Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-27/2024 18.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 199N-ci il tarixdə Şərur rayonunun Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli (himayəsində 1 azyaşlı uşaq olan), məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi silah taqımının, qumbaraatan manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan, N fevral N0N4-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ona rəis hesab olunan kiçik çavuş Zərərçəkmiş şəxs qarşı hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmişdir. Belə ki, o, Talıbov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi silah taqımının, qumbaraatan manqasının qumbaraatanı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N5 dekabr N0N3-cü il tarixdə saat 16:50-də tabelik münasibətlərində olan və rütbəcə ona rəis hesab edilən, həmin hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün 3-cü xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs əsgər yeməkxanasının yaxınlığında, təyin olunmuş yerdə siqaret çəkməsini görüb ona yaxınlaşaraq zarafatla əli ilə sinəsindən itələmiş və bu zaman Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxıldığına görə ona güldüyündən, kiçik çavuş Zərərçəkmiş şəxs onun güldüyünü görüb ünvanına nalayiq ifadə işlətdiyindən aralarında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs kiçik çavuş Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir yumruq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “qançır və sıyrıqla müşayiət olunan sağ göz ətrafı nahiyənin hematoması” xəsarətini yetirməklə, rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N5 dekabr N0N3-cü il tarixdə, saat 16:50 radələrində əsgər yeməkxanasının yaxınlığında olan siqaret çəkmək üçün təyin edilmiş yerdə hərbi hissənin 1-ci bölüyündə xidmət edən MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs siqaret çəkməsini gördüyünü, Zərərçəkmiş şəxs səki daşının üzərində tək dayandığını, onunla münasibəti yaxşı olduğundan zarafat məqsədilə yanına çatan zaman sağ əlinin içi ilə onu geriyə doğru itələdiyini, həmin vaxt kiçik çavuş Zərərçəkmiş şəxs müvazinətini itirib arxada olan su gölməçəsinə yıxıldığını, Zərərçəkmiş şəxs yıxılmasına güldükdə, sonuncu onun gülməsinə əsəbiləşərək ayağa qalxıb ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs təhqiredici söz işlətməsindən əsəbiləşib üzərinə gedərək nə üçün onu təhqir etməsini soruşduqdan sonra sağ əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, kiçik çavuş Zərərçəkmiş şəxs göz nahiyəsi qızararaq şişdiyini, həmin vaxt ətrafda olan hərbi qulluqçular onları araladığını, bundan sonra xüsusi silah taqımının snayper manqasında xidmət edən, həmin vaxt yeməkxana növbətçisi xidmətində olan MAHHXHQ baş çavuş Şahid3 yanına gedərək mübahisə və Zərərçəkmiş şəxs vurması ilə bağlı sonuncuya məruzə etdiyini, MAHHXHQ baş çavuş Şahid3 mübahisə ilə bağlı onu və MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs dinlədikdən sonra bu barədə 1-ci bölüyün komandiri baş leytenant Şahid4 məruzə etdiyini, baş leytenant A.Rəhimov da, onlardan hadisə ilə bağlı soruşduqdan sonra öz növbəsində yuxarı komandanlığa məruzə etdiyini, törətdiyi əməldən peşman olduğunu, kiçik çavuş Zərərçəkmiş şəxs üzr istədiyini, kiçik çavuş Zərərçəkmiş şəxsla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ, kiçik çavuş Zərərçəkmiş şəxs ifadəsində N5 dekabr N0N3-cü il tarixdə, saat 16:50 radələrində xidmət etdiyi, N nömrəli hərbi hissədə olarkən, şəxsi heyət axşam idmanına hazırlaşan zaman hərbi hissənin əsgər yeməkxanasının yaxınlığında olan siqaret çəkmək üçün təyin edilmiş yerdə səki daşının üzərində durub siqaret çəkərkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq zarafatla sinəsindən sağ əlinin içi ilə geriyə doğru itələdiyini, müvazinətini itirib arxada olan su gölməçəsinə yıxıldığını, yıxıldığı üçün paltarları, sol qolu suya bulaşdığını, Təqsirləndirilən şəxs yıxılmasına güldüyü üçün yerdən qalxaraq əsəbiləşib ona qarşı nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs nalayiq ifadədən sonra üzərinə gələrək onu təhqir etdiyinə görə sağ əli ilə bir dəfə sağ göz nahiyəsinə yumruq zərbəsi vurduğunu, həmin zərbədən sonra yaxınlıqda olan hərbi qulluqçular onları aralaşdırdığını, MAHHXHQ baş çavuş Şahid3 ondan və MAHHXHQ əsgər Təqsirləndirilən şəxs nə səbəbə mübahisə etmələrini soruşduğunu, ona mübahisə etmələrinin səbəbini bildirdiyini, MAHHXHQ baş çavuş Şahid3 onları naryadın nəzəri təlimatına gələn bölük komandiri baş leytenant Şahid4 yanına aparıb mübahisə etmələri ilə bağlı məruzə etdiyini, baş leytenant Şahid4 da mübahisə səbəbini dəqiqləşdirdikdən sonra bu barədə yuxarı komandanlığa məzurə etdiyini, onu hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, oradan da hərbi hospitala göndərildiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yumruqla bir dəfə vurması nəticəsində sağ gözündən xəsarət aldığını, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmadığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik gizir ŞahidN ifadəsində N5 dekabr N0N3-cü il tarixdə, saat 16:50-də əsgər yeməkxanasının qarşısında siqaret çəkdiyini, həmin vaxt MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs aralıda, səki daşının üzərində durub siqaret çəkərkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ona tərəf gəlib çatdıqda MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələdiyini, MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs arxaya doğru gedib yerə yıxıldığını, onların zarafat etdiyini düşünüb yanlarına getmədiyini, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun yıxılmasına güldüyündən MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs ayağa qalxandan sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onun üzərinə gedərək MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs yumruqla sağ göz nahiyəsindən bir zərbə vurduğunu, MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs sağ göz nahiyəsi şişərək qızardığını, dərhal onların yanına gedib onları araladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid4 ifadəsində N5 dekabr N0N3-cü il tarixdə sutkalıq hərbi hissə növbətçisi xidmətinə təyin olunduğunu, həmin gün saat 17:10 radələrində hərbi hissədə naryadın nəzəri təlimatına çıxan zaman MAHHXHQ baş çavuş Şahid3 yaxınlaşaraq MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs mübahisə etmələri barədə məruzə etdiyini, mübahisə edən şəxslərin yanına gəlməsi barədə göstəriş verdiyini, bir qədər sonra həmin şəxslərin yanına gəldiyini, tabeliyində xidmət edən MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs nə üçün dalaşmaları barədə soruşduğunu, o, “MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kurilkanın yanına gəldi, mən orada siqaret çəkirdim, Təqsirləndirilən şəxs zarafatla sinəmdən itələdi, həmin vaxt boş dayandığıma görə müvazimətimi itirərək yerə yıxıldım, Təqsirləndirilən şəxs buna güldü, onun gülməsinə acıqlanıb yerdən qalxanda ona “nəyə gülürsən, matışkasan?” dediyini, Təqsirləndirilən şəxs “mənə matışka demə” deyərək üstünə gəldiyini, sağ əli ilə sağ göz nahiyəmdən bir yumruq vurdu” dediyini, bu barədə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs da soruşduqda, o, MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs dediklərini təsdiq etdiyini, bu barədə aidiyyəti üzrə yuxarı komandanlığa məruzə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ kiçik çavuş Şahid1 ifadəsində N5 dekabr N0N3-cü il tarixdə, saat 16:50 radələrində əsgər yeməkxanasının yaxınlığında olan, siqaret çəkmək üçün təyin edilmiş yerdə axşam idmanına çıxmamışdan qabaq hərbi hissədə olan hərbi qulluqçularla söhbət etdiyini, həmin vaxt MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gələrək səki daşının üzərində durub siqaret çəkən MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs sinəsindən itələməsini gördüyünü, həmin vaxt MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs arxaya doğru gedib yerə yıxıldığını, onların zarafat etdiyini düşündüyünü, yerə yıxılandan sonra onların yanına getmək istəyərkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yumruqla MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs gözünün alt hissəsi şişərək göyərdiyini, gözünün iç hissəsi qızardığını, sonra bu barədə MAHHXHQ baş çavuş Şahid3 və bölük komandiri, baş leytenant Şahid4 məruzə olunduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ baş çavuş Şahid3 məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və ŞahidN vermiş olduğu ifadələrlə eyni məzmunda ifadə verərək onların göstərdikləri xüsusatları ifadəsində göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında N3 yanvar N0N4-cü il tarixli qərardan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmış və cinayət işinin 1ci cildinin 15N-ci vərəqəsinə əlavə edilmiş qərardan Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 8N-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının N9 dekabr N0N3-cü il tarixli, 454 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “qançır və sıyrıqlarla müşayiət olunan sağ göz ətrafı nahiyənin hematoması” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətdir. Həmin xəsarətin xx.xx.N0N3-cü il tarixdə yumruqla vurulması nəticəsində əmələ gəlməsi ekspert tərəfindən inkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin N9-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin “Zədələnmələrin qeydiyyatı kitabı”ndan edilmiş çıxarışdan görünür ki, MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs N5 dekabr N0N3-cü il tarixdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə zamanı “OD-görmə orqanının küt travması, göz qapaqlarının qançırı və dərialtı hematoması əlamətləri ilə” xəsarətini aldığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş N8 dekabr N0N3-cü il tarixli, 109 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olan MAHHXHQ kiçik çavuş Zərərçəkmiş şəxs ilə həmin hərbi hissədə həqiqi hərbi xidmətdə olan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli, N1 №-li əmrindən çıxarışda Təqsirləndirilən şəxs X5 komandanının birinci müavini-qərargah rəisinin 13 fevral N0N1-ci il tarixli, 031 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin xüsusi silah taqımının qumbaraatan manqasında qumbaraatan vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N fevral N0N1-ci il tarixli, N1 №-li əmrindən çıxarışda Zərərçəkmiş şəxs X5 komandanının birinci müavini-qərargah rəisinin 13 fevral N0N1-ci il tarixli, 031 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 136-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N1-ci il tarixli, 114 №-li əmrindən çıxarışda Zərərçəkmiş şəxs kiçik çavuş hərbi rütbəsi verildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N9 sentyabr N0N3-cü il tarixli, 176 №-li əmrindən çıxarışda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs və digər hərbi qulluqçular “ZƏNGƏZUR” əməliyyatına hazırlıq üçün hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirməsi məqsədilə daimi yaşayış məntəqəsindən (Ordubad şəhəri) XN (N01 nömrəli hərbi hissə) 3-cü X4 (193 nömrəli hərbi hissə) sərəncamına ezamiyyətə getmiş hesab edilsinlər, 11 sentyabr N0N3-cü il tarixdən N nömrəli hərbi hissənin (Ordubad şəhəri) ərzaq təminatından çıxarılsınlar, N (iki) günlük quru ərzaq payı ilə təmin edilsinlər və 3-cü Ordu Korpusunun (193 nömrəli hərbi hissə) 17N nömrəli hərbi hissəsində (Kəlbəcər rayonu) təminata qoyulsunlar: N. 3-cü Ordu Korpusunun (193 nömrəli hərbi hissə) 17N nömrəli hərbi hissəsinin (Kəlbəcər rayonu) “ZAR” müdafiə rayonuna: N.9N. N nömrəli hərbi hissənin xüsusi silah taqımının qumbaraatan manqasının qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs. Cinayət işinin 1-ci cildinin 89-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N9 sentyabr N0N3-cü il tarixli, 176 №-li əmrindən çıxarışda “Lokal xarakterli antiterror əməliyyatları”nda iştirak etmək üçün XN (N01 nömrəli hərbi hissə) 3-cü X4 (193 nömrəli hərbi hissə) sərəncamına ezam olunmuş, N0N, N91 və N nömrəli hərbi hissələrin aşağıda adları göstərilən hərbi qulluqçuları hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirməsi başa çatdığı üçün 3-cü Ordu Korpusundan (193 nömrəli hərbi hissə) ezamiyyətdən daimi yaşayış məntəqəsinə (Ordubad şəhəri) gəlmiş hesab edilsinlər, 30 sentyabr N0N3-cü il tarixdən ərzaq təminatına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular qazan təminatına) qoyulsunlar: N. 3-cü Ordu Korpusunun (193 nömrəli hərbi hissə) 17N nömrəli hərbi hissənin (Kəlbəcər rayonu) “ZAR” müdafiə rayonundan: N.97. N nömrəli hərbi hissənin xüsusi silah taqımının qumbaraatan manqasının qumbaraatanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxsda 3-cü Ordu Korpusunun (193 nömrəli hərbi hissədən) ezamiyyətdən qayıtmış hesab edilsin. Cinayət işinin 1-ci cildinin 30-cu vərəqəsinə əlavə edilmiş N8 dekabr N0N3-cü il tarixli, 1338 nömrəli arayışdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N4-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 149-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 147-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 sorğu verilərək alınmış məktubda Zərərçəkmiş şəxs xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 151-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 sorğu verilərək alınmış məktubda Zərərçəkmiş şəxs xəstəxanada narkoloji qeydiyyatda dayanmadığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N fevral N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-27/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-27/2024
18.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver