Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-29/2022 28.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə-polkovnik leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi X1 və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1994-cü ildə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayonunun Cəhri qəsəbəsində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə sürücü vəzifəsində xidmət edən, 29 avqust 2022ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHX HQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə sürücü vəzifəsində xidmət edərkən N iyun 2022-ci ildə, saat 15 radələrində ona təhkim edilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobili idarə edərək N №-li hərbi hissənin Şahbuz rayonu ərazisində yerləşən, şərti olaraq «Cəbrayıl» adlanan mövqeyindən dağlıq yolla Şada kəndi istiqamətində taborun dayaq məntəqəsinə qayıdan zaman yolun 1500 metrliyində “X14” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən “sürücü yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” tələbini pozub avtomobili dağ yolunda eniş istiqamətdə daha aşağı sürətlə və təhlükəsiz qaydada idarə etməli olduğu halda hərəkətin təhlükəsizliyini təmin etməyib avtomobili sürətlər qutusunun 2-ci pilləsində, saatda 20-25 km sürətlə idarə edərkən idarəetməni itirib dərəyə aşırtmış, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs kapitan X4 «sol qaşüstü nahiyədə yara, alının sol yarısında yara, sol təpə nahiyəsində yara, sağ təpə nahiyəsində yara, qaş arası nahiyədə qançır, üst dodaq nahiyəsinin sağ yarısında qançır, burunun arxa sağ yarısında qançır, sol yanaq nahiyəsində qançır, üst dodaq haşiyəsinin sol yarısında dəriiçi hematoma, alt dodaqda, sağ ağız bucağında dəriiçi hematoma, sağ qulaq sevanının aşağı 1/3-də yara, sağ qulaq sevanının yuxarı 1/3 hissəsində qoparaq kəllədən ayrılmış, sol çiyin nahiyəsində qançır, sağ saidin arxa səthində qançır, sağ saidin arxa bayır səthində qançır, sağ əlin arxa səthində 2-ci barmaq nahiyəsində yara, sol bazunun ön səthində və sol dirsəyin içəri ön səthində qançır, sol qoltuqaltı nahiyədə qançır, döş qəfəsinin sol yarısında, sol məmə başından 7 sm aşağıda məmə xətti üzrə davam edən qançır və sıyrıq, qarının sol yan səthində parqametləşmiş sıyrıq, sol diz oynağının ön yan səthində sıyrıq, sol diz oynağının ön içəri səthində sıyrıq, sol diz qapağından 7 sm aşağıda perqametləşmiş sıyrıq və bu sıyrıqdan 2 sm aşağıda sol baldırın ön içəri səthində perqametləşmiş sıyrıq, sağ budun içəri səthində qançır və bu qançırın üzərində sıyrıq, burun, çənə və sol baldır sümüklərinin distal ucu və sol ayaq daraqarxası sümüklərin sınığı, baş beyində ödem, beyin toxumasına və beyinciyə qansızma, kəllə əsası sümüklərinin sınığı, sol İ və İİ qabırğaların, qabırğa qövsünün, sağ İİ-İV qabırğaların yerdəyişən sınığı» ilə müşayiət olunan, yetirildiyi an həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs N.V.Yolçuzadənin hadisə yerində ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsi, onun təqsirli olubolmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə sürücü vəzifəsində xidmət etdiyini, N iyun 2022-ci ildə hərbi hissənin texniki nəzarət məntəqəsində ona təhkim edilmiş “UAZ 315195” markalı, “A 047 MR” hərbi nömrə nişanlı avtomobilə texniki baxış keçirildikdən sonra avtomobil üçün tərtib edilmiş yol vərəqəsində “xidməti” qeydiyyatının aparıldığını, maşın böyüyünün Ali Bozdağ təyin edildiyini, Ali Bozdağı götürüb “Şada” taboruna getdiklərini, Ali Bozdağın tabora girdiyini, bir qədər sonra Ali Bozdağın bayıra çıxaraq gəlib “UAZ” markalı avtomobildə qabaq oturacaqda oturduğunu, sonra kapitan Nizami Yolçuzadənin avtomobildə arxa sağ oturacağa oturduğunu, sonra postları gəzmək üçün yola düşdüklərini, bir neçə postda olduqlarını, saat 14:30 radələrində “Cəbrayıl” postuna getdiklərini, postların hamısının yoxuşda yerləşməsi səbəbindən avtomobilin paylayıcısını (“razdatkasını”) qoşduğunu, saat 15 radələrində “Cəbrayıl” postundan aşağıya düşməyə başladıqlarını, tabor mərkəzinə gedəcəklərini, Ali Bozdağın yenə sürücü yerinin yan tərəfindəki qabaq sağ oturacaqda, kapitan N.Yolçuzadənin avtomobilin arxa sağ oturacağında oturduğunu, həmin vaxt avtomobildə onlardan başqa heç kimin olmadığını, həmin yolun torpaq yol olmaqla dağın yamacı ilə çəkildiyini, bir tərəfinin dərəlik olduğunu, hava açıq olduğundan görünüş məsafəsinin kifayət qədər olduğunu, özünün avtomobili üzü aşağı, meyilli vəziyyətdə 2-ci sürət qutusunda saatda 20-25 km sürətlə idarə etdiyini, paylayıcı və gücləndiricinin qoşulu olduğunu, avtomobildə paylayıcı və gücləndiricinin qoşulu olduğu vaxt 2-ci sürət qutusunun 1-ci sürət qutusunun yerində olduğunu, buna görə avtomobili 2-ci sürət qutusunda idarə etdiyini, postdan çıxıb 1400-1500 metr yol getdikdən sonra döngəyə çatanda avtomobildən “tak” səsinin gəldiyini eşitdiyini və paylayıcının neytrala atdığını, ağırlaşdırıcı (“perodok”) vermək üçün qolu qabağa itələdiyini, çünki paylayıcını qoşmaq üçün avtomobili saxlamalı olduğunu, sonra sürəti azaldıb həmin yeri dönmək üçün ayağı ilə əyləc pedalını sıxdığını, lakin əyləcin tutmadığını, avtomobili saxlaya bilməyəcəyini görüb əl əyləcini çəkdiyini, həmin vaxt sürətin saatda 20-25 km olduğunu, avtomobilin sağ tərəfinin yolun sağındakı yamaca, qayaya çırpıldığını, çırpıldıqdan sonra avtomobilin sürücü tərəfə, sol tərəfə aşmağa başladığını, həmin qaydada dərəyə doğru fırlandığını, ön şüşədən avtomobilin onu bayıra atdığını, avtomobilin aşaraq gedib dərənin dibində dayandığını, ətrafa baxdıqda Ali Bozdağın ona tərəf gəldiyini gördüyünü, ona tərpənməməsini deyərək aşağı düşüb kapitan N.Yolçuzadəni axtarmağa getdiyini, avtomobilin 2-ci dəfə fırlananda Ali Bozdağın yerə düşdüyünü, onun telefonla zəng edib qəza barədə məlumat verdiyini, özünün başından, qollarından yaralandığını, “Cəbrayıl” postundan 2 əsgərin köməyə gəldiyini, onlardan birinin maykasını çıxarıb onun başına sarıdığını, sonra oraya N №-li hərbi hissənin komandirinin gəldiyini, onun kapitan N.Yolçuzadəni axtarmağa başladığını, bir neçə dəqiqə sonra onun aşağıdan qışqırıb N.Yolçuzadənin öldüyünü dediyini, sonra onu tibbi yardım avtomobili ilə hospitala gətirdiklərini, “UAZ” markalı həmin avtomobilin texniki xüsusiyyətlərinin və vəziyyətinin dağlıq ərazidə idarə etməyə imkan verdiyini, həmin gün və ondan əvvəlki günlərdə postlarda olarkən avtomobildə hər hansı nasazlıq olmadığını, N iyun 2022-ci ildə səhər ona təhkim edilmiş avtomobil çıxışa çıxmazdan əvvəl texniki nəzarət məntəqə rəisi gizir Şahid6 onu texniki baxışdan keçirdiyini, avtomobildə həmin vaxt hər hansı problem, çatışmazlıq aşkar olunmadığını, hadisədən əvvəl avtomobilin əyləc sistemində, sürətlər qutusunda, paylayıcılarında hər hansı texniki qüsurun, nasazlığın olmadığını, qəza baş verənədək əyləcdən istifadə etdiyini, əyləc sistemində hər hansı ləngimənin, qüsurun, nasazlığın olmadığını, mülki iddianı qəbul etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışdığını, N nömrəli hərbi hissəyə vurmuş olduğu ziyanın 5000 (beş min) manatını ibtidai istintaq orqanında ödədiyini, adına hər hansı bir əmlakın olmadığını, vurulmuş ziyanın ödənilməsi üçün imkanı olmadığını, əmək haqqından hər ay 30 % tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş hüquqi şəxsin vəkalətli nümayəndəsi (mülki iddiaçı) qismində dindirilmiş Nümayəndə ifadəsində N №-li hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət etdiyini, hərbi hissənin MTT rəisinin avtomobil xidməti üzrə ümumi nəzarəti həyata keçirdiyini, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə N ilə yaxındır sürücü vəzifəsində xidmət etdiyini, ona “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin təhkim edildiyini, həmin avtomobilin 2021-ci ilin istehsalı olmaqla hərbi hissəyə 2022-ci ilin yanvar ayının əvvəllərində verildiyini, həmin vaxtdan da Təqsirləndirilən şəxs təhkim edildiyini, avtomobilin istismar müddətinin bitmədiyini, istismara yararlı olduğunu, sonuncu dəfə 2022-ci ilin aprel ayında texniki baxışdan keçirildiyini, texniki baxışdan keçirilən zaman avtomobildə hər hansı nasazlıq, çatışmazlıq aşkar olunmadığını, həmin avtomobilin texniki xüsusiyyətlərinə görə və vəziyyətinə görə dağlıq şəraitdə idarəetməyə tam uyğun olduğunu, avtomobilin sürətlər qutusunun 5 pilləli olmaqla paylayıcı qutusunungücləndiricisinin olduğunu, gücləndiricidən avtomobilin dağlıq ərazilərdə hərəkəti zamanı istifadə edildiyini, yüksəkliyə qalxmazdan əvvəl paylayıcının qoşulduğunu, avtomobilin yüksək dağlıq əraziyə qalxması və enməsi zamanı həmin gücləndiricinin qoşulmalı olduğunu, sürətlər qutusunun 1-ci pillədə olmaqla sürəti avtomobilin özünün tənzimlədiyini, əyləcdən fasiləsiz istifadə etməyin qadağan olduğunu, avtomobilin dağa sürətlər qutusunun hansı pilləsində qalxıbsa, həmin pillədə də aşağı enməli olduğunu, “UAZ” markalı avtomobilin dağlıq şəraitdə üzü aşağı hərəkəti zamanı paylayıcının (“razdatkanın”) neytrala atmasının mümkün olmadığını, həmin avtomobilin istismara yeni verildiyi üçün onun tormozunun tutmamasının da mümkün olmadığını, avtomobilin 5000 kilometrdən bir qədər çox yol getdiyini, N iyun 2022-ci ildə həmin avtomobilin səhər hərbi hissənin parkından çıxarkən TNM rəisi gizir Şahid6 tərəfindən yoxlanıldığını, avtomobildə hər hansı nasazlıq olmadığı üçün çıxışına icazə verildiyini, 08 iyun 2022-ci ildə ona 20 günlük məzuniyyət verildiyini, məzuniyyətdə olarkən N iyun 2022-ci ildə saat 18 radələrində gizir Şahid6 onun mobil telefonuna zəng edərək MAHHXHQ əsgər Təqsirləndirilən şəxs təhkim edilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin çıxışda olarkən Şahbuz rayonunun Şada kəndi yaxınlığında, “Cəbrayıl” postundan tabor mərkəzi istiqamətində gələrkən qəzaya uğrayaraq yoldan çıxıb dərəyə aşdığını dediyini, 28 iyun 2022-ci ildə məzuniyyət vaxtı başa çatdığı üçün xidmət yerinə qayıtdıqdan sonra gedib “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilə baxdıqda onun hər tərəfinin əzildiyini, deformasiyaya uğradığını, dam hissəsinin aşağı çökdüyünü gördüyünü, N №-li hərbi hissəyə məxsus, MAHHXHQ-su Təqsirləndirilən şəxs təhkim edilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində hərbi hissəyə N manat maddi ziyan dəydiyini, hərbi hissə bununla bağlı iddia ərizəsi verərək mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində N iyun 2022-ci ildə, saat 14:40 radələrində N №-li hərbi hissənin “Cəbrayıl” postuna kamuflyaj rəngli, “UAZ” markalı avtomobilin gəldiyini, lakin avtomobilin nömrəsini xatırlamadığını, həmin avtomobildə sürücü ilə birlikdə 3 nəfər gəldiyini, gələnlərdən birinin tabor komandirinin müavini kapitan Nizami Yolçuzadə, digərinin polkovnik-leytenant rütbəsində hərbi qulluqçu, digərinin MAHHXHQ əsgər olmaqla avtomobilin sürücüsü olduğunu, onların postda N dəqiqə olduqdan sonra yenidən avtomobilə minərək aşağıya doğru getdiklərini, polkovnikleytenant rütbəli zabitin avtomobilin qabaq oturacağında, kapitan N.Yolçuzadənin arxa oturacaqda sağ tərəfdə oturduğunu, onların postdan getdikdən N dəqiqə sonra hərbi hissədən posta zəng gəldiyini, post böyüyü leytenant Elvin Nəcəflinin telefonla danışdıqdan sonra onlara bir az əvvəl postdan gedən avtomobilin qəzaya uğradığını, gedib vəziyyətlə maraqlanıb avtomobili tapmalarını dediyini, bundan sonra əsgər Lətif Ağayevlə postdan kəsə yolla aşağıya düşdüklərini, hadisə yerinə ilkin olaraq onların çatdıqlarını, yolda polkovnik-leytenant rütbəli zabitin oturduğunu görüb ona tərəf qaçdıqlarını, ondan nə olduğunu soruşduqda onun aşağıda yaralıların olduğunu dediyini, lakin həmin şəxsin özündə hər hansı xəsarət görmədiklərini, L.Ağayevlə aşağıya, dərəliyə doğru düşməyə başladıqlarını, bir qədər getdikdən sonra avtomobilin sürücüsü MAHHXHQ əsgərin yerdə uzandığını, onun başının yaralandığını, qan axdığını gördüklərini, özünün əynində olan köynəyi çıxarıb onun başını bağladığını, sürücünün həmin vaxt özündə olduğunu, lakin çox hərəkət edə bilmədiyini, onun başını bağladıqdan sonra hərbi hissə komandirinin oraya gəldiyini, aşağıya diqqətlə baxdıqda dərənin dibində “UAZ” markalı avtomobilin arxası üstə çevrilib dayandığını gördüklərini, avtomobilin tamamilə əzildiyini, yolboyu dərəyə hissələrinin qırılıb töküldüyünü, hərbi hissə komandirinin aşağıdan qışqırıb xərək gətirmələrini dediyini, həmin vaxt əsgər Şahid3 postdan bir ədəd xərək götürüb aşağıya gətirdiyini, köməkli sürücünü xərəyə uzatdıqlarını, tibbi yardım avtomobilinin aşağıda gözlədiyini, hərbi hissə komandirinin qışqırıb kapitan N.Yolçuzadənin avtomobildən yerə düşdüyünü, çevirdikdə ağzından qan gəldiyini, onun öldüyünü dediyini, sürücünü xərəkdə aşağıya endirdikdən sonra tibbi yardım avtomobilinə qoyduqlarını, onu apardıqlarını, sonra posta qayıtdıqlarını, posta gedəndə avtomobilin yoldan çıxıb dərəyə aşdığı yerdə, yolun orta hissəsində avtomobilin ön şüşəsinin və onun kənar rezininin olduğunu gördüklərini, həmin şüşənin sındığını, avtomobilin yoldan çıxıb dərəyə aşdığı yerdə yolda hər hansı tormoz izi görmədiyini, sonradan polkovnik-leytenant rütbəli zabitin vəziyyətinin yaxşı olduğunu, kapitan N.Yolçuzadənin meyitini götürüb aşağıya apardıqlarını, sürücünün hospitalda müalicə olunduğunu eşitdiyini, “UAZ” markalı avtomobildə posta gələrkən və postdan gedərkən hər hansı nasazlıq görmədiyini və hiss etmədiyini, sürücünün də avtomobil postda olarkən nəyisə düzəltmədiyini, nəyəsə müdaxilə etmədiyini, onu kiminsə tələsdirmədiyini, postda olduğu müddətdə və qəzadan sonra sürücüdə hər hansı sərxoşluq və xəstəlik əlamətləri hiss etmədiyini, hadisə baş verən gün isti, günəşli, açıq hava olduğunu, yolun quru olmaqla hər hansı yağıntı yağmadığını, ətraf ərazilərin, yolun aydın göründüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində N №-li hərbi hissənin “Cəbrayıl” postunda xidmət etdiyini, N iyun 2022-ci ildə saat təxminən 14:40 radələrində yeməkxanada yemək bişirərkən N №-li hərbi hissənin “Cəbrayıl” postuna “UAZ” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobil gəldiyini, avtomobilin kamuflyaj rəngli olduğunu, avtomobildə posta sürücü ilə birlikdə 3 şəxs gəldiyini, onlardan birinin tabor komandirinin müavini kapitan Nizami Yolçuzadə, digərinin polkovnik-leytenant rütbəsində hərbi qulluqçu olduğunu, həmin şəxslər şəxsi heyətlə söhbət etdikdən sonra yenidən avtomobilə minib geri qayıtdıqlarını, onların postda 10-15 dəqiqə olduqlarını, onların “Cəbrayıl” postundan getdikdən təxminən N dəqiqə sonra hərbi hissədən posta zəng gəldiyini, telefonu post böyüyü leytenant Elvin Nəcəflinin götürüb danışdığını, sonra əsgərlər Şahid2la Lətif Ağayevi aşağıya göndərib bir az əvvəl postdan gedən avtomobilin qəzaya uğradığını, gedib nə məsələ olmasını öyrənmələrini, avtomobili axtarıb tapmalarını tapşırdığını, sonra Şahid2la L.Ağayevin postdan aşağıya doğru endiklərini, onlar gedəndən 15-20 dəqiqə sonra posta zəng gəldiyini, yaralı olduğunu, aşağıya xərək gətirməyi dediklərini, leytenant E.Nəcəflinin ona xərək götürüb aşağıya aparmasını tapşırdığını, xərək götürüb getdikdən sonra yolun içərisində avtomobilin sınmış ön şüşəsini, rezin və avtomobilə aid başqa hissələr olmasını gördüyünü, avtomobilin yoldan çıxıb dərəyə aşdığı yerdə yolda hər hansı tormoz izi görmədiyini, sonra həmin yerdən aşağıya dərəyə doğru düşməyə başladığını, 100 metr dərə ilə aşağıya endikdən sonra avtomobilin sürücüsü MAHHXHQ Əliyevin yerdə uzandığını, onun başından qan axdığını gördüyünü, Şahid2la L.Ağayevin də onun yanında olduqlarını, Şahid2 köynəyini çıxarıb onun başını sarıdığını, onun hərəkət edə bilmədiyini, qolunun ağrıdığını dediyini, dərənin dibinə baxdıqda bir az əvvəl posta gəlmiş “UAZ” markalı avtomobilin tam əzilərək arxası üstə dərənin dibində dayandığını, təkərlərinin yuxarıda olduğunu gördüyünü, hərbi hissə komandirinin də oraya gəldiyini, ucadan qışqırıb kapitan N.Yolçuzadənin yerdə uzandığını, onun öldüyünü dediyini, avtomobilin yoldan çıxaraq dərəyə aşdıqdan sonra avtomobildə olmuş hər üç şəxsin yerə düşdüklərini, avtomobilin aşdığı istiqamətdə hissələrinin sınıb yerə töküldüyünü, köməkli sürücünü xərəyə uzatdıqlarını, artıq tibbi yardım avtomobilinin gəlib aşağıda, dərənin sonunda gözlədiyini, sürücünü xərəkdə aşağıya endirdikdən sonra onu tibbi yardım avtomobilinə qoyduqlarını, sonra onu apardıqlarını, hərbi hissə komandirinin “Cəbrayıl” postundan hadisə yerində olanlara xidmət yerlərinə qayıtmaları barədə göstəriş verdiyini, sonradan polkovnik-leytenant rütbəli türk hərbiçinin vəziyyətinin yaxşı olduğunu, kapitan N.Yolçuzadənin meyitini oradan götürüb apardıqlarını, sürücünün hospitalda müalicə olunduğunu, vəziyyətinin normal olduğunu eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş gizir Şahid6 ifadəsində N №-li hərbi hissənin texniki nəzarət məntəqə rəisi vəzifəsində xidmət etdiyini, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs sürücü vəzifəsində xidmət etdiyi üçün ona “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin təhkim edildiyini, həmin avtomobilin 2021-ci ildə istehsal olunmaqla istismar müddətinin bitmədiyini, sürətlər qutusunun 5 pilləli olmaqla paylayıcı qutusunun-gücləndiricisinin olduğunu, texniki xüsusiyyətlərinə və vəziyyətinə görə dağlıq şəraitdə idarəetməyə tam uyğun olduğunu, həmin avtomobilin sonuncu dəfə 2022-ci ilin aprel ayının 9-da hərbi hissədə texniki baxışdan keçirildiyini, texniki baxışdan keçirilən zaman avtomobildə hər hansı nasazlıq, çatışmazlıq olamadığını, N iyun 2022-ci ildə Təqsirləndirilən şəxs təhkim edilmiş avtomobilin çıxışa yazıldığını, maşın böyüyünün polkovnik-leytenant rütbəli zabit Ali Bozdağ təyin olunduğunu, həmin avtomobilin naryad üzrə saat 07-də çıxışa hazırlanmağa başladığını, saat 08 radələrində Təqsirləndirilən şəxs çıxışa hazır olduğunu bildirdiyini, bundan sonra özünün “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin sənədlərini, işıqlandırma sistemini, əyləc sistemini, əl əyləcini, arxa qapını açaraq ehtiyyat təkəri, açar dəstini, yanğınsöndürmə balonunu, qoşqu üçün trosu, tibbi yardım qutusunu, qəza nişanını və avtomobilin ümumi xarici görünüşünü yoxladığını, yoxlama zamanı avtomobilin işıqlandırma sistemində, əyləc sistemində, əl əyləcində hər hansı nasazlıq, çatışmazlıq olmadığını, avtomobilin ümumi xarici görünüşünü yoxladıqda işlək hissələrində hər hansı problem olmadığını, avtomobilin spidometrinə baxdıqda 5000 kilometrdən bir qədər çox yol getdiyini gördüyünü, Təqsirləndirilən şəxs təhkim edilmiş avtomobili yoxladıqdan sonra hər hansı problem, nasazlıq olmadığı üçün onun çıxışına icazə verdiyini, bunun üçün yol vərəqəsində müvafiq hissədə imza çəkdiyini, avtomobil üçün tərtib edilmiş yol vərəqəsində istiqamətin “xidməti” yazıldığını, yəni xidmətlə əlaqədar istənilən istiqamətə gedə biləcəyini, sonra Təqsirləndirilən şəxs avtomobili idarə edib hərbi hissənin parkından çıxaraq getdiyini, həmin gün saat 15:20 radələrində hərbi hissənin parkında olarkən Təqsirləndirilən şəxs təhkim edilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin Şahbuz rayonunun Şada kəndi tərəfdə, “Cəbrayıl” postundan gələrkən qəzaya uğradığını, Təqsirləndirilən şəxs vəziyyətinin ağır olduğunu, avtomobildə olmuş kapitan rütbəli zabitin hadisə vaxtı öldüyünü, polkovnik-leytenant rütbəli zabitin vəziyyətinin normal olduğunu eşitdiyini, özünün əvvəllər 6 il “UAZ” markalı avtomobil idarə etdiyini, dağdan aşağı düşəndə heç vaxt paylayıcı neytrala atmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş tibb xidməti baş leytenantı Şahid4 ifadəsində N №-li hərbi hissənin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət etdiyini, N iyun 2022-ci ildə saat N radələrində hərbi hissə komandirinin zəng edib tibbi yardım avtomobili ilə Şada taboru istiqamətində getməsini dediyini, yolda hərbi hissə komandiri ilə telefonla əlaqə saxladıqda “Cəbrayıl” postu istiqamətində qalxmasını, hadisə baş verdiyini, “UAZ” markalı avtomobilin aşdığını, yaralılar olduğunu dediyini, bundan sonra həmin post istiqamətində getməyə başladıqlarını, posta çatmağa bir qədər qalmış dərənin dibində “UAZ” markalı avtomobilin arxası üstə dayandığını, hər tərəfinin əzildiyini, avtomobilin sürücüsünü əsgərlərin xərəkdə aşağı düşürtdüklərini gördüyünü, sürücünün MAHHXHQ əsgər olmaqla soyadının Əliyev olduğunu, onun huşu başında olsa da, ciddi xəsarət aldığını, sürücünü tibbi yardım avtomobilinə qoyduqdan sonra ona tibbi yardım göstərdiyini, həmin vaxt qəza zamanı avtomobildə sürücü ilə birlikdə 3 nəfər olduğunu, avtomobildə olmuş tabor komandirinin müavini kapitan Nizami Yolçuzadənin hadisə yerində öldüyünü, avtomobildə olmuş polkovnik-leytenant hərbi qulluqçunun vəziyyətinin normal olduğunu, sürücü X15 Şahbuz rayonunun Badamlı kəndində gözləyən hospitalın reanomobilinə aparıb təhvil verdiyini, onların hər ikisini hospitala apardıqlarını, yenidən hadisə yerinə qayıtdığını, qəzaya uğramış avtomobilin yanından keçərək bir az yuxarı qalxdıqda kapitan Nizami Yolçuzadənin orada yerdə uzandığını gördüyünü, onun öldüyünü, kapitan N.Yolçuzadənin meyitini xərəyə uzadıb tibbi yardım avtomobilinə qoyduqdan sonra Naxçıvan şəhərində yerləşən morqa gətirdiklərini, onun meyitinin ekspert tərəfindən müayinə olunduqdan sonra Cəbrayıl rayonuna yola salındığını göstərmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə teleqramla müraciət edərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanındığını, hazırda Bakı şəhərində səhhəti ilə əlaqədar müalicə olunduğu üçün məhkəməyə gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını, ifadəsini nəzərə alıb məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən onun məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edildi. O ifadəsində ünvan 1 ünvanında yaşadığını, ailədə 5 uşaq olduqlarını, Nizami Yolçuzadənin onun qardaşı olduğunu, N.Yolçuzadənin 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olduğunu, 1996-cı ildə Cəbrayıl rayon 8 saylı orta məktəbin 1-ci sinifinə daxil olaraq 2007-ci ildə məktəbi bitirdiyini, həmin vaxtdan Ali hərbi məktəbə daxil olduğunu, 2011-ci ildə həmin məktəbi bitirdiyini, 1 il müddətinə X9 kurs keçdiyini, 2012-ci ildən Naxçıvan Muxtar Respublikasında zabit kimi xidmət etdiyini, həmin vaxtdan qardaşının Naxçıvanda olduğunu, sonuncu xidmət etdiyi hərbi hissənin Şahbuz şəhərində olduğunu, orada tabor komandirinin müavini vəzifəsində xidmət etdiyini, qardaşının 5 ildir evli olduğunu, həmin nigahdan 2018 və 2020-ci il təvəllüdlü 2 oğlan övladının olduğunu, N iyun 2022-ci ildə qohumunun onunla telefon vasitəsilə əlaqə saxlayaraq qardaşının vəfat etdiyini dediyini, qohumundan hadisənin necə baş verdiyini soruşduqda qardaşının xidməti vəzifələrini icra edərkən dağlıq postdan “UAZ” markalı avtomobillə taborun dayaq məntəqəsinə qayıdan zaman avtomobili idarə edən sürücünün idarəetməni itirdiyini, nəticədə avtomobilin dərəyə aşdığını, qardaşının aldığı xəsarətlərdən hadisə yerində öldüyünü dediyini, qardaşı N.Yolçuzadənin ölümü ilə bağlı heç bir şikayətinin olmadığını göstərmişdir. Şahid1 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar Türkiyə Respublikasına getdiyini, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai istintaq orqanına vermiş olduğu ifadəsini təsdiq etdiyini məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid1 məhkəmə iclasına gəlməməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə istintaqında şahid polkovnik-leytenant Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o, ifadəsində N iyun 2022-ci ildə “UAZ” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobillə N №-li hərbi hissənin Şada tabor mərkəzinə getdiyini, X7 maşın böyüyü təyin edildiyini, avtomobilə yol vərəqi tərtib olunduğunu, avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu, Şada tabor mərkəzində postları tanış etmək və yolu göstərmək üçün kapitan Nizami Yolçuzadənin də avtomobilə oturduğunu, özünün avtomobildə qabaq sağ tərəfdə sürücünün yanında, kapitan N.Yolçuzadənin onun arxa tərəfində olan oturacaqda oturduğunu, Şada taborunun bir neçə postunu gəzdikdən sonra saat 14:30 radələrində “Cəbrayıl” postuna getdiklərini, orada şəxsi heyətlə söhbət edib, vəziyyətləri və məişət şəraitləri ilə maraqlandıqlarını, “Cəbrayıl” postunda 20 dəqiqə olduqdan sonra tabor mərkəzinə qayıtmaq üçün avtomobilə oturduqlarını, özünün yenə avtomobildə qabaq sağ tərəfdə sürücünün yanında, kapitan N.Yolçuzadənin onun arxa tərəfində, avtomobilin arxa sağ oturacağında oturduğunu, yolda hərəkətə başladıqdan N dəqiqə sonra saat 15 radələrində anidən avtomobilin arxasının bir qədər sola, ön tərəfinin sağa sürüşdüyünü, ucadan sürücüyə diqqət etməsini, nə etdiyini dediyini, yolu sağa dönərkən avtomobilin sola çevrildiyini, sürücünün avtomobili yığışdıra bilmədiyini, avtomobilin çevrilərək dərəyə aşdığını, həmin vaxt sürücüdən nə olmasını soruşduğunu, lakin sürücünün hadisənin qarşısını almaq üçün nə etməsini görə bilmədiyini, hadisə zamanı sürücünün heç bir təşvişə düşmədiyini, qəza anında avtomobilin elə də sürətlə getmədiyini, amma dəqiq sürətini xatırlamadığını, avtomobildən qəzadan əvvəl fərqli hər hansı səs gəldiyini eşitmədiyini, çünki içərinin onsuz da səsli küylü olduğunu, avtomobilin mühərrikinin səsinin içəri gəldiyini, qəza vaxtı avtomobilin sol tərəfə doğru aşdığını və fırlanaraq dərəyə doğru getməyə başladığını, sağ qolunun harayasa ilişdiyini, sonra avtomobildən çıxdığını, avtomobilin aşağıya doğru aşmağa başladığını, amma avtomobilin onu nə zaman və necə bayıra atmasını bilmədiyini, qəzadan sonra avtomobili axtarmağa başladığını, 100 metr aşağıda sürücü Təqsirləndirilən şəxs gördüyünü, onun huşunun yerində olduğunu, başından qan gəldiyini, ondan vəziyyətinin necə olduğunu soruşduğunu, sonra ona hərəkət etməyib gözləməsini dediyini, aşağı yenib kapitan N.Yolçuzadəni axtarmağa başladığını, onun avtomobilin içərisində olmasını düşünüb gedib baxdığını, avtomobilin yoldan çıxıb aşıb dərəyə fırlandıqdan sonra dərənin dibində tərs çevrildiyini, hər tərəfinin əzildiyini, içərisinə girməyin mümkün olmadığını, bir tərəfindən benzin axdığını, oturacaqlara baxdıqda N.Yolçuzadənin oturacaqlarda olmadığını gördüyünü, sonra onun avtomobilin altında qalmasını düşünüb oraya baxdıqda orada da görə bilmədiyini, kapitan N.Yolçuzadəni 5 dəqiqə axtarsa da, tapa bilmədikdən sonra yuxarıya qalxdığını, N.Yolçuzadənin avtomobildən 10 metr yuxarıda hərəkətsiz uzandığını gördüyünü, ona bir neçə dəfə toxunub çağırsa da, cavab vermədiyini, başında 1-2 dəqiqə durduğunu, səs olmadığını gördüyünü, sonra telefonla bir nəfərə xəbər vermək qərarına gəldiyini, aşağıda telefonla danışmaq üçün şəbəkə olmadığından yuxarı qalxdığını, nömrəsini bildiyi bir nəfərə zəng etdiyini, ona hadisə olmasını dediyini, bir qədər sonra oraya gəlib onlara kömək etdiklərini, Təqsirləndirilən şəxslə onu birlikdə hospitala gətirdiklərini, kapitan N.Yolçuzadənin meyitinin həmin vaxt hələ hadisə yerində olduğunu, hadisənin ya sürət həddini aşmaqdan, ya da sürücünün ani olaraq yuxlamasından baş verdiyini düşündüyünü, qəza zamanı avtomobilin sürət göstəricisinə baxmadığını, lakin qəzadan sonra sürücüdən bu barədə soruşduqda onun 25-30 km sürətlə getdiyini, tormoz pedalına sıxdıqda tutmadığını dediyini, ona əl əyləcini çəkməsini dedikdə Təqsirləndirilən şəxs də ona “siz diqqət et nə edirsən deyəndə” əl əyləcini çəkdiyini dediyini, avtomobilin paylayıcısının postdan enərkən qoşulu olduğunu, amma qəzadan əvvəl paylayıcının qoşulu olub-olmamasını xatırlamadığını göstərmişdir. Şahid5 xx.xx.2022-ci il tarixdə teleqramla ilə məhkəməyə müraciət edərək ehtiyata buraxıldığını, səhəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai istintaq orqanına vermiş olduğu ifadəsini təsdiq etdiyini məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid5 məhkəmə iclasına gəlməməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən Şahid5 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadəsinin “əyləc pedalını sıxdığını, lakin əyləcin tutmadığını”, “avtomobili saxlaya bilməyəcəyini görüb əl əyləcini çəkdiyini”....., ilə bağlı hissəsi məhkəmə nəqliyyat-trasoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli, 8/1649 nömrəli ekspert rəyi ilə və mülki iddiaçının, şahidlərin ifadələrindəki xüsusatlarla sübuta yetirilmədiyindən təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsi özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi elan olunaraq tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 2-ci cildinin 37-44-cü vərəqələrinə əlavə edilmiş, məhkəmə tibb ekspertizasının N iyun 2022-ci il tarixli, 36 №-li rəyində X3 bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin-sol qaşüstü nahiyyədə yaranın, alının sol yarısında yaranın, sol təpə nahiyyəsində yaranın, sağ təpə nahiyyəsində yaranın, qaş arası nahiyyədə qançırın, üst dodaq nahiyyəsinin sağ yarısında qançırın, burunun arxa sağ yarısında qançırın, sol yanaq nahiyyəsində qançırın, üst dodaq haşiyəsinin sol yarısında dəriiçi hematomanın, alt dodaqda sağ ağız bucağında dəriiçi hematomanın, sağ qulaq sevanının aşağı 1/3-də yaranın olduğu, sağ qulaq sevanının yuxarı 1/3 hissəsində qoparaq kəllədən ayrıldığı, sol çiyin nahiyyəsində qançırın, sağ saidin arxa səthində qançırın, sağ saidin arxa bayır səthində qançırın, sağ əlin arxa səthində 2-ci barmaq nahiyyəsində yaranın, sol bazunun ön səthində və sol dirsəyin içəri ön səthində qançırın, sol qoltuqaltı nahiyyədə qançırın, döş qəfəsinin sol yarısında sol məmə başından 7 sm aşağıda məmə xətti üzrə davam edən qançır və sıyrığın, qarının sol yan səthində perqametləşmiş sıyrığın, sol diz oynağının ön yan səthində sıyrığın, sol diz oynağının ön içəri səthində sıyrığın, sol diz qapağından 7 sm aşağıda perqametləşmiş sıyrığın və bu sıyrıqdan 2 sm aşağıda sol baldırın ön içəri səthində perqametləşmiş sıyrığın, sağ budun içəri səthində qançır və bu qançırın üzərində sıyrığın olduğu, burun, çənə və sol baldır sümüklərinin distal ucunun və sol ayaq daraqarxası sümüklərin sındığı, baş beyində ödemin, beyin toxumasına və beyinciyə qansızmanın, kəllə əsası sümüklərinin sınığı, sol İ və İİ qabırğaların, qabırğa qövsünün, sağ İİ-İV qabırğaların yerdəyişən sınığının həyati olub qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi nəticəsində törəndiyi, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olduğu, onun ölümü ilə nəticələndiyi, N.V.Yolçuzadənin ölümünə səbəbin almış olduğu xəsarətlər hesabına yaranmış beyin toxumasının ödemi, beyin toxumasına və beyinciyə qansızma olduğu, ölüm müddətinin meyitin müayinə gününə uyğun gəldiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 81-83-cü vərəqələrinə əlavə edilmiş məhkəmə nəqliyyattrasoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli, 8/1649 nömrəli ekspert rəyində “UAZ- 315195” markalı “A 047 MR” dövlət qeydiyyat nişanlı avtomobilin ekspertizaya təqdim edilmiş 4 ədəd tormoz şlanqlarının üzərində hər hansı zədənin (partlama, kəsilmə və deşilmə xarakterli zədələrin) olmasının və şlanqların ştuserləri, qaykaları üzərində əzilməəyilmə zədələrinin olmasının aşkar edilmədiyi, ştuserlərin yivlərinin pozulmadığı və yivlərinin normal vəziyyətdə olduğu, “UAZ-315195” markalı “A 047 MR” dövlət qeydiyyat nişanlı avtomobilin ekspertizaya təqdim edilmiş 4 ədəd tormoz şlanqlarının istismara yararlı vəziyyətdə olduğu, şlanqların texniki vəziyyətinin “X14” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduğu, “UAZ-315195” markalı avtomobilin 4 ədəd tormoz şlanqlarının texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 108-109-cu vərəqələrinə əlavə edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 25 iyul 2022-ci il tarixli, 169 nömrəli ekspert rəyində istintaq tərəfindən göstərilən vəziyyətdə “UAZ-315195” markalı “A 047 MR” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin, 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, həmin maddələrin tələblərinə əsasən sürücü yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduqları göstərilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən N №-li hərbi hissəyə N (otuz yeddi min altı yüz doxsan dörd) manat maddi ziyan vurulduğunu və N №-li hərbi hissənin nümayəndəsi mülki iddia ilə müraciət etmişdir. Cinayət işinin 1-ci cildinin 151-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 2-ci cildinin 14-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 143-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin hərbi-həkim komissiyasının 19 avqust 2022-ci il tarixli, 986 №-li arayışında Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə səbəb olması təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə nəqliyyat-trasoloji və yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarını rəhbər tutmuşdur. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, əməl təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, 5000 (beş min) manat vurmuş olduğu ziyanın bir qismini ödəməsini, ilk dəfə və məhz ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, törətmiş olduğu cinayət əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair “14 noyabr 2011-ci il tarixli Plenum qərarında göstərilir ki, əlavə cəzalar-müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, habelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirləndirilən şəxsə əsas cəza ilə yanaşı bu cəza növü də əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 23-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 351.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirləndirilən şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzaya münasibətdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, o cümlədən Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi təyin olunması hallarında cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 29 avqust 2022-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. N nömrəli hərbi hissənin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs həmin hərbi hissəyə məxsus 2021-ci il istehsalı olan, “UAZ” markalı, 315195 model, “A 047 MR” hərbi nömrə nişanlı avtomobildə idarə etməni itirdiyinə görə qəza törətmiş, nəticədə avtomaşın yararsız vəziyyətə düşdüyündən qeyd olunan hərbi hissəyə N manat maddi ziyan dəydiyini, həmin ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq N nömrəli hərbi hissənin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia ilə əlaqədar təqsirləndirilən şəxsin müdafiəçisinin vermiş olduğu vəsatət əsasında 31 oktyabr 2022-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin ekspertizanın 17 noyabr 2022-ci il tarixli, 320 nömrəli rəyində təyinatı üzrə yararsız vəziyyətdə, təmiri məqsədə müvafiq hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 36000 (otuz altı min) manat olduğu, salamat qalmış hissələrin dəyəri (36000,00 x 10%=3600 manat) nəzərə alınmaqla, 2021-ci il istehsalı olan, “UAZ” markalı, 315195 model, “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 32400,00 (otuz iki min dörd yüz) manat müəyyən edildiyi göstərilmişdir. İş materiallarından görünür ki, hazırkı cinayət mühakimə icraatında mülki iddia AR CPM-nin 181. 183, 187-ci maddələrində göstərilən əsaslarla və qanunun tələblərinə tam əməl edilməklə verilmiş və həmin mülki iddiaya cinayət mühakimə icraatında baxılıb mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslar vardır. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir.Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsullyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs N.V.Yolçuzadənin hadisə yerində ölümünə səbəb olmuş, N №-li hərbi hissəyə məxsus “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin qəzaya uğraması nəticəsində hərbi hissəyə N manat maddi ziyan dəymişdir. Mülki iddiaya əlavədən aydın olur ki, N nömrəli hərbi hissənin maliyyə xidməti üzrə hesablamaları N nömrəli hərbi hissənin maliyyə xidməti tərəfindən aparıldığından dövlətə dəymiş ziyan N nömrəli hərbi hissənin bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 32400 (otuz iki min dörd yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh – Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı - N nömrəli hərbi hissənin maliyyə xidməti üzrə hesablamaları N nömrəli hərbi hissənin maliyyə xidməti tərəfindən aparıldığından N №-li hərbi hissənin hesabına ödənilməlidir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı mülki iddiaçıya verilməsi üçün təqdim etdiyi 5000 (beş min) manat məbləğində pul 1 ədəd möhürlənmiş zərfdə Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsinə məsul saxlanca verilmişdir, mülki iddia qismən təmin edildiyindən 5000 (beş min) manat Kapital bank ASC X16----200015 VÖEN- -----********** Müxbir hesab AZ37NABZ******************** S.W.İ.T. --- AİİAZ2X Naxçıvan şəhər Maliyyə İdarəsi hesab ---AZ47AİİB******************** VÖEN ---********** dövlətə dəymiş ziyan müqabilində N nömrəli hərbi hissənin maliyyə xidməti üzrə hesablamaları N nömrəli hərbi hissənin maliyyə xidməti tərəfindən aparıldığından N nömrəli hərbi hissənin bank hesabına ödənilməlidir. Mülki cavabdeh – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsinə məsul saxlanca verilmiş 5000 (beş min) manat 32400 (otuz iki min dörd yüz) manatdan çıxılaraq cəmi 27400 (iyirmi yeddi min dörd yüz) manat Təqsirləndirilən şəxs alınaraq Kapital bank ASC X16 ---- 200015 VÖEN ------ ********** Müxbir hesab AZ37NABZ******************** S.W.İ.T. --- AİİAZ2X Naxçıvan şəhər Maliyyə İdarəsi hesab ---AZ47AİİB******************** VÖEN ---********** dövlətə dəymiş ziyan mülki iddiaçı N nömrəli hərbi hissənin bank hesabına ödənilməlidir. Cinayət işinin materiallarından aydın olur ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi və daşınmaz əmlak yoxdur. Ancaq Babək rayon Aqrar İslahat komissiyasının qərarı ilə ailə üzvləri ilə birlikdə Babək rayon Cəhri qəsəbəsində 0,2147 ha həyətyanı, 0,7496 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri birgə mülkiyyət hüququ ilə qeydiyyata alınıb. (2-ci cild səh.130-131) İş üzrə məhkəmə nəqliyyat-trasoloji ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2003-cü il tarixli, 94 nömrəli qərarına əsasən dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilə məxsus, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsində maddi sübut kimi saxlanılan 4 ədəd tormuz şlanqı N №-li hərbi hissənin istifadəsinə verilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra N №-li hərbi hissəyə məsul saxlanca verilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin istifadəyə yararlı hissəsi həmin hərbi hissənin istifadəsinə verilsin, istifadəyə yararsız hissələri qeyd olunan hərbi hissə tərəfindən məhv edilməlidir. Cinayət işi üzrə 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 351.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilə məxsus, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsində maddi sübut kimi saxlanılan 4 ədəd tormuz şlanqı N №-li hərbi hissənin istifadəsinə verilsin. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra N №-li hərbi hissəyə məsul saxlanca verilmiş “UAZ 315195” markalı “A 047 MR” hərbi nömrə nişanlı avtomobilin istifadəyə yararlı hissəsi həmin hərbi hissənin istifadəsinə verilsin, istifadəyə yararsız hissələri qeyd olunan hərbi hissə tərəfindən məhv edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 32400 (otuz iki min dörd yüz) manatdan, Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsinə məsul saxlanca verilmiş 5000 (beş min) manat və vurmuş olduğu ziyanın qalan hisəsi 27400 (iyirmi yeddi min dörd yüz) manat Təqsirləndirilən şəxs alınaraq Kapital bank ASC X16----200015 VÖEN------********** Müxbir hesab AZ37NABZ******************** S.W.İ.T. --- AİİAZ2X Naxçıvan şəhər Maliyyə İdarəsi hesab---AZ47AİİB******************** VÖEN ---********** dövlətə dəymiş ziyan mülki iddiaçı N nömrəli hərbi hissənin bank hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə nəqliyyat-trasoloji ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülsün. Cinayət işi üzrə 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-29/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-29/2022
28.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver