Məhkəmə qərarları › İş №1-1(092)-25/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-25/2025

14.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-25/2025 14.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 05 may 1982-ci il tarixdə Şərur rayonu Vərməziyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, Şərur rayonu Vərməziyar kəndində daimi qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8, mənzil 32-də yaşayan, barəsində 17 dekabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Belə ki, Bəbirov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci tank bölüyünün 2-ci tank taqımının 1-ci heyətində tuşlayıcı-operator vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2022-ci ilin avqust ayının ortalarında 1-ci təlim atış çalışmasının yerinə yetirilməsi ilə əlaqədar olaraq hərbi hissənin şəxsi heyəti ilə birlikdə hərbi hissənin ərazisində yerləşən atış meydançasında olan zaman yerdən istifadəyə yararlı 1 ədəd 7,62x39 mm kalibrli avtomat patronu tapıb, hərbi hissəyə təhvil verməyərək, qanunsuz olaraq əldə etdiyi həmin döyüş sursatını üzərində gəzdirməklə həmin gün xidmət vaxtından sonra yaşadığı, Şərur rayonunun Vərməziyar kəndində yerləşən evə aparmış, patronu evdə olan, özünə məxsus əl çantasına qoysa da, ailə üzvlərinə bu barədə heç bir məlumat verməyərək 18 sentyabr 2024-cü il tarixədək yaşadığı evdə saxlamış, qeyd edilən tarixdə arvadı Şahid1 Bakı şəhərinə gələrkən həmin əl çantasını götürüb içərisinə bir sıra sənədləri qoyaraq, onları baqaj çantasına yerləşdirmiş və həmin gün saat 03:55-də X5 Limanında yoxlanışdan keçən zaman qeyd edilən döyüş sursatı monitor yoxlamasında aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, o müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin avqust ayının ortalarında N nömrəli hərbi hissənin şəxsi heyəti ilə birlikdə atış meydançasında xidməti silahları olan AKM-S avtomat silahından 1-ci təlim atış çalışmasını yerinə yetirdiyini, atış çalışması zamanı ona verilmiş 5 ədəd 7,62 mm kalibrli döyüş sursatını ataraq sonra gilizləri sursat paylama məntəqəsinin rəisinə təhvil verdiyini, həmin atış çalışması qurtardıqdan sonra atış meydançasının ərazisindən bir ədəd 7,62 mm kalibrli patron tapdığını, həmin patronu hərbi hissə komandanlığına təhvil verməyərək kitelinin cibinə qoyduğunu, atış çalışması bitdikdən sonra hərbi hissədən çıxıb patronu özü ilə birlikdə Şərur rayon Vərməziyar kəndində yaşadığı evə gətirdiyini, evdə həmin patronu kitelinin cibindən çıxarıb uşaqların əlinə keçməsin deyə qara rəngli kiçik ölçülü çiyin çantasına qoyduğunu, sonra yadından çıxaraq patron həmin çantada qaldığını, 2024-cü ilin yay aylarında qızı Bəbirova İlknur Bakı şəhərində Universitetə qəbul olduğundan həyat yoldaşı Şahid1 və övladı İlknur Bəbirova 2024-cü ilin sentyabr ayında Bakı şəhərinə getməli olduqlarını, müəyyən sənədləri onun patronu qoyduğu çantaya yığdığını, 15 sentyabr 2024-cü il tarixdə taksi ilə onları X5 Limanına gətirib yaşadığı evə qayıtdığını, onlar 18 sentyabr 2024-cü il tarixə bilet alaraq həmin gün saat 03 radələrində qeydiyyatdan keçib minik zalında gözləyən zaman hava limanının əməkdaşları tərəfindən çantalar yoxlandığını, bu zaman monitorda həmin patron aşkar edildiyini, çantaya baxış keçirilən zaman çiyin çantasının içərisindən 01 ədəd 7.62 mm kalibrli avtomat patron aşkar edildiyini, hava limanının təhlüksizlik xidməti əməkdaşları tərəfindən yoldaşının iştirakı ilə akt tərtib olunduğunu, X6 şöbəsinin əməkdaşları yoldaşı Şahid1 şöbəyə dəvət edərək izahatını aldıqlarını, həmin vaxt arvadının izahatında ərinin hərbi qulluqçu olduğunu, patronun ona məxsus ola biləcəyini, çantaya onun qoya biləcəyini dediyini, onun bu barədə məlumatı olduqdan sonra polis şöbəsində izahatı alındığını, sonra Daxili İşlər Nazirliyində barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlandığını, döyüş sursatı olan patronu əldə etməyindən, onu yaşadığı evə gətirməyindən, çantaya qoymağından, orada saxlamağından yoldaşının və uşaqlarının xəbəri olmadığını, tutduğu əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 17 sentyabr 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixinə keçən gecə X5 Limanında əməliyyat qrupunda növbədə olduğunu, 18 sentyabr 2024-cü il tarixdə saat təxminən 04 radələrində şöbənin növbətçi hissəsindən ona Hava Limanınında xidmətdə olan polis nəfəri Şahid4 növbətçi hissəyə məlumat verərək Hava Limanında sərnişinlərdən birinin baqaj çantası yoxlamadan keçdiyi zaman təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən çantada 1 ədəd avtomat patronunun aşkar olunduğunu və həmin patronun təhvil götürülməli olduğu bildirildiyini, məlumatı aldıqdan sonra X5 Limanına getdiyini, təhlükəsizlik xidmətinin əməkdaşlarının tərtib etdiyi akt əsasında həmin patronu və çantasından patron aşkarlanmış şəxsi təhvil götürdüyünü, həmin vaxt şəxsin Şərur rayonu Vərməziyar kəndində yaşayan Şahid1 olması müəyyən edildiyini, Şahid1 əri Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğunu, içərisindən patron aşkar olunan çiyin çantasının ərinə məxsus olduğunu, həmin çantada patron olmasından özünün məlumatının olmadığını bildirdiyini, Şahid1 və ondan aşkar olunmuş 1 ədəd patronu təhvil alandan sonra X2 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 18 sentyabr 2024-cü il tarixdə hava limanında gecə növbəsində növbə rəisi olduğunu, saat 03-04 arası Naxçıvan-Bakı istiqamətində reysə olan sərnişinlər minik zalına keçdikləri zaman saat 02:20 radələrində Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşı olan, mütəxəssis işləyən və həmin vaxt baqaj yüklərinin X-ray aparatında yoxlamada olan Şahid3 onunla əlaqə saxlayaraq bir nəfər qadın sərnişinin baqaj çantasından daşınması qadağan olunmuş 1 ədəd patron aşkar olunduğunu ona dediyini, həmin vaxt ona çantanın sərnişin Şahid1 məxsus olması deyildiyini, sonuncu çantanın olduğu baqaj bölməsinə dəvət edildiyini, çanta onun iştirakı ilə açıldığını və baqaj çantasının içərisində olan balaca çiyin çantasından 1 ədəd avtomat patron aşkarlandığını, Hava Limanında xidmət edən polis əməkdaşları da həmin yerə dəvət edildiyini, Şahid1 patronu Bakı şəhərinə hansı məqsədlə apardığını soruşanda Şahid1 ona patronun çantada olmasından xəbəri olmadığını, həmin çiyin çantasının hərbi qulluqçu işləyən əri Təqsirləndirilən şəxs məxsus olduğunu, patronu nə vaxtsa çantaya Mübarizin qoya biləcəyini dediyini, sonra akt tərtib edilərək həmin patron götürüldüyünü, R.X3 Polis şöbəsinin əməkdaşlarına təhvil verildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 18 sentyabr 2024-cü il tarixdə gecə növbəsində olarkən saat 03-04 arası Naxçıvan-Bakı istiqamətində təyyarə reysi olduğunu, həmin reysə qeydiyyat zamanı sərnişinlər minik zalına keçdikləri zaman baqaj otağında qeydiyyatdan keçən sərnişinlərin baqaj yüklərinin X-ray aparatında yoxlanıldığını, saat 02:20 radələrində bir nəfər sərnişinin baqaj çantasında daşınması qadağan olunmuş 1 ədəd patron olduğunu görüb növbə rəisi Şahid2 məlumat verdiyini, sonra araşdırma aparıb həmin çantanın sərnişin Şahid1 məxsus olmasını müəyyən etdiyini, Şahid1 çantanın olduğu baqaj bölməsinə dəvət edib onun iştirakı ilə həmin çantanı açdığını, baqaj çantasının içərisində olan balaca çiyin çantasından 1 ədəd avtomat patronu aşkarlandığını, sonra növbə rəisi Şahid2 həmin yerə gələrək Şahid1 patronu Bakı şəhərinə hansı məqsədlə apardığını soruşduğunu, Şahid1 isə patronun çantada olmasından xəbərinin olmadığını, həmin çiyin çantasının hərbi qulluqçu işləyən əri Təqsirləndirilən şəxs məxsus olduğunu, patronu çantaya ərinin qoya biləcəyini dediyini, sonra növbə rəisi Şahid2 onun iştirakı ilə akt tərtib edib həmin patronu götürdüyünü, Şahid1 ilə birlikdə X6 Şöbəsinin əməkdaşlarına təhvil verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs əri olduğunu, özünün könüllü olaraq ifadə verdiyini, Mübarizin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edib, N oktyabr 2024-cü il tarixdə tərxis olunduğunu, qızı İlknur Bəbirova Bakı şəhərində texniki kollecə daxil olduğuna görə onunla birlikdə Bakı şəhərinə getmək üçün 15 sentyabr 2024-cü il tarixdə yaşadığı Şərur rayonu Vərməziyar kəndindəki evdə özləri ilə aparacaqları əşyaları çantalara yığdıqlarını, özlərinə aid şəxsiyyət vəsiqələrini əl çantasına, ailə üzvlərinə aid digər sənədləri isə həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus çiyin çantasına qoyduğunu, həmin çanta kişi çantası olduğuna görə baqaj çantalarından birinin içərisinə qoyduğunu, lakin həmin vaxt çantanın içərisində hər hansı əşya olub-olmadığına baxmadığını, həmin tarixdə Bakı şəhərinə getmək üçün X5 Limanına getdiyini, lakin bilet tapa bilmədikləri üçün 3 gün Hava Limanında qaldıqlarını, 18 sentyabr 2024-cü il tarixdə gecə saatlarına bilet aldıqlarını, həmin gecə saat 03:30 radələrində qeydiyyatdan keçib çantaları baqaja verdiyini, təyyarəyə minmək üçün minik zalına keçmək istəyən zaman Hava Limanının təhlükəsizlik xidmətinin əməkdaşları onu çağırıb rentgen yoxlaması zamanı onlara məxsus çantalardan birinin içərisində patron olduğunu bildirdiyini, təhlükəsizlik xidmətinin əməkdaşları onu otağa dəvət edib həmin çantanı ona göstərən zaman həmin vaxt içərisinə sənədlər yığdığı, həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus çiyin çantasının içərisində 1 ədəd patron olduğunu gördüyünü, təhlükəsizlik xidmətinin əməkdaşları ondan həmin patronu haradan əldə etdiyini, hansı məqsədlə Bakı şəhərinə apardığını soruşan zaman həmin çiyin çantasının əri Təqsirləndirilən şəxs məxsus olduğunu, onun hərbi qulluqçu işlədiyini, patronun ona məxsus ola biləcəyini, özünün həmin patronun çantada olmasından xəbərinin olmadığını dediyini, əri Təqsirləndirilən şəxs zəng vurub çantadan patron çıxdığını dediyini, Təqsirləndirilən şəxs da ona patronun ona məxsus olduğunu, yadından çıxaraq çantada qaldığını bildirdiyini, Hava limanı Təhlükəsizlik Xidmətinin əməkdaşları akt tərtib edib patronu götürərək onu X6 Şöbəsinə aparıb izahatını aldıqlarını, evə getdikdən sonra həyat yoldaşı Təqsirləndirilən şəxs ona təxminən 2 il əvvəl atış zamanı patronu cibinə qoyduğunu, xidmətdən evə gəldiyi zaman həmin patronun cibində qaldığını, uşaqların əlinə keçməməsi üçün həmin çiyin çantasına qoyduğunu, sonra da yadından çıxıb patronun həmin çantada qaldığını dediyini göstərmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid4 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid4 ifadəsi ilə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli sübuta yetir. Şahid4 şahid qismində vermiş olduğu ifadəsi iş üzrə ifadəsi alınmış digər şahidlərin ifadələri ilə eynilik təşkil edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 12-13-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının N oktyabr 2024-cü il tarixli, 1137 nömrəli ekspert rəyində təqdim edilmiş 1 ədəd patronun 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-47”, “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patron olduğu, zavod üsulu ilə istehsal edildiyi, təyinatı üzrə istifadəyə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 155-158-ci vərəqələrinə əlavə edilmiş X5 Limanının müşahidə kamerası tərəfindən qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci video görüntüdə 18 sentyabr 2024-cü il tarixdə, saat 02:19-da bir nəfər hava limanının əməkdaşı qara rəngli yük çantasını açıb içərisindən kiçik çiyin çantasını götürərək X-Ray aparatına qoyur, yoxlandıqdan sonra həmin çiyin çantasını açaraq içərisindən bir ədəd patron aşkar edir. 2-ci videogörüntüdə 18 sentyabr 2024-cü il tarixdə saat 03:13-də otağa bir nəfər qadın, polis əməkdaşları və hava limanının digər əməkdaşları daxil olurlar, həmin şəxslərin iştirakı ilə qara rəngli yük çantasına baxış keçirilir, baxış zamanı həmin yük çantasının içərisindən kiçik ölçülü çiyin çantası çıxarılır, çiyin çantasının içərisindən 1 ədəd patron aşkar edilərək həmin qadına göstərilir, daha sonra həmin şəxslər otağı tərk edirlər. Cinayət işinin 1-ci cildinin 04-cü vərəqəsinə əlavə edilmiş X5 Limanında tərtib olunmuş 18 sentyabr 2024-cü il tarixli, 18 nömrəli aktda 2252 nömrəli reyslə Heydər Əliyev adına X7 gedən sərnişin Şahid1 baqaj çantasından 1 ədəd patron aşkar edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2016-cı il tarixli, 157 №-li əmrindən çıxarışda MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin sıyahısına, bütün növ təminatlara qoyularaq həmin hərbi hissənin tank bölüyünün 2-ci tank taqımının 1-ci heyətinin tuşlayıcıoperatoru vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2024-cü il tarixli, 171 №-li əmrindən çıxarışda isə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxıldığına görə onun hərbi hissənin şəxsi heyətinin sıyahısından, bütün növ təminatlardan çıxarıldığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarekterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsinə əlavə edilmiş “X9 Mərkəzi” X8 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada hər hansı xəstəliklə bağlı dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 35-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə İslah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olması, törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Cinayət Məcəlləsinin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 67 (altmış yeddi) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınaraq VOEN **********, AZ21NABZ******************** №-li hesaba ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd 7,62x39 mm kalibrli patron hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissəyə təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun və Bakı şəhərinin əraziləri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 67 (altmış yeddi) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınaraq VOEN **********, AZ21NABZ******************** №-li hesaba ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd 7,62x39 mm kalibrli patron hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissəyə təhvil verilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar