Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-26/2023 07.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X27 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin X2, hüquqi varisi: Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü ildə Şahbuz rayon, Külüs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı övladı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, Şahbuz rayon, Külüs kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hal-hazırda MAHHXHQ-su kimi N №li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun 2-ci reaktiv batareyasının 2-ci reaktiv artilleriya taqımının 2-ci döyüş maşınının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 08 iyun N-cü il tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, həmçinin digər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edərkən N aprel Ncü il tarixdə saat 05:30 radələrində idarə etdiyi “Azsamand” markalı, **-BD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Şahbuz rayonunun Külüs kənd istiqamətindən Şahbuz şəhəri istiqamətində hərəkətdə olarkən yolun Şahbuz rayonunun Kiçikoba kəndindən keçən hissəsində “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini və 64-cü maddəsinin 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının tələblərini pozmuş (mövcud yol şəraiti sürücüyə nəqliyyat vasitəsini 30 km/saat sürətdən yüksək sürətlə idarə etməyi qadağan etdiyi halda buna əməl etməmiş və avtomobili icazə verilən sürətdən yüksək, 70-80 km/saat sürətlə idarə edərək təhlükə yarandıqda avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış) və nəticədə yolu soldan sağa keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Şahbuz rayonunun Kiçikoba kənd sakini X7 və onun oğlu 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan piyada X8 “alnında, sağ əlində, sağ əl barmaqlarında, sol əlin barmaqlarında sıyrıqlar, sol baldırında hematoma, sol əlin üst səthində, sol bazusunda, döş qəfəsinin ön səthində qançırlar, başın yumşaq toxuması altına təpə ənsə nahiyəsində qansızma, sağ tərəfdə döş qəfəsinin yumşaq toxumalarına və əzələlərinə ön qoltuqaltı xətt üzrə X-Xİİ qabırğalar səviyyəsində geniş həcmdə qansızma, qarın boşluğunda 1,7 litrədək qan, qaraciyərin böyük payı üzərində cırılma, sağda X-Xİİ qabırğaların sınığı, sağ bud və sağ baldır sümüyünün açıq sınığı” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onun ölümünə səbəb olmuş, piyada Zərərçəkmiş şəxs isə “təpə nahiyəsində yara, sifətin sağ yarısında, burnunda sıyrıq, sifətin sol yarısında yara, sağ qaşın bayır küncündə sıyrıq, sağ gicgah payında epudral hematoma, sol gicgah payında baş beyinə qansızma, sağ gicgah payında dərialtı hematoma” ilə müşayiət olunan, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində özünün MAHHXQHQ-su kimi 27 sentyabr 2017-ci ildən N may N-cü il tarixədək N №-li hərbi hissədə əsgər hərbi rütbəsində xidmət etdiyini, hadisə nəticəsində vəfat etmiş X7 o, N №-li hərbi hissənin yeməkxanasında işlədiyindən hadisədən əvvəl görüb tanıdığını, N aprel N-cü ildə, təxminən saat 05:25 radələrində yaşadığı Şahbuz rayon Külüs kəndindəki evdən iş yeri olan N №-li hərbi hissənin tabeliyində olan “Şada” tabor mərkəzinə getmək üçün özünün mülkiyyətində olan “Azsamand” markalı, **-BD-*** dövlət-qeydiyyat nişanlı avtomobilə əyləşib kənddən çıxdığını, həmin gün havanın çovğun olduğunu, güclü küləklə birlikdə qar yağdığını, bu səbəbdən də görmə məsafəsinin təxminən 2-3 metr olduğunu, avtomobil idarə edərkən qabağı görməkdə çətinlik çəkdiyini, təxminən saat 05:30 radələrində həmin yolla Şahbuz şəhəri istiqamətində təxminən saatda 70-80 km sürətlə hərəkət edərək Kiçikoba kənd mərkəzinin qarşısına çatanda maşının qabaq hissəsinin sol tərəfdən nəyəsə dəydiyini hiss etdiyini, həmin vaxt özünü itirdiyindən dərhal tormoz vermədiyini, bir neçə metr getdikdən sonra tormoz verib maşını saxladığını, avtomobildən yerə enəndə avtomobilin qabaq tərəfində yerdə bir qadının uzandığını gördüyünü, dərhal həmin qadına yaxınlaşıb onun başından tutaraq oturaq vəziyyətə gətirdiyini, necə olmasını soruşduqda, qadının ona qırıq və zəif səs tonu ilə nəsə dediyini, lakin onun qadının dediklərini başa düşmədiyini, həmin qadın N №-li hərbi hissənin yeməkxanasında xadimə işlədiyindən dərhal onu tanıdığını, ondan ətrafda başqa kiminsə olub-olmamasını soruşduqda qadının zəif səs tonu ilə olduğunu bildirdiyini, daha sonra Mərcan Nəcəfovanı oturaq vəziyyətdə qoyub avtomobilin arxa tərəfinə keçdiyini, yolun sağ tərəfində olan su kanalının içərisində üzü üstə bir oğlanın düşdüyünü gördüyünü, ondan inilti səsi gəldiyini, ona yaxınlaşıb qucaqlayaraq nəfəs ala bilsin deyə başını dizi üstə aldığını, həmin oğlanın sifət nahiyəsində qan olduğunu, ona “qorxmamasını, hər şeyin yaxşı olacağını” dediyini, vaxt itirmədən təcili yardım adı ilə “102” xidmətinə zəng vuraraq, qəza barədə məlumat verdiyini və hadisə yerinə təcili yardım maşını çağırılmasını xahiş etdiyini, təxminən 5 dəqiqə sonra hadisə yerinə polis əməkdaşlarının, bundan bir qədər sonra isə bir təcili yardım maşınının gəldiyini, ilk olaraq Anar Qənbərovun təcili tibbi yardım avtomobilinə mindirilib xəstəxanaya aparıldığını, həmin vaxt hadisə yerinə toplanmış kənd camaatının danışığından avtomobilin qabaq tərəfinə düşən qadının həmin oğlanın anası olmasını öyrəndiyini, təxminən 15-20 dəqiqə sonra 2-ci təcili tibbi yardım maşınının hadisə yerinə gələrək digər zərərçəkmiş Mərcan Nəcəfovanın da xəstəxanaya aparıldığını, özünün polis əməkdaşları ilə birlikdə hadisə yerində qaldığını və zəng vuraraq hadisə barədə xidmət etdiyi hərbi hissəyə məruzə etdiyini, bir az sonra digər polis əməkdaşlarının da hadisə yerinə gəldiyini, onun iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, onun izahatının alındığını, bundan sonra işlədiyi N №-li hərbi hissəyə getdiyini, həmin gün özünün bir qız övladının doğulduğunu, bu barədə ailəsinin ona məlumat verdiyini, lakin zərərçəkmiş şəxslərin aqibəti barədə ona heç kəsin məlumat vermədiyini, həmin vaxt özünün işlədiyi N №-li hərbi hissədə yaşadığını, bu səbəbdən də, yalnız bir neçə gün sonra zərərçəkmiş Mərcan Nəcəfovanın hadisə nəticəsində aldığı xəsarətlərdən elə həmin gün xəstəxanada vəfat etməsini eşitdiyini, Mərcan Nəcəfovanın yas mərasimi müddətində özünün hərbi hissədə olduğunu, yas mərasimində iştirak edə bilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, hadisədən sonra ailə üzvlərinin hadisə nəticəsində vəfat etmiş mərhum Mərcan Nəcəfovanın yas mərasimdə iştirak etdiklərini, mərhum Mərcan Nəcəfovanın əri Qənbər Nəcəfova üzrhaxlıq etdiklərini, yas mərasiminin keçirilməsi üçün zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etdiklərini, hadisə nəticəsində xəsarət almış digər zərərçəkmiş Zərərçəkmiş şəxs xəstəxanada olduğu müddətdə özü və ailə üzvlərinin tez-tez ona baş çəkdiklərini, müalicəsinə də maddi cəhətdən köməklik etdiklərini, özünün mərhum Mərcan Nəcəfovanın hüquqi varisi Qənbər Nəcəfovdan, o cümlədən onun oğlu və baş vermiş hadisənin digər zərərçəkmiş şəxsi olan Zərərçəkmiş şəxs üzr istəyib, bağışlanmasını xahiş etdiyini, mərhum Mərcan Nəcəfovanın hüquqi varisi Qənbər Nəcəfov və digər zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığını, onların onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X5 hüquqi varisi X10 verdiyi ifadəsində mərhum zərərçəkmiş şəxsin onun həyat yoldaşı olduğunu, mərhum Mərcan Nəcəfovanın 2013-cü ildən vəfat etdiyi günədək Şahbuz şəhərində yerləşən N №li hərbi hissənin yeməkxanasında xadimə işlədiyini, onun hər gün səhər saat 05:30-da işə getdiyini, hər gün onu özünün Kiçikoba kənd mərkəzinin qarşısına gələn marşurutadək müşaiət etdiyini, lakin hadisə günü, yəni N aprel N-cü ildə səhər saatlarında oğlu Zərərçəkmiş şəxs ona “anamı mən yola salacam” dediyini, bu səbəbdən də həmin gün mərhum X3 marşurutadək müşaiət etdiyini, onlar evdən çıxdıqdan təxminən 10-15 dəqiqə sonra telefonuna zəng gəldiyini, qardaşının ona Mərcanın ödünün ağrı verdiyini, kənd mərkəzinin qarşısında yıxılıb qaldığını dediyini, bunu eşitcək özünün təcili evdən çıxaraq kənd mərkəzinin qarşısına getdiyini, ora çatanda həyat yoldaşı Mərcanın asfalt yolda yerdə yatdığını gördüyünü, Mərcan Nəcəfovanın ayaqları əyri olduğundan onların sındığını düşündüyünü, Mərcana yaxınlaşıb nə baş verdiyini soruşduqda, onun “marşrutu gözləyirdik, həmin vaxt maşın gəlib bizi vurdu, oğluma köməklik elə” deyə cavab verdiyini, həmin vaxt Mərcanın zehninin aydın olduğunu, xəstəxanaya aparılanadək onunla sərbəst danışdığını, yolun bir az yuxarısında mağazanın qarşısında oğlu Anarın yerdə yatmış vəziyyətdə olduğunu, bir neçə dəqiqədən sonra təcili yardım maşınının gələrək oğlu Anarı apardığını, daha sonra 2-ci təcili yardım maşının gəlib Mərcanı xəstəxanaya apardığını, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında yoldaşı Mərcan Nəcəfovanın insanların sıx toplaşdığını gördükdən sonra elə oradaca keçinərək dünyasını dəyişdiyini, oğlu Anarın başından xəsarət aldığı üçün 20 gün komada olduğunu, yoldaşını dəfn etdikdən sonra yoldaşını və oğlunu maşınla vuranın Külüs kənd sakini Təqsirləndirilən şəxs olmasını və onun N №li hərbi hissədə MAHHXHQ-su əsgər kimi işləməsini öyrəndiyini bildirmişdir. X1 verdiyi ifadəsində xəstəxanada və yas mərasimi müddətində Təqsirləndirilən şəxs atası Şıxəli Hüseynovun, onun anası və digər qohumlarının hər gün gəlib ona baş sağlığı verdiklərini, həmçinin dəfn və yas xərclərinə, eləcə də oğlu Anarın müalicə xərclərinə təxminən 6000 (altı min) manatadək məbləğində maddi köməklik göstərdiklərini, dəfələrlə Sadiqin ondan üzr istəyib bağışlanmasını xahiş etdiyini, onun da Təqsirləndirilən şəxs bu əməli qəsdən törətmədiyinə görə, əvvəllər özünün də sürücü işlədiyinə görə bir sürücü kimi Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində mərhum Mərcan Nəcəfovanın onun anası olduğunu, onun 2013-cü ildən öldüyü günədək Şahbuz şəhərində yerləşən N №-li hərbi hissənin yeməkxanasında xadimə işlədiyini, hər gün atası Qənbər Nəcəfovun onu Kiçikoba kənd mərkəzinin qarşısından keçən yola çıxarıb oradan keçən marşruta mindirərək işə yola saldığını, hadisə baş verən günü də anasının səhər saatlarında işə getmək üçün hazırlaşdığını, həmin vaxt özünün oruc tutduğu üçün sahura qalxdığını və oyaq olduğu üçün atası Qənbər Nəcəfova “bu gün anamı mən yola salacam” dediyini, təxminən saat 05:30 radələrində anası ilə evdən çıxdığını, həmin gün havanın soyuq, çovğun, küləkli olduğunu, güclü qar yağdığını və yerdə qar olduğunu, anası ilə birlikdə Kiçikoba kənd mərkəzinin qarşısından keçən yolun qırağında durub marşrutu gözləməyə başladıqlarını, təxminən 5 dəqiqə sonra yuxarıdan işıq gəldiyini, marşrut olmasını düşündüklərindən anası ilə qolqola girib yolu keçib mağaza tərəfə getməyə başladıqlarını, anasının onun sol qoluna girdiyini, sağ əlində isə çətir olduğunu, yuxarıdan gələn maşın getdikcə onlara doğru yaxınlaşdığını, daha sonra nə baş verməsini, hadisənin törənməsini xatırlamadığını, 13 aprel N-cü ildə gözünü Naxçıvan MR Mərkəzi Xəstəxanasında açdığını, özünə gələndən sonra hadisə günü mağazanın qarşısında anası Mərcanı və onu maşın vurduğunu öyrəndiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra o, xəstəxanada olarkən Təqsirləndirilən şəxs ailə üzvlərinin onunla maraqlandıqlarını, onun müalicə xərclərinə köməklik göstərdiklərini, Təqsirləndirilən şəxs ondan və ailəsindən üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahbuz rayon X12 X22 və Təxirəsalınmaz tibbi yardım şöbəsinin feldşeri vəzifəsində işləyən Qənbərova (Quliyeva) Ramilə Eyvaz qızı ifadəsində N aprel N-cü il tarixində, səhər saatlarında, təxminən saat 05:47 radələrində Xəstəxanaya zəng gəldiyini və rayonun Kiçikoba kəndi ərazisində avtoqəza hadisəsinin baş verməsinin və təcili yardım maşınına ehtiyac olmasının bildirildiyini, bundan sonra ilk olaraq növbətçi həkim Şahid1 sürücü Elçinlə birlikdə hadisə yerinə yollandığını, daha sonra hadisə yerindən 2-ci maşına ehtiyac olması bildirildiyindən həkim Şahid1 arxasınca özünün ikinci maşın olaraq hadisə yerinə çıxdığını, birinci maşın onlardan bir neçə dəqiqə əvvəl çıxdığından hadisə yerinə daha tez çatdığını, onlar hadisə yerinə çatanda Zərərçəkmiş şəxs vəziyyəti ağır olduğundan təcili tibbi yardım protokoluna uyğun olaraq onun birinci olaraq hadisə yerindən təxliyyə edilərək, Naxçıvan MR Mərkəzi Xəstəxanasına aparıldığını, özünün isə mərhum Mərcan Nəcəfovanı hadisə yerindən götürərək Naxçıvan MR Mərkəzi Xəstəxanasına doğru yola çıxdığını, onlar hadisə yerinə çatanda mərhum X5 yolun ortasında yerdə uzanılı vəziyyətdə olduğunu, həmin vaxt onun huşunun aydın olduğunu, onunla danışdığını, hava soyuq olduğundan və Mərcan Nəcəfovanın da qalın geyindiyindən görünürdə onun açıq yarasının olub-olmamasını müəyyən etməyin mümkün olmadığını, Naxçıvan MR Mərkəzi Xəstəxanasına gedərkən özünün yolda Mərcan Nəcəfova ilə söhbət etdiyini, söhbət zamanı Mərcan Nəcəfovanın rayonda kimlərdən olmasını soruşduğunu, onun da ona Qənbərin yoldaşı olduğunu bildirdiyini, yolda Mərcan Nəcəfovanın sərbəst danışmaqla, yol boyu ağrıdığını və inildədiyini, X13 MR Mərkəzi Xəstəxanasına təhvil verdikdən sonra xidmət yerlərinə-rayon xəstəxanasına qayıtdığını, iş yerinə çatanda xəstə Mərcan Nəcəfovanın vəfat etməsini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş hadisə vaxtı Şahbuz rayon X12 X22 və Təxirəsalınmaz tibbi yardım şöbəsinin növbətçi həkimi vəzifəsində işləmiş Şahid1 ifadəsində N aprel N-cü ildə saat 05:47 radələrində Xəstəxanaya zəng gəldiyini, rayonun Kiçikoba kəndi ərazisində avtoqəza hadisəsi olması barədə məlumat verildiyini, bu məlumat əsasında özünün ilk olaraq hadisə yerinə çıxdığını, hadisənin Kiçikoba kənd mərkəzinin qarşısından keçən avtomobil yolunda olduğunu,o hadisə yerinə çatan zaman orada bir nəfər yol polisi əməkdaşının və avtomobili idarə edən sürücünün olduğunu, yolun asfalt hissəsində üzü Şahbuz şəhəri istiqamətində “Azsamand” markalı “**-BD-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, mərhum X5 yolun ortasında yerdə uzandığını, həmin vaxt onun huşunun aydın olduğunu, oğlu Anarın adını sayıqladığını, onun görünürdə açıq yarasının olmadığını, lakin bir həkim kimi ilk baxışda onun ayaqlarının sınmasından şöbhələndiyini, hadisə olan yolun bir az yuxarısında, mağazanın qarşısında su kanalının içərisində Zərərçəkmiş şəxs huşsuz və hərəkətsiz vəziyyətdə uzandığını, özünün onun xarici müayinə etdiyini, müayinə zamanı Zərərçəkmiş şəxs alın nahiyəsində açıq yaraların olmasını, həmçinin bədənin müxtəlif nahiyələrində sıyrılmış yaraların olmasını gördüyünü, Zərərçəkmiş şəxs vəziyyəti ağır olduğundan təcili tibbi yardım protokoluna uyğun olaraq onu təcili tibbi yardım maşınına yerləşdirərək, Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardığını, Xəstəxanada vətəndaş Zərərçəkmiş şəxs təcili yardım şöbəsinə təhvil verdiyini, bir az sonra ikinci xəstə Mərcan Nəcəfovanın da xəstəxanaya gətirildiyini, həmin vaxt onun vəziyyətinin ağırlaşdığını, Mərcan Nəcəfovanı da Naxçıvan MR Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə təhvil verdikdən sonra iş yerinə qayıtdığını, Şahbuz rayon Mərkəzi xəstəxanasında olarkən xəstə Mərcan Nəcəfovanın vəfat etməsini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahbuz rayon polis şöbəsinin Dövlət Yol-Patrul Xidmətinin inspektoru, polis baş serjantı Şahid4 ifadəsində N aprel N-cü il tarixdə, səhər saatlarında mobil telefonuna Şahbuz rayon polis şöbəsindən zəng gələrək ona rayonun Şahbuz-Keçili avtomobil yolunun Kiçikoba kəndi ərazisindən keçən hissəsində avtoqəza hadisəsinin olması barədə məlumat verildiyini, Buna görə özünün, təcili olaraq hadisə yerinə getdiyini, hadisə yerinə ilk çatanlardan birinin də onun olduğunu, hadisənin Kiçikoba kənd mərkəzinin qarşısından keçən avtomobil yolunda baş verdiyini, o, hadisə yerinə çatan zaman orada avtobilin sürücüsü və iki nəfər xəsarət alan vətəndaşı gördüyünü, həmin vaxt Kiçikoba kənd mərkəzindən təxminən 50-60 metr arxa məsafədə zərərçəkmiş Zərərçəkmiş şəxs arxın içərisində, mərhum zərərçəkmiş Mərcan Nəcəfovanın isə qəza törədən maşının dayandığı yerdən təxminən 5-6 metr qabaqda olduğunu gördüyünü, həmin vaxt yolun asfalt hissəsində üzü Şahbuz şəhəri istiqamətində “Azsamand” markalı avtomobil dayandığını, avtomobilin kapot hissəsinin əzildiyini, ön süşəsinin sındığını, hava qaranlıq və qarlı olduğu üçün maşının tormoz izlərini və hər hansı digər izləri seçməyin mümkün olmadığını, mərhum zərərçəkmiş Mərcan Nəcəfovanın sərbəst danışa bilməklə tez-tez oğluna nəsə olub-olmadığını soruşduğunu, həmin vaxt Mərcan Nəcəfovada görünən xəsarətlər görmədiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs isə arxın içərisində qanlı vəziyyətdə uzandığını, onun hadisə yerinə çatmasından təxminən 3-4 dəqiqə sonra 1-ci təcili tibbi yardım maşınının, bundan bir müddət sonra isə 2-ci təcili tibbi yardım maşınının gələrək zərərçəkmiş şəxsləri xəstəxanaya apardıqlarını, Həmin vaxt hadisə yerinə gələn müstəntiqlərin maşının sürətini müəyyən etsələr də, onun bu haqda məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahbuz rayon polis şöbəsinin polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid5 oxşar məzmunlu ifadələr verərək, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və şahidlərin ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” N aprel N-cü il tarixli protokol, protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən və görünür ki, hadisə Şahbuz rayonunun Kiçikoba kəndi ərzisində, kənd mərkəzinin qarşısında baş vermişdir. Baxış havanın işıqlı vaxtında aparılmış, baxış zamanı hava yağıntılı (narın qar yağmış), yol örtüyü asfalt və sulu olmuşdur. Yol örtüyü bir gedişli və bir gəlişli olmaqla iki hərəkət zolağından ibarət olmuş, hərəkət zolaqlarını bir-birindən ağ rəngli qırıq xətlər ayırmış, yol örtüyünün eni 7.30 metr (yeddi metr, otuz santimetr) olmuşdur. Yolun sağ kənarında 3.45 metr (üç metr, qırx beş santimetr) enində ehtiyat asfalt yol, asfalt yoldan sonra isə 0.70 metr (yetmiş santimetr) enində beton su kanalı olmuş, yolun digər hissəsində isə 2 (iki) metr ehtiyat torpaq hissəsi olmuşdur. Piyadalar yolun sol kənarından 2.5 metr (iki metr, əlli santimetr) məsafədə, yolu soldan sağa keçərkən vurulmuşlar. Beton örtüklü su kanalının kənarında qan ləkələri olmuş, sürücünün deməsinə görə piyadalardan biri vurulduqdan sonra qan ləkəsinin olduğu yerə düşmüş, piyadanın su kanalında düşdüyü yerdən vurulma yerinə qədər olan məsafə 27 (iyirmi yeddi) metr olmuş, vurulma yerindən 43.30 metr (qırx üç metr, otuz santimetr) məsafədə “Az Samand” markalı, **-BD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Avtomobil yolun sol kənarından 5.80 metr (beş metr, səksən santimetr) məsafədə dayanmış, avtomobilin ön hissəsi qəzalı vəziyyətdə olmuş, digər piyada avtomobilin dayandığı yerdən 11.60 metr (on bir metr, altmış santimetr) məsafədə önə asfalt yola düşdüyü müəyyən edilmişdir (i.v İ cild 4-12). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş yol-nəqliyyat hadisəsinin törədilmə yeri, vaxtı və şəraiti, o cümlədən sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərməsi ilə bağlı cəhdləri öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 “Meyitin məhkəmə-tibbi ekspertizası”na dair xx.xx.N-cü il tarixli, 22 saylı rəyindən görünür ki, mərhum X5 meyitində aşkar edilmiş xəsarətlər-alnında, sağ əlində, sağ əl barmaqlarında, sol əl barmaqlarında sıyrıqlar, sol baldırda hematoma, sol əlin üst səthində, sol bazusunda, döş qəfəsinin ön səthində qançırlar, başın yumşaq toxuması altına təpə ənsə nahiyəsinə qansızma, sağ tərəfdə döş qəfəsinin yumşaq toxumalarına və əzələlərinə ön qoltuqaltı xətt üzrə X-Xİİ qabırğalar səviyyəsində geniş həcmdə qansızma, qarın boşluğunda 1,7 litrədək qan, qaraciyərin böyük payı üzərində cırılma, sağda X-Xİİ qabırğaların sınığı, sağ bud və sağ baldır sümüyünün açıq sınığıdır. Göstərilən xəsarətlər həyati olub, güclü küt alət təsirindən törənmişdir, bilavasitə yol-nəqliyyat hadisəsi üçün xarakterikdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və vaxta uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir, mərhum X5 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına törənmiş travmatik şok, qaraciyərin cırılması, bud və baldır sümüklərinin sınığı olmuşdur, ölümün müddəti meyitin müayinə gününə uyğundur (i.v İ cild 47-52). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş yol-nəqliyyat hadisəsi ilə zərərçəkmiş şəxs mərhum X5 ölümü arasında səbəbli əlaqənin mövcudluğu və ölümün səbəbi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 “Məhkəmə-tibbi ekspertizası”na dair xx.xx.N-cü il tarixli, 280 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsində yara, sifətin sağ yarısında, burnunda sıyrıq, sifətin sol yarısında yara, sağ qaşın bayır küncündə sıyrıq, sağ gicgah payında epudral hematoma, sol gicgah payında baş beyinə qansızma, sağ gicgah payında dərialtı hematoma bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də avtomobil qəzası zamanı əmələ gələ bilərdi, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir (i.v İ cild 54-57). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş yol-nəqliyyat hadisəsi ilə Zərərçəkmiş şəxs sağlamlığına vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu və zərərin ağırlıq dərəcəsi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın xx.xx.N-cü il tarixli, 558 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən “Azsamand” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin (3.24 maksimum hərəkətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “X25” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin (3.24 maksimum hərəkətin məhdudlaşdırılması yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v İ cild 82- 84). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs tərəfindən «X25» Qanunun tələblərinin pozulması və bu pozuntunun konkret nədə ifadə olunması, baş vermiş hadisənin qarşısını almağa onun texniki cəhətdən imkanının olması öz təsdiqini tapır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” N aprel N-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilləridən görünür ki, avtomobilə baxış zamanı “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön kapotu, qabaq buferi, radiator barmaqlığı, sol ön farası yararsız vəziyyətdə olmuş, avtomobilin ön qabaq şüşəsində çat aşkar edilmiş,ümumilikdə isə avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur (i.v İ cild 18-21). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmetinin məhz “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil olması və onun texniki vəziyyəti ilə bağlı məlumatlar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD301173 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili 2007-ci il olan “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur (i.v İ cild 115). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmeti olan “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs məxsusluğu öz təsdiqini tapır. 14 iyul N-cü il tarixli “Avtomobilin maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı onun idarə etdiyi “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Şahbuz Rayon Polis Şöbəsinə məsul saxlanca verilmişdir (i.v İ cild 132-133). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmeti olan “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınaraq məsul saxlanca verilməsi öz təsdiqini tapır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.N-cü il tarixli qərardan və müvafiq protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v İ cild 95-98; 102). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.N-cü il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 117-118). Şahbuz Rayon X12 Hüquqi şəxsi tərəfindən verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 669 №-li, xx.xx.N-cü il tarixli aktdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v İ cild 13). BD859604 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə xx.xx.2032-ci il tarixədək etibarlıdır (i.v İ cild 116). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi, onun barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirinin seçilməsi, cinayət törədərkən onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməməsi, onun sürücülük hüququnun olması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin xx.xx.N-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-1-ci maddəsi ilə (piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yolu keçidinin müəyyən olunmayan yerdən keçilməsi), xx.xx.N-cü il tarixdə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (yaşayış zonasında hərəkət etmə qaydalarının polzulması) inzibati məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir (i.v İİ cild 55-58). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməsi, onun inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 123). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.N-cü il tarixli qərarlardan görünür ki, hadisə nəticəsində ölmüş piyada X14, o cümlədən sağlamlığına ağır zərər vurulmuş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 152, 164). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.N-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X5 əri X10 onun hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 155-156). Mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (əri) olan hüquqi varisi-X2, o cümlədən Zərərçəkmiş şəxs cinayət işin ibtidai araşdırılması zamanı Naxçıvan Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N-cü il tarixli, o cümlədən məhkəməyə təqdim etdikləri xx.xx.N-cü il tarixli ərizələrindən görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs və onun valideynləri dəfələrlə xəstəxanada və yas mərasimi müddətində onlardan üzr istəmiş, mərhum X5 dəfn xərclərinin ödənilməsinə və Zərərçəkmiş şəxs müalicə olunmasına ümumilikdə təxminən 6000 (altı min) manat miqdarında maddi köməklik göstərmişlər, Bu səbəbdən də, onların Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur (i.v İ cild 163, 172, İİ cild 77-78). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən sağlamlığına ağır zərər vurulmuş digər zərərçəkmiş şəxsin kimliyi, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yəni onun tərəfindən zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı edilmiş cəhdlərin mövcudluğu, onun mərhum zərərçəkmiş şəxsin yaxın qohum olan hüquqi varisi ilə, o cümlədən hadisənin digər zərərçəkmişi olan Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli, 280 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X20 Komandanının Şəxsi heyət üzrə müavininin 03 oktyabr 2022-ci il tarixli, 0163 əç №-li əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 4cü motoatıcı taborunun tank əleyhinə taqımının sürücüsü vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 36). N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, 102 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su əsgər Hüseynov X11 Ümumqoşun Ordu Komandanının Şəxsi heyət üzrə müavininin 02 may N-cü il tarixli, 035 əç №-li əmri ilə N №li hərbi hissənin 1-ci reaktiv artilleriya divizionunun 2-ci reaktiv batareyasının 2-ci reaktiv artilleriya taqımının 2-ci döyüş maşınının sürücüsü vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 201). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs hərbi qulluqçu olması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N-cü il tarixli və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N-cü il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi N və N №-li hərbi hissələrin komandanlıqları tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 37, 203). Həmçinin Şahbuz Rayon İHB-nın Külüs kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N-cü il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ.v İİ cild 36). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallar öz təsdiqini tapır. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 746 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 19 iyul N-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır (i.v İ cild 204). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 və Şahbuz Rayon X12 Hüquqi Şəxsi tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış müvafiq olaraq xx.xx.N-cü il tarixli, 973 №-li və xx.xx.N-cü il tarixli, 402 №-li cavab məktublarından görünür ki, Şahbuz rayon Külüs kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisələrində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İİ cild 9,12). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. Şahbuz Rayon İHB-nın Külüs kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N-cü il tarixli 216 və 217 №-li, xx.xx.N-cü il tarixli 245 №-li arayışlardan, AZ-İİ 511547 №-li nikah haqqında və AZ-İV 787944 №-li doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayon Külüs kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun himayəsində olan ailə üzvləri-2003-cü il təvəllüdlü arvadı Hüseynova (Vəliyeva) İlahə İntiqam qızından və N-cü il təvəllüdlü qızı X9 ibarətdir və onun arvadı Hüseynova (Vəliyeva) İlahə İntiqam qızı heç bir yerdə işləmir (i.v İ cild 198-199, İİ cild 33-34,76). Məhkəmə hesab edir ki, bu sübutlarla cəzanı yüngülləşdirən halların mövcudluğu öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X17rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “X25” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “X25” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edərkən N aprel N-cü il tarixdə saat 05:30 radələrində idarə etdiyi “Azsamand” markalı, **-BD-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə Şahbuz rayonunun Külüs kənd istiqamətindən Şahbuz şəhəri istiqamətində hərəkətdə olarkən yolun Şahbuz rayonunun Kiçikoba kəndindən keçən hissəsində “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” tələbini və 64cü maddəsinin 3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının tələblərini pozmuş (mövcud yol şəraiti sürücüyə nəqliyyat vasitəsini 30 km/saat sürətdən yüksək sürətlə idarə etməyi qadağan etdiyi halda buna əməl etməmiş və avtomobili icazə verilən sürətdən yüksək, 70-80 km/saat sürətlə idarə edərək təhlükə yarandıqda avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmamış) və nəticədə yolu soldan sağa keçmək istəyən piyadalar 1975-ci il təvəllüdlü Şahbuz rayonunun Kiçikoba kənd sakini X7 və onun oğlu 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə vuraraq, ehtiyatsızlıqdan piyada X5 ölümünə, piyada Zərərçəkmiş şəxs isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, mərhum zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq “X25” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin (3.24 maksimum hərəkətin məhdudlaşdırılması yol nişanı) tələblərini pozması nəticəsində zərərçəkmiş şəxs X5 ölümünə, həmçinin Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olması, onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə, digər zərərçəkmiş şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, mərhum zərərçəkmiş şəxsin yas mərasiminin keçirilməsi üçün, o cümlədən hadisə nəticəsində xəsarət almış digər zərərçəkmiş Zərərçəkmiş şəxs müalicəsi üçün ailəyə 6000 (altı min) manatadək məbləğində maddi yardım göstərməsini, zərərçəkmiş şəxslə, həmçinin mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (əri) olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin və hüquqi varisin ona qarşı şikayət və tələblərinin olmamasını, xidməti və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (əri) olan hüquqi varisi-X2 və Zərərçəkmiş şəxs ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 və Zərərçəkmiş şəxs cinayət işinin ibtidai araşdırılması zamanı Naxçıvan Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.N-cü il tarixli, o cümlədən məhkəməyə təqdim etdikləri xx.xx.N-cü il tarixli ərizələri, həmçinin Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi fəaliyyət göstərdiyi N və N №-li hərbi hissə komandanlıqlar tərəfindən verilmiş müvafiq olaraq xx.xx.N-cü il və xx.xx.N-cü il tarixli xidməti xasiyyətnamələr, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şahbuz Rayon İHB-nın Külüs kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N-cü il tarixli xasiyyətnamə, xx.xx.N-cü il tarixli 216 və 217 №-li, xx.xx.N-cü il tarixli 245 №-li arayışlar, AZ-İİ 511547 №-li nikah haqqında və AZ-İV 787944 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, o cümlədən iş üzrə digər zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası əsas cəza kimi təyin edilməlidir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, mərhum zərərçəkmiş şəxsin yas mərasiminin keçirilməsi üçün, o cümlədən hadisə nəticəsində xəsarət almış digər zərərçəkmiş Zərərçəkmiş şəxs müalicəsi üçün ailəyə təqribən 6000 (altı min) manatadək məbləğində maddi yardım göstərməsini, zərərçəkmiş şəxslə, həmçinin mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (əri) olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin və hüquqi varisin ona qarşı şikayət və tələblərinin olmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və əsas cəza növü kimi ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında yeganə əsas cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli qərarında da qeyd olunduğu kimi şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı bu cəza növü də əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 23-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirkar şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzaya münasibətdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, o cümlədən Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyin olunması hallarında cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyin edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar barəsində şərti məhkum etmə tətbiq ediləcəyindən, ona təyin olunacaq əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 08 iyun N-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şahbuz Rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs məxsus “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus BD301173 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”, AD0015237 nömrəli şəxsi vəsiqə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus BD859604 nömrəli sürücülük vəsiqəsi isə təqsirkara təyin ediləcək əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə təqsirkar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli, o cümlədən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şahbuz Rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs məxsus “Azsamand” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus BD301173 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” və AD0015237 nömrəli şəxsi vəsiqə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus BD859604 nömrəli sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-26/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-26/2023
07.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver