Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-27/2022 29.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XXXXXX katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2004-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, N aprel N22-ci il tarixdə SHXÇDX-nin Nəsimi rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmət etmiş, hazırda N nömrəli hərbi hissənin 4-cü tabor, 13-cü bölüyünün 3-cü taqımının 2-ci manqasında atıcı-operator vəzifəsində xidmət edən, barəsində 19 avqust N22-ci il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin təlim divizionunun 1-ci batareyasında əsgər hərbi rütbəsində xidmət edərkən 28 iyun N22-ci il tarixdə, saat 08:00 radələrində təlim divizionunun 3-cü batereyasının komandiri mayor Əli Məmmədovun şifahi əmrinə əsasən əsgərlər Zərərçəkmiş şəxs, X8, Şahid1 və X9 ilə birlikdə divizionunun yerləşdiyi 4-cü yataqxananın üçüncü mərtəbəsində yataqxananın təmizlənməsi işlərinə ayrılmış, təmizlik işləri görən zaman o, döşəməni, onunla eyni bölmədə xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs isə orada olan güzgüləri silmiş, əsgər Zərərçəkmiş şəxs ondan güzgüləri silmək üçün yataqxanada olan boş çarpayıların birindən ayaq dəsmalı gətirməsini xahiş etmiş, bu zaman o, əsgər Zərərçəkmiş şəxs ayaq dəsmalı ilə güzgüləri silməyə icazə verilmədiyi demiş, həmin vaxt, əsgər Zərərçəkmiş şəxs israr etdiyindən yataqxanaya gedib onun öz ayaq dəsmalını gətirmiş, əsgər Zərərçəkmiş şəxs güzgüləri silməyə başlayanda həmin dəsmalın onun öz ayaq dəsmalı olduğunu demiş, bu vaxt əsgər Zərərçəkmiş şəxs acıqlanıb onun boyun nahiyəsindən bir şillə zərbəsi vurmuş və dəsmalı yataqxanaya apararaq, başqa bir dəsmal götürüb sanitar qovşağa gəlmiş, içəri girən zaman onun boyun nahiyəsindən daha bir şillə zərbəsi vurduqda, o, əsgər Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbiləşib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs xaya nahiyəsinə bir təpik zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “xayalığın ön səthində qançır, posttravmatik orxit” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində 13 aprel N22-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb N nömrəli hərbi hissəyə göndərildiyini, N iyul N22-ci ilədək həmin hərbi hissənin təlim divizionunun 1-ci batereyasında hesablayıcı vəzifəsində ixtisas kursu keçdiyini, N iyul N22-ci ildən isə xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirildiyini, N nömrəli hərbi hissənin təlim divizionunun 1-ci batareyasında əsgər hərbi rütbəsində xidmət edərkən 28 iyun N22-ci il tarixdə səhər yeməyindən qayıtdıqdan sonra N nömrəli hərbi hissənin təlim divizionunun yerləşdiyi 4-cü yataqxananın qarşısında düzüldüklərini, həmin gün 1-ci batereyanın komandiri mayor Şahid3 məzuniyyətdə olduğundan, 3-cü batereyanın komandiri mayor Əli Məmmədovun onu, əsgərlər Zərərçəkmiş şəxs, X4, Şahid1 və X5 yataqxananın təmizlənməsi işlərinə ayırdığını, yataqxananın 3-cü mərtəbəsinə qalxıb orada təmizlik işlərinə başladıqlarını, onun və Zərərçəkmiş şəxs sanitar qovşağı, digər əsgərlərin isə yataqxananı təmizləməyə razılaşdıqlarını, bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə sanitar qovşaqda təmizlik işlərinə başladıqlarını, onun döşəməni Zərərçəkmiş şəxs isə orada olan güzgüləri sildiyini, təqribən saat 08:50 radələrində Zərərçəkmiş şəxs ondan güzgüləri silmək üçün yataqxanada olan boş çarpayıların birindən ayaq dəsmalı gətirməsini xahiş etdiyini, ona ayaq dəsmalı ilə güzgüləri silməyə qoymadıqlarını dediyini, Zərərçəkmiş şəxs israr etdiyindən yataqxanaya gedib onun öz ayaq dəsmalını gətirdiyini, Zərərçəkmiş şəxs güzgüləri silməyə başlayanda həmin dəsmalın onun öz ayaq dəsmalı olduğunu dediyini, bu vaxt Zərərçəkmiş şəxs acıqlanıb onun boyun nahiyəsindən bir şillə zərbəsi vurduğunu və dəsmalı yataqxanaya apardığını, başqa bir dəsmal götürüb sanitar qovşağa gəldiyini, içəri girəndə onun boyun nahiyəsindən bir şillə zərbəsi daha vurduğunu, Zərərçəkmiş şəxs onun boyun nahiyəsindən şillə zərbəsi vurmasına əsəbləşib sağ ayağı ilə ona bir təpik atdığını, təpik zərbəsinin Zərərçəkmiş şəxs xaya nahiyəsinə dəydiyini, qışqıraraq ona “məni niyə vurursan” dediyini, Zərərçəkmiş şəxs da heç nə demədən iki əli ilə xaya nahiyəsini tutub yerə oturduğunu, daha sonra ayağa durduğunu, bu vaxt içəriyə yaxınlıqda olan əsgər Şahid1 gəldiyini, Zərərçəkmiş şəxs nə olduğunu soruşduğunu, onun da əsgi götürmək üçün yuxarı tullandığını, yerə düşəndə dabanlarının yerə dəydiyini və xayasının ağrıdığını dediyini, həmin vaxt yataqxanada istirahət edən MAHHXHQ əsgər Yasin Yüsifovun onların yanına gəlib niyə səs-küy etmələrini soruşduğunu, zarafat etdiklərini, üzr istədiklərini, bir daha təkrarlanmayacağını dediklərini, sonra öz işlərini davam etdirdiklərini, həmin həftə buraxılışa gedəcəklərindən problem olmaması üçün bu barədə heç kəsə məruzə etməmələri barədə Zərərçəkmiş şəxs ilə razılaşdıqlarını, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs xaya nahiyəsinin şişdiyini, 30 iyun N22-ci ildə isə N5 nömrəli hərbi hospitala göndərildiyini bildirmişdir. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin təlim divizionunun 1-ci batareyasında əsgər hərbi rütbəsində xidmət edərkən 28 iyun N22-ci ildə səhər yerbəyerindən sonra təxminən saat 08 radələrində şəxsi heyəti işlərə bölərkən 1-ci batereyanın komandiri mayor Emin Abduayev xidmətdə olmadığından 3-cü batereyanın komandiri mayor Əli Məmmədovun yataqxananın təmizlənməsi üçün 5 nəfər əsgər ayırdığını, həmin əsgərlərin əsgər Təqsirləndirilən şəxs, əsgər X8, əsgər Şahid1, əsgər X9 və onun olduğunu, onların yataqxananı təmizləməli, yerləri səliqəyə salmalı, döşəməni silməli və sanitar qovşağı təmizləyib oradakı güzgüləri silməli olduqlarını, əsgərlərlə öz aralarında onun və Təqsirləndirilən şəxs sanitar qovşağı təmizləmələri, digər əsgərlərin isə yataqxanadakı işləri görmələrinə dair razılaşdıqlarını, Təqsirləndirilən şəxs ayaqyolunun döşəməsini siləcəyini, onun da güzgüləri siləcəyini, Təqsirləndirilən şəxsla birlikdə sanitar qovşağı təmizləyən zaman təqribən saat 08:50 radələrində ona “gəl sən güzgüləri sil, mən də döşəməni” dediyini, lakin Təqsirləndirilən şəxs razılaşmadığını, daha sonra ondan güzgüləri silmək üçün yataqxanadakı boş yataqların birindən ayaq dəsmalı gətirməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs yataqxanaya gedib bir ayaq dəsmalı gətirdiyini, həmin dəsmalla güzgüləri silərkən Təqsirləndirilən şəxs ona “sənin öz dəsmalını gətirmişəm” dediyini, Təqsirləndirilən şəxs yatılmayan yataqlarda ayaq dəsmalı olmasına baxmayaraq onun dəsmalını gətirməsinə əsəbləşib sağ əli ilə onun boyun nahiyəsinə bir şillə zərbəsi vurduğunu, daha sonra həmin dəsmalı yataqxanaya aparıb yerinə qoyduğunu və yatılmayan yataqların birindən bir ayaq dəsmalı götürüb sanitar qovşağa qayıtdığını, acıqlı olduğu üçün Təqsirləndirilən şəxs yanından keçəndə onun boyun nahiyəsindən bir şillə zərbəsi daha vurduğunu, bu vaxt Təqsirləndirilən şəxs əsəbləşərək ona tərəf dönüb xaya nahiyəsindən bir təpik zərbəsi vurduğunu və uca səslə “sən məni niyə vurursan” dediyini, xaya nahiyəsində möhkəm ağrı olduğunu, əlləri ilə həmin nahiyəsini tutub yerə oturduğunu, bu vaxt içəriyə yaxınlıqda olan əsgər Şahid1 gəldiyini, ondan nə olmasını soruşduğunu, onun da əsgi götürmək üçün yuxarı tullandığını, yerə düşəndə dabanlarının yerə dəydiyini və xayasının ağrımasını dediyini, həmin həftə buraxılışa gedəcəklərindən problem olmasından qorxub bu barədə heç kəsə məruzə etmədiklərini, 29 iyun N22-ci ildə xaya nahiyəsindəki ağrı çoxaldığından və həmin nahiyədə şiş yarandığından batereya komandiri mayor Şahid3 məruzə edib hərbi hissənin tibb məntəqəsinə getdiyini, orada müayinə olunarkən tibbi heyətə xaya nahiyəsindən zərbə aldığını demədiyini, 30 iyun N22-ci ildə N5 nömrəli hərbi hospitala göndərildiyini, stasionar müalicəyə götürüldüyünü, orada stasionar müalicədə olarkən Naxçıvan MR Hərbi Prokurorluğunun əməkdaşına əsgər Təqsirləndirilən şəxs onun xaya nahiyəsindən təpik zərbəsi vurduğunu və bu səbəbdən də xəsarət aldığını bildirdiyini qeyd etmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində özünün əsgər Təqsirləndirilən şəxs qarşı yol verdiyi qanunsuz hərəkətlərə görə peşman olduğunu, hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin təlim divizionunun 1-ci batareyasının komandiri vəzifəsində xidmət edən mayor Şahid3 ifadəsində 29 iyun N22-ci ildə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs onun yanına gəlib xaya nahiyəsində ağrı olduğunu məruzə etdiyini, ağrının səbəbini soruşduqda, əsgərin bu barədə heç nə demədiyini, onu hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, 30 iyun N22-ci ildə Zərərçəkmiş şəxs hərbi hospitala aparıldığını, həmin gün axşam saatlarında xidmətdə olarkən 28 iyun N22-ci ildə saat 08:50 radələrində yataqxananın sanitar qovşağında Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiklərini və Təqsirləndirilən şəxs onun xaya nahiyəsindən bir təpik zərbəsi vuraraq ona xəsarət yetirməsini eşitdiyini, bundan sonra əsgər Təqsirləndirilən şəxs yanına çağırıb hadisənin nəcə baş verməsini soruşduğunu, onun 28 iyun N22-ci ildə bir neçə əsgərlə birlikdə yataqxanada təmizlik işləri gördüklərini, Zərərçəkmiş şəxs və onun sanitar qovşağı təmizlədiyini, Zərərçəkmiş şəxs ona güzgüləri silmək üçün yataqxanadan ona ayaq dəsmalı gətirməsini dediyini, onun da gedib Zərərçəkmiş şəxs öz ayaq dəsmalını gətirdiyini, bu səbəbdən Zərərçəkmiş şəxs acıqlanaraq onun boyun nahiyəsindən iki şillə zərbəsi vurduğunu, onun da əsəbləşib Zərərçəkmiş şəxs xaya nahiyəsindən bir təpik zərbəsi vurmasını dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N nömrəli hərbi hissənin təlim divizionunun 1-ci batareyasında xidmət edərkən 28 iyun N22ci ildə saat 08 radələrində əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, X8, X9 ilə birlikdə yataqxananı təmizləməyə ayırıldığını, yataqxanada yerləri səliqəyə saldıqlarını, döşəməni silib süpürdüklərini, sanitar qovşağı təmizləyib və pəncərələri silidiklərini, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sanitar qovşağın təmizlənməsinə ayırıldıqlarını, təxminən saat 08:50 radələrində sanitar qovşaqda səs-küy olduğunu, içəri gedəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “məni niyə vurursan” deməsini eşitdiyini, bu zaman Zərərçəkmiş şəxs xayasını tutduğunu, ondan nə olduğunu soruşduqda “əsgi götürmək üçün yuxarı tullandığını, dabanlarının yerə dəyməsini və xayasının ağrımasını” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə etmələrini görmədiyini, həmin gün saat 10 radələrində Zərərçəkmiş şəxs ilə söhbət edən zaman Təqsirləndirilən şəxs onun xaya nahiyəsindən bir təpik zərbəsi vurduğunu dediyini, səbəbini soruşduqda heç nə demədiyini, sonradan Təqsirləndirilən şəxsla söhbət edəndə sanitar qovşağı təmizləyən zaman Zərərçəkmiş şəxs iki dəfə onun boyun nahiyəsində şillə zərbəsi vurmasına görə əsəbləşərək Zərərçəkmiş şəxs xaya nahiyəsindən bir təpik zərbəsi vurduğunu dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin zenit- raket artilleriya taqımının baş mexanik sürücüsü vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Şahid2 oxşar məzmunlu ifadələr verərək, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 01 avqust N22-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 07 iyul N22-ci il tarixli 92 №-li məhkəmə-tibbi ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“xayalığın ön səthində qançır, posttravmatik orxit"qançır bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənməyə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (İ.v İ cild 60- 62). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 28 iyul N22-ci il tarixli K/241-N22 №-li komission məhkəmə-tibbi ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-“xayalığın ön səthində qançır, posttravmatik orxit”-bərk küt əşyanın xaya nahiyəsinə zərbəvi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yetirilməsi mümkündür, ayrıayrılıqda xayalığın ön səthində olan qançır sağlamlığa zərərvurmayan xəsarət kimi, “posttravmatik orxit” diaqnozlu xəsarət isə 11 (on bir) gün müalicə tələbi ilə sağaldığından, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (İ.v İ cild 92-95). N №-li hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 112 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, çağırışçı Zərərçəkmiş şəxs və çağırışçı Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumundan gəldikləri üçün həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, “əsgər” hərbi rütbəsi verilməklə bütün növ təminat növlərinə qoyulmuşlar (İ.v İ cild 17-18). N №-li hərbi hissə komandirinin N may N22-ci il tarixli, 58 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs N may N22-ci il tarixdən Təlim divizionunun 1-ci təlim batareyasının 2-ci taqım 1-ci manqasında müvafiq ixtisaslar üzrə ixtisas kurslarına cəlb edilmişlər (İ.v İ cild 19). N nömrəli hərbi hissə komandirinin N iyul N22-ci il tarixli, 198 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X11 Komandanının birinci müavini- qərargah rəisinin N iyul N22-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs 4-cü motoatıcı taborun 14-cü motoatıcı bölüyünün 1-ci motoatıcı taqımının 3-cü manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 11 iyul N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyularaq və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 183). N nömrəli hərbi hissə komandirinin N iyul N22-ci il tarixli, 188 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X11 Komandanının birinci müavini- qərargah rəisinin N iyul N22-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs 4-cü taborun 13-cü bölüyünün 3-cü taqımının 2-ci manqasının atıcı-operatoru vəzifəsinə təyin edildiyinə görə N iyul N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 184). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışda təlim divizionunun əsgəri Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir (i.v İ cild 26). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 08 iyul N22-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 89). N5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 14 iyul N22-ci il tarixli, 878 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 14 iyul N22-ci il tarixdə N5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 90). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 04 iyul N22-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 23). AZ-İ seriyalı, 435343 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx N04-cü il tarixdə Astara şəhərində anadan olmuş, atası X6, anası isə X3r (İ.v İ cild 198). AZ-İ seriyalı, 136895 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 ilə anası X7 23 noyabr N11-ci il tarixdə boşanmışlar (İ.v İ cild 199). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 avqust N22-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 170-171). “Sübutların qiymətləndirilməsi haqqında” 25 avqust N22-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs olan əsgər Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmə ilə bağlı yol verdiyi əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612-ci maddəsinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmasından ötrü cinayət işindən müvafiq materiallar ayrılaraq, baxılması üçün aidiyyəti şöbəyə verilmişdir (i.v İ cild N9-216). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr N01-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N10-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin təlim divizionunun 1-ci batareyasında əsgər hərbi rütbəsində xidmət edərkən 28 iyun N22-ci il tarixdə, saat 08:00 radələrində təlim divizionunun 3-cü batereyasının komandiri mayor Əli Məmmədovun şifahi əmrinə əsasən əsgərlər Zərərçəkmiş şəxs, X8, Şahid1 və X9 ilə birlikdə divizionunun yerləşdiyi 4-cü yataqxananın üçüncü mərtəbəsində yataqxananın təmizlənməsi işlərinə ayrılmış, təmizlik işləri görən zaman təqribən saat 08:50 radələrində o, döşəməni, onunla eyni bölmədə xidmət edən, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs isə orada olan güzgüləri silmiş, əsgər Zərərçəkmiş şəxs ondan güzgüləri silmək üçün yataqxanada olan boş çarpayıların birindən ayaq dəsmalı gətirməsini xahiş etmiş, bu zaman o, əsgər Zərərçəkmiş şəxs ayaq dəsmalı ilə güzgüləri silməyə icazə verilmədiyi demiş, həmin vaxt, əsgər Zərərçəkmiş şəxs israr etdiyindən yataqxanaya gedib onun öz ayaq dəsmalını gətirmiş, əsgər Zərərçəkmiş şəxs güzgüləri silməyə başlayanda həmin dəsmalın onun öz ayaq dəsmalı olduğunu demiş, bu vaxt əsgər Zərərçəkmiş şəxs acıqlanıb onun boyun nahiyəsindən bir şillə zərbəsi vurmuş və dəsmalı yataqxanaya apararaq, başqa bir dəsmal götürüb sanitar qovşağa gəlmiş, içəri girən zaman onun boyun nahiyəsindən daha bir şillə zərbəsi vurduqda, o, əsgər Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbiləşib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs xaya nahiyəsinə bir təpik zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “xayalığın ön səthində qançır, posttravmatik orxit” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında-bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, o cümlədən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.8 və 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyindən və zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəza növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək intizam xarakterli hərbi hissədə saxlama cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və xidmət etdiyi müddətdə xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə əsgər yoldaşlarına münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N21-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 19 avqust N22-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib N (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (yeddi) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (yeddi) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə xidmət etdiyi müddətdə xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə əsgər yoldaşlarına münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-27/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-27/2022
29.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver