Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-28/2022 27.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, subay, orta təhsilli, Babək rayonunun Vayxır kəndində qeydiyyatda olan və yaşayan, N №-li hərbi hissədə xidmət edən, xx.xx.N2-ci ildən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHX HQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborun 12-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri və post böyüyü kimi xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən “komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq N2-ci ilin aprel ayının sonlarında, tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 şam yeməyinə qalxmaması səbəbindən ona yataqxanada nalayiq ifadələr işlədərək sinəsindən yumruqla vurmaqla, təkrarən 26 iyun N2-ci il tarixdə, saat 01:05 radələrində döyüş növbətçisi olduğu vaxt yerə çökməsi səbəbindən əsgər Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlədərək sinəsindən yumruqla vurub yerə yıxmaqla, 26 iyun N2-ci il tarixdə, saat 16:05 radələrində döyüş növbətçiliyi vaxtı silahını təmiz saxlamaması səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs2 sinəsindən itələməklə, sonuncu buna etirazını bildirdikdə sinəsindən yumruqla vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə təkrar zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində haliyədə N №-li hərbi hissə komandirinin sərəncamında olduğunu, N2-ci ilin aprel ayının axırlarında şam yeməyindən sonra N №-li hərbi hissənin 4-cü taborun 12-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri və post böyüyü vəzifəsində xidmət edərkən əsgər Zərərçəkmiş şəxs1 döyüş növbətçisi olduğundan yatdığından əsgərlərdən kimsə onu yemək yeməyə çağırsa da o, yerindən qalxmadığına görə onun yatdığı çarpayının yanına gedib əsgər Zərərçəkmiş şəxs1 yerindən qaldırıb niyə yeməyə durmadığını soruşduğunu, Zərərçəkmiş şəxs1 yorğun olduğuna görə dura bilmədiyini dedikdə əsəbiləşib ona qarşı nalayiq ifadələr işlədib sağ əli ilə onun sinə nahiyəsindən bir yumruq vuraraq qalxıb yemək yeməsini tapşırdığını, həmin vaxt yataqxanada olan əsgərlər onun bu hərəkətini gördüklərini, N2-ci ilin iyun ayının 25də əsgər Zərərçəkmiş şəxs1 əsgər Zərərçəkmiş şəxs2lə birlikdə saat 24:00-dan 02:00-dək döyüş növbətçisi təyin olunduqlarını, onları müşahidə məntəqəsinə apardığını, sonra yataqxanaya qayıtdığını, 25 iyun N2-ci il tarixdə, saat 01:05 radələrində döyüş növbətçiliyinin aparıldığı müşahidə məntəqəsini yoxlamağa gedəndə əsgər Zərərçəkmiş şəxs1 müşahidədə yerə çöküb oturduğunu görüb ondan niyə oturduğunu soruşduğunu, Zərərçəkmiş şəxs1 da yorulduğuna görə yerə çökdüyünü dedikdə onun bu hərəkətinə əsəbiləşərək ona qarşı nalayiq ifadə işlədib sağ əli ilə onun sinə nahiyəsindən bir yumruq vurub yerə yıxdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 bunu gördüyünü, 26 iyun N2-ci il tarixdə, saat 14:00-dan 16:00-dək əsgərlər Zərərçəkmiş şəxs2lə Zərərçəkmiş şəxs1 döyüş növbətçisi olduğunu, saat 16:05 radələrində döyüş növbəsindən qayıdarkən Zərərçəkmiş şəxs2 təhkim olunmuş SVD snayper silahı səngərdə torpaq olmasına görə ona iradını bildirdiyini, sağ əli ilə onun sinəsindən itələdiyini, həmin vaxt onu vurmadığını, Zərərçəkmiş şəxs2 silahını silah otağına qoyub onun yanına qayıdaraq niyə onu sinəsindən itələdiyini soruşduqda sağ əli ilə onun sinəsindən bir yumruq vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs1da yanlarında olduğunu, etdiyi hərəkətdən peşman olduğunu, əsgərlərdən üzr istədiyib, barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş çəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində N2-ci ilin aprel ayının sonlarında xidmət etdiyi manqada döyüş növbətçiliyinə təyin olunduğunu, həmin gün axşam saat 22:00-dan səhər saat 08:00-dək xidmətdə olacağından saat 16:00-dan 22:00-dək istirahət növbəsi olduğunu, istirahət etmək üçün gedib yatdığını, əsgər yoldaşlarından kimsə axşam yeməyini yemək üçün onu oyadarkən yemək istəmədiyini deyib yatdığını, bir az keçdikdən sonra MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu yuxudan oyadıb ondan niyə yeməyə durmadığını soruşduqda ona yorğun olduğuna görə dura bilmədiyini dediyini, həmin vaxt MAHHX HQ əsgər Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə işlədərək sinəsindən 1 yumruq vurduğunu, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu vurmasını əsgər Zərərçəkmiş şəxs2 və əsgər Şahid1 gördüyünü, N2-ci ilin iyun ayının 25-də gecə saat 00:00-dan 02:00-dək əsgər Zərərçəkmiş şəxs2lə döyüş növbətçiliyində olduğunu, döyüş növbətçiliyinə ona təhkim olunmuş PKM markalı EC 767 nömrəli pulemyot silahı ilə çıxdığını, təxminən bir saat müşahidə apardıqdan sonra yorulduğu üçün müşahidə məntəqəsində yerdə çökülü vəziyyətdə oturduğunu, bu vaxt post böyüyü MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onları yoxlamaq üçün müşahidə məntəqəsinə gələndə onu oturduğu yerdə görüb ondan niyə oturduğunu soruşduqda ona yorulduğu üçün oturduğunu dediyini, Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədib sinəsindən bir yumruq vurduğunu, 26 iyun N2-ci il tarixdə saat 14:00-dan 16:00-dək əsgər Zərərçəkmiş şəxs2 ilə döyüş növbətçisi təyin edildiyini, saat 16:05 radələrində MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onları döyüş növbətçiliyindən dəyişdirib yataqxananın qarşısına gətirərkən əsgər Zərərçəkmiş şəxs2 silahı toz-torpaqlı olduğu üçün Təqsirləndirilən şəxs ona iradını bildirib sinə nahiyəsindən itələdiyini, əsgər Zərərçəkmiş şəxs2 get silahını silah otağına qoy gəl yanıma dediyini, əsgər VAğayev də silah otağına gedib, silah-sursatını qoyub geri qayıdaraq MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu sinəsindən itələdiyinə görə etiraz etdikdə Təqsirləndirilən şəxs onun sinəsindən bir dəfə yumruqla vurduğunu gördüyünü, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 26 iyun N2-ci ildə saat 14:00-dan 16:00-dək əsgər Zərərçəkmiş şəxs1la döyüş növbətçisi təyin olunduqlarını, təhkim edilmiş SVD markalı ******* nömrəli silahla xidmətə çıxdığını, növbəni səngərdə təşkil edən zaman silahın lüləsi səngərə dəydiyindən torpaq olub çirkləndiyini, saat 16:00-da MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onları növbədən dəyişdikdən sonra yataqxananın qarşısına gəldiyini, orada MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onun silahının tozlu olmasına görə irad tutaraq onu sinəsindən itələdiyini, həmin vaxt ona heç nə deməyib silahını gedib silah otağına qoyub onun yanına qayıdaraq "niyə məni itələyirsiniz" deyə soruşduqda Təqsirləndirilən şəxs onun sinəsinə 1 yumruq vurduğunu, orada olan əsgər Zərərçəkmiş şəxs1 bunları gördüyünü, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs iki dəfə əsgər Zərərçəkmiş şəxs1 vurmasını gördüyünü, bir dəfə N2-ci ilin aprel ayının axırında təxminən saat 19:30 radələrində mövqeyin yataqxanasında əsgər Zərərçəkmiş şəxs1 axşam yeməyinə vaxtında qalxmaması səbəbindən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ona iradını bildirərək sinəsindən bir yumruq vurub və ona qarşı nalayiq ifadələr işlətdiyini gördüyünü, N2-ci ilin iyun ayının 25də gecə saat 00:00-dan 02:00-dək əsgər Zərərçəkmiş şəxs1la birlikdə döyüş növbətçisi təyin edildiklərini, növbədə olan zaman Zərərçəkmiş şəxs1 yorulduğunu bildirib yerə çöküb oturaraq kürəyini müşahidə məntəqəsinin divarına dayadığını, saat 01:05 radələrində MAHHX HQ əsgər Təqsirləndirilən şəxs müşahidə məntəqəsini yoxlamağa gələn zaman əsgər Zərərçəkmiş şəxs1 yerə çökmüş vəziyətdə görüb, ona qarşı nalayiq ifadələr işlədib, sinəsindən bir dəfə yumruqla vurub yerə yıxdığını gördüyünü, MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N2-ci ilin aprel ayının axırlarında saat 19:30 radələrində axşam yeməyinə hazırlaşan zaman əsgərlərdən kimsə istirahətdə olan əsgər N.Hüseyinovu da yeməyə qaldırmaq istədiyini, ancaq o, qalxmadığını, buna görə MAHHX HQ əsgər Təqsirləndirilən şəxs hirslənib Zərərçəkmiş şəxs1 yanına gedib onu oyadaraq vaxtında axşam yeməyinə qalxmadığı üçün ona qarşı nalayiq ifadə işlədərək sinəsindən bir dəfə yumruqla vurmasını dediyini, əsgər Zərərçəkmiş şəxs1 xx.xx.N2-ci il tarixdə gecə saat 01 radələrində döyüş növbətçisi olduğu vaxt MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu çökülü tutduğu üçün sinəsindən yumruqla vurduğunu və ona qarşı nalayiq ifadə işlətməsini dediyini, həmçinin əsgər Zərərçəkmiş şəxs2 ona MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu silahının çirkli olduğuna görə sinəsindən itələdiyini və yumruqla vurduğunu dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs1la söhbət edən zamanı N2-ci ilin aprel ayının axırlarında yataqxanada yataraq axşam yeməyinə qalxmadığı üçün MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onun sinəsindən yumruqla vurduğunu və ona nalayiq ifadə işlətdiyini, əlavə olaraq 25 iyun N2-ci il tarixdə, saat 01:05 radələrində döyüş növbətçisi olduğu vaxt MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onu çökülü gördüyündən əsəbiləşib onun sinəsindən bir yumruq vurduğunu və ona qarşı nalayiq ifadə işlətdiyini dediyini, əsgər Zərərçəkmiş şəxs2lə söhbət edən zaman isə, o, 26 iyun N2-ci il tarixdə saat 16:05 radələrində döyüş növbətçiliyindən qayıtdıqdan sonra silahı təmiz olmadığı üçün MAHHX HQ əsgər Təqsirləndirilən şəxs onun sinəsindən itələdiyini və bir dəfə yumruqla vurduğunu ona dediyini göstərmişdir. Şahid3 xx.xx.N2-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək özünün Bakı şəhərində olduğunu, səhəti ilə əlaqədar olaraq müalicə olunduğundan məhkəmə iclaslarına gələ bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid3 məhkəmə iclasına gəlməməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildi. Şahid3 ifadəsi məhkəmədə ifadə vermiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə eyni məzmunda ifadə vermiş və baş vermiş hadisə barədə ifadələr eynilik təşkil edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı ifadəsini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutlarıda mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 82-88-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 90, 91 №-li, 07 iyul N2-ci il tarixli ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədən səthi üzərlərində hər hansı xəsarət aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 04-cü vərəqəsinə əlavə edilmiş N iyun N2-ci il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı nizamnamədən kənar hərəkətlər etməsi barədə məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 162-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 181 №-li əmrdən çıxarışından görünür ki, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborun 12-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri, X1 Komandanın şəxsi heyət üzrə müavinin N iyun N2-ci il tarixli 0110əç nömrəli əmri ilə tutduğu vəzifədən azad etməklə hərbi hissə komandirin sərəncamına çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin 4-cü taborun 12-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri və post böyüyü MAHHX HQ əsgər Təqsirləndirilən şəxs həmin taborun 12-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının əsgəri Zərərçəkmiş şəxs1 və əsgər Zərərçəkmiş şəxs2 ilə aralarında tabelik münasibətləri vardır. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş 08 iyul N2-ci il tarixli 866 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır. Cinayət işinin 1-ci cildinin 87-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-28/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-28/2022
27.10.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver