Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-29/2024 01.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxsN, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx N999-cu il tarixdə Babək rayonunun Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edən kiçik çavuş, Babək rayonunun Nəzərabad kəndində qeydiyyatda olmaqla, N nömrəli hərbi hissənin subaylar yataqxanasında yaşayan, N3 fevral N0N4cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əliyev X3 Nazirliyinin N №-li hərbi hissəsinin Şahbuz şəhəri ərazisində yerləşən kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyyatçıistehkamçısı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N-cü ilin may ayının sonlarında günorta saatlarında bölüyün N-ci taqımının N-ci manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN yanına çağırıb, heç bir səbəb olmadan sonuncunun hər iki qulağından tutub dartaraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N-cü ilin iyul ayının ortalarında saat NN radələrində bölüyün yataqxanasına girdikdə həmin bölüyün N-ci taqımının N-ci manqasının kəşfiyyatçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN çarpayının üzərində oturduğunu görüb gündüz vaxtı çarpayıların üzərində oturmağın qadağan olduğunu deyərək ona irad tutmuş sonra əsgər Zərərçəkmiş şəxsN çarpayının üzərində oturmasına görə əvvəlcə onun ünvanına nalayiq ifadə işlətmiş və daha sonra sağ əli ilə sinəsindən bir yumruq zərbəsi vurub, kürək nahiyəsini divara çırparaq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət edən kiçik çavuş Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət edən kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində N-cü ilin may ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət etdiyini, həmin tarixdən N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başladığını, həmin bölüyün N-ci taqımının N-ci manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsinə təyin olunduğunu, N-cü ilin sentyabr ayının 8-dək həmin vəzifədə xidmət etdiyini, N sentyabr N-cü il tarixdən isə xidmət yeri N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli əlahiddə taborun atəş dəstək bölüyünün pulemyot taqımının 3-cü pulemyot manqasının heyət nəfəri vəzifəsinə dəyişdirildiyini, əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin Kəşfiyyat bölüyündə xidmət etdiyi müddət ərzində görüb tanıdığını, onlar da həmin bölükdə xidmət etdiklərini, kiçik çavuş hərbi rütbəsində olduğu üçün onlara rəis hesab olunduğunu, onlarla arasında hər hansı qohumluq münasibətləri, düşmənçilik və ya ədavət olmadığını, o, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən N-cü ilin may ayının təxminən sonlarında saat N3 radələrində bölüyün yataqxanasında olan zaman şəxsi heyət nahar yeməyinə hazırlaşarkən həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxsN yanına çağırıb səbəbsiz yerə hər iki əli ilə onun hər iki qulağından tutub sıxdığını, daha sonra isə buraxdığını, təkrar tutmaq istəyən zaman Zərərçəkmiş şəxsN icazə vermədiyini, o da Zərərçəkmiş şəxsN “qaz yerişi” getməsi komandasını verdiyini, Zərərçəkmiş şəxsN 3-4 metr qaz yerişi getdikdən sonra ayağa qalxıb uzaqlaşdığını, N-cü ilin iyul ayının ortalarında, saat NN radələrində kəşfiyyat bölüyünün şəxsi heyəti dərs keçmək üçün hərbi hissənin təlim mərkəzinə getdiyini, bölükdə təkcə növbətçilər qaldığını, Təhnə mövqeyindən gəldiyi üçün bölük komandiri istirahət etməsi üçün ona icazə verdiyini, yataqxanaya girən zaman əsgər Zərərçəkmiş şəxsN çarpayının üzərində oturduğunu görüb ona irad tutduğunu, onunla bir az söhbət edib gündüz vaxtı çarpayının üzərində oturmağın qadağan olduğunu bildirdikdə Zərərçəkmiş şəxsN onun söhbətinə biganə yanaşıb yataqxananın dəhlizinə çıxdığını, bölüyün gün növbətçisinin yanına gedib onunla söhbət etməyə başladığını, Zərərçəkmiş şəxsN ona qarşı belə saymazyana hərəkət etməsinə əsəbləşib onun yanına gedərək sinəsindən bir yumruq zərbəsi vurub geriyə itələdiyini, daha sonra ona heç nə demədiyini, başqa zərbə vurmadığını, yataqxanaya gedib istirahət etdiyini, Zərərçəkmiş şəxsN də ona qarşı hər hansı nalayiq ifadə işlətmədiyini və ya zor tətbiq etmədiyini, bu barədə kiməsə məruzə etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət edən kiçik çavuş Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmə icasında ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN, ibtidai istintaq dövrü ifadə vermiş, məhkəmə araşdırması zamanı ifadələri elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN və Şahid ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində haliyədə hərbi xidmətdən tərxis olunduğunu, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasının kəşfiyyatçısı vəzifəsində xidmət edərkən müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs kəşfiyyat bölüyündə xidmət etdiyi müddətdə görüb tanıdığını, onunla hər hansı qohumluq münasibətləri və ya ədavəti olmadığını, N-cü ilin iyul ayının təxminən ortalarında bölüyün gün növbətçisi naryadına təyin olunduğunu, digər gün növbətçisi əsgər Şahid dolabçada dayandığını, işlərini qurtardığı üçün saat NN radələrində yataqxanada çarpayının üzərində oturduğunu, bu vaxt kəşfiyyat bölüyündə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Ülvü Əliyev onun yanına gələrək nəyə görə çarpayıda oturduğunu soruşduğunu, bir az danışıb suallar verdiyini, daha sonra dəhlizə çıxıb dolabçanın yanında dayanıb əsgər Şahidla söhbət etməyə başladığını, bu vaxt Təqsirləndirilən şəxs yenidən onun yanına gəlib heç bir səbəb olmadan ona qarşı nalayiq ifadə işlətdiyini, sonra sağ əli ilə sinəsindən bir yumruq zərbəsi vurduğunu, həmin zərbənin təsirindən arxaya doğru gedib divara dəydiyini, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmadan çıxıb getdiyini, Təqsirləndirilən şəxs onu vurmasını əsgər Şahid da gördüyünü, Təqsirləndirilən şəxs onu vurduğu üçün hər hansı xəsarət almadığını, bu barədə heç kəsə məruzə etmədiyini, kiçik çavuş Ülvü Əliyevi bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN xx.xx.N0N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə əlaqədar zərər çəkmiş şəxs qismində tanındığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını, onunla barışdıqlarını göstərmişdir. Cinayət işi üzrə Şahid xx.xx.N0N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, haliyədə Bakı şəhərində olduğunu, məhkəmə iclasına gələ bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN və Şahid məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N5-ci və 3N7-ci maddələrinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı iclasında elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində N №-li hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasına kəşfiyyatçı vəzifəsinə xidmətə verildiyini, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs da həmin bölükdə xidmət etmiş, N-cü ilin may ayının təxminən sonlarında saat N3 radələrində xidmət etdiyi N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün yataqxanasında olan zaman MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs da orada olmuş, Təqsirləndirilən şəxs onu yanına çağırıb hər iki əli ilə hər iki qulağından yapışıb N dəfə dartmış, niyə görə belə etdiyini bilməmişdir. İkinci dəfə dartanda ona imkan verməmiş, Təqsirləndirilən şəxs də buna görə ona “qaz yerişi” komandası vermiş, 3-4 metr getdikdən sonra ayağa durub uzaqlaşmış, məhkəməyə göndərmiş olduğu teleqramda kiçik çavuş Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı iclasında elan olunaraq tədqiq edilmişdir. O, ifadəsində hərbi xidmətdən tərxis olunduğunu, xidmət zamanı N №-li hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasında kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət etdiyini, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs, əsgər Zərərçəkmiş şəxsN və əsgər Zərərçəkmiş şəxsN hərbi xidmət müddətində görüb tanıdığını, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edən zaman N-cü ilin iyul ayının ortalarında həmin bölükdə xidmət edən əsgər yoldaşı Zərərçəkmiş şəxsN ilə birlikdə bölüyün gün növbətçisi naryadına təyin olunduğunu, təxminən saat NN radələrində Zərərçəkmiş şəxsN təmizlik işləri gördüyünü, o da dolabçada dayandığını, Zərərçəkmiş şəxsN işlərini görüb qurtardıqdan sonra yataqxanaya girdiyini, bir az sonra isə müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs də yataqxanaya getdiyini, onların içəridə nə söhbət etdiklərini bilmədiyini, bir az sonra Zərərçəkmiş şəxsN onun yanına gəldiyini, dolabçanın yanında dayanıb söhbət edən zaman, Təqsirləndirilən şəxs onların yanına gələrək heç nə demədən Zərərçəkmiş şəxsN qarşı nalayiq ifadə işlədib sinəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxsN arxaya doğru gedərək kürəyi dəhlizin divarına dəydiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N0NN-ci il tarixli N5 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərər çəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 3N7, 330-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələrini, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin NN4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin N-ci cildinin N-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında NN yanvar N0N4-cü il tarixli qərardan görünür ki, əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxsN cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdırlar. Cinayət işinin N-ci cildinin 54-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin NN may N-cü il tarixli, N34 nömrəli əmrindən çıxarışdan Təqsirləndirilən şəxs həmin hərbi hissənin kəşfiyyat bölüyünün N-ci kəşfiyyat taqımının N-ci kəşfiyyat manqasının kəşfiyatçı-istehkamçısı vəzifəsinə təyin edildiyi görünür. Cinayət işinin N-ci cildinin 55-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs həvəsləndirilmədiyi və cəzalandırılmadığı görünür. Cinayət işinin N-ci cildinin 56-cı vərəqəsinə əlavə edilmiş xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin N-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş N9 avqust N-cü il tarixli, 843 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olubolmamasının müəyyən edilməsi məqsədi ilə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında verilmiş N05 nömrəli hərbi hissənin hərbi həkim komissiyasının N897 nömrəli, 0N avqust N0NN-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs hər iki əlin və sol aşağı ətrafın kor qəlpə yaralarına görə aparılmış birincili cərrahi işlənməyə qəlpələrin xaric edilməsindən sonrakı dəri çapığı olduğu göstərilmişdir. Cinayət işinin N-ci cildinin 64-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin 75-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan, cinayət törədilən vaxt təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər, əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxsN aralarında tabelik münasibəti olmaqla Təqsirləndirilən şəxs həmin şəxslərin bilavasitə rəisi olduğu görünür. Cinayət işinin N-ci cildinin 8N-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına XN verilən xx.xx.N-cü il tarixli, NN7N №-li məktubda Təqsirləndirilən şəxs XN psixonevroloji və narkoloji qeydiyyatda olmadığı görünür. Cinayət işinin N-ci cildinin 87-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının NN avqust N-cü il tarixli, N3N №-li ekspert rəyində zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxsN bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin N-ci cildinin 88-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının N0 avqust N-cü il tarixli, NNN №-li ekspert rəyində kiçik çavuş Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN hər hansı bir xəsarət və ya xəsarət izi yetirmədiyi göstərilmişdir. Əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində qərarda qeyd olunan hadisələrlə bağlı digər hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinin N-ci cildinin N45-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N-cü il tarixli, N36 nömrəli əmrindən çıxarışa əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin atəş dəstək bölüyünün pulemyot taqımının 3-cü pulemyot manqasının heyət nəfəri vəzifəsinə təyin edildiyi görünür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN ifadələri, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən, lakin ifadəsi elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN və Şahid elan olunmuş ifadələri, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N44-N46-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının N-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin N5-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N8 dekabr tarixli N354 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr N370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N0NN-ci il N4 iyun tarixli N7NN nömrəli sərəncamı ilə ”Fizulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N0NN-ci il N4 iyun tarixli N7NN nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il NN aprel tarixli N50s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini ona cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, həmin əməlindən peşman olmasını, Vətən Müharibəsində fəal iştirakını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin N8N-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N75.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353.N, 353.N, 353.4, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası N (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-29/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-29/2024
01.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver