Məhkəmə qərarları › İş №1-1(092)-27/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-27/2025

02.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-27/2025 02.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi, ədliyyə kapitanı Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə N4 avqust N004-cü il tarixdə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, Kəngərli rayonunun Qarabağlar kəndində daimi qeydiyyatda olmaqla həmin yerdə yaşayan, Müdafiə Nazirliyinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində xidmət edən, N mart N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Əsgərov XNN Nazirliyinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatları taqımının N-ci zərbə-silahlı pilotsuz uçuş aparatları qrupunun baş heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli N nömrəli əmri ilə həmin qrupda heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 ilə birlikdə hərbi hissənin N-ci taborunun Şərur rayonunun Havuş kəndi ərazisində, döyüş şəraitində yerləşən, şərti adı “56-cı post” olan mövqeyində döyüş növbətçiliyinin gücləndirilməsi və düşmən fəaliyyətlərinin fasiləsiz olaraq müşahidəsinin aparılması üçün həmin mövqedə döyüş növbətçiliyi xidmətinə təyin edilmiş, bu məqsədlə NN noyabr N0N4cü il tarixdə şərti adı “56-cı post” olan mövqeyə gedərək saat 06:00-dan saat N9:00-dək mövqenin yataqxanasından aralıda, təpəlik ərazidə yerləşən, gündüz görmə müşahidə kamerasının idarəetmə məntəqəsinin yerləşdiyi kunqda xidmət etməyə başlamışdır. O, həmin gün saat N9:00-da xidmətini başa vurduqdan sonra müşahidə kameralarını söndürüb, kunqa gələn elektrik cərəyanını elektrik paylayıcıdan ayırsa da növbəti gün, yəni NN noyabr N0N4-cü il tarixdə saat N9:00-da xidmətini başa vurduqdan sonra yalnız müşahidə kamerasının monitorunu söndürüb «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 6.5-ci bəndinin «elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağandır» tələbini pozaraq, müşahidə kamerasını fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ötrü İnvektor aparatına qoşulmuş akkumulyator batareyalarının növbəti günə elektrik enerjisi ilə dolu olması üçün onları elektrik cərəyanından, kunqa gələn elektrik cərəyanını isə elektrik paylayıcıdan ayırmayıb oradan ayrılaraq onları nəzarətsiz qoymuş və onun bu ehtiyatsızlığı nəticəsində bir qədər sonra kunqun içərisində sağ tərəfdə ehtiyat akkumulyatorun olduğu sahədə (yanğının mənbəyində) elektrik şəbəkəsinə nəzarətsiz qoşulu qalmış elektrik avadanlıqlarına çəkilən elektrik naqillərində eletrik təbiətli qəza halı yaranmış, elektrik naqillərinin qızması ilə üzərində olan izolyasiya örtüyü açılmış və naqillərin bir-birinə toxunması anı baş verən elektrik qövsünün əmələ gəlməsi zamanı yaranan istiliyin təsirindən baş vermiş yanğın zamanı kunq və içərisindəki dəyəri N4478 (iyirmi dörd min dörd yüz yetmiş səkkiz) manat 30 (otuz) qəpik olan N (bir) ədəd “PRC 966N UQD” markalı radiostansiya, dəyəri N08 (bir yüz səkkiz) manat olan N (bir) ədəd “Grandstream” markalı telefon, dəyəri 53 (əlli üç) manat 35 (otuz beş) qəpik olan N (bir) ədəd “TP-link Switch-5 portlu” (cihazlar arasında şəbəkə ötürücüsü cihazı) dəyəri 73 (yetmiş üç) manat N9 (on doqquz) qəpik olan N (bir) ədəd “Media Konvertor” (müxtəlif cihazlar arasında məlumat ötürücüsü, N3N0/N550nm tək lifli), dəyəri NN9 (bir yüz on doqquz) manat olan N (bir) ədəd “NVR Dahua” (müşahidə kamerası görüntülərinin yaddaş qurğusu, 4 kanallı, HDMİ çıxışlı, HN65+HN65 dəstəkli), dəyəri 95 (doxsan beş) manat olan N (bir) ədəd “HDD NTb FOR camera”, dəyəri N0 (on) manat olan N (bir) ədəd kompüter siçanı, dəyəri 84 (səksən dörd) manat 9N (doxsan iki) qəpik olan N (bir) ədəd “Samsung” markalı monitor, dəyəri N0 (on) manat olan N (bir) ədəd 6 gözlü elektrik yuvası, dəyəri NN0 (bir yüz iyirmi) manat olan N (bir) ədəd elektrik tənzimləyicisi, N (bir) ədədinin dəyəri 3 (üç) manat 50 (əlli) qəpik olan, ümumilikdə 7 (yeddi) manat dəyərində N (iki) ədəd “U link” (cihazları bir-birinə bağlayan naqillərin başlığı), dəyəri 37 (otuz yeddi) manat olan N (bir) ədəd sonluq qutu, dəyəri 30 (otuz) manat olan N (bir) ədəd “Radiolink” adapteri, dəyəri N835 (bir min səkkiz yüz otuz beş) manat N5 (on beş) qəpik olan N (bir) ədəd “SDE-7500 E” markalı elektrik aqreqat, dəyəri N450 (bir min dörd yüz əlli) manat olan N (bir) ədəd İnvektor, yəni ümumilikdə N85N0 (iyirmi səkkiz min beş yüz on) manat 6N (altmış bir) qəpik dəyərində hərbi əmlak, o cümlədən istifadə müddəti keçərək hərbi əmlak hesab olunmayan 9 (doqquz) ədəd akkumulyator batareyası, N (bir) ədəd çarpayı və N (bir) ədəd qaz sobası yanaraq tamamilə məhv olmuş, bununla da onun döyüş şəraitində sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, texniki kəşfiyyat müşahidə bölüyünün pilotsuz aparatların üzərində duran baş heyət nəfəri vəzifəsində xidmət edir və bu vəzifəyə N0N4-cü ilin oktyabr ayının 30-u təyin olunmuşdur . N0 noyabr N0N4-cü il tarixdə hərbi hissə komandiri polkovnik-leytenant Elvin Şikarovun əmri ilə əsgər Şahid4 ilə birlikdə Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən, şərti adı “56-cı post” olan mövqedə döyüş növbətçiliyinin gücləndirilməsi və düşmən fəaliyyətlərinin fasiləsiz olaraq müşahidəsinin aparılması xidmətinə təyin olunaraq, NN noyabr N0N4-cü il tarixdə həmin mövqeyə getmişlər. Onun ixtisası pilotsuz uçuş aparatlarıdır. Kamera onun ixtisası deyil. Hərbi hissə komandirinin əmri ilə posta göndərilmiş, göndərilən zaman onlara düşmən tərəfi kamera il müşahidə etmək tapşırığı verilmişdir. Kameralar, aparatlar mövqenin yataqxanasından aralıda, təpəlik ərazidə yerləşən, gündüz görmə müşahidə kamerasının idarəetmə məntəqəsinin yerləşdiyi kunqun içərisində quraşdırılmışdı. Onlar səhər saat 06:00-dan axşam N8:30-dək müşahidə aparmış, kameraları işə salmaq üçün qoyulmuş akkumulyatorlar köhnə olduğundan, enerji saxlamamışdır. Onlar tabeçilik baxımından hərbi hissənin və Ordunun DİM-nə tabe olmuş, düşmən tərəfdə hər hansı bir hadisə baş verərəsə bu barədə hərbi hissənin və Ordunun DİM-nə məlumat verməli idilər. Ona heç kim akkumulyatorları elektrik enerjisinə qoşulu saxlamağı deməmişdir. Əvvəl kameraya baxanlardan soruşduqda onlar akkumulyatorları elektrik enerjisinə qoşulu qalmalı olduğunu ona demişlər. Akkumulyatorların elektrik enerjisinə qoşulu vəziyyətdə qalması barədə bölük komandiri Səmədov Asifə heçnə deməmiş, bu barədə qərarı özü vermişdir. Həmin vaxtı cəmi bir gün idi ki, işə başladığından və öz ixtisası olmadığından kameradan elədə anlayışı olmamışdır. Ona akkumulyatorların şarjda qalıb-qalmaması barədə heç nə çatdırılmamışdı. Posta qalxdıqları birinci günü kunqda xidmət aparıb qurtardıqdan sonra, axşam saat N radələrində kameranı söndürmüş və sonra kunqun girişdə sağ divarında olan paylayıcını aşağı endirib elektrik xəttini ayırmışdır. Paylayıcını ortada saxlayan zaman eletrik xətti kəsilmişdir. Növbəti gün, yəni NN noyabr N0N4-cü il tarixdə saat 06:00-da yenidən kunqa gedib ilk olaraq elektrik xəttini birləşdirmək üçün paylayıcını yuxarı qaldırmış, sonra akkumulyatorun yanında olan invektor aparatının düyməsini vurmuşdur. Daha sonra kameranın monitorunun işə salma düyməsini basmış, lakin monitor açılmamış, yanıb sönməyə başlamış, invektorun enerjinin az olduğunu göstərən işığı yanıb-sönməyə və invektordan səs siqnalı gəlməyə başlamışdır. Sonra orada olan rabitə vasitəsi ilə X6 İdarəetmə Mərkəzindən zəng gəlmiş, kameranın işləməmə səbəbi soruşulmuş, akkumulyatorların gücü az olduğundan kameranın açılmadığını, aradan qaldıracaqlarını demişdir. Sonra ətraf postlara məlumat verərək akkumulyatorların tez güc yığması üçün elektrik xəttlərini ayırmalarını demişlər. Təxminən 45-50 dəqiqəyə akkumulyator batareyaları güc yığdıqdan sonra kamera işə düşmüşdür. Ona Ordudan əgər birdə belə olsa məruzə ediləcəyini cəzalanacaqları barədə xəbərdarlıq edilmişdir. Nahar yeməyinə gedən zaman post böyüyü MAHHXHQ çavuş Şahid3 “mənə qədər necə edirdiz ki, səhər kamera işləyirdi” deyə soruşmuş, o, “kameradan mənim başım çıxmır, mən bilmirəm əsgərlərdən soruş onlar desin” demişdir. Əvvəl kameraya baş atıcı əsgər ŞahidN və əsgər Abbas Abbaslı baxmışlar. Əsgər ŞahidN bu barədə soruşduqda o, “biz həmişə gecə akkumulyatorları elektrik xəttində zaryadkada saxlayırdıq, çünki gecə ərzində hava soyuq olur, içəridə də qaz söndürüldüyündən akkumulyatorlar donur, səhərə zaryadkaları olmur” demişdir. Buna görə də həmin gün, yəni NN noyabr N0N4-cü il tarixdə axşam saat N radələrində kameranı söndürəndən sonra paylayıcını ortaya endirməmiş və akkumulyatorlar güc yığsın deyə yuxarıda saxlamışdır. Bu barədə yuxarı komandanlıq heyətinə məlumat verməmiş və akkumulyator batareyalarını elektrik xəttinə qoşulu saxlamaqla bağlı ona kimsə tərəfindən göstəriş verilməmişdir Kunqu tərk edib yataqxanaya gəldikdən sonra kiminsə kunqa getməsini görməmişdir. N3 noyabr N0N4-cü il tarixdə, gecə saat 03:35 radələrində əsgər ŞahidN onu oyadaraq müşahidə sektorundan verilən məlumata əsasən yanıq iyi gəldiyini və kunqun olduğu yerdən tüstü göründüyünü bildirmişdir. Dərhal mövqe başçısı MAHHXHQ çavuş Şahid3la kunqun olduğu yerə getdikdə kunqun giriş qapısının ətrafından alov çıxmasını görmüş, kunqun qapısı bağlı olmuş, kunqun qapısını açdıqda üzərinə alov vurduğundan kənara çəkilmiş, alov güclü olduğundan və kunqda partlama təhlükəsi olan generator və akkumulyator batareyaları olduğundan yanğına müdaxilə edə bilməmiş və kənarda durmuşlar. Hadisədən qabaq kunqda gözünən görünəcək texniki nasazlıq olmamış, elektrik qovşaqları, kabellər sağlam olmuş, yandırıb söndürmə aparatları hər biri saz vəziyyətdə işləmişdir. Kəşfiyyat müşahidəsinin pozulmaması üçün akkumulyatorları qoşulu saxlayıb kunqu tərk etmişdir. Kunqun qapısı olsa da qapısını bağlamaq üçün qıfıl olmamışdır. Kunqdakı avadanlıqların heç biri aktınan ona təhvil verilməmişdir. Yanan kunqda PRC 966N markalı radiostansiya, N ədəd telefon, N ədəd cihazlar arasında şəbəkə ötrücü cihazı, kunqda adları tam yadında qalmadığı ancaq ittihamda göstərilən avadanlıqlar olmuşdur. Hadisə özünün ehtiyatsızlığından baş vermişdir. 04 mart N0N5-ci il tarixdə vurduğu ziyanın bir qismini, N manatını gətirib hərbi hissəyə vermiş, həmin pulu onun adından hərbi hissənin hüquqşünası, ədliyyə kapitanı Nümayəndə aparıb banka ödəmiş, qalan pulu da banka özü ödəmişdir. Vurduğu ziyanı, N85N0 (iyirmi səkkiz min beş yüz on) manat 6N (altmış bir) qəpik pulun hamısını ödəmişdir. Belə bir hadisənin baş verməsindən və etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs son sözündə ona aşağı həddə cəza verilməsini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Əsgərov XNN Nazirliyinin Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatları taqımının N-ci zərbə-silahlı pilotsuz uçuş aparatları qrupunun baş heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli N nömrəli əmri ilə həmin qrupda heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 ilə birlikdə hərbi hissənin N-ci taborunun Şərur rayonunun Havuş kəndi ərazisində, döyüş şəraitində yerləşən, şərti adı “56-cı post” olan mövqeyində döyüş növbətçiliyinin gücləndirilməsi və düşmən fəaliyyətlərinin fasiləsiz olaraq müşahidəsinin aparılması üçün həmin mövqedə döyüş növbətçiliyi xidmətinə təyin edilmiş, bu məqsədlə NN noyabr N0N4-cü il tarixdə şərti adı “56-cı post” olan mövqeyə gedərək saat 06:00-dan saat N9:00-dək mövqenin yataqxanasından aralıda, təpəlik ərazidə yerləşən, gündüz görmə müşahidə kamerasının idarəetmə məntəqəsinin yerləşdiyi kunqda xidmət etməyə başlamışdır. O, həmin gün saat N9:00-da xidmətini başa vurduqdan sonra müşahidə kameralarını söndürüb, kunqa gələn elektrik cərəyanını elektrik paylayıcıdan ayırsa da növbəti gün, yəni NN noyabr N0N4-cü il tarixdə saat N9:00-da xidmətini başa vurduqdan sonra yalnız müşahidə kamerasının monitorunu söndürüb «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 6.5-ci bəndinin «elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağandır» tələbini pozaraq, müşahidə kamerasını fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ötrü invektor aparatına qoşulmuş akkumulyator batareyalarının növbəti günə elektrik enerjisi ilə dolu olması üçün onları elektrik cərəyanından, kunqa gələn elektrik cərəyanını isə elektrik paylayıcıdan ayırmayıb oradan ayrılaraq onları nəzarətsiz qoymuş və onun bu ehtiyatsızlığı nəticəsində bir qədər sonra kunqun içərisində sağ tərəfdə ehtiyat akkumulyatorun olduğu sahədə (yanğının mənbəyində) elektrik şəbəkəsinə nəzarətsiz qoşulu qalmış elektrik avadanlıqlarına çəkilən elektrik naqillərində eletrik təbiətli qəza halı yaranmış, elektrik naqillərinin qızması ilə üzərində olan izolyasiya örtüyü açılmış və naqillərin bir-birinə toxunması anı baş verən elektrik qövsünün əmələ gəlməsi zamanı yaranan istiliyin təsirindən baş vermiş yanğın zamanı kunq və içərisindəki dəyəri N4478 (iyirmi dörd min dörd yüz yetmiş səkkiz) manat 30 (otuz) qəpik olan N (bir) ədəd “PRC 966N UQD” markalı radiostansiya, dəyəri N08 (bir yüz səkkiz) manat olan N (bir) ədəd “Grandstream” markalı telefon, dəyəri 53 (əlli üç) manat 35 (otuz beş) qəpik olan N (bir) ədəd “TP-link Switch-5 portlu” (cihazlar arasında şəbəkə ötürücüsü cihazı) dəyəri 73 (yetmiş üç) manat N9 (on doqquz) qəpik olan N (bir) ədəd “Media Konvertor” (müxtəlif cihazlar arasında məlumat ötürücüsü, N3N0/N550nm tək lifli), dəyəri NN9 (bir yüz on doqquz) manat olan N (bir) ədəd “NVR Dahua” (müşahidə kamerası görüntülərinin yaddaş qurğusu, 4 kanallı, HDMİ çıxışlı, HN65+HN65 dəstəkli), dəyəri 95 (doxsan beş) manat olan N (bir) ədəd “HDD NTb FOR camera”, dəyəri N0 (on) manat olan N (bir) ədəd kompüter siçanı, dəyəri 84 (səksən dörd) manat 9N (doxsan iki) qəpik olan N (bir) ədəd “Samsung” markalı monitor, dəyəri N0 (on) manat olan N (bir) ədəd 6 gözlü elektrik yuvası, dəyəri NN0 (bir yüz iyirmi) manat olan N (bir) ədəd elektrik tənzimləyicisi, N (bir) ədədinin dəyəri 3 (üç) manat 50 (əlli) qəpik olan, ümumilikdə 7 (yeddi) manat dəyərində N (iki) ədəd “U link” (cihazları bir-birinə bağlayan naqillərin başlığı), dəyəri 37 (otuz yeddi) manat olan N (bir) ədəd sonluq qutu, dəyəri 30 (otuz) manat olan N (bir) ədəd “Radiolink” adapteri, dəyəri N835 (bir min səkkiz yüz otuz beş) manat N5 (on beş) qəpik olan N (bir) ədəd “SDE-7500 E” markalı elektrik aqreqat, dəyəri N450 (bir min dörd yüz əlli) manat olan N (bir) ədəd invektor, yəni ümumilikdə N85N0 (iyirmi səkkiz min beş yüz on) manat 6N (altmış bir) qəpik dəyərində hərbi əmlak, o cümlədən istifadə müddəti keçərək hərbi əmlak hesab olunmayan 9 (doqquz) ədəd akkumulyator batareyası, N (bir) ədəd çarpayı və N (bir) ədəd qaz sobası yanaraq tamamilə məhv olmuş, bununla da onun döyüş şəraitində sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etməsi ağır nəticələrə səbəb olmuşdur. Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348.N-ci maddəsində nəzərdə tutulmuş, “döyüş şəraitində silahı, onun komplekt hissələrini, döyüş sursatlarını, partlayıcı maddələri və qurğuları, hərbi texnikanı və ya sair hərbi əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə ağır nəticələrə səbəb olan” cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi, ədliyyə kapitanı Nümayəndə cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, düşmən ərazisini mütəmadi olaraq izləmə və onların fəaliyətlərini nəzarətdə saxlamaq üçün ön xətt mövqelərində kameralar quraşdırılıb. N0N4-cü ilin noyabr ayında xidməti zərurətlə əlaqədar olaraq Müdafiə Nazirliyi tərkibində ştat dəyişikliyi olmuşdur. Hərbi hissədə kəşfiyyat bölüyü ləğv olunmuş, ştatı azaldılıb texniki kəşfiyyat və müşahidə bölüyü olmuşdur. Ön xətt mövqelərində olan kameralar kəşfiyyat bölüyünün nəzarətinə verilmişdir. Əvvəl isə kameralara hər postun özü nəzarət edib baxırdı. Dəyişiklikdən sonra isə kəşfiyyat bölüyünün hərbi qulluqçuları ayrılmış və bütün mövqelərdə kəşfiyyat bölüyünün hərbi qulluqçuları olmuşdur. Noyabr ayının N0-sində Təqsirləndirilən şəxs hərbi hissə komandiri polkovnik-leytenant Elvin Şikarovun əmri ilə əsgər Şahid4 ilə birlikdə Şərur rayonu, Havuş kəndi ərazisində yerləşən, şərti adı “56-cı post” olan mövqedə döyüş növbətçiliyinin gücləndirilməsi və düşmən fəaliyyətlərinin fasiləsiz olaraq müşahidəsinin aparılması xidmətinə təyin olunaraq, NN noyabr N0N4-cü il tarixdə həmin mövqeyə qaldırıldılar. Təqsirləndirilən şəxs deyir ki, onun ixtisası fərqli idi, ancaq məcburiyyət qarşısında qalaraq bir əsgər bir MAHHXHQ əsgər getməli idi və hərbi hissə komandirinin əmri ilə həmin xidmətə təyin olunmuşlar. N3 noyabr N0N4-cü il tarixdə, saat 05 radələrində şərti adı “56-cı post” olan mövqedəki müşahidə kamerasının avadanlıqlarının saxlanıldığı kunqun yanması barədə məlumat verilmişdir. Hərbi hissəyə getdikdən sonra oradan Şərur rayonu, Havuş kəndi ərazisində olan, şərti adı “56-cı post” olan mövqeyə getmişlər. Həmin mövqedə hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün şəxsi heyəti xidmət aparır. Həmin mövqe düşmənlə təmas xəttində, döyüş şəraitində yerləşdiyindən Ordu Komandanlığı tərəfindən əvvəllər həmin mövqeyə müşahidə kamerası quraşdırılmış, həmin kameranı idarə edən avadanlıqlar isə xüsusi kunqa yerləşdirilmişdir. Kunq yataqxana binasından aralıda, torpaq valla çevrələnmiş yerdə olmuşdur. Mövqeyə çatdıqdan sonra yataqxana binasından aralıda olan kunqa tərəf getmişlər. Kunqun yanına çatarkən kunqla bərabər içərisində olan bütün əmlakların yanaraq məhv olmasını görmüşdür. Hadisə yerinə Hərbi Prokurorluğun əməkdaşları və mütəxəssis kimi ekspert gəlmiş, onlar hadisə yerinə baxış keçirmişlər. Baxışdan sonra hadisənin baş verməsinə səbəbin qısaqapanma olmasını öyrənmişdir. Hadisədən sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs NN noyabr N0N4-cü il tarixdə saat N radələrində kameranı söndürdükdən sonra kameraya və avadanlıqlara elektrik paylayan akkumulyator batareyalarını elektrik şəbəkəsinə qoşulu qoyaraq kunqu tərk etməsini, bundan sonra qısaqapanma olmasını və yanğın halının baş verməsini öyrənmişdir. Kəşfiyyat növbətçiliyinə ayrılarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yanğın təhlükəsizliyi, təhlükəsizlik qaydaları barədə təlimat verilmiş, kamera və avadanlıqlarla işləmə qaydaları çatdırılmışdır. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs akkumulyator batareyalarının güc saxlamadığını, həmin mövqeyə getdikdən sonra ona akkumulyator batareyalarının güc yığması üçün səhərədək qoşulu saxlamasının deyildiyini, buna görə akkumulyator batareyalarını elektrik şəbəkəsinə qoşulu qoyaraq kunqu tərk etdiyini demişdir. Həmin akkumulyator batareyalarının yeniləri ilə əvəz olunması ilə bağlı Ordu Komandanlığına məlumat verilmiş və Ordu Komandanlığı tərəfindən bununla bağlı şifariş verilmişdir. Akkumulyatorların yenisi ilə əvəzlənməsi yubadıldığından kəşfiyyat növbətçiliyinin aparılması üçün həmin batareyalar istifadə olunmuşdur. Düşmən mövqelərində olan hərəkətliliklər kameralar vasitəsi ilə izlənilmiş və toplanmış kəşfiyyat məlumatları hərbi hissənin X8 ötürülmüşdür. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gündüz saatlarında kameraların işləməsi üçün akkumulyator batareyalarını gecə qoşulu qoymuş, bunun yanğına səbəb olacağını düşünməmiş, bunu qəsdən etməmişdir. Onun ehtiyatsızlığından bu hadisə baş vermişdir. Hadisə yerində olarkən nə üçün yanğının söndürülməsinin həyata keçirilmədiyini soruşmuş, yanğının güclü olması, içəridə partlama təhlükəsi olan avadanlıqların olması, buna görə yanğına müdaxilə etməyin, kunqa daxil olaraq əmlakların çıxarılmasının mümkün olmaması deyilmişdir. Kunqun içərisində olan 9 ədəd akkumulyator batareyası, N ədəd “Aselsan PRC 966N” rabitə vasitəsi, N ədəd generator, N ədəd monitor, N ədəd elektrik tənzimləyici, N ədəd invektor, N ədəd qaz sobası, N ədəd çarpayı, N ədəd SWİCH, N ədəd kameranın aparatı, N ədəd hard disk, N ədəd İP telefon, həmin telefona aid N ədəd adaptor, N ədəd mause, elektrik kabeli, N ədəd elektrik yuvası, “CAT” kabeli, N ədəd “TPlink converter”, “CAT” kabelini bir-birinə birləşdirmək üçün N ədəd “U-link”, N ədəd sonluq qutu, N ədəd “Radiolink” adapteri, çarpayı, soba tamamilə yanaraq məhv olmuşdur. Həmçinin kunqun özü də yanaraq məhv olmuşdur. Həmin avadanlıqlar hərbi hissənin mühəndis xidmətinin, rabitə xidmətinin və mənzil-istismar hissəninin uçotunda olmuş, lakin həmin ərəfələrdə yerdəyişmələrlə bağlı təhvil-təslim yekunlaşmadığından kamera və avadanlıqların təhkim olunması aparılmamışdır. Həmin əmlaklardan çarpayının, akkumulyatorların və kunqun istifadə müddətləri bitdiyindən onlar hərbi əmlak kimi qeydiyyatda olmamış, onların məhv olmasına görə hərbi hissəyə ziyan dəyməmişdir. Sobanı kunqa MAHHXHQ baş çavuş Xəyal Hüseynov qoymuş, onun şəxsi əmlakı olmuş, onun da buna görə şikayəti olmamışdır. Qalan digər əmlaklar üzrə hərbi hissəyə ümumilikdə N85N0.6N manat məbləğində ziyan vurulmuşdur. 04 mart N0N5-ci il tarixdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs maddi ziyanın bir qismi olan, NN450 manat məbləğində pulu gətirib hərbi hissəyə ödənilməsi üçün vermiş, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi həmin məbləğdə pulu aparıb Azərbaycan Beynəlxalq Bankı vasitəsilə dövlət büdcəsinə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs maddi ziyanı kimi ödəmiş, sonrakı günlərdə də MAHHXHQ əsgər Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməmiş hissəsini də ödəmişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tərəfindən hərbi hissəyə vurulmuş ziyan olan N85N0.6N manat məbləğində pul tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs kimi hərbi hissənin ondan hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 03 aprel N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 3-cü manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edir. Xidmət yeri şərti adı “56-cı post” olan mövqedir. Şərti olaraq “56-cı post” adlanan mövqedə yataqxanadan kənarda, təpəlik ərazidə müşahidə kamerası quraşdırılmışdır. Həmin kameranın idarəetmə məntəqəsi isə yataqxanadan kənarda yerləşən metal üzlüklü kunqda quraşdırılmışdır. Kunqda manqanın əsgərləri monitor qarşısında oturub kamera görüntülərini izləmiş və düşmən tərəfdə hər hansı dəyişiklik, hərəkətlilik izləniləndə bu barədə XN növbətçisinə məlumat vermişlər. Əvvəllər radiotelefonçu olan əsgər Əhmədli Ziya kunqda xidmət etmiş, əsgər Əhmədli Ziya tərxis olunduqdan sonra ora kameralara baxmaq üçün ŞahidN ilə o təyin olunmuş və N0N4-cü ilin aprel ayından N0N4-cü ilin noyabr ayınadək olan müddətdə müşahidə kamerasında kəşfiyyat növbətçisi xidmətində olmuşlar. Kunqun içərisində monitor və digər avadanlıqlar, 8 ədəd invektora qoşulmuş və N ədəd ehtiyat akkumulyator batareyaları, elektrik tənzimləyicisi, elektrik generatoru, Aselsan 96-6N radiostansiyası, bundan başqa istiliyin təmin olunması üçün qaz sobası, bir ədəd çarpayı olmuşdur. Kameranı daimi elektrik enerjisi ilə kunqda olan İnvektor aparatına qoşulmuş 8 ədəd akkumulyator batareyaları təmin etmişdir. Həmin akkumulyator batareyaları daima elektrik şəbəkəsinə qoşulu olmuşdur. Akkumulyatorlar dolduqdan sonra qısa müddətə elektrik şəbəkəsindən ayrılmış, sonra yenidən şəbəkəyə qoşulmuşdur. Noyabr ayının NN-də kunqda xidmət aparmaq üçün hərbi hissənin kəşfiyyat bölüyündən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Yəhya İbrahimov gəlmişdir. Yeni gəldiklərindən onlara kamera ilə işləmə qaydalarını əsgər ŞahidN izah etmişdir. NN noyabr N0N4-cü il tarixdə də onlar xidmət aparıb saat N9:00-da xidmətləri yekunlaşdıqdan sonra yataqxanaya gəlmişlər. N3 noyabr N0N4-cü il tarixdə, saat 03:35-də müşahidə məntəqəsinin çölündə hava müşahidəsi apararkən kəskin yanıq iyi hiss etmiş, yanıq iyi kunqun yerləşdiyi yerdən gəlmişdir. Kunqun özü isə qarşısında torpaq val olduğundan müşahidədən görünməmişdir. Zəng edib bu barədə ayıq növbədə olan əsgər ŞahidN bildirmişdir. Müşahidədən baxaraq postun heyətinin kunqa tərəf qaçmasını görmüşdür. Döyüş növbətçiliyini yekunlaşdırıb kunqun yanına getmişdir. Yanğın çox güclü olduğundan yanğına müdaxilə edə bilməmişlər, bir saat sonra yanğın sönməyə başlayanda su töküb yanğını tam söndürmüşlər. Kunq içərisindəki bütün avadanlıqlarla birlikdə tamamilə yanaraq məhv olmuşdur. Hadisədən sonra hərbi prokurorluğun əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Bundan sonra yanğının qısaqapanma nəticəsində baş verdiyi deyilmişdir. Qısaqapanma da MAHHXHQ əsgər Təqsirləndirilən şəxs akkumulyatorları qoşulu qoyub getdiyindən baş vermişdir. Əvvəllər kunqda olan elektrik xətlərində və oradakı elektrik cihazlarında nasazlığın, kunqda qısa qapanma hallarının olmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, N0N4-cü ilin oktyabr ayından N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 3-cü manqasının xidmət etdiyi, şərti adı “56-cı post” olan mövqedə baş atıcı vəzifəsində xidmət edir. Həmin mövqeyə verilən vaxtdan mövqedə müşahidə kamerası olmasını görmüş, həmin kameranın idarəedici qurğuları yataqxanadan kənarda olan kunqun içərisində yerləşdirilmişdir. Müşahidə kamerası isə yataqxanadan kənarda təpəlik ərazidə quraşdırılmışdır. Kunq təpəlik ərazidə yerləşsə də ətrafı torpaq valla örtülü olduğundan vizual olaraq nə yataqxana ətrafından, nə də ki, döyüş növbətçiliyinin aparıldığı müşahidə məntəqəsindən görünməmişdir. Kunq müşahidə məntəqəsinin arxa tərəfində, postun ərazisində olmuşdur. Müşahidə kamerası ilə kəşfiyyat növbətçiliyi aparmışdır. Müşahidə kamerası ilə xidmət apararkən onlara təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları çatdırılmışdır. Yanğın təhlükəsizliyi ilə bağlı təlimatın bir nüsxəsi yataqxanada, bir nüsxəsi isə kunqda olmuşdur. Gündəlik saat 06:00-dan saat N9:00-dək həmin kamera ilə müşahidə aparılmışdır. Kunqda kameranı elektriklə təmin etməsi üçün akkumulyator batareyaları olmuş, 8 ədəd akkumulyator batareyaları invektora qoşulmuş, N ədədi isə ehtiyat olmuşdur. Kunqun içərisində əlavə olaraq telefon aparatı, monitor, mause, elektrik naqilləri, generator, Aselsan 96-6N rabitə vasitəsi, çarpayı, soba olmuşdur. Əsgər ŞahidN kamera ilə işləmə qaydalarını ona öyrətdikdən sonra bir-birilərini əvəz etməklə kunqda xidmət aparmağa başlamışlar. Həmin mövqedə müşahidə kamerası ilə müşahidəyə veriləndə akkumulyator batareyalarının soyuq vaxtlarda güc saxlamadığından kamera söndükdən sonra elektrik xəttinə qoşulmuş vəziyyətdə qalmasını, səhərədək güc yığmasını, səhər saat 06:00-da kameranı açan kimi ona elektrik gəlməsini və müşahidə aparılmasını görmüşdür. Akkumulyator batareyalarını soyuq vaxtlarda kameranı söndürdükdən sonra elektrik xəttindən ayıranda səhərə kimi onların enerjisi boşalmış və səhər kameranı işə salmaq mümkün olmamışdır. Onlara akkumulyator batareyalarını gecə səhərədək qoşulu saxlamaqla bağlı birbaşa tapşırıq verilməmişdir. NN noyabr N0N4-cü il tarixdə müşahidə kamerası ilə kəşfiyyat xidməti aparmaq üçün hərbi hissənin kəşfiyyat bölüyündən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Yəhya İbrahimov göndərilmiş, onlar mövqeyə gəldikdən sonra onlara kamera ilə işləmə qaydalarını izah etmişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kunqdan çıxarkən akkumulyator batareyalarını elektrik şəbəkəsindən ayırdığından NN noyabr N0N4-cü il tarixdə, səhər saat 06:00-da kameranı işə salmaq istəyəndə akkumulyatorlar boşaldığından kamera işə düşməmişdir. Əsgər Şahid4 gəlib bu barədə dedikdə bütün ətraf mövqelərə zəng edib sənaye işıqlarını söndürmələrini demiş, bundan bir müddət sonra akkumulyatorlar kifayət qədər enerji yığdıqdan sonra kamera işə düşmüşdür. Həmin gün MAHHXHQ əsgər Təqsirləndirilən şəxs bunun səbəbini soruşduqda ona “biz akkumulyatorları gecə elektrik şəbəkəsindən ayırmırdıq, çünki güc saxlamırlar, elə etməsən səhərə kameranı işə salmaq üçün kifayət qədər zaryadka olmayacaq” demişdir. Həmin gün MAHHXHQ əsgər Təqsirləndirilən şəxs saat N9:00-da xidmət yekunlaşdıqdan sonra kameranı söndürüb, akkumulyator batareyalarını elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qoyub yataqxanaya gəlmişdir. Həmin gün gecə 0N:00-dan saat 03:00-dək çöldə yataqxananın ətrafında patrulluq etmişdir. Saat 03:35-də müşahidədə döyüş növbətçiliyində olan əsgər ŞahidN kunqun olduğu istiqamətdən yanıq iyi gəldiyini hiss edib yataqxanaya zəng edib bildirmişdir. Dərhal çölə çıxıb kunq istiqamətində yarı yola qədər gedib kunq tərəfdən tüstü gəldiyini görmüş, geri qayıdıb bu barədə dərhal yataqxanada olan MAHHXHQ çavuş Şahid3 və MAHHXHQ əsgər Təqsirləndirilən şəxs bildirmişdir. Onlarla birlikdə kunqa doğru getmiş, kunqun yanına çatdıqda kunqun daxildən yandığını görmüş, alov çölə çıxmışdır. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ayağı ilə kunqun qapısını açanda alov çölə vurmuşdur. Kunqun içərisindəki yanğın güclü olduğundan ona yaxınlaşmaq mümkün olmamışdır. Orada qalmayıb məlumat vermək üçün aşağı düşmüş və bu barədə məlumat ötürmüşdür. Kunq içərisindəki avadanlıqlarla birlikdə təxminən bir saata yaxın vaxtda tamamilə yanaraq sönmüşdür. Kunqda olan avadanlıqlardan heç nə salamat qalmamışdır. Bundan sonra prokurorluq əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt yanğın qısaqapanmadan baş vermiş, ona səbəb akkumulyator batareyalarının elektrik şəbəkəsinə qoşulu olması olmuşdur. Kunqda olan elektrik xətlərində və oradakı elektrik cihazlarında nasazlığın, kunqda qısa qapanma hallarının olmasını, hadisədən əvvəlki günlərdə içəridə olan elektrik xəttlərində nasazlıq, xəttlərin izolasiyasının qopduğu, xəttlərin bir-birinə dəyərək sıradan çıxması hallarını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ çavuş Şahid3 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 0N noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 3-cü manqasının komandiri vəzifəsində, 05 noyabr N0N4-cü il tarixdən şərti olaraq “56-cı post” adlanan mövqedə mövqe başçısı kimi xidmət edir. Mövqedə 7 nəfər əsgər xidmət edir, onlar döyüş növbətçiliyi, ayıq növbə və patrul xidmətinə təyin olunurlar. Şərti adı “56-cı post” olan mövqe düşmənlə təmas xəttində, döyüş şəraitində yerləşir. Şərti adı “56-cı post” olan mövqedə post başçısı təyin olunan zaman mövqedə həmçinin kəşfiyyat növbətçiliyinin də aparıldığını görmüş, həmin mövqedə yataqxanadan təxminən N00 metr aralıda, təpəlik ərazidə müşahidə kamerası qoyulmuş, həmin kamera gündüzgörmə üçün nəzərdə tutulmuşdur. Müşahidə kamerasının idarəetmə məntəqəsi isə mövqenin yataqxanasından aralıda, kameranın yaxınlığında olan kunqda quraşdırılmışdır. Kunqun ətrafı torpaqla çəpərləndiyindən yataqxanadan, müşahidə məntəqəsindən baxıldıqda görünməmişdir. Kunqda kəşfiyyat məlumatlarının toplanılması xidmətinə əsgərlər, baş atıcı ŞahidN və pulemyot manqasının əsgəri Abbas Abbaslı təyin olunmuşlar. Onlar gündəlik olaraq saat 06:00-dan saat N9:00-dək kunqda xidmət aparmış, müşahidə kamerası ilə düşmən mövqelərini və əraziləri müşahidə edib, məlumat toplayıb, sonra həmin məlumatı hərbi hissənin X8 ötürmüşlər. Kunqda elektrik içəridə olan akkumulyator batareyaları vasitəsilə təmin edilmiş, mövqeyə gələn sənaye xəttinin gücü aşağı olduğundan kameranı və avadanlıqları normal elektriklə təmin etməsi, kameranı işləməsi üçün kunqa akkumulyator batareyaları qoyulmuşdur. Akkumulyator batareyaları yaxşı güc saxlamamış, istifadə müddətləri keçmiş, bununla bağlı hərbi hissə komandanlığından şifariş verilmiş, lakin yeni akkumulyator batareyalarının verilməsi yubanmış, bu səbəbdən onlar istifadə edilmiş, buna görə də kamera ilə xidmət bitsə də akkumulyator batareyaları elektrik şəbəkəsinə qoşulu saxlanılmışdır. Akkumulyatorları gecə ərzində qoşulu qoymadıqda səhər elektrik enerjisi zəif olduğundan kameranı işə salmaq mümkün olmurmuş. Kunqda olan avadanlıqlardan, müşahidə kamerasından anlayışı olmamış, onların necə idarə olunmasını, avadanlıqların necə söndürülüb yandırılmasını bilməmişdir. Əsgərlər ŞahidN və ŞahidN lazımi qaydada nəzarəti və xidməti təşkil etmiş, heç vaxt da problem olmamışdır. Lakin sonradan ştat dəyişikliyi ilə əlaqədar olaraq mövqedə şəxsi heyətdə say azlığı olduğundan hərbi hissə komandanlığı tərəfindən müşahidə kamerası ilə xidmət aparması üçün hərbi hissənin kəşfiyyat bölüyündən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 göndərilmişlər. Onlar NN noyabr N0N4-cü il tarixdə mövqeyə gəlib xidmət aparmağa başlamışlar. NN noyabr N0N4-cü il tarixdə, saat 06:00-da MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət yerinə getmiş, bir qədər sonra kunqda kameranın açılmaması, akkumulyatorların gücünün olmaması barədə məlumat verilmişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs səbəbini soruşduqda “mənim kameradan, onun istifadəsindən başım çıxmır, get əsgər ŞahidN, ya da A.Abbaslıdan soruş, onlar bilirlər” demişdir. Saat N radələrində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kameranı söndürüb yataqxanaya gəlmişdir. Həmin vaxt MAHHXHQ əsgər Şahid8 kunqa gedən qaz xəttini yeməkxanadan bağlamışdır. Saat NN radələrində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gedib yatmışdır. N3 noyabr N0N4-cü il tarixdə, saat 03:35 radələrində yataqxanada olan zaman döyüş növbətçiliyi xidmətində olan əsgər A.Abbaslı daxili telefonla məlumat verərək kunq tərəfdən yanıq iyi, tüstü gəlməsini demiş, rabitədə olan əsgər ŞahidN bu barədə məlumat vermişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs oyadıb, şəxsi heyətin tam hazır olmasını bildirmiş, dərhal kunq istiqamətinə getmişdir. Arxasınca MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gəlmiş, kunqun yanına çatan zaman kunqun içəridən yanmasını görmüşdür. Həmin vaxt kunqun qapısı örtülü olmuş, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs təpiklə vurub qapını açmışdır. İçəridə güclü yanğın olmasını görmüş, içəridə akkumulyator batareyaları, generator olmuş, onların partlama təhlükəsi olduğundan, həm də içəridəki yanğın güclü olduğundan orada olan şəxsi heyətə yaxına getməmələrini tapşırmışdır. Yanğın kunq ətrafını əhatə etmiş və yanmağa davam etmişdir. Şəxsi heyət yanğını söndürmək üçün su gətirmiş, kənarda durub yanğının səngiməsini gözləmiş, yanğın zəiflədikdən sonra onu qar və su ilə söndürmüşlər. Bu barədə tabor komandanlığına və hərbi hissə komandanlığına məlumat verilmişdir. Bir qədər sonra hərbi hissədən və hərbi prokurorluqdan gəlmişlər. Əlavə olaraq yanğın üzrə mütəxəssis də gəlmişdir. Yanğın yerinə baxış keçirilmiş, həmin vaxt yanğının qısaqapanma nəticəsində baş verdiyi deyilmiş, qısaqapanma MAHHXHQ əsgər Təqsirləndirilən şəxs akkumulyator batareyalarını qoşulu qoyması səbəbindən yaranmışdır. Mövqe başçısı təyin olunduğu müddətdən hadisə baş verən müddətədək olan vaxtlarda kunq daxilində və kunqa gələn elektrik xəttlərində nasazlıq olmamışdır. Yanğın zamanı kunq, 9 ədəd akkumulyator, çarpayı, generator, PRC 96-6N markalı radiostansiya, invektor və kameranın idarəetmə avadanlıqları yanıb məhv olmuşdur. Kunq mövqe ərazisi daxilində olmuş, əlavə mühafizəyə ehtiyac olmamışdır. Kunqda yanğın təhlükəsizliyi ilə bağlı təlimat olmuşdur. Həmin təlimatda elektrik cihazlarının şəbəkəyə taxılı vəziyyətdə nəzarətsiz qoyulmasının qadağan olunması da qeyd olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid7 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 05 noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Şərti adı “56-cı post” olan mövqe bölük mərkəzidir. Həmin mövqedə post başçısı MAHHXHQ çavuş Şahid3dur. Həmin mövqedə bölüyün 3-cü taqımının 3-cü manqası xidmət aparır. Həmin mövqe düşmənlə təmas xəttində, döyüş şəraitində yerləşir. Şərti adları “56-cı post” və “NN-ci post” olan mövqelərdə kəşfiyyat müşahidəsi aparılması üçün müşahidə kameraları quraşdırılmışdır. Şərti adı “56-cı post” olan mövqedəki müşahidə kamerasının avadanlıqları yataqxanadan təxminən N00 metr aralıda olan xüsusi kunqda yerləşdirilmişdir. Həmin kamera və avadanlıqlar XN3 Komandanlığı tərəfindən quraşdırılmış və istifadəsi bölüyə, mövqenin şəxsi heyətinə həvalə edilmiş, nəzarəti də post başçısı həyata keçirmişdir. NN noyabr N0N4-cü il tarixədək həmin mövqedə olan müşahidə kamerasına mövqedə xidmət edən əsgərlər ŞahidN ilə ŞahidN nəzarət etmişlər. Akkumulyator batareyaları güc saxlamadığı üçün gecə səhərədək qoşulu saxlanılmış, gecə qoşulu olmadıqda səhər kameranı işlədəcək gücü olmamışdır. Həmin mövqeyə gələn sənaye xəttində də güc aşağı olmuş, normal NN0 volt elektrik gəlməmişdir. Bölüyü təhvil alanda şərti adı “56-cı post” olan mövqenin əvvəlki mövqe başçısı MAHHXHQ çavuş X.Hüseynov ona “kunqda olan elektrik batareyalarını gecə zaryadkada qoyub aşağı düşürük ki, səhərə akkumulyatorlar dolu olsun” demişdir. Lakin buna baxmayaraq nəzarət etdiklərini, küləkli havada, elektrik xəttlərində oynama olduqda gedib xətti ayırdıqlarını demişdir. Təhvil-təslimdən sonra da akkumulyator batareyaları güc saxlamadığı üçün kameralar söndürüldükdən sonra növbəti gün üçün güc yığsın deyə elektrik enerjisinə qoşulu olaraq saxlanılmışdır. Lakin heyət tərəfindən həmin vaxt kunqa gedilib buna nəzarət edilmiş, əlavə olaraq elektrik xəttində oynama olduqda yataqxanada bilinmiş, həmin vaxt da gedib kunqa baxılmışdır. NN noyabr N0N4-cü il tarixdə hərbi hissə komandiri polkovnik-leytenant Elvin Şikarovun əmrinə əsasən şərti adı “56-cı post” olan mövqeyə müşahidə kamerasından kəşfiyyat məlumatlarının toplanılması üçün kəşfiyyat bölüyündən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 təyin olunmuşlar. N3 noyabr N0N4-cü il tarixdə, gecə saat 03:57-də şərti adı “56-cı post” olan mövqenin böyüyü, manqa komandiri MAHHXHQ çavuş Şahid3 şərti adı “Məktəb” olan mövqeyə zəng edib şərti adı “56-cı post” olan mövqedəki müşahidə kamerasının avadanlıqlarının olduğu kunqun yanması barədə məlumat vermiş, MAHHXHQ çavuş Şahid3la danışıb şəxsi heyətin vəziyyəti və dəymiş ziyan barəsində soruşmuş, MAHHXHQ çavuş Şahid3 şəxsi heyətə heç nə olmadığını, hamının yaxşı olduğunu, lakin kunqun yanmasını, içərisində olan avadanlıqlardan heç birini çıxara bilmədiklərini bildirmişdir. Yanğının söndürülməsi üçün tədbir görmələrini demiş, lakin MAHHXHQ çavuş Şahid3 ona yanğının sürətli olduğunu, içəridə generator və partlama təhlükəsi olan avadanlıqların olduğunu, buna görə içəri daxil olmağın təhlükəli olduğunu demişdir. Buna görə şəxsi heyəti təhlükəyə atacaq hallara yol verməmələrini bildirmişdir. Sonra hadisə barədə tabor komandanlığına məruzə etmişdir. Saat təxminən 07:30-da həmin mövqeyə getmişdir. Çatanda yanğının tam söndüyünü, lakin yanğın nəticəsində kunq və içərisində olan bütün avadanlıqların tamamilə yandığını görmüşdür. Sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlib baxış keçirmiş, həmin vaxt yanğınla bağlı xüsusi mütəxəssis gəlmiş, həmin vaxt yanğının qısaqapanma nəticəsində baş verməsini, akkumulyator batareyalarını MAHHXHQ əsgər Təqsirləndirilən şəxs elektrik xəttinə güc yığması üçün qoşulu qoymasını, sonra qısaqapanma olmasını və yanğın baş verməsini öyrənmişdir. Yanğından əvvəl kunqun içərisində olan əşya-əmlakın hamısı tamamilə yanaraq məhv olmuşlar. Kunqun özü də yanaraq məhv olmuşdur. Təhvil-təslim zamanı kunqa ötürülən elektrik naqillərində, orada olan elektrik cihazlarında hər hansı nasazlıq aşkarlamamışdır. Radiostansiyanın kunqa qoyulma zərurəti yataqxana və onun ətrafındakı qapalı yerlərdə şəbəkə olmadığından stansiya ilə əlaqə yaratmaq mümkün olmadığından yaranmış, radiostansiyanın şəbəkəsi qapalı yer kimi mövqedən yüksəklikdə yerləşən kameranın kunqunda və onun ətrafında olduğundan radiostansiya kunqa qoyulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid5 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, N9 iyul N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin kəşfiyyat bölməsinin məlumatların toplanılması və təhlili qrupunun rəisi – bölmə rəisinin köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. Əvvəllər mövqelərdə kameralarla müşahidəyə mövqelərin daimi heyəti nəzarət etmişdir. Sonradan yuxarı komandanlıq tərəfindən verilmiş tapşırığa əsasən bəzi mövqelərdə müşahidə kameraları ilə aparılan döyüş növbətçiliyinə hərbi hissənin kəşfiyyat bölüyündən heyət ayrılmışdır. Bununla bağlı hərbi hissə komandiri tərəfindən əmr verilmişdir. Əmrə əsasən şərti adları “Əjdəkan”, “Ucubiz”, “Axsal-3” və “56-cı post” olan mövqelərə heyət ayrılmışdır. Ayrılmış heyətə ilk olaraq hərbi hissədə kameraların istifadə qaydaları ilə bağlı dərs keçirilmiş, dərs keçirildikdən sonra şəxsi heyətə müşahidə kameraları və cihazlarla işləmək qaydaları, istifadə və istismarları ilə bağlı təlimatlar verilmiş, onlara mövqelərin yerləri və qarşıda duran düşmən mövqeləri haqqında məlumat verilmişdir. Şərti adı “56-cı post” olan mövqedə kəşfiyyat növbətçiliyinə hərbi hissənin kəşfiyyat bölüyünün pilotsuz uçuş aparatları taqımının baş heyət nəfəri vəzifəsində xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün pilotsuz uçuş aparatları taqımının N-ci pilotsuz uçuş aparatları qrupunun heyət nəfəri əsgər Şahid4 təyin edilmişlər. Ayrılmış şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılmış, ümumi təhlükəsizlik təlimatı barədə məlumat verərək kamera qarşısında müşahidə aparılmadıqda kameraların və elektrik cihazlarının bütün hissələri ilə birlikdə elektrik şəbəkəsindən ayrılmaları bildirilmişdir. Kameraların quraşdırıldığı mövqelərdə, şərti olaraq “56-cı post” adlanan mövqedə də elektrik avadanlıqları ilə davranma ilə bağlı təlimatlar yerləşdirilmişdir. NN noyabr N0N4-cü il tarixdə ayrılan şəxsi heyətdən şərti olaraq “56-cı post” adlanan mövqeyə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 aparmışdır. Şərti olaraq “56-cı post” adlanan mövqeyə çatdıqda sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 mövqedə quraşdırılmış kamera təqdim edilmiş, müşahidə kamerası yataqxanadan aralıda olduğundan onun idarə olunması xüsusi kunqdan aparılmış, kamera avadanlıqları və cihazlar kunqa yerləşdirilmişdir. Müşahidə kameraları ilə bağlı döyüş növbətçiliyi gecə müşahidə aparılması mümkün olmadığı üçün bir qayda olaraq saat N radələrindən axşam saat N9 radələrinədək aparılmışdır.. Kunqa daxil olaraq içəri nəzarət etmiş, kunqda müşahidə kamerasını izləmək üçün avadanlıqlar, onları elektrik enerjisi ilə təmin etmək üçün elektrik xətti, akkumulyator batareyaları, elektrik generatoru olmuşdur. Kunqda həmçinin qızınmaq üçün qaz sobası, istirahət etmək üçün çarpayı olmuşdur. Mövqedə kəşfiyyat növbətçiliyi üçün ayrılmış heyəti təlimatlandırıb şərti olaraq “Zirvə” adlanan mövqeyə, daha sonra isə hərbi hissəyə qayıtmışdır. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kamera ilə bağlı hər hansı bir kurs keçməmiş, Təqsirləndirilən şəxs posta qalxan günü akkumulyator gecə qoşulu qalmayanda səhər kameralar işə düşməməsini ona demiş, o da 56-cı mövqedə akkumulyator gecə elektrik cəryanından ayrıldığı təqdirdə elektrik saxlamaması ilə bağlı Ordunun DİM-nə, hərbi hissə komandirinə, qərargah rəisinə demiş, məruzə etdikdən sonra ehtiyyatlı olmaları, nəzarətdə saxlanılması barədə tapşırıq almışdır.N3 noyabr N0N4-cü il tarixdə, saat N radələrində hərbi hissədə toplanış komandası verilmiş, həmin vaxt şərti olaraq “56-cı post” adlanan mövqedəki kunqun içərisində olan əmlaklarla birlikdə yanmasını bilmişdir. Mövqeyə zəng edib MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla danışmış və hadisə haqqında ilkin məlumat toplamış, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ona əvvəlki gün saat N radələrində hərbi hissənin qərargahına məruzə edib kameranı söndürməsini, qazı bağlamasını, lakin akkumulyatorları güc yığması üçün eletrik şəbəkəsinə qoşulu saxlamasını, səhər kameranı işə salmaq üçün akkumulyatorların səhərədək qoşulu qalmalı olmasını, buna görə akkumulyatorları şəbəkədən ayırmadığını bildirmişdir. Sonradan yanğının qısaqapanma nəticəsində baş verməsini öyrənmişdir. Hadisə zamanı kunqla bərabər N ədəd rabitə vasitəsi, N ədəd monitor, N ədəd mouse, N ədəd invektor, 9 ədəd akkumulyator, generator və digər adlarını bilmədiyi avadanlıqlar yanıb tamamilə məhv olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid8 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, NN oktyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün pulemyot manqasının komandiri vəzifəsində xidmət edir. Xidmət yeri şərti olaraq “56-cı post” adlanan mövqedir. Həmin mövqenin başçısı MAHHXHQ çavuş Şahid3dur. Bölük komandiri baş leytenant Şahid7dur. Şərti olaraq “56-cı post” adlanan mövqedə yataqxanadan aralıda gündüzgörmə müşahidə kamerası quraşdırılmış və həmin kameranı izləmək üçün istifadə olunan avadanlıqlar isə kameranın yaxınlığında olan kunqa yerləşdirilmişdir. Yataqxanada şəbəkə olmadığına, lakin kunqda şəbəkə çəkdiyinə görə ehtiyac olduqda rabitə əlaqəsi saxlanılması üçün bölüyə aid “PRC-966N” rabitə dəsti də kunqa qoyulmuşdur. Əvvəllər həmin kameraya əsgər ŞahidN və pulemyot manqasının əsgəri ŞahidN nəzarət etmişlər. Onlar bir-birini növbəli şəkildə səhər saat 06:00-dan axşam saat N9:00-dək əvəz etməklə kunqda xidmət aparmışlar. Axşam saat N9:00-da kameranı söndürüb yataqxanaya qayıtmışlar. Kameranı söndürsələr də, orada olan akkumulyatorlar gecə güc yığması üçün eletrik şəbəkəsinə qoşulu qalmışdır. NN noyabr N0N4-cü il tarixdə həmin kunqda kameranı izləmək üçün hərbi hissənin kəşfiyyat bölüyündən heyət təyin olunmuş, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 gələrək həmin xidmətə çıxmışlar. NN noyabr N0N4-cü il tarixdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs orada əsgər Şahid4 ilə birlikdə xidmət aparıb saat N9:00-da yataqxanaya qayıtmışdır. N3 noyabr N0N4-cü il tarixdə, saat 03:35-də əsgərlər onu yuxudan oyadıb müşahidədən kunqun yanması barədə məlumat verilməsini demişlər. Kunqun yanına çatdıqda kunqun içərisində yanğın olmasını, kunqun qapısının aralı olmasını görmüşdür. Yanğın güclü olduğundan kunqa yaxınlaşa bilməmişlər, həmçinin kunqda generator və akkumulyator batareyaları olduğundan partlayış olmasından ehtiyat edib kunqdan aralıda durmuşlar. Yanğın bir az səngidikdən sonra yanğının üzərinə su və qar ataraq söndürmüşlər. Lakin kunq içərisindəki avadanlıqlarla birlikdə tamamilə yanıb məhv olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 05 oktyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatlar taqımının N-ci pilotsuz uçuş aparatları qrupunda heyət nəfəri vəzifəsində xidmət edir. N0 noyabr N0N4-cü il tarixdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla birlikdə müşahidə kameralarına baxmağa təyin edilmişdir. Kapitan Şahid5 tərəfindən onlara təlimat verilmiş, onlara X7 kamera ilə işləmə qaydaları öyrədilmişdir. NN noyabr N0N4-cü il tarixdə kapitan Şahid5 ilə birlikdə şərti olaraq “56-cı post” adlanan mövqeyə getmişlər. Saat N6-N7 radələrində həmin mövqeyə çatmışlar. Mövqeyin yataxanasından təxminən N00 metr kənarda təpəlik ərazidə kunq yerləşdirilmişdir. Kunqdan təxminən N00 metr irəlidə qayanın üzərində müşahidə kamerası quraşdırılmış və həmin kunqda isə kamera ilə müşahidə aparmaq üçün avadanlıqlar qoyulmuşdur. Kunqda monitor qarşısında oturub kamera görüntülərini izləyib zərurət olduqda hərbi hissədə olan X8 müşahidə zamanı aşkar olunan halla bağlı məruzə etmişlər. Post böyüyü MAHHXHQ çavuş Şahid3 “mənim kameradan başım çıxmır, kameranı burada əsgərlər bilirlər” demişdir. Baş atıcı əsgər ŞahidN onlarla kunqa gedib kamera ilə işləmək qaydalarını izah etmişdir. NN noyabr N0N4-cü il tarixdə, saat N8:50-də MAHHXHQ əsgər Təqsirləndirilən şəxs X8 məruzə etdikdən sonra kameranı söndürmüş, daha sonra kunqa girən elektrik xəttini paylayıcıdan ayırmış, qaz sobasını söndürmüşdür. Paylayıcıda hər hansı nasazlıq olmamış, onu yuxarı qaldırdıqda kunqa sənaye elektriki gəlmiş, aşağı endirdikdə generatordan elektrik axımı gəlmiş, ortada saxladıqda isə kunqa gələn elektrik kəsilmiş, heç bir avadanlığa güc getməmişdir. NN noyabr N0N4-cü il tarixdə, saat N radələrində kunqa getmişlər. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kunqa daxil olan elektrik xəttini paylayıcıdan qoşmuş, kameranın işlətmə düyməsini basdıqda kameranın monitoru açılmış, lakin 5-N0 dəqiqə işlədikdən sonra monitor yanıb sönməyə başlamışdır. Kunqdan çıxıb əsgər ŞahidN səsləmiş, gəldikdə ona “monitor yanıb sönür, nə edək?” demiş, o, baxıb “gecə akkumulyatorları tokdan ayırmısız, akkumulyatorlar yığmayıb, tok da zəif olduğundan kamera işə düşmür” demişdir. Həmin gün saat N radələrində kameranı MAHHXHQ əsgər Təqsirləndirilən şəxs söndürmüş, qaz sobasını bağlamış, səhərə akkumulyatorlar dolu qalsın deyə elektrik cərəyanını paylayıcıdan ayırmamış, akkumulyatorlar güc yığması üçün şəbəkəyə qoşulu qalmışlar. Bundan sonra kunqun qapısını örtüb yataqxanaya getmişlər. Akkumulyator batareyalarının güc saxlamadığı üçün elektrik xəttinə qoşulu saxlanılması ilə bağlı onlara kimsə tərəfindən göstəriş verilməmişdir. Kunqdan sonuncu dəfə MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla birlikdə çıxmış, onlardan sonra kunqa gedən olmamışdır. Gecə saat təxminən 03:30 radələrində əsgər ŞahidN “qalx” komandası verib kunq tərəfdən iy gəlməsini, tüstü qalxmasını, kunqun yanmasını bildirmişdir. Qabaqda MAHHXHQ çavuş Şahid3la MAHHXHQ əsgər Təqsirləndirilən şəxs getmişlər, digər əsgərlərlə birlikdə su qablarında su götürüb kunqun yanına getmişlər. Həmin vaxt kunq güclü yanmış, içərisində generator və akkumulyatorlar olduğundan MAHHXHQ çavuş Şahid3 “generator partlaya bilər, heç kəs yaxın durmasın” demişdir. Hamı kənara çəkilmiş, yanğına müdaxilə edə bilməmişlər. Kunq yanıb qurtarana yaxın onun üzərinə su və qar tökmüşlər. Yanğın nəticəsində kunqun özü və içərisində olan bütün avadanlıqlar və əşyalar tamamilə yanmışdır. Yanğın barədə MAHHXHQ çavuş Şahid3 müvafiq şəxslərə məlumat vermişdir. Daha sonra mövqeyə prokurorluq əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş, yanğının qısaqapanma nəticəsində baş verməsi deyilmişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs akkumulyator batareyalarını qoşulu qoymuş, qısaqapanma da bundan sonra olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid9 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki,NN noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin mənzil-istismarı hissəsinin rəisi vəzifəsində xidmət edir. Mənzil-istismar hissə rəisinin vəzifəsi hərbi hissənin elektrik xətlərinin, su, qaz, kanalizasiya xətlərinin düzgün istismarı, çəkilməsi, bərpası, təmiri işlərinin aparılmasından, yaşayış binalarına, əsgər yataqxanalarına, digər tikililərə nəzarət etməkdən, binalarının sazlığına, avadanlıqlarının varlığına, hərbi hissədə aparılan təmirtikinti işlərinə, bina və qurğuların, istilik sistemlərinin, qazanxanaların işlənməsinə nəzarət etməkdən ibarətdir. Hərbi hissənin bəzi ön xətt mövqelərinə rabitə xidmətinə aid müşahidə kameraları yerləşdirilmişdir. Həmin müşahidə kameralarından biri də şərti olaraq “56-cı post” adlanan mövqedə quraşdırılmışdır. Həmin mövqedə müşahidə kamerasını izləmək üçün avadanlıqlar yataqxanadan aralıda xüsusi kunqda quraşdırılmışdır. N3 noyabr N0N4cü il tarixdə hərbi hissədə olarkən həmin mövqedə sözügedən kunqda yanğın hadisəsi baş verməsini, yanğın nəticəsində kunq daxil olmaqla kunqun içərisində olan bütün əşyaəmlakın yanaraq məhv olmasını eşitmişdir. Kunqun içərisində mənzil-istismar xidmətinə aid çarpayı, akkumulyator batareyaları və invektor yanaraq məhv olmuşdur. Akkumulyator batareyalarının və çarpayının istismar müddəti bitmişdir. XN hədiyə kimi verilmiş, bölüyə təhkim olunmamış, həmin akkumulyatorların sənədləşməsi olmamışdır. Həmin akkumulyatorların yenisi ilə əvəz olunması üçün X9 mənzil-istismar idarəsinə sifariş verilmiş, onlar da təmin olunması üçün Müdafiə Nazirliyinə sifariş vermişlər. Sifarişin təmin olunması yubanmışdır. Buna görə də yenisi gəlmədiyindən həmin akkumulyator batareyaları istifadə edilmişdir. Akkumulyatorların dəyişilməsi barədə əvvəlki mənzil istismar xidmət rəisi N0-cu ayda sifariş vermiş, sifariş yazılı yox şifahi verilmiş, yazılı sifariş N5 yanvar N0N5-ci ildə özü vermiş, kamera birbaşa sənaye üsulu ilə gələn elektrik ilə işləyə bilməmiş, akkumulyator olmadan sənaye üsulu ilə gələn elektirikin kameranı işlətməyə gücü çatmamışdır. Akkumulyator batareyaları güc saxlamamış, buna görə daimi olaraq elektrik enerjisinə qoşulu vəziyyətdə saxlanılmışdır. Yanğın akkumulyatorların elektrik xəttinə qoşulu qoyulub sonra nəzarətsiz saxlanılması nəticəsində yaranmış qısaqapanmadan olmuşdur. Akkumulyator batareyalarını MAHHXHQ əsgər Təqsirləndirilən şəxs elektrik xəttinə qoşub yataqxanaya getmiş, həmin gecə də yanğın hadisəsi baş vermişdir. Hadisə baş verəndən sonra mövqedə yenidən kameralar quraşdırılmış, şərti olaraq “56-cı post” adlanan mövqeyə akkumulyatorlar verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan ŞahidN0 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, N3 noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin rabitə bölməsinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. N3 noyabr N0N4-cü il tarixdə hərbi hissə komandiri polkovnik-leytenant Elvin Şikarov zəng edərək şərti adı “56-cı post” olan mövqedə düşmən mövqelərini müşahidə edən kamera avadanlıqlarının olduğu kunqun yanmasını deyərək kunqun içərisində olan rabitə vasitələrinin vəziyyətini aydınlaşdırmaq üçün hadisə yerinə getməsini tapşırmışdır. Həmin mövqedə gündüz görmə müşahidə kamerası və “NN-ci” mövqedə quraşdırılan gündüz görmə müşahidə kamerasından məlumatların ötürülməsi və qəbul edilməsi üçün “Radiolink” cihazı yerləşdirilmişdir. Həmin kameraları izləmək və idarəetmək üçün şərti olaraq “56-cı post” adlanan mövqedə kameranın yaxınlığında kunq qoyulmuş, kunqun içərisinə müxtəlif avandanlıqlar yerləşdirilmişdir. Hadisə yerinə getdikdə kunqun içərisində olan bütün avadanlıqlarla birlikdə tamamilə yanıb məhv olmasını görmüşdür. Həmin kunqda saat 06:00-dan saat N8:30-dək monitor qarşısında müşahidə aparılmışdır. Hadisə yerində olarkən yanğından qabaq kunqda müşahidə aparan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əvvəlki gün saat N8:30 radələrində kameranı söndürdüyünü, lakin kunqda olan akkumulyator batareyalarını elektrik cərəyanından ayırmadığını öyrənmişdir. Akkumulyator batareyalarını da növbəti günədək dolmaları üçün ayırmamış və MAHHXHQ əsgər Təqsirləndirilən şəxs kameranı söndürdükdən sonra oradan çıxıb əsgər yataqxanasına gəlmişdir. Həmin gün gecə saat 04 radələrində müşahidə sektorunda döyüş növbətçiliyi aparan əsgərlər kunq tərəfdən tüstü qalxdığını görüb və yanıq iyini hiss edib yataqxanaya məlumat vermişlər, şəxsi heyət kunqun yanına getdikləri zaman artıq kunqun alışıb yandığını görmüşlər, alov güclü olduğundan yanğına müdaxilə edə bilməmiş və kunq içərisində olan avadanlıqlarla birlikdə tamamilə yanmışdır. Hadisədən sonra yanğına səbəbin elektrik xətlərində yaranan qısaqapanma olmasını öyrənmişdir. Qısaqapanma elektrik xətlərinin qoşulu olmasından yaranmış, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs akkumulyator batareyalarını növbəti günə dolmaları üçün elektrik şəbəkəsinə qoşulu saxlayıb kunqu tərk etmiş, bundan sonra kunqda elektrik avadanlıqları qoşulu vəziyyətdə nəzarətsiz qalmışdır. Elektrik avandanlıqlarının nəzarətsiz halda qoşulu vəziyyətdə saxlanılması təhlükəsizlik qaydalarının pozulmasıdır. Yanğından əvvəl kunqun içərisində N ədəd “PRC 966N” rabitə dəsti, N ədəd aqreqat (generator), 9 ədəd akkumulyator batareyası, müşahidə kamerasını izləmək üçün N ədəd monitor, N ədəd elektrik tənzimləyici, N ədəd invektor, N ədəd qaz sobası, N ədəd çarpayı, N ədəd 5 bortlu SWİCH, N ədəd “Dahua NVR” markalı müşahidə kamerasının aparatı, onun içərisində olan N ədəd yaddaş qurğusu olan N tb-lıq hard disk, N ədəd “Grandstrem” markalı İP telefon, həmin telefona aid N ədəd adaptor, manitoru idarə etmək üçün N ədəd mause, elektrik kabeli, 6 gözlü elektrik yuvası, 5 metrlik “CAT” kabeli, N ədəd “TP-link converter”, “CAT” kabelini bir-birinə birləşdirmək üçün N ədəd “U-link”, N ədəd sonluq qutu və N ədəd “Radiolink” adapteri olmuş və yanğın nəticəsində həmin avadanlıqlar tamamilə yanaraq məhv olmuşdular. Həmçinin kunq da tamamilə yanıb yararsız hala düşmüşdür. Rabitə vasitəsi də mövqedə radioəlaqə yaratmaq üçün şəbəkə təkcə kunqda tutduğundan oraya qoyulmuşdur. Radiostansiyaların saxlanma yeri qapalı şəraitdə olmalıdır, açıq hava şəraitində saxlanılmamalıdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid6 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, NN dekabr N0N8-ci il tarixdən X9 Maddi-Texniki Təminat İdarəsinin Metrologiya xidmətinin rəisi vəzifəsində xidmət edir. N9 may N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin Şərur rayonu, Havuş kəndi istiqamətində yerləşən, şərti adı “56-cı post” olan mövqeyində müşahidə kamerası quraşdırılmışdır. Müşahidə kamerası düşmən mövqelərini ətraflı və tam olaraq müşahidə etmək üçün yataqxanadan aralıda quraşdırılmışdır. Həmin müşahidə kamerası üçün nəzərdə tutulmuş yerdən yataqxanaya qədər olan məsafə çox olduğundan kameranı idarə etmək üçün avadanlıqların yataqxanaya qoyulması səmərəsiz olmuşdur. Çünki kameradan gələn “Cat-6” (görüntü) kabeli NN0 metrdən çox məsafə olduqda görüntü siqnallarını ötürmür. Buna görə avadanlıqların kameranın yaxınlığında quraşdırılması şərt olduğundan həmin əraziyə xüsusi kunq qoyulmuş və bütün avadanlıqlar kunqun içərisində quraşdırılmışdır. Həmin kunq N0N5-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən silinmiş əmlak olaraq XN0 istifadə olunması üçün göndərilmişdir. Kunqda elektrik xətti mövqeyə gələn NN0 voltluq sənaye elektik xəttindən çəkilmişdir. Kunqda İP telefon aparatı, SWİCH paylayıcı, görüntü monitoru və sair rabitə avadanlıqları qoyulmuşdur. Eyni zamanda daimi elektrik energisi ilə avadanlıqları təmin etmək üçün kunqa 8 ədəd akkumulyator batareyaları qoyulmuş və İnvektor (çevirici) vasitəsi ilə akkumulyatorlara yığılan 48 voltluq energi NN0 volta çevirilib avadanlıqlara ötürülmüşdür. N ədəd akkumulyator batareyası isə ehtiyat üçün qoyulmuşdur. Avadanlıqlar quraşdırıldıqdan sonra orada daimi müşahidə aparılaraq kamera görüntüləri izlənilib və optik kabellə görüntülər X4 ötürülmüşdür. Həmin avadanlıqlar quraşdırıldıqdan sonra bir neçə dəfə oraya yoxlama məqsədilə getmiş, yoxlamalar zamanı hər hansı problemin olmasını müşahidə etməmiş, bu barədə ona heç nə bildirilməmişdir. Müşahidə kameralarının yanında istifadə təlimatları qoyulmuşdur. Təlimatlarda qeyd olunan vacib məqəmlar avadanlıqların qoşulduğu elektrik yuvalarına əlavə cihazların qoşulmamasından, avadanlıqların şəbəkəyə qoşulduğu halda nəzarətsiz saxlanılmamasından, yuxarı qərargahın göstərişi olmadan təmirə aparılmamasından, digərləri ilə əvəz olunmamasından ibarət olmuşdur. Kameralarla işləyən heyətə həmin təlimatın tələbləri çatdırılmışdır. N3 noyabr N0N4-cü il tarixdə şərti adı “56-cı post” olan mövqedə kunqda qısaqapanma nəticəsində yanğın baş verməsini, yanğın zamanı kunq və bütün avadanlıqların yanmasını eşitmişdir. Hadisədən sonra kameraya baxan şəxsin gecə akkumulyator batareyalarını güc yığması üçün şəbəkəyə qoşub sonra kunqdan çıxıb getməsini, oranı nəzarətsiz qoymasını eşitmişdir. Hadisə zamanı kunq və içərisində olan N ədəd “Aselsan PRC 966N” rabitə vasitəsi, N ədəd generator, 8 ədəd əsas, N ədəd ehtiyat akkumulyator batareyası, N ədəd monitor, N ədəd elektrik tənzimləyici, N ədəd invektor, N ədəd qaz sobası, N ədəd çarpayı, N ədəd SWİCH, N ədəd kameranın aparatı, N ədəd hard disk, N ədəd İP telefon, həmin telefona aid N ədəd adaptor, N ədəd mause, elektrik kabeli, elektrik yuvası, “CAT” kabeli, N ədəd “TP-link converter”, “CAT” kabelini bir-birinə birləşdirmək üçün N ədəd “U-link”, N ədəd sonluq qutu və N ədəd “Radiolink” adapteri yanıb məhv olmuşdur. Kamera ilə bağlı avadanlıqlar da onun dəstində olan avadanlıqlar olmuş, qoşulma zamanı dəstdən kənar avadanlıqlar quraşdırılmamışdır. İnvektorda və invektora bağlı olan akkumulyatorlarda ayrı-ayrılıqda qısaqapanma əleyhinə qoruyucular zavod üsuli ilə qoyulmuşdur. Quraşdırılma təlimatına uyğun həyata keçirilmişdir. N0N4-cü ilin iyun ayında müşahidə kameralarında istifadə olunan akkumulyator batareyalarının dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi üçün Müdafiə Nazirliyinə sifariş verilmiş, lakin çatdırılma ilə bağlı problemlər olduğundan yeniləri ilə əvəzlənməsi həyata keçirilməmişdir. Məhkəmə istintaqında ittiham tərəfinin vəsatətilə əlavə şahid qismində dindirilmiş ŞahidNN Həbibulla oğlu ifadəsində göstərmişdir ki, X9 mənzil-istitsmar xidməti rəisi vəzifəsində işləyir. Hadisə baş verən vaxtı Ordu komandanlığının tapşırığı ilə N nömrəli hərbi hissədə olmuşdur. N0NN-ci ilin avqust ayında N nömrəli hərbi hissənin mənzil istismar xidməti rəisi vəzifəsinə təyin olunmuş, həmin vəzifəyə təyin olunan zaman mövqeləri gəzərək tanış olmuşdur. şərti adı “56-cı post” olan mövqeyə gedən zaman həmin vaxtı akkumulyatorların quraşdırılmış vəziyyətdə görmüşdür. Şərti adı “56-cı post” olan mövqeyində akkumulyatorların nasaz olması barədə məlumatı olmamışdır. Ona akkumulyatorların nasaz olması barədə heç bir məlumat daxil olmamış, şərti adı “56-cı post” olan mövqeyində olan, yanan akkumulyatorların uçotu onların xidmətində getməmişdir. Həmin akkumulyatorları ordu komandanlığı hədiyyə etdiyindən uçotda olmamışdır. Akkumulyatorların yeniləri ilə əvəz olunması ilə bağlı şifahi sifariş verilməsi ilə bağlı məlumatı olmamış, DİM-dən postlarda akkumulyatorların nasaz olması barədə hər hansı bir məlumat eşitməmiş, həmin dövrdə ona akkumulyatorların nasaz olması barədə hər hansı bir raport daxil olmamışdır. Noyabr ayının axırında Ordu qərargahında N nömrəli hərbi hissənin şərti olaraq 56-cı mövqe adlandırılan yerdə yanğın baş verməsi deyilmiş, hadisə barədə həmin vaxtı məlumatının olduğunu göstərmişdir. Məhkəmə istintaqında ittiham tərəfinin vəsatətilə əlavə şahid qismində dindirilmiş ŞahidNN Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin komandirinin döyüş hazırlığı üzrə müavini vəzifəsində xidmət edir. Hadisə baş verən vaxtı o, MTT üzrə müavin vəzifəsində xidmət etmiş, müavin vəzifəsinə N3 dekabr N0N4-cü il tarixində təyin olunmuşdur. Hadisə isə noyabr ayında baş vermişdir. Kunq şərti adı “56-cı post” olan mövqeyində düşməni kamera ilə fasiləsiz müşahidə aparmaq üçün qoyulmuş və həmin kameralar ilə ancaq gündüz müşahidə aparmaq mümkün olmuşdur. Hava qaralan vaxtı kameranı söndürülüb kunq bağlanmalı, müşahidə aparan şəxslər isə istirahət etməli idilər. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs vəzifəsi kamera ilə gündüz vaxtı fasiləsiz müşahidə aparmaq, hava qaralanda məlumat verib kameranı, bütün texniki vasitələri söndürmək olmuşdur. Ondan sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs şərti adı “56-cı post” olan mövqeyində mövqenin şəxsi heyəti olan posta istirahət etməli idi. Kunq postun ərazisində, öndə olan müşahidədən N50-N00 metr məsafədə yerləşirdi. Posta olan döyüş növbətçilərinin sayı ayrıca kunqa mühafizəçi ayırmağa imkan vermirdi. Radiostansiyanın kunqda saxlanılması düzgün olmamışdır. Akkumulyatorların elektrik saxlamaması ilə bağlı məlumatı olmamışdır. Onun kunqa heç bir cavabdehliyi olmamış, kunqda ona aid heçnə olmamışdır. NN noyabr saat təqribən 05:00 radələrində ona kunqun yanması ilə bağlı zəng gəlmiş, o, dərhal xidməti sürücüsünü çağıraraq həmin mövqeyə qalxmış, mövqəyə qalxanda kunq və içərisində olan avadanlıqların yandığı məlum olmuşdur. Ondan sonra hadisə yerinə ekspert, prokurorluğun nümayəndələri gəlmiş, araşdırılından sonra ilkin məlumat görə yanğının qısa qapanma nəticəsində baş verməsi müəyyən olunmuşdur. Cinayət işi üzrə alınmış N0 dekabr N0N4-cü il tarixli, N430 nömrəli məhkəmə yanğın-texniki ekspertizası rəyində göstərilmişdir ki, yanğının mənbəyi kunqun giriş qapısından sağ tərəfdə ehtiyat akkumulyatorun olduğu sahədə yerləşmişdir. Yanğının baş verməsinə səbəb giriş qapısından kunqa daxil olduqda, sağ tərəfdə ehtiyat akkumulyatorun olduğu sahədə (yanğının mənbəyində) elektrik şəbəkəsinə nəzarətsiz qoşulu qalmış eletrik avadanlıqlarına çəkilən elektrik naqillərində (alüminium naqilində) elektrik təbiətli qəza halının (qısa qapanmanın, keçirici müqavimətinin artmasının və s.) yaranmasından, yaxınlığında yerləşən yanan materialların alışması olmuşdur. Yanğın kunqun daxilində olan yanan materialların vasitəsi ilə yüksələn xətt üzrə ətraf sahələrə yayılmışdır. Ekspertizaya təqdim olunmuş eletrik naqillərinin damarları üzərində oksigen qazının çox olan mühütündə lokal formalı damar ərimələri vardır. Həmin lokal formalı damar ərimələrinə səbəb izolasiya örtüyü olmayan elektrik naqillərinin bir-birinə toxunması olmuşdur. Yanğın elektrik dövriyəsində yaranmış qəza halından əmələ gəlmiş qısa qapanmanın (ilkin qısa qapanmanın) təsirindən, elektrik naqillərinin qızması nəticəsində üzərində olan izolasiya örtüyünün açılaraq naqillərin bir-birinə toxunması anı baş verən elektrik qövsünün əmələ gəlməsi zamanı yaranan istiliyin təsirindən baş vermişdir. Yanğın nəticəsində kunq tamamən yanmış, içərisində olan elektrik avadanlıqları üzərində yanğın bərabərləşdiyi üçün kunqda olmuş elektrik avadanlıqlarında və elektrik naqillərində yanğından əvvəl nasazlıq olub-olmadığını müəyyən etmək, həmin avadanlıqlar üzərində tədqiqat aparmaq mümkün olmamışdır. Lakin elektrik naqillərinin yanğının mənbəyindən keçən hissəsində nasazlıq olmuş və həmin nasazlıq nəticəsində elektrik naqillərinin birbirinə toxunaraq qısa qapanma baş verərək yanğına gətirib çıxarmışdır. Baş vermiş hadisə ilə əlaqədar MAHHXHQ əsgər Təqsirləndirilən şəxs NN noyabr N0N4-cü il tarixdə o axşam elektrik xəttini şəbəkədən ayırmadan elektrik avadanlıqlarını nəzarətsiz qoyaraq kunqu tərk etdiyinə görə onun tərəfindən «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 6.5-ci bəndinin «elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağandır» tələbi pozulmuşdur. Cinayət işi üzrə tərtib olunmuş N3 noyabr N0N4-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki; Hadisə Şərur rayonunun Havuş kəndi yaxınlığınlığında, yüksək dağlıq ərazidə yerləşən N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 3-cü manqasının xidmət apardığı şərti olaraq “56-cı post” adlanan mövqenin ərazisində, əsgər yataqxanasından təxminən N00 metr kənarda təpəlik ərazidə baş vermişdir. Hadisə yerində tamamilə yanmış vəziyyətdə, ətrafına yanmış materialların hissələri tökülmüş kunq aşkar olunmuşdur. Kunqun girişinin sol tərəfində soba, kunqun sol divarına paralel dəmir çarpayı vardır. Kunqun sağ künc hissəsində “Topor 7500” agreqatı (generator) vardır. Aqreqat yanaraq sıradan çıxmışdır. Aqreqatın arxasında kunqun divarına paralel vəziyyətdə, yanmış və ərimiş “PRC-966N” markalı radiostansiyanın lent antenası vardır. Həmin radiostansiya aparatından N0 sm irəlidə 47xN5xN8 sm ölçüdə yanmış vəziyyətdə ehtiyat akkumulyator batareyası vardır. Kunqun arxa divarının qarşısında olan rəfdə 8 ədəd yanmış vəziyyətdə akkumulyator batareyaları vardır. Dəmir rəfin üzərində monitorun yanmış hissələri görünür. Akkumulyator batareyalarının yerləşdiyi rəfin arxa alt tərəfindən 4 millimetrlik qoşa aliminium elektrik naqili vardır. Naqilin uc hissəsindən N7 sm məsafədə gözlə görünən qısaqapanma əlaməti izlənilir. Həmin hissədə naqillər bir-birinə əriyib birləşmiş haldadır. Rəfin N-ci martəbəsində olan akkumulyator batareyasından kunqun arxa divarı istiqamətində çıxan çox məftilli mis elektrik naqilin uc hissəsində də qısa qapanma əlaməti görünür. Kunqun arxa sol divarına bitişik “İnvektor”, onun altında isə elektrik tənzimləyicisi vardır. Baxış zamanı kunqa gələn borudan qaz xaric olması müşahidə olunmamış, həmçinin ərazidə qaz iyi hiss olunmamışdır. Kunqun giriş qapısının sağ tərəfində döşəmə səviyyəsindən N0 sm hündürlükdə paylayıcı olmuşdur, paylayıcı yanğın nəticəsində yanaraq yararsız vəziyyətə düşmüşdür. Kunqun giriş qapısından sağ tərəfi, ehtiyat akkumulyatorun olduğu sahə daha çox yanğına məruz qalmışdır. Həmin sahədən kənarlaşdıqda yanğının izləri nisbətən azalmışdır. Həmin sahədə olan avadanlıqlar tam yanaraq kömürləşmiş haldadır. Həmin sahə yanğına daha çox məruz qaldığı üçün yanğının mənbəyi həmin sahədə yerləşmişdir. Həmin sahədən 0,4 millimetrlik izolyasiya qatı olmayan aliminium elektrik naqili aşkar olunmuşdur. Cinayət işi üzrə NN dekabr N0N4-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR üzrə Baş idarəsinin Hərbi əks-kəşfiyyat idarəsinə əməliyyat tapşırığı verilmiş, daxil olmuş N0 yanvar N0N5-ci il tarixli cavabda göstərilmişdir ki, yanğın hadisəsi xidmət aparan hərbi qulluqçuların səhlənkarlığa yol verərək Azərbaycan Respublikası Müdafiə nazirinin 09 aprel N0N4-cü il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “AR Silahlı Qüvvələrində yanğından mühafizə xidməti haqqında” Təlimatın, habelə müvafiq hərbi hissə üzrə döyüş hesabatının tələblərini pozmaqla akkumulyatorları elektrik cərəyanından ayırmadan hadisə yerini tərk etmələri nəticəsində baş vermişdir. Hadisənin qəsdən törədilməsi və ya düşmən təxribatı olması barədə informasiyalar daxil olmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının şəxsi heyətinin xidmət apardığı, şərti olaraq “56-cı post” adlanan mövqe düşmənlə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşir. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş N3 noyabr N0N4-cü il tarixli aktda hərbi hissənin N-ci taborunun 6-cə bölüyünün tərkibində olan, şərti olaraq “56-cı post” adlanan mövqedə baş vermiş yanğın zamanı hərbi hissənin mühəndis xidməti üzrə N (bir) ədəd SDE-7500 markalı, s N4090N0N zavod nömrəli elektrik aqreqatı, hərbi hissənin rabitə xidməti üzrə N dəst PRC-966N markalı 06058N nömrəli radiostansiya, N ədəd 5 portlu SWİTCH, N ədəd HDD markalı N terabayt yaddaş qurğusu, N ədəd İP telefon adaptoru, N ədəd mause, N ədəd monitor, N ədəd DAHUA NVR-i, N ədəd TP-Link konvertoru, N dədə U-Link, N ədəd sonluq qutu, N ədəd 6 gözlü elektrik yuvası, N ədəd elektrik tənzimləyici, N ədəd radiolink adaptoru, hərbi hissənin mənzil-istismar hissəsi üzrə N ədəd invektor və 9 ədəd akkumulyator batareyalarının yanaraq məhv olduğu qeyd olunmuşdur. İş materiallarında olan XN3 Komandanlığından daxil olan NN yanvar N0N5-ci il tarixli, 3-N5-NN0/N-N57/N0N5 nömrəli məktubda göstərilmişdir ki, 56-cı mövqedə yanmış N (bir) ədəd çarpayının istismar müddəti bitmişdir. N9 may N0N0-ci il tarixdə quraşdırılmış kameranın avadanlıqlarının yerləşdirilməsi və müşahidə aparan şəxsin iş otağı məqsədilə mövqeyə kunq qoyulmuşdur. Qeyd olunan kunq N0N5-ci ildə Bakı şəhərindən müxəlif məqsədlərlə istifadə olunması üçün XN0 göndərilmiş, istismar müddəti bitmiş olduğundan inventar əmlaklar siyahısına daxil edilməmişdir. XN3 üzrə istismar müddəti bitmiş akkumulyator batareyaları üçün sifariş göndərilmiş, yeniləri təmin olunmadığından “56-cı” və digər mövqelərdə olan akkumulyator batareyalarının silinməsi həyata keçirilməmişdir. Həmin məktuba əlavə edilmiş N0 iyun N0N4-cü il tarixli, N49 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Naxçıvan Qarnizonunda yerləşən bölmələri müşahidə kamerası üçün akkumulyator batareyaları ilə təmin etməkdən ötrü sifariş verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş N6 dekabr N0N4-cü il tarixli, N637 nömrəli məktubda hərbi hissənin şərti adı “56-cı post” olan mövqeyində baş vermiş yanğın zamanı yanaraq məhv olan N ədəd kunqun, 9 ədəd akkumulyator batareyalarının və N ədəd çarpayının istismar müddəti bitdiyindən hərbi hissənin invertar əmlakları siyahısından çıxarıldığı, buna görə dövlətə maddi ziyan dəymədiyi, həmçinin yanğın zaman yanaraq məhv olan N ədəd sobanın MAHHXHQ baş çavuş X5 öz hesabına gətirib kunqda istifadə etdiyi, həmin sobanın invertar əmlakların siyahısında qeydə alınmadığını, buna görə də dövlətə maddi ziyan dəymədiyi göstərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin mənzil-istismar hissəsi üzrə verilmiş arayış-hesabatda yanğın zamanı yanaraq məhv olmuş N (bir) ədəd İnvektorun dəyərinin N450 (bir min dörd yüz əlli) manat olduğu göstərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin rabitə xidməti üzrə verilmiş arayışda yanğın zamanı yanaraq məhv olmuş N (bir) ədəd “PRC 966N UQD” markalı radiostansiyanın dəyərinin N85N3 (on səkkiz min beş yüz on üç) ABŞ dolları olduğu, istismar müddəti nəzərə alınmaqla “PRC 966N UQD” markalı radiostansiyanın dəyərinin N4399 (on dörd min üç yüz doxsan doqquz) ABŞ dolları - N4478 (iyirmi dörd min dörd yüz yetmiş səkkiz) manat 30 (otuz) qəpik, N (bir) ədəd “Grandstream” markalı telefonun dəyərinin N08 (bir yüz səkkiz) manat, N (bir) ədəd “TP-link Switch-5 portlu”nun dəyərinin 53 (əlli üç) manat 35 (otuz beş) qəpik, N (bir) ədəd “Media Konvertor”un (N3N0/N550nm tək lifli) dəyərinin 73 (yetmiş üç) manat N9 (on doqquz) qəpik, N (bir) ədəd “NVR Dahua”nın (4 kanallı, HDMİ çıxışlı, HN65+HN65 dəstəkli) dəyərinin NN9 (bir yüz on doqquz) manat, N (bir) ədəd “HDD NTb FOR camera”nın dəyərinin 95 (doxsan beş) manat, N (bir) ədəd kompüter siçanının dəyərinin N0 (on) manat, N (bir) ədəd “Samsung” markalı monitorun dəyərinin 84 (səksən dörd) manat 9N (doxsan iki) qəpik, N (bir) ədəd 6 gözlü elektrik yuvasının dəyərinin N0 (on) manat, N (bir) ədəd elektrik tənzimləyicisinin dəyərinin NN0 (bir yüz iyirmi) manat, N (iki) ədəd “U link”in dəyərinin 7 (yeddi) manat, N (bir) ədəd sonluq qutunun dəyərinin 37 (otuz yeddi) manat, N (bir) ədəd “Radiolink” adapterinin dəyərinin 30 (otuz) manat olduğu göstərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin mühəndis xidməti üzrə verilmiş arayış-hesabatda yanğın zamanı yanaraq məhv olmuş N (bir) ədəd SDE-7500 E elektrik aqreqatının dəyərinin N835 (bir min səkkiz yüz otuş beş) manat N5 (on beş) qəpik olduğu göstərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N0 noyabr N0N4-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin N-ci taborunun şərti adı “56-cı post” adlanan döyüş mövqeyində döyüş növbətçiliyinin gücləndirilməsi və düşmən fəaliyyətlərinin fasiləsiz olaraq müşahidəsinin aparılması üçün şəxsi heyətin döyüş növbətçiliyinə cəlb edilməsi məqsədilə hərbi hissənin texniki kəşfiyyat və müşahidə bölüyünün pilotsuz uçuş aparatları taqımının N-ci zərbə-silahlı pilotsuz uçuş aparatları qrupunun baş heyət nəfəri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün pilotsuz uçuş aparatları taqımının N-ci kəşfiyyat pilotsuz uçuş aparatları qrupunun heyət nəfəri əsgər Şahid4 təyin edilmişdir. İş materiallarında olan XN3 Komandanlığı tərəfindən tərtib edilmiş “İldırım, yanğın və qısaqapanma zamanı ilk görülən tədbirlər haqqında” Təlimatda göstərilmişdir ki, hər hansısa bir cihaz şəbəkəyə qoşulu olduğu halda onu nəzarətsiz qoyub otağı tərk etmək qəti qadağandır. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tərəfindən N nömrəli hərbi hissəyə N85N0 (iyirmi səkkiz min beş yüz on” manat 6N (altmış bir) qəpik məbləğində ziyan vurulduğu müəyyən edilmiş, təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyə vurduğu ziyanı tam şəkildə dövlət büdcəsinə ödəmişdir. "xxxx" ASC-dən verilmiş 04 mart N0N5-ci il tarixli ödəniş tapşırığı və BPM**********44 nömrəli mədaxil qəbzində dövlət büdcəsinə NN438 (on bir min dörd yüz otuz səkkiz) manat məbləğində ödəniş edildiyi, "xxxx" ASC-dən verilmiş N mart N0N5-ci il tarixli ödəniş tapşırığı və CHDP**********43 nömrəli mədaxil qəbzində dövlət büdcəsinə N7073 (on yeddi min yetmiş üç) manat məbləğində ödəniş edildiyi göstərilmişdir. Ümumilikdə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə N85NN (iyirmi səkkiz min beş yüz on bir) manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmişdir ki, bu hal məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın 6.5-ci bəndinin «elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq qadağandır» tələbini pozmaqla ehtiyatsızlıqdan törədilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348.N-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarında olan və texniki kəşfiyyat və müşahidə bölüyünün komandiri baş leytenant Asif Səmədov tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, dəymiş maddi ziyanın ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalı və ona təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 348.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət əməli nəticəsində dövlətə dəymiş N85N0 (iyirmi səkkiz min beş yüz on) manat 6N (altmış bir) qəpik maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini, onun komandanlıq tərəfindən müsbət xarakterizə olunmasını onun şəxsiyyətini səciyyələndirən müsbət hallar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı cəza çəkmədən də islah olunmasını mümkün sayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanın sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin maddəyə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər (Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70.N-ci maddə), və məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70.N-ci maddə), Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur....( Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70.3-cü maddə). Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materalında olan N3N7 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs N6 dekabr N0N4-cü ildə N05 saylı hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu bildirilmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə maddi sübut olan cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman kunqun arxa sağ hissəsindən, akkumulyatorların arxa hissəsindən götürülmüş çoxməftilli, üzərində qısa qapanma əlaməti olan elektrik naqili, üzərində qısa qapanma əlaməti olan diametri 4 mm-lik aluminium elektrik naqillərinin hissələri, o cümlədən kunqun giriş qapısının sağ hissəsindən, kunqun daxilindən götürülmüş, üzərində “qubka” olan çoxməftilli mis elektrik naqili və diametri 4 mm-lik aluminium elektrik naqili hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərcləri məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutlaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi “ekspertiza xərclərinə dair” bildirişdə göstərilmişbüdcə təsnifat kodu:N4N330, büdcə səviyyəsi kodu N, XN4 MR İdarəsi- kodu 50N906, VÖEN-**********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK- NAXCAZNN, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN-**********, hesab- AZNNNABZ******************** hesaba ödənilməli, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində N mart N0N5-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348.N-ci maddəsi ilə təqsirli bilinsin və o, N(bir) il 6(altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində N (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və hərbi xidmətdən tərxis olunduğu təqdirdə elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət hərbi xidmətdə olduğu dövrdə qulluq etdiyi hərbi hissənin komandanlığı tərəfindən, hərbi xidmətdən tərxis olunduğu təqdirdə isə yaşadığı ərazi üzrə Kəngərli rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində N mart N0N5-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman kunqun arxa sağ hissəsindən, akkumulyatorların arxa hissəsindən götürülmüş çoxməftilli, üzərində qısa qapanma əlaməti olan elektrik naqili, üzərində qısa qapanma əlaməti olan diametri 4 mm-lik aluminium elektrik naqillərinin hissələri, o cümlədən kunqun giriş qapısının sağ hissəsindən, kunqun daxilindən götürülmüş, üzərində “qubka” olan çoxməftilli mis elektrik naqili və diametri 4 mm-lik aluminium elektrik naqili hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri məhkəmə yanğın-texniki ekspertizasının keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi “ekspertiza xərclərinə dair” bildirişdə göstərilmişbüdcə təsnifat kodu:N4N330, büdcə səviyyəsi kodu N, XN4 MR İdarəsi- kodu 50N906, VÖEN-**********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK- NAXCAZNN, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN-**********, hesab- AZNNNABZ******************** hesaba ödənilsin, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan N0 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar