Məhkəmə qərarları › İş №1-1(092)-25/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-25/2022

21.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-25/2022 21.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XXXXXX qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxx 1983-cü ildə Şahbuz rayonunun Keçili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli (hazırda 17 (on yeddi) və N0 (iyirmi) yaşlarında olan N (iki) övladı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXQHQ-su kimi N №-li hərbi hissənin maddi-texniki təminat taqımının təsərrüfat manqasının aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, halhazırda işsiz, N1 iyul N0NN-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, N nömrəli hərbi hissədə MAHHXQHQ-su əsgər kimi aşpaz vəzifəsində xidmət edərkən 06 iyun N0NN-ci ildə saat 17:08-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, əri X15 məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Naxçıvan şəhəri Heydər Əliyev prospektində işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlayaraq yol ayrıcından sola Həsən Əliyev küçəsinə dönərkən “X30” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin yəni “sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbini pozmuş və nəticədə Həsən Əliyev küçəsinin başlanğıcındakı piyada keçidində yolu soldan sağa keçən, görünüş dairəsində olan Naxçıvan şəhər sakini X16 piyada keçidinin üzərində idarə etdiyi avtomobillə vurmuş, idarəetməni itirib onun üzərindən keçərək, ehtiyatsızlıqdan X19 “sol almacıq nahiyyəsində qançır, çənə nahiyyəsində sıyrıq, sağ çiyin nahiyyəsinin ön səthində sıyrıq, sağ saidin arxa səthində sıyrıq, sol bazunun yuxarı 1/3-hissəsinin ön səthində sıyrıq, sol diz oynağının ön səthində qançır, sağ baldırın ön səthində qançır, bunlardan başqa bədəninin müxtəlif nahiyyələrində çox saylı irili-xırdalı sıyrıq və qançır, sol bazu oynağının çıxığı, döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİİ, V qabırğaların yerini dəyişməyən, İV qabırğanın qismən yerini dəyişən sınığı, sol parasternal xətt üzrə İİ-İİİ-İV qabırğaların yerini dəyişməyən, V qabırğanın isə yerini dəyişərək ürək və perikard qişasını dəlmiş yerini dəyişən sınığı, hər iki ağciyər kökünə və qaraciyərin diafraqma səthində sağ payın üzərində qansızma” ilə müşayiət olunan, sağlamlığına ağır dərəcəli xəsarətlər yetirməklə onun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində N0N0-ci ilin noyabr ayından MAHHXQHQ-su kimi N nömrəli hərbi hissənin, 1-ci tabor, MTT taqımının təsərrüfat manaqasında aşbaz vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, xx.xx.N0NN-ci il tarixdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə görə xidmətdən tərxis olunduğunu, X16 hadisə baş verənədək tanımadığını, onunla arasında qohumluq, ədavət, düşmənçilik olmadığını, 06 iyun N0NN-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi və həyat yoldaşı X15 məxsus “Hyundai Elantra” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərkəzi Hospitaldan çıxdığını, iş yoldaşı X10 şəhəri Avtomobil Satış Bazarının yanında yaşadığı evə apardığını, X33 istiqamətində hərəkət edib idarə etdiyi avtomobillə Naxçıvan şəhəri “Gənclik Mərkəzi” istiqamətində hərəkətini davam etdirdiyini, həmin yolla hərəkət edərək “Al Çiçəyim” gül satış mağazasının qarşısından keçib “N00N Rasim Elektrik” satış mağazasının qarşısındakı piyada keçidinə çatanda svetoforun qırmızı işığının yandığını görüb idarə etdiyi avtomobili yolayrıcından sola dönəcəyi üçün hərərəkət zolağının ən sol zolağında saxladığını, avtomobildə tək olduğunu, işıqforun yaşıl işığı yananda idarə etdiyi avtomobillə hərəkətinə davam edərək yolayrıcına daxil olub sola dönüb hərəkətini davam etdirmək istəyən zaman yolu piyada keçidi ilə sağdan sola keçən iki nəfər qadın piyadanın keçdiyini gördüyünü, bu qadınlar yolu keçdikdən sonra hərəkətinə davam etdiyini, yol ayrıcından sola Həsən Əliyev küçəsinə dönərkən avtomobilin sol ön hissəsinə nəyinsə dəydiyini hiss etdiyini, həmin zaman özünü itirdiyindən tormoz pedalı yerinə qaz pedalını sıxdığını və avtomobilin sürətlənib idarəetmədən çıxdığını, avtomobilin sol tərəfə gedərək bardiyorun üzərindən keçib yaxınlıqda olan kiçik işıq dirəyinə və balaca ağaca dəyib dayandığını, piyadanı vuran zaman sürətinin təxminən 10-15 km/saat olduğunu, piyadanın bir anda maşının sol tərəfindən çıxdığını avtomobilin sol tərəfi ilə onu vurduğunu, piyadanı vurduqdan sonra avtomobilin nəyinsə üstündən keçdiyini, tullanıb-düşdüyünü hiss etdiyini, həmin zaman avtomobillə piyadanın üzərindən keçdiyini, avtomobilin yoldan çıxıb səkinin üzərində dayandığını, avtomobil dayandıqdan sonra özündə olmadığını, sonra polis əməkdaşlarının hadisə yerinə baxış keçirdiyini, təcili tibbi yardım mərkəzinə aparılıb orada sərxoşluq müayinəsindən keçirildiyini, sərxoş olmadığını, spirtli içki və ya hər hansı psixotrop tərkibli maddə, müalicə məqsədi ilə dərman qəbul etmədiyini, hadisə baş verdikdən sonra vurduğu piyadanın adının X19 olduğunu bildiyini, hadisə nəticəsində onun aldığı xəsarətlərdən xəstəxanda vəfat etdiyini, ailəsinə başsağlığı verdiyini, hadisənin qəsdən olmadığını ehtiyatsızlığından istəmədən olduğunu, sola dönən zaman əvvəlcədən piyada X19-u görmədiyini, yolun soluna diqqət etmədiyini, X19-un işıqforda piyadalar üçün yaşıl, avtomobillər üçün isə qırmızı işıq yanan zaman yolu piyada xəttinin üzərindən keçdiyini və onun yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, hadisədən sonra ailəsinin hadisə nəticəsində vəfat etmiş X19-un valideynlərinin yaşadığı evə gedərək üzrxahlıq etdiklərini, zərərçəkmiş şəxsin dəfn və yas mərasimi ilə bağlı bütün xərclərini qarşıladıqlarını, mərhum X19-un və onun anası X1 adına müxtəlif banklarda mövcud olan ümumi məbləği 7000 (yeddi min) manat olan kredit borclarını ödədiklərini, bundan başqa X19-un digər şəxslərə olan borcları üçün onun ailəsinə 10000 (on min) manat məbləğində maddi yardım etdiklərini (bacısı XN4 verdiklərini), zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış bacısı XN5 ilə barışdığını, hüquqi varis X17, o cümlədən mərhum X19-un digər ailə üzvlərinin (anası X1, bacısı XN0) onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 06 iyun N0NN-ci ildə saat 17:08 radələrində idarə etdiyi özünə məxsus “Niva” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan MR Daxili İşlər Nazirliyinin dairəsindən sola dönüb “Rasim N00N” elektirik mağazasına tərəf hərəkət etdiyini, həmin zaman avtomobildə dostu ŞahidN da olduğunu, onun avtomobilin ön sağ tərəfində oturduğunu, avtomobildə ikisindən başqa heç kəsin olmadığını, hərəkətdə olduğu yolla qarşıdakı yolun kəsişməsində işıqfor və piyada keçidi olduğunu, işıqfora yaxınlaşan zaman yaşıl işığın yanıb-sönməyə başladığını və qırmızı işığın yandığını, idarə etdiyi avtomobili stop xəttində saxladığını, piyadalar üçün yaşıl işıq yandığından piyadaların yolu keçməyə başladığını, həmin zaman avtomobilin ön hissəsindən sağ tərəfədən piyada keçidi ilə qırmızı şalvar geyinmiş bir qadının yolu keçməyə başladığını, qadının avtomobilin qarşısından keçib digər hərəkət zolağına çatan zaman “HYUNDAİ Elantra” markalı boz rəngli avtomobilin qarşıdakı yolda işıqforun yaşıl işığı yandığından hərəkətə başlayıb sola dönən zaman piyada keçidi ilə hərəkət edən qırmızı şalvar geyinmiş həmin qadını avtomobilin sol ön hissəsi ilə vurduğunu, qadının həmin zaman yerə yıxıldığını, avtomobilin sürətinin dönmə əməliyyatı etdiyindən çox az olduğunu, qadını vurduqdan sonra bir anda sürətlənməyə başladığını, yerə yıxılmış həmin qadının üzərindən keçərək idarə etməni itirib yolun sol tərəfinə doğru hərəkət etməyə başlayıb bardiyorun üzərindən keçərək yoldan çıxıb səkinin kənarında balaca dəmir işıq dirəyinə və balaca ağaca dəyib dayandığını, qadını vuran anda dostu XX birlikdə saxla deyə qışqırdığını, ancaq “HYUNDAİ Elantra” markalı avtomobilin sürücüsünün özünü itirib avtomobili saxlamaq əvəzinə avtomobilin qazına basdığını, sonra hadisə yerinə polis əməkdaşlarının da gəldiyini, ətrafda olan şəxslərin və gələn təcili tibbi yardımın yaralı qadına kömək etdiyini, sonra hadisə yerindən getdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 06 iyun N0NN-ci il tarixdə saat 17:08 radələrində dostu Şahid1 idarə etdiyi “Niva” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan MR Daxili İşlər Nazirliyinin dairəsindən sola dönüb “Rasim N00N” elektirik mağazasına tərəf hərəkət etdiklərini, avtomobildə ön sağ tərəfdə oturduğunu, Ruslanın svetefora çatan zaman qırmızı işıq yandığından sürəti azaldıb, sveteforun stop xəttində avtomobili saxladığını, piyadalar üçün də yaşıl işıq yandığından piyadaların yolu keçməyə başladığını, həmin zaman avtomobilin ön hissəsindən piyada keçidi ilə sağ tərəfədən qırmızı şalvar geyinmiş bir qadın yolu keçməyə başladığını, qadın avtomobilin qarşısından keçib digər hərəkət zolağına çatan zaman “HYUNDAİ Elantra” markalı boz rəngli avtomobilin qarşıdakı yolda svetoforun yaşıl işığı yandığından hərəkətə başlayıb sola dönən zaman piyada keçidi ilə hərəkət edən həmin qırmızı şalvar geyinmiş qadını avtomobilin sol ön hissəsi ilə vurduğunu, qadının həmin zaman yerə yıxıldığını, avtomobilin qadını vurduqdan sonra bir anda sürətlənib yerə yıxılmış həmin qadının üzərindən keçərək idarə etməni itirib yolun sol tərəfində səkinin kənarındakı balaca dəmir işıq dirəyinə və balaca ağaca dəyib dayandığını, “HYUNDAİ Elantra” markalı avtomobilin sürücüsünün piyadanı vuran zaman özünü itirdiyini, avtomobili saxlamaq əvəzinə avtomobilin qazına basdığını və nəticədə avtomobilin yerə yıxılmış qadının üzərindən keçdiyini, avtomobilin piyadanı vuran zaman sürətinin təxminən 5-10 km/saat olduğunu, “HYUNDAİ Elantra” markalı avtomobilin sürücüsünün qadın olduğunu, dostu Ruslanla avtomobildən yerə düşdüyünü, ərtrafda olan şəxslərin də oraya toplaşdığını, piyada qadının yerdə hərəkətsiz uzandığını, onu görən zaman narahat olduğundan orada çox durmadığını, yaxınlıqdakı işlətdiyi mağazaya getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 06 iyun N0NN-ci il tarixdə saat 17:08 radələrində Naxçıvan şəhərindən “UAZ 31514” markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Naxçıvan şəhərinin mərkəzində “Rasim Elektrik” adlandırılan mağazanın qarşısında işıqforun qırmızı işığında ən sol zolaqda dayandığını, önündə boz rəngli “Hyundai Elantra” markalı avtomobilin dayandığını, sveteforun yaşıl işığı yandıqdan sonra həmin avtomobilin hərəkətə başladığını, sola dönən zaman piyada xəttindən keçən qırmızı şalvar geyinmiş qadını vurduğunu, qadını vurduqdan sonra özünü itirib avtomobili saxlamaq əvəzinə yerə yıxılmış həmin qadının üzərindən keçdiyini, idarəetməni itirərək sol tərəfdə səkinin üzərinə çıxıb səkinin kənarında olan balaca işıq dirəyinə dəyib dayandığını, həmin zaman sveteforun yanından yavaş-yavaş avtomobili hərəkət etdirib sola dönərkən hadisənin qarşısında olduğunu, avtomobil qadını vurub üzərindən keçdikdən sonra qadının yolun ortasında uzandığını, avtomobili bir az öndə saxlayıb yerə düşdüyünü, həmin zaman boz rəngli “Hyundai Elantra” markalı avtomobilin sürücüsünün qadın olduğunu, əli ilə başını tutaraq yolun kənarında yerə oturduğunu, piyada qadınının yolun ortasında arxası üsdə yerə uzandığını, başını hərəkət etdirdiyindən ölmədyini sandığını, orada bir az gözlədikdən sonra avtomobili ilə yaşadığı kəndə getdiyini, piyadanın vurulma anını tam aydın gördüyünü, piyada X19-un həmin avtomobilin ona tərəf gəlməsini görmədiyini, başını aşağı salıb piyada xəttindən yolu keçdiyini, həmin zolaqda piyadalar üçün işıqforda yaşıl işıq yandığını, sürücü qadının həmin piyadanın yolu keçməsini gözləməli olduğunu, “Hyundai Elantra” markalı avtomobilin sola döndüyü üçün sürətinin çox az olduğunu, piyadanı vurduqdan sonra bir anda sürətinin artdığını, yerə yıxılmış piyadanın üzərindən keçib yoldan çıxıb sol tərəfdə səkinin üzərində dayandığını, X19-un “Hyundai Elantra” markalı avtomobilin tam qarşısında, Təqsirləndirilən şəxs görünüş dairəsində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi XN5 09 avqust N0NN-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində yaşadığı və işlədiyi üçün məhkəmə hazırlıq iclasına və məhkəmə baxışı iclaslarına gələ bilməyəcəyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisi X17 məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən hüquqi varis X17 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi XN5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində X1N doğma bacısı olduğunu, 06 iyun N0NN-ci ildə saat 18 radələrində Bakı şəhərində işlədiyi yerdən çıxıb yaşadığı evə gedən zaman dayıoğlusu XN mobil telefonuna zəng vurub bacısı X13 şəhərində maşın vurmasını dediyini, dayoğlusundan onun vəziyyətinin necə olmasını soruşduqda X19-un reanimasyada olmasını dediyini, həmin zaman Naxçıvana gəlmək üçün hava limanına getdiyini, hava limanında olan zaman xalası Gülnardan Nuranənin vəziyyətini soruşan zaman X19-un vəfat etdiyini bildirdiyini, həmin gün Naxçıvana gəldiyini, Naxçıvanda olarkən X19-un yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ehtiyatsızlıq edərək vurduğunu, nəticədə X19-un aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini, əvvəlcədən Təqsirləndirilən şəxs tanımadığını, X19-un də onu tanımadığını, onunla arasında düşmənçilik, ədavət olmadığını, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, Təqsirləndirilən şəxs bacısına qarşı hər hansı qəsdinin olmadığını, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs tərəfindən bacısının yas mərasimi ilə bağlı bütün xərclərin qarşılandığını, bacısı Nuranə Məmmədovanın adına bankda mövcud olan 7000 (yeddi min) manat kredit borcunun, o cümlədən digər şəxslərə olan 10000 (on min) manat məbləğində borcunun ödənildiyini bildirmişdir (i.v İ cild 1N6- 1N8). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.N0NN-ci il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Naxçıvan şəhəri, Həsən Əliyev küçəsində, Texniki Kollecin yaxınlığında, nizamlanan yol ayrıcında, piyada keçidi zolağının üstündə baş vermişdir. Baxış gündüz vaxtı, aydın havada aparılmış, yolun hərəkət hissəsi düz, yol örtüyü quru və asfalt, yol örtüyünün eni hər iki istiqamət üçün 15.65 metr (on beş metr, altmış beş santimetr), hərəkət zolaqlarının sayı 4 (dörd) olmuşdur. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axını bütöv nişanlama xətti ilə ayrılır, hər istiqamətdə N (iki) hərəkət zolağı vardır. Piyada Naxçıvan şəhər Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində, Həsən Əliyev küçəsinin başlanğıcındakı piyada keçidi zolağ ilə yolu soldan sağa keçərkən vurulmuşdur. Piyadanın yolun kənarından hərəkətə başlayıb vurulduğu yerə qədər qət etdiyi məsafə 8.45 metr (səkkiz metr, qırx beş santimetr), vurulma yerindən düz xətt üzrə qarşı tərəfə qədər olan məsafə isə 7.N0 metr (yeddi metr, iyirmi santimetr) olmuşdur. Sürücünün hərəkət etdiyi zolaqda kabinadan sağ və sol tərəf üzrə sahənin gözlə qavramaq qabiliyyəti maneyəsiz olmuşdur. Şin və tormozlanma izləri aşkar edilməmişdir (i.v İ cild 5-14). “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.N0NN-ci il tarixli protokoldan görünür ki, hadisənin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” videomüşahidə sistemləri vasitəsi ilə qeydə alınmış video görüntülərinə (3 ədəd video görüntü) baxış zamanı 06 iyun N0NN-ci il tarixdə, saat 17:08:40 saniyədə piyada keçidi ilə bir nəfər qırmızı rəngli şalvarlı qadının soldan sağa doğru keçdiyi, 17:08:49 saniyədə həmin qadının piyada xəttinin üzərində tünd boz metalik rəngli “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin qabaq tərəfi ilə vurulduğu, 17:08:50 saniyədə qadının avtomobilin altına düşdüyü, bu zaman avtomobilin sola doğru istiqamətlənərək hərəkət etdiyi, 17:08:53 saniyədə avtomobil vurulmuş qadının üstündən keçəndən sora qadının hərəkətsiz dayandığı, həmin avtomobilin sola doğru hərəkət edib 17:08:54 saniyədə səkinin üstünə çıxdığı, sonra avtomobilin səkinin sonundakı işıq dirəyinə dəyib dayandığı müşahidə edilmişdir (i.v İ cild 47-48). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 “Meyitin məhkəmə-tibbi ekspertizası”na dair xx.xx.N0NN-ci il tarixli, 34 saylı rəyindən görünür ki, X1N meyitinin məhkəmə-tibbi müaynəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol almacıq nahiyyəsində qançır, çənə nahiyyəsində sıyrıq, sağ çiyin nahiyyəsinin ön səthində sıyrıq, sağ saidin arxa səthində sıyrıq, sol bazunun yuxarı 1/3hissəsinin ön səthində sıyrıq, sol diz oynağının ön səthində qançır, sağ baldırın ön səthində qançır, bunlardan başqa bədəninin müxtəlif nahiyyələrində çox saylı irili-xırdalı sıyrıq və qançır, sol bazu oynağının çıxığı, döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİİ, V qabırğaların yerini dəyişməyən, İV qabırğanın qismən yerini dəyişən sınığı, sol parasternal xətt üzrə İİ-İİİ-İV qabırğaların yerini dəyişməyən, V qabırğanın isə yerini dəyişərək ürək və perikard qişasını dəlmiş yerini dəyişən sınığı, hər iki ağciyər kökünə və qaraciyərin diafraqma səthində sağ payın üzərində qansızmadır. Döş boşluğunda N litr qan aşkar edilmişdir. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. Eləcə də, avtomobil qəzası nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələndiyi, X1N ölümünə kəskin daxili qanitirmənin səbəb olduğu, ölümün müddəti meyitin müayinə gününə uyğundur (i.v İ cild 64-69). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın xx.xx.N0NN-ci il tarixli, 168/NN saylı rəyindən görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “HYUNDAİ ELANTRA” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olmuşdur (i.v İ cild 8N-84). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 10 iyun N0NN-ci il tarixli protokoldan görünür ki, “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyat nişanlı avtomobilin ön bamperinin aşağı hissəsində sürtünmə izləri aşkar edilmiş,ümumilikdə isə avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v İ cild 49). Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.N0N1-ci il tarixdə verilmiş AE seriyalı 047N40 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili N011-ci il, “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi X18r (i.v İ cild N3). N1 iyul N0NN-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, X15 məxsus olan və Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağında məsul saxlanca verilmişdir (i.v İ cild 181-18N). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.N0NN-ci il tarixli qərardan və müvafiq protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v İ cild 156- 157; 159). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.N0NN-ci il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 174-175). Naxçıvan şəhər X39 Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 857 №-li, xx.xx.N0NN-ci il tarixli aktdan, o cümlədən Naxçıvan Muxtar Respublikası X11 tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli, 04 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v İ cild 15-16,18). AE seriyalı, 876460 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.N0N9-cu il tarixədək etibarlıdır (i.v İ cild N3). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4N İdarəsinin xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0NN-ci il tarixinədək yol hərəkəti qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilməmiş, o, inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir (i.v İİ cild N1). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (i.v İ cild 133). “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.N0NN-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində ölmüş piyada X19 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.N0NN-ci il tarixli, N87 nömrəli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X1N bacısı XN5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 1NN-1N3). Mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (bacısı) olan hüquqi varisi- X17 cinayət işin ibtidai araşdırılması zamanı Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, o cümlədən məhkəməyə təqdim etdiyi xx.xx.N0NN-ci il tarixli ərizəsindən görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs ailəsi tərəfindən bacısı mərhum X1N 17000 (on yeddi min) manat miqdarında borcu ödənilmiş, o cümlədən onun dəfn mərasimində bütün maddi öhdəlikləri Təqsirləndirilən şəxs ailəsi tərəfindən qarşılanmışdır. O, Təqsirləndirilən şəxs bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (i.v İ cild 131, İİ cild 4). Həmçinin mərhum zərərçəkmiş şəxsin anası X1 və bacısı XN0 xx.xx.N0NN-ci il tarixli ərizələrindən görünür ki, onların da Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur, onunla barışmışlar (i.v İ cild 73-74). N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli, 313 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini-XN7 Komandanının N noyabr N0N0-ci il tarixli, 0176 əç nömrəli əmri ilə QHQ əsgər Təqsirləndirilən şəxs 1-ci taborun maddi-texniki təminat taqımının təsərrüfat manqasının aşpazı vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəldiyi üçün xx.xx.N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir (İ.v İ cild 146). N nömrəli hərbi hissə komandirinin N iyun N0NN-ci il tarixli, 160 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, 1-ci taborun maddi-texniki təminat taqımının təsərrüfat manqasının aşpazı QHQ əsgər Təqsirləndirilən şəxs X8 Ümumqoşun Ordu XN3 Üzrə müavinin 06 iyun N0NN-ci il tarixli, 097 əç nömrəli əmri ilə ehtiyata buraxıldığına görə, N iyun N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır (İ.v İ cild 147). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə mənfi xarakterizə edilmişdir. Verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü intizamsız, vəzifə borclarına səhlənkar yanaşan, üzərinə düşən məsuliyyəti dərindən dərk etməyən qadın hərbi qulluqçu kimi göstərdiyi, günün nizam qaydasına əməl etməkdə çətinlik çəkdiyi, geyim formasını daşıma qaydalarına və şəxsi gigiyena qaydalarına əməl edə bilmədiyi, xidmət etdiyi müddət ərzində mənəvi keyfiyyəti ilə kollektivdə hörmət qazana bilmədiyi qeyd olunmuşdur (İ.v İ cild 145). Həmçinin Naxçıvan Şəhər İHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli və xx.xx.N0NN-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində özünü təmkinli, bacarıqlı, işgüzar bir vətəndaş kimi apardığı, nümunəvi davranışı, təvazökarlığı, qayğıkeşliyi ilə ərazi daxilində, məhəllə sakinləri arasında hörmət qazandığı qeyd olunmuşdur (İ.v İ cild 104, İİ cild 39). Zərifə Əliyeva adına Naxçıvan şəhər X14 Şəxsi tərəfindən verilmiş N4 avqust N0NN-ci il tarixli X34 Vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs N4 avqust N0NN-ci il tarixdə X35 həkim komissiyası tərəfindən müayinədən keçirilmiş, verilmiş müayinə vərəqəsində onun sağlam olduğu göstərilmişdir (i.v İİ cild 38) Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Əliabad qəsəbə İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 789 №-li, xx.xx.N0NN-ci il tarixli, 1017 №-li, xx.xx.N0NN-ci il tarixli, 1033 №-li arayışlardan, o cümlədən AZ-İ 691447 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X9 şəhəri Əliabad qəsəbəsi döngə 10, ev N6 ünvanında yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri-1976-ci il təvəllüdlü əri X5, N00N-ci il təvəllüdlü oğlu X6, N005-ci il təvəllüdlü oğlu X7 ibarətdir (i.v İ cild 103,105, İİ cild 35, 37). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in N63.N-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XN1rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “X30” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin N-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X30” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmçinin “X30” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinə görə sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. “X30” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə MAHHX QHQ-su kimi əsgər hərbi rütbəsində, aşpaz vəzifəsində xidmət edərkən 06 iyun N0NN-ci ildə saat 17:08-də sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, əri X15 məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Naxçıvan şəhəri Heydər Əliyev prospektində işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlayaraq yol ayrıcından sola Həsən Əliyev küçəsinə dönərkən “X30” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuş və nəticədə Həsən Əliyev küçəsinin başlanğıcındakı piyada keçidində yolu soldan sağa keçən, görünüş dairəsində olan Naxçıvan şəhər sakini X16 piyada keçidinin üzərində idarə etdiyi avtomobillə vuraraq, ehtiyatsızlıqdan X1N ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, şahidləri dinləyərək, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “X30” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində zərərçəkmiş şəxs X3 ölümünə səbəb olması, onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə ibtidai istintaq dövründə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin dəfn xərclərini qarşılamasını, zərərçəkmiş şəxsin və onun anasının adına müxtəlif banklarda mövcud olan ümumi məbləği 7000 (yeddi min) manat olan kredit borclarını ödəməsini, mərhum Nuranə Məmmədovanın digər şəxslərə olan borcları üçün onun ailəsinə 10000 (on min) manat məbləğində maddi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, hüquqi varisin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin ifadəsi, mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (bacısı) olan hüquqi varisi- X17 cinayət işin ibtidai araşdırılması zamanı Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N0NN-ci il tarixli, o cümlədən məhkəməyə təqdim etdiyi xx.xx.N0NN-ci il tarixli ərizəsi, o cümlədən Naxçıvan Şəhər İHBnın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli və xx.xx.N0NN-ci il tarixli xasiyyətnamələr ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsi xarakterizə edən üç xasiyyətnamə vardır. Bunlardan biri Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi fəaliyyət göstərdiyi N №-li hərbi hissənin komandanlığı tərəfindən, digər ikisi isə onun daimi yaşadığı yer üzrə Naxçıvan Şəhər İHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü intizamsız, vəzifə borclarına səhlənkar yanaşan, üzərinə düşən məsuliyyəti dərindən dərk etməyən qadın hərbi qulluqçu kimi göstərdiyi, onun günün nizam qaydasına əməl etməkdə çətinlik çəkdiyi, geyim formasını daşıma qaydalarına və şəxsi gigiyena qaydalarına əməl edə bilmədiyi, xidmət etdiyi müddət ərzində mənəvi keyfiyyəti ilə kollektivdə hörmət qazana bilmədiyi qeyd olunmuşdur. Naxçıvan Şəhər İHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli və xx.xx.N0NN-ci il tarixli xasiyyətnamələrdə isə Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində özünü təmkinli, bacarıqlı, işgüzar bir vətəndaş kimi apardığı, nümunəvi davranışı, təvazökarlığı, qayğıkeşliyi ilə ərazi daxilində, məhəllə sakinləri arasında hörmət qazandığı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hər üç xasiyyətnamənin məzmununu cəzanın müəyyən edilməsinə təsiri baxımından təhlil edərək, hesab edir ki, Naxçıvan Şəhər İHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs şəxsiyyətinin gerçək cizgiləri müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatlı mənbədən verilmiş bu xasiyyətnamələrdə onun şəxsiyyəti yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilmiş, onun əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətini səciyələndirən hallara yer verilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli xidməti xasiyyətnamədə isə Təqsirləndirilən şəxs şəxsiyyəti bir hərbi qulluqçu kimi qiymətləndirilmiş, onun şəxsiyyətinin cizgiləri xidməti fəaliyyəti ilə əlaqələndirilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda bir hərbi qulluqçu olmadığını, onun N iyun N0NNci il tarixdən etibarən xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxıldığını, törədilmiş cinayət hadisəsinin hərbi xidmət əleyhinə olan cinayətlərdən olmadığını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər İHB-nın Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələr N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən üstün tutulmaqla, onun cəzasını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının N1-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; XN9rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası əsas cəza kimi təyin edilməlidir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin dəfn xərclərini qarşılamasını, zərərçəkmiş şəxsin və onun anasının adına müxtəlif banklarda mövcud olan ümumi məbləği 7000 (yeddi min) manat olan kredit borclarını ödəməsini, mərhum zərərçəkmiş şəxsin digər şəxslərə olan borcları üçün onun ailəsinə 10000 (on min) manat məbləğində maddi yardım göstərməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, hüquqi varisin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və əsas cəza növü kimi ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında yeganə əsas cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Əlavə olaraq qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirləndirilən şəxsə əsas cəza ilə yanaşı bu cəza növü də əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının N3-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 6N-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirləndirilən şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzaya münasibətdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, o cümlədən Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyin olunması hallarında cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N1 iyul N0NN-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 13N və 346cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağında saxlanılan, X15 məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X15 məxsus Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.N0N1-ci il tarixdə verilmiş AE seriyalı 047N40 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X15 qaytarılmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 3 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 8 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış Naxçıvan Şəhər Polis İdarəsinin mühafizə olunan duracağında saxlanılan X15 məxsus “HYUNDAİ ELANTRA” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş X15 məxsus Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.N0N1-ci il tarixdə verilmiş AE seriyalı 047N40 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” hökm qanuni qüvvəyə mindikdən sonra X15 qaytarılsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar