Məhkəmə qərarları › İş №1-1(092)-29/2020

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-29/2020

03.12.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-29/2020 03.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 kаtibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, Salyan rayonunun Şorsulu kəndində qeydiyyatda olan, N №-li hərbi hissədə minaatan batareyasında sürücü vəzifəsində xidmət edən, barəsində 12 oktyabr 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan MAHHXHQ əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin minaatan batareyasında sürücü vəzifəsində xidmət edərkən, N avqust 2020-ci il tarixdə, saat 11:20 radələrində yataqxanada onunla eyni batareyada xidmət edən, aralarında tabelik münasibətləri olmayan, MAHHXHQ əsgər Zərərçəkmiş şəxs “kimsə gedib altdan-altdan iş görüb NBM naryadına çıxmır” sözlərini deməsi səbəbindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinin ziddinə olaraq nalayiq ifadələr işlədərək onunla mübahisə edib, sinə nahiyəsinə təpiklə vurmuş, bundan bir az sonra Zərərçəkmiş şəxs yataqxanada batareya komandirinin otağının qarşısında onu görüb “bayaqkı söyüşləri mənə aid edirsənsə həmin söyüşlər sənin özünə getsin” dedikdə, yenidən onunla mübahisəni davam etdirib əlləri ilə çiynindən tutaraq burun nahiyəsinə başı ilə bir zərbə vurub ona “burun kökündə yara, burun tağı sümüklərinin yerdəyişmiş sınığı” diaqnozu ilə müşayiət olunan sağlamlığına qəsdən yüngül zərər vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində N avqust 2020-ci ildə saat 11:20 radələrində, dərsdən sonra, tənəffüs zamanı MAHHXHQ əsgər Zərərçəkmiş şəxs baş leytenant Şahid3 “biz əvvəllər 3 nəfər NBM növbətçisi getdiklərini, sonra dəyişilərək 2 nəfər getdiklərini, kiminsə gedib altdan-altdan iş görüb NBM naryadına çıxmır” dediyini, baş leytenant Şahid3 cavabında baş leytenant Şahid2 deməsini bildirdiyini, Zərərçəkmiş şəxs onu nəzərdə tutduğunu fikirləşərək, ona “əgər mən kimləsə altdan-altdan iş görüb NBM naryadından yayınmışamsa mənim var-yoxumu belə-belə etsinlər, yoxsa bilməyib danışanın var-yoxunu belə-belə etsinlər” dediyini, Zərərçəkmiş şəxs “məni nəzərdə tutub deyənin var-yoxunu belə-belə edim” cavabını verdiyini, bundan sonra əsəbləşib Zərərçəkmiş şəxs sinəsindən təpiklə vurduğunu, MAHHXHQ əsgər Şahid1 onları aralaşdırdığını, Zərərçəkmiş şəxs və Şahid1 yataqxanadan bayıra çıxdığını, təxminən 10 dəqiqə keçdikdən sonra yataqxanadan bayıra çıxmaq istəyərkən batareya komandirinin otağının qabağında Zərərçəkmiş şəxs ona “bayaqkı söyüşləri mənə aid edirsənsə həmin söyüşlər sənin özünə getsin” dediyini, onun çiynindən hər iki əli ilə tutaraq burun nahiyəsindən başı ilə bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs arxaya gedib burnunu tutaraq yerə çökdüyünü, burnundan qan gəldiyini, səs-küyə baş leytenant Şahid2 otağından dəhlizə çıxdığını, Zərərçəkmiş şəxs əli ilə burnunu tutmasını gördüyünü, səhərisi gün Zərərçəkmiş şəxs hərbi hospitala aparıldığını, müayinə nəticəsində burnunun sındığı müəyyən olunduğunu, törətdiyi cinayət əməlinə görə Zərərçəkmiş şəxs üzr istədiyini, onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 03 avqust 2020-ci ildə baş leytenant Şahid2 onun növbəti günə NBM naryadına təyin edildiyini, N avqust 2020-ci ildə saat 10:00 radələrində Şahid1la birlikdə baş leytenant Şahid2 NBM naryadına bir nəfər də vermələrini xahiş etdiyini, baş leytenant Şahid2 “gedin dərsinizi keçin gəlib aydınlaşdıracağam” cavabını verdiyini, dərs vaxtı saat 11:00 radələrində tənəffüs verilərkən baş leytenant Şahid3 əvəllər 3 nəfər NBM növbətçisi getdiklərini, indi isə 2 nəfər getdiklərini, belə olanda tez-tez naryada çıxdıqlarını, kiminsə gedib altdan-altdan iş görməsini, NBM naryadına çıxmamasını dediyini, Şahid3 “baş leytenant Muradov gəlsin, onun özünə deyərsən” cavabını verib yataqxanadan bayıra çıxdığını, Təqsirləndirilən şəxs ona “əgər məni nəzərdə tutub deyirsənsə mən kimləsə altdan-altdan iş görüb NBM naryadından yayınmışamsa, mənim var-yoxumu belə-belə etsinlər, yoxsa bilməyib danışanın var-yoxunu belə-belə etsinlər” dediyini, “məni nəzərdə tutub deyənin var-yoxunu belə-belə edim” cavabını verdiyini, bu sözləri deyən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb anidən sinəsindən təpiklə bir zərbə vurduğunu, bu vaxt yanlarında olan Şahid1 onları aralaşdırdığını, bir müddət sonra batareya komandirinin otağının qarşısında, dəhlizdə Təqsirləndirilən şəxsla qarşılaşdığını, ona “bayaqkı söyüşləri mənə aid edirsənsə həmin söyüşlər sənin özünə getsin” dediyini, Təqsirləndirilən şəxs hər iki əli ilə onun çiyinindən yapışaraq burun nahiyəsindən başı ilə bir zərbə vurduğunu, bu zaman baş leytenant Şahid2 otağından dəhlizə çıxıb yanlarına gəldiyini, onun burnunun qanadığını görüb əl-üz yuma yerinə apardığını, tibb məntəqəsinə aparıldığını, oradanda hərbi hospitalda müayinə olunarkən burnunda sınıq olması müəyyən olunduğunu, Təqsirləndirilən şəxs ondan və ailə üzvlərindən üzr istədiyini, onunla barışdığını, heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N avqust 2020ci il tarixdə, Zərərçəkmiş şəxs ilə razılaşıb baş leytenant Şahid2 yanına getdiyini, ondan bir nəfəri də NBM naryadına verməsini xahiş etdiklərini, Şahid2 onlara “gedin yataqxanaya dərsdə iştirak edin, gəlib məsələyə aydınlıq gətirərəm, lazım olsa bir nəfər sizə köməyə verərəm” dediyini, bundan sonra Zərərçəkmiş şəxs ilə yataqxanaya dərsə getdiyini, saat 11:20-də tənəffüs zamanı Zərərçəkmiş şəxs baş leytenant Şahid3 “əvvəllər nəzarət buraxılış məntəqəsinə 3 nəfər naryada çıxırdıq, indi iki nəfər naryada çıxır, kimsə altdanaltdan iş görüb NBM naryadına çıxmır” dediyini, Şahid3 “mən bilmərəm, baş leytenant Şahid2 gəlsin onunla danışarsınız” dediyini, Şahid3 yataqxanadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “əgər məni nəzərdə tutub deyirsənsə kimsə ilə altdan altdan iş görənin də, bilməyib danışanın da var-yoxu belə-belə olsun” dediyini, Zərərçəkmiş şəxs ona “məni nəzərdə tutub söyənin var-yoxunu belə-belə edim” cavabını verdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən bir təpik vurduğunu, onların arasına girib ayırıb Zərərçəkmiş şəxs yataqxanadan əl-üz yuma yerinə burnunun qanını yumağa apardığını, Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda bayaqkı söhbətə görə Təqsirləndirilən şəxs onun burnundan başı ilə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 03 avqust 2020-ci il tarixdə qərargah növbətçisi gələrək N avqustda kimin NBM növbətçisi gedəcəyini soruşduqda Zərərçəkmiş şəxs nəzarət buraxılış məntəqəsinə naryad gedəcəyini bildirdiyindən onun adını naryad cədvəlinə yazdırdığını, N avqust 2020-ci ildə saat 10:30 radələrində Zərərçəkmiş şəxs və Şahid1 ona yaxınlaşaraq “əvəllər biz NBM naryadına çıxan 3 nəfər idik, indi isə 2 nəfər gedirik, bir nəfər də NBM naryadına verə bilərsiniz biz də naryada tez-tez çıxmayaq?” deyə müraciət etdiyini, onlara “gedin yataqxanaya dərs yekunlaşdıqdan sonra gəlib aydınlaşdıraram, əgər ehtiyac olarsa sizə kömək üçün əlavə olaraq NBM naryadına bir nəfər təyin edərəm” cavabını verdiyini, sonra batareyanın sənədlərini yazmaq üçün yataqxanada olan otağına getdiyini, saat təxminən 11 radələrində otağında olarkən dəhlizdən səs-küy eşitdiyini, otaqdan bayıra çıxdıqda Zərərçəkmiş şəxs əli ilə burnunu tutub yerə çökdüyünü, Təqsirləndirilən şəxs da onun yanında ayaqüstə dayandığını gördüyünü, onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs burnundan qan axdığını gördüyünü, onu əl-üz yuma yerinə apardığını, əl-üzünü yuduqdan sonra onların hər ikisini otağına çağırıb nə baş verdiyini soruşduğunu, onlar aralarında baş verən mübahisəni danışdıqlarını, bundan sonra hərbi hissə komandirinə məruzə etdiyini, 05 avqust 2020-ci ildə Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə apardığını, orada olan tibb xidməti baş leytenantı Şahid4 onu müayinə edib bədən baxışı keçirdiyini, ona ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi hospitala göndərdiyini, hərbi hospitalda aparılan müayinə nəticəsində Zərərçəkmiş şəxs burun tağı sümüyünün qırılması aşkar olunduğu göstərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N avqust 2020ci ildə hərbi hissənin yataqxanasında batareyanın şəxsi heyətinə dərs keçdiyini, ancaq MAHHXHQ əsgərlər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 bayırda olduqlarından dərsdə iştirak etmədiyini, onlarla söhbət edən zaman Zərərçəkmiş şəxs ona “biz əvvəllər 3 nəfər NBM növbətçisi gedirdik, indi 2 nəfər gedirik, belə olanda tez-tez naryada çıxırıq, kimsə gedib altdan-altdan iş görüb NBM naryadına çıxmır” dediyini, ona “buna aydınlıq gətirmək mənim səlahiyyətimdə deyil, baş leytenant Şahid2 gəlsin onun özü ilə danışarsan” cavabını verdiyini, dərs başlandıqdan sonra batareya komandirinin otağının qarşısından səs-küy gəlməsini eşitdiyini, dərs keçdiyi üçün dərsi yarıda saxlayıb oraya getmədiyini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsindən başı ilə vurub burnunu sındırmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 05 avqust 2020-ci ildə səhər saatlarında baş leytenant Şahid2 tabeçiliyində xidmət edən Zərərçəkmiş şəxs tibb məntəqəsinə gətirərək onun xəsarət almasını bildirdiyini, müayinə zamanı onun burnunun üst tərəfində zədə gördüyünü, onun hansı şəraitdə xəsarət almasını soruşduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs onun sinəsindən bir təpik və burun nahiyəsindən başı ilə bir zərbə vurmasını bildiyini, müayinə və bədən baxışı zamanı onun burnunun sındığını aşkar etdiyini, bədənində başqa heç bir xəsarət aşkar edilmədiyini, bundan sonra hərbi hissə komandirinə məruzə edib, onun ixtisaslı həkim müayinəsinə ehtiyacı olduğu üçün hərbi hospitala göndərdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 45-47-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 54 №-li, 26 avqust 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət burun kökündə yara, burun tağı sümüklərinin yerdəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, dediyi tarixdə və şəraitdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs N avqust 2020-ci il tarixdə, saat 11:15 radələrində yataqxanada Təqsirləndirilən şəxs təpiklə sinəsindən, başı ilə burnundan vurub xəsarət yetirdiyindən, tibb məntəqəsinə müraciət etdiyini, oradan da N №-li hərbi hospitala aparıldığını, hazırda şikayəti olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 21-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N mart N8-ci il tarixli 89 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs minaatan batareyasının 2-ci minaatan taqımının 1-ci manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, N №-li hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri yoxdur. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli 1874 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, az yaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar