Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-27/2023 04.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X9 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 2003-cü ildə Lerik rayonunun Pirasora kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Pirasora kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, hal-hazırda N №-li hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci taqımının 3-cü manqasında istehkamçı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 14 iyul N3-cü il tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, silah tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci maneə ləğvetmə bölüyünün, 2-ci mina təmizləmə tağımının, 1-ci manqasında istehkamçı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən, 19 may N3-cü il tarixdə tabor üzrə gün növbətçisi naryadında olan vaxt, bölüyün şəxsi heyəti şam yeməyindən qayıdanda tabelik münasibətlərində olmayan, həmin bölüyün əsgəri Zərərçəkmiş şəxs çəkmələrini çıxardıqdan sonra hərbi hissənin yataqxanasının giriş hissəsində, təyin olunmuş yerdə düz qoymadığı üçün ona irad tutaraq “botinkanı niyə düz qoymayıbsan, düzəldə bilmirsənsə evindən birini çağır gəlsin düzəltsin” demiş, Rzazadə isə ona “sənin evindən birini çağıracam gəlsin düzəltsin” deyə cavab verdikdən sonra botinkasını düzəldib yuyunmağa getmişdir. Bir müddət keçdikdən sonra təqribən saat 21:15 radələrində yuyunmaqdan qayıdan Zərərçəkmiş şəxs siqaret çəkmək üçün aşağı enəndə əsgər Təqsirləndirilən şəxs “bax gör düzələn botinkalar yenə əyridir, sən ancaq məni deyirsən” deyə irad bildirdikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “başımı xarab eləmə, əsəbiyəm, çıx get, səni deşik-deşik edərəm” demiş, Rzazadə ona “mənim də əlim var, mən də səni deşik-deşik edərəm” deyə cavab verdikdə, o Zərərçəkmiş şəxs “deşik-deşik etməyən hər bir şeyini belə-belə edim öz payına” ifadəsini işlətmiş, Rzazadə də eyni sözləri onun ünvanına dedikdə o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq əsgər Zərərçəkmiş şəxs tabor növbətçisinin xidməti otağına çağırmış, Zərərçəkmiş şəxs otağa girən kimi sol əli ilə onun sinəsindən tutub divara söykəmiş, sağ əlində tutduğu və ona təhkim olunmuş soyuq silah olan süngübıçaqla Zərərçəkmiş şəxs ayaq nahiyələrinə zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “hər iki budun deşilmiş-kəsilmiş yaraları” ilə müşayiət olunan xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 19 may N2-ci ildə N saylı hərbi hissə üzrə gün növbətçisi naryadına təyin olunmuş, naryada çıxmamışdan əvvəl saat 16 radələrində digər gün növbətçisi və tabor növbətçisi ilə birlikdə silah otağına gedib özünə təhkim olunmuş, üzərində kağızada 20 rəqəmi yazılıb yapışdırılmış süngü-bıçağı təhvil almış, naryadı həmin süngü-bıçaqla aparmışdır. Naryadlar pilləkanlarla ikinci mərtəbəyə çıxışda kitab otağının qarşısında “tumbocka” adlandırdıqları yerdə xidmət aparmış, onunla xidmətə çıxan digər gün növbətçisi əsgər Şahid4, tabor növbətçisi isə MAXE əsgər Şahid1 olmuşdur. Saat 18 radələrində köhnə növbədən naryadı təhvil almışlar, axşam yeməyi vaxtı tabor növbətçisi Elnur Əliyevlə yeməyə getmiş, Şahid4 tumboçkada qalmışdır. Yeməkdən sonra o, gəlib Şahid4 dəyişmiş, tumboçkada durmuş, Şahid4 isə yeməyə getmişdir. Axşam yeməyindən sonra şəxsi heyət yataqxanaya qayıtmış, botinkalarını foyedə düzüb yataqxananın içərisindəki yuyunma yerinə yuyunmağa getmiş, bir botinka əyri qoyulduğundan, bir tayının digərinin üzərində olduğundan yaxınlaşanda botinkanın sol ayağının içəri tərəfində əsgər Zərərçəkmiş şəxs adı yazıldığını görüb yataqxana tərəfə gedərək arxadan Zərərçəkmiş şəxs geri çağırmış, ona “botinkanı niyə düz qoymayıbsan, düzəldə bilmirsənsə evindən birini çağır gəlsin düzəltsin” demiş, Rzazadə isə ona “sənin evindən birini çağıracam gəlsin düzəltsin” demiş, botinkasını düzəldib yuyunmağa getmişdir. Bir müddət keçəndən sonra yuyunmaqdan qayıdıb saat 21:15 radələrində Zərərçəkmiş şəxs siqaret çəkməyə aşağı enəndə ona “bax gör düzələn botinkalar yenə əyridir, sən ancaq məni deyirsən” demiş, Zərərçəkmiş şəxs başımı xarab eləmə, əsəbiyəm dedikdə o, “sən naryadsan sən düzəltməlisən botinkaları” deyə cavab vermiş, bu sözdən sonra o, Zərərçəkmiş şəxs “səni deşik-deşik edərəm, get” dedikdə Rzazadə də “mən də səni deşik deşik edərəm” deyə cavab vermiş, qarşılığında o, Zərərçəkmiş şəxs ünvanına “deşikdeşik etməyənin hər bir şeyini belə-belə edim öz payına” ifadəsini işlətmiş, Rzazadə də eyni sözləri ona demişdir. Zərərçəkmiş şəxs işlətdiyi nalayiq ifadələri qəbul etməmək üçün, o cümlədən Zərərçəkmiş şəxs qorxutmaq üçün onu tabor nöbvətçisinin otağına çağırmış, qapının açarları onda olduğundan qapını açaraq əvvəlcə otağa özü girmiş, Zərərçəkmiş şəxs otağa daxil olub qapını örtdükdən sonra o, üzərində olan 20 №-li süngübıçağı çıxardaraq heç nə demədən sol əli ilə Zərərçəkmiş şəxs sinəsindən tutub itələyərək onu divara söykəmiş, sağ əlindəki süngü-bıçağın tiyə hissəsindən tutub onun sağ ayağının yuxarı bud nahiyəsindən süngü-bıçaqla bir neçə dəfə vurmuş, Zərərçəkmiş şəxs ondan ayrılmaq istəyərkən bu dəfə onun sol ayağının yuxarı bud nahiyəsindən süngübıçaqla bir neçə dəfə vurmuş, neçə zərbə vurmasına fikir verməmiş, sonra süngü-bıçağı qınına qoyub heç nə demədən otaqdan çıxıb tumboçkaya keçmiş, arxasınca Zərərçəkmiş şəxs də otaqdan çıxıb yataqxanaya tərəf getmişdir. Zərərçəkmiş şəxs vurarkən süngübıçaq çox batmasın deyə onun tiyə hissəsindən tutduğundan Zərərçəkmiş şəxs yaralandığını bilməmiş, bir az keçəndən sonra Zərərçəkmiş şəxs MAHHXHQ-su Şahid1la yataqxanadan çıxıb tibb məntəqəsinə getmiş, bir müddət sonra Zərərçəkmiş şəxs qayıtmış, əsgərlərdən onun tibb məntəqəsində damarlarının partlamasını deməsini eşitmiş, bundan sonra onu bıçaqla vuranda Zərərçəkmiş şəxs yaralandığını bilmiş, heç kimə onu süngü-bıçaqla vurduğunu deməmişdir. 20 may N2-ci ildə səhər yerbəyerindən sonra bölük komandiri ayaqlarındakı xəsarətə görə Zərərçəkmiş şəxs aparıb söhbət edəndə onun tərəfindən süngü-bıçaqla vurulduğunu bilmiş, bundan sonra bölük komandiri onu otağına çağırıb soruşanda, Zərərçəkmiş şəxs süngü-bıçaqla vurduğunu bildirmişdir. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bölüyə veriləndən sonra tanımış, xidmət müddətində onların münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. 19 may N3-cü ildə axşam vaxtı şam yeməyindən qayıdanda tabor növbətçisi MAHHXHQ əsgər Şahid1 şəxsi heyətə yuyunmağa vaxt vermiş, botinkalarını soyunub yataqxanaya girəndə gün növbətçisi Təqsirləndirilən şəxs arxadan onu çağırmış, geriyə dəhlizə qayıdanda Təqsirləndirilən şəxs ona botinkalarını niyə düz qoymursan demiş, pilləkənlərdən aşağı gedib baxanda botinkasının bir tayının o birinin üstündə olduğunu görmüş, botinkalarını düzəltmək üçün pilləkənlərdən enəndə Səmədov ona “düzəldə bilmirsən evindən bir nəfər gəlib düzəltsin” demiş, Təqsirləndirilən şəxs “çağıracam sizin evinizdən gəlib düzəltsinlər” deyə cavab verdikdən sonra botinkalarını düzəldib yuyunmağa getmiş, yuyunub qayıdanda Təqsirləndirilən şəxs dəhlizdə durub şəxsi heyətin botinkalarını düz qoymaması ilə bağlı deyindiyini görmüş, botinkaların bəzilərinin əyri qoyulmasını görüb Təqsirləndirilən şəxs “çox adamın botinkası əyri düzülüb, ancaq sən mənə o sözləri dedin” demişdir. Təqsirləndirilən şəxs ona “başımı xarab eləmə, əsəbiyəm” dedikdə,o, Səmədova “naryadsan, sən düzəltməlisən” deyə cavab vermiş, Təqsirləndirilən şəxs ona “hər bir şeyini belə-belə edim, səni burada deşikdeşik edərəm” demiş, cavabında o, Səmədova “mənim əlim boş deyil, mən də səni deşikdeşik edərəm” deyə bildirmişdir. Bundan sonra Səmədov onun ünvanına “deşik-deşik etməyənin var-yoxunu belə-belə edim sənin payına” dedikdə o Səmədova cavabında “deşik-deşik etməyənin var-yoxunu belə-belə edim sənin payına” deyə cavab vermiş, bundan sonra Səmədov saat 21:15 radələrində onu tabor növbətçisinin xidməti otağına çağırmış, Səmədovun ona nəsə deyəcəyini zənn edərək, Səmədovun arxasınca həmin otağa daxil olmuş, qapını örtüb otağın içinə doğru dönən kimi Səmədov sol əli ilə onun belindən tutaraq onu divara söykəmiş, Səmədov başını onun sinə nahiyəsinə yaslamış, bir neçə saniyə bu vəziyyətdə qaldıqdan sonra Səmədov ondan aralanaraq əlində olan süngü-bıçağını qınına qoyub otaqdan çıxmışdır. Həmin vaxt o, Səmədovun onun ayaq nahiyələrinə süngü-bıçaqla zərbələr endirməsini, onu vurmasını hiss etməmiş, Səmədov onun belindən tutaraq onu divara söykəyib başını onun sinə nahiyəsinə yaslayarkən və daha sonra ondan ayrılıb otağı tərk edərkən Səmədovun ona nəsə demək istədiyini, lakin demədiyini düşünüb Səmədovun ardınca o da otağı tərk etmişdir. Otaqdan çıxdıqdan sonra o, yataqxanaya getmiş, şalvarının sağ diz nahiyəsinin nəmlənib soyuq olduğunu hiss etmiş, oradan ayaqyoluna gedib şalvarını aşağı çəkib dizlərinin ikisinin də qanadığını, sol ayağından 1, sağ ayağından 3 xəsarət aldığını görmüşdür. Soyuq su ilə əlini isladıb yaraların qanını silmiş, bundan sonra şalvarını çəkib tabor növbətçisi Şahid1 yanına gedərək ona ayaqlarının damarlarının partlayıb qanadığını, yalandan mülki həyatda da 1- 2 dəfə damarlarının partlayıb qanadığını demişdir. Şahid1 məişət otağında onun şalvarını endirib baxdıqdan sonra “bu damar partlaması deyil, gedək səni həkimə göstərim” deyərək, onu Tibb məntəqəsinə, həkim leytenant Royal Həsənovun yanına aparmışıdır. Həkim baxıb “bu damar partlaması deyil, düzünü de, nə olub?” deyə soruşduqda o, həkimə də “damar partlamasıdı, əvvəl də belə olubdur” deyib inandırmağa çalışmış, “besetkada oturduğunu, duranda qəflətən ağrıdığını, baxanda damarlarınln partladığını” həkimə bildirmişdir. Həkim onun yaralarına yod vurduqdan sonra növbəti gün hərbi hospitala yoxlanmağa aparacağını bildirmiş, növbəti gün səhər düzülüşü vaxtı bölük komandiri baş leytenant Şahid5 ondan ayaqlarına nə olmasını soruşmuş, damarları partladığını demiş, Rəcəbli onu xidməti otağına göndərmiş, sonra Şahid5 və arxasınca həkim Həsənov Royal gəlmiş, onu sorğu-sual etmişlər, onların inanmadıqlarını görüb baş verənləri,yəni Təqsirləndirilən şəxs onu süngü bıçaqla vurmasını bölük komandirinə bildirmişdir. Bundan sonra Rəcəbli Təqsirləndirilən şəxs çağırmış, o, otağa girən kimi, belindəki süngü-bıçağı göstərib “bu süngü bıçaqla vurmusan?” deyə soruşmuş, Təqsirləndirilən şəxs da təsdiq edib həmin süngü bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra Şahid5 Səmədovun bıçağını almış, niyə vurmasını soruşduqda əsəbi olduğunu demişdir. Sonra bölük komandiri Rəcəbli bu barədə hərbi hissə komandirinə məruzə etmiş, həkim Royal Həsənov onları hərbi hospitala aparmışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid1 ifadəsində göstərmişdir ki, o, N2-ci ilin 19 may tarixində tabor növbətçisi təyin edilmiş, gün növbətçiləri isə əsgərlər Təqsirləndirilən şəxs və Şahid4 olmuş, həmin gün saat 15:45 radələrində hər üçü naryada gedəcəklərindən silah otağına gedib təhkim olunmuş süngübıçaqları köhnə tabor növbətçisi kiçik çavuş Şahid3 təhvil almışlar. Təlimatlandırmalardan sonra saat 18 radələrində əsgərlər Təqsirləndirilən şəxs və Şahid4lə gedib növbəni köhnə naryaddan təhvil almışlar. Axşam saat 20:N radələrində şəxsi heyət yeməyə gedərkən o gün növbətçisi Təqsirləndirilən şəxslə birlikdə yeməyə getmiş, tumboçkada əsgər Şahid4 qalmışdır. Yeməkdən sonra təxminən saat 21 radələrində şəxsi heyət yeməkdən qayıtmış, Təqsirləndirilən şəxs tumboçkada durmuş, Şahid4 yeməyə getmişdir. O, şəxsi heyətə botinkalarını səliqə ilə mərtəbənin girişində təyin olunmuş yerdə düzmələri və sonra yuyunmağa getmələri barədə tapşırıq vermiş, şəxsi heyət əl-üz yuma yerinə getdiyindən özü də onlara nəzarət etmək üçün ora getmiş, bir müddət sonra şəxsi heyət hissə-hissə yuyunma yerindən çıxıb yataqxanaya daxil olmuş, saat 21:N radələrində əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb onda damar xəstəliyi olduğunu, damarlarının partladığını və qanadığını bildirmiş, yataqxanada onun şalvarını soyundurub baxmış, sol ayağında 1 yara, sağ ayağında da 2-3 yara görmüş, yaralar qanamış, ancaq silib təmizlənmişdir. O, əsgər Zərərçəkmiş şəxs “bu damar partlamasına oxşamır, düzünü de görüm nə olub?” demiş, Zərərçəkmiş şəxs isə and-aman edib əvvəllər də belə olduğunu ona bildirmişdir. Həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs inanmamış, bölük komandiri baş leytenant Şahid5 zəng edib bu barədə məlumat vermiş, Şahid5 isə əsgərin dərhal tibb məntəqəsinə aparılmasına dair göstəriş vermişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə, həkim leytenant Royal Həsənovun yanına aparmış, Həsənov baxıb “bu damar partlamasına oxşamır” demiş, orada da Zərərçəkmiş şəxs and-aman edib damarı partladığını, əvvəllər də belə olduğunu onlara bildirmişdir. Həkim əsgərə inanmayıb ona ilkin tibbi yardım göstərdikdən sonra növbəti gün səhər hospitala aparacağını bildirmişdir. Növbəti gün, 20 may N2-ci ildə səhər düzülüşündən sonra bölük komandiri Şahid5 silah otağına gəlib əlindəki süngü-bıçağı göstərərək Təqsirləndirilən şəxs süngü-bıçağı olduğunu, süngü-bıçağı silah otağında ayrıca piramidaya qoymasını tapşırmışdır. Təqsirləndirilən şəxs naryaddan çıxarmağı, əsgər Qarayev Məhəmmədlə əvəz edəcəyini demişdir. Təqsirləndirilən şəxs süngü-bıçağının nömrəsi 20 olmuş, süngü-bıçaqların nömrələri ağ kağıza yazılmaqla skoçla yapışdırılmışdır. Günortaya yaxın hərbi prokurorluğun əməkdaşları hərbi hissəyə gələndə Təqsirləndirilən şəxs axşam Zərərçəkmiş şəxs tabor növbətçisinin xidməti otağında süngü-bıçaqla ayaqlarından vurmasını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb xidməti baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, 19 may N3-cü il tarixində N saylı hərbi hissənin tibb məntəqəsi üzrə növbətçi həkim olmuş, təxminən saat 21:N radələrində N saylı hərbi hissənin tabor növbətçisi MAHHXHQ əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirib Rzazadənin ayaqlarında damarları partladığını dediyini bildirmiş, Rzazadədən nə olmasını soruşduqda o damarlarının partladığını demişdir. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs şalvarını endirib ayaqlarına baxdıqda sol budun aşağı 1/3-də 1 ədəd, sağ budun aşağı 1/3-də isə 3 ədəd kəsilmiş-deşilmiş yara olduğunu, qanadığını, qanının şalvarın içəri tərəfinə yaxıldığını görmüşdür. Yaraları görəndə şübhələnmiş, Rzazadəyə “bu xəsarətdir, damar partlaması deyil, düzünü de nə olub” deyə soruşmuş, Rzazadə and-aman edərək damarı partladığını, əvvəl də belə olduğunu demişdir. Ancaq buna inanmamış, necə oldu damarların partladı deyə soruşmuş, Rzazadə “besetkada oturmuşdum, ayağa qalxanda gördüm ki, ayaqlarım ağrıyır, baxdım ki, partlayıb qanayıb” demişdir. O, əsgər Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərmiş, yaralarını pereks məhlulu və betadinlə təmizləmiş, ona növbəti gün 205 saylı hərbi hospitala müayinəyə göndəriləcəyini demişdir. 20 may N3-cü ildə səhər yerbəyerindən əvvəl hərbi hissə komandiri polkovnik-leytenant Faiq Süleymanova yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs ayaqlarında xəsarətlər olduğunu demiş, hərbi hissə komandiri ona və bölük komandiri baş leytenant Şahid5 məsələni aydınlaşdırmağı tapşırmışdır. Bundan sonra Şahid5 ilə əsgər Rzazadəni bölük komandirinin xidməti otağına aparmışlar. Orada uzun müddət onunla söhbət etmişlər, sonda Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs onu süngü-bıçaqla ayaqlarından vurmasını etiraf etmişdir. Bundan sonra bölük komandiri Təqsirləndirilən şəxs otağına çağırmış, otağa girən kimi, bölük komandiri Səmədovun belində olan süngü bıçağı göstərib “Rzazadəni bununla vurmusan?” deyə soruşmuş, Səmədov “bəli bu süngü-bıçaqla vurmuşam” deyə cavab vermişdir. Baş leytenant Rəcəbli Səmədovdan nə üçün vurmasını soruşmuş, Səmədov Rzazadənin dediklərini eynilə təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid3 ifadəsində göstərmişdir ki, o, N3-cü ilin may ayının 18-dən 19-na qədər tabor növbətçisi təyin olunmuş, may ayının 19-da tabor növbətçisi MAHHXHQ əsgər Şahid1 təyin olunmuşdur. May ayının 19-da yeni naryad təlimata çıxacağından saat təxminən 15:N radələrində silah otağını açıb yeni naryadlar Şahid1, Təqsirləndirilən şəxs və Şahid4 hər üçünə süngü-bıçaq vermiş, silahvermə kitabına imza etdirmişdir. Süngü-bıçaqlar veriləndə hər bir hərbi qulluqçuya təhkim olunmuş avtomat silahın komplektində olan süngü-bıçaq verilmişdir. Saat 18:10 radələrində naryadı MAXE əsgər Şahid1 təhvil vermiş, evə getmişdir. Növbəti gün, yəni 20 may N3-cü ildə səhər yerbəyerində bölük komandiri baş leytenant Şahid5 əsgər Rzazadə ilə söhbət etdiyini, sonra otağına apardığını görmüşdür. Bir müddət sonra yataqxanada bölük komandiri Şahid5 şəxsi heyəti düzüb öncəki axşam əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ayağından süngü-bıçaqla bir neçə dəfə vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissəsinin 1-ci maneə ləğvetmə bölüyünün komandiri, baş lentenant Şahid5 və əsgər Şahid4 oxşar məzmunlu ifadələr verərək, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs və şahidlərin ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” N iyun N3-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). X3 “Məhkəmə-Tibbi Ekspertizası”nın 24 may N3-cü il tarixli, 138 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“hər iki budun deşilmişkəsilmiş yaraları”- deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir (i.v İ cild 56). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-daktiloskopik ekspertizası”nın 30 may N3-cü il tarixli, 517 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın səthində əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatının aparılması mümkün olmamışdır (i.v İ cild 111-112). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə-trasoloji ekspertizası”nın 31 may N3-cü il tarixli 518-519 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü bıçaqlara uyğun gəlir, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın səthindəki zədələrin bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəldiyi, belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir (i.v İ cild 107- 108). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 “Ambulator məhkəmə-psixatrik ekspertizası”nın 24 iyun N3-cü il tarixli 159 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Kəskin nevrotik reaksiya” müşahidə olunmuşdur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs nevrotik reaksiyalar hərbi xidmətdən əvvəl də müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs süngü-bıçaqla xəsarət yetirərkən anlaqlı olmuş və hazırda anlaqlıdır (i.v İ cild 213-215). N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli, 126 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Səmədov X2 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin N oktyabr N2-ci il tarixli, 04 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N oktyabr N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 1-ci maneə ləğvetmə bölüyünün 2-ci mina təmizləmə tağımının 1-ci manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 63). N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 74 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Rzazadə X5 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin N iyul N2-ci il tarixli, 03 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N iyul N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 1-ci maneə ləğvetmə bölüyünün 2-ci mina təmizləmə tağımının 3-cü mina təmizləmə manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 64). N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 81 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N iyul N3cü il tarixdən etibarən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq xidmətlərini davam etdirmək üçün əsgər Təqsirləndirilən şəxs N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci tağımının 3-cü manqasının istehkamçısı vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün 2-ci mühəndis-istehkam taqımının kəşfiyyat manqasının istehkamçısı vəzifəsinə təyin olunmuşlar (i.v İ cild 218). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 25 may N3-cü il tarixli, 24 №-li arayışdan görünür ki, N №-li hərbi hissənin 1-ci maneə ləğvetmə bölüyünün 2-ci mina təmizləmə tağımının 1-ci manqasının istehkamçısı əsgər Təqsirləndirilən şəxs ilə həmin hərbi hissənin 1-ci maneə ləğvetmə bölüyünün 2-ci mina təmizləmə tağımının 3-cü manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs arasında tabelilik münasibətlərinin olmadığı göstərilmişdir (i.v İ cild 59). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 26 may N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 150). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 30 may N3-cü il tarixli 609 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 30 may N3-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 104). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 70). Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi N №-li hərbi hissədə onun adına açılmış xidmət vərəqəsindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi dövrdə (N oktyabr N2-ci il tarixdən N iyul N3-cü il tarixədək olan müddət ərzində) hərbi intizam qaydalarını pozmasına görə ona xidmət etdiyi bölüyün komandiri tərəfindən müxtəlif tarixlərdə intizam qaydasında 14 dəfə intizam cəzası verilmişdir (İ.v İ cild 97-98). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyul N3-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əsgər Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 240-241). “Əşyaların maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi haqqında” N iyun N3-cü il tarixli qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs xəsarət yetirdiyi süngü-bıçaq və hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş hərbi səhra şalvarı cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişlər (İ.v İ cild 133-134). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 332.2.4-cü maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 332.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin 1-ci maneə ləğvetmə bölüyünün, 2-ci mina təmizləmə tağımının, 1-ci manqasında istehkamçı vəzifəsində xidmət edərkən 19 may N3-cü il tarixdə tabor üzrə gün növbətçisi naryadında olan vaxt, bölüyün şəxsi heyəti şam yeməyindən qayıdanda onunla tabelik münasibətlərində olmayan, həmin bölüyün əsgəri Zərərçəkmiş şəxs çəkmələrini çıxardıqdan sonra hərbi hissənin yataqxanasının giriş hissəsində, təyin olunmuş yerdə düz qoymadığı üçün ona irad tutaraq, onun ünvanına şəxsi heyət arasında ağır təhqir kimi qəbul edilən “botinkanı niyə düz qoymayıbsan, düzəldə bilmirsənsə evindən birini çağır gəlsin düzəltsin” kimi ifadələr işlətmiş, həmin səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zəminində o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs tabor növbətçisinin xidməti otağına çağırmış, Zərərçəkmiş şəxs otağa girən kimi sol əli ilə onun sinəsindən tutub divara söykəmiş, sağ əlində tutduğu və ona təhkim olunmuş soyuq silah olan süngübıçaqla Zərərçəkmiş şəxs ayaq nahiyələrinə zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “hər iki budun deşilmiş-kəsilmiş yaraları” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, silah tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyləri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, silah tətbiq etməklə onun sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəza növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun cəmiyyətdən təcrid edilməsi cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N2-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 iyul N3cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi X6 komandanlığına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar–Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan N (bir) ədəd süngü-bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissəyə qaytarılmalı, N (bir) ədəd hərbi səhra şalvarı isə xidməti istifadəyə yararsız olduğundan məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu N (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 09 avqust N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduğundan və onun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq 41 (qırx bir) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə təqsirli bilinib N (bir) il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi X6 komandanlığına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan N (bir) ədəd süngü-bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra N №-li hərbi hissəyə qaytarılsın, N (bir) ədəd hərbi səhra şalvarı isə məhv edilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu N (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-27/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-27/2023
04.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver