Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-28/2025 20.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1999-cu il tarixdə Babək rayonunun Babək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Babək şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, mənzil 7-də daimi qeydiyyatda olmaqla orada yaşayan, 19 mart NN5-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə təkrarən, iki və daha artıq səxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun, 4-cü bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N3 yanvar NN5-ci il tarixdə saat N radələrində komandiri olduğu taqımın 3-cü manqasının şəxsi heyətinin xidmət apardığı, Şərur rayonunun Şahbulaq kəndi ərazisində yerləşən, şərti olaraq “Muğan” adlanan döyüş mövqeyində post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman həmin gün saat 06:00-da döyüş növbətçiliyini təhvil verərək əsgər yataqxanasına qayıtmış tabeliyində olan, həmin manqada qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 və manqada qumbaraatan vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN əsgər yataqxanasının təmizliyinə ayrılmış əsgərlər Zərərçəkmiş şəxs3 və XN verdiyi tapşırığa uyğun olaraq yuxudan oyatmadıqlarını görüb yaxınlaşaraq əvvəlcə əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutub kürək nahiyəsini yataqxananın divarına çırparaq qarın nahiyəsinə N yumruq, sifətinə isə iki sillə zərbəsi vurmuş, daha sonra əsgər Zərərçəkmiş şəxsN sinəsindən əli ilə geriyə itələyib yataqxanada olan ağac budağı ilə hər iki biləyinə N zərbə vuraraq onlara güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün 3-cü taqımının komandiri vəzifəsində vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 01 fevral NN5-ci il tarixdə saat N radələrində post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman tabeliyində olan, komandiri olduğu taqımın 3-cü manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs3 bölük mərkəzindən göndərilən yeməyi gətirməyə getmədiyini görüb əsgər yataqxanasında ona yaxınlaşaraq əli ilə sinə nahiyəsindən geriyə doğru itələyib sifətinə bir yumruq zərbəsi, başı ilə sonuncunun alın nahiyəsinə 1 zərbə vurmuş, daha sonra orada olan həmin manqada baş atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşıb yeməyi gətirməyə getməli olan əsgərlərə nəzarət etməməsi səbəbindən sifətinə 1 sillə zərbəsi vuraraq onlara güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 01 fevral NN5-ci il tarixdə saat N radələrində hərbi hissənin Şərur rayonunun Şahbulaq kəndi ərazisində yerləşən, şərti olaraq “Muğan” adlanan döyüş mövqeyinin post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman tabeliyində olan, komandiri olduğu taqımın 3-cü manqasında qumbaraatan vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN qalx komandasından sonra çarpayıda uzandığını görüb ona yaxınlaşaraq əvvəlcə boyun nahiyəsinin ön tərəfinə bir yumruq zərbəsi vurub, daha sonra başını dəmir çarpayıya çırparaq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.Nci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində NN-ci ilin sentyabr ayının N8-də Vətən Müharibəsində iştirak etdiyini, “Cəbrayılın azad olunmasına görə”, Zəngilanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyini, NN3-cü ilin sentyabr ayının 09-dan 30-dək “Lokal xarakterli Antiterror” əməliyyatında iştirak etdiyini, müharibə zamanı əsəbilik, qıcıqlıq, güclü stress kimi xəstəlik yarandığını, bu səbəblərdən də şəxsi heyətin bəzi hərəkətlərinə dayana bilməyib onları vurduğunu, N3 yanvar NN5-ci il tarixdə səhər saatlarında yuxudan oyananda yataqxanada təmizlik işlərinin aparılmadığını, hər kəsin yatdığını gördüyünü, həmin gün saat 06:00-da növbəni təhvil verən əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN irad bildirib onlardan niyə şəxsi heyəti yuxudan oyatmadıqlarını soruşduqda onlar cavab vermədiyini, bu vaxt əsəbləşib əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutaraq divara çırpdığını, sonra onun qarnından N yumruq, sifətindən isə N şillə vurduğunu, həmin vaxt onunla birgə əsgərləri oyatmayan əsgər Zərərçəkmiş şəxsN sinəsindən əli ilə itələdikdən sonra yataqxanada olan ağac budağı ilə onun sağ və sol biləyindən bir dəfə vurduğunu, xidmət etdiyi “Muğan” mövqeyində yemək bişmədiyindən şəxsi heyətin yeməyi hər gün mövqeyə yaxın olan bölük mərkəzindən gətirildiyini, bölük mərkəzindən iki əsgər yeməyi yarı yola qədər gətirdiyini, mövqedəndə iki əsgər yarı yola qədər gedib yeməyi götürüb yataqxanaya gətirdiyini, bunun üçün növbələr nəzərə alınmaqla hər dəfə başqa iki əsgər getdiyini, 01 fevral NN5-ci ildə səhər yeməyini gətirməyə əsgərlər X9 Şükürov ayrıldığını, həmin gün saat 06:40 radələrində yuxudan oyananda əsgər Zərərçəkmiş şəxs3 yataqxanada yatdığını görüb rabitəyə baxan əsgər Zərərçəkmiş şəxs1 onun niyə yeməyi gətirməyə getmədiyini soruşduqda onun yorğun olduğu üçün getmədiyini dediyini, həmin vaxt ona Zərərçəkmiş şəxs3 yuxudan oyatmasını tapşırdığını, əsgər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 yuxudan oyadanda onun gec oyandığını, buna əsəbləşib onu əli ilə itələyib sifətindən yumruqla, alnından isə başı ilə bir zərbə vurduğunu, ondan sonra əsgərlərə nəzarət etmədiyinə görə baş atıcı əsgər Zərərçəkmiş şəxs4 sifətindən 1 sillə vurduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxsN çarpayıda uzandığını görüb buna görə ona da bir yumruq atdığını, yumruğu onun boğazına dəydiyini, sonra onu başından tutub itələyib dəmir çarpayıya vurduğunu, əsgər Zərərçəkmiş şəxs4 hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavininə zəng edib şikayət etdiyini, elədiyi hərəkətə görə peşman olduğunu, əsgərlərdən də üzr istəyib onlarla barışdığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində 09 yanvar NN4-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün, 3-cü taqımının 3-cü manqasının atıcı vəzifəsində xidmət etdiyini, taqım komandiri Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, “Muğan” postunda xidmət etdiyi müddətdə leytenant Təqsirləndirilən şəxs ona qarşı bir dəfə zor tətbiq etdiyini, N3 yanvar NN5-ci il tarixdə saat 04:00-dan 06:00-dək əsgər Zərərçəkmiş şəxsNla döyüş növbəsində olduğunu, 06:00-da növbəni təhvil verib yataqxanaya gəldiyini, taqım komandiri leytenant Təqsirləndirilən şəxs saat 6:00-da növbədən gələn heyətin yataqxanada təmizlik işləri aparması üçün yatan əsgərləri yuxudan oyatmaları barədə tapşırıq versə də, onlar saat 06:00-da heç kəsi oyatmadıqlarını, saat N radələrində taqım komandiri leytenant Təqsirləndirilən şəxs yuxudan oyanıb əsgərləri oyatmadıqları üçün yataqxanada onlara irad bildirdiyini, sonra onun yaxasından tutaraq divara çırpdığını, qarnından N dəfə yumruqla vurduğunu, daha sonra sifətindən iki sillə zərbəsi vurduğunu, sonra əsgər Zərərçəkmiş şəxsN yaxınlaşıb onun sinəsindən əli ilə itələdiyini, yataqxanada olan ağac parçası ilə hər iki biləyindən bir dəfə vurduğunu, Təqsirləndirilən şəxs onları vuran vaxt onlar xəsarət almadıqlarını, Təqsirləndirilən şəxs onları vurmasını əsgər Zərərçəkmiş şəxs3 gördüyünü, NN5-ci ilin fevral ayının 1-də saat 06:30 radələrində bölükdən gələn yeməyi yarı yoldan gətirməyə əsgərlər X9 Şükürov ayrıldığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 yorğun olduğundan yeməyi gətirməyə getmədiyini, əsgər Həsən Abbasov tək getdiyini, bunu taqım komandirinə demədiyini, taqım komandiri saat 06:50 radələrində yuxudan oyanıb əsgər Zərərçəkmiş şəxs3 yataqxanada görüb yeməyi gətirməyə getmədiyi üçün əsəbiləşdiyini, həmin vaxt rabitə növbətçisi olduğundan ona Zərərçəkmiş şəxs3 oyatmasını dediyini, onun da Zərərçəkmiş şəxs3 oyatdığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yaxasından tutub itələdikdən sonra sifətindən yumruqla, alnından isə başı ilə bir zərbə vurduğunu, bundan sonra əsgərlərə nəzarət etmədiyinə görə baş atıcı əsgər Zərərçəkmiş şəxs4 sifətindən 1 sillə vurduğunu, sonra həmin gün saat N radələrində əsgər Zərərçəkmiş şəxsN çarpayıda uzandığını görüb onu ayağa qaldırıb boğazından 1 yumruq vurduğunu, başından tutaraq dəmir çarpayıya çırpdığını, leytenant Təqsirləndirilən şəxs hər üç əsgəri döyməsini gördüyünü, Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı baş atıcı əsgər Zərərçəkmiş şəxs4 hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik-leytenant Nemət Hüseynova zəng edib şikayət etdiyini, sonra bu barədə araşdırma başlandığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində N №-li hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün, 3-cü taqımının 3cü manqasında atıcı vəzifəsində xidmət etdiyini, post başçısı taqım komandiri Təqsirləndirilən şəxs olduğunu, “Muğan” postunda xidmət etdiyi müddətdə leytenant Təqsirləndirilən şəxs ona qarşı iki dəfə zor tətbiq etdiyini, N3 yanvar NN5-ci il tarixdə saat 04:00-dan 06:00-dək əsgər Zərərçəkmiş şəxs1lə döyüş növbəsində olduğunu, 06:00-da növbəni təhvil verib yataqxanaya gəlsələrdə saat 06:00-da oyadılmalı əsgərləri oyatmadıqlarını, saat N radələrində taqım komandiri yuxudan oyanıb onlara irad bildirdiyini, əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutaraq divara çırpdığını, qarnından N dəfə yumruqla vurduğunu, daha sonra onun sifətindən N sillə vurduğunu, sonra ona yaxınlaşıb sinəsindən itələdiyini, yataqxanada olan ağac parçası ilə hər iki biləyindən bir dəfə vurduğunu, həmin vaxt onlar xəsarət almadıqlarını, Təqsirləndirilən şəxs onları vurmasını həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 gördüyünü, “Muğan” postuna yemək bölük mərkəzindən gətirildiyi üçün yemək vaxtına az qalmış iki nəfər əsgər yarı yola qədər gedərək bölükdən gətirilən yeməyi təhvil alıb posta gətirdiyini, 01 fevral NN5-ci il tarixində saat N radələrində qalx komandasından sonra leytenant Təqsirləndirilən şəxs yataqxanada onun çarpayıda uzandığını görüb ona ayağa qalxmasını dediyini, ayağa qalxanda boğazından 1 yumruq vurduğunu, başından tutaraq dəmir çarpayıya çırpdığını, Təqsirləndirilən şəxs əsgərlər X9 Şükürovu döyməsini gördüyünü, belə ki, 01 fevral NN5-ci il tarixdə saat 06:30 radələrində əsgərlər X9 Şükürov bölükdən gələn yeməyi gətirməyə ayrıldığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 yorğun olduğundan getmədiyini, əsgər H.Abbasov tək getdiyini, taqım komandiri saat 06:50 radələrində yuxudan oyananda əsgər Zərərçəkmiş şəxs3 yataqxanada görüb əsəbləşdiyini, həmin vaxt onun yaxasından tutub itələdiyini, sonra sifətindən 1 yumruq vurduğunu, bundan sonra onlara nəzarət etmədiyinə görə baş atıcı əsgər Zərərçəkmiş şəxs4 sifətindən 1 şillə vurduğunu, Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı baş atıcı əsgər Zərərçəkmiş şəxs4 hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik-leytenant Nemət Hüseynova zəng edib şikayət etdiyini, sonra bu barədə araşdırma başlandığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 ifadəsində 03 iyul NN4-cü il tarixdən N №-li hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün, 3-cü taqım 3-cü manqasında “Muğan” postunda baş atıcı vəzifəsində xidmət etdiyini, post başçısı taqım komandiri leytenant Təqsirləndirilən şəxs olduğunu, “Muğan” postunda xidmət etdiyi müddətdə leytenant Təqsirləndirilən şəxs ona qarşı bir dəfə zor tətbiq etdiyini, 01 fevral NN5-ci il tarixdə saat 06:30 radələrində bölükdən posta gələn yeməyi gətirməyə əsgər X9 Şükürov ayrıldığını, həmin vaxt yorğun olduğundan Zərərçəkmiş şəxs3 yeməyi gətirməyə getmədiyini, əsgər H.Abbasov tək getdiyini, taqım komandiri saat 06:50 radələrində yuxudan oyananda əsgər Zərərçəkmiş şəxs3 yataqxanada görüb əsəbiləşdiyini, onun yaxasından tutub itələdiyini, həmin vaxt o divara dəydiyini, sonra Zərərçəkmiş şəxs3 sifətindən yumruqla, alnından isə başı ilə bir zərbə, bundan sonra leytenant Təqsirləndirilən şəxs əsgərlərə nəzarət etmədiyi üçün, yəni əsgər Zərərçəkmiş şəxs3 yemək gətirməyə getmədiyi üçün həmin vaxt orada onun da sifətindən 1 sillə vurduğunu, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN döyməsini gördüyünü, belə ki, 01 fevral NN5-ci il tarixdə saat N radələrində Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN qalx komandasından sonra çarpayıda uzandığını görüb onun boğazından 1 yumruq vurub başından tutaraq dəmir çarpayıya çırpdığını, leytenant Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 NN5-ci ilin yanvar ayında döyməsini əsgərlərdən eşitdiyini, şəxsən görmədiyini, həmin vaxt növbədə olduğunu, Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı o, hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik-leytenant Nemət Hüseynova zəng edib şikayət etdiyini, sonra bu barədə araşdırma başlandığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində N №-li hərbi hissənin N-ci taborunun, 4-cü bölüyünün, 3-cü taqımının 3cü manqasında, “Muğan” postunda atıcı vəzifəsində xidmət etdiyini, taqım komandiri leytenant Təqsirləndirilən şəxs olduğunu, “Muğan” postunda xidmət etdiyi müddətdə leytenant Təqsirləndirilən şəxs ona qarşı bir dəfə zor tətbiq etdiyini, 01 fevral NN5-ci il tarixində saat 06:30 radələrində bölük mərkəzindən posta gələn yeməyi gətirməyə əsgər Həsən Abbasovla onun ayrıldığını, həmin vaxt yorğun olduğundan əsgər H.Abbasovla yeməyi tək gedib gətirməsi barədə razılaşdığına görə yeməyi gətirməyə getmədiyini, əsgər H.Abbasov yeməyi gətirməyə tək getdiyini, taqım komandiri Təqsirləndirilən şəxs saat 06:50 radələrində yuxudan oyanıb onu yataqxanada gördükdə nə üçün əsgər H.Abbasovla yeməyi gətirməyə getmədiyini soruşduğunu, ona yorğun olduğu üçün H.Abbasovun tək getdiyini dedikdə Təqsirləndirilən şəxs əsəbiləşərək yaxasından tutub itələdiyini, həmin vaxt yataqxananın giriş qapısının yanındakı divara dəydiyini, sonra sifətindən bir yumruq və alnından bir kəllə vurduğunu, həmin vaxt leytenant Təqsirləndirilən şəxs orada olan baş atıcı Zərərçəkmiş şəxs4 üzərinə hirslənib niyə əsgərlərə nəzarət etmirsən bir nəfər yeməyə düşüb, digəri yox deyib, onun sifətindən 1 şillə vurduğunu, daha sonra həmin gün saat N radələrində əsgər Zərərçəkmiş şəxsN çarpayıda uzandığını görüb onu ayağa qaldıraraq boynundan 1 yumruq vurduğunu, başından tutaraq dəmir çarpayıya çırpdığını, NN5-ci ilin yanvar ayının N3-də saat N radələrində Təqsirləndirilən şəxs səsinə yuxudan oyandığını, həmin vaxt onun əsgər Zərərçəkmiş şəxsNla əsgər Zərərçəkmiş şəxs1 saat 06:00-da döyüş növbətçiliyini təhvil verib yataqxanaya gəldikdən sonra əsgərləri oyatmamasına görə onlara irad bildirdiyini gördüyünü, bu vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutaraq divara çırpdıqdan sonra onun qarnından N dəfə yumruqla vurduğunu, daha onun sifətindən N sillə zərbəsi vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN yaxınlaşaraq onun sinəsindən itələdiyini, yataqxanada olan ağac budağı ilə hər iki biləyindən bir dəfə vurduğunu, Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı baş atıcı əsgər Zərərçəkmiş şəxs4 hərbi hissə komandirinin ideoloji iş və mənəvipsixoloji təminat üzrə müavini polkovnik-leytenant Nemət Hüseynova zəng edib şikayət etdiyini, sonra bu barədə araşdırma başlandığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında N7 fevral NN5-ci il tarixli, 90 №-li qərardan görünür ki, leytenant Təqsirləndirilən şəxs rəis kimi öz tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxsN zor tətbiq etməsi faktı ilə bağlı barəsində cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini-bölmə rəisi, polkovnikleytenant Nemət Hüseynovun hərbi hissə komandanlığına ünvanlandığı xx.xx.NN5-ci il tarixli raportdan görünür ki, leytenant Təqsirləndirilən şəxs tabeliyində olan əsgərlərə zor tətbiq etmişdir. Cinayət işinin 1-ci cildinin 7-ci vərəqəsinə əlavə edilmiş, N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.NN5-ci il tarixli arayışda hərbi hissənin N-ci taborunun 4-cü bölüyünün 3-cü taqımının komandiri leytenant Təqsirləndirilən şəxs ilə həmin taqımın əsgərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 arasında tabelik münasibətləri olduğu, Daxili Xidmət Nizamnaməsinin 1N9-cu maddəsində taqım komandirinin taqımın bütün şəxsi heyətinin birbaşa rəisi olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N1-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 94 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs4, N №-li hərbi hissədən gəldiyinə görə xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının 1-ci motoatıcı manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuş və bütün növ təminata qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin NN-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun NN4-cü il tarixli 181 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs4, N №-li hərbi hissənin 1-ci motoatıcı taborunun N-ci motoatıcı bölüyünün N-ci taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsindən-5-ci motoatıcı taborun 15-ci motoatıcı bölüyünün N-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin N3-cü vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli N95 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs4, xx.xx.NN4-cü il tarixdə N №-li hərbi hissənin 5-ci taborun 15-ci bölüyünün N-ci taqımının 1-ci manqasının (Muğan postu) qumbaraatanı vəzifəsindən-N-ci taborun 4-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının (Muğan postu) baş atıcısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin N4-cü vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N iyun NN4-cü il tarixli 181 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs3 N nömrəli hərbi hissədən gəldiyinə görə xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, hərbi hissənin 5-ci motoatıcı taborun 15ci motoatıcı bölüyünün N-ci motoatıcı taqımının N-ci motoatıcı manqasının atıcısı vəzifəsinə təyin olunmuş və bütün növ təminata qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin N5-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli N95 №-li əmrindən çıarışa əsasən əsgər Zərərçəkmiş şəxs3 xx.xx.NN4-cü il tarixdə N №-li hərbi hissənin 5-ci taborun 15-ci bölüyünün N-ci taqımının N-ci manqasının (Mil postu) atıcısı vəzifəsindən - N-ci taborun 4cü bölüyünün 3-cü taqımının 3-cü manqasının (Muğan postu) heyət nəfəri-atıcısı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin N6-cı vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli N8N №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissədən gəldiyinə görə xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, hərbi hissənin N-ci motoatıcı taborun 4cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 3-cü motoatıcı manqasının qumbaraatanı vəzifəsinə təyin olunmuş və bütün növ təminata qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin N7-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli 94 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədən gəldiyinə görə xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, hərbi hissənin 5-ci motoatıcı taborun 15-ci motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının N-ci motoatıcı manqasının atıcı-sanitarı vəzifəsinə təyin olunmuş və bütün növ təminata qoyulmuşdur. Cinayət işinin 1-ci cildinin N8-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli N95 №-li əmrindən çıxarışa əsasən əsgər Zərərçəkmiş şəxs1 xx.xx.NN4-cü il tarixdə N №-li hərbi hissənin 5-ci taborun 15-ci bölüyünün N-ci taqımının 1-ci manqasının (Muğan postu) atıcı-sanitarı vəzifəsindən - N-ci taborun 4-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının (Muğan postu) atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin N9-cu vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N noyabr NN4-cü il tarixli 315 №-li əmrindən çıxarışa əsasən leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin N-ci motoatıcı taborun 4-cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının komandiri (Muğan mövqeyi yüksəklik 1640,3) vəzifəsinə təyin edildiyinə görə xx.xx.NN4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuş, vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 30-34-cü vərəqələrinə əlavə edilmiş, xx.xx.NN5-ci il tarixli xidməti xasiyyətnamələrdən görünür ki, N nömrəli hərbi hissədə xidmət etdiyi müddətlərdə komandanlıq tərəfindən zərərçəkmiş şəxslər əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 müsbət və təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 35-39-cu vərəqələrinə əlavə edilmiş, xidməti vərəqələrin həvəsləndirmələr qrafasından görünür ki, komandanlıq tərəfindən zərərçəkmiş şəxslər əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 həvəsləndirilməyib, cəzalar qrafasında isə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 cəzalandırılmadığı, Zərərçəkmiş şəxsN xx.xx.NN5-ci il tarixdə şəxsi gigiyena qaydalarına düzgün əməl etmədiyi üçün bölük komandiri kapitan Ruslan Quliyev tərəfindən verilmiş xx.xx.NN5-ci il tarixli əmrlə “Töhmət”, Zərərçəkmiş şəxs1 xx.xx.NN4-cü il tarixdə buraxılışdan gec qayıtdığı üçün bölük komandiri kapitan Vasif Hümbətov tərəfindən verilmiş xx.xx.NN4-cü il tarixli əmrlə “Şiddətli Töhmət” cəzaları ilə cəzalandırılmış, xidmət vərəqəsindən çıxarışın həvəsləndirmələr qrafasında komandanlıq tərəfindən təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs “Həvəsləndirilməsi olmayıb”, cəzalar qrafasında isə “Cəzalandırılması olmayıb” göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 66-69-cu vərəqələrinə əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 130886 №-li veteran vəsiqəsi, Azərbaycan Respublikası Prezidentinin NN1-ci il N4 iyun tarixli N714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin NN1-ci il N4 iyun tarixli N713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğu görünür. Həmçinin N №-li hərbi hissə komandirinin vermiş olduğu arayışda leytenant Təqsirləndirilən şəxs NN3cü ilin sentyabr ayının 09-dan 30-dək lokal antiterror döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 90-cı vərəqəsinə əlavə edilmiş, 511 №-li arayışdan görünür ki, təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs 17 fevral NN5-ci ildə N5 nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağalma ilə nəticələnmiş qısa müddətli nevrotik reaksiya göstərilməklə onun hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 9N-ci vərəqəsinə əlavə edilmiş, məhkəmə tibbi ekspertizasının N4 fevral NN5-ci il tarixli, 73 №-li ekspert rəyində, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.NN5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı Zərərçəkmiş şəxs1 leytenant Təqsirləndirilən şəxs ona NN5-ci ilin yanvar ayında zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 93-cü vərəqəsinə əlavə edilmiş, məhkəmə tibbi ekspertizasının N4 fevral NN5-ci il tarixli, 74 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.NN5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı Zərərçəkmiş şəxs4 leytenant Təqsirləndirilən şəxs ona NN5-ci ilin fevral ayında zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 94-cü vərəqəsinə əlavə edilmiş, məhkəmə tibbi ekspertizasının N4 fevral NN5-ci il tarixli, 75 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.NN5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı Zərərçəkmiş şəxs3 leytenant Təqsirləndirilən şəxs ona NN5-ci ilin fevral ayında zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 95-ci vərəqəsinə əlavə edilmiş, məhkəmə tibbi ekspertizasının N4 fevral NN5-ci il tarixli, 76 №-li ekspert rəyində zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.NN5 və xx.xx.NN5-ci il tarixlərdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı Zərərçəkmiş şəxsN leytenant Təqsirləndirilən şəxs ona NN5-ci ilin yanvar və fevral aylarında zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 151-ci vərəqəsinə əlavə edilmiş, X1 Sisteminin məlumatında Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 153-cü vərəqəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 xx.xx.NN5-ci tarixli, xx/xx-30N9 №-li məktubunda, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqəsinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 10 mart NN5-ci il tarixli, 3-N8- N9/N-N548/NN5 nömrəli məktubunda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli 04 sentyabr NN3-cü il tarixli əmrinə əsasən leytenant Təqsirləndirilən şəxs Quru Qoşunlarının 4-cü Ordu Korpusunun tərkibində olan N nömrəli hərbi hissəyə göndərilməsi göstərilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin N nömrəli 30 sentyabr NN3-cü il tarixli əmrinə əsasən leytenant Təqsirləndirilən şəxs Quru Qoşunlarının 4-cü Ordu Korpusunun tabeliyində olan N nömrəli hərbi hissədən daimi dislokasiya məntəqəsinə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 sentyabr N05ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N01-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun, 4-cü bölüyünün 3-cü taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N3 yanvar NN5-ci il tarixdə saat N radələrində komandiri olduğu taqımın 3-cü manqasının şəxsi heyətinin xidmət apardığı, Şərur rayonunun Şahbulaq kəndi ərazisində yerləşən, şərti olaraq “Muğan” adlanan döyüş mövqeyində post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman həmin gün saat 06:00-da döyüş növbətçiliyini təhvil verərək əsgər yataqxanasına qayıtmış tabeliyində olan, həmin manqada qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 və manqada qumbaraatan vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN əsgər yataqxanasının təmizliyinə ayrılmış əsgərlər Zərərçəkmiş şəxs3 və XN verdiyi tapşırığa uyğun olaraq yuxudan oyatmadıqlarını görüb yaxınlaşaraq əvvəlcə əsgər Zərərçəkmiş şəxs1 yaxasından tutub kürək nahiyəsini yataqxananın divarına çırparaq qarın nahiyəsinə N yumruq, sifətinə isə iki sillə zərbəsi vurmuş, daha sonra əsgər Zərərçəkmiş şəxsN sinəsindən əli ilə geriyə itələyib yataqxanada olan ağac budağı ilə hər iki biləyinə N zərbə vuraraq onlara güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 01 fevral NN5-ci il tarixdə saat N radələrində hərbi hissənin Şərur rayonunun Şahbulaq kəndi ərazisində yerləşən, şərti olaraq “Muğan” adlanan döyüş mövqeyində post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman tabeliyində olan, komandiri olduğu taqımın 3-cü manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs3 bölük mərkəzindən göndərilən yeməyi gətirməyə getmədiyini görüb əsgər yataqxanasında ona yaxınlaşaraq əli ilə sinə nahiyəsindən geriyə doğru itələyib sifətinə bir yumruq zərbəsi, başı ilə sonuncunun alın nahiyəsinə 1 zərbə vurmuş, daha sonra orada olan həmin manqada baş atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşıb yeməyi gətirməyə getməli olan əsgərlərə nəzarət etməməsi səbəbindən sifətinə 1 sillə zərbəsi vuraraq onlara güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 01 fevral NN5-ci il tarixdə saat N radələrində hərbi hissənin Şərur rayonunun Şahbulaq kəndi ərazisində yerləşən, şərti olaraq “Muğan” adlanan döyüş mövqeyinin post başçısı kimi xidməti vəzifələrini yerinə yetirən zaman tabeliyində olan, komandiri olduğu taqımın 3-cü manqasında qumbaraatan vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN qalx komandasından sonra çarpayıda uzandığını görüb ona yaxınlaşaraq əvvəlcə boyun nahiyəsinin ön tərəfinə bir yumruq zərbəsi vurub, daha sonra başını dəmir çarpayıya çırparaq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bununla da leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan iki şəxsə təkrar zor törətməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərər çəkmiş şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin ifadələri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz tabeliyində olan iki şəxsə qarşı təkrar zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü tam təqsirli bilib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin onu bağışlamasını, Vətən müharibəsində və Lokal xarakterli Antiteror əməliyyatlarında iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin ifadələri və eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə də öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin sanksiyasında- bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxslərdən üzr istəyərək onlarla barışıq eldə etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəza növü zabitlərə tətbiq edilmədiyini, azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, leytenant Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 19 mart NN5-ci il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 15 aprel NN5-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı CPM-nin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 №-li qərarına N5 aprel NN5-ci il tarixli (həmin qərar N9 aprel NN5-ci il tarixdən qüvvəyə minmişdir) 141 №-li dəyişikliyə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 15 aprel NN5-ci il tarixdən N8 aprel NN5-ci il tarixdək hər iş saatı üçün 6 manatdan olmaqla 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat, N9 aprel NN5-ci il tarixdən N may NN5-ci il tarixədək 1N (on iki) iş saatı hüquqi yardıma görə hər iş saatı üçün 11 manatdan olmaqla 13N (bir yüz otuz iki) manat həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına cəmi NNN (iki yüz iyirmi iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15 % (on beş faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yeri dəyişilərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 15 aprel NN5-ci il tarixdən N8 aprel NN5-ci il tarixdək hər iş saatı üçün 6 manatdan 15 (on beş) iş saatı hüquqi yardıma görə 90 (doxsan) manat, N9 aprel NN5-ci il tarixdən N may NN5-ci il tarixədək 1N (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına NNN (iki yüz iyirmi iki) manat miqdarında pul ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-28/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-28/2025
20.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver