Məhkəmə qərarları › İş №1-1(092)-28/2020

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-28/2020

02.12.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-28/2020 02.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər İbrahimov İlham Sadət oğlunun sədrliyi, Həsənov Polad Vəli oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçilər, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri 1 №-li hərbi şəhərcik, bina 43, mənzil 53-də qeydiyyatda olan, N №-li hərbi hissənin 3-cü taborunun qərargah rəisi vəzifəsində xidmət edən, 03 sentyabr 2020-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmiş mayor Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 329.2.2-ci və 311.1-ci maddələri, xx xxx 1993-cü ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri 1 №-li hərbi şəhərcik, bina 36, mənzil 8-də qeydiyyatda olan, N №-li hərbi hissənin 2-ci taborunun, 4cü bölüyünün 1-ci taqım komandiri vəzifəsində xidmət edən, 05 sentyabr 2020-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmiş baş leytenant Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 32.3, 311.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 N №-li hərbi hissədə 2-ci taborun komandiri vəzifəsində xidmət edərkən həmin taborda taqım komandiri vəzifəsində xidmət etmiş leytenant Şahid1 özünə telefon qulaqlığı almasından ötrü 5-ci bölüyün əsgərlərinin ona pul vermələrini 2020-ci ilin iyun ayının 22-də bildikdən sonra bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 tabeliyində olan şəxsi heyətə nəzarət edə bilməməsi ilə bağlı iradını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 Şahid1lə telefonla danışıb onlara problem yaratmaması üçün Şahid1 1200 manat pul alıb iyun ayının 23-də saat N radələrində hərbi hissənin əsgər yataqxanasında vasitəçilik edərək Təqsirləndirilən şəxs1 verdikdə o, xidməti vəzifələrinin icrası ilə əlaqədar laqeydlik müqabilində həmin pulu rüşvət şəklində almışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının 22-də 5-ci bölüyün əsgərlərinin leytenant Şahid1 telefon qulaqlığı almasından ötrü pul vermələrini bildikdən sonra həmin gün saat 21 radələrində bölüyün əsgərlərini yataqxanada düzüb bu barədə onlardan soruşduqda ona düzgün cavab vermədiyinə görə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar”, 47-ci maddəsində göstərilən “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs2 sifətinə şillə ilə bir dəfə vuraraq, daha sonra əsgərlər tərəfindən verilən pulu leytenant Şahid1 verməsinə görə Zərərçəkmiş şəxs1 sifətinə şillə ilə, bədəninin müxtəlif nahiyyələrinə isə yumruq və təpik zərbələri vuraraq onlara qarşı zor tətbiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 N №-li hərbi hissənin 2-ci taborun 5-ci bölüyünün komandiri vəzifəsində xidmət edərkən 2020-ci ilin iyun ayının 22-də həmin taborun komandiri vəzifəsində xidmət edən mayor Təqsirləndirilən şəxs1 ondan həmin bölükdə taqım komandiri vəzifəsində xidmət etmiş leytenant Şahid1 özünə telefon qulaqlığı almasından ötrü 5-ci bölüyün əsgərlərinin ona pul vermələrini bilib-bilməməsini soruşmuş, o isə bu barədə məlumatının olmadığını dedikdə Təqsirləndirilən şəxs1 ona tabeliyində olan şəxsi heyətə nəzarət edə bilməməsi ilə bağlı iradlarını bildirmiş, bundan sonra o, Şahid1lə telefonla danışıb onlara problem yaratmamasından ötrü tabor komandirinə rüşvət şəklində 2000 manat verməsini dedikdə sonuncu onunla razılaşmış, Şahid1 həmin gün Naxçıvan şəhərində ona 1200 manat verib imkanı olmadığından pulun digər hissəsini sonra verəcəyini bildirdikdə o, verilən məbləğlə qane olub qalan pulun verilməsinə ehtiyac olmadığını demiş, iyun ayının 23-də saat N radələrində onlarla bağlı xidməti vəzifələrinin icrasına laqeydlik göstərməsi müqabilində hərbi hissənin Naxçıvan şəhərində yerləşən əsgər yataqxanasında vasitəçilik etməklə Təqsirləndirilən şəxs1 rüşvət şəklində 1200 manat verərək vəzifəli şəxs kimi həmin cinayətin törədilməsini təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdilər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci və 329.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin 2-ci taborunun komandiri vəzifəsində xidmət edərkən, 22 iyun 2020-ci ildə saat 11:30 radələrində bölüyün baş çavuşu gizir Şahid6 ona yaxınlaşaraq 5-ci bölüyün əsgəri Şahid7 ona 5-ci bölüyün əsgərlərinin pul yığıb leytenant Şahid1ə verdiklərini dediyini, əsgər Şahid7la söhbət edərkən onun leytenant Şahid1in telefonunun qulaqçığını itirdiyindən öz aralarında razılaşıb 140 manat pul yığıb leytenant Əliyevə qulaqçıq alması üçün verdiklərini dediyini, ondan pulun kimin aparıb leytenant Əliyevə verməsini soruşduqda Zərərçəkmiş şəxs1 aparıb verməsini dediyini, bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 bu barədə soruşduqda məlumatının olmadığını dediyini, ona irad tutub əsgərlərin pul yığıb Şahid1 verdiklərini, baş leytenant Abbaslının əsgərlərin leytenant Əliyevə nə qədər pul vermələrini soruşduqda ona nə üçün ondan soruşduğunu, adının vaxtından əvvəl rütbə verilənlərin siyahısına, həmçinin kursa yazıldığını, bölük komandiri kimi xidmətinin öhdəsindən gələ bilmədiyini, gedib məsələni dəqiqləşdirib gəlib məruzə etməsini tapşırdığını, bir qədər vaxt keçəndən sonra Abbaslının gəlib əsgərlərin könüllü olaraq 140 manat pul yığıb leytenant Şahid1ə verdiklərini, üstündə pulu olduğunu deyib, əsgərlərin pulunu paylamalarına icazə istədiyini, onun əsgərlərin pulunun qaytarılmasından ötrü Əliyevlə danışmasını tapşırdığını, bir müddət keçəndən sonra onun gəlib Əliyevlə danışdığını, pulu göndərəcəyini bildirdiyini, əsgərlərin pullarının qaytarılmasından ötrü şəxsi heyəti düzməsi barədə göstəriş verdiyini, Təqsirləndirilən şəxs2 şəxsi heyəti düzüb məruzə etdiyini, sıranın qarşısına çıxanda əsgər Zərərçəkmiş şəxs1ı görüb cərgənin qarşısına çıxması barədə göstəriş verdiyini, sonra əsgərlərdən leytenant Şahid1ə pul vermələrini soruşduqda onların leytenant Şahid1in onlara çox hörmət etdiyini, evləri ilə danışmağa görə telefon verməsini dediklərini, əsgərlərin pullarını kimin aparıb leytenant Əliyevə verməsini bir daha dəqiqləşdirmək üçün cərgənin baş tərəfində dayanan əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb ondan soruşduğunu, onun əvvəlcə dinmədiyini, Eminovun sifətinə bir şillə vurub yenə pulu kimin verdiyini soruşduqda, Eminovun Zərərçəkmiş şəxs1 verdiyini dediyini, Zərərçəkmiş şəxs1 niyə əsgərlərin pulunu yığıb leytenant Əliyevə verməsini soruşduğunu, onun müxtəlif bəhanələr gətirərək gah pulu onun vermədiyini, gah əsgərlər dediyindən aparıb verdiyini dediyini, onun həmin sözlərindən əsəbləşib əvvəlcə onun sifətinə şillə ilə, daha sonra isə yumruqla bədəninin ayrı-ayrı yerlərinə bir neçə dəfə vurduğunu, sonra onun arxa nahiyyəsinə təpiklə vurub cərgəyə keçməsini dediyini, ondan sonra əsgərlərin hamısının pulunun paylanıldığını, iyun ayının 23-də saat N radələrində iş otağında olarkən baş leytenant Abbaslının ona yaxınlaşıb axşam Naxçıvan şəhərində leytenant Əliyevlə görüşdüyünü, əsgərlərə payladıqları 140 manat pulu qaytardığını, əlavə olaraq pul uzadıb götürməsini dediyini, ondan nə pul olmasını soruşduqda Şahid1lə telefonla danışanda ona “sən düz etməmisən gərək əsgərlərdən pul almayardın” dediyini, onun da pul göndərdiyini, həmin pulu götürməsini, onlarla bağlı problem olmamasını xahiş etdiyini, Abbaslının pulu stolun üstünə qoyduğunu, ondan nə qədər pul olduğunu soruşduqda 1200 manat olmasını bildirdiyini, Abbaslının çıxıb getdiyini, pulu götürüb cibinə qoyduğunu, 2020-ci ilin iyul ayının əvvəllərində baş leytenant Abbaslının və onun Ordunun Təhqiqat Xidmətinə çağırıldıqlarını, orada Abbaslının leytenant Əliyevdən 1200 manat alıb ona verməsini etiraf etdiyini, həmin gün 1200 manat pulu Abbaslının vasitəsilə Əliyevə qaytardığını, leytenant Şahid1 əsgərlərdən pul tələb etmədiyini, əsgərlər könüllü pul yığıb ona verdiklərinə görə məruzə edəcək elə bir hadisə baş vermədiyindən yuxarı komandanlığa bu barədə bildirmədiyini, baş leytenant Abbaslıdan pul almasından və əsgərlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etməsindən peşman olduğunu göstərmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 311.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə 5-ci təlim bölüyünün komandiri vəzifəsində xidmət edərkən 22 iyun 2020-ci ildə saat təqribən 12 radələrində tabor komandiri mayor Təqsirləndirilən şəxs1 onu yanına çağırıb taqım komandiri leytenant Şahid1in əsgərlərdən pul almasından xəbərinin olub-olmamasını soruşduqda xəbərinin olmadığını dediyini, mayor Bəndəliyevin ona irad tutub “sən necə bölük komandirisən ki, bölüyündə əsgərlər pul yığıb taqım komandirinə verirlər sənin isə bu barədə məlumatın olmur, bölüyə nəzarət etmirsən, tabeliyində olan zabitlərlə işləyə bilmirsən, hətta tabeliyində olanlar səndən çəkinmirlər, taqım komandirin hərbi hissədə telefon qulaqlığı gəzdirir, qulaqlığını itirəndə isə əsgərlər pul yığıb ona verirlər ki, gedib özünə yeni qulaqçıq alsın, o da utanmadan həmin pulu alıb cibinə qoyur” dediyini, mayor Bəndəliyevdən əsgərlərin leytenant Əliyevə nə qədər pul vermələrini soruşduqda onun acıqlanıb “bunları sən bilməlisən, niyə məndən soruşursan, get araşdır və mənə məruzə et” cavabını verdiyini, Əliyevin xidmət yeri N №-li hərbi hissəyə dəyişdirildiyindən oradan ayrılıb gedib bölüyün əsgərlərindən bir neçəsi ilə söhbət etdikdə onların taqım komandiri leytenant Şahid1 qulaqlıq almasından ötrü öz aralarında razılaşıb pul yığıb əsgər Zərərçəkmiş şəxs1 verdiklərini, onun da aparıb Əliyevə verməsini dediklərini, onun bu barədə mayor Bəndəliyevə məruzə edib üstündə pul olduğunu, əsgərlərin pullarını paylamalarını, Şahid1lə danışıb əsgərlərin pulunu göndərməsini deyəcəyini bildirdiyini, onun isə pulu göndərməsindən ötrü Əliyevlə danışmasını tapşırdığını, Şahid1 xidmət apardığı N №-li hərbi hissənin taborun dayaq məntəqəsinə zəng edib onu telefona çağırıb əsgərlərdən niyə pul almasını soruşduqda onun dillənmədiyini, ona “mən vaxtından əvvəl rütbə alacaqdım, həm də növbəti kursa gedəcəkdim, niyə belə etmisən, sənə görə məni tabor komandiri möhkəm danladı, 140 manat pul nə idi ki, onu əsgərlərdən alırdın” dediyini, sonra ona “bu məsələyə görə mən 1000 manat pul verirəm, sən də 1000 manat ver, tabor komandirinə verək bizə problem olmasın” dedikdə Əliyevin razılaşdığını, onun axşam şəhərə gələcəyini, görüşüb pulu verəcəyini, 140 manat pulu da gətirəcəyini bildirdiyini, nahar fasiləsindən sonra mayor Bəndəliyevə yaxınlaşıb “leytenant Əliyevlə danışdım, əsgərlərdən pul almasından çox peşmandır, səhv etdiyini başa düşübdür, bu gün Naxçıvan şəhərinə gələcək 140 manat pulu da gətirəcək, məndə pul var əsgərlərin pulunu paylayaq, Əliyev mənim pulumu verər” dediyini, mayor Bəndəliyevin ona əsgərləri düzüb ona məruzə etməsini tapşırdığını, saat 21 radələrində bölüyün şəxsi heyətini yataqxanada düzüb bu barədə mayor Bəndəliyevə məruzə etdiyini, mayor Bəndəliyevin gəlib əsgər Zərərçəkmiş şəxs1 cərgənin qarşısına çıxartdığını, onun əvvəlcə əsgərlərdən nə üçün leytenant Şahid1ə pul vermələrini soruşduqda onların Əliyevin onlara çox hörmət etdiyini, evləri ilə danışmaları üçün telefonunu verməsini dediklərini, Bəndəliyevin cərgənin baş tərəfində dayanan əsgər Zərərçəkmiş şəxs2 qarşısına gəlib ondan pulu kimin aparıb leytenant Əliyevə verməsini soruşduqda onun əvvəlcə cavab vermədiyini, Bəndəliyevin onun sifətinə bir şillə vurub yenə soruşduqda onun Zərərçəkmiş şəxs1 verməsini dediyini, mayor Bəndəliyevin Zərərçəkmiş şəxs1 yanına gedib nə üçün əsgərlərin pulunu aparıb leytenant Əliyevə verməsini soruşduğunu, onun səhv edib bu cür hərəkət etməsini dediyini, mayor Bəndəliyevin əvvəlcə onun sifətinə şillə ilə 2-3 dəfə vurduğunu, İbrahimovun əllərini sifətinə tutub başını aşağı əyəndən sonra Bəndəliyevin yumruqla onun başına və kürək nahiyyəsinə bir neçə dəfə vurduğunu, onun da özünü saxlaya bilməyib taburetkada oturduğunu, ağlayaraq “cənab mayor səhv etmişəm, bir daha elə bir iş görmərəm, məni bağışlayın” dediyini, Bəndəliyevin onun arxa nahiyyəsinə təpiklə vurub sıraya keçməsini dediyini, onun da sıraya keçdiyini, ondan sonra əsgərlərin pullarının paylanıldığını, həmin gün saat 22-23 radələrində evdə olarkən leytenant Şahid1in onun mobil nömrəsinə zəng edib “Dördyol”da hərbi şəhərciyin mağazasının arxasında parkda gözləməsini dediyini, oraya gedəndə onu orada tək gördüyünü, yenə ona nə üçün belə hərəkət etməsini soruşduqda səhv etməsini bildirdiyini, pulu gətirməsini soruşduqda gedib gətirəcəyini dediyini, onun harasa gedib bir azdan qayıdıb gələrək cibindən pul çıxarıb ona “burada 1340 manat pul var, 140 manatı verərsiniz əsgərlərə, qalan 1000 manat mənim verəcəyim puldu, qalan 200 manatı isə sizin əvəzinizdən verirəm, qalan 800 manat pulu isə imkanım olanda hissə-hissə verəcəyəm” dediyini, ona qalan pulun lazım olmadığını bildirdikdə onun dillənmədiyini, 800 manat pulu götürmək fikirinin olmadığını, leytenant Əliyevdən ayrılıb evə gəldiyini, onun verdiyi pulun üstündən əsgərlərə verdiyi 140 manatı götürdüyünü, iyun ayının 23-də hərbi hissəyə gedib saat N radələrində mayor Təqsirləndirilən şəxs1 yaxınlaşıb ona “axşam Naxçıvan şəhərində leytenant Əliyevlə görüşdüm, əsgərlərə payladığım 140 manat pulu mənə qaytardı” dediyini, cibindən 1200 manat çıxarıb ona uzatdıqda Bəndəliyevin “bu nə puldur” deyə soruşduğunu, onun isə Şahid1lə telefonda danışanda ona “sən düz etməmisən, gərək əsgərlərdən pul almayaydın” dediyindən onun pul göndərməsini, həmin pulu götürüb onlarla bağlı problem olmamasını xahiş etdiyini, Bəndəliyev yenə ona iradlarını bildirdikdə pulu stolun üstünə qoyduğunu, Bəndəliyevin ondan orada nə qədər pul olmasını soruşduqda 1200 manat olmasını bildirdiyini, sonra çıxıb getdiyini, pulun isə otaqda qaldığını 2020-ci ilin iyul ayının 9-da hərbi hissənin zabitləri ilə toplantı keçirilərkən Təhqiqat Xidmətinə çağrıldığını, orada leytenant Əliyevdən 1200 manat alıb mayor Bəndəliyevə verməsi soruşulduqda olanların hamısını dediyini, həmin gün saat təqribən 23 radələrində evdə olarkən Təqsirləndirilən şəxs1 ona zəng etdikdən sonra “Dördyol”dakı “Ləziz” yeməkxanasının yanına gedib Bəndəliyevlə görüşdüyünü, onun 1200 manat pul verib Əliyevə verməsini dediyini, o gedəndən bir az sonra Əliyevin zəng edib şəhərə çatdığını dediyini, ona “gəl pulu səndən aldığım yerə” deyib həmin yerə getdiyini, leytenant Əliyevin də həmin yerə gəldiyini, 1200 manat pulu ona qaytardığını, Təqsirləndirilən şəxs1 ona leytenant Şahid1 pul alması ilə bağlı tapşırıq, göstəriş və təklif vermədiyini, əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 14 iyun 2020-ci ildə saat 07 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə poliqona dərsə gedərkən leytenant Şahid1 280 manatlıq nauşnikini itirdiyinə görə hövsələsinin olmadığını, yolda onun əsgərlərə “mən bölüyümə güvənirəm, bölüyüm mənə nauşnik alar” dediyini, 2020-ci ilin iyun ayının 18-19 arası əsgərlərin əmək haqqısının paylandığını, həmin gün axşam saat 22 radələrində əsgərlərlə razılaşıb könüllü olaraq 140 manat pul yığıldıqdan sonra pulu otaqda Şahid1ə verərək əsgərlərin öz razılıqları ilə verdiklərini, özünə nauşnik almasını dediyini, onun da həmin pulu aldığını, 5-10 dəqiqə sonra leytenant Şahid1in yataqxanaya gəlib əsgərlərə minnətdarlıq edərək çıxıb getdiyini, pul veriləndən 3-4 gün sonra tabor komandiri mayor Təqsirləndirilən şəxs1 bölüyün şəxsi heyətini yataqxanada düzdüyünü, mayor Təqsirləndirilən şəxs1 onu cərgənin qarşısına çıxardığını, əsgərlərə “eşitmişəm ki, pul yığıb leytenant Şahid1ə vermisiniz. Kim leytenant Şahid1ə pul verməyibsə qabağa çıxsın” dediyini, əsgərlərdən Salahov Abbasın, Hüseynov Sadiqin və Şahid7 pul vermədiklərini dediklərini, sonra mayor Bəndəliyevin cərgənin baş tərəfində dayanan əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb ona pulu yığıb kimə vermələrini onun da aparıb leytenant Şahid1ə verdiyini soruşduğunu, əsgər Eminovun əvvəlcə demək istəmədiyini, mayor Bəndəliyevin onun sifətinə bir şillə vurduğunu, yenə ondan pulu kimin aparıb leytenant Şahid1ə verdiyini soruşduğunu, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 veribdir dediyini, ondan sonra mayor Bəndəliyevin cərgədə olan hər bir əsgərdən pulu əsgər Zərərçəkmiş şəxs1 aparıb leytenant Əliyevə verib-verməməsini soruşduqda əsgərlərin onun aparıb verdiyini bildirdiklərini, Bəndəliyevin onun üstünə gəlib “niyə özbaşına pul alıb leytenant Əliyevə vermisən, burada belə şey etmək olmaz” dediyini, ona “qələt etmişəm cənab mayor, bir də olmaz, bir səhvdir etmişəm, bağışlayın” dediyini, mayor Təqsirləndirilən şəxs1 əvvəlcə onun sifətinə təqribən 2-3 şillə vurduğunu, sifətinə vurmaması üçün əllərini sifətinə tutub başını aşağı əydiyini, bu zaman mayor Bəndəliyevin yumruqla başına 3-4 dəfə vurduğunu, əlləri ilə başını tutub aşağı əydikdə yumruqla kürəyinə 1-2 dəfə, sonra isə qoluna da 1-2 dəfə vurduğunu, kürəyinə yumruqla vurandan sonra özünü saxlaya bilməyib taburetkanın üstundə oturub ağlaya-ağlaya Bəndəliyevə “cənab mayor üzr istəyirəm məni bağışlayın, bir də belə səhvliyə yol verməyəcəyəm” dediyini, Bəndəliyevin arxasından təpiklə 2 dəfə vurub sıraya keçməsini bildirdiyini, sonra əsgərlərin pullarını payladığını, mayor Təqsirləndirilən şəxs1 onu vurandan sonra sağ gözünün altının ağrıdığını, başının təpə nahiyyəsinin isə bir yerdən şişdiyini, bir neçə gün ağrıdıqdan sonra ağrısının keçdiyini, xəsarət alması ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etmədiyini, Təqsirləndirilən şəxs1lə barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 14 may 2020-ci il tarixdən müddətli həqiqi hərbi xidmətdə olduğunu, taqım komandiri leytenant Şahid1in əsgərlərlə yaxınlıq etdiyini, onlarla bəzən zarafat etdiyini, 14 iyun 2020-ci ildə saat 07 radələrində bölüyün şəxsi heyəti ilə birlikdə poliqona dərsə gedərkən leytenant Şahid1 280 manatlıq nauşnikini itirdiyinə görə kefinin olmamasını öyrəndiklərini, yolda onun əsgərlərə “mən əsgərlərimə güvənirəm, mənə köməklik edəcəklər özümə qulaqçıq alacağam” dediyini, 2020-ci ilin iyun ayının 18-də əsgərlərin maaşlarının paylanıldığını, onun 30 manat 20 qəpik pul aldığını, səhərisi günü axşam düzülüşünə düzülən zaman əsgər Zərərçəkmiş şəxs1 əsgərlərə “leytenant Şahid1 yaxşı komandirdi, onun yeri başqa hərbi hissəyə dəyişdirilir, gəlin ona köməklik edək, kimin imkanı nəyə çatırsa pul yığaq verək özünə yeni qulaqçıq alsın” dediyini, əsgərlər də onun dediyi ilə razılaşdıqlarını, kimin imkanı nəyə çatırdısa pul yığdıqlarını, onun 10 manat verdiyini, cəmi 140 manat pul yığıldığını, Zərərçəkmiş şəxs1 bu pulu aparıb Şahid1ə verdiyini, bir qədər vaxt keçəndən sonra leytenant Şahid1 otaqdan çıxıb yataqxanaya gəlib əsgərlərə pula görə minnətdarlıq edib çıxıb getdiyini, aradan 2-3 gün keçəndən sonra tabor komandiri mayor Təqsirləndirilən şəxs1 bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 ilə bölüyün əsgərlərini yataqxanada düzdüyünü, mayor Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb əsgərlərin yığdığı pulu kimin aparıb leytenant Şahid1ə verməsini soruşduqda onun dillənmədiyini, mayor Bəndəliyevin onun sifətinə bir şillə vurduğunu, yenə ondan soruşduqda demədiyi halda yenə o vuracağını fikirləşib pulu əsgər Zərərçəkmiş şəxs1 verməsini dediyini, ondan sonra cərgənin ortasında duran əsgər Zərərçəkmiş şəxs1ı cərgənin qabağına çıxartdığını, ondan niyə əsgərlərdən pul alıb leytenant Əliyevə verməsini soruşduqda onun “bir səhvdir etmişəm, bağışlayın” dediyini, bundan sonra mayor Təqsirləndirilən şəxs1 əvvəlcə əsgər Zərərçəkmiş şəxs1 sifətinə təqribən 2-3 şillə vurduğunu, ondan sonra yumruqla başına, kürəyinə, qoluna vurduğunu, həmin müddət əsgər İbrahimovun ayaq üstə dayana bilməyib taburetkanın üstunə oturduğunu, ağlamağa başladığını, əsgər İbrahimovun qalxıb cərgəyə keçdiyini, həmin müddət mayor Təqsirləndirilən şəxs1 təpiklə əsgər İbrahimovun arxasından vurduğunu, ondan sonra əsgərlərin pullarını payladıqlarını, onun və əsgər İbrahimovun da pulunu verdiklərini, Bəndəliyevin ona və Zərərçəkmiş şəxs1 qarşı zorakılıq hərəkətləri etməsi nəticəsində heç bir xəsarət almadıqlarını, onu və ya başqa əsgərləri pul verməyə məcbur edən olmadığını, Şahid1in əsgər Zərərçəkmiş şəxs1 əsgərlərdən pul yığmasını tapşırmadığını, Bəndəliyevlə barışdığını, şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N №-li hərbi hissədə xidmət edərkən N iyun 2020-ci ildə “Nəqşi Nərgiz” restoranında baş leytenant Şahid5 və Şahid3 rütbə almaları ilə bağlı keçirilən tədbirdə qulaqçığını itirdiyini, bunun ona pis təsir etdiyini, buna görə bir az əhval-ruhiyyəsinin aşağı düşdüyünü, 14 iyun 2020-ci ildə saat 08 radələrində poliqona şəxsi heyətlə gedərkən əsgərlərə zarafatla “mən əsgərlərimə kiçik qardaşlarıma güvənirəm, mənə köməklik edərlər özümə yeni qulaqçıq alaram” dediyini, 19 iyunda xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirilməsi barədə məlumat aldığını, axşam saat 22 radələrində əsgər Zərərçəkmiş şəxs1 otağa tək gəlib ona pul uzadıb “bunu götürün, 140 manat puldur, bölüyün şəxsi heyəti adından köməklik məqsədi ilə veririk özünüzə qulaqçıq alarsınız” dediyini, pulu əvvəlcə götürmək istəmədiyini, aparıb əsgərlərin özünə qaytarmasını bildirdiyini, onun ikinci dəfə pulu təklif edəndə aldığını, sonra yataqxanaya gəlib bölüyün şəxsi heyətinə minnətdarlıq edib çıxıb getdiyini, 22 iyun 2020-ci ildə saat 13 radələrində Təqsirləndirilən şəxs2 taborun dayaq məntəqəsinə zəng edib onunla danışdığını, ona “bu nə hərəkətdir etmisən, niyə əsgərlərdən pul almısan?” deyə soruşduğunu, ona əsgərləri pul verməyə məcbur etmədiyini, onların özlərinin pul verdiklərini dediyini, Abbaslının isə “mən vaxtından əvvəl rütbə alacaqdım, həm də növbəti kursa gedəcəkdim, niyə belə etmisən, sənə görə məni tabor komandiri möhkəm danladı, 140 manat pul nə idi ki, onu əsgərlərdən alırdın” dediyindən narahat olub dillənmədiyini, Təqsirləndirilən şəxs2 ona “bu məsələyə görə mən 1000 manat pul verirəm, sən də 1000 manat ver tabor komandirinə verək bizə problem yaratmasın” dediyini, Abbaslının telefonda onunla çox həyəcanlı danışdığını, ona “bu gün Naxçıvan şəhərinə gəlib mənə düşən 1000 manatı verəcəyəm, Sizin də 1000 manatınızı qaytaracağam, Siz mənə görə niyə pul verməlisiniz, əsgərlərin də 140 manat pulunu gətirib verəcəyəm ki, özlərinə qaytarasınız” dediyini, həmin gün saat 23 radələrində Naxçıvan şəhərinə gəldiyini, Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edib onu “Dördyol”da hərbi şəhərcikdəki mağazanın arxasında gözləməsini dediyini, bir azdan Abbaslının onun yanına gəlib “niyə belə hərəkət etmisən, sənə görə tabor komandiri mənim dərsimi verdi” dediyini, ona səhv etməsini bildirdiyini, pulu gətirib-gətirmədiyini soruşduqda gedib götürüb gətirəcəyini bildirdiyini, ondan ayrılıb Naxçıvan şəhərində yaşayan ailə dostu Şahid2lə danışıb onun kartına 927 manat pul atdığını, onu çəkib əlavə 200 manat pul da gətirib ona verməsini dediyini, “Sizin Market”in yanına gedib kartından əlavə olaraq 200 manat da avans çəkdiyini, Nadirdən də 1120 manat aldığını, 1340 manatı gətirib baş leytenant Abbaslıya verib “burada 1340 manat pul var, 140 manat əsgərlərə veriləcək puldur, qalan 1200 manatın 1000 manatını mən verirəm, 200 manatı isə Sizin əvəzinizdən verirəm, qalan 800 manat pulu isə imkanım olanda hissə-hissə verəcəyəm” dediyini, Abbaslının 1340 manat pulu ondan alıb qalan pulu istəmədiyini, ondan “bu pulları tabor komandirinə niyə veririk?” deyə soruşduqda onun “əsgərlərin pul yığıb sənə verməsinə görə tabor komandiri mənə ciddi xəbərdarlıq etdi, sənə görə məni möhkəm danladı, tabor komandiri mənə deyir ki, Sizə mən nəzarət edə bilməmişəm, pulu ona verirəm ki, bizimlə işi olmasın” cavabını verdiyini, tabor komandirinin onun və baş leytenant Abbaslının barəsində xidmət zamanı problem yarada biləcəyini düşünüb onunla razılaşdığını, pulu verəndən sonra çıxıb getdiyini, əsgərlərin ona könüllü pul yığıb vermələrinə görə tabor komandirinin onlardan pul almamalı olduğunu düşünüb 2020-ci ilin iyul ayının 8-də Ordunun Təhqiqat Xidmətinə ərizə ilə müraciət etdiyini, 9 iyul 2020-ci ildə xidmətdə olarkən baş leytenant Abbaslının saat 09:10 radələrində ona zəng edib Təhqiqat Xidmətinə çağırılmasını, onun nəsə deməsini soruşduğunu, ona xəbərinin olmadığını dediyini, bir müddət keçəndən sonra mayor Bəndəliyevin ona zəng edib axşama pulunu baş leytenant Abbaslının qaytaracağını dediyini, səbəbini demədiyini, həmin günü saat 23 radələrində Naxçıvan şəhərinə gəldiyini, Abbaslının ona 1200 manat pul verib çıxıb getdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2020-ci ilin iyun ayının 13-də leytenant Əliyev telefonun qulağa taxılan hissəsini itirdiyini, bir neçə gündən sonra leytenant Şahid1in xidmət yerinin başqa hərbi hissəyə dəyişdirildiyini, N №-li hərbi hissəyə gedəndən N gün sonra bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 onu yanına çağırıb əsgərlərin 140 manat pul yığıb leytenant Şahid1 verməsini dediyini, onun Əliyevlə danışacağını, pulu paylamaqdan ötrü göndərməsini deyəcəyini söylədiyini, növbəti gün nahardan sonra saat 21 radələrində mayor Təqsirləndirilən şəxs1 əsgərlərin pullarını payladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2020-ci ilin iyun ayının 19-da leytenant Şahid1 xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, bir neçə gündən sonra Şahid1in əsgərlərdən pul almasını eşitdiyini, tabor komandiri mayor Bəndəliyevin bölük komandiri Təqsirləndirilən şəxs2 yanına çağırıb ona “leytenant Şahid1 tabeliyində olan əsgərlərdən 140 manat pul alıbdır, bundan xəbərin varmı?” dediyini, onun isə bu barədə məlumatının olmadığını bildirdiyini, sonra tabor komandiri mayor Bəndəliyevin baş leytenant Abbaslıya iradını bildirib bölüyə nəzarət edə bilməməsini, tabeliyində olanların ondan çəkinmədiyini, taqım komandirinin əsgərlərin verdikləri pulları cibinə qoyduğunu, onun isə xəbərinin olmadığını, o cür xidmət etməməli olmasını dediyini, Abbaslının Bəndəliyevdən əsgərlərin Şahid1ə nə qədər pul verməsini soruşduqda tabor komandirinin Abbaslıya acıqlanaraq “onları niyə məndən soruşursan? bölük komandirisən get araşdır gəl bu barədə mənə məruzə et” dediyini, baş leytenant Abbaslının gedib qayıdaraq əsgərlərin öz aralarında 140 manat pul toplayıb Əliyevə vermələrini bildirdiyini, Abbaslının Bəndəliyevə “üstümdə pul var icazə verirsinizsə əsgərlərin pulunu paylayım” dediyini, onun isə Əliyevlə danışıb pulu göndərməsini bildirdiyini, həmin müddət Abbaslının həyəcanlı olduğunu, tabor komandirinin ona qarşı davranışından narahat olmasının hiss olunduğunu, 2020-ci ilin iyul ayının əvvələrində Bəndəliyevlə, Abbaslının Təhqiqat Xidmətinə çağırıldığını, onlar oraya gedib gələndən sonra Bəndəliyevdən “cənab mayor nəsə problem var?” deyə soruşduqda onun leytenant Şahid1in əsgərlərdən pul alması ilə bağlı onların çağırıldıqlarını bildirib fikirli halda otağına keçdiyini, daha sonra Abbaslının Əliyevdən 1200 manat pul alıb Bəndəliyevə verməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 vermiş olduğu ifadə ilə eyni məzmunda ifadə verərək, onun dediklərini bir daha təsdiq etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Naxçıvan şəhərində yaşadığını, leytenant Şahid1in qardaşı X2 adına Hərbi Liseydə bir yerdə oxuduqlarını, bu səbəbdən onunla münasibətlərinin yarandığını, bir şeyə ehtiyacı olduqda köməklik etdiyini, 2020-ci ilin iyun ayının 22-də saat 22:23 radələrində Hüseynin zəng edib bir az probleminin olduğunu, pul köməkliyi etməsini bildirdikdə köməklik edəcəyini bildirdiyini, bundan başqa onun kartına pul atdığını, çəkib gətirib ona verməsini dediyini, onun bir azdan “Sizin market”in yanına gələcəyini bildirdiyini, ona 200 manat pul gətirməsini də söylədiyini, Hüseynin özünün “Bir kartından” onun kartına 920 manat atdığını, “Sizin market”in qarşısında “Kapital bank”a məxsus bankomatdan şəxsi kartından 920 manat pulu çəkdiyini, bir azdan Hüseynin tək gəldiyini, onu həyəcanlı gördüyünü, ondan elə bir ciddi problemin olub-olmamasını soruşduqda bir az probleminin olduğunu, ancaq özünün həll edəcəyini dediyini, kartından çəkdiyi 920 manat və cibində olan 200 manat pulu Hüseynə verdiyini, onun pulu alıb getdiyini, bir neçə gün keçəndən sonra Hüseynlə görüşdüyünü, onun 200 manatını qaytardığını, həmin müddət Hüseynin yeni qulaqçıq alması üçün əsgərlərin ona pul verdiklərini, bunu tabor komandirinin bildiyini, onlarla işi olmaması üçün 1200 manat pulu tabor komandirinə verməsi üçün bölük komandirinə verdiyini, sonra pulunun özünə qaytarılmasını bildirdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində N №-li hərbi hissənin 2-ci təlim taborunun 6-cı təlim bölüyünün baş çavuşu vəzifəsində xidmət etdiyini, 22 iyun 2020-ci ildə saat 11 radələrində ərazidə təmizlik işləri apararkən Şahid7 ona taqım komandiri Şahid1 onlardan pul almasını dediyini, onun nə üçün pul almasını soruşduqda nauşniki itdiyini, ona görə də əsgərlərin iyun ayının 19-da pul yığıb ona verdiklərini, onun da pulu aldığını bildirdiyini, iş qurtarandan sonra mayor Təqsirləndirilən şəxs1 bu barədə məruzə etdiyini, həmin müddət məzuniyyətə gedib qayıtdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs2 əsgərlərin pulunun qaytarılıb-qaytarılmamasını soruşduqda qaytarıldığını dediyini, 2020-ci ilin iyul ayının əvvəllərində baş leytenant Təqsirləndirilən şəxs2 və mayor Təqsirləndirilən şəxs1 barəsində araşdırma aparılmasını, Şahid1 əsgərlərdən pul almasına görə baş leytenant Təqsirləndirilən şəxs2 leytenant Şahid1 2000 manat istəməsini, onun isə 1200 manat verməsini, onun da həmin pulu aparıb Təqsirləndirilən şəxs1 verməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində 14 may 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılaraq N №-li hərbi hissədə xidmət edərkən poliqona gedərkən yolda leytenant Şahid1 üzünü əsgərlərə tutub gülə-gülə “mən əsgərlərimə güvənirəm, 280 manat dəyərində nauşnikimi itirmişəm, mənə nauşnik almağıma köməklik edərlər” dediyini, baş leytenant Şahid5 isə ona “əsgərlərdən niyə pul yığırsan gedib bölüyün zampaliti baş leytenant Şahid3 deyəcəm” dediyini, 2020-ci ilin iyun ayının 19-da leytenant Şahid1in xidmət yerinin başqa hərbi hissəyə dəyişdirilməsini eşitdiklərini, həmin gün əsgərlərlə razılaşıb 140 manat pul yığıb əsgər Zərərçəkmiş şəxs1 vasitəsilə leytenant Şahid1ə verdiklərini, leytenant Əliyevin pulu alıb minnətdarlıq edərək çıxıb getdiyini, 2020-ci ilin iyun ayının 22-də ərazidə işləyərkən baş çavuş gizir Şahid6 bu barədə bildirdiyini, onun bu barədə tabor komandirinə məruzə edəcəyini dediyini, bir saat sonra mayor Təqsirləndirilən şəxs1 onu otağına çağırıb hadisəni soruşduğunu, ona hadisəni danışdığını, onun kimin pulu aparıb leytenant Əliyevə verməsini soruşduqda əsgər Zərərçəkmiş şəxs1 pulu aparıb verməsini dediyini, həmin günün axşamı tabor komandiri mayor Bəndəliyevin göstərişinə əsasən bölüyün şəxsi heyətinin yataqxanada ikinci mərtəbədə düzüldüyünü, həmin müddət bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 da orada olduğunu, Bəndəliyevin cərgənin başında dayanan əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb ondan pulu kimin aparıb Şahid1ə verməsini soruşduqda Eminovun əvvəlcə demək istəmədiyini, odur ki, mayor Bəndəliyevin onun sifətinə bir şillə vurduğunu, yenə ondan soruşduqda Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 verməsini dediyini, sonra Bəndəliyevin cərgədə olan hər bir əsgərin qarşısında durub kimin leytenant Əliyevə pul verməsini soruşduqda əsgərlərin Zərərçəkmiş şəxs1 aparıb verdiyini dediyini, bundan sonra Bəndəliyevin Zərərçəkmiş şəxs1 “niyə vicdansızlıq edib pul yığmısan, səndən belə şey gözləməzdim, sən yaxşı əsgər idin” dediyini, daha sonra onun sifətinə təqribən 2-3 şillə vurduğunu, sifətinə vurmasın deyə o əllərini sifətinə tutub başını aşağı əydiyini, Bəndəliyevin də onun başına, kürək nahiyyəsinə, qoluna təqribən 5-6 dəfə yumruqla zərbə vurduğunu, Laçının kürəyinə yumruqla vurandan sonra onun özünü saxlaya bilməyib taburetkanın üstündə oturduğunu, ağlaya-ağlaya “cənab mayor üzr istəyirəm məni bağışlayın, bir də belə səhvliyə yol verməyəcəyəm” dediyini, Laçın ayağa durandan sonra Bəndəliyevin onun arxasından da təpiklə bir dəfə vurub sıraya keçməsini bildirdiyini, onun da sıraya keçdiyini, ondan sonra Bəndəliyevin əsgərlərin qarşısına keçib əsgərlərin pullarını qaytardığını, Bəndəliyevin əsgər İbrahimova qarşı zorakılıq hərəkətləri etməsi nəticəsində onun elə bir xəsarət almadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Müşviq oğlu ifadəsində N №-li hərbi hissədə xidmət edərkən şəxsi heyətlə birlikdə poliqona təlimə gedərkən leytenant Şahid1in əsgərlərə “mən əsgərlərimə güvənirəm, kreditlə aldığı 280 manat dəyərində qulaqlığı itirmişəm, mənə köməklik edərsiniz qulaqlıq alaram, mahnıya qulaq asaram başım qarışar” dediyini, həmin müddət onun dediyini zarafat kimi qəbul etdiklərini, avtomaşında olan baş leytenant Şahid5 leytenant Şahid1ə “əsgərlərdən pul yığırsan bölüyün zampalitinə məruzə edəcəyəm” dediyini, 2020-ci ilin iyun ayının 18-də əsgərlərin maaşlarını payladıqlarını, maaşı alandan sonra bir gün keçmiş leytenant Şahid1in N №-li hərbi hissəyə dəyişdirildiyini eşitdiklərini, saat təqribən 21 radələrində əsgərlərin Zərərçəkmiş şəxs1 pul vermələrini gördüyünü, əsgərlərdən Laçına nə üçün pul vermələrini soruşduqda onların Şahid1in onlardan getdiyini, özünə qulaqçıq almasından ötrü pul yığıb vermələrini dediklərini, onun da 10 manat verdiyini, əsgər Zərərçəkmiş şəxs1 yığılan pulu aparıb Əliyevə verdiyini, onun da gəlib minnətdarlıq edib çıxıb getdiyini, aradan bir neçə gün keçəndən sonra tabor komandiri mayor Təqsirləndirilən şəxs1 bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs2 ilə bölüyün əsgərlərini yataqxanada düzdüyünü, 2-ci mərtəbədə düzüldüklərini, Bəndəliyevin cərgənin başında birinci dayanan əsgər Zərərçəkmiş şəxs2 yığılan pulu kimin aparıb leytenant Şahid1ə verməsini soruşduqda onun cavab vermədiyini, mayor Bəndəliyevin onun sifətinə bir şillə vurduğunu, yenə ondan pulu kimin aparıb leytenant Şahid1ə verməsini soruşduqda Eminovun əsgər Zərərçəkmiş şəxs1 aparmasını dediyini, ondan sonra mayor Bəndəliyevin əsgər Eminovu vurmadığını, sonra hər bir əsgərin qarşısında dayanıb pulu kimə vermələrini soruşduqda onların Zərərçəkmiş şəxs1 vermələrini, onun da aparıb leytenant Şahid1ə verməsini bildirdiklərini, bundan sonra Bəndəliyevin əsgər Zərərçəkmiş şəxs1 sifətinə şillə ilə, başına yumruqla bir neçə dəfə vurandan sonra yumruqla da kürəyinə, qoluna bir dəfə vurduğunu, həmin müddət əsgər Zərərçəkmiş şəxs1 özünü saxlaya bilməyib çarpayının yanında olan taburetkada oturduğunu, o ayağa qalxdıqdan sonra Bəndəliyevin İbrahimovun arxasına təpiklə bir dəfə vurub cərgəyə keçməsini dediyini, onun da cərgəyə keçdiyini, ondan sonra mayor Bəndəliyevin əsgərlərin pullarını payladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Müşviq oğlunun vermiş olduğu ifadə ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin 2-ci cildinin 68-71-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26 avqust 2020-ci il tarixli 193 №-li və 194 №-li rəylərində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən səthlərində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 78-ci və 79-cu vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissənin hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1743 №-li və xx.xx.2020-ci il tarixli, 1774 №-li arayışlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sağlam olmaqla hərbi xidmətə yararlı olduqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 31-ci və 29-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət, Təqsirləndirilən şəxs2 mənfi xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 37, 38-ci vərəqələrinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsindən verilmiş tələbnamələrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaları ilə bağlı məlumat olmadığı qeyd edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 329.2.2-ci və 311.1-ci maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 32.3, 311.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətdə təqsirli şəxslərin rolu və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki az yaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə edib onlarla barışmasını, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, əməlindən peşiman olması cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini səmimi etiraf edib, əməlindən peşiman olması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti ilə bağlı göstərilən məlumatları, cinayətin xarakterini və ictimaitəhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.2-ci və 311.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti ilə bağlı göstərilən məlumatları, cinayətin xarakterini və ictimaitəhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 311.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, yəni hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 1-ci cildinin 230-232-ci vərəqələrinə əlavə edilmiş sənədlərdən aydın olur ki, cinayət yolu ilə əldə olunmuş 1200 (bir min iki yüz) manat pul 18 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X3 Respublikası Mərkəzi X3 Respublikası İdarəsinə depozitə verilmişdir. Cinayətin predmeti olan 1200 (bir min iki yüz) manat pul Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 05% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 05% dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 311.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Mərkəzi X3 Respublikası Mərkəzi X3 Respublikası İdarəsinin depozitində saxlanılan cinayətin predmeti olan 1200 (bir min iki yüz) manat Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: İlham İbrahimov (sədrlik edən), Polad Həsənov, Səxavət Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar