Məhkəmə qərarları › İş №1-1(092)-29/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-29/2023

14.08.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-29/2023 14.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikası Əzizbəyov rayonunun Kapud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, 3 uşaq atası, orta təhsilli, Ordubad rayonu, Parağa kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 24 iyul 2023-cü ildən barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, N №-li hərbi hissədə xidmət etmiş MAHHXHQsu əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə, saat 12 radələrində Ordubad rayonu, Parağa kəndində yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs Qoşar qızı ilə evlərində istifadə etdikləri qazanın itməsinə görə mübahisələri olmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs sol bud nahiyəsindən bir təpik, burun nahiyəsindən isə bir yumruq zərbəsi vurmuş, nəticədə Zərərçəkmiş şəxs burun kökündə başlayıb hər iki göz altı nahiyəsinə qədər davam edən qançır və burun tinin sınığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər istintaq materialları ilə tam sübut yetirilmişdir. Məhkəmə hazırlığı gedişi zamanı Zərərçəkmiş şəxs izahatında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışdığını, onunla artıq bir yerdə yaşadıqlarını, ondan heç bir şikayət və tələbinin, həmçinin ödəniləcək heç bir maddi ziyanın olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlığı iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi çıxışında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, bir-birləri ilə barışdıqlarını, hal-hazırda birgə yaşadıqlarını, ailə münasibətlərinin normal olduğunu, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olması və qanunvericiliyin tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlığı ıclasında Təqsirləndirilən şəxs da izahatında Zərərçəkmiş şəxs ilə artıq barışdıqlarını,bir ailə kimi artıq birgə yaşadıqlarını, törətdiyi əməldən peşiman olduğunu göstərdi. Məhkəmə hazırlığı iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı çıxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirılən şəxs Təqsirləndirilən şəxs törətdiyi cınayət əməlinin böyük ictimaii təhlükə törətməyən cinayət əməli olsa da o, bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə cinayət əməli törətdiyini və zərərçəkmiş şəxslə barışdığına görə 10 sentyabr 2018-ci ildə onun barəsində olan cinayət işinin icraatına Ordubad rayon Polis Şöbəsində xitam verildiyindən Konstiutusiya Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs ikinci dəfə cinayət əməli törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməməli və onun barəsində olan cinayət cinayət işinin icraatına xitam verilməməsini göstərdi. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Konstiutusiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarındada göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən isə 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü, maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə hazırlığı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərardan apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar