Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-27/2020 17.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı və müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili XN və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx N996-cı ildə Xanlar rayonunun Yeni Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Göygöl rayonunun Yeni Zod kəndində qeydiyyatda olmaqla ünvan N ünvanında müvəqqəti yaşayan, N №-li hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edən, N4 sentyabr 2020-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N28-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Culfa şəhərində yerləşən istirahət parkında MAHHXHQ əsgər Zərərçəkmiş şəxs bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edərkən N7 iyul 2020-ci ildə onunla eyni bölmədə xidmət edən MAHHXHQ əsgər Zərərçəkmiş şəxs digər hərbi qulluqçulara onun barəsində xoşagəlməz sözlər deməsi səbəbindən həmin gün xidmət vaxtından sonra onun mobil nömrəsinə zəng edərək Culfa şəhərində yerləşən istirahət parkına çağırmış, saat 23 radələrində söhbət zamanı aralarında şəxsi münasibət zəminində yaranmış mübahisə zamanı onun yumruqla çiyninə, badalaq verib yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla, üzərində olan məişət təyinatlı dırnaqtutanın bıçağı ilə sifət və kürək nahiyəsinə vurmaqla ona “sol qulaqaltı nahiyənin kəsilmiş yarası, sol kürək nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırları” ilə müşayiət olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N28-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etdiyini, N7 iyul 2020-ci ildə, saat təxminən N8:30 radələrində MAHHXHQ X5 Zeynalova “Mustafazadə deyir ki, leytenant Budaqovu döydüm, onun dişi sındı, onu sürüyürdüm, paqonunu cırdım” deməsini söylədiyini, N.Hüseynovdan Zərərçəkmiş şəxs bu sözləri nə vaxt dediyini soruşduğunu, o, Zərərçəkmiş şəxs həmin sözləri iyul ayının N6-da parkda olarkən danışmasını dediyini, iş vaxtı bitdikdən sonra evə getdiyini, evdə olarkən saat təxminən 2N:30 radələrində Zərərçəkmiş şəxs zəng edib harada olmasını soruşduğunu, o, “Tuqay” restoranında olduğunu dediyini, saat təxminən 2N:50 radələrində “Tuqay” restoranının qarşısına getdiyini, Zərərçəkmiş şəxs zəng edərək kafenin qarşısında olmasını, çölə çıxmasını dediyini, həmin vaxt kafenin qarşısında, Qələbə adlanan istirahət parkının girişində dayandığını, Zərərçəkmiş şəxs kafedən çıxıb yanına gəldiyini, onu döyməsi barədə kiməsə deyib-deməməsini soruşduğunu, Zərərçəkmiş şəxs heç kimə heç nə demədiyini bildirdiyini, ondan “guya məni döyməyin barədə Nurlan Hüseynova demisən?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs təkrar heç nə demədiyini, N.Hüseynovun yalan dediyini bildirdiyini, ona inanmadığını dediyini, saat təxminən 23 radələrində təkrar Zərərçəkmiş şəxs “sən Nurlan Hüseynova elə demisən?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs qışqıraraq “demişəm?, onda gəl dalaşaq” cavabını verdiyini, orada olan baş leytenant Şahid3 araya girib Zərərçəkmiş şəxs “nə üçün zabitə qarşı hörmətsizlik edirsən?” dediyini, onu əli ilə itələdiyini, həmin vaxt oradan keçən MAHHXHQ əsgər Şahid2 yanlarına gəlib onları aralaşdırdığını, daha sonra Zərərçəkmiş şəxs ilə aralanıb, kənara çəkilib təklikdə söhbət etməyə başladığını, əlini onun çiyninə qoyub “sən elə bir söz deməmisənsə bu söhbət haradan çıxıb?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs çiynindən yumruqla vuraraq, onun üstünə getdiyini, üzərində olan dırnaqtutanın bıçağını açıb sağ əlində tutduğunu, badalaq verib Zərərçəkmiş şəxs kürəyi üstə yerə yıxaraq, dırnaqtutanın bıçağı onun kürək nahiyəsinə dəydiyini, paltarını yırtdığını, yerdə onu yumruq və təpiklə vurmağa başladığını, Zərərçəkmiş şəxs onun üstünə gələndə dırnaqtutanın bıçağını yelləyərkən onun sifət nahiyəsini kəsdiyini, orada olan mülki şəxslərdən kimsə polisin gəlməsini dediyini, aralanıb getdiklərini, Zərərçəkmiş şəxs üzr istədiyini, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissədə tuşlayıcı-operator vəzifəsində xidmət etdiyini, N7 iyul 2020-ci ildə, saat 20:35-də işdən çıxıb yaşadığı evə getdiyini, evdə olarkən Təqsirləndirilən şəxs mobil telefonu ilə zəng edib “məni döyməyin barədə kiminsə yanında danışmısan?” deyə soruşduğunu, ona “orada heç kim heç kimi döyməyib, mən elə söz danışmamışam, onu kim deyibsə adını mənə deyin” cavabını verdiyini, Təqsirləndirilən şəxs ona “boş ver, sabah işdə söhbət edərik” deyib sağollaşdığını, saat təxminən 2N:N0 radələrində evdən çıxıb “Tuqay” restoranına anasının yanına getdiyini, orada olarkən təxminən saat 2N:55 radələrində leytenant Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək harada olmasını soruşduqda “Tuqay” restoranında olduğunu dediyini, Təqsirləndirilən şəxs “çıx çölə səninlə işim var” dediyini, çölə çıxaraq yolun əks istiqamətində olan parka getdiyini, parkın girişinə çatanda baş leytenant Şahid3, leytenant Təqsirləndirilən şəxs və MAHHXHQ əsgər ŞahidN orada olduğunu gördüyünü, çatanda baş leytenant Şahid3 ona “sən kimin yanında demisən ki, Şəhriyarı döymüsən?” dedikdə ona “mən heç kimi döyməmişəm” cavabını verdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, saat 23 radələrində Şahid3 onun sinəsindən yumruqla vurduğunu, arxaya doğru getdiyini, Təqsirləndirilən şəxs üstünə gəlib sol əli ilə çiynindən yapışıb “nə yekə-yekə danışırsan” deyib yumruqla çiynindən vurduğunu, MAHHXHQ Şahid2 oradan keçən zaman mübahisə etmələrini görərək gəlib onları aralayarkən baş leytenant Şahid3la leytenant Təqsirləndirilən şəxs onu yerə yıxıb təpik və yumruqla bədəninin müxtəlif nahiyələrindən vuraraq döydüyünü, həmin vaxt kimsə “polis gəlir” dediyini, buna görə oradan uzaqlaşdıqlarını, polis əməkdaşı ona “sənin sifətin niyə bu gündədir? sifətin qanıyır” dediyini, əlini sol qulaq altı nahiyəsinə vurduqda həmin nahiyənin kəsildiyini hiss etdiyini, polis əməkdaşına “üzümü yuyuram gələm” deyib evə tərəf qaçdığını, evə getdikdən sonra ev telefonu ilə hərbi hissənin qərargah rəisi kapitan Xalid Əliyevə zəng edib “polisdən qaçan vaxt boynum ağaca ilişib kəsilib” dediyini, anası və Şahid2lə evə gəldiyini, Şahid2 ona “məni Təqsirləndirilən şəxs göndərib ki, səni bıçaqla vurub, vəziyyətini öyrənib ona deyim” dediyini, sonra Təqsirləndirilən şəxs Şahid2 mobil telefonuna zəng edib onunla danışdıqda Təqsirləndirilən şəxs ona “xoşuna gəldi olanlar, sənə lazım idi, yaxşı ki, vaxtında bıçağı əlimdən aldılar, yoxsa peşmançılıq olardı, heç kimə heç nə demə, dur gəl həkim çağırım, səni səhərə kimi müalicə etsin” dediyini, ona “bu səhərə kimi müalicə olunası yara deyil” deyib telefonunu söndürdüyünü, Təqsirləndirilən şəxsla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində N6 iyul 2020-ci ildə, saat təxminən N5:30 radələrində avtomobil parkında olarkən Zərərçəkmiş şəxs səhər yataqxanada nə olmasını soruşduğunu, həmin vaxt MAHHXHQ Nurlan Hüseynov da yanlarında olduğunu, Zərərçəkmiş şəxs “qalxdıq yuxarı, sözümüz düşdü, əlimi atdım Budaqovun rütbəsinə, onun rütbəsindən dartdım, yumruqla çənəsindən vurdum, dişinin protezi qırıldı” dediyini, N7 iyul 2020-ci il tarixdə saat N8:30 radələrində Nurlan Hüseynovla yataqxananın sol tərəfində olan “besetkada” Zərərçəkmiş şəxs dediyi sözləri müzakirə edib danışdıqları vaxt yanlarından keçən leytenant Təqsirləndirilən şəxs danışıqlarını eşitdiyini, yanlarına gəlib nə məsələ olmasını soruşanda N.Hüseynov Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediyi sözləri çatdırdığını, həmin gün saat 2N:30 radələrində Culfa şəhərində olan “Tuqay” restoranında pivə içərkən təxminən N5-20 dəqiqə sonra baş leytenant Şahid3 mobil telefonuna zəng edərək onu “Tuqay” restoranının qarşısında olan parka çağırdığını, onların yanına getdiyini, həmin vaxt parkın girişində baş leytenant Şahid3la leytenant Təqsirləndirilən şəxs dayandığını, yanlarına çatanda Təqsirləndirilən şəxs ondan “Mustafazadə sənə həmin söhbəti harada dedi?” deyə soruşduğunu, ona avtomobil parkında deməsini bildirdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edib həmin yerə çağırdığını, Zərərçəkmiş şəxs həmin vaxt “Tuqay” restoranından çıxıb gəldiyini, gələndən sonra Təqsirləndirilən şəxs ondan təkrar həmin sözləri deyib-deməməsini soruşanda Zərərçəkmiş şəxs elə bir söz demədiyini bildirdiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “gəl kənarda öz aramızda söhbət edək” dediyini, leytenant Təqsirləndirilən şəxs ona “sən get, sənlik burda heç nə yoxdur” dediyi üçün oradan getdiyini, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini, həmin vaxt Təqsirləndirilən şəxs bıçaqla onun sol qulaqaltı nahiyəsinə xəsarət yetirməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində N7 iyul 2020-ci ildə, saat təxminən 22 radələrində Culfa şəhərində yerləşən “Tuqay” restoranında pivə içdiyini, sonra evə gedərkən həmin restoranın qarşısında olan parkda 3 nəfərin mübahisə etmələrini gördüyünü, yaxınlaşdıqda onların leytenant Təqsirləndirilən şəxs, baş leytenant Şahid3 və MAHHXHQ Zərərçəkmiş şəxs olmalarını gördüyünü, onları ayırmağa başladığını, Təqsirləndirilən şəxs ona “sən qarışma” dediyini, aralayandan sonra Təqsirləndirilən şəxs yanından kənarlaşıb təkrar Zərərçəkmiş şəxs üstünə getdiyini, mübahisəni davam etdirdiyini, yumruq səsi eşitdiyini, ancaq tam olaraq kimin kimi vurmasını bilmədiyini, yumruq dəyməsin, bir şey olmasın deyə əli ilə başını, üzünü tutduğunu, həm də onları aralamaq istədiyini, onları aralamağa parkda olan digər şəxslər də gəldiyini, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmasını gördüyünü, ətrafda olan şəxslər onları ayırdığını, kimsə “polis gəlir” dediyini, bundan sonra Şahid3la Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs buraxıb oradan uzaqlaşdıqlarını, leytenant Təqsirləndirilən şəxsla “Tuqay” restoranından aşağı istiqamətdə getdiyini, yavaş-yavaş gedən zaman Zərərçəkmiş şəxs qaçaraq yanlarından keçdiyini, həmin vaxt onun üzünün sol tərəfinin qan olduğunu, arxasınca polis əməkdaşının yavaşyavaş getməsini gördüyünü, leytenant Təqsirləndirilən şəxs onun üzünün qan olmasını görüb “onu vurmuşam, arxasınca get bax gör nəsə olmayıb” dediyini, ondan nə ilə vurmasını soruşduqda Təqsirləndirilən şəxs bıçaqla vurmasını dediyini, bundan sonra onlara getdiyini, içəri daxil olduqda Zərərçəkmiş şəxs sifətinin sol tərəfinin qan olduğunu, üzünün sol tərəfində təxminən N0 sm uzunluğunda dərin kəsik olmasını gördüyünü, Zərərçəkmiş şəxs hərbi hissə komandirinə məruzə edib-etmədiyini soruşduğunu, o, “qərargah rəisinə məruzə etməsini dediyini, bir azdan buraya gələcək” dediyini, ona “məni Budaqov göndərib ki, səni bıçaqla vurub, vəziyyətini öyrənib ona deyim” dediyini, sonra Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib Zərərçəkmiş şəxs ilə danışdığını, nə danışmalarını bilmədiyini, bir az gözlədikdən sonra saat təxminən 00:30 radələrində hərbi hissə komandiri mayor Mədət Orucov və hərbi polisin nümayəndəsi oraya gəldiyini, sonra mayor M.Orucov Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə apardığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmişŞahid3 ifadəsində N7 iyul 2020-ci ildə, saat 22 radələrində istirahət parkında Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs orda-burda onu döyməsi barədə danışmasını dediyini, Zərərçəkmiş şəxs nə üçün bu barədə yalan danışmasını soruşarkən o, heç kəsə bu barədə danışmadığını dediyini, Təqsirləndirilən şəxs təkrar ona “sən Nurlan Hüseynova elə demisən” dediyini, Zərərçəkmiş şəxs qışqıraraq “demişəm, onda gəl dalaşaq” dedikdə onların mübahisə edəcəklərini bildiyindən araya girib Zərərçəkmiş şəxs “nə üçün zabitə qarşı hörmətsizlik edirsən?” dediyini, həmin vaxt oradan keçən MAHHXHQ əsgər Şahid2 yanlarına gəldiyini, o, Zərərçəkmiş şəxs aralayıb kənara çəkdiyini, onları ayırandan sonra Təqsirləndirilən şəxs ona “Mustafazadə orda-burda deyəcək ki, Budaqovu yenə döydüm” dediyini, bu sözdən sonra onlara “aranızda söhbət edib məsələni həll edin” dediyini, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir az aralanıb kənara çəkilərək təklikdə söhbət etməyə başladığını, söhbət zamanı Təqsirləndirilən şəxs əlini Mustafazadənin çiyninə qoyduğunu, badalaq verərək Zərərçəkmiş şəxs yerə yıxdığını, yerdə ona yumruq və təpik zərbələri vurduğunu, onları ayırarkən ayağı ilişdiyindən arxası üstə yerə yıxıldığını, sonra ayağa qalxıb təkrar onları aralamağa başladığını, mülki şəxslərdən kimsə “polis gəlir” dediyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs buraxıb parkın girişinə tərəf, Zərərçəkmiş şəxs isə əks istiqamətə getdiyini, yolun digər tərəfinə keçdiyini, Zərərçəkmiş şəxs yanından qaçaraq gedərkən onun sifətinin sol tərəfinin qanamasını gördüyünü, oradan evə getdiklərinin, bir neçə gün sonra Təqsirləndirilən şəxs ona mübahisə zamanı cibində olan dırnaqtutanın bıçağı ilə Zərərçəkmiş şəxs üzünə xəsarət yetirməsini dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmişŞahid4 ifadəsində N7 iyul 2020-ci ildə, saat təxminən 23 radələrində istirahət etmək üçün evdən çıxıb Culfa şəhərində olan istirahət parkına getdiyini, parkın giriş hissəsinin yaxınlığında 4 nəfər mülki geyimli şəxsin mübahisə etdiklərini gördüyünü, həmin şəxslərdən 2 nəfər şəxs N nəfər şəxsi yerə yıxıb yumruqla vurub döydüyünü, vuran şəxslərdən biri yekəpər, kök, sifəti yumru, ağbəniz olduğunu, əynində açıq qırmızı rəngli qısaqol köynək, qara rəngə oxşar şalvar olduğunu, o, yerdə olan şəxsi yumruqla vurduğunu, yerdə olan və döyülən şəxs isə ucaboy, nisbətən arıq olduğunu, digər döyən şəxs isə balaca boy, arıq, qarabəniz olduğunu, saçı seyrək qırxıldığını, həmin vaxt soyadının sonradan Xudiyev olduğunu bildiyi hərbi qulluqçu onları aralamış, kök olan şəxsi dartıb aparmaq istədiyini, onların mübahisəsi parkdakı şəxslərdən kənarda qısa müddət ərzində olduğunu, həmin vaxt mühafizə polisinin əməkdaşı həmin istiqamətə gəldiyi üçün onlar aralaşdığını, hərəsi başqa istiqamətə getdiyini, döyülən şəxs isə parkın kənarına gəlib çökərək yerə oturduğunu, ona tərəf getdiyini, çatanda döyülən şəxs ayağa qalxanda onun sol qulağının alt tərəfinin kəsilib qanamasını gördüyünü, sonra polis əməkdaşı döyülən şəxsin yanına gəlib nə olmasını soruşduğunu, döyülən şəxs ona “mən hərbiçiyəm, üzümü yuduqdan sonra deyərəm” dediyini, ondan sonra mübahisə edənlərin hərbi qulluqçular olmasını bildiyini, bir az sonra döyülən hərbi qulluqçu parkdan qaçıb getdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 iş üzrə Şahid4 vermiş olduğu ifadə ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin N-ci cildinin 78-80-cı vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2020-ci il tarixli, N72 №-li ekspert rəyində MAHHXHQ əsgər Zərərçəkmiş şəxs bədən səthində sol qulaqaltı nahiyənin kəsilmiş, sol kürək nahiyəsinin iki ədəd deşilmişkəsilmiş yarası, bədənin müxtəlif nahiyələrinin sıyrıqları və qançırları xəsarətləri aşkar olunmuş, qeyd olunan xəsarətlərdən kəsilmiş yara – kəsici alətin, deşilmiş-kəsilmiş yaralar, deşici-kəsici alətin (alətlərin), sıyrıqlar və qançırlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələri istisna edilmir, dərəcəsinə görə sol qulaqaltı nahiyənin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol qulaqaltı nahiyənin kəsilmiş yarası – sifətdə, qulaq seyvanında əyilmə, dartılma, tam və ya hissəvi amputasiya, deformasiya, mimika və çeynəmə pozğunluqları, o cümlədən asimmetriya törətmədiyindən xəsarət izi silinən kimi qiymətləndirilməlidir. Cinayət işinin N-ci cildinin N85-N88-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının 20 avqust 2020-ci il tarixli, N25/20 №-li rəyində tədqiqata təqdim edilmiş dırnaqtutanın zavod üsulu ilə hazırlanması, tərəflərinin kəsici və bir detalının sürtmə-hamarlama xassəsinə malik olması və soyuq silah hesab edilməyən, məişət təyinatlı dırnaqtutan olması, tədqiqata təqdim edilmiş əsgər Zərərçəkmiş şəxs əynində olmuş tünd göy rəngli köynəyin səthindəki N ədəd “a” zədəsinin ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlməsi, belə predmetə tədqiqata təqdim edilmiş dırnaqtutanın tiyəsinin və ona oxşar ucu deşici predmetlərin tiyələrinin də aid olması, köynəkdə olan “b”, “c” zədələrinin isə fiziki qüvvənin təsirindən yarana bilə sökülmə, cırılma zədələri olması, əsgər Zərərçəkmiş şəxs əynində olmuş boz rəngli maykanın üzərində isə gözlə görünən heç bir zədə olmaması göstərilmişdir. Cinayət işinin N-ci cildinin 40-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyul N8-ci il tarixli 97 №-li əmrdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyularaq N №-li hərbi hissənin 3-cü tank bölüyünün N-ci tank taqım komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin N-ci cildinin 43-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin N-ci cildinin 7N-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli, N758 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır. Cinayət işinin N-ci cildinin N67-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin N28-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, zərər çəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, Cinayət Məcəlləsinin N28-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin N28-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd dırnaqtutan Təqsirləndirilən şəxsna verilməli, bir ədəd mayka yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353.N, 353.2, 353.4, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N28-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan bir ədəd dırnaqtutan Təqsirləndirilən şəxs verilsin, bir ədəd mayka yararsız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(092)-27/2020
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-27/2020
17.11.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver