN:00-dək döyüş növbəsinə təyin olunduğunu, həmin gün saat NN radələrində şərti olaraq “Göygöl” adlanan bölük mərkəzində döyüş növbəsini aparan zaman əsgər Zərərçəkmiş şəxs döyüş növbəsini dəyişmək üçün onun yanına gəldiyini, döyüş növbəsini dəyişdirici kimi MAHHXHQ kiçik çavuş ŞahidN dəyişməli olsa da, onu görmədiyini, əsgər Zərərçəkmiş şəxs döyüş növbətçiliyin gec gəlib dəyişdiyini, əsgər Zərərçəkmiş şəxs cibindən kağız çıxardan zaman süngü-bıçağı ona uzadaraq götürməsini dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona “əlimdə kağız var, atım, gəlib götürəcəyəm” dediyini, sonra əsgər Zərərçəkmiş şəxs gəlib ondan süngü-bıçağı aldığını, yataqxanaya girmək istəyəndə Zərərçəkmiş şəxs “niyə vaxtında gəlib növbəni təhvil almırsan?” dediyini, əsgər Zərərçəkmiş şəxs isə ona nalayiq söz işlədərək, gəl yanıma, söhbət edək” dediyini, həmin vaxt saat NN:10 radələri olduğunu, əsgər Zərərçəkmiş şəxs yataqxananın sağ tərəfində olduğundan onun yanına getdiyini, həmin vaxt onunla arasında sözlü mübahisə yarandığını, sonra onunla tutaşdığını, yer qar olduğundan hər ikisi yerə yıxıldıqlarını, həmin vaxt yataqxananın ətrafında itlərin hürməsini eşidib onların heç kimin görməməsi üçün ayağa qalxıb yataqxananın qarşısına keçdiklərini, bu zaman əsgər Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söz işlətməsinə görə əsəbləşdiyini, əsgər Zərərçəkmiş şəxs isə ona “bayaq gördük kim-kimi döydü” cavabını verdiyini, əsgər Zərərçəkmiş şəxs verdiyi cavaba görə əsəbiləşib əli ilə onun gödəkcəsinin yaxasından tutub özünə tərəf dartaraq burun nahiyəsinə başı ilə bir zərbə vurduğunu, bundan sonra oradan aralanıb yataqxanaya getdiyini, heç kimə bu barədə heç nə deməyib yatdığını, N4 dekabr N4-cü il tarixdə, səhər baxışı zamanı MAHHXHQ kiçik çavuş ŞahidN əsgər Zərərçəkmiş şəxs burun nahiyəsindən xəsarət almasını görüb bu barədə bölük komandirinin şəxsi heyyətlə iş üzrə müavini kapitan Şahid3 məruzə etdiyini, kapitan Şahid3 onları yanına çağırıb nə üçün mübahisə etdiklərini soruşan zaman ona hadisəni olduğu kimi danışdıqlarını, daha sonra baş vermiş hadisə barədə hərbi hissəyə məruzə edildiyini, həmin gün onlar hərbi hissəyə gətirildiyini, sonrakı günlərdə hərbi hospitalda müayinə olunan zaman əsgər Zərərçəkmiş şəxs burnunda sınıq olması aşkar edildiyini, tutduğu əməldən peşman olduğunu, əsgər Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs, Şahid1, həmçinin məhkəmədə ifadə vermiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborun N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ kiçik çavuş ŞahidN ifadəsində N3 dekabr N4-cü il tarixdə, saat 00:00-dan “Göygöl” bölük mərkəzinin ətrafında təşkil olunan döyüş növbətçiliyi üzrə dəyişdirici kimi təyin olunduğunu, həmin gün ərzində dəyişdirici kimi növbələri dəyişdirdiyini, həmin gün saat N1:55-də sonuncu növbəni dəyişmək üçün yataqxananın foyesinə çıxdığını, həmin vaxt yeməkxana naryadı olan əsgərlərdən biri onu çağırdığından yeməkxanaya getdiyini, bu zaman təmizliyin tam yerinə yetirilmədiyini görüb həmin əsgərə tapşırıqlarını verdiyini, lakin yeməkxana naryadı olan həmin əsgərin ad-soyadını xatırlamadığını, bundan sonra növbəni dəyişməli olduğunu xatırladığını, yeməkxanadan çıxıb çölə keçəndə artıq yeni növbə olan əsgər Zərərçəkmiş şəxs yataqxananın sol tərəfində xidmət apardığını gördüyünü, əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb növbəni kimin dəyişdirdiyini soruşanda əsgər Zərərçəkmiş şəxs ona “siz gəlmədiyinizə görə biz özümüz dəyişdik, süngü-bıçağı təhvil verdik” dediyini, bundan sonra yataqxanaya qayıtdığını, saat 00:00-da növbəni təhvil verənədək bir neçə dəfə növbəni yoxladığını, saat 00:00-da növbəni ona təhvil verdiyini, saat 06:30-da “qalx” komandası verildiyini, həmin vaxt manqa komandiri kimi şəxsi heyəti yataqxananın içərisində düzüb səhər baxışı keçirdiyini, bu zaman əsgərlərdən kimsə əsgər Zərərçəkmiş şəxs burnunun şişdiyini, gözünün altının qaraldığını dediyini, əsgər Zərərçəkmiş şəxs yanına çağırdığını, həmin vaxt ondan necə xəsarət aldığını soruşduğunu, o da gecə əsgər Təqsirləndirilən şəxslə arasında mübahisə yarandığını, həmin vaxt əsgər Təqsirləndirilən şəxs başı ilə onun burnundan vurduğunu dediyini, həmin vaxt bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Şahid3 məruzə etdiyini, kapitan Şahid3 onlardan nə baş verdiyini soruşduğunu, daha sonra kapitan Şahid3 bu barədə hərbi hissəyə məruzə etdiyini, həmin gün hər iki əsgər hərbi hissəyə endirildiyini, araşdırma aparıldığını, araşdırma müddətində N3 dekabr N4-cü il tarixdə, saat N1:55-də növbəni dəyişən zaman əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxslə mübahisə etdiyini, əsgər Təqsirləndirilən şəxs sağ əli ilə onun yaxasından tutub, sonra boynunu sağ qolunun arasına salıb sıxdığını, sonra əsgər Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlədib hər iki əli ilə onun yaxasından tutub başı ilə burundan vurmasını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisinin köməkçisi-şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən kapitan Şahid3 ifadəsində N4 dekabr N4-cü il tarixdə, “Göygöl” bölük mərkəzində olarkən, saat 07 radələrində MAHHXHQ kiçik çavuş ŞahidN əsgər Zərərçəkmiş şəxs təqdim edib onun əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini, Zərərçəkmiş şəxs onu nalayiq söz işlətdiyindən əsgər Təqsirləndirilən şəxs onu vurduğunu dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs burnunun şişdiyini gördüyünü, ondan nə baş verdiyini soruşanda əsgər Zərərçəkmiş şəxs ona gecə saat NN radələrində növbəni dəyişən zaman əsgər Təqsirləndirilən şəxslə mübahisə etdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs başı ilə burnundan bir dəfə vurduğunu dediyini, daha sonra əsgər Təqsirləndirilən şəxs yanına çağırıb bu barədə soruşanda o, əsgər Zərərçəkmiş şəxs dediklərini təsdiq etdiyini, bu barədə tabor komandirinə məruzə etdiyini və verilən tapşırıq əsasında hər iki əsgəri özü ilə birlikdə hərbi hissənin daimi yaşayış məntəqəsinə gətirdiyini, sonrakı günlərdə həmin hadisə ilə bağlı araşdırma aparıldığını, araşdırma müddətində əsgər Zərərçəkmiş şəxs burnunda sınıq olmasını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborun N-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şahid4 ifadəsində N4 dekabr N4-cü il tarixdə, saat 06:30-da “qalx” komandasından sonra səhər baxışı zamanı əsgər yoldaşı Zərərçəkmiş şəxs burun nahiyəsində şişlik, gözünün altında isə qaralmanı gördüyünü, ondan burnuna və gözünə nə olduğunu soruşan zaman əsgər Zərərçəkmiş şəxs cavab vermədiyini, daha sonra bu barədə manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidN məruzə etdiyini, ŞahidN həmin vaxt bölük mərkəzində olan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Şahid3 bu barədə məruzə etdiyini, əsgər yoldaşları söhbət edən zaman axşam əsgər Zərərçəkmiş şəxs növbəni gec dəyişdiyi üçün əsgər Təqsirləndirilən şəxslə mübahisə etdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs onun yaxasından tutub başı ilə burun nahiyəsinə xəsarət yetirdiyini eşitdiyini, həmin gün onlar hərbi hissəyə endirildiyini, sonrakı günlərdə həmin hadisə ilə bağlı araşdırma aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborun N-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şahid5 ifadəsində N4 dekabr N4-cü il tarixdə saat 06:30-da “qalx” komandasından sonra səhər baxışı zamanı yataqxanada düzülən zaman əsgər Zərərçəkmiş şəxs burun nahiyəsində şişlik olmasını, gözünün alt hissəsində isə qaralma olmasını gördüyünü, əsgər Zərərçəkmiş şəxs burnuna və gözünə nə olmasını soruşan zaman cavab vermədiyini, sıra düzülüşü zamanı manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidN görüb bölük mərkəzində olan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Şahid3 məruzə etdiyini, kapitan Şahid3 onların hər ikisini yanına çağırıb söhbət etdiyini, sonra əsgər yoldaşları söhbət edən zaman axşam döyüş növbəsində əsgər Zərərçəkmiş şəxs növbəni gec dəyişdiyi üçün əsgər Təqsirləndirilən şəxs onunla mübahisə etdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs onun yaxasından tutub başı ilə onun burun nahiyəsinə xəsarət yetirdiyini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborun N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şahid6 ifadəsində N4 dekabr N4-cü il tarixdə, saat N0:00-dan saat NN:00-dək əsgər Təqsirləndirilən şəxslə N-ci növbə olaraq döyüş növbəsinə təyin edildiyini, saat NN:00-da döyüş növbəsinin dəyişilmə vaxtı dəyişdirici MAHHXHQ kiçik çavuş ŞahidN gəlmədiyini, əsgər Şahid1 ilə növbəni öz arasında dəyişərək, süngü-bıçağı ona təhvil verdikdən sonra yataqxanaya getdiyini və yatdığını, səhər “qalx” komandasından sonra saat 06:30-da yataqxanada səhər baxışına düzülərkən əsgər Zərərçəkmiş şəxs burun nahiyəsində şişlik, gözünün altında isə qaralma olmasını gördüyünü, əsgər Zərərçəkmiş şəxs burnuna və gözünə nə olmasını soruşan zaman o, cavab vermədiyini, daha sonra bu barədə manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidN məruzə edildiyini, o da həmin vaxt bölük mərkəzində olan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Şahid3 məruzə etdiyini, kapitan Şahid3 onların hər ikisini yanına çağırıb söhbət etdiyini, lakin həmin vaxt onların nə söhbət etdiklərini eşitmədiyini, sonra əsgər yoldaşlarından axşam döyüş növbəsində olan zaman əsgər Zərərçəkmiş şəxs növbəni gec dəyişdiyi üçün əsgər Təqsirləndirilən şəxslə aralarında mübahisələri olduğunu, həmin vaxt əsgər Təqsirləndirilən şəxs onun yaxasından tutub başı ilə onun burun nahiyəsinə xəsarət yetirdiyini eşitdiyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.N5-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, hazırda hərbi xidmətini başa vurub tərxis olunduğunu və səhhətilə əlaqədar Bakı şəhərində müalicə olunduğundan üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, Təqsirləndirilən şəxsı bağışladığını, ondan heç bir şikayəti və tələbi olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini, məhkəmə hazırlıq və məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə Şahid1 xx.xx.N5-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, halhazırda hərbi xidmətini başa vurub tərxis olunduğunu, səhhətilə əlaqədar müalicə aldığı üçün üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ifadəsində göstərmişdir ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində, N nömrəli hərbi hissənin şərti olaraq “Göygöl” adlanan bölük mərkəzinə xidmətə təyin olunandan sonra görüb tanımış, o, bölük mərkəzində pulemyot manqasında heyət nəfəri vəzifəsində xidmət etdiyindən onunla tabelik münasibəti, həmçinin onunla qohumluq münasibəti, düşmənçilik və ədavəti olmamışdır. N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun, N-ci motoatıcı bölüyünün 3-cü manqasında atıcı sanitar vəzifəsində xidmət edərkən N3 dekabr N4-cü il tarixdə əsgər Şahid1 ilə 3-cü növbə olaraq bölük mərkəzində döyüş növbətçiliyinə təyin olunmuş, həmin gün Şahid1 sonuncu dəfə saat NN:00 saat 00:00-dək döyüş növbətçiliyinə təyin edilmişdir. Saat N1:55-də hazırlaşıb kitablara imza çəkmiş, əsgər çəkmələrini geyinmiş və yataqxanadan çölə çıxmışdır. Həmin vaxt dəyişdirici manqa komandiri MAHHXHQ əsgər ŞahidN axtarsa da, onu tapa bilməmiş, buna görə həmin vaxt yataqxananın qarşısında olan əsgər Təqsirləndirilən şəxs yanına növbəni ondan təhvil almaq üçün getmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs süngübıçağı uzadanda ona bir dəqiqə səbirli olmasını, götürəcəyini demiş, həmin vaxt əlindəki kağızları atmaq üçün yaxınlıqda olan zibil qabına getmək istəmiş, həmin müddətdə MAHHXHQ kiçik çavuş ŞahidN gəlib növbəni dəyişəcəyini düşünmüşdür. Əsgər Təqsirləndirilən şəxs isə uca səslə “səni çox gözləyəcəm?” demiş, buna görə süngü-bıçağı ondan təhvil almışdır. MAHHXHQ kiçik çavuş ŞahidN gəlmədən əsgər Təqsirləndirilən şəxs yataqxanaya tərəf getmək istəyəndə ona “niyə vaxtında gəlib növbəni almırsan?” demiş, o da əsgər Təqsirləndirilən şəxs növbəni vaxtında dəyişdiyini demiş və niyə qışqırdığını soruşmuş, ona “gəl söhbət edək” demişdir. Həmin vaxt saat NN:10 radələri olmuş, əsgər Təqsirləndirilən şəxs yataqxananın sağ tərəfinə gəlmiş, orada bir az sözlü mübahisə etmiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sağ əli ilə onun yaxasından tutmuş, daha sonra əlini onun yaxasından çəkib sol əli ilə boynundan tutub sağ qolunun arasına salaraq sıxmış, sonra hər ikisi yerə yıxılmışdır. Bölük mərkəzinin ərazisində olan itlər hürməyə başladığından kiminsə onları görməməsi üçün hər ikisi ayağa qalıb yataqxananın qarşısına keçmişlər. Sonra əsgər Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlədərək “səni tanıyıram, səni vurub filan edərəm” demiş, o da əsgər Təqsirləndirilən şəxs “bayaq gördük kim kimi döymüşdü” demişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs onu yataqxananın sağ tərfinə çağırmış, onun yanına çatan kimi əsgər Təqsirləndirilən şəxs hər iki əli ilə onun gödəkcəsinin yaxasından yapışıb özünə tərəf çəkmiş və başı ilə burun nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt burnu qanamış, zəif ağrı hiss eləmişdir. Əsgər Təqsirləndirilən şəxs isə heç nə demədən oradan çıxıb yataqxanaya getmişdir. Burnu qanadığı üçün yerdən qar götürüb burnunu təmizləmiş, həmin vaxt Təqsirləndirilən şəxs yataqxanaya girən kimi əsgər Şahid1 onun yanına gəlmiş, burnunu tutduğundan ondan nə baş verdiyini soruşmuş, ona əsgər Təqsirləndirilən şəxs başı ilə burnundan vurduğunu demişdir. Bundan başqa heç kimə bir söz demədən döyüş növbəsini davam etdirmişdi. Təxminən 15-N0 dəqiqə sonra manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidN gəlib ondan növbənin nə vaxt dəyişdirildiyini soruşmuş, o ŞahidN “sizi görmədiyimizdən özümüz gəlib növbəni dəyişmişik” demişdir. Həmin vaxt sifətində hər hansı xəsarət izi olmadığından ŞahidN xəsarət almağını bilməmiş, ona bu barədə heç nə deməmişdir. Saat 00-da növbəni təhvil verib yataqxanaya getmiş və yatmış, ertəsi gün səhər “qalx” komandasından sonra manqa komandiri MAHHXHQ kiçik çavuş ŞahidN bu barədə məruzə etmiş, o da adiyyəti üzrə məruzə etmişdir. Bölük mərkəzində olan kapitan Şahid3 onları xidməti otağına çağırmış, orada nə baş verdiyini kapitan Cavad Əzizova demişlər. N4 dekabr N4-cü il tarixdə əsgər Təqsirləndirilən şəxslə birlikdə hərbi hissəyə göndərilmiş, daha sonra müayinə üçün hərbi hospitala göndərilmiş, hospitalda rentgen müayinəsi zamanı burnunda sınıq olduğu aşkar edilmişdir. Daha sonra hərbi hissədə araşdırma aparılmış, əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandığını eşitmişdir. Əsgər Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onu bağışlamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. O ifadəsində göstərmişdir ki, N3 dekabr N4-cü il tarixdə, saat NN:00-dan saat 00:00-dək şərti olaraq “Göygöl” adlandırılan bölük mərkəzində əsgər Zərərçəkmiş şəxslə döyüş növbəsinə təyin edilmiş, həmin gün saat N1:55-də növbəyə hazırlaşıb kitablara imza etmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ondan əvvəl növbəyə çıxmış, təxminən 5- 6 dəqiqə sonra o, növbəyə çıxmışdır. Həmin vaxt növbəni dəyişməli olan MAHHXHQ kiçik çavuş ŞahidN gələcəyini fikirləşib əsgər Şahid6 yanına getmiş, lakin ŞahidN gəlmədiyini görüb növbəni əsgər Şahid6la öz aralarında dəyişdikdən sonra xidməti təşkil edib aparmağa başlamışdır. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs görməmiş, daha sonra yataqxananın sağ tərəfinə keçən zaman əsgər Təqsirləndirilən şəxs oradan getməsini görmüş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını görüb ondan nə baş verdiyini, nə səbəbə burnunun qanadığını soruşmuş, əsgər Zərərçəkmiş şəxs ona əsgər Təqsirləndirilən şəxs onunla mübahisə etdiyini, yaxasından tutub başı ilə burnundan vurduğunu demişdir. Əsgər Zərərçəkmiş şəxs köməklik edib burnunu təmizləmiş, sonra öz yerinə qayıdıb xidmətini aparmışdır. Bu barədə heç kimə məruzə etməmiş, gecə boyu MAHHXHQ kiçik çavuş ŞahidN gəlib onları yoxlasa da, bu barədə ona bir söz deməmiş, əsgər Zərərçəkmiş şəxs özünün bu barədə deyəcəyini düşünmüşdür. Gecə saat 00-da növbəni təhvil verib yataqxanaya getmiş, ertəsi gün, yəni N4 dekabr N4-cü il tarixdə səhər “qalx” komandasından sonra əsgər Zərərçəkmiş şəxs burnunun şişməsini görən MAHHXHQ kiçik çavuş ŞahidN hadisə barədə kapitan Şahid3 məruzə etmiş, həmin hadisə aidiyyəti üzrə məruzə edildikdən sonra həmin gün əsgərlər hərbi hissəyə göndərilmişlər. Sonrakı günlərdə həmin hadisə ilə bağlı araşdırma aparılmağa başlanmış, özü də Təhqiqat xidmətinə izahat vermiş, 10 yanvar N5-ci il tarixdə isə ordu sıralarından tərxis olunmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin, zərər çəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 3N9-cu və 330-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında N3 yanvar N5-ci il tarixli, 34 №-li qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Qəzənfər Məcidlinin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı N4 dekabr N4-cü il tarixli raportdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N4 dekabr N4-cü il tarixdə “burun tağının küt travması, burun sümüyünün qapalı az yerdəyişmiş sınığı, göz qapaqlarının dəri hematomasi əlaməti ilə” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, 308 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs xidmət yerinin hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 1ci motoatıcı taqımının 3-cü manqasının (qırxlar) atıcı-sanitarı vəzifəsindən - həmin hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasına (göygöl) atıcı-sanitar vəzifəsinə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, 308 №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs xidmət yerinin hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün Nci pulemyot manqasının heyət nəfəri vəzifəsindən - həmin hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün pulemyot manqasına heyət nəfəri vəzifəsinə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N0-N1-ci vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdirlər. Cinayət işinin 1-ci cildinin NN-N3-cü vərəqələrinə əlavə edilmiş xidməti vərəqələrdən görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, lakin əsgər Zərərçəkmiş şəxs təyin olunmayan yerdə siqaret çəkdiyi üçün xx.xx.N4-cü il tarixdə Töhmət, əsgər Təqsirləndirilən şəxs isə normativləri zəif bildiyinə görə xx.xx.N4-cü il tarixdə Töhmət cəza növü ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin N6-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin yaralanma və travma hallarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N4 dekabr N4-cü il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, həmin gün N05 nömrəi hərbi hospitala təxliyyə edilərək ona “burun tağının küt travması, burun sümüyünün qapalı az yerdəyişmiş sınığı, göz qapaqlarının dəri hematomasi əlaməti ilə” diaqnozu qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin N7-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş N6 dekabr N4-cü il tarixli, 737 №-li arayışda, N nömrəli hərbi hissənin 1-ci taborun N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı sanitar vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə həmin bölüyün pulemyot manqasının heyət nəfəri atıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 4N-43-cü vərəqələrinə əlavə edilmiş 08 yanvar N5-ci il tarixli, 676 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı almış olduğu xəsarət - burun tənəffüsünün çətinləşməsi və hər iki gözətrafı nahiyənin qançırları ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişən sınığı - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qırarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi də istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsinə əlavə edilmiş 16 yanvar N5-ci il tarixli, 185 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsinə əlavə edilmiş Mingəçevir Şəhər X1 verilmiş N7 yanvar N5-ci il tarixli, 89 №-li məktubda Təqsirləndirilən şəxs Mingəçevir şəhər XN psixiatrik müşahidədə olmadığı və müraciət etmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 1 fevral N5-ci il tarixli, 3-N8- N9/N-937/N5 nömrəli, 8 fevral N5-ci il tarixli, 3-N8-N9-3-N8/N-1356/N5 nömrəli və 17 fevral N5-ci il tarixli, 3-N8-N9-3-N8/N-1356/N5 nömrəli məktublarında Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 100-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 18N №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib bütün növ təminatlara qoyulduğu, həmin hərbi hissənin 4-cü motoatıcı taborun 13-cü motoatıcı bölüyünün N-ci manqasının heyət nəfəri vəzifəsinə təyin olunduğu görünür. Cinayət işinin 1-ci cildinin 101-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, 308 №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs xidmət yerinin hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün Nci pulemyot manqasının (naapet) heyət nəfəri vəzifəsindən - 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün pulemyot manqasına (naapet) heyət nəfəri vəzifəsinə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 10N-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, N59 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib bütün növ təminatlara qoyulduğu və hərbi hissənin 1-ci motoatıcı taborun N-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının 1-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, N84 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs xidmət yerinin hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının 1-ci manqasının atıcı-sanitarı vəzifəsindən - 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının 3-cü manqasına atıcı-sanitar vəzifəsinə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, 308 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs xidmət yerinin hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 1ci motoatıcı taqımının 3-cü manqasının (qırxlar) atıcı-sanitarı vəzifəsindən - 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasına (göygöl) atıcı-sanitar vəzifəsinə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 105-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N8 yanvar N5-ci il tarixli, N9 №-li əmrindən çıxarışda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 1-ci manqasının atıcı-sanitarı əsgər Zərərçəkmiş şəxs N8 yanvar N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin sıyahısından, bütün növ təminatlarından çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə göndərildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 133-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 xx.xx.N5-ci il tarixli, 19/51- 1NN4 №-li məktubunda Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid1 və digər şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək intizam xarakterli hərbi hissədə saxlama cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 7 (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs xidmət müddəti xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, hərbi xidmətdən tərxis olunduqdan sonra isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və həmin orqanın çağırışına vaxtında gəlmək, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə Probasiya şöbəsi həyata keçirsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar