Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-26/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşaq olan), ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan Nda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü tabor, 11-ci bölük, 1-ci taqımının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən, N5 noyabr N0N3-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Namazov X3 Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü tabor komandirinin maddi texniki-təminat üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, N4 noyabr N0N3-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evdə olarkən borclarını ödəməsi üçün Naxçıvan şəhərində yerləşən hansısa bir mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə yaşadığı evdən oğurluq edəcəyi mağazanın qapısını, yaxud pəncərəsini açması üçün vintaçan və əl izlərinin qalmaması üçün əlcək götürərək evdən çıxmış və bir qədər piyada hərəkət etdikdən sonra əvvəlcədən tanıdığı, vətəndaş Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi, Naxçıvan şəhəri ünvan 5 ünvanında yerləşən “Aydın” adlı ərzaq mağazasının qarşısına gəlmişdir. Həmin vaxt o, mağazanın bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gələrək mağazanın müşahidə kamerasına düşməməsi üçün əynində olan boz rəngli qısaqol köynəyi çıxararaq sifətini bağlamış və oğurluq edən zaman əl izlərinin düşməməsi üçün əlcəkləri əlinə geyinmişdir. O, mağazanın içərisində, eləcə də ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın ön sağ tərəfində olan plastik materialdan hazırlanmış pəncərəni özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olaraq qabaqcadan bələdçiliyi olduğu üçün mağazada olan stolun çəkməcəsini açaraq orada olan 15N (bir yüz əlli iki) manat məbləğində nağd pulu götürmüş və mağazaya daxil olduğu pəncərədən çölə çıxıb oradan ayrılaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N5 dekabr N0N3-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 1-ci taqımının komandiri vəzifəsində xidmət etdiyini, anası X1 “alzeymer” xəstəsi olduğundan ona baxması üçün aylıq 600 manat ödəməklə baxıcı tutduğunu, aylıq 990 manat əməkhaqqı alıb 600 manatını baxıcıya verdiyindən qalan pulla ehtiyaclarını ödəyə bilmədiyini, buna görə borcları artdığını, anası N0N3-cü ilin iyul ayının N7-də rəhmətə getdiyini, N0N1-ci il tarixdə Kapital Bank ASC-dən 17.000 manat məbləğində kredit götürdüyünü, borcları artdığından təkrar olaraq N3 noyabr N0N3-cü il tarixdə Kapital Bank ASC-dən kredit götürdüyünü, həmin pulun 3500 manatı ilə borclarının bir hissəsini ödədiyini, mobil qumar oyunları oynadığını, lakin pulları uduzduğu və əlavə borcları olduğundan pul tapmaq barədə düşünərək oğurluq etmək qərarına gəldiyini, buna görə ünvan Nda yerləşən, kirayə qaldığı evə qalxıb evdə olan bir cüt fəhlə əlcəyini və bir ədəd vintaçanı özü ilə götürüb sonra şəhərdə piyada hərəkət edərək oğurluq edə biləcəyi yer axtarmağa başladığını, piyada hərəkət edərək ünvan 6 ünvanında kirayədə yaşadığından həmin məhəllədə yerləşən binanın birinci mərtəbəsində olan, Yaşar adlı şəxsin işlətdiyi ərzaq mağazasından alver etdiyini, ərzaq mağazası 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyini, mağazanın girişi yol istiqamətində olduğunu, giriş qapısı şəffaf şüşəli olduğunu, girişin sağ tərəfindən plastik pəncərəsi olduğunu, içəridə müxtəlif rəflər qoyulduğunu, həmin rəflərə ərzaq malları yığıldığını, pəncərənin yanında stol qoyulduğunu, satıcının orada oturduğunu, N4 noyabr N0N3-cü il tarixdə, saat 03 radələrində həmin mağazanı işlədən Yaşarı tanıdığından, mağazanın quruluşunu bildiyindən mağazadan oğurluq etmək qərarına gələrək müşahidə kamerasına düşməmək üçün əynində olan boz rəngli qısaqol köynəyi çıxarıb üzünü bağladığını, əl izləri düşməməsi üçün əlcəkləri əlinə geyindiyini, mağazada heç kimin olmadığını bilib mağazanın girişinin sağ tərəfinə düşən plastik pəncərənin yanına gələrək vintaçanı pəncərənin arasına salıb açmaqla mağazaya daxil olduğunu, pəncərənin yanında olan stolun arxasına keçib rəfləri açıb baxdığını, birinci rəfin içərisində smartfon tipli mobil telefon olmasını gördüyünü, onu götürmədiyini, digər rəflərdə müxtəlif əskinazlardan ibarət pulların olmasını görüb saymadan pulları götürərək cibinə qoyduğunu, başqa heç nəyə toxunmadan pəncərədən çölə çıxdığını, gəldiyi yolla qayıdıb məktəbin yanından keçərək “Megastore” adlı super marketin arxası ilə, ağaclıq ərazidən getməyə başladığını, həmin ərazidən keçərkən üzünə bağladığı köynəyi, vintaçanı və əlcəkləri yerə atdığını, həmin vaxt əynində qara cins şalvar, alt hissəsi ağ, üst parça hissəsi qara rəngli olan ayaqqabı, tünd boz rəngli boğazlı uzun qollu köynək, mavi rəngli parça materialdan gödəkçə geyindiyini, üzünə bağladığı boz rəngli qısaqol köynəyi də altdan geyindiyini, sonra “Şərq hamamı” adlı yerə tərəf yolun digər tərəfindəki binaların arasından keçdiyini, oradan “İmamzadə” adlı mərasim yerinin yanındakı dayanacağın olduğu ağaclıq əraziyə keçərək gözləyib maşın gəldikdə saxladıb şəhər mərkəzinə getməyi planladığını, bir qədər sonra “Megastore” adlı super market tərəfdən “VAZ N106” markalı minik avtomobilinin gəlməsini görüb saxladaraq həmin avtomobilə əyləşdiyini, sürücünün kim olmasını bilmədiyini, orta yaşlı, saqqallı bir kişi cinsli şəxs olduğunu, onunla heç bir ünsiyyəti olmadığını, sürücü onun barəsində əvvəlcədən heç nədən məlumatlı olmadığını, avtomobilə əyləşəndən sonra şəhər mərkəzinə hərəkət etdiklərini, şəhər mərkəzinə çatdıqdan sonra “Fujifilm” adlı yerin yaxınlığında avtomobildən düşüb yaşayış binalarının arasından keçərək "xxxx" ASCnin binasının qarşısındakı “Milliön” aparatının yanına gəldiyini, cibindəki pulları çıxarıb saydıqda 175 manat pul olmasını gördüyünü, pulları hissə-hissə, əvvəl 105, sonra 30 və sonda 40 manat olmaqla “Birkart” bankomat kartına yüklədiyini, əvvəl mağazadan 169 manat pul götürməsini düşünsə də, sonradan mağazadan 15N manat pul götürməsini bildiyini, pulları yüklədikdən sonra yenidən mobil qumar oyunlarına davam etsə də pulları uduzduğunu, növbəti gün işdən evə gələndə məhəllədə polis əməkdaşları ona yaxınlaşıb sorğu-sual etdiklərini, nəticədə mağazadan oğurluq etməsini qəbul etdiyini, polis şöbəsində müşahidə kameralarının görüntüləri təqdim olunduğunu, törətdiyi əməli etiraf etdiyini, sonra barəsində Naxçıvan şəhər Polis İdarəsində cinayət işi başlandığını, zabit yoldaşı kapitan Şahid3 mağaza sahibi Yaşarın əlaqə nömrəsini və 160 manat pul verib Yaşara çatdırmasını dediyini, Şahid3 160 manat pulu Yaşara verdiyini, törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Mehdiyev XN şəhəri, ünvan 7 ünvanında yerləşən “Aydın” adlı ərzaq mağazasını icarəyə götürməklə işlətdiyini, atası Sabir Mehdiyev və qardaşı ŞahidN mağazada satıcı kimi işlədiklərini, anası Adilə Məmmədova isə mağazada təmizliyə nəzarət etdiyini, mağazada satılan mallar və gəlir ona aid olduğunu, həmin mağaza 5 mərtəbəli yaşayış binasının sağ tərəfində, birinci mərtəbəsində yerləşdiyini, mağazanın girişi binanın qabaq hissəsində olduğunu, giriş qapısı şəffaf şüşəli olmaqla avtomobil yolu istiqamətində açıldığını, mağazanın girişi və girişi ilə üzbəüz arxa divarında pəncərələri olduğunu, mağazanın sağ və sol divarlarının qarşısına vitrinlər yığıldığını, vitrinlər arasına soyuducular qoyulduğunu, girişdən sağ tərəfdə binanın qarşı tərəfinə, avtomobil yoluna açılan, plastik materialdan olan bir tağlı pəncərə olduğunu, pəncərənin qarşısında üzərində kompüter olan siyirməli stol qoyulduğunu, Təqsirləndirilən şəxs əvvəllər mağazanın yerləşdiyi Babək məhəlləsindəki binada kirayədə yaşadığı müddətdən tanıdığını, o, mağazadan alver etdiyini, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə zabit kimi xidmət etdiyini, daha sonra kirayədən çıxaraq başqa yerə köçdüyünü, N3 noyabr N0N3-cü il tarixdə, saat NN:35-də mağazanı bağlayıb yaşadığı evə getdiyini, mağazada böyük məbləğdə pul saxlamadığından həmin gün gedərkən konturların pulu olan 15N manatı siyirməyə qoyduğunu, növbəti gün, yəni N4 noyabr N0N3-cü il tarixdə, saat 07 radələrində anası A.Məmmədova zəng edib konturun pulunu mağazadan götürüb-götürməməsini soruşduqda, pulu götürmədiyini, siyirməyə qoyduğunu dediyini, anası “siyirmədə pul yoxdur, deyəsən oğurluq olub” dediyini, həmin vaxt qardaşı ŞahidN də zəng edib mağazadan oğurluq edilməsini bildirdiyini, saat 08 radələrində mağazaya getdikdə anası, atası və qardaşı gecə saatlarında mağazadan oğurluq edilməsini, siyirmədəki 15N manat pulun oğurlanmasını dediklərini, qardaşı ŞahidN mağazanı açdıqda pəncərənin açıq olmasını, siyirmədəki pulların yerində olmamasını, mağazanın müşahidə kamerasının çəkdiyi görüntüyə baxanda saat 03 radələrində oğurluq edən şəxsin stolun yanında olan balaca pəncərədən içəri daxil olub pulu götürüb oradan çıxıb getməsini bildirdiyini, qardaşı ŞahidN bu barədə polis əməkdaşlarına məlumat verdiyini, bundan sonra polis əməkdaşları gəlib mağazaya baxış keçirdiklərini, mağazanın müşahidə kamerasının görüntülərinə baxdıqlarını, həmin vaxt oğurluq edən şəxsin sifəti örtülü olduğundan kim olmasını bilmədiklərini, oğurluq edən şəxs əvvəl mağazanın giriş qapısına yönəlib qapını açmaq istədiyini, aça bilmədiyindən girişdəki balaca pəncərəyə tərəf gəlib əlindəki alətlə pəncərəni açıb oradan qaz borusunun üstünə çıxaraq içəri daxil olduğunu, sonra stolun siyirməsini açıb pulu oradan götürüb geri qayıdaraq pəncərədən çölə çıxaraq uzaqlaşdığını, həmin şəxsin hərəkətlərindən mağazaya bələdçiliyi olan şəxs olması görüldüyünü, siyirmədə telefon və mağazada başqa əşya-əmlak olsa da, oğurluq edən şəxs onların heç birinə toxunmadığını, həmin şəxs təxminən 1.70 m boylarında, normal bədən quruluşlu şəxs olduğunu, o, stolun altında, kilidi olmayan siyirmədəki 15N manat pulu götürdüyünü, həmin pulun 6N manatı 1 manatlıq, 30 manatı 10 manatlıq, 60 manatı isə 5 manatlıq əskinaslardan ibarət olduğunu, sonra polislər əməliyyat yolu ilə mağazaya girib oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etdiklərini, polis əməkdaşları müşahidə kameraları ilə Təqsirləndirilən şəxs mağazadan çıxandan sonra “Megastore” adlı super marketinin yaxınlığında bir maşını saxlatdırıb şəhər mərkəzində, İran Konsulluğu tərəfdə düşməsindən, oradan isə girdiyi yaşayış binasından və əynindəki paltarlarından tanımaqla onu müəyyən etdiklərini, polis idarəsinə dəvət ediləndən sonra Təqsirləndirilən şəxs oğurluq etməsini etiraf etdiyini, Təqsirləndirilən şəxs mağazaya girərkən üzünə köynək bağladığını, əllərinə əlcək geyindiyini, buna görə mağazaya əl izləri düşmədiyini, üz nahiyəsi bağlı olduğundan kim olması bilinmədiyini, bundan sonra Naxçıvan şəhər Polis İdarəsində onun barəsində cinayət işi başlandığını, 11 dekabr N0N3cü il tarixdə bir şəxs ***-***-**-** mobil nömrəsindən zəng edib Təqsirləndirilən şəxs iş yoldaşı olmasını, onların utandığından gələ bilmədiklərini, oğurlanmış pulu ödəməsi üçün ona göndərdiklərini, pulu necə verə biləcəyini bildirdiyini, bankomat kartının şəkilini onun istifadə etdiyi ***-***-**-** nömrəsinin “WhatsApp” proqramına göndərdiyini, bundan sonra həmin şəxs 14 dekabr N0N3-cü ildə bankomat kartına Təqsirləndirilən şəxs oğurladığı pulu qaytarması ilə bağlı olan 160 manat pulu göndərdiyini, ona “15N manat oğurlanıb, niyə 160 manat göndərmisən” dedikdə o, “Elnur 160 manat dediyindən mən də həmin məbləğdə pul göndərmişəm” dediyini, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, onu bağışladığını, şikayəti olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində “Vaz N106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, N4 noyabr N0N3-cü il tarixdə, saat 04 radələrində həmin avtomobillə mikrorayon adlanan yaşayış zonasından şəhər mərkəzi istiqamətinə hərəkət edərkən “İmamzadə” adlanan mərasim yerinin yaxınlığında, avtobus dayanacağından bir qədər yuxarıda bir kişi cinsli şəxs avtomobili saxlaması üçün əl etdiyini, avtomobili saxladıqdan sonra həmin şəxs “məni Sizin marketin yanına ata bilərsən?” deyə soruşduqda etiraz etmədiyini, həmin şəxs orta yaşlı, arıq bədən quruluşlu olduğunu, onunla yolboyu heç bir söhbət etmədiyini, onun haradan gəlməsini bilmədiyini, əlində heç bir əşya olmadığını, həmin şəxs avtomobili “Sizin market” adlanan marketin yaxınlığında, yeni tikili binanın yanında saxlamasını dediyini, avtomobili saxladıqdan sonra həmin şəxs düşərək yaşayış binalarının arası ilə hərəkət edib getdiyini, bundan sonra avtomobillə hərəkət edərək yaşadığı, Şıxmahmud kəndində olan evinə getdiyini, növbəti gün polis əməkdaşları onu polis şöbəsinə çağırıb həmin şəxsin mikrorayon adlanan yaşayış zonasından oğurluq etməsini bildirdiklərini, həmin şəxsi tanımadığını, yolda əl etdiyindən götürdüyünü bildirdiyini, qısa müddət sonra polis əməkdaşları həmin şəxsi tapdıqlarını, polis əməkdaşlarından onun hərbiçi olmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində “Aydın” adlı ərzaq mağazasında satıcı işlədiyini, həmin mağaza Naxçıvan şəhəri, ünvan 7 ünvanında yerləşdiyini, mağaza 5 mərtəbəli yaşayış binasının sağ tərəfində birinci mərtəbəsində yerləşdiyini, mağazanın girişi binanın yola baxan hissəsində yerləşməklə giriş qapısı şəffaf şüşəli olduğunu və avtomobil yolu istiqamətində açıldığını, mağazanın girişi və girişi ilə üzbəüz arxa divarında pəncərələri olduğunu, girişdən sağ tərəfdə yola açılan plastik materialdan olan bir tağlı pəncərə olduğunu, həmin pəncərənin qarşısında üzərində kompüter olan siyirməli stol qoyulduğunu, N3 noyabr N0N3-cü il tarixdə günün sonunda mağazanı qardaşı Zərərçəkmiş şəxslə bağlayıb evə getdiyini, növbəti gün, N4 noyabr N0N3-cü il tarixdə, saat 06:10-da mağazaya gedəndə mağazanın pəncərəsinin açıq olduğunu gördüyünü, əvvəl qardaşı Yaşarın yadından çıxaraq pəncərəni açıq saxlamasını düşündüyünü, sonra pulları qoyduqları siyirməni açaraq nisyə dəftərini götürdüyünü, həmin vaxt siyirmədə olan kontur pullarından 15N manat pulun yerində olmadığını gördüyünü, siyirmədə 400 manatlıq kontur olduğunu, konturları sayanda N48 manatlıq konturun yerində olduğunu görüb satılan konturların pulu, 15N manat pulun yerində olmadığına əmin olduğunu, bundan sonra müşahidə kamerasının görüntüsünə baxanda gecə saatlarında tanımadığı bir şəxsin mağazanın balaca pəncərəsindən içəri daxil olub birbaşa konturun pulunu qoyduqları siyirməyə yaxınlaşıb əvvəlcə üstdəki siyirməni açıb boş olduğunu gördükdən sonra ikinci siyirməni açıb pulu götürməsini gördüyünü, sonra həmin şəxs başqa heç nə götürmədən həmin pəncərədən çıxıb getdiyini, həmin şəxsin mağazaya bələdçiliyi olmasını, həmin vaxt mağazadan oğurluq olmasını və pəncərənin buna görə açıq qalmasını bildiyini, qardaşı Yaşara zəng edib mağazadakı siyirmədən 15N manat pulun oğurlanmasını bildirdiyini, sonra bu barədə polis əməkdaşlarına məlumat verdiyini, polis əməkdaşları mağazaya baxış keçirdiklərini, mağazanın müşahidə kamerasının görüntülərinə baxıldığını, sonra polis əməkdaşları əməliyyat yolu ilə mağazaya girib oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etdiklərini, Təqsirləndirilən şəxs əvvəllər mağazanın yerləşdiyi Babək məhəlləsindəki binada kirayədə yaşadığı vaxtdan tanıdığını, mağazanın müştərisi olduğunu, Elnurun hərbiçi olduğunu, N nömrəli hərbi hissədə zabit kimi xidmət etdiyini, Təqsirləndirilən şəxs mağazaya qabaq tərəfdən, kassanın yanındakı balaca ağ rəngli plastik pəncərədən daxil olduğunu və 15N manat pulu oğurladığını, həmin vaxt 15N manat pulun 6N manatı 1 manatlıq əskinaslardan, 30 manatı 10 manatlıq əskinaslardan və 60 manatı da 5 manatlıq əskinaslardan ibarət olduğunu, sonradan Təqsirləndirilən şəxs vurduğu ziyanı ödədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs xidmət müddəti tanıdığını, kapitan Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etməyə başladıqdan sonra ehtiyaclarını və anasının baxımını təmin etmək üçün borclandığını, sonradan Təqsirləndirilən şəxs borclarını ödəmək üçün internet üzərindən mobil qumar oyunları oynamağa başladığını, N5 noyabr N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs xidmət yerinə gəlmədiyini, onun oğurluq etməsini, bu səbəbdən polis əməkdaşlarının onu saxlamasını öyrəndiyini, polis əməkdaşları onu buraxdıqdan sonra Təqsirləndirilən şəxsla danışıb nə baş verməsini soruşduğunu, Təqsirləndirilən şəxs “içki içmişdim, internet üzərindən qumar oynadım, kreditin pulun uduzdum, axşam gedib mikrorayonda Yaşarın işlətdiyi ərzaq mağazasının pəncərəsini vintaçanla açıb mağazaya girib oğurluq etdim” dediyini, Təqsirləndirilən şəxs əvvəllər həmin mağazanın yerləşdiyi məhəllədə kirayədə qaldığını, Təqsirləndirilən şəxs “nə əməl törətmisənsə səmimi ol, nə olubsa düzünü de” dediyini, Təqsirləndirilən şəxs da törətdiyi əməli etiraf etdiyini, Təqsirləndirilən şəxs mağazadan 15N manat məbləğində pul oğurladığını, ona ziyanı ödəməsini dediyini, Təqsirləndirilən şəxs “mənim üzüm gəlmir, Yaşarla üzləşmək istəmirəm” dediyini, bir qədər sonra Təqsirləndirilən şəxs oğurladığı pulu mağaza sahibi Yaşara çatdırması üçün 160 manat pul verdiyini, həmin pulu 14 dekabr N0N3-cü il tarixdə Yaşarın bankomat kartına göndərdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini, belə ki, iş üzrə məhkəmə istintaqında ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə digər zəruri sənədlərlə onun ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyini tam sübuta yetirir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında N5 noyabr N0N3-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 7-15-ci vərəqələrinə əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında N4 noyabr N0N3-cü il tarixli protokoldan, hadisənin Naxçıvan şəhəri, ünvan 8 ünvanında yerləşən, “Aydın” adlı ərzaq mağazasında baş verdiyi, mağazanın yaşayış binasının sağ tərəfində, birinci mərtəbədə yerləşdiyi, binanın ön tərəfindən mağazaya giriş olduğu, girişin qarşısında pillələr yerləşdiyini, mağazanın giriş qapısının şəffaf rəngli şüşədən və aluminium materialdan ibarət olduğu, mağazanın içərisində ərzaqların yığıldığı mebellər və şkaflar olduğu, girişdən sağ tərəfdə bir ədəd stol və üzərində kompüter olduğu, stolun üzərinə və yanına ərzaqlar yığılmış şkaflar olduğu, stolun krem rəngində olmaqla taxta materialdan olduğu, pulların götürüldüyü siyirmə stolun alt tərəfində yerləşdiyini, siyirmənin kilidi olmamasını, mağazanın sağ tərəfində bir tağlı plastik materialdan olan pəncərə olduğu, Təqsirləndirilən şəxs həmin pəncərəni açaraq mağazaya daxil olduğu görünür. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 13N-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 140 nömrəli əmrindən çıxarışdan kapitan Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edildiyi görünür. Cinayət işinin 1-ci cildinin 135-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli, 17 nömrəli əmrindən çıxarışda hərbi hissənin 3cü tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edən kapitan Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edildiyi görünür. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən Təqsirləndirilən şəxs mənfi xarakterizə edildiyi görünür. Cinayət işinin 1-ci cildinin 138-139-cu vərəqələrinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışlardan təqsirləndirilən şəxs kapitan Təqsirləndirilən şəxs həvəsləndirilmədiyi, lakin müxtəlif səbəblərdən, müftəlif vaxtlarda “Töhmət”, “Şiddətli töhmət” cəzaları ilə cəzalandırıldığı görünür. Cinayət işinin 1-ci cildinin 163-166-cı vərəqələrinə əlavə edilmiş kart hesabından çıxarışlara baxış keçirilməsi haqqında 0N fevral N0N4-cü il tarixli protokoldan N4 noyabr N0N3-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan “X5” markalı, “416973******786N” nömrəli hesab kartına 105 manat, 30 manat və 40 manat məbləğində pullar mədaxil edildiyi görünür. Cinayət işinin 1-ci cildinin 189-190-cı vərəqələrinə əlavə edilmiş elektron daşıyıcıya baxış keçirilməsi haqqında 10 fevral N0N4-cü il tarixli protokoldan, yaddaş qurğusuna daxil olduqda “xx.xx.N0N3 OĞURLUQ H.ELİYEV MƏKTƏBİ 03-34” adlı qovluq olması, həmin qovluğa daxil olduqda içərisində 10 ədəd ayrı video fayl yerləşdirilmiş “mağazada olan kameralar” yazılmış qovluq, həmçinin 1,N,3,4,5 və 7 rəqəmi ilə adlandırılmış video fayların olması müəyyən olunduğu, “mağazada olan kameralar” qovluğundakı video görüntülərə baxış keçirdikdə üzü müşahidə kameralarında aydın görünməyən kişi cinsli bir şəxsin Babək məhəlləsi və İstiqlal küçəsində hərəkət etdiyi müəyyən olunduğu, mağazanın müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxış keçirildikdə həmin videogörüntülərin kənardan mobil telefon vasitəsilə mağazanın müşahidə kameralarının monitorundan çəkilmiş görüntülər olması, həmin görüntülərdə xx.xx.N0N3cü il tarixdə, saat 03:33-də üzü görünməyən bir şəxsin çöldən mağazanın pəncərəsinə yaxınlaşması, sonrakı görüntüdə isə həmin üzünü köynəklə bağlamış şəxsin pəncərədən çölə çıxıb yerə düşməsi və qaçaraq yolu keçib uzaqlaşması, həmçinin qovluqdakı digər görüntülərdə isə əyninə tünd rəngli, qolları olan köynək geyinmiş həmin şəxsin İstiqlal küçəsində binanın yanı ilə hərəkət edib yaşadığı evə doğru getməsi müəyyən edildiyi, qovluqdakı 1, N, 3, 4, 5 və 7 rəqəmi ilə adlandırılmış görüntülərə baxış keçirildikdə əynində qolları tünd mavi rəngli köynəyi olan şəxsin xx.xx.N0N3-cü il tarixdə, saat 03:41də Naxçıvan şəhəri, Azadlıq küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yolu keçməsi, saat 03:51-də həmin şəxsin Naxçıvan şəhəri, Azadlıq küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yolun kənarı ilə hərəkət edib sonra binaların arasına girməsi, saat 03:53-də Azadlıq küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində avtobus dayanacağı istiqamətinə keçməsi, saat 03:59-da həmin yerdə ağacların arasından çıxaraq hərəkət edən avtomobilə əl etməsi, avtomobil saxlamadığından yenidən ağacların arasına girib gizlənməsi, saat 04:01-də onun ağacların arasından çıxıb aşağı istiqamətdən gələn “Vaz N106” markalı avtomobilə işarə edib saxladaraq maşına əyləşib getməsi, saat 04:05-də H.Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində maşından düşüb binaların arası istiqamətə getməsi müəyyən edildiyi görünür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs N4 noyabr N0N3-cü il tarixdə gecə saat 03 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evdə olarkən borclarını ödəməsi üçün Naxçıvan şəhərində yerləşən hansısa bir mağazadan oğurluq etmək qərarına gələrək bu məqsədlə yaşadığı evdən oğurluq edəcəyi mağazanın qapısını, yaxud pəncərəsini açması üçün vintaçan və əl izlərinin qalmaması üçün əlcək götürərək evdən çıxması və bir qədər piyada hərəkət etdikdən sonra əvvəlcədən tanıdığı, vətəndaş Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi, Naxçıvan şəhəri ünvan 5 ünvanında yerləşən “Aydın” adlı ərzaq mağazasının qarşısına gəlməsi, həmin vaxt o, mağazanın bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gələrək mağazanın müşahidə kamerasına düşməməsi üçün əynində olan boz rəngli qısaqol köynəyi çıxararaq sifətini bağlaması və oğurluq edən zaman əl izlərinin düşməməsi üçün əlcəkləri əlinə geyinməsi, o, mağazanın içərisində, eləcə də ətrafda heç kimin olmadığına əmin olduqdan sonra mağazanın ön sağ tərəfində olan plastik materialdan hazırlanmış pəncərəni özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq mağazaya daxil olaraq qabaqcadan bələdçiliyi olduğu üçün mağazada olan stolun çəkməcəsini açaraq orada olan 15N (bir yüz əlli iki) manat məbləğində nağd pulu götürməsi və mağazaya daxil olduğu pəncərədən çölə çıxıb oradan ayrılaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, həmin hallar toplanmış sübutların məcmusu ilə, o cümlədən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə digər zəruri sənədlərlə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayət təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində N (iki) azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.1N, və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut olan müşahidə kameralarından edilmiş çıxarışların saxlanıldığı 1 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 355, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, N (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası N (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut olan müşahidə kameralarından edilmiş çıxarışların saxlanıldığı 1 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-26/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-26/2024
08.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver