Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-28/2024 08.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında 18 avqust 1991-ci il tarixdə Şərur rayonunun Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Şahtaxtı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş), hal-hazırda hərbi xidmətdən tərxis olunmuş, işsiz, 23 dekabr 2023-cü il tarixdən barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N nömrəli hərbi hissəsinin Şərur rayonu ərazisində yerləşən xüsusi təyinatlı dəstəsinin atəş təminat qrupunun iriçaplı pulemyot yarımqrupunun pulemyotçusu vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 05 oktyabr 2023-cü il tarixdə, saat 06:25-də müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi, atası X6 məxsus “Kia Rio” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olan zaman “X17 Azərbaycan Respublikası Qanunu”nun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin “Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı başqa yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub, həmin yolun Şərur rayonu ərazisindən keçən və sürət həddi 90 km/saat sürətə qədər məhdudladırılmış 41-ci kilometrliyində avtomobili 110 km/saat sürətlə idarə edib yolun sol tərəfindən sağ tərəfinə iribuynuzlu heyvanı keçirən, 14 may 2002-ci il tarixdə Şərur rayonun Püsyan kəndində anadan olmuş, həmin yerdə qeydiyyatda olmaqla orada yaşayan X9 və iribuynuzlu heyvanı avtomobilin ön tərəfi ilə vuraraq, ona ehtiyatsızlıqdan canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələn sağlamlığa ağır zərər vurmaya aid «sağ yuxarı, sol aşağı ətrafın, döş qəfəsinin qarışıq küt travması, sağ bazu sümüyünün açıq yerdəyişən, sol baldır sümüklərinin qapalı yerdəyişən, sol İİİ-İV-V-ci qabırğaların yerdəyişən sınıqları, sol ağciyərin cırılmış yarası, çoxlu qanitirmə, döş boşluğunda 2500 ml qan, bədənin müxtəlif nahiyələrinin yara, qançır və sıyrıqları» xəsarətlərini yetirməklə sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisənin baş verdiyi vaxt Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N №-li hərbi hissəsində MAHHXHQ-su kimi xidmət etdiyini, hal-hazırda xidmətdən tərxis olunduğunu, 2020-ci ildən işdən çıxarılanadək həmin hərbi hissənin Şərur rayonu ərazisində yerləşən Xüsusi Təyinatlı Dəstənin taborunda atıcı vəzifəsində xidmət etdiyini, hadisədən bir gün qabaq tabor komandirinin göstərişi ilə hərbi hissədə işdən çıxanda səhərsi gün dağ təlimi olacağı üçün saat 06:30 radələrində hərbi hissədə olmaları barədə göstəriş verildiyini, bu səbəbdəndə 05 oktyabr 2023-cü ildə saat təqribən 05:45-də atası X6 məxsus, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni hərbi hissədə xidmət edən MAHHXHQ-su əsgər yoldaşları Şahid1 və Şahid2 götürüb təyinat yerinə getmək üçün Naxçıvan-Sədərək avtomobil yoluna çıxdıqlarını, MAHHXHQ-su əsgər Şahid1 qabaq oturacaqda, Şahid2 isə arxa oturacaqda oturduğunu, kəntdən çıxarkən həmin vaxt havanın tam işıqlanmadığını, havanın dumanlı, yağışlı və çisginli olduğunu, hava dumanlı olduğundan maşının yaxın məsafəli duman və çən əlehinə olan işıqlandırmasından istifadə etdiyini, Saat 06:30-da təyinat yerində olmalarından ötrün maşını təqribən 100-110 km sürətlə idarə edərək Şərur rayonunun Püsyan kəndi ərazisindən keçən yolda, yolun sağ tərəfində hərəkətdə olarkən anidən yolun sol tərəfindən sağ tərəfinə otlaq əraziyə bir neçə iribuynuzlu heyvanın keçdiyini gördüyünü, iribuynuzla heyvanları görəndə heyvanlarla maşın arasındaki məsafənin çox az qaldığını, iri buynuzlu heyvanlardan birinin o, tərəf bu tərəfə qaçaraq onun tamami ilə diqqətini yayındırdığını, həmin an yer sürüşkən, hava yağışlı və havada az çən olduğundan görmə məsafəsi isə qısa olduğundan ani qərar verə bilmədiyini, maşının əyləcindən istifadə etmək istəsə də, maşın sürətlə hərəkətdə olduğu üçün artıq gec olduğunu və baş verəcək qəzanın qaçılmaz olduğunu, həmin vaxt orada iri buynuzlu heyvanlardan başqa insanların olduğunu görmədiyini, avtomobilinin ön tərəfinin həmin sürətlə heyvana dəydiyini, avtomobilin əyləcini sıxdığı üçün avtomobil hadisə yerindən təqribən 7-8 metr qabağa sürüşərək dayandığını, tez yerə düşüb həmin vaxt avtomobildə olanlardan xəsarət alanın olub-olmamasını soruşduqda maşındakılardan kiminsə “narahat olma yaxşı qurtardıq” dediyini, bu arada maşından bir az aralı yola uzanılı vəziyyətdə qalmış bir iri buynuzlu malın öldüyünü, ondan sağ tərəfdə asfaltdan kənarda torpaq yolda, ağacların içərisində isə bir yaşlı kişinin ağladığı gördüklərini, tez ona yaxınlaşıb, “ dayı inəyə görə ağlayırsansa ağlama, əsas odur ki, özünə bir şey olmadı” dedikdə həmin kişinin ona ağlaya-ağlaya “ nə mal bala, evimi yıxmısan, uşağımı vurmusan”, dediyini, kişinin yanına baxanda bir nəfərin hərəkətsiz vəziyyətdə yarı yerdə, yarı həmin kişinin qucağında yaralı vəziyyətdə olduğunu gördüyünü, hadisənin təsirindən nə etdiyini bilməyərək həmin şəxsə kömək etmək məqsədi ilə ora-bura qaçaraq tez təcili yardım maşını çağırdığını, daha sonra polisə də zəng vurub hadisə barədə məlumat verərək həmin şəxsin yanına qayıtdığını, bir az sonra təcili yardım maşınının da oraya gəldiyini, həmin vaxt təcili yardımla oraya gələn həkimin yerdə uzanan şəxsin nəbzini yoxladıqdan sonra onun artıq öldüyünü dediyini, çoxlu ağlasa da ağlamağın artıq heç nəyi dəyişmədiyini, onun törətdiyi hadisə nəticəsində ehtiyatsızlıqdan sonradan adını bildiyi İlkin adlı həmin şəxsin artıq öldüyünü, hadisədən sonra heç də özünü normal hiss etmədiyini, gecələri çox narahat yatdığını, dəfələrlə həmin şəxsi yuxusunda da gördüyünü, hadisə nəticəsində yüngül bədən xəsarəti aldıqlarından xəstəxanaya aparıldıqlarını, orada olarkən məhrum İlkinin atası X7 oğlu İlkinin yasından vaxt taparaq xəstəxanada onların yanına da gələrək onların vəziyyətləri ilə maraqlandığını, ailə üzvülərinin və yaxın qohumlarının dəfələrlə məhrum İlkin Quliyevin yas mərasimində olduqlarını, iribuynuzlu mala görə X10 dəymiş maddi ziyanı tamami ilə ödədiyini, törətdiyi əməldən son dərəcə peşiman olduğunu, məhrumun ailə üzvülərindən, atasından, anasından üzür istədiyini, məhrum İlkin Quliyevin atası X7 da onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, iki azyaşlı övladının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X15 şahid qismində verdiyi ifadəsində Şərur rayonunun Püsyan kənddə fərdi təsərrüfatla məşğul olduğunu, gündəlik səhər saatlarında oğlu İlkinlə birlikdə təsərrüfatında olan iribuynuzlu heyvanlarını aparıb mərkəzi, ana yolun digər tərəfində, yolun kənarında olan otlaq sahəsinə bağlayaraq geri, evlərinə qayıtdıqlarını, hadisə olan gün, 05 oktyabr 2023cü il tarixdə də hər gün olduğu kimi yenə oğlu İlkinlə bərabər 3 baş iribuynuzlu heyvanını otlaq sahəsi istiqamətində ana yoldan digər istiqamətə otlaq sahəyə keçirmək istədiklərini, həmin vaxt havanın bir az qaranlıq, asfaltın isə axşamdan yağış yağdığından sürüşkən və nəm olduğunu, havanın dumanlı olmasının isə yadına gəlmədiyini, əvvəlcə ana yolda maşın olub olmamasını dəqiqləşdirib yola girərkən oğlu İlkinin iki inəyi qabaqda özünün isə arxadan digər bir malı gətirdiyini, İlkin heyvanlarla birlikdə Naxçıvandan gələn istiqamətdə qoşa xəttin yanından digər tərəfinə keçərkən Naxçıvan şəhəri tərəfdən bir avtomobilin böyük sürətlə gəldiyini gördüyünü, həmin vaxt tez İlkinə “inəkləri biraz az tez keçir, maşın sənə dəyər” dediyini, bu sözü deyən andan bir neçə saniyə sonra avtomobilin oğlunu və yanındakı inəyi eyni anda vurduğunu gördüyünü, inəyin yolun ortasına, oğlunun isə Sədərək istiqamətində yolun sağ kənarına dərəyə, ağacların arasına düşdüyünü, tez qışqıra-qışqıra oğlunun yanına qaçaraq onu qucağına alıb ağlaya-ağlaya onu səsləsə də onun cavab vermədiyini, bədəninin müxtəlif yerlərinin zədələndiyini və qan gəldiyini, eyni anda həmin maşının sürücüsünün və digər iki şəxsin də onların yanına qaçaraq gəlib ondan nə olmasını soruşduqda oğlu İlkini vurduqlarını onlara deyərək ağlaya-ağlaya onlara “dayının evini yıxdın, malım cəhənnəm, oğlumu vurmusan, öldürmüsən” dediyini, sonradan adını bildiyi Nail adlı həmin şəxsin də ağlaya-ağlaya ora bura qaçıb ona nəsə köməklik etmək istədiyini, tez ona zəng vurub təcili yardım maşını çağırmasını dediyini, onun da zəng vuraraq təcili yardım maşınını oraya çağırdığını, sonra həmin şəxsin polisə də məlumat verdikdən sonra ağlaya-ağlaya onun yanına qayıtdığını, nəsə ona köməklik etmək istədiyini, bir azdan təcili yardım maşının da oraya gəldiyini, oraya gələn həkimin İlkinin artıq öldüyünü bildirdiyini, nə edəcəyini bilmədiyini, Nailin orada olan digər şəxslərlə birlikdə oğlunu təcili yardım maşınına qoyub xəstəxanaya apardıqlarını, oğlu İlkinin dəfnində və yas mərasimində Təqsirləndirilən şəxs valideyinlərinin və yaxın qohumlarının dəfələrlə iştirak etdiklərinin, özünün də Nailin və maşında olan digər iki şəxsin hadisə vaxtı yüngül yaralanmalarını eşidib xəstəxanada onların yanına gedərək onlara baş çəkdiyini və tezliklə sağalmalarını arzu etdiyini, hadisə zamanı Nail tərəfindən iribuynuzlu malının ölməsinə görə ona dəymiş ziyanın tamami ilə ödənildiyini, Naili zərərçəkmiş şəxsin hüquqi varisi kimi bağışladığını, ondan şikayət və tələbinin olmadığını, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su baş çavuş X11 ifadəsində Daxili Qoşunların N saylı hərbi hissədə MAHHXHQ-su kimi xidmət etdiyini, xidmət etdiyi xüsusi təyinatlı taborun Şərur rayon ərazisində yerləşdiyini, həmkəndlisi Nail adlı şəxsin də həmin vaxt onun taborunda MAHHXHQ-su çavuş kimi xidmət apardığını, hal hazırda onun xidmətdən ehtiyata buraxıldığını, təxminən 3 ildir Nailin sürdüyü atasına məxsus avtomobil ilə işə gedib qayıtdıqlarını, hadisədən bir gün qabaq, xx.xx.2023-cü il tarixdə, səhərsi gün yəni xx.xx.2023-cü ildə təlim olacağı üçün saat 06:30 radələrində işdə olmaları barədə tabor komandiri tərəfindən göstəriş verildiyindən xx.xx.2023-cü il tarixdə saat təxminən 05:45 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-BA- *** qeydiyyat nişanlı avtomobil ilə Qıvraq qəsəbəsinə gələrək digər xidmət yoldaşları Şahid2 götürüb özünün qabaqda, Samirin arxa oturacaqda, Nailin isə sürücü kimi Şərur istiqamətdə hərəkət etdiklərini, həmin vaxt havanın ala qaranlıq, zəif dumanlı, axşamdan yağış yağdığından asfaltın nəm və sürüşkən olduğunu, uzaq məsafənin aydın görsənmədiyini, bu səbəbdən də Nailin maşının yaxın məsafəli duman əlehinə işıqlardan istifadə etdiyini, Nailin maşını təqribən 100-110 km sürətlə sürdüyünü, maşınla Naxçıvan- Sədərək rayonu istiqamətində hərəkətdə olarkən anidən avtomobil zolağında çox yaxın məsafədə iribuynuzlu heyvanın yolun sağ tərəfindən onların hərəkətdə olduğu istiqamətdən keçdiyini gördüyünü, avtomobillə iribuynuzlu heyvan arasında çox az məsafə olduğundan Nailin avtomobili bir az sola çəkdikdikdə heyvanın da həmin istiqamətə yönəldiyini, Nailin maşını qaçıra bilməyib həmin anda iribuynuzlu heyvanı vurduğunu gördüyünü, heyvanı vurduqdan sonra onun əyləci sıxdığını, avtomobilin asfalt yolda uzun bir məsafə, təqribən 7-8 m sürükləndikdən sonra dayandığını, onun başı maşının ön şüşəsinə dəydiyi üçün həmin hissənin yüngül yaralandığını və qanadığını, tez maşından yerə düşdükdə iribuynuzlu heyvan vurulan yer tərəfdən ağlamaq səs gəldiyini eşitdiyini, Naillə birlikdə səs gələn yerə tərəf qaçdıqlarını, orada yolun qırağında bir kişinin kimi isə qucağına alıb ağladığını görüb ondan dayı nə olub soruşduqda onun da uca səslə ağlayaağlaya “dayının evi yıxılıb, balamı vurmusan” dediyini, həmin dayının yarı qucağında, yarı yerdə bir nəfər oğlanın hərəkətsiz vəziyyətdə qan içində qaldığını gördüyünü, Nailin tez təcili yardıma və Polisə hadisə barədə məlumat verdiyini, özlərinin də yaralıya nəsə köməklik etmək istədiklərini, bir az sonra hadisə yerinə təcili yardım maşınının da gələrək, oraya gələn həkimin yaralının artıq öldüyünü bildirdiyini, hadisə yerinə az qalmış İribuynuzlu heyvanı görsələr də həmin vaxt piyadanın hərəkətini görmədiklərini, heyvanı görəndə artıq avtomobildən təxminən 7-10 metr məsafədə olduğunu, hadisənin anidən baş verdiyini, həmin vaxt Nailin içkili olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Kəngərli rayon Qıvraq qəsəbəsində kirayədə yaşadığını, Daxili Qoşunların N saylı hərbi hissənin Şərur taborunda MAHHXHQ çavuş kimi xidmət etdiyini, xx.xx.2023-cü il tarixdə taborda təlim olacağı üçün saat 06:30 radələrində işdə olmaları barədə tapşırıq aldığından xx.xx.2023cü il tarixdə eyni bölükdə xidmət etdiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə onu da Qıvraq qəsəbəsindən götürərək Şərur istiqamətdə yola düşdüklərini, avtomobildə özü arxa oturacaqda, qabaq sərnişin oturacağında isə digər xidmət yoldaşı Şahid1 oturduğunu, maşında axşamdan naryadda olduğu üçün yatdığını, həmin vaxt havanın çiskinli, yağışlı və az dumanlı olduğunu, yolda gedərkən anidən avtomobilin zərblə nəyəsə dəydiyindən zərbədən başının da oturacağa dəydiyini, həmin vaxt yuxudan ayıldığını, başının zəif qanadığını, tez avtomobildən yerə enib ətrafa baxdıqda yolun ortasında bir iribuynuzlu malın öldüyünü gördüklərini, bir az qabaqda isə ağlamaq səsi gəldiyini eşitdiklərini, Nailin tez həmin səs gələn yerə qaçdığını və birdən qışqıraraq “adam vurmuşam” dediyini, onların da Nail olan tərəfə qaçdıqda yerdə bir cavan oğlanın bir kişinin qucağında uzandığını gördüklərini, sonradan bildiyinə görə həmin kişinin X15 olduğunu və İlkin adlı oğlu ilə mallarını yolun o, biri tərəfinə, otlağa apararkən hava dumanlı olduğundan, və maşını bərk sürdüyündən Nailin ehtiyatsızlıqdan həmin şəxsi vurduğunu, onun da hadisə yerində öldüyünü, yaralandıqlarından onları da xəstəxanaya apardıqlarını, xəstəxanada olarkən X7 yasdan vaxt taparaq onları ziyarət etməyə də gəldiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şərur rayonunun Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin həkimi işlədiyini, 05 oktyabr 2023-cü ildə saat 06 radələrində təcili yardım şöbəsinə tanımadığı şəxs tərəfindən zəng edib Şərur rayonunun Püsyan kəndi ərazisində avtoqəza baş verməsi və yaralının olduğu barədə məlumat verildiyini, həmin gün növbətçi olduğu üçün təcili yardım maşınını ilə qəza baş verən yer istiqamətə getdiyini, yol uzaq olduğundan, həm də yol sürüşkən olduğuna görə sürücü nəqliyyatı mümkün qədər ehtiyatla idarə etdiyini, hadisə yerinə çatıb maşından düşərək hadisə nəticəsində xəsarət alan şəxsin olduğu yerə getdikdə bir nəfər cavan oğlanın yolun sağ tərərfində ağır yaralı vəziyyətdə, hərəkətsiz uzandığını görüb təcili onun nəbzini, sonra tənəfüsünü və göz bəbəklərini yoxlayarkən həmin şəxsin zərbə anında artıq öldüyündən ona hər hansı bir tibbi yardım göstərmədiyini, həmin şəxsi maşına qoyub xəstəxanaya apardığlarını göstərdi. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri onun etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlər və digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir İş üzrə tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hava tam sakitdir, istidir, yağıntı və külək yoxdur. Avtomobil yolu asfalt örtüklü, düz və qurudur. avtomobil yolu iki gedişli və iki gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hər iki istiqamətli hərəkət zolaqlarını bir birindən ağ rəngli qoşa xətt ayırır. Asfalt örtük üzərində yola məxsus bütün nişanlanma xətləri vardır. Hər iki istiqamətdə zolaqların eni 8.50 metr, qoşa xətt eninin isə 0.50 m olmaqla yolun eni 17.50 metrdir. Avtomobil yolunun hər iki istiqamətdə kənarında avtomobillərin dayanması üçün yolun sağ kənarı 2 metr enində preslənmiş çınqıl qarışığı torpaqdan ibarət ehtiyat torpaq hissə, torpaq hissədən sonra isə ağaclıq ərazi vardır. Sədərək rayonu istiqamətində ikinci hərəkət zolağında asfalt örtük üzərində sürtünmə izləri vardır. Həmin sürtünmə izlərindən sonra iki ədəd avtomobil təkər izi başlayaraq Sədərək rayonu istiqamətində davam edir. Sürtünmə izlərindən 15 metr məsafədən sonra yolun sağ kənarında torpaq izlərində qan izləri vardır. Asfalt yolda olan qara rəngli təkər izləri əks istiqamətli zolağa keçərək davam edir. Eyni istiqamətində baxışa davam edərkən görsənir ki, asfalt örtük üzərində başlayan sürtünmə izlərindən 30 metr məsafədə birinci hərəkət zolağında asfalt örtük üzərində başqa sürtünmə izləri vardır. Həmin yerdən əks istiqamətli zolağa keçib baxışa davam edən zaman təkər izlərinin əks istiqamətli zolaqda davam etməsi və yenidən Sədərək rayonu istiqamətindəki zolağa qayıtması və davam etməsi görsənir. Həmin istiqamətdə birinci hərəkət zolağında bir ədəd kişi ayaq geyimi vardır. Yolun kənarında isə ehtiyat torpaq yolda iribuynuzlu heyvan ölüsü vardır. Baxışa davam edən zaman avtomobil təkər izlərinin davam etməsi izlərin qurtardığı yerdə isə əks istiqamətli zolaqda birinci hərəkət zolağında üzü Sədərək rayonu istiqamətində dayanmış ön hissəsi qəzalı vəziyyətdə olan qara rəngli “Kia Rio” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin dayanması müəyyən edilir. Avtomobilin arxa sağ təkəri yolun mərkəzindən 5.80 metr, arxa sol təkəri isə yolun kənarından 1 metr məsafədədir. Məhkəmə-tibbi ekspertinin 05 oktyabr 2023-cü il tarixli, 80 nömrəli rəyindən görünür ki, X8 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “sağ yuxarı, sol aşağı ətrafın, döş qəfəsinin qarışıq küt travması, sağ bazu sümüyünün açıq yerdəyişən, sol baldır sümüklərinin qapalı yerdəyişən, sol İİİ-İV-V qabırğaların yerdəyişən sınıqları, sol ağciyərin cırılmış yarası, çoxlu qanitirmə, döş boşluğunda 2500 ml qan, bədənin müxtəlif nahiyələrinin yara, qançır və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri, xəsarətlərin yetirilmə müddəti 05 oktyabr 2023-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən ağır zərər vurmaya aitdir. X8 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına baş vermiş travmatik şok, sol ağciyərin cırılması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. İstintaq zamanı sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olub-olmamasının, onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 1079 nömrəli ekspert rəyindən görünür ki, “Kia Rio” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücü Təqsirləndirilən şəxs hərəkətlərindəki bu uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı başqa yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Cinayət işinə əlavə olunmuş 1-ci cild iş vərəqə 94-də olan və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi, atası X15 və anası X4 Təqsirləndirilən şəxs bağışlayır, ondan heç bir şikayət və tələbləri yoxdur. İş üzrə Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, alınmış 05 oktyabr 2023-cü il tarixli, 263 nömrəli protokolda onun sərxoş olmadığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş “BC950970” nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi 20 iyul 2033-cü il tarixədək etibarlıdır. İş materiallarına əlavə olunmuş “ƏN-İİ 943593” nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 adına olan “Kia Rio” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinə əlavə olunmuş doğum haqqında AZE631770 və AZE961795 şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2018-ci il doğumlu X12 və 16 dekabr 2021-ci il doğumlu X16 adlı iki az yaşlı övladları var. Kəngərli rayon İH-nin Şahtaxtı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının komandanının xx.xx.2012-ci il tarixli, 31ş/h nömrəli əmrindən çıxarışda ehtiyatda olan kiçik çavuş Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində manevr qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin X3 Əlahiddə Əməliyyat briqadasının komandirinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmrindən çıxarışda MAHHX HQ çavuş Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunda pulemyotçu vəzifəsinə təyin edildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 3-13-14-11/Ə668/2023 nömrəli əmrindən çıxarışda xüsusi təyinatlı dəstədə atəş təminatı qrupunun iriçaplı pulemyot yarımqrupunun pulemyotçusu MAHHXHQ çavuş Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı göstərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, 263.2-ci maddədə isə göstərilir ki, bu Məcəllənin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu da cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi, X15 ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamami ilə ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən də islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində daimi yaşadığı yer üzrə Kəngərli rayon icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə minib icraya yönəldiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış X6 məxsus Naxçıvan MR Daxili İşlər Nazirliyinin DYPİ-nin mühafizə olunan duracağında saxlanılan “Kia Rio” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra həmin qeydiyyat nişanlı maşının qanuni sahibi X5 istifadəsinə verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və onun barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətininin əvvəli məhkəmənin hökmünün icraya yönəldiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətində davranışına nəzarət edən orqana, daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə Kəngərli rayon icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək bir vəzifə olaraq Təqsirləndirilən şəxs tapşırılsın. Cinayət işinin köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış X6 məxsus Naxçıvan MR Daxili İşlər Nazirliyinin DYPİ-nin mühafizə olunan duracağında saxlanılan “Kia Rio” markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra həmin maşının qanuni sahibi X5 istifadəsinə verilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-28/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-28/2024
08.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver