Məhkəmə qərarları › İş №1-1(092)-25/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-25/2023

30.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-25/2023 30.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxx N04-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, Şahbuz rayonunun Nursu kəndində qeydiyyatda olmaqla N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, N saylı hərbi hissənin 4-cü tabor 11-ci bölüyünün, 3-cü manqasının pulemyotçusu vəzifəsində, əsgər rütbəsində xidmət edən, 07 iyul N23-cü il tarixdən barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 08 iyul N23-cü ildə saat 14:40 radələrində həmin taborun ərazisində yerləşən hamamda mübahisə edən əsgərlər Şahid2 və Şahid1 aralaşdırmaq istəyərkən, onunla tabelik münasibətlərində olmayan, həmin taborun minaatan batareyasının 2-ci taqımının 2-ci manqasında xidmət edən əsgər Zərərçəkmiş şəxs Şahid2 zor tətbiq edəcəyini düşünüb sağ əli ilə onun sağ göz nahiyəsindən bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən “sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan qaş nahiyəsinin əzilmiş yarası” xəsarətini yetirməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində 24 oktyabr N22-ci il tarixdə SHXÇDX-nin Naxçıvan Muxtar Respublikasındakı Baş İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissənin 4-cü taborunun “Vaqon 2” mövqeyində xidmət etdiyini, Zərərçəkmiş şəxs da onunla eyni taborda xidmət etsə də başqa bölüyün əsgəri olduğunu, onunla tabeçilik münasibətlərinin olmadığını, 08 iyun N23-cü ildə saat 14 radələrində tabor mərkəzindən çörək maşını ilə posta çörək gətirdiyini, həmin vaxt o və onunla eyni mövqedə xidmət edən əsgər yoldaşı Şahid2 tabor mərkəzinə gedib orada mağazadan siqaret, su və təmizlik ləvazimatları almaq üçün post böyüyü Şahid4 icazə alaraq çörək maşını ilə tabora getdiklərini, oradan lazım olanları aldıqdan sonra piyada xidmət yerlərinə qayıdan zaman taborda, NBM-in yanından keçərkən taborun ayaqyolusu tərəfdən tanımadıqları iki əsgərin onlara tərəf gəldiyini gördüklərini, həmin əsgərlərdən birinin sonradan adını öyrəndiyi Şahid1 onlara “siz hansı postun əsgərlərisiniz, ay qoçular” dedikdə Şahid2 da ona “qoçu nədir, düzgün qaydada müraciət edə bilmirsən, bu nə danışıqdır danışırsan?” cavabını verdiyini, Şahid1 də Şahid2 “düzgün danışmağı mənə sən öyrədəcəksən” cavabını qartardığına görə hər ikisi arasında mübahisə olduğunu, Şahid1 onları hədələyərək mübahisəni davam etdirmək üçün taborun hamamına dəvət etdiyini, onun da Şahid2la birlikdə hamama girdiklərini, içəridə onlardan başqa Zərərçəkmiş şəxs adlı əsgərin də olduğunu, orada olarkən əsgərlər Şahid2la Şahid1 yenidən sözlü mübahisə edərək bir-birlərinə əl-qol atdıqlarını, bundan sonra hər ikisinin bir- birlərinin yaxasından qarşılıqlı yapışaraq dartışdıqlarını, onları aralaşdırmaq istəsə də buna nail olmadığını, onların bir-birilərini yerə yıxaraq yerdə dartışan zaman əsgər Zərərçəkmiş şəxs onlara tərəf getdiyini görüb onun yerdə uzanmış vəziyyətdə olan əsgər yoldaşı Şahid2 vurmaq istədiyini fikirləşərək bilmədən onu qabaqlayaraq Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən bir yumruq vurduğunu, dərhal da səhv etdiyini fikirləşdiyini, Zərərçəkmiş şəxs da əli ilə gözünü tutaraq “gözümə nəsə oldu, gözümə nəsə oldu” dediyini, onun gözünə baxanda sağ qaşının zədələnərək qanadığını gördüyünü, Şahid1lə Şahid2 tez ayağa qalxdıqlarını, qorxduğundan Şahid2la birlikdə hamamdan çıxıb piyada öz postlarına getdiklərini, orada olanları post böyüyünə danışdıqlarını, axşam saatlarında tabordan rabitə ilə zəng edib hadisə barədə bölük komandirinə də məlumat verdiklərini, bir azdan onların tabora gəlmələri barədə göstəriş verildiyini, tabora gedərək hadisə barədə ətraflı tabor komandirinə məruzə etdiklərini, törətdiyi əməldən peşiman olduğunu, əsgər Zərərçəkmiş şəxs üzr istədiyini, Zərərçəkmiş şəxs da onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunda heyət nəfəri vəzifədə, əsgər hərbi rütbəsində xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs ilə tabeçilik münasibətlərinin olmadığını, 08 iyun N23-cü ildə saat 14:40 radələrində taborun ayaqyolundan çıxıb əsgər yoldaşı Şahid1 ilə yataqxanaya gedərkən NBM-in yanında əvvəlcədən tanımadığı iki nəfər əsgərin olduğunu gördüyünü, həmin əsgərləri əvvəllər taborda görmədiyi üçün postdan gəldiklərini düşündüklərini, əsgər Şahid1 həmin əsgərlərə “siz hansı postun əsgərlərisiniz, ay qoçular!” deyə müraciət etdiyini, sonradan adını bildiyi əsgər Şahid2la Şahid1 aralarında sözlü mübahisə olduğunu, həmin vaxt Şahid1 Şahid2 və onun yanında olan digər əsgəri taborun hamamına dəvət etdiyini, özünün, Şahid1, Şahid2 və sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs hamama girdiklərini, orada Şahid2 və Şahid1 yenidən sözlü mübahisə edib bir-birlərinin yaxasından yapışıb dartışaraq bir-birini yerə yıxdıqlarını, tez onları ayırmaq istəyərkən yanlarında olan əsgər Təqsirləndirilən şəxs anidən onun sağ göz nahiyəsindən bir yumruq vurduğundan qaşının yaralandığını və qanadığını, əlini gözünə tutub “gözümə nəsə oldu, gözümə nəsə oldu” dediyini bu vaxt Şahid2la Şahid1 dartşmalarını dayandırıb ayağa qalxdıqlarını, Şahid2 və Təqsirləndirilən şəxs həyacanlı şəkildə onun yanına gələrək qaşına baxdıqlarını, ona nəsə köməklik etmək istədiklərini və hamamdan çıxıb deyəsən xidmət yerinə getdiklərini, özünün də Şahid1lə birlikdə hamamdan çıxıb taborun tibb məntəqəsinə getdiyini, orada ona ilk tibbi yardım göstərib qaşının nəyə görə partladığını soruşanda baş verənləri olduğu kimi orada olanlara danışdığını, daha sonra onu hərbi hissəyə, oradan da hərbi hospitala göndərdiklərini, artıq sağaldığını, Təqsirləndirilən şəxs ondan üzr istəyib, etdiyi əməldən peşman olduğunu dediyini, Təqsirləndirilən şəxs bağışladığını, ondan hər hansı şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunda xidmət etdiyini, 08 iyun N23-cü ildə nahar yeməyindən sonra boş vaxtı olduğundan əsgər yoldaşı Zərərçəkmiş şəxsla birlikdə ayaqyolu tərəfə gedərkən təxminən saat 14:40 radələrində yolda iki əsgərin dayandığını gördüklərini, onların taborda xidmət edən əsgərlər olmadığı üçün postdan gəldiyini fikirləşib onlara “siz hansı postun əsgərlərisiniz, ay qoçular” dedikdə bu vaxt həmin əsgərlərdən sonradan adının Şahid2 olduğunu öyrəndiyi əsgərin ona “qoçu nədir, qoçu sənin özünsən, normal qaydada müraciət edə bilmirsən?” dediyini, bu sözə görə onunla aralarında sözlü mübahisə olduğunu, onun cavab qaytarmasının xoşuna gəlmədiyindən onları taborun hamamına çağırdığını, o və əsgər Şahid2 hamama girdiklərini, onların ardıca əsgər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da hamama girdiyini, dərhal içəridə Şahid2la sözlü mübahisə edib bir-birilərinin yaxasından yapışıb dartışmağa başladıqlarını, daha sonra hər ikisinin yerə yıxıldıqlarını, bundan sonra əsgər Zərərçəkmiş şəxs onları aralamaq istəyərkən “gözüm partladı” deməsini eşidib tez ayağa qalxdıqlarını, Zərərçəkmiş şəxs gözünə baxdıqda sağ qaşının qanadığını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurub qaşını yaraladığını bildiyini, əsgərlər Şahid2la Təqsirləndirilən şəxs hamamdan çıxıb xidmət yerlərinə getdiklərini, özünün də Zərərçəkmiş şəxs taborun tibb məntəqəsinə apardığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində xidmət yerinin N nömrəli hərbi hissənin 4-cü taborun 11-ci bölüyü olduğunu, hər gün yemək maşınının həmin mövqeyə ərzaq və su gətirdiyini, bəzən üzərlərində böyük təyin edilməklə post böyüyündən icazə almaqla tabor mərkəzinə gedərək oradakı mağazadan siqaret və müxtəlif əşyalar aldıqlarını, 08 iyun N23-cü ildə günorta saatlarında yemək maşınınin yenə də mövqeyə gəldiyini, əsgər yoldaşı Təqsirləndirilən şəxsla post böyüyündən icazə alıb mağazadan siqaret və ərzaq almaq üçün yemək maşını ilə tabor mərkəzinə getdiklərini, Təqsirləndirilən şəxsla tabordakı işlərini qurtardıqdan sonra saat 14:40 radələrində xidmət yerlərinə qayıtmaq üçün taborun NBM-nin yanında olarkən oradakı ayaqyolundan çıxan iki əsgərin onlara tərəf gəldiklərini görüb dayandıqlarını, sonradan adının Şahid1 olduğunu bildikləri əsgərin onlara “siz hansı postun əsgərlərisiniz, ay qoçular?” deyə müraciət etdiyini, özünün də də ona “qoçu nədi deyirsən, normal müraciət edə bilmirsən, qoçu özünsən” dediyini, bu səbəbdən də onların aralarında mübahisə düşdüyünü, bu vaxt Şahid1 onları yaxınlıqdakı hamama dəvət edərək orada mübahisəni davam etdirdiklərini, mübahisə zamanı bir birlərini yerə yıxaraq yerdə dartışarkən birdən orada olan əsgər Zərərçəkmiş şəxs “gözüm partladı” dediyini eşitdiyi üçün Şahid1lə bir-birini buraxıb tez ayağa duraraq onun qaşına baxdıqda Zərərçəkmiş şəxs sağ qaşının partladığını və qan axdığını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ qaş nahiyəsindən bir yumruq vurduğu üçün onun qaşının partladığını bildiyini, hər ikisinin də qorxduqlarını, xidmət yerinə gedərkən yolda Təqsirləndirilən şəxs bərk həyacan keçirdiyindən ona bir az ürək-dirək verdiyini, bölüyə çatdıqdan sonra hadisə barədə bölük komandirinə məruzə etdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ çavuş Şahid4 Qalib oğlu ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun post böyüyü olduğunu, 08 iyun N23-cü il tarixində həmişəki kimi saat 14:00 radələrində tabordan çörək maşınınin mövqeyə gələrək ərzaq və çörək gətirdiyini, mövqedə xidmət edən əsgərlər Təqsirləndirilən şəxs və Şahid2 ona yaxınlaşaraq çörək maşını ilə tabor mərkəzinə getmək üçün icazə istəyib oradakı mağazadan siqaret, su və təmizlik ləvazimatı alacaqlarını dedikləri, bu səbəbdən də onlara tabora getmək üçün icazə verdiyini, onların təxminən saat 15:30 radələrində mövqeyə qayıdıb ona tabor mərkəzində olarkən orada xidmət edən, adlarını bilmədikləri iki nəfər əsgərlə taborun hamamında savaşdıqlarını dediklərini, onlardan hadisənin necə olmasını soruşan zaman tabor mərkəzindən mövqeyə zəng gələrək, əsgərlər Təqsirləndirilən şəxs və Şahid2 taborun minaatan batereyasında xidmət edən əsgərlər Zərərçəkmiş şəxs və Şahid1lə savaşdıqlarını bildirib hər iki əsgərin tabor mərkəzinə göndərməsini dedikərindən onları tabor mərkəzinə göndərdiyini, sonradan öyrəndiyinə görə onlarla taborun əsgərləri Zərərçəkmiş şəxs və Şahid1 arasında mübahisə olduğunu, sonradan onların taborun hamamına gedib mübahisəni orada davam etdirdiklərini, Şahid2 və Şahid1 savaşan zaman əsgər Zərərçəkmiş şəxs onları aralaşdırmaq istədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid2 vuracağını düşündüyü üçün onun sağ gözündən bir yumruq zərbəsi vurduğunu bildiyini, Təqsirləndirilən şəxs heç də dalaşqan əsgər olmadığını, verilən tapşırıqları layiqincə yerinə yetirən bir əsgər olduğunu göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş tibb xidməti baş leytenantı Şahid3 ifadəsində 08 iyun N23-cü ildə tibb məntəqəsində olarkən saat 15 radələrində 4-cü taborun əsgəri Zərərçəkmiş şəxs tibb məntəqəsinə gələrək sağ qaş nahiyəsinin qanadığını dediyini, ona tibbi yardım göstərib yarasına dərman vurub sarğı qoyduqdan sonra ona bədən baxışı keçirdiyini, onun sadəcə sağ qaşının çapılmış, sağ göz ətrafı nahiyələrində də qançırlar olduğunu gördüyünü, ondan nəyə görə xəsarət aldığını soruşduqda əvvəlcə hansı səbəbdən xəsarət almasını demək istəməsə də, sonradan əsgər yoldaşı Təqsirləndirilən şəxs onun qaş nahiyəsinə yumruqla vurduğu üçün xəsarət aldığını dediyini, onu ətraflı müayinə edib hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, ona lazımı tibbi yardım göstərildiyini göstərmişdir. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsi keçirilmiş, N iyun N23-cü il tarixli, 186 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sağ gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan qaş nahiyəsinin əzilmiş yarası-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlara və istintaq materiallarına əsasən müəyyən olunmuşdur ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs barəsində olan 21 iyun N23-cü il tarixli, 706 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs – N nömrəli hərbi hissədə xidmət edən əsgər, N №-li hərbi hissə komandirinin N aprel N23-cü il tarixli, 9N nömərli əmri ilə həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasının pulemyotçusu vəzifəsinə təyin edilmişdir və həmin vəzifədə də xidmət edir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi yerdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sağlamlığına yüngül xəsarət yetirməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibb ekspertinin rəyi, hərbi hissədən daxil olmuş materiallar və digər çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları olmamasını nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını və hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirici hallar kimi hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, müddətli həqiqi hərbi xidmət qulluqçusudur, qanunla müddətli həqiqi hərbi xidmət qulluqçularına isə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilmir, azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasını verməyi və eləcə də təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bildiyindən real təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Şahbuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və müəyyən yerlərə getməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunduqdan sonra isə qeydiyyatda olduğu yer üzrə Şahbuz rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar