Məhkəmə qərarları › İş №1-1(092)-26/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-26/2025

23.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-26/2025 23.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər – Hüseynov Səxavət Səməd oğlu (sədrlik edən), Həsənov Polad Vəli oğlu və İbrahimov İlham Səadət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxx N005-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN № xxxxxxx) subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu Ustacəlilli kəndində daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin 1N dekabr N0N4-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyul N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun N-ci bölüyünün N-ci taqımının şərti olaraq “Vışka” adlandırılan döyüş mövqeyində yerləşən 1-ci manqasında snayper vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 dekabr N0N4-cü il tarixdə saat 1N:00-dan saat 14:00-dək onunla eyni manqada pulemyotçu vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 ilə birlikdə döyüş növbətçiliyinə təyin edilmiş, mövqenin əsgər yataqxanasından 367 metr kənarda yerləşən müşahidə məntəqəsində xidmətə başladıqdan sonra əsgər T.Z.Cəfərli əsgər Təqsirləndirilən şəxs təhkim edilmiş, müşahidə məntəqəsinin içərisində avtomobil şinlərinə bərkidilmiş armaturdan asdığı “SVD” markalı, “8590N04” nömrəli snayper tüfənginə baxmaq üçün götürmüş və silahı qaytardıqda əsgər Təqsirləndirilən şəxs silahın lüləsinin alt tərəfinin torpaq olduğunu görüb əsgər T.Z.Cəfərliyə narazılığını bildirmişdir. Bir neçə dəqiqə sonra əsgər T.Z.Cəfərli yenidən silahı alıb baxaraq əsgər Təqsirləndirilən şəxs silahın patron sandıqçasını istəmiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs üzərində olan, SVD markalı snayper tüfənginə məxsus patron sandıqçalarından birini əsgər T.Z.Cəfərliyə versə də sonuncunun sandıqçanı silaha birləşdirə bilmədiyini görüb silahı alaraq sandıqçanı silahın üzərinə taxıb əsgər T.Z.Cəfərliyə qaytarmış və əsgər T.Z.Cəfərli heç bir səbəb olmadan silahın çaxmağını çəkib buraxdıqda çaxmaq ilişdiyi üçün yarıda qalmışdır. Təqsirləndirilən şəxs silahı alıb baxdıqda sandıqçada olan bir ədəd təlim patronunun silahın patron yuvasında çəp olduğunu görüb T.Z.Cəfərliyə narazılığını bildirmiş, daha sonra çaxmağı geriyə çəkib təlim mərmisini əli ilə içəridə düzəldərək patron yuvasına yeritmiş və yenidən çaxmağı çəkib buraxaraq təlim patronunu silahdan xaric etsə də, təlim patronunu sandıqçaya yerləşdirməyərək müşahidə məntəqəsinin içərisində olan avtomobil təkərinin üzərinə qoymuşdur. Çaxmağı çəkib buraxdığı üçün sandıqçada olan növbəti 7,6N mm-lik döyüş patronu silahın patron yuvasına daxil olmuş, lakin Təqsirləndirilən şəxs növbəti patronu, eləcə də sandıqçanı silahın üzərindən çıxarmamış, silahın qoruyucusunu bağlamamışdır. Həmin vaxt T.Z.Cəfərli müşahidə məntəqəsinin içərisində yerə qoyduğu avtomobil təkərinin üzərində oturub, özünə məxsus mobil telefonla danışmağa başlamış, əsgər Təqsirləndirilən şəxs isə onun qarşısında dayanıb silahın lüləsini üzü aşağı tutmuşdur. T.Z.Cəfərli telefonla danışan zaman saat 13:30-da heç bir səbəb olmadan asta şəkildə dirsəyi ilə Təqsirləndirilən şəxs əlində olan “SVD” markalı snayper tüfənginin lüləsindən itələyib avtomobil təkərlərindən hörülmüş divara çırpdığı üçün silahın lüləsinin üzərindəki nişangah torpağa dəymiş, bu zaman Təqsirləndirilən şəxs etirazını bildirərək “eləmə silah torpaq olur, sənə axırıncı dəfə deyirəm, silahı torpaq eləmə” demiş, əsgər T.Z.Cəfərli isə onun əsəbiləşdiyini görüb telefonla danışdığı şəxsə gülə-gülə “bax indi vuracaq məni, vurdu, öldürdü” kimi ifadələr işlətmiş və Təqsirləndirilən şəxs “səni vuraram” dediyi üçün əsgər T.Z.Cəfərli əlində olan SVD markalı silahın lüləsini sinəsinə tərəf çəkib istehza ilə gülərək “vur” demişdir. Əsgər T.Z.Cəfərli həmin sözü bir neçə dəfə təkrarladığı üçün o, acıqlanıb silahın lüləsini sonuncunun sinəsinə sıxmış və əvvəlcə qorxutmaq üçün iki dəfə tətiyi yüngül tərzdə sıxsa da tətiyi axıradək çəkməmişdir. T.Z.Cəfərli ona baxıb gülməkdə davam etdiyi üçün o, əsəbiləşib yenə də “səni vuraram” demiş və onun bu sözündən sonra əsgər T.Z.Cəfərli “kişi kimi dururam qarşında, kişi kimi vur” demişdir. Fərdi-psixi xüsusiyyətlərinə görə “biganə, laqeyd, aqressiv, ona təsir göstərəcək hər hansı qıcığa qarşı kəskin reaksiya verə bilən” kimi əlamətlərə malik olan əsgər Təqsirləndirilən şəxs özünün şəxsiyyətini əsgər T.Z.Cəfərlinin şəxsiyyətinin fövqündə qoyub, T.Z.Cəfərlinin həyatına və yaşamaq hüququna, eləcə də, ictimai qaydalara, hamı tərəfindən qəbul edilmiş birgəyaşayış və əxlaq normalarına açıq etinasızlıq göstərərək, cüzi səbəbi, yəni əsgər T.Z.Cəfərlinin dirsəyi ilə əlində olan “SVD” markalı snayper tüfənginin lüləsindən itələməsini bəhanə edib, eyni zamanda sonuncunun “kişi kimi dururam qarşında, kişi kimi vur” deməsindən sonra bunu etməməsini özünə sığışdırmayaraq, əsgər T.Z.Cəfərlini öldürmək qərarına gəlmiş və bundan sonra əlində olan “SVD” markalı “8590N04” nömrəli snayper tüfənginin üzərində patron sandıqçasının, patron yuvasında döyüş patronunun, qoruyucusunun isə açıq olduğunu bilərək silahın lüləsini T.Z.Cəfərlinin sinəsinə doğru tutub qəsdən silahın tətiyini sıxaraq bir atəş açmaqla ona yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “giriş dəliyi döş qəfəsinin ön səthində, çıxış dəliyi döş qəfəsinin arxa səthində olan, yara kanalı boyunca qabırğaarası yumşaq toxumaların, ürəyin sağ qulaqcığının, aortanın, sol baş bronsun ön və arxa divarlarının dəlib keçən yaraları, ağciyərlərin toxunan yaraları ilə müşayiət olunan, öndən arxaya, bir qədər yuxarıdan aşağıya istiqamətli, döş qəfəsi nahiyəsinin bir ədəd dəlib keçən güllə yarası” xəsarətini yetirərək xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 1N0.N.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü xuliqanlıq niyəti ilə, adam öldürmə maddəsi və ümumiyyətlə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilməyərək yalnız ehtiatsızliqdan adam öldürmə maddəsi ilə özünü təqsirli bilərək ifadəsində 18 iyul N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq gənc əsgərlər kursunu bitirdikdən sonra N0N4-cü il noyabr ayından N №-li hərbi hissənin Sədərək taborunun ərazisində yerləşən “Vışka” postuna göndərildiyini, həmin postda xidmət edərkən N0N4-cü il noyabr ayının təxminən ortalarından əsgər yoldaşı Tarıverdi Cəfərlini görüb tanıdığını onunla qohumluq münasibətləri və ədavəti olmadığını, onunla münasibətlərinin çox yaxşı olduğunu, bir neçə dəfə Tarıverdi Cəfərli ilə döyüş növbətçiliyinə təyin olunduqlarını, “Vışka” adlanan döyüş postunda xidmətdə olarkən 10 dekabr N0N4-cü il tarixdə gündüz saat 1N:00-dan saat 14:00-dək T.Cəfərli ilə birlikdə postda döyüş növbətçiliyində olarkən posta ona təhkim olunmuş 7.6N mm-lik, ******* nömrəli SVD snayper tüfəngi ilə T.Cəfərli isə ona təhkim olunmuş, 5.45 mm-lik RPK silahı ilə çıxdıqlarını, həmin vaxt yenə Cəfərli ilə münasibətinin çox yaxşı olduğunu, bir birləri ilə səmimi münasibətdə olmaqla xidmətə çıxarkən 4 ədəd snayper darağını təhvil aldığını, hər daraqda 10 patron olmaqla, hər darağın 1-ci patronu təlim patronu olduğunu, T.Cəfərliyə isə öz adına olan silahla 4 ədəd RPK darağı verildiyini, hər daraqda isə 45 ədəd mərmi olduğunu, saat 11:45-də dəyişdirici çavuş Şahid1 onlara silah-sursatlarını verib lakin təlimatlandırmayıb müşahidə məntəqəsinə apardığını, orada yəni döyüş postunda dəyişdirici Şahid1 təlimata uyğun olaraq onları növbəli qaydada müşahidə məntəqəsinin içərisində və çöldə 15 dəqiqədən bir birbirlərini əvəz etməklə hava müşahidəsini aparmalarını tapşırdığını, Şahid1 getdikdən sonra Tarıverdi Cəfərlinin müşahidədə telefonunun olmasını və nişanlısı ilə danışacağını bilib “sən müşahidə məntəqəsinə çıx, mən çöldə hava müşahidəsini aparacam, sonra lazım gələrsə növbə ilə bir birimizi əvəzləyək” dediyini, T.Cəfərli də onunla razılaşıb müşahidə məntəqəsinə qalxıb içəri girdiyini, bir müddət keçdikdən sonra özünün də eşikdə hava soyuq olduğundan həm də saatı olmadığından, onun saatı olduğundan ondan saatı soruşmaq üçün həm də üşüdüyündən müşahidəni dayandıraraq müşahidə məntəqəsinə qalxaraq içəri girdiyini, həmin vaxt T.Cəfərlinin müşahidə məntəqəsinin içərisində yerə qoyduğu təkərin üzərində oturub mobil telefonu ilə kiminləsə, deyəsən nişanlısı ilə danışdığını, “Vışka” postuna gəldiyi vaxtdan təqribən 5-6 gün sonra hamı kimi onun da T.Cəfərlidə telefon olduğunu bildiyindən təcüblənmədiyini, orada xidmət edən əsgərlərin hamısının Cəfərlinin telefonu olduğuiu bildiyini, lakin onun haradan telefon almasını bilmədiyini, T.Cəfərlinin silahının orada, təkərlərin arasına sancılmış armatur parçasına asılı vəziyyətdə olduğunu, onun danışdığı telefonun qara rəngli, sadə, arxası izolentli “Nokia” markalı, ekranı sınmış telefon olduğunu, həmişə onunla döyüş növbətçiliyinə çıxarkən ondan dəfələrlə telefonun kimin olmasını soruşduqda telefonun özünün olduğunu bildirdiyini, həmin telefonu zabit və digər yuxarı heyyətdən heç kəsin bilmədiyini, müşahidə məntəqəsinə girdikdən sonra özünün də ona təhkim olunmuş silahını çiynindən çıxardıb müşahidə məntəqəsinin içərisində digər armatur parçasına asaraq, T.Cəfəliyə “arada ayıq-sayıqlığın olsun, bayıra çıx bax, birdən kimsə gələn olar, mənim başım qarışar görmərəm” dediyini, birdən qulağına müşahidədən aralı bir az aşağıdan, yol tərəfdən nəsə səs-küy gəlməsini eşidib tez müşahidə məntəqəsindən çıxıb ətrafa baxdığını, pilləkən kimi düzülmüş təkərlərlə aşağı düşərkən birdən silahsız olduğunu, silahının yadından çıxıb müşahidənin içərisində qaldığını görüb silahını götürmək üçün geriyə qayıdıb içəri girərəkən T.Cəfərli onun silahsız olduğunu görüb gülərək “silahın hanı, silahını yaddan çıxarmısan, sən necə snayperçisən?” deyə soruşduqda onun dediyinə əhəmiyyət verməyib tez silahını götürüb müşahidə məntəqəsinə gələn yola tərəf gedərək silahınin üzərində olan PSO-1 tipli optik nişangahı çıxardıb ətrafa baxıb heç nə görmədiyini, ərazidə olan postun iti ilə bir az oynayıb yenidən müşahidə məntəqəsinə qayıtdığını, T.Cəfərlinin onun müşahidə məntəqəsinə gəldiyini görərək qapının ağzında “nəsə gördün?” deyə soruşduqda heç nə görə bilmədiyini dediyini, T.Cəfərli ona yenə söz ataraq “sən necə snayperçisən, heç nə görə bilmirsən?” deməsinə əhəmiyyət verməyib müşahidə mətəqəsinə girərək silahını onun silahının yanında olan digər armaturdan asdıqdan sonra T.Cəfərlinin artıq telefonla danışmadığını görüb ona “əgər telefon lazım deyilsə mənə ver, mən də evlə danışım ” dediyini, T.Cəfərli də “ mənə zəng gələcək, zəng gözləyirəm” dedikdə T.Cəfərliyə “çox vaxt almayacam, cəmi N dəqiqə vaxtını alacağam, qaytarıram özünə” dediyini, telefonu ondan alıb atası Tahirin istifadəsində olan mobil nömrəsinə zəng edərək atası və anası ilə danışdığını, sonra telefonu T.Cəfəliyə qaytarıb onunla bir az söhbət etdiyini və ona evə gedərkən “tərxis paltarları” gələndə ona da hörmət edəcəyini dedikdə onun da yox əşi, ehtiyac yoxdur deyərək ayağa qalxıb bir az müşahidənin içərisində gəzdiyini, Cəfərlinin telefonla danışığını bitirib, ona məxsus, armaturdan asdığı SVD markalı silahını götürüb müşahidə məntəqəsinin gözlüklərindən düşmən tərəfi silahın binoklu ilə müşahidə edib kaş məndə də belə bir silah olardı, deyib silahını ona qaytarmaq istəyəndə silahın lüləsinin alt tərəfinin müşahidənin arakəsmə hissəsində olan torpağa dəyib tozlandığını, silahının toz-torpaq olmasını görüb T.Cəfərliyə narazılığını bildirib bir daha silahını torpağa bulaşdırmaması barədə ona xəbərdarlıq etdiyini, T.Cəfərli isə ona “boş şeydi” təmizləyərik cavabını qaytarardığını, onun toz etdiyinə görə silahını təmizləmək üçün N dəfə çaxmaq çərçivəsini çəkib buraxdıqda silahın çaxmaq çərçivəsi lülə hissədə ilişdiyini, T.Cəfərliyə “görürsən silahın lüləsini toz-torpaq eləmə, torpaq olanda belə olur” dediyini, sonra T.Cəfərli ondan ona məxsus silahının üzərində quraşdırılmış optik nişangahın onun silahına gedibgetməyəcəyini soruşduqda, ona gedə biləcəyini deyib silahından optik nişangahı söküb çıxardıb Cəfərlinin RPK markalı silahının yan tərəfinə birləşdirdiyini, sonra T.Cəfərli silahına birləşdirilmiş nışangahla ətrafı yenə müşahidə edərək “mənim silahımın üstündə bu binokl olsa bilirsən nələr etmək olar?” dedikdə onunla razılaşdığını, sonra T.Cəfərli optik nişangahı silahından çıxartmaq istədikdə çıxarda bilmədiyini, onun silahını alıb öz optik nişangahını çıxarıb özünə təhkim edilmiş silahına birləşdirdiyini, bu arada T.Cəfərli yenə onun silahını alıb yenidən qurdalamağa, çaxmağını o tərəf, bu tərəfə tərpətməyə başladığını və bir neçə dəfə boş-boşuna çaxmaq çərçivəsini çəkib buraxdıqdan sonra “sənin silahının çaxmaq çərçivəsi ağırdır” dediyini, özünün də T.Cəfərlinin silahını asılmış vəziyyətdə çaxmaq çərçivəsini çəkib buraxıb ona “sənin silahının çaxmaq hissəsi daha yüngüldür, rahat arxaya qabağa gedib gəlir” dediyini, T.Cəfərli onun silahını bir müddət qurdalandıqdan sonra ondan silahının darağının birini istədiyini, onun xahişini nəzərə alıb dəmir gödəkcədə olan SVD darağının birini çıxardıb T.Cəfərliyə verdiyini, onun da darağı silaha birləşdirə bilmədikdə silahı alıb darağı birləşdirib yenidən T.Cəfərliyə qaytardığını, T.Cəfərli də onun silahını bir az o tərəf bu tərəfə qurdalayıb silahın çaxmaq çərçivəsini çəkib buraxdıqda çaxmaq çərçivəsi yarıda ilişdiyindən bir dəfə də çaxmaq çərçivəsini çəkib buraxdığını, onun bu lazımsız hərəkətini görüb əsəbi halda silahı ondan alıb baxdıqda təlim mərmisinin patron yuvasında ilişərək çəp durduğunu görüb zarafat formasında (1N iyun N0N5-ci il tarixdə məhkəmə prosesində müdafiyəçinin suallarına cavab verərkən) qıcıqlandırıcı əlamətlər olmadan, zarafatlaşaraq, onu qıcıqlandırmadan T.Cəfərliyə “sən nə edirsən? patron lülədə partlasa kim cavab verəcək, bizə xəsarət yetirə bilər, səni də məni də cəzalandırarlar, getmə vaxtıma da az qalır” sonra nə edərik dediyini, sonra “sənə nə deyirəm tərsini edirsən, deyirəm torpağa bulama silahı, sonra çirklənir belə problem olur” dedikdə T.Cəfərli gülə-gülə “boş şeydi” deyə cavab verdiyini, silahının çaxmaq çərçivəsini geriyə çəkib təlim mərmisini çəkib çıxartmaq mümkün olmadığından əli ilə içəridə düzəldib güllə yuvasına yeritdiyini və yenidən çaxmaq çərçivəsini çəkib buraxdıqda təlim mərmisi yerə düşdüyünü, həmin vaxt döyüş mərmisinin lüləyə yeridilməsini unutduğunu, tez təlim mərmisini götürüb təkərin üzərinə qoyduğunu, darağı silahın üzərinə birləşdirərək qoruyucunu bağlayıb bağlamaması yadında qalmadığını, yenidən öz silahını özünün götürdüyünü, T.Cəfərli onun dediklərinə əhəmiyyət verməyərək onun qarşısında təkərin üstündə oturaraq yenə telefonla kimləsə, deyəsən nişanlısı ilə danışa-danışa qarşı tərəfdə, təkərin üstündə, ona yaxın vəziyyətdə yerdə oturduğunu, özünün isə ayaq üstə, onun qarşısında durduğunu, silahının isə əlində lüləsi üzü aşağı, torpaq istiqamətdə olduğunu, T.Cəfərlinin telefonla danışa-danışa dirsəyi ilə bir neçə dəfə onun silahının lüləsindən yenə zarafatla bir az kənara itələyib divara vuraraq lüləsini və qundağını toz etdiyini, silahın lüləsinin üstündəki nişangah hissəsinin yenə torpağa dəydiyini, silahının toz olması ona pis təsir etdiyindən bir az narahat olduğunu, silahın qundaq hissəsinin tozunu əli ilə silərək ona öz narazılığını bildirdiyini, xidmət müddətinin qurtarmasına az qaldığından yalnız evə getmək haqqında fikirləşdiyini, həmin vaxt silahının lülə hissəsini aşağı istiqamətdə olduğunu, silahının toz olmasının məsuliyyəti olduğundan yenə ona öz ciddi iradını bildirdiyini, bir az əsəblərini sakitləşdirmək istədiyini, yenə əsas fikirinin sağ-salamat evlərinə getmək olduğunu, bu arada T.Cəfərlinin onun silahını aşağı istiqamətlənmiş silahının lüləsini buşlatının qolu yarıbükülü vəziyyətdə bir neçə dəfə özünə tərəf çəkdiyini, özünə məxsus silahın qoruyucusunun açıq olmasını və bir anlığa döyüş mərmisinin lülədə olmasını unutduğunu, onu qorxutmaq məqsədi ilə fikirləşmədən tətiyi bir dəfə bərk çəkdiyini, kəskin barıt qoxusundan və gurultulu səsdən atəş açıldığını bildiyini, atəş səsindən şoka düşdüyünü, bərk qorxduğunu, onun əynində olan sviteri çəkəndə çoxlu qan gördüyünü, onun qollarının yanına, başının isə arxaya doğru aşdığını, tez T.Cəfərlinin əlindən telefonu alıb yerə atdığını, sonra telefonu götürüb alo-alo dediyini, qarşı tərəfdən heç bir cavab gəlmədikdə tez telefonu təkərlərin arasında gizlətdiyini, onun əynindəki bronojleti çıxarıb təkərlərin üstünə qoyduğunu, atəş açılan silahını onun silahının yanındaki dəmir hissəyə asdığını, təlim mərmisini yerdən götürüb sandıqçaya qoyub qoruyucunun üstünə taxtığını, əlinin qan olduğunu, onun təkərin üstündə oturduğu yerdən əllərinin yana, təcili qışqıraraq kömək üçün eşiyə qaçdığını, sonra bir də içəri qayıdaraq onun qan içində olduğunu görüb kömək üçün yenidən kazarmaya tərəf qaçaraq kimləri isə köməyə çağırmaq istədiyini, bərk qorxduğunu, qarşısına çıxan, yadında qalmayan əsgərlərə qorxduğundan yalandan vurdular, vurdular deyərək müşahidəni göstərdiyini, həmin vaxt demək olar ki özündə olmadığını, yadında qalmayan orada olanlarla birlikdə özünün də onların arxasınca müşahidə məntəqəsinə tərəf getdiyini, lakin qorxduğundan müşahidə məntəqəsinə qalxmadığını, əsgərlər ŞahidN və Şahid4 onun yanına gələrək nə olduğunu soruşduqlarını, çavuş Şahid1 və digər əsgərlər isə əsgər Cəfərli Tarverdini müşahidənin içərisindən çıxarıb yataqxanaya tərəf apardıqlarını, orada olanların onun əlinin qanını yudurdaraq yataqxanaya apardıqlarını, sonra orada ona su verib sakitləşdirdiklərini, sonra bütün olanları orada hüquqşünasa və digər şəxslərə, hərbi prokurorluq işçilərinə dediyini, sonradan onu hərbi prokurorluğa apardıqlarını, sonraki məhkəməyə verdiyi ifadələrində də əməli ehtiyatsızlıqdan törətdiyini, hadisəni törədən vaxt düzgün ifadə vermədiyini, T.Cəfərlini qəsdən öldürmədiyini, onu qıcıqlandırmadığını, onu əsəbləşdirmədiyini, sadəcə zarafatlaşdıqlarını, həmin vaxt Tariverdiyə “ səni vuraram” sözünü demədiyini, Tarverdinin də onun silahının lüləsini sinəsinə tərəf çəkəndən sonra onun da “kişi kimi dururam qarşında, kişi kimi vur” demədiyini, sadəcə silahın qoruyucusunun bağlı olub-olmamasına,darağın üstündə olubolmamasını, patronun patron yuvasında olmasına fikir verməyərək, unudaraq onu qorxutmaq məqsədilə iki dəfə yavaşdan tətiyi çəkdiyini, üçüncü dəfə isə tətiyi bərk çəkdikdə atəş açıldığını, hadisədən sonra bəzi məqamları unudaraq xatırlamadığını, törətdiyi hadisədən çox peşman olduğunu, törətdiyi əmələ görə zərərçəkmişin valideyinlərindən üzr istədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüququ varisi qismində tanınmış X8 ifadəsində oğlu Tarıverdi Cəfərlinin N0N4-cü ilin aprel ayında Səfərbərəlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq gənc əsgər kimi N №-li hərbi hissədə xidmət etdikdən sonra N0N4-cü ilin iyul ayında N №-li hərbi hissənin “Sədərək” rayonu ərzisində yerləşən “Vışka” postunda xidmət etməyə başladığını, orada “Vışka” postunda Allahverdi Abbasov adlı əslən Naxçıvandan olan bir əsgərlə də dostluq etdiyini, “Vışka” postunda Tarıverdi 060-la başlayan bir nömrə ilə bir neçə dəfə ona zəng etdiyini, lakin nömrəni yadında saxlamadığını, kimin telefonu da olmasını bilmədiyini, təxminən N0N4-cü ilin oktyabr ayından Tarıverdi ***-***-**-** nömrəsini istifadə etdiyini, həmin telefonun kimə məxsus olmasını demədiyini, həmişə evlə danışanda hərbi xidmətdə və əsgər yoldaşları ilə hər hansı probleminin olmasını demədiyini, Tarıverdi xidmətdə olanda istədiyi qızla, Narıncla zəngləşib danışdığını bildiyini, N0N4-cü ilin noyabr ayının NN-də Tarıverdininin 10 günlük məzuniyyətə gəldiyini, məzuniyyətdə olarkən də xidmətlə bağlı heç bir şikayətinin olmadığını bildirdiyini, 01 dekabr N0N4-cü il tarixdə oğlunun xidmət etdiyi hərbi hissəyə qayıtdığını, xidmətdə olarkən tez-tez evləri ilə əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu dediyini, hadisə olan gün 10 dekabr N0N4-cü il tarixində saat 13 radələrində Tarıverdinin onun ***-***-**-** nömrəsinə zəng edərək bir neçə dəqiqə danışdıqlarını və həmin vaxt Tarıverdinin ona 15-N0 manat siqaret pulu göndərməsini də dediyini, həmin gün Tarıverdinin ***-***-**-** nömrəsinə zəng edib anası ilə də danışdığını, anasına əlcək toxutdurub göndərməsini dediyini, 10 dekabr N0N4-cü il tarixdə saat 15 radələrində Tarıverdinin xidmət etdiyi hərbi hissədən kiminsə onun mobil telefonuna zəng vurub Tarıverdinin olduğu mövqedə hadisə olduğunu, oraya getdiklərini, onun da Naxçıvana gəlməsini dediyini, nəsə yaxşı halı olmaması ağlına gəldiyini, dayısı Məhəmməd də həmin nömrəyə zəng edib danışdığını və Tarıverdinin öldüyünü bildiklərini, təcili Naxçıvana gəldiklərini, hərbi hissədə Tarıverdiyə nə olmasını soruşanda ilkin olaraq başqa əsgərin ehtiyatsızlığından hadisə baş verdiyini, silahından atəş açılıb Tarıverdiyə dəydiyini dediyini, oğlunun meyitinı İmişli rayonu Qızılkənd kəndinə gətirərək orada dəfn etdiklərini, yas mərasimində Tarıverdini vuran əsgərin atası və yaxın qohumları bir neçə dəfə onlara gələrək yas mərasimində iştirak etdiklərini və baş sağlığı verdiklərini və baş vermiş hadisənin ehtiyatsızlıqdan baş verdiyini dediklərini, bu səbəbdən də həmin vaxt onu yəni Təqsirləndirilən şəxs bağışladığını, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs oğlu Tarıverdini qəsdən atəş açıb vurduğunu bildilklərini və bunu onun valdeyinlərinə və qohumlarına dediklərini, hadisədən bir neçə vaxt sonra Tarıverdinin sevdiyi qız Şahid5 yoldaşına bildirdiyinə görə Tarıverdi ilə telefonla danışanda yanındakı əsgərin Tarıverdiyə “vuraram” sözünü deməsini, Tarıverdinin də ona “ kişi kimi dururam vur” sözünü deməsini, bundan sonra atəş açıldığını, qışqırıq olduğunu eşitdiyini dediyini, əvəllər oğlunun ehtiyatsızlıqdan öldüyünü bildikdə Təqsirləndirilən şəxs vağışlasa da artıq məhkəmədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yox qəsdən oğlu T.Cəfərlini vurduğunu öyrəndiyini, bu səbəbdən də hal-hazırda ondan şikayətçi olduğunu, onu bağışlamadığını, qanunla cəzalandırılmasını isə məhkəmənin səlahiyyətinə buraxdığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N №-li hərbi hissənin Sədərək rayonunda yerləşən 1-ci taborun N-ci bölüyünün, N-ci taqımının, 1-ci manqasının komandiri vəzifəsində çavuş hərbi rütbəsində “Vışka” adlanan mövqedə xidmət etdiyini, “Vışka” postunda post böyüyü, bölük komandiri kapitan Şahid9 olduğunu, “Vışka” postunda N manqanın xidmət apardığını, “Vışka” postuna gəldikdən sonra əsgərlər Təqsirləndirilən şəxslə Tarıverdi Cəfərlini görüb tanıdığını, onların heç biri ilə qohumluğu və ədavəti olmadığını, əsgər T.Cəfərli həmin mövqedə Təqsirləndirilən şəxs nisbətən bir az əvvəldən xidmət etdiyini, Təqsirləndirilən şəxs snayperçi T.Cəfərli isə isə pulemyotçu vəzifəsində xidmət etdiklərini, heç vaxt onların arasında hər hansı bir mübahisə, dalaşma və başqa halların olmasını görmədiyini, hər iki əsgərin onun manqasının əsgəri olmaqla onun tabeliyində xidmət etdiklərini, “Vışka” mövqeyinin yataqxanası ilə müşahidə məntəqəsi arasında təxminən 400 metrə yaxın məsafə olduğunu, postun döyüş növbətçiliyi həmin məntəqədə aparıldığını, xidmət 3 növbəli olmaqla hər növbəyə N nəfər əsgər təyin edildiyini, döyüş növbətçiliyi müşahidə məntəqəsində N saat müddətində aparıldığını, döyüş növbəsinə çıxan əsgərlərdən biri təlimata uyğun olaraq müşahidə məntəqəsinin içərisində, digəri isə müşahidə məntəqəsindən çöldə xidmət apardığını, komandanlığın göstərişi ilə hər 15 dəqiqədən bir əsgərlərin döyüş növbətçiliyində yerlərini dəyişdiklərini, döyüş növbəsinə çıxan əsgərlərin hər birinə özünə təhkim olunmuş silah, 4 ədəd daraq olmaqla və hər darağın üzərində birinci patron təlim patronu verdiklərini, posta hər gün dəyişdirici təyin olunduğunu, özünün gündəlik döyüş növbətçiliyinə çıxan əsgərləri müşahidə məntəqəsinə aparıb dəyişdirdiyini, döyüş növbətçilyinə çıxan əsgrələrə patron sandıqçasının silaha birləşdirilməsinə komandanlıq tərəfindən icazə verilmədiyini, bunu bütün əsgərlərin bildiyini, patron sandıqçası silaha yalnız düşmən təxribatı, hücumu olarsa və ya post üçün hər hansı təhlükə olması halında birləşdirilməsinə icazə verildiyini, 10 dekabr N0N4-cü il tarixdə saat 11:45 radələrində əsgərlər Təqsirləndirilən şəxslə T.Cəfərlini növbəyə çıxarmaq üçün silah otağından silahlarını götürüb onlara təhvil verdiyini, T.Cəfərliyə RPK-74 markalı silahını, Təqsirləndirilən şəxs isə SVD markalı silahını təhvil verdiyini, Təqsirləndirilən şəxs SVD markalı silahının komplektində olan PSO-1 markalı optik nişangah da silahın üzərində olduğunu, onların hər birinə 4 ədəd daraq verdiyini, T.Cəfərliyə verdiyi 4 ədəd RPK darağının hər birində 5.45 mm-lik 44 ədəd döyüş patronu, darağın sonuncu patronu isə 1 ədəd təlim patronu olmaqla təhvil verdiyini, Təqsirləndirilən şəxs isə 4 ədəd SVD silahının darağını, hər daraqda isə 9 ədəd 7.6N mm-lik LPS patron və 1 ədəd təlim patronu olduğunu, silah doldurub-boşaltma yerində silahlarının boşluğunu yoxladıqdan sonra silahların daraqlarını onlara verdiyini, onların da daraqları zirehli gödəkçələrinin ciblərinə qoyduqlarını, sonra onları təlimatlandıraraq postda oturmaq, yatmaq, siqaret çəkmək, darağı silaha birləşdirmək kimi hərəkətlərin qadağan olduğunu bildirdiyini, və onların üst başlarını axtarıb təlimatlandırdıqdan sonra təqribən saat 11:00-da onları müşahidə məntəqəsinə apardığını, təlimata uyğun olaraq növbəli olmaq şərti ilə, 15 dəqiqədən bir yerlərini dəyişmək şərti ilə müşahidə məntəqəsinə, digərinı isə çöldə döyüş növbətçiliyinə təyin edib sonra postda əvvəlki növbədə olan əsgərlərlə birlikdə yataqxanaya qayıtdığını, təxminən saat 13:30 radələrində postda ayaqyolu qazmağa gəlmiş ehtiyat manqanın komandiri MAHHXHQ əsgər Şahid8lə birlikdə nahar edərkən yataqxananın arxasından bərk səs-küy gəlməsini eşitdiyini, dərhal yataqxananın arxasına getdiyini, orada Təqsirləndirilən şəxs görüb onun həyəcanlı şəkildə qışqıraraq “dəydi, vurdu, vurdu, vurdu”, kimi sözlər deyib müşahidə məntəqəsini göstərdiyini, tez Şahid8lə qabaqda müşahidə məntəqəsinə tərəf qaçdıqlarını, onların arxası ilə bölük komandiri Şahid9, Təqsirləndirilən şəxs və digər orada olan əsgərlərin gəldiklərini, Şahid4lə müşahidə məntəqəsinə çatıb içəri daxil olduqda əsgər T.Cəfərlinin kürəyi üstə müşahidənin ön divarına dayanmış formada, təkərin üzərində yarı uzanmış vəziyyətdə olduğunu, onda hər hansı bir hərəktlilik və səs olmadığını, gözünün yumulmuş vəziyyətdə olduğunu gördüklərini, onun zirehli gödəkçəsi əynində olmadığını, müşahidə məntəqəsində hər iki əsgərin silahları təkərlərin arasına keçirilmiş armatur dəmirlərdən asılmış vəziyyətdə olduğunu, içəriyə baxdıqda silaha məxsus dörd daraqın da bronojletin üstündə, ciblikdə olduğunu, təlim mərmisinin isə daraqa taxılı vəziyyətdə, darağın üstündə olduğunu, silahlara baxdıqda Təqsirləndirilən şəxs məxsus silahın darağından birində bir ədəd döyüş mərmisinin kəsir olduğunu, boş bir gilizin isə yerdə, təkərin yanında olduğunu gördüyünü, bir neçə dəqiqə sonra bölük komandiri kapitan Şahid9 də qaça-qaça müşahidə məntəqəsinin aşağısına gələrək nə olmasını soruşub yaralının sağ olub-olmamasını soruşduqda ona “bilmirəm, deyəsən sağdı” dediyini, Şahid9 ona “tez götürün aşağı düşürək” dediyini, tez orada olanlarla birlikdə T.Cəfərlini ayaqlarından və qollarından götürüb müşahidə məntəqəsindən yataqxanaya tərəf aparmağa başladıqlarını, bir az aralıda taborun həkiminin də gəldiyini, T.Cəfərlini yerə uzatdıqlarını, həkimin T.Cəfərlini müayinə edib onun öldüyünü dediyini, bir müddət sonra tabor komandiri və hərbi hissənin hüquqşünasının sonra isə hərbi hissə komandirinin hadisə yerinə gəldiklərini, Təqsirləndirilən şəxs bölük komandiri və hüquqşünasın özü ilə yataqxanaya apardıqlarını, orada Təqsirləndirilən şəxs əvvəlcə dediyinə görə guya özünün çöldə xidmət apararkən içəridən güllə səsi gəldiyini eşitdiyini, içəriyə qaçarkən orada T.Cəfərlinin özünü vurmasını gördüyünü desədə sonradan eşitdiyinə görə onu, T.Cəfərlini qəsdən öldürdüyünü, həmin posta 8 gün olardı ki gəldiyini, ümumiyyətlə əsgərlərdən kiminsə telefon işlətməsindən xəbərinin olmadığını, bu barədə ona heç kəsin heç nə demədiyini, hər dəfə xidmətə gedən əsgərləri təlimatlandırdığını, xidmətdə olan zaman qadağan olunmuş əşyalarla, hərəkətlərlə bağlı xəbərdarlıq etdiyini hər iki əsgərin münasibətlərinin bir-birlərinə qarşı normal olduğunu, hadisənin baş verdiyi vaxt onları xidmətə apararkən hər ikisinin arasında hər hansı bir qeyri hərəkətlərin olmasını görmədiyini, hər ikisinin münasibətlərinin yaxşı olduğunu, onları döyüş növbətçiliyinə apararkən də posta deyə-gülə getdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunun N-ci bölük, 3-cü tağımının ehtiyat manqasının komandiri vəzifəsində xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs və mərhum Tarıverdi Cəfərlini bölük mərkəzindən görüb tanıdığını,təqribən N0N4-cü ilin dekabr ayının 9-dan yeni yaradılmış “Vışka-kunq” mövqeyində ayaqyolu qazıntısı işlərinə cəlb olunduqlarından tabordan ehtiyat manqa ilə birlikdə həmin mövqeyə gedib orada xidmət edən şəxsi heyət üçün ayaqyolu qazma işinə başladıqlarını, 10 dekabr N0N4-cü il tarixdə tabordan onlara tapşırılan işləri görüb qurtardıqdan sönra təxminən saat 13:15-də, bölük komandiri Şahid9 və manqa komandiri Şahid1la yataqxanada nahar yeməyinə getdiyini, nahar edərkən təxminən saat 13:30-da yataqxananın arxasından bərk səs-küy gəldiyini, çöldə olan əsgərlərdən kiminsə yataqxanaya daxil olub müşahidədə xidmət aparan əsgərin qaçaraq gəlib “vurdu, vurdu, öldü, öldü” sözlərini dediyini, dərhal yeməkdən qalxıb çölə çıxaraq müşahidə mövqeyinə tərəf qaçdıqlarını, səngərin içərisi ilə qaçanda əsgər Təqsirləndirilən şəxs səngərin içərisində gördüyünü, o, qışqıraraq “öldü, öldü, vurdu, vurdu” kimi sözlər dediyini eşitdiyini, Təqsirləndirilən şəxs də onlarla birlikdə müşahidə mövqeyinə tərəf qaçıb sonra geri qayıtdığını, müşahidə mövqeyinə çatanda Şahid1 və adını xatırlamadığı əsgərlə birlikdə müşahidə mövqeyinə girdiyini, həmin vaxt T.Cəfərlinin orada müşahidə mövqeyinin içərisində yerə qoyulmuş təkərin üstündə arxası üstə uzanmış vəziyyətdə olduğunu, ağzından və burnundan qan gəldiyini gördüyünü, T.Cəfərlinin hərəkətsiz və gözü yarı bağlı olduğunu, zirehli gödəkçəsi müşahidə mənqətəqəsinin içərisində yerdə olduğunu, sinəsində o qədər də qan görünməsə də, kürək nahiyəsi qan içində olduğunu, yerə isə qan töküldüyünü, hər ikisinin silahları isə müşahidə məntəqəsinin içərisində almaturdan asılı vəziyyətdə, daraqların isə silaha bitişik vəziyyətdə yox yerdə olan bronojletin cibliyində olduğunu, yerdə olan təkərin üstündə hər hansı bir təlim mərmisinin olmasını görmədiyini, Şahid1 daraqlara baxdıqda hansısa daraqda bir mərminin kəsir oldiuğunu, həmin daraqda isə təlim mərmisinin darağın içərisində olduğunu ikisinin də gördüklərini, boş, atılmış gilizin isə təkərin yanında yerdə olduğunu, başqa heç nəyə fikir vermədiyini, Şahid1la T.Cəfərlinin sağ ola biləcəyini düşünüb orada olan əsgərlərlə birlikdə tibbi yardım göstərilməsi üçün köməkləşib qollarından və ayaqlarından tutub müşahidə məntəqəsindən çölə çıxarıb yataqxanaya doğru aparmağa başladıqlarını, onu apardıqca kürəyindən yerə qan töküldüyünü, müşahidə məntəqəsindən bir az aralandıqdan sonra uzaqdan taborun həkiminin qaça-qaça gəldiyini görüb T.Cəfərlini yerə torpağın üstünə qoyduqlarını, həkim yaxınlaşıb T.Cəfərlini yoxladıqdan sonra öldüyünü bildirdiyindən artıq ona toxunmayaraq oradan kənarlaşıb yataqxanaya tərəf getdiklərini, Təqsirləndirilən şəxs isə bölük komandiri və hüquqşünas özü ilə yataqxanaya apardığını, orada Təqsirləndirilən şəxs əvvəlcə dediyinə görə guya özünün çöldə xidmət apararkən içəridən güllə səsi gəldiyini eşitdiyini, içəriyə qaçarkən orada T.Cəfərlinin özünü vurmasını gördüyünü desə də sonradan əlindən atəş açılıb ehtiyatsızlıqdan onu öldürdüyünü dediyini, lakin sonraki araşdırmalarda Təqsirləndirilən şəxs əsgər yoldaşı T.Cəfərlini qəsdən öldürməsini eşitdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində N №-li hərbi hissənin “Vişka” adlanan postunda əsgər rütbəsində xidmət etdiyini, əsgərlər X7 və Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını, hər ikisinin bir biri ilə normal münasıbətlərinin olduğunu, əsgər T.Cəfərlinin mövqedə olanda gizli olaraq mobil telefon işlətməsindən xəbərinin olduğunu, onun döyüş növbətçiliyinə çıxdığı vaxtlarda nişanlısı ilə tez-tez telefonla danışdığını, 10 dekabr N0N4-cü il tarixdə saat təqribən 10:00da Şahid7lə döyüş növbətçiliyini əsgərlər X7 və Təqsirləndirilən şəxs təhvil aldıqlarını və həmin gün saat 1N:00-da növbəni T.Z.Cəfərli və Təqsirləndirilən şəxs yenidən təhvil verdiklərini, nahar yeməyini yedikdən sonra saat 13:30-da saxlanc otağına qalxan zaman mövqeyin səngərindən kiminsə qışqıra-qışqıra “gəlin, vurdu-vurdu” kimi sözlər deməsini eşitdiklərini, tez səngər tərəfə baxdıqda əsgər Təqsirləndirilən şəxs qışqırmasını görüb, ona tərəf qaçıb nə baş verməsini soruşduqda, Təqsirləndirilən şəxs qışqıra-qışqıra “vurduvurdu” dediyini, nəsə baş verdiyini düşünüb tez döyüş növbətçiliyinin aparıldığı yerə, səngərə tərəf qaçmağa başladıqlarını, onun arxasınca mövqeyin digər əsgərlərinin, manqa komandirinin və bölük komandirinin də gəldiklərini, ılk olaraq müşahidə məntəqəsinə çatıb içəri girdikdə T.Cəfərlinin yerdə təkərin üstündə kürəyi təkərlərə dayanmış formada uzanmış vəziyyətdə olmasını gördüyünü, onun nəbzini yoxladıqda nəbzinin olmadığını gördüyünü, onun arxasınca içəriyə manqa komandiri Şahid1 və MAHHXHQ əsgər Şahid8 də daxil olduqlarını, tez orada olan Şahid1, Şahid8 və özünün və orada olan işçi qüvvə kimi işləyən taborun əsgərləri Şahid11 və Şahid10la birlikdə T.Cəfərlini çölə çıxartdıqlarını, həmin vaxt T.Cəfərlinin bel nahiyəsindən qan axmasını, üzünün ağarmasını, ağzından isə köpük gəlməsini gördüyünü, tabor mərkəzindən gələn həkimin əsgər T.Cəfərlinin nəbzini yoxladıqdan sonra onun öldüyünü dediyini, həmin vaxt kənarda dayanıb ağlayan Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini soruşduqda əsgər T.Cəfərlini onun öldürmədiyini desə də sonradan onu əlindən açılan güllə nəticəsində qəsdən öldürdüyünü eşitdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunun “Vişqa” adlanan mövqeydə, əsgər rütbəsində xidmət etdiyini, 10 dekabr N0N4-cü il tarixdə təqribən saat 13:30 radələrində əsgər Şahid4lə yataqxananın qarşısında çirkli qabları yuyarkən yataqxananın yaxınlığındakı səngərdən döyüş növbətçiliyində olan əsgər Təqsirləndirilən şəxs “vurdu”, “vurdu, vurdu” deyərək qışqıraqışqıra aşağı qaçdığını görüb, ondan nə olmasını soruşduqda Təqsirləndirilən şəxs yenə “vurdu” dediyini, müşahidə məntəqəsində nə olmasını öyrənmək üçün Şahid4lə birlikdə həmin istiqamətə tərəf qaçdıqlarını, müşahidəyə çatdıqda əsgərlər Ayxan İbrahimovun, baş çavuş Şahid1, MAHHXHQ Şahid8 və digər əsgərlərin əsgər Tarıverdi Cəfərlini qucaqlarında müşahidədən aşağı endirərək pilləkənlərin aşağısında yerə qoyduqlarını, ona yaxınlaşaraq baxdıqda sinəsindən və arxa nahiyəsindən qan gəldiytini, ağız və burnundan qan gəldiyini gördüyün, bundan sonra xərək gətirmək üçün yataqxanaya qaçdığını, sonradan əsgər yoldaşı T.Cəfərlini o, vəziyyətdə gördüyü üçün narahatçılıq keçirdiyindən yenidən müşahidəyə qalxa bilmədiyini, bir az sonra isə əsgərlərdən kiminsə gəlib T.Cəfərlinin öldüyünü dediyini, hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan əsgər T.Cəfərlini öldürdüyünü desə də lakin sonradan Təqsirləndirilən şəxs əsgər T.Cəfərlini qəsdən vurub öldürdüyünü bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunda, əsgər rütbəsində xidmət edərkən əsgər yoldaşı Təqsirləndirilən şəxs həmin taborunda xidmət etdiyi vaxtdan tanıdığını əsgər Tarıverdi Cəfərlini isə “Vışka” postunda olarkən görüb tanıdığını, “Vışka” postunun düşmənlə üz-üzə olduğunu, döyüş növbətçiliyi yataqxanadan təxminən 400 metr məsafədə yerləşən müşahidə məntəqəsində aparıldığını, döyüş növbətçiliyinə çıxanda hər əsgərə özünə təhkim olunmuş silah, 4 ədəd daraq patronları ilə birlikdə, zirehli gödəkçə və dəbilqə verildiyini, daraqlarda isə birinci patron təlim patronu olduğunu, döyüş növbətçilyinə çıxanda əsgərlərə silahın üzərinə daraq birləşdirilməsinə yuxarı komandanlıq tərəfindən icazə vermədiyini, T.Cəfərli ilə yalnız bir dəfə N saat müddətində döyüş növbətçiliyinə çıxdığını, həmin vaxt onunla döyüş növbətçiliyinə getdikdən sonra T.Cəfərli müşahidə məntəqəsinə girib orada müşahidə məntəqəsinin yanından avtomobil təkəri götürərək içəri atıb üzərində oturaraq qara rəngli sadə “Nokia” markalı telefonla ailəsi və ya nişanlısı ilə danışdığını gördüyünü, əvvəllər də onun telefonu olduğu və xidmətdə olarkən evləri ilə danışmasını uşaqlardan eşitdiyini, 10 dekabr N0N4-cü il tarixdə təxminən saat 13:30-da nahar yeməyindən sonra mövqeyin yataqxanasından çöldə olan əl-üz yuma yerində stəkanları yuyarkən mövqeyin səngərləri tərəfdən kiminsə qışqırıb kömək çağırdığını eşitdiyini, o, tərəfə baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu gördüyünü, onun qışqıraraq “tez gəlin vurdular, vurdular” kimi sözlər dediyini, tez nəsə hadisə baş verdiyini bilib yataqxanaya qaçaraq yataqxanada bölük komandiri kapitan Şahid9lə qarşılaşıb müşahidədə nəsə hadisə baş verdiyini ona dediyini, dərhal Şahid9 və manqa komandiri baş çavuş Şahid1 müşahidə məntəqəsinə qaçdıqlarını, özü də digər əsgər yoldaşları ilə birlikdə onların arxasınca qaçdığını, müşahidə məntəqəsinə çatanda Şahid1 və əsgərlərin Tarverdi Cəfərlini hərəsi bir tərəfindən tutub müşahidə məntəqəsinin pilləkənlərindən aşağı endirdiklərini gördüyünü, T.Cəfərlinin kürək nahiyəsi qan içində olduğunu, bu vaxt əsgər Təqsirləndirilən şəxs isə bir az kənarda daşın üzərində oturub “mən vurmadım, mən vurmadım, necə olacaq?” deyə sayıqladığını, özünün də əsgərlərin yanına gedib T.Cəfərlinin aşağı endirilməsinə kömək etdiyini, həmin vaxt T.Cəfərlinin ağzından və burnundan köpük şəkilində qan gəldiyini gördüyünü, sonradan onu əlindən açılan güllə nəticəsində qəsdən öldürdüyünü eşitdiklərini göstərdi. göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunda, əsgər rütbəsində “Vışka” postunda xidmət etdiyini, 10 dekabr N0N4-cü il saat 10:00-dan 1N:00-dək əsgər yoldaşı ŞahidNla postda döyüş növbətçiliyində xidmətdə olduqdan sonra saat 1N:00-da baş çavuş Şahid1 əsgərlər Təqsirləndirilən şəxslə T.Cəfərlini onları dəyişmələri üçün posta gətirdiyini, Təqsirləndirilən şəxs “SVD” snayper tüfəngi, T.Cəfərlidə isə “RPK” pulemyotu olduğunu gördüyünü, döyüş növbətçiliyi dəyişiləndən sonra yataqxanaya getdiyini, təxminən saat 13:30-da mövqenin yataqxanasında olan vaxt rabitə aparatına zəng gəldiyini, “Vişqa-1” mövqeyindən gizir Hilal Məmmədov kiminsə qışqıra-qışqıra yataqxanaya gəldiyini dediyini, bu vaxt çölə çıxıb müşahidə məntəqəsinə gedən yola baxdıqda, həmin vaxt əsgər Təqsirləndirilən şəxs qışqıraraq “vurdu, vurdular” kimi sözlər dediyini eşitdiyini, onun yanına qaçıb ondan nə olmasını, niyə qışqırmasını soruşduqda o, yenə də həyəcanlı və təşvişli şəkildə eyni sözləri təkrarladığını, bölük komandirinə məlumat vermək üçün yataqxanaya doğru qayıdanda şəxsi heyətin müşahidə məntəqəsinə tərəf qaçdıqlarını gördüyünü, bir az sonra taborun həkimi və tabor komandiri mövqeyə gəlib müşahidə məntəqəsinə getdiklərini, yataqxanada qaldıqdan bir müddət sonra mövqeyin əsgərlərinin yataqxanaya qayıtdıqda onlardan Tarıverdi Cəfərlinin öldüyünü eşitdiyini, əsgər Təqsirləndirilən şəxs ilk olaraq silahın əlində ehtiyatsızlıqdan açıldığını desə də sonradan araşdırma zamanı əsgər T.Cəfərlini qəsdən öldürməsini bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 Əlıseyran oğlu ifadəsində N №-li hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün komandiri vəzifəsində kapitan rütbəsində xidmət etdiyini, xidmət yerinin şərti olaraq “Vışka” adlandığını, həmin yerə xidmətə gəlməzdən əvvəl mərhum əsgər T.Cəfərlinin orada, həmin postda xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs isə təxminən N0N4-cü ilin noyabr ayının 15-dən sonra “Vışka” postuna snayperçi kimi verildiyini, onun tez-tez məhrum T.Cəfərli ilə birlikdə döyüş postuna çıxdıqlarını, çıxdıqları postun 3 növbəli döyüş növbətçiliyindən ibarət olduğunu, xidmətə gün boyu 6 nəfər əsgər, hər növbədə isə N əsgər olmaqla döyüş növbətçiliyi apardığını, postlara dəyişdiricinin isə manqa komandiri baş çavuş Şahid1 olduğunu, müşahidə mövqeyində döyüş növbətçiliyində olan N nəfər əsgərdən biri müşahidə məntəqəsində, digəri isə məntəqədən çöldə, səngərlərdə xidmət aparmaqla, ümumi qəbul edilmiş qaydaya görə N saat xidmət müddətdində hər 15 dəqiqədən bir yerlərini dəyişdiklərini, döyüş növbəsinə çıxmamışdan əvvəl hər əsgərə özünə təhkim olunmuş silah, 4 ədəd daraq verildiyini, hər darağın 1-ci mərmisi təlim mərmisi olduğunu, silahları və sursatı dəyişdirici, manqa komandiri əsgərlərə kitaba imzalatmaqla və digər təlimatlara uyğun hərəkətlər etməklə verdiyini, 10 dekabr N0N4-cü il saat 1N:00-dan - 14:00-dək döyüş növbətçiliyinə əsgərlər Təqsirləndirilən şəxs və Tarıverdi Cəfərli təyin olunduğunu, dəyişdirici Şahid1 saat 11:45-də Təqsirləndirilən şəxs və T.Cəfərliyə silah-sursatlarını verib onları müşahidə mövqeyinə apardığını, hər birinə silahlarının 4 ədəd darağı olmaqla N.Əlieyevə 7.6N mm-lik SVD markalı tüfəngi, T.Cəfərliyə isə 5.45 mm-lik RPK-74 markalı silahı verildiyini, daraqların hər birinin 1-ci mərmisi təlim mərmisi olduğunu, onların hər ikisinə də zirehli gödəkçə və dəbilqə verərək onları müşahidə məntəqəsinə apararaq orada, döyüş növbətçiliyində olan Şahid7lə İbrahimov Ayxanı yataqxanaya gətirdiyini, özünün də həmin vaxt yataqxanada buraxılışa düşməyə hazırlaşdığını, saat təqribən 13:30 radələrində yataqxanadan çöldə olan əsgərlərdən kimsə yataqxanaya təcili girərək qışqıra-qışqıra əsgər Təqsirləndirilən şəxs yataqxananın yanına qaça-qaça gəlib gəlib “ kimisə müşahidədə vurdular” dediyini, özünün və orada olanların dərhal yataqxanadan çıxıb müşahidə məntəqəsinə tərəf qaçmağa başladıqlarını, yataqxanadan bir az aralıda Təqsirləndirilən şəxsı görüb ondan nə olmasını soruşduqda, qorxaq vəziyyətdə “Cəfərlini vurdular, vurdular” dediyini, həmin vaxt manqa komandirləri Şahid1 və Şahid4 müşahidə məntəqəsinə qaçdıqlarını, tez mobil telefonla tabor komandiri Şahid16 zəng edib ona baş vermiş hadisə barədə məlumat verib müşahidə mövqeyinə tərəf qaçdığını, məntəqəyə çatmağa az qalmış Şahid1 görüb ondan nə olmasını soruşduqda “əsgər Tarıverdi Cəfərlini vurublar” dediyini, sağ olub-olmamasını soruşduqda bilmədiyini dediyini, təcili əsgərin sağ olmasını düşünüb ona əsgəri çıxardıb təxliyyə etmək tapşırığı verdiyini, onu təcili müşahidə məntəqəsindən çıxardaraq aşağı, yataqxanaya doğru endirməyə başlayanda T.Cəfərlinin hərəkətsiz olduğunu, həyati əlamətlərinin olmadığını gördüyünü, özünün də müşahidə məntəqəsində nə baş verdiyini bilmək üçün oraya gedərək orada, müşahidə məntəqəsində yerdə təkər olduğunu, təkərin üstündə qan izləri olduğunu, hər iki əsgərin silahı müşahidə məntəqəsinin içərisində dəmirdən asılı vəziyyətdə, zirehli jiletlərin birinin yerdə digərinin isə dəmirə asılmış vəziyyətdə, yerdə isə bir təkər olduğunu gördüyünü, müşahidə məntəqəsinin içərisində təkər olmadığından hansı əsgərin isə təkəri oturmaq üçün oraya gətirdiyini bildiyini, dərhal daraqlara baxdığını, T.Cəfərlinin daraqlarındakı patronların hamısı yerində olduğunu, Təqsirləndirilən şəxs isə daraqlarının birində 1 ədəd döyüş patronu olmadığını gördüyünü, müşahidə məntəqəsindən çıxaraq, aşağı getdiyini, bir azdan oraya taborun həkiminin də oraya gəlib T.Cəfərlini müayinə etdikdən sonra onun artıq öldüyünü dediyini, oraya gələn tabor komandiri Şahid16 Təqsirləndirilən şəxs “T.Cəfərlini sən vurmusan?” sualını verdikdə “yox, bilmirəm mən vurmamışam” cavabını versə də sonraki araşdırma zamanı T.Cəfərlinin ölümünə səbəb əsgər Təqsirləndirilən şəxs SVD markalı silahdan atəş açıb onu vurması bəlli olduğunu, ancaq hansı səbəbdən vurmasını bilmədiyini, sonradan Təqsirləndirilən şəxs əsgər T.Cəfərlini müşahidə məntəqəsində qəsdən atəş açıb öldürməsini bildiyini, əvvəllər onlar arasında hər hansı bir mübahisə yaxud da dalaşma hallarının olmasını görmədiyini, T.Cəfərlinin ümumiyyətlə nəinki postda, heç postda olmadığı dövrdə də mobil telefon işlətməsindən məlumatı olmadığnı, sonradan onu əlindən açılan güllə nəticəsində qəsdən öldürdüyünü eşitdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda, əsgər rütbədində xidmət etdiyini, N0N4-cü il dekabr ayının 9-da əsgər Şahid10 və taborun tanımadığı N nəfər əsgəri ilə birlikdə MAHHXHQ əsgər Şahid8 rəhbərliyi ilə “Vışka Kunq” mövqeyinin şəxsi heyəti üçün ayaqyolu qazmağa getdiklərini, 10 dekabr N0N4-cü il tarixdə təxminən saat 13:30-da nahar yeməyi yeyərkən yataqxananın arxasından səs-küy gəldiyini, tez oraya qaçdıqdan 1-N dəqiqə sonra orada kiminsə “vurdu, vurdu” dediyini, orada Təqsirləndirilən şəxs görüb ondan nə olmasını soruşduqda o, qışqıra-qışqıra “vurdu-vurdu” dediyini, bundan sonra postun şəxsi heyəti, manqa komandirləri, bölük komandiri müşahidə mövqeyinə tərəf qaçdıqlarını, müşahidə məntəqəsinə çatanda birinci oraya çavuş Şahid1 və Şahid8 birlikdə girdikdə girib əsgər T.Cəfərlini yerdə tərpənməz vəziyyətdə uzanmasını görüb onlara “gəlin kömək edək aşağı endirək, bəlkə sağdır” dediyini, onlar müşahidə məntəqəsinin qapısından T.Cəfərlini çıxaranda əsgər Şahid10la birlikdə onlara kömək edib T.Cəfərlini müşahidə məntəqəsindən aşağı endirməyə başladıqlarını, həmin vaxt T.Cəfərlinin kürəyindən qan axdığını, heç bir hərəkəti olmadığını, ağzından köpüklü qan gəldiyini, gözü yarım açıq vəziyyətdə olduğunu gördüyünü, onu bir az aşağı endirərkən taborun həkiminin də oraya gəlib onu yoxlayaraq onun rəhmətə getməsini dediyini, sonradan orada gedən danışıqlardan Təqsirləndirilən şəxs əsgər T.Cəfərlini qəsdən atəş açıb öldürməsini eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində N №-li hərbi hissənin “Vışka” postunda xidmət etdiyini, N0N4-cü ilin iyul ayından əsgər Tarıverdi Cəfərlini tanıdığını, onun normal xidmət edən bir əsgər olduğunu, N0N4-cü ilin təxminən sentyabr-oktyabr aylarından T.Cəfərlinin mobil telefon işlətməsini bildiyini, həmin telefon qara rəngli, “Nokia” markalı sadə telefon olduğunu, həmin telefonu haradan və kimdən əldə etməsini bilmədiyini, T.Cəfərlinin nişanlı olmasını hamının bildiyini, həmin telefonla tez-tez nişanlısı ilə danışdığını, ancaq deyəsən komandir heyətinin bundan xəbərlərinin olmadığını, T.Cəfərlinin telefonla əsasən müşahidə məntəqəsində döyüş növbətçiliyinə çıxarkən nişanlısı ilə danışdığını, N0N4-cü ilin noyabr ayının 17-də isə əsgər Təqsirləndirilən şəxs onların postuna verdiklərini, Təqsirləndirilən şəxslə elə bir tanışçılıqlarının olmadığını, 10 dekabr N0N4-cü il tarixdə günorta vaxtı əsgər Sahib Məmmədovla “Vışka” postuna nahar yeməyindən qayıdan vaxt “Vışka” postu tərəfdən qışqırıq səsi gəldiyini, qışqırıq gələn tərəfə baxdıqda əsgər Təqsirləndirilən şəxs “vurdular, vurdular” deməsini eşitdiklərini, şəxsi heyətin də müşahidə məntəqəsinə tərəf qaçmağa başladığını gördüyünü, postda nəsə baş verdiyini, ancaq nə baş verməsini bilməyərək döyüş növbətçiliyinə çıxaraq döyüş növbətçiliyində olan Şahid1N və Rəvan Əliyevi dəyişdiklərini, döyüş növbəsindən çıxıb yataqxanaya gedəndən sonra yataqxanada Təqsirləndirilən şəxs T.Cəfərlini qəsdən atəş açıb öldürməsini eşitdiyini göstərdi. Məhkəmə istintaqında ifadəsi alınmış Şahid6 ifadəsində Tarıverdi Cəfərlinin onun oğlu olduğunu, onun N0N4-cü ilin aprel ayında hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin hansısa postunda, ön xəttdə xidmət etdiyini, Tarıverdinin xidmətdə olarkən ona məxsus ***-***-**-** mobil nömrəsi vasitəsi ilə babası Cəfərqulu Cəfərovun ***-***-**-** və atası Zaur Cəfərovun ***-***-**-** mobil nömrələrinə tez-tez zəng edərək danışdıqlarını, N0N4-cü ilin noyabr ayının təxminən N0-dən dekabr ayının 1-dək evə məzuniyyətə gəldiyini, məzuniyyətdə olduğu müddətdə xidmət yerində hər hansı problemi olmasını demədiyini, T.Cəfərli sonuncu dəfə 10 dekabr N0N4-cü il tarixdə saat 13 radələrində istifadə etdiyi ***-***-**-** nömrəsindən zəng vuraraq onunla danışarkən ona əlcək toxutdurub göndərməsini istədiyini, əgər göndərə bilməsə pul göndərməsini, orada əlcək alıb geyinəcəyini dediyini, həmin gün saat 15 radələrində əri Zaur ona Tarıverdinin xidmətdə olarkən yaralandığını dediyini, daha sonra onun rəhmətə getməsini ona dediklərini, Tarıverdinin 10 dekabr N0N4-cü il tarixdə ölümündən əvvəl qohumu, istədiyi qız Şahid5 ilə danışarkən hadisə baş verdiyini, yanındakı xidmət yoldaşının atəş açıb oğlunu vurduğunu bildiklərini, bir müddət sonra qohumlarından Narıncın hadisə vaxtı Tarıverdi ilə danışarkən yanındakı əsgərin ona “səni vuraram” dediyini, Tarıverdinin də ona “vurursan kişi kimi vur” dediyini, bundan sonra atəş açıldığını eşitdiyini deməsini öyrəndiklərini, Narıncdan oğlu ilə danışarkən hadisənin necə olduğunu ondan öyrənərkən Narıncın ona bildirdiyinə görə Tarıverdinin yanındakı əsgər yoldaşı ilə mübahisə edib ona “səni vuraram” dediyini, Tarıverdinin də ona “vurursan kişi kimi vur” dediyini, bundan sonra atəş səsi gəldiyini eşitdiyini deməsini, sonradan onu əlindən açılan güllə nəticəsində qəsdən Tarıverdini öldürdüyünü eşitdikdə Narıncdan onları soruşduğunu onun hadisə zamanı Tarıverdi ilə telefonda danışdıqlarını, Tanrı verdinin yanındakı əsgərin “səni vuraram” deməsini Tarıverdinin də ona “vurursan kişi kimi vur “ deməsini, bundan sonra atəş səsi gəlməsini eşitməsini dediyini, sonradan Təqsirləndirilən şəxs oğlunu qəsdən öldürdüyünü eşitdiklərini, onu bağışlamadığını, bir ana kimi ondan şikayətçi olduqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində N №-li hərbi hissənin Sədərək rayonu ərazisində yerləşən 1-ci tabor komandirinin müavini, qərargah rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət etdiyini, taborun bütün postlarının düşmənlə sərhəddə yerləşdiyini, “Vışka” adlanan postun tabor mərkəzindən təxminən 4 km məsafədə yerləşdiyini, əvvəl həmin postda N manqa xidmət aparsada sonradan N0N4cü ilin dekabr ayının 1-dən “Vışka” postundan sol cinahda xidmət aparan manqa üçün əlavə yataqxana tikildiyindən manqanın şəxsi heyəti həmin yataqxanaya köçürüldüyünü, “Vışka” postunda da digər bütün postlarda olduğu kimi döyüş növbətçiliyi 3 növbəli aparılmaqla hər növbədə N əsgər döyüş növbətçiliyinə çıxdığını, döyüş növbətçiliyində olan əsgərlərdən biri müşahidə məntəqəsinin içərisində, digəri isə səngərdə gəzməklə müşahidə apardığını, döyüş növbətçiliyinin aparılmasının daha səmərəli olması üçün yuxarı komandanlıq tərəfindən verilən şifahi göstərişə əsasən döyüş növbəsinə təyin olunan əsgərlər hər 15 dəqiqədən bir yerlərinin dəyişdirildiyini, 10 dekabr N0N4-cü il tarixdə səhər vaxtı xidməti zərurətlə əlaqədar “Günnüt” döyüş bölgəsi istiqamətindəki postlara getdiyini, “Qaya” adlanan posta gələrkən, yolda mobil telefonla “Vışka” postunda hadisə olmasını, əsgər Təqsirləndirilən şəxs atəş açıb əsgər Tarıverdi Cəfərlini vurmasını bildirdiklərini, təcili tabor mərkəzinə qayıtdığını və boş qalan xidməti təşkil edib hadisənin necə baş verməsi ilə maraqlandığını, növbəti gün Təqsirləndirilən şəxs T.Cəfərlini aralarında olan mübahisə zəminində qəsdən öldürdüyünü öyrəndiyini, hadisədən əvvəl onlar arasında hər hansı bir mübahisə olmadığını, hər ikisinin də normal xidmət apardıqlarını, T.Cəfərlinin postda gizli telefon saxlayıb kimlərləsə də əlaqə saxlamasından məlumatının olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindiriımiş Şahid15 ifadəsində N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində xidmət etdiyini, 10 dekabr N0N4-cü il tarixdə saat N radələrində hərbi hissə növbətçisinin onun mobil telefonuna zəng edərək 1-ci taborun N-ci bölüyünün şərti olaraq “Vışka” adlanan mövqeyində bir əsgərin silahdan açılan atəş nəticəsində xəsarət aldığını bildirəndən dərhal sonra həmin mövqeyə gedərkən polkovnik Şəhadət İbrahimovun əsgər Təqsirləndirilən şəxsla gəldiyini gördüyünü, onlarla birlikdə yataqxanaya gələrək orada Təqsirləndirilən şəxslə təklikdə söhbət apardığını, əvvəlcə Təqsirləndirilən şəxs ağlayaraq Cəfərli Tarıverdini onun öldürmədiyini desə də sakitləşdirdikdən bir müddət sonra Təqsirləndirilən şəxs müşahidədə olan zaman onunla döyüş növbəsində olan məhrum əsgər Cəfərli Tarıverdinin onun SVD markalı silahını alıb baxarkən həmin vaxt “sənin silahının çaxmağı rahat çəkilir, mənim silahım belə deyil” dediyini, sonra əsgər T.Cəfərlinin darağı da alıb silaha birləşdirdiyini, sonra silahının çaxmaq çərçivəsini geriyə çəkib buraxdığını, bu zaman daraq silahın üzərində olduğundan patronun lülə yuvasına getdiyini, silahı T.Cəfərlidən alıb boşaltmaq üçün ikinci dəfə çaxmaq çərçivəsini geriyə çəkib buraxdığını, boş patronun çölə çıxdığını, sonra daraq silahın üzərində olduğundan avtomatik döyüş mərmisinin lülə yuvasına daxil olduğunu unutduğundan dolu patron lülə yuvasında qaldığını, həm də ona məxsus silahının lüləsini toz etdiyindən bu səbəbdə aralarında yüngülvari zarafat formasında mübahisə etdiklərini, həmin vaxt əsgər T.Cəfərlinin mobil telefonla nişanlısı ilə danışdığını, deyib gülərkən onun əlində olan silahın lüləsindən tutaraq özünə doğru çəkib zarafatla “vur məni” dediyini, bu zaman silahını geriyə çəkməyə çalışan zaman ehtiyatsızlığından silahdan bir dəfə atəş açaraq onu öldürdüyünü, həmin vaxt və sonraki gün hadisə yerinə gedərkən Təqsirləndirilən şəxs özünü sanki heç nə olmamış kimi çox sakit və təmkinli apardığını, hətta sonraki gün maşınla hadisə yerinə gedərkən ona “çox sakit olduğunu, sanki törədilən əməli bunun törətmədiyi” fikirini yaratmaq istədiyini sonraki araşdırmalar zamanı göstərilən xüsusatların öz əksini tapdığlnı, yəni əsgər T.Cəfərlini müşahidə məntəqəsində qəsdən öldürməsi faktının təsdiq olunduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində N №-li hərbi hissənin 1-ci taborunun tibb məntəqə rəisi vəzifəsində xidmət etdiyini, 10 dekabr N0N4-cü il tarixdə saat 13:30 radələrində taborda günorta düzülüşündən sonra yataqxanaya gedərkən yolda kiminsə “Vışka” postunda əsgərin vurulduğunu dediklərini, tez tibb məntəqəsinə girib sanitar çantasını götürüb tabor komandiri Şahid16lə xidməti maşınla “Vışka” postuna getdiklərini, maşından düşüb orada olan hərbi qulluqçulardan soruşub müşahidə məntəqəsi tərəfə qaçdığını, hadisə yerində bir neçə nəfərin bir əsgəri yerə qoyub başında toplaşdıqlarını görüb, yerə uzanan həmin əsgərin nəbzini yoxladıqda əsgərin nəfəsi olmadığını, nəbzini boynundan yoxladıqda nəbzinin olmadığını görüb yarasına baxdıqda, sinəsinin ortasında nisbətən sola tərəf ürək nahiyəsində bir güllə yarası olduğunu, yarasından qan gəlmədiyini, kürək nahiyəsinin qana bulaşmasımı, gözlərinin yarı yumulmuş vəziyyətdə olmasını görüb, göz bəbəyinə işıq saldıqda işığa refleksi olmadığını, kliniki ölümü təyin edib ətrafdakılara əsgərin öldüyünü bildirdiyini, tabor komandirinə də əsgərin öldüyünü bildirdiyini, bir müddət sonra hadisənin necə baş verdiyini, əsgər Tarıverdi Cəfərli ilə eyni yerdə döyüş növbətçiliyi aparan əsgər Təqsirləndirilən şəxs T.Cəfərlini qəsdən atəş açıb vurduğunu eşitdiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində İmişli rayonu Qızılkənd kəndində yaşadığını, məhrum Tarıverdi Cəfərli ilə qohum olduqlarını, bir-birini sevdiklərini, T.Cəfərlinin N0N4-cü ilin aprel ayından hərbi xidmətə getdiyini, hərbi xidmətə getməmişdən əvvəl onunla nişanlı olacaqları barədə hər ikisinin ailəsi razılaşdıqlarını, Tarıverdi hərbi xidmətə getməzdən əvvəl ona telefon alıb verdiyini, həmin telefonun üzərində də nömrə olduğunu, Tarıverdi N0N4-cü ilin aprel ayında hərbi xidmətə getdikdən sonra bir müddət əlaqəsi olmasa da sonradan onun xidmət yeri N №-li hərbi hissəyə dəyişdirildiyindən sonra tez-tez onunla danışmağa başladığını, T.Cəfərlinin N0N4-cü ilin noyabr ayında məzuniyyətə gəldiyini, məzuniyyətdə olanda ona verdiyi nömrə yararsız olduğundan ona yeni mobil nömrə alıb verdiyini, məzuniyyətdən qayıdandan sonra da onunla əvvəlki qaydada telefonla danışdıqlarını, Tarıverdinin həmişə ona ***-***-**-** mobil nömrəsi ilə zəng vurduğunu, lakin həmin nömrəni və telefonu haradan aldığını ona demədiyini, Tarıverdinin başqa vaxtlarda yox ancaq posta növbəyə çıxanda onunla danışdığını, onun xidməti ilə bağlı heç bir vaxt şikayəti olmadığını, sonuncu dəfə 10 dekabr N0N4-cü ildə onunla danışdığını, həmin gün saat 1N-də Tarıverdinin posta çıxmasını bildiyindən onun postdan ona zəng etdiyini, bir neçə dəfə ara-ara onunla danışdıqlarını, T.Cəfərlinin yenə təxminən 13:30 radələrində ona zəng vuraraq bir az zarafatlaşıb, deyib gülüşdüklərini, həmin vaxt T.Cəfərlinin yanında kiminsə olmasını, yəni başqa əsgərin olmasını hiss etdiyini, çünki T.Cəfərli onunla danışanda həmin əsgərə də nəsə dediyini, arada T.Cəfərli həmin əsgərə “gözlə danışım, sonra danışarsan” dediyini, lakin həmin əsgərin nə deməsini isə uzaqda olduğu üçün eşitmədiyini, T.Cəfərli ilə danışanda telefonunu ucaldan mikrofona qoyub telefonun yanında otağını təmizlədiyini, T.Cəfərli ilə danışığının sonunda yanındakı əsgərin T.Cəfərliyə “səni vuraram” deməsini, T.Cəfərlinin isə ona “kişi kimi dururam qarşında, kişi kimi vur” deməsini eşitdiyini, bundan sonra bir dəfə atəş səsi gəlməsini eşitdiyini, atəş səsindən sonra yanındakı əsgərin qışqıraraq T.Cəfərlini çağırdığını, sonra həmin əsgərin telefonu götürüb “alo, aazz” deyə qışqırdığını, lakin ona cavab vermədiyini, bir az dayandıqdan sonra Tarıverdinin ləqəbi ilə “ay lələ sənə nə oldu” deyə çağırdıqdan sonra telefonun söndürüldüyünü, yenə həmin nömrəyə zəng etdikdə daha telefona zəng çatmadığını, qorxduğundan bu barədə heç kimə heç nə demədiyini, təqribən N-3 saatdan sonra onun əsgər yoldaşı tərəfdən vurulması barədə xəbər gəldiyini, T.Cəfərlinin yaralı olduğunu düşünsə də növbəti gün onun rəhmətə getdiyini bildiyini göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, xidməti zərurətlə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid16 ifadəsində N №-li hərbi hissənin 1-ci tabor komandiri vəzifəsində xidmət etdiyini, hadisə olan gün, 10 dekabr N0N4-cü il tarixdə taborun “Ucubiz” mövqeyindən tabora qayıdarkən saat 13:30 radələrində “Vışka” postundan bölük komandiri kapitan Şahid9 onun mobil telefonuna zəng edib hansısa bir əsgərin özünü vurduğunu dedikdən dərhal sonra tabordan həkim, Şahid17 də götürüb “Vışka” mövqeyinə getdiyini, hadisə yerinə çatanda həkim əsgərin nəbzini yoxlayıb artıq rəhmətə getdiyini bildirdiyini, müşahidə məntəqəsindən bir az aralıda yerdə uzadılmış, güllə yarasından ölən əsgərin Tarıverdi Cəfərli olduğunu dəqiqləşdirib, hərbi hissə komandirinə məlumat verdiyini, bölük komandiri kapitan Şahid9 ölən əsgərlə eyni vaxtda postda olan əsgər Təqsirləndirilən şəxs onun yanına gətirib “bu əsgər yəqin ki, atəşi açıbdır, silahında da bir mərmisi kəsirdir” dediyini, Təqsirləndirilən şəxs ağlayaraq atəş açmadığını dediyini, bundan sonra onu yataqxanaya apardıqlarını, hərbi hissə komandiri və hərbi hissənin hüquqşunası gəldikdən sonra, əsgər Təqsirləndirilən şəxslə söhbət edərkən Təqsirləndirilən şəxs atəşi açıb onu öldürdüyünü etiraf etdiyini, ancaq ehtiyatsızlıqdan atəş açdığını dediyini, bundan sonra 11 dekabr N0N4-cü il tarixdə günortadan sonra hərbi prokurorluğun əməkdaşları Təqsirləndirilən şəxs vəkili ilə birlikdə hadisə yerinə, posta gətirərkən orada Təqsirləndirilən şəxs də T.Cəfərlinin müşahidə məntəqəsinin içərisində onun silahı ilə oynadığını, bir neçə dəfə toza bulaşdırdığını, sonra silahın çaxmağını çəkib buraxdığını, patronun lülə yuvasında ilişib qaldığını, bundan sonra silahını toza buladığına və patronu ilişdirdiyinə görə ona narazılığını bildirdiyini, bundan sonra T.Cəfərlinin istifadə etdiyi telefonla danışa-danışa onu ələ salıb, silahın lüləsini sinəsinə çevirib gülərək onu vurmasını dediyini, onunla məzələndiyini, bütün bunlara görə də acıqlanıb, əsəbləşib atəş açaraq T.Cəfərlini vurub öldürdüyünü öyrəndiyini, hər iki əsgərin normal xidmət apardıqlarını, aralarında nə vaxtsa hər hansı bir problemin olmasını eşitmədiyini, məhrum əsgər Tarıverdinin postda telefon işlətməsini eşitmədiyini, bu barədə də ona hər hansı bir məlumatın verilmədiyini göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, səhəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid10 ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda əsgər rütbəsində xidmət etdiyini, məhrum Tarverdi Cəfərlini həmin posta N0N4-cü ilin təxminən iyul ayının əvvəllərində gəldiyi vaxtdan tanıdığını, onunla N0N4-cü ilin oktyabr ayınadək “Vışka” postunda xidmət apardıqlarını, N0N4-cü ilin dekabr ayının 9-da tabor komandirinin göstərişi ilə ehtiyat manqadan N nəfər əsgərlə birlikdə MAHHXHQ əsgər Şahid8 rəhbərliyi ilə “Vışka” postunda şəxsi heyəti üçün ayaqyolu qazmağa göndərildiklərini, 10 dekabr N0N4-cü il tarixdə saat 13:15-də işlədikləri yerdən “Vışka” postunda nahar yeməyini yeyərkən yataqxananın arxasından bərk səs gəldiyini, dərhal bayıra çıxanda əsgər Təqsirləndirilən şəxs “vurdular, vurdular” deyib qışqırmasını eşitdiyini, postda nəsə baş verdiyini başa düşdükləri üçün bütün şəxsi heyətin müşahidə mövqeyinə tərəf qaçdıqlarını, oraya çatanda MAHHXHQ əsgərlər Şahid1 və Şahid8 müşahidə məntəqəsinin içərisində olduqlarını gördüyünü, 1-N dəqiqə sonra bölük komandiri kapitan Şahid9 də oraya gələrək “sağdı, ya ölüb” sörüşub “tez götürün endirin aşağı” dediyini, T.Cəfərlinin müşahidə məntəqəsində hərəkətsiz yerdə uzanmasını gördüyünü, dərhal onun bir ayağından tutaraq orada olan digər əsgərlərlə birlikdə onu aşağı yendirdiklərini, yataqxanaya yaxınlaşarkən taborun həkimi də oraya gəlib yerdə onu yoxlayanda narahat olduğundan yataqxanaya getdiyini, bir azdan yataqxanada T.Cəfərlinin ölməsini, sonradan hadisənin necə baş verməsini öyrəndiyini göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə baxışı iclaslarında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1N ifadəsində N nömrəli hərbi hissənin 1-ci taborunda, “Vışka” adlanan postunda əsgər rütbəsində xidmət etdiyini, “Vışka” postunun düşmənlə üz-üzə yerləşdiyini, xidməti ilə ələqadar “Vışka” postunda, sağ cinahda yerləşən müşahidə məntəqəsinə döyüş növbətçiliyinə çıxdıqlarını, əsgər Tarıverdi Cəfərlini N0N4-cü ilin iyul ayında “Vışka” postuna verildiyi vaxtdan görüb tanıdığını və onunla birlikdə xidmət apardığını, T.Cəfərlinin, “Vışka” postuna gəldikdən bir müddət sonra gizli olaraq mobil telefon işlətdiyini, T.Cəfərlinin nişanlı olduğundan telefonla ancaq müşahidə məntəqəsinə döyüş növbətçiliyinə çıxanda danışdığını, özünün də həmin telefonu gördüyünü, telefonun qara rəngli, sadə “Nokia” markalı telefon, dalı izolentli, ekranı da sınmış vəziyyətdə olduğunu, N0N4-cü ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs adlı əsgərin “Vışka” postuna gəldiyini, onunla birlikdə heç vaxt döyüş növbətçiliyinə çıxmadığını, onunla T.Cəfərlinin posta çıxdığını, 10 dekabr N0N4-cü il tarixdə saat 1N:00-dan saat 14:00-dək əsgər Rəvan Əliyevlə digər cinahda yerləşən müşahidə məntəqəsinə, döyüş növbətçiliyinə çıxdıqlarını, saat 13:N0-də sağ cinahdan “Vışka” postunun müşahidə mövqeyi tərəfdən 1 atəş səsi gəldiyini eşitdiyini, məsafə uzaq olduğundan atəş səsini onlara zəif çatdığından düşmən postu tərəfdən atəş səsi gəldiyini düşündüklərini, bir az keçəndən sonra “Vışka” postunun müşahidə mövqeyi tərəfdən kiminsə qışqırıb “kazarma, kazarma” deyə çağırdığını eşitdiyini, lakin orada nə baş verməsini bilmədiyini, bundan sonra rabitə ilə müşahidə məntəqəsindən öz yataqxanalarına zəng edib sağ cinahdakı mövqedən atəş səsi gəldiyini, kiminsə “kazarma, kazarma” deyə qışqırması məlumatını verib müşahidə məntəqəsindən çıxıb sağ cinaha baxanda oradan kiminsə yataqxanalarına tərəf qışqıra -qışqıra qaçdığını gördüyünü, tez binoklla baxıb, yataqxanadan şəxsi heyətin müşahidə məntəqəsinə tərəf qaçmasını gördüyünü, ancaq nə baş verməsini bilmədiyini, saat 14:00-da növbəni dəyişib yataqxanaya gələndə oradaki əsgərlərindən Təqsirləndirilən şəxs qəsdən atəş açıb T.Cəfərlini öldürməsini eşitdiyini göstərmişdi. Cinayət işinə əlavə edilmiş, məhkəmə istintaqında tədqiq edilərək elan edilmiş N-ci cild, iş vərəqə N46-N50-də olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X4 barəsində məhkəmə-tibb ekspertizası təyin olunmuş, ekspertin 10 dekabr N0N4-cü il tarixli 5 №-li ekspert rəyində göstərilmişdir ki, T.Z.Cəfərlinin meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarət- giriş dəliyi döş qəfəsinin ön səthində, çıxış dəliyi döş qəfəsinin arxa səthində olan, yara kanalı boyunca qabırğaarası yumşaq toxumaların, ürəyin sağ qulaqcığının, aortanın, sol baş bronsun ön və arxa divarlarının dəlib keçən yaraları, ağciyərlərin toxunan yaraları ilə müşayiət olunan, öndən arxaya, bir qədər yuxarıdan aşağıya istiqamətli döş qəfəsi nahiyəsinin bir ədəd dəlib keçən yarası- həyatidir, mərhumun ölümündən az əvvəl patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törənməyə xarakterikdir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olub hazırki hadisədə ölüm ilə nəticələnmişdir. T.Z.Cəfərlinin ölümünə səbəb kəskin massiv qanitirmə ilə nəticələnən, ürəyin sağ qulaqcığının və aortanın ön və arxa divarlarının deşilmiş yaraları olmuşdur. Cinayət işi üzrə 3-cü cild iş vərəqə 4-17-də olan kompleks məhkəmə-daktiloskopikballistik-trasoloji ekspertizası təyin edilib rəy alınmış, ekspert rəyində göstərilmişdir ki, - Tədqiqata təqdim edilmiş iki ədəd silahdan biri (“a” silahı) 7,6N mm kalbirli olmaqla, zavod üsulu ilə istehsal edilmiş, “8590N04” nömrəli, “СВД” konstruksiyalı yivli snayper tüfəng, digəri (“b” silahı) 5,45 mm kalibrli olmaqla, N005-ci ildə zavod üsulu ilə istehsal olunmuş, “ПТ 1961” seriya və nömrəli “RPK-74M” konstruksiyalı yivli avtomatik əl pulemyotudur, onlar odlu döyüş silahı hesab edilirlər, saz, atəş açmaq üçün yararlıdırlar, çaxmaqlarının döyüş bölməsindən çıxması üçün tətiklərinə normal hesab olunan qüvvə (“8590N04” nömrəli, “СВД” konstruksiyalı snayper tüfəngin (“a” silahının) tətiyinə 1,N-1,3 kq, “ ПТ 1961” seriya və nömrəli “RPK-74M” konstruksiyalı əl pulemyotunun (“b”silahının) tətiyinə N,1-N,3 kq sərf olunur, həmin silahların tətiklərini çəkmədən öz-özünə atəşin açılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş “ ПТ 1961” seriya və nömrəli “RPK-74M” konstruksiyalı əl pulemyotundan (“b” silahından) son təmizləmədən sonra atəş açılmamışdır. - Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 1908-ci il nümunəli olmaqla, “Мосин”, “ABC-36” konstruksiyalı tüfənglərdə, “СВД”, “СВДС”, “СВУ”, ”РSL”, ”CB-98” konstruksiyalı snayper tüfənglərdə, “ПК”, “ПКС”, “ПКМ”, “AEK-999”, “Пеценег” pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7.6Nx54 mm kalibrli patronun hissəsidir – gilizidir. - Tədqiqat obyekti qismində təqdim edilmiş bir ədəd giliz tədqiqat obyekti qismində təqdim edilmiş “8590N04” nömrəli “СВД” konstruksiyalı snayper tüfəngdən (“a” silahından) atılmışdır. - Tədqiqata təqdim edilmiş hərbi zirehli jiletin arxa tərəfində olan cibin daxilinə yerləşdirilmiş zireh lövhəsinin iç hissəsindəki zədənin içərisində tədqiqat aparılan zaman aşkar edilmiş digər bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, “Мосин”, “ABC-36” konstruksiyalı tüfənglərdə, “СВД”, “СВДС”, “СВУ”, ”РSL”, ”CB-98” konstruksiyalı snayper tüfənglərdə, “ПК”, “ПКС”, “ПКМ”, “AEK-999”, “Пеценег” pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 7,6Nx54 mm kalibrli patronun hissəsidir – gülləsinin atəş prosesində bərk predmetlə toqquşması nəticəsində parçalanaraq deformasiyaya uğramış, material çatışmazlığı ilə müşayiət olunan, iç hissəsində qurğuşun içliyi olan örtüyünün qəlpəsidir. Tədqiqatı aparılmış güllə örtüyü qəlpəsinin deformasiyaya uğraması, əzilməsi və ilkin formasını əsasən itirməsi, həmçinin müəyyən hissəsində material çatışmazlığı olması onun üzərində yiv və yivlərarası sahənin izlərinə daxil olan zəruri əlamətlərinaşkar edilməməsinə səbəb olmuş, bu da onun müqayisəli tədqiqatının aparılmasını və “8590N04” nömrəli, “СВД” konstruksiyalı snayper tüfəngdən atılıb-atılmadığının müəyyən edilməsini qeyri-mümkün etmişdir. Tədqiqata təqdim edilmiş hərbi zirehli jiletin arxa tərəfində olan cibin daxilinə yerləşdirilmiş zireh lövhəsinin iç hissəsindəki zədənin aşağı hissəsində bir ədəd güllə özəkciyinəbənzər predmet müşahidə edilsə də, onun həmin yerdən çıxarılması mümkün olmadığından tədqiqatı aparılmamışdır. - Tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 1908-ci il nümunəli olmaqla, 8 (səkkiz) ədədi “Novosibirsk patron zavodu”nda (keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası) zavod üsulu ilə istehsal edilmiş, “Мосин”, “ABC-36” konstruksiyalı tüfənglərdə, “СВД”, “СВДС”, “СВУ”, ”РSL”, ”CB-98” konstruksiyalı snayper tüfənglərdə, “ПК”, “ПКС”, “ПКМ”, “AEK-999”, “Пеценег” pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istaifadə edilən 7,6Nx54 mm kalibrli, 1 (bir) ədədi isə həmin silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, 7,6Nx54 mm kalibrli gülləsiz patronlardır. Tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd patronun səthindəki mexaniki zədələr silah detallarının izləri (vurucunun izi, əksetdiricinin izi, kənaredicinin izi, sandıqça bükümlərinin izi və s.) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar və həmin izlərin tədqiqata təqdim olunmuş “8590N04” nömrəli, “СВД” konstruksiyalı snayper tüfəngin detallarından qalmağa xarakterik olduğunu müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş, əsgər X5 məxsus olduğu qeyd edilən bir ədəd hərbi zirehli jiletin, bir ədəd hərbi gödəkcənin, bir ədəd hərbi cemperin, iki ədəd uzunqol maykanın (“a” və “b” maykalarının) üzərlərində olan “a” zədələri giriş hərbi gödəkcənin, hərbi cemperin, uzunqol maykaların (“a” və “b” maykalarının) üzərlərində olan “b” zədələri çıxış, hərbi zirehli jiletin arxa tərəfinə yerləşdirilmiş zireh lövhəsinin üzərində olan “c” zədəssi kor zədə olmaqla, öndən-arxaya, nisbətən yuxarıdan-aşağıya doğru istiqamətdə, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, 5 sm-ə qədər məsafə daxilində, diametri təxminən 7 mm olan, mis metal tərkibli mərminin (güllənin) təsiri ilə yetirilməyə xarakterikdir, hərbi zirehli jiletin üzərində olan “b” zədəsi və onun arxa tərəfinə yerləşdirilmiş zireh lövhəsinin üzərində olan “d” zədəsi odlu silahdan atılmış güllənin birbaşa təsirindən deyil, odlu silahdan atılmış güllənin zireh lövhəsinin iç hissəsinə yetirdiyi zərbənin təsirindən lövhənin arxa tərəfində olan keramikayabənzər örtüyün parçalanaraq əmələ gətirdiyi qəlpələrin təsirindən yaranmağa xarakterik zədələrdir. Tədqiqata təqdim edilmiş, əsgər X5 məxsus olduğu qeyd edilən bir ədəd hərbi şalvarın, iki ədəd alt tumanının (“a” və “b” alt tumanlarının), bir ədəd hərbi dəbilqənin, bir ədəd yunaoxşar hərbi papağın, bir cüt əlcəyin, bir cüt çəkmənin və bir cüt corabın üzərlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş, əsgər X5 məxsus olduğu qeyd edilən bir ədəd hərbi zirehli jiletin, bir ədəd hərbi gödəkcənin, bir ədəd hərbi cemperin, bir ədəd hərbi şalvarın, bir ədəd yunaoxşar hərbi papağın üzərlərində intensiv halda, onun sağ əlinin ovuc hissəsindən götürüldüyü qeyd olunmuş bir ədəd tamponun üzərində isə 3 (üç) ədəd atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, iki ədəd uzunqol maykanın (“a” və “b” maykalarının), iki ədəd alt tumanının (“a” və “b” alt tumanlarının), bir ədəd hərbi dəbilqənin, bir cüt əlcəyin, bir cüt çəkmənin, bir cüt corabın, onun sol əlinin ovuc hissəsindən götürüldüyü qeyd olunmuş bir ədəd tamponun üzərlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri yoxdur. - Tədqiqata təqdim edilmiş, əsgər X5 və əsgər Təqsirləndirilən şəxs məxsus paltarların üzərlərində heç bir trasoloji zədə, o cümlədən əlbəyaxa mübarizəyə, zorakılıq yetirilməyə xarakterik zədə(lər) və iz(lər) aşkar olunmadı. Cinayət işi üzrə 3-cü cild iş vərəqə 39-4N-də olan Təqsirləndirilən şəxs barəsində məhkəmə-ambulator psixiatrik ekspertizası təyin edilmiş, ekspert komissiyasının 16 yanvar N0N5-ci il tarixli 1N №-li rəyində göstərilmişdir ki, ictimai təhlükəli əməli törədən zaman və hazırda Təqsirləndirilən şəxs “Homoseksualizm” müşahidə olunmuşdur və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs “homoseksualizm” hərbi xidmət dövründə müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən, yəni atəş açaraq əsgər T.Z.Cəfərlini öldürərkən və hazırda anlaqlıdır. Təqsirləndirilən şəxs əsgər R.İ.Ələsgərovla qeyri-təbii üsulla cinsi əlaqədə olarkən anlaqlı olmuşdur. Cinayət işi üzrə 3-cü cild iş vərəqə 177-186-da olan Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, alınmış 06 fevral N0N5-ci il tarixli 78 №-li ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla sinir sisteminin tipi qüvvətlidir, davranışda müavzinətliliyi üzə çıxmır. Emosional cəhətdən labilliyi (dəyişkənliyi) müşahidə olunur. Onun psixi tempi ləng olmaqla özünə qiyməti adekvatdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində sakit təbiətli, biganə, laqeyid və s. kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində aqressivlik əlamətləri üzə çıxır, Təqsirləndirilən şəxs ona təsir göstərəcək hər hansı qıcığa qarşı kəskin reaksiya verə bilər (Hənd testi). Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində onun özünü müdafiə mexanizmindən istifadə etməklə hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunur (Ayzenk şəxsiyyət sorğusu, Tematik apperseptiv testi). Proqramlaşdırılmış Lüşer testinin nəticələrinə əsasən Təqsirləndirilən şəxs düşdüyü şəraiti öz düşüncəsinə uyğun dəyişməklə ətrafdakıları özünə inandırmağa çalışır. Ümidləri boşa çıxdığına görə və yeni məqsədlərin yeni uğursuzluqlar gətirəcəyindən qorxduğu üçün gərginlik içindədir. Yeni imkanlar axtarır ki, ətrafındakıların köməyi ilə ümidlərini gerçəkləşdirə bilsin. Öz emosiyalarını gizlətməyə meyllidir (Proqramlaşdırılmış Lüşer testi və Rorşax ləkələr tesi). Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən əvvəlki dövrdə emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs T.Cəfərlini atəş açaraq öldürərkən Təqsirləndirilən şəxs T.Cəfərliyə, ona təhkim olunmuş silahı dəfələrlə torpağa bulamasına irad tutması, T.Cəfərlinin ona qarşı laqeyidliyi və T.Cəfərlinin “doldurdu”, “atdı”, “vurdu”, “öldüm” (bax indi vuracaq məni, vurdu, öldürdü”, “vur”) kimi ifadələr işlətməsi, Təqsirləndirilən şəxs hadisə zamanı davranış aktlarına öz təsirini göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Cinayət işi üzrə 3-cü cild iş vərəqə 103-117-də olan cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən mərhum X4 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən aparılan danışıqlar və ötürülən məlumatlar əldə edilmiş, T.Z.Cəfərlinin istifadəsində olan qeyd olunan nömrənin Babək rayonu Qahab kənd sakini X9 adına rəsmiləşdirilməsi, mərhum T.Z.Cəfərlinin ölümündən əvvəl sonuncu dəfə saat 13:30-da İmişli rayonu Qızılkənd sakini Şahid5 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edilməsi və 583 saniyə danışıq olması müəyyən edilmişdir. Cinayət işi üzrə 3-cü cild iş vərəqə N0N-də olan Təqsirləndirilən şəxslə T.Z.Cəfərlinin münasibətlərinin necə olmasının, onların xarakterlərini, aralarında mübahisə, dalaşma, ədavət olub-olmamasının, Təqsirləndirilən şəxs kişi cinsinə meyilli olmaqla əsgər R.İ.Ələsgərovla qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı taborun, “Vışka” postunda xidmət aparan şəxsi heyətin, o cümlədən mərhum T.Z.Cəfərlinin məlumatının olub-olmamasının, Təqsirləndirilən şəxs başqa hərbi qulluqçularla qeyri-təbii yolla cinsi əlaqədə olub-olmamasının, Təqsirləndirilən şəxslə T.Z.Cəfərli arasında qeyritəbii yolla cinsi əlaqə olub-olmamasının, hər hansı birinin digərinə bununla bağlı təklif edib-etməməsinin, T.Z.Cəfərlinin “Vışka” postunda xidmət etdiyi vaxt “Nokia” markalı telefonla ***-***-**-** mobil nömrəsini nə vaxtdan istifadə etməsi, haradan əldə etməsi, həmin mobil telefonla kimlərlə əlaqə saxlamasının əməliyyat yolu ilə müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin, Hərbi Əks-Kəşfiyyat İdarəsinə məxfi qriftlə əməliyyat tapşırığı verilmiş, alınmış məxfi qrifli əməliyyat məlumatlarında T.Z.Cəfərlinin xaraktercə özündən razı olması, xidmət etdiyi kollektivlə normal münasibət saxlaması, hərbi qulluqçular arasında nüfuzu və söz sahibi olması, Təqsirləndirilən şəxs xaraktercə sakit, özünə qapanıq, kollektivlə münasibət saxlamağı bacaran şəxs kimi xarakterizə olunması, Təqsirləndirilən şəxs və T.Cəfərli arasında xidmət etdikləri müddətdə dalaşma, ziddiyyət, ədavət halının müəyyən edilməməsi, Təqsirləndirilən şəxs kişi cinsinə meyilli olması, əsgər X11 ilə qeyri-təbii üsulla cinsi əlaqədə olması, R.İ.Ələsgərovdan baçqa heç bir hərbi qulluqçu ilə belə münasibətinin olmaması, bu barədə başqa əsgərlərin məlumatının olmasının müəyyən edilməməsi, Təqsirləndirilən şəxslə mərhum T.Cəfərli arasında qeyri-təbii üsulla cinsi əlaqənin olması ilə, onların birinin digərinə bu barədə təklif etməsi ilə, aralarında bu barədə söhbətin olması ilə bağlı hər hansı əməliyyat məlumatının əldə edilmədiyi göstərilmişdir. Həmçinin mərhum T.Cəfərlinin “Nokia” markalı mobil telefonunu və ***-***- **-** mobil nömrəsinin onunla birgə xidmət etmiş əsgər XN anası X15 vasitəsilə əldə etməsi, hadisə vaxtı T.Cəfərlinin nişanlısı ilə telefonla danışması, T.Cəfərlinin nişanlısına “indi bax məni vuracaqlar” deməsi, bir neçə saniyə sonra qızın atəş səsi eşitməsi, daha sonra Təqsirləndirilən şəxs qışqırıq səsini eşitməsi, bu barədə dərhal qohumlarına məlumat verməsi barədə əməliyyat məlumatları əldə olunduğu göstərilmişdir. Cinayət işi üzrə 3-cü cild iş vərəqə N16-N17-də olan Təqsirləndirilən şəxs iştirakı ilə istintaq eksperimenti keçirilmiş, eksperiment zamanı Təqsirləndirilən şəxs SVD markalı silahdan açdığı atəşin T.Z.Cəfərlinin sinəsinin ön tərəfindən arxaya doğru, nisbətən yuxarıdan aşağıya doğru istiqamətlənmiş formada açılması, Təqsirləndirilən şəxs ayaqüstə, zərərçəkmiş şəxsin oturaq vəziyyətdə olması, atəş açılarkən Təqsirləndirilən şəxs göstərdiyi vəziyyətdə lülənin uc hissəsi ilə mərhum T.Z.Cəfərlinin sinəsi arasında məsafənin təxminən 6-8 sm təşkil etməsi, həmin vəziyyətdə açılmış atəşlə T.Z.Cəfərlinin əynində olmuş paltarlar üzərində olan giriş çıxış dəliyinin və T.Z.Cəfərlinin almış olduğu xəsarətlərin uyğun gəlməsi müəyyən edilmişdir. Cinayət işi üzrə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N №-li əmri ilə hərbi hissənin 3-cü taborunun snayper tağımının N-ci snayper manqasına snayper vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli N №-li əmri ilə hərbi hissənin 4-cü taborunun snayper tağımının 1-ci snayper manqasına snayperçi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli N95 №-li əmri ilə Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci tağımının 1-ci manqasına snayper vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 3N3 №-li əmri ilə hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün N-ci tağımının 1-ci manqasına snayper vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Daxili İşlər Nazirliyi ƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş, Cəlilabad rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin N9 iyun N0N4-cü il tarixli 181 №-li əmri ilə X7 hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 1-ci tağımının 1-ci manqasına pulemyotçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli N95 №-li əmri ilə X7 hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün 1-ci tağımının 1-ci manqasına atıcı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli 3N3 №-li əmri ilə X7 hərbi hissənin 1-ci taborunun N-ci bölüyünün N-ci tağımının 1-ci manqasına pulemyotçu vəzifəsinə təyin edilmişdir. X7 N №-li hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 107-də olan 11 dekabr N0N4-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 11 dekabr N0N4-cü ildə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 1N0.N.N-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Naxçıvan MR Hərbi Məhkəməsinin 1N dekabr N0N4-cü il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, həmin tarixdən Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X1Nrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olub olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza “ talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyətinə xidmət etməməlidir Məhkəmə ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ( xüsusi ilə mərhum əsgər Tarverdi Cəfərlinin məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş, nişanlısı Şahid5nin ifadəsinı) ifadələrini və digər iş materiallarını tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidaii istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsi tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxsun məhkəmədə verdiyi sərbəst ifadəsindən görünür ki, N0N4-cü il noyabr ayının ortalarında N saylı hərbi hissənin Sədərək rayonu ərazisində yerləşən “Vişka” postunda xidmətə başlayandan bir müddət sonra mərhum əsgər Tarverdi Cəfərli ilə tanış olduğunu, onunla münasibətlərinin normal olduğunu, heç vaxt aralarında ədavət və düşmənçiliyin olmadığını bir neçə dəfə də onunla döyüş növbətçiliyinə çıxdığını, döyüş növbətçiliyinə çıxarkən heç vaxt onunla aralarında hər hansı bir münaqişə olmadığını, hadisə olan günü yəni 10 dekabr N0N4-cü il tarixdə mərhum əsgər T.Cəfərli ilə döyüş növbətçiliyinə təyin olunarkən həmin günü də əvvəlki vaxtlarda olduğu kimi onunla normal münasibətlərin oluğunu, aralarında heç bir münaqışə olmadığını, manqa komandirləri Şahid1 rəhbərliyi ilə bir-birləri ilə söhbət edə-edə döyüş növbəçitliyinə, xidmət yerinə getdiklərini, müşahidə məntəqəsində də əvvəlcədən onun telefonunun olduğunu və nişanlısı ilə danışacağını bildiyindən ona hörmət əlaməti olaraq təlimata uyğun 15 dəqiqədən bir yerlərini dəyişməli olduqları halda N saatlıq müddətin əksər hissəsini bayırda soyuq havada xidmət aparacağını ona dediyini və dediyinə də əməl etdiyini, arada üşüdüyündən müşahidəyə, onun yanına getdiyini, orada onun telefonunu alaraq bir neçə dəqiqəliyə də öz evləri ilə də danışdığını, həmin vaxt yenə onunla münasibətinin normal olduğunu,T.Cəfərlinin onunla və mobil telefonla danışdığı şəxslə (nişanlısı ilə) deyib, güldüyünü, bir-birləri ilə zarafat etdiklərini, lakin arada məhrum Tarıverdi Cəfərov ona məxsus maddi sübut kimi tanınmış SVD markalı, “8590N04” nömrəli snayper tüfəngi onun razılığı ilə ondan alıb darağı silaha birləşdirib zarajat edərkən təlim mərmisinin lülənin işərisində sıxılıb qaldığından ona zarafat formasında öz iradını bildirdiyini, bir neçə dəqiqə sonra isə yenə nişanlısı ilə danışarkən özünə məxsus silahı onda olarkən silahının lüləsini torpağa vurub toz etdiyindən yenə də ona öz etirazını bildirdiyini, həmin vaxt məhrum T.Cəfərlinin onu qıcıqlandırmadığını, əsəbləşdirmədiyini, sadəcə zarafatlaşdıqlarını və döyüş mərmisinin patron yuvasında olmasını və qoruyucunun açıq olmasını bilərək ibtidai istintaq zamanı göstərdiyi kimi N dəfə yavaşdan tətiyi çəksə də üçüncü dəfə tətiyi bir dəfə bərkdən çəkərək öldürdükdən sonra ifadəsində göstərdiyi kimi, T.Cəfərlinin hərəkətsiz şəkildə başı arxaya düşdüyünü qollarının yana açıldığını bundan sonra silahı atıb onu silkələməyə başladığını o cavab vermədikdə bərk qorxduğunu soyuqqanlı şəkildə, ona köməklik etməyərək sakit şəkildə onun zirehli gödəkçəsini əynindən çıxardaraq qırağa qoyduğunu onun əlində olan telefonu alıb yerə atdığını telefonda olana “alo alo” dediyini ondan cavab gəlmədikdə telefonu və yerə düşmüş məhruma məxsus bloknotu heç kəsin bilməsin deyə təkərlərin arasında gizlətdiyini və sonradan yataqxanaya tərəf qaçaraq orada olanlara əvvəlcə vurdular, vurdular dediyini, sonradan isə hadisəni ehtiyatsızlıqdan törətdiyini, lakin ibtidai istintaq və məhkəmə istintaqında mərhum əsgər Tarverdi Cəfərlini qəsdən xuliqanlıq niyəti ilə öldürməsi faktı tam təsdiqini tapır və sübut olunur. Mərhum əsgər Tarverdi Cəfərlini ehtiyatsizlıqdan öldürməsini desə də məhkəmə istintaqında iştirak etməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində Tarıverdi Cəfərli ilə nişanlı olduğunu, ona məxsus telefon olduğundan xidmətə çıxanda tez-tez onunla telefonla danışdığını, arada məzuniyyətə gələndə də onun orada xidmətin normal olduğunu, əsgər və komandir yoldaşları ilə yaxşı münasibətlərinin olduğunu, heç bir problemi olmadığını dediyini, hadisə olan gün yəni 10 dekabr N0N4-cü il tarixdə saat 1N:00-dan saaat 13:30-tarixədək onunla ara-ara onun postda saxladığı kimin olmasını bilmədiyi mobil telefonla danışdıqlarını, deyib-güldüklərini, zarafat etdiklərini, həmin vaxt kiminsə onun yanında olduğunu hiss etdiyini, onunla mübahisə yaxud münaqişədə olmasını hiss etmədiyini, arada həmin şəxslə söhbət də etdiyini, ev işləri ilə məşğul olduğundan və tozsoran işlədiyindən onun həmin şəxslə nə danışmasının çoxunu eşitmədiyini, yalnız anidən onun yanında olan şəxsin nəyə görəsə səni vuraram deməsini, Tarıverdinin isə gülə-gülə “kişi kimi qarşında durmuşam vur” deməsini və silah səsi eşitməsini göstərmişdir. Məhkəmə istintaqında ifadəsi alınmış zərəçəkmişin hüquqi varisi X8 ifadəsində mərhum oğlu Tarıverdi Cəfərlinin tez-tez telefonla evləri ilə danışarkən kimdənsə narazı olmasını heç vaxt onlara demədiyini komandanlıq və əsgər yoldaşları ilə çox yaxşı münasibətdə olmasını dediyini, N0N4-cü ilin noyabr ayında məzuniyyətə gələrkən də xidmət yerinin yaxşı olduğunu, hər hansı bir çətinliyinin olmadığını, ümumiyyətlə xidmətdən razı qaldığını, əsgər yoldaşı Təqsirləndirilən şəxsda hər hansı bir narazılığını bildirmədiyini lakin onun telefonu necə əldə etməsini də bilmədiyini, oğlunu qəsdən öldürməsinə görə onu bağışlamadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş N saylı hərbi hissənin 1-ci tabor N-ci bölük N-ci taqım 1-ci manqsının komandiri Şahid1 “Vişka “postuna hadisədən qabaq cəmi 8 gün olar gəldiyini hər iki əsgərin xidmətə münasibətlərinin normal olduğunu, əvvəllər də onlar arasında hər hansı bir narazılığın yaxut münaqişə olmasını eşitmədiyini və görmədiyini, hadisə olan günü 10 dekabr N0N4-cü il tarixdə hər iki əsgərin arasında hər hansı bir problemin olmadığını saat 11:45-də onları xidmət apararkəndə onların arasında qeyri münasibətlərin və narazılığın olmasını hiss etmədiyini göstərdi. Məhkəmə istintaqında ifadəsi alınmış N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Şahid15 məhkəmə istintaqına verdiyi ifadəsində hadisə olan vaxt hadisə yerinə ilk çatanlardan biri də onun olduğunu, onunla söhbət zamanı və sonraki gün hadisə yerinə gedərkən təqsirləndirilən şəxsin özünü çox rahat və son dərəcə sakit apardığını, hadisəni olduğu kimi ona danışsa da məhrumla zarafatlaşdıqlarını, onu qıcıqlandıracaq hərəkətlər etmədiyini, lakin əməli ehtiyatsızlıqdan törətdiyini ona dediyini göstərmişdi. Məhkəmə istintaqında ifadəsi alınmış digər şahidlər də göstərilən xüsusatları təsdiq etdilər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası CM-nin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi qiymətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1N dekabr N00N-ci il tarixli, 3 saylı qərarının Nci bəndində izah olunur qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Birbaşa qəsdin tərifini təsbit edən CM-nin N5.N -ci maddəsinə görə, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab edilir. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünü şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara ehtinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğılığında, qəddarlığında ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sayir kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətində adam öldürmək çox vaxt heç bir səbəb olmadan yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə adam öldürmək çox hallarda təqsirkarın neqativ davarınışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir.Əməlin xuliqanlıq niyyəti ilə adamı öldürmək kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil onun təzahür forması kimi etməlidir. Bu zaman törədilən Cinayət Məcəlləsinin 1N0.N.N maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqında cinayət işi üzrə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək hadisə vaxtı T.Z.Cəfərlini qəsdən öldürmədiyini və onu öldürmək niyətinin olmadığını, arzu etmədiyini, T.Cəfərli silahın lüləsini sinəsinə çəkəndən sonra “vur” demədiyini, sadəcə silahın qoruyucusunun bağlı olub-olmamasına, darağın üstündə olubolmamasını, patronun patron yuvasında olmasını unudaraq onu qorxutmaq məqsədi ilə tətiyi sıxdığını, əlindəki güllədən bir atəş açılaraq T.Cəfərlinin sinəsinə dəydiyini göstərmişdir. Həmin dəlillərin yoxlanılması zamanı xüsusi ilə cinayət işi üzrə şahid qismində tanınmış Şahid5 eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin digər şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs T.Z.Cəfərlini xuliqanlıq niyəti ilə qəsdən öldürməsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə heyyəti belə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidaii istintaq zamanı eləcə də məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıdığından və hüquqi əsası olmadığından sübut növü kimi qiymətləndirilməyib rədd edilməlidir. Belə olan halda məhkəmə heyyəti yuxarıda göstərilən xüsusatları və təkzibedilməz sübutların məcmusunu əsas tutaraq belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsi ilə tövsif etmişdir və o, həmin maddənin sanksiyası daxilində cəzalanmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə təqdim edilmiş ərizədən və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs bağışlamır, onun qanunla cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə heyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs döyüş növbətçiliyində odlu silahdan istifadə etməsi olmuşdur. Məhkəmə heyəti törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 - cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 - cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tərətdiyi cinayət əməli xüsusi ilə ağır cinayətlər hesab olunduğundan ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlandığı gündən, 11 dekabr N0N4-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə heyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 13N-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Cinayət üzrə maddi sübut kimi götürülmüş bir ədəd “Nokia” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs məhrum T.Z.Cəfərliyə məxsus olduğundan zərərçəkmiş şəxsin hüquqi varisi atası X6 qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi götürülmüş məhrum T.Z.Cəfərliyə məxsus 1 ədəd zirehli gödəkcə, 1 ədəd dəbilqə, cinayət üzrə maddi sübut kimi götürülmüş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd buşlat, 1 ədəd kitel, 1 ədəd şalvar, 1 ədəd sviter, 1 ədəd yun papaq, N ədəd isti alt köynəyi, N ədəd isti alt tumanı, 1 cüt çəkmə istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə istifadəyə verilməlidir. Cinayət işi üzrə maddi sübut kimi götürülmüş bir ədəd giliz, məhrum T.Z.Cəfərlinin hər iki əlinin ovuc sətindən götürülmüş N ədəd yaxma nümunəsi, ekspertiza zamanı zirehli gödəkcədən aşkar edilmiş güllə örtüyünün qəlpəsi və məhrum T.Z.Cəfərliyə məxsus bir ədəd hərbi qış gödəkcəsi, bir ədəd jaket, bir ədəd şalvar, N ədəd isti alt köynəyi, N ədəd isti alt tumanı, 1 cüt çəkmə, 1 cüt corab, 1 ədəd yun papaq, 1 cüt yun əlcək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış SVD markalı, “8590N04” nömrəli snayper tüfəngi, RPK-74M markalı, N005 ПT1961 nömrəli əl pulemyotu, 1 ədəd sandıqça, 08 ədəd 7,6N mm kalibrli patron, 01 ədəd 7,6N mm kalibirli gülləsiz patron hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə xidməti istifadəyə verilməlidir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə kompyuter – texniki ekspertizası üzrə 60 (altmış) manat, kompleks məhkəmə-dakitolostik –ballistik və trasoloji ekspertizası üzrə 490 (dörd yüz doxsan) manat, məhkəmə -psixoloji ekspertizası üzrə 1N0 (yüz iyirmi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq hökm qanuni qüvvəyə mindikdən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ88NABZ******************** nömrəli heasıbına ödənilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 158.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 107-də olan 11 dekabr N0N4-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 11 dekabr N0N4-cü ildə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi X10 tərəfindən şübhəli şəxsin tutulması haqqında Qərarla hüquqları məhdudlaşdırılaraq tutulduğundan və faktiki hüquqları həmin vaxtdan məhdudlaşdığından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 dekabr N0N4-cü il tarixdən hesablanmalıdır. Məhkəmə heyəti Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı (ödənilməli olan məbləğin 10 iş saati Azərbaycan Respublikası Nazirlər kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı qərarından qabaq olduğundan bir saatı 6 manatdan ödənilməklə 60 ( altmış) manat, qalmış 15 iş saatı isə Azərbaycan Respublikası Nazirlər kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı qərarından sonra olduğundan bir saatı 11 manat olmaqla) 165( yüz altmış beş) manat, cəmi NN5 ( iki yüz iyirmi beş) manat) dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına NN5 (iki yüz iyirmi beş) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə mülkü iddia və xüsusi müsadrə yoxdur. Cinayət işinin elektron variantı olan bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-358,381, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə heyəti hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N0.N.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlandığı gündən, 11 dekabr N0N4-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi götürülmüş bir ədəd “Nokia” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs məhrum T.Z.Cəfərliyə məxsus olduğundan zərərçəkmiş şəxsin hüquqi varisi, atası X6 qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi götürülmüş məhrum T.Z.Cəfərliyə məxsus 1 ədəd zirehli gödəkcə, 1 ədəd dəbilqə və Təqsirləndirilən şəxs məxsus 1 ədəd buşlat, 1 ədəd kitel, 1 ədəd şalvar, 1 ədəd sviter, 1 ədəd yun papaq, N ədəd isti alt köynəyi, N ədəd isti alt tumanı, 1 cüt çəkmə istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə istifadəyə verilsin. Cinayət işi üzrə maddi sübut kimi götürülmüş bir ədəd giliz, məhrum T.Z.Cəfərlinin hər iki əlinin ovuc sətindən götürülmüş N ədəd yaxma nümunəsi, ekspertiza zamanı zirehli gödəkcədən aşkar edilmiş güllə örtüyünün qəlpəsi və məhrum T.Z.Cəfərliyə məxsus bir ədəd hərbi qış gödəkcəsi, bir ədəd jaket, bir ədəd şalvar, N ədəd isti alt köynəyi, N ədəd isti alt tumanı, 1 cüt çəkmə, 1 cüt corab, 1 ədəd yun papaq, 1 cüt yun əlcək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış SVD markalı, “8590N04” nömrəli snayper tüfəngi, RPK-74M markalı, N005 ПT1961 nömrəli əl pulemyotu, 1 ədəd sandıqça, 08 ədəd 7,6N mm kalibrli patron, 01 ədəd 7, 6N mm kalibirli gülləsiz patron hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə xidməti istifadəyə verilsin. Cinayət işi üzrə təyin olunmuş məhkəmə kompyuter – texniki ekspertizası üzrə 60(altmış) manat, kompleks məhkəmə-dakitolostik –ballistik və trasoloji ekspertizası üzrə 490 (dörd yüz doxsan) manat, məhkəmə -psixoloji ekspertizası üzrə 1N0 (yüz iyirmi) manat məhkəmə xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ88NABZ******************** nömrəli heasıbına ödənilsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı (ödənilməli olan məbləğin 10 iş saati Azərbaycan Respublikası Nazirlər kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı qərarından qabaq olduğundan bir saatı 6 manatdan ödənilməklə 60 (altmış) manat, qalmış 15 iş saatı isə Azərbaycan Respublikası Nazirlər kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı qərarından sonra olduğundan bir iş saatı 11 manat olmaqla) 165( yüz altmış beş) manat, cəmi NN5 ( iki yüz iyirmi beş) manat dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına NN5 (iki yüz iyirmi beş) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə mülkü iddia və xüsusi müsadrə yoxdur. Cinayət işinin elektron variantı olan bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov Hakimlər Polad Həsənov İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar