Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-29/2025 02.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Əhmədova Nərgiz Bağır qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1998-ci il tarixdə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN:xxxxxxx), evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, 1N mart N0N5-ci il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissəsinin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində bölüyün silah otağının qarşısında olan zaman tabeliyində olan, həmin bölüyün N-ci taqımının 3-cü manqasında pulemyotçu-nizamlayıcı vəzifəsində xidmət edən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs yanına çağırıb biraz əvvəl yataqxananın dəhlizində əsgər yoldaşı ŞahidN ilə zarafat edərkən yerə yıxılmasını ona məruzə etmədiyinə görə iradını bildirmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona cavab verərkən əllərini hərəkət etdirərək danışdığı üçün əsəbiləşib əsgər Zərərçəkmiş şəxs xidməti otağına apararaq orada əvvəlcə əsgər Zərərçəkmiş şəxs əynində olan jaketin yaxa hissəsindən tutub kürək nahiyəsini divara çırpmış və daha sonra əsgər Zərərçəkmiş şəxs çənəsinə 1 yumruq, sifətinə isə 1 sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0 iyun N0N0-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətə başlamış, N4 dekabr N0N3-cü il tarixdən N yanvar N0N5-ci il tarixədək N nömrəli hərbi hissədə komendant bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmiş, N yanvar N0N5-ci il tarixdə xidmət etdiyi N №-li hərbi hissə N №-li hərbi hissənin tərkibinə qatılmış və hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminat bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. Əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissədə xidmət etdiyi vaxtdan tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. O, qeyd edilən yerdə və vəzifədə xidmətdə olarkən N3 yanvar N0N5-ci il tarixdə saat 09:00-dan N4 yanvar N0N5-ci il tarixdə saat 09:00-dək xidmət etdiyi bölükdə cavabdeh təyin olunmuş, cavabdeh köməkçisi isə MAHHX HQ çavuş İxtiyar Tağızadə təyin olunmuşdur. N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində bölüyün silah otağında bölük növbətçilərinin təhvil-təslim kitablarını yoxlayarkən həmin vaxt bölükdə xidmət edən əsgər ŞahidN yanına gəlib çavuş İ.Tağızadənin ona irad bildirib gəlib məruzə etmələrini demiş, o, nə baş verdiyini soruşduqda əsgər ŞahidN ona əsgər Zərərçəkmiş şəxslə zarafat edən zaman əsgər Zərərçəkmiş şəxs yıxıldığını demişdir. Bunu dəqiqləşdirmək üçün əsgər ŞahidN əsgər Zərərçəkmiş şəxs də yanına gətirməsini tapşırıq vermişdir. Bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxslə əsgər ŞahidN yanına gəlmiş və o, yenidən əsgərlərdən nə baş verdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə ayağı sürüşdüyü üçün yıxıldığını demişdir. O, dəqiqləşdirmək üçün MAHHX HQ çavuş İxtiyar Tağızadəyə telefonla zəng edib nə baş verdiyini və əsgərlərin mübahisə edib-etməmələrini soruşmuş, çavuş İ.Tağızadə isə əsgərlərin zarafat etdiyini və həmin vaxt əsgər Zərərçəkmiş şəxs yerə yıxıldığını demiş, həmçinin əsgər Zərərçəkmiş şəxs ona məruzə etməsi üçün tapşırıq verdiyini, lakin əsgər Zərərçəkmiş şəxs tərbiyəsizlik edib getmədiyini demişdir. Həmin vaxt o, çavuş İ.Tağızadəyə əsgərləri tərbiyələndirəcəyini deyib telefonu söndürmüşdür. Daha sonra əsgərlərə zarafat etdikləri üçün irad bildirmiş, əsgər ŞahidN üzr istəyib bir də zarafat etməyəcəyini demiş, əsgər Zərərçəkmiş şəxs isə ona “biz də insanıq yıxıla bilərik, zarafat edə bilərik” dedikdə o, əsgər Zərərçəkmiş şəxs bu sözlərindən və sözləri deyərkən əllərini hərəkət etdirməsindən qıcıqlanmış və əsgər Zərərçəkmiş şəxs xidməti otağına gedib gözləməsini demiş, özü isə bir neçə dəqiqə sonra silah otağını bağlayıb xidməti otağına getmişdir. Əsgər Zərərçəkmiş şəxs xidməti otağın qarşısında gözləmiş, o, otağa daxil olduqdan sonra əsgər Zərərçəkmiş şəxs xidməti otağa çağırıb etdiyi hərəkətlərin səbəbini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə yenə də ona “insanıq, zarafat edə bilərik” demiş, o, əsgər Zərərçəkmiş şəxs yenindən irad bildirib “sən mənlə əl-qolla danışa bilmərsən” dedikdə əsgər Zərərçəkmiş şəxs isə yenidən ona “biz də insanıq sərbəst olmalıyıq” demişdir. O, əsgər Zərərçəkmiş şəxs bu sözlərindən qıcıqlandığı üçün sağ əli ilə əsgər Zərərçəkmiş şəxs əynindəki sviterinin yaxasından tutub silkələyib divara çırpmış və sonra sağ əlini yumruq vəziyyətində tutub əsgər Zərərçəkmiş şəxs alt çənəsindən bir dəfə vurmuşdur. Daha sonra sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən bir sillə vurub otağı tərk etməsini demiş, əsgər Zərərçəkmiş şəxs isə ağlayaraq otaqdan çıxmışdır. Növbəti gün yəni N4 yanvar N0N5-ci il tarixdə səhər saatlarında hərbi hissə komandiri polkovnik Elşən Ağayev ona telefonla zəng edib əsgər Zərərçəkmiş şəxs vurubvurmadığını soruşmuş, o, isə əsgər Zərərçəkmiş şəxs onunla əl-qolla danışdığı üçün vurduğunu demişdir. Polkovnik E.Ağayev isə ona əsgər Zərərçəkmiş şəxs vurmağı ilə bağlı prokurorluqda araşdırma başlanıldığını demiş, təxminən bir neçə gün sonra Naxçıvan Hərbi Prokurorluğunda hadisə barədə izahatı alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, evli olduğunu və həyat yoldaşının hamilə olduğunu, xidməti dövründə fərqləndiyi üçün müxtəlif fəxri fərman və medallarla təltif olunduğunu, N0N3-cü ildə “Antiterror” əməliyyatlarında iştirak etdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 11 iyul N0N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N №-li hərbi hissədə N ay gənc əsgər kursunu keçdikdən sonra xidmətini davam etdirmək üçün 05 oktyabr N0N4-cü il tarixdə xidmət yeri N №-li hərbi hissənin komendant bölüyünə dəyişdirilmiş, N yanvar N0N5-ci il tarixdə xidmət etdiyi hərbi hissə N №-li hərbi hissənin tərkibinə qatılmış və hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün N-ci taqımının 3-cü manqasında pulemyotçu-nizamlayıcı vəzifəsinə təyin olunmuşdur. Baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi vaxtdan görüb tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində şəxsi heyət şam yeməyi düzülüşünə hazırlaşarkən çəkmələrini geyinmək üçün yataqxananın dəhlizindəki pilləkənin yanına getmiş, çəkmələrini geyinən zaman bölükdə xidmət edən əsgər ŞahidN əlini onun boynuna salıb zarafat edib getmiş, o, da zarafatla əsgər ŞahidN arxasınca qaçarkən ayağında olan tərlik böyük olduğu üçün ayağı sürüşmüş və yerə yıxılmışdır. Bu zaman çavuş İ.Tağızadə onun yıxıldığını görüb yanına gəlmiş və ondan nə baş verdiyini soruşmuş, o, isə heçnə olmadığını, sadəcə ayağı sürüşdüyü üçün yıxıldığını demişdir. Çavuş İ.Tağızadə ona əsgər ŞahidNla zarafat etdiyi üçün yıxıldığını dedikdə, o, çavuş İ.Tağızadəyə yenidən ayağı sürüşdüyü üçün yıxıldığını demiş, çavuş İ.Tağızadə isə ona yıxıldığını gedib bölük komandiri baş leytenant Təqsirləndirilən şəxs məruzə etməyini demiş, o, isə çavuş İ.Tağızadəyə xəsarət almadığını və məruzə etmək istəmədiyini demişdir. O, xəsarət almadığı üçün gedib məruzə etmək istəməmiş, həmin vaxt manqa komandiri MAHHX HQ kiçik çavuş Tufan Alquliyev yanlarına gəlmiş və çavuş İ.Tağızadə əsgər Zərərçəkmiş şəxs yıxılmağını bölük komandirinə məruzə etməyini demiş, kiçik çavuş T.Alquliyev ondan hər hansı xəsarət alıb-almadığını soruşmuş, o, isə heç bir xəsarət almadığını, sadəcə yıxıldığını demişdir. Kiçik çavuş T.Alquliyev çavuş İ.Tağızadəyə əsgər Zərərçəkmiş şəxs xəsarət almadığı üçün məruzə etməyə ehtiyac olmadığını demiş və ona da ehtiyatlı olmağını bildirmişdir. Daha sonra əsgər ŞahidN onun yanına gəlib baş leytenant Təqsirləndirilən şəxs onu çağırdığını demiş, o, əsgər ŞahidNla silah otağının qarşısına getmiş və silah otağının qarşısında baş leytenant Təqsirləndirilən şəxs ondan nə baş verdiyini soruşmuş, o, isə ayağı sürüşdüyü üçün yıxıldığını demişdir. Baş leytenant Təqsirləndirilən şəxs ona səs-küy gəldiyini demiş, o, isə baş leytenant Təqsirləndirilən şəxs məruzə etmək istəmədiyini demiş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs telefonu ilə çavuş İ.Tağızadəyə zəng vurub əsgərlərin nə etdiyini soruşmuş, çavuş İ.Tağızadə isə baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs tərbiyəsizlik etdiyini, yıxlmağını məruzə etmədiyini demiş, baş leytenant Təqsirləndirilən şəxs isə onu tərbiyələndirəcəyini deyib telefonu söndürmüş və ona otağının qarşısına gedib gözləməyini demişdir. O, dərhal baş leytenant Təqsirləndirilən şəxs otağının qarşısına gedib gözləmiş, təxminən bir neçə dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs öz otağına gəlmiş və onu da içəri çağırmış, o, otağa daxil olduqdan sonra baş leytenant Təqsirləndirilən şəxs qarşısında dayanıb yenidən ondan nə baş verdiyini soruşmuş, o, isə yenə də heç bir hadisə olmadığını, ayağı sürüşdüyü üçün yıxıldığını və xəsarət almadığını demiş və danışan zaman özündən asılı olmadan əllərini hərəkət etdirdiyi üçün baş leytenant Təqsirləndirilən şəxs əsəbiləşib onunla əl-qolla danışa bilməyəcəyini deyib sağ əli ilə əynindəki sviterin yaxasından tutub bir neçə dəfə silkələyib divara çırpmış və ona “məni başqa adamla səhv salma bala” demiş, daha sonra sağ əlini yaxasından çəkib sağ əli ilə alt çənəsindən bir dəfə yumruqla möhkəm vurmuşdur. Yenidən “nə baş verdiyini soruşmuş, həmin vaxt çənəsində güclü fiziki ağrı hiss etmiş, lakin susub heç nə deməmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmuş, sifətindən sillə vurduqdan sonra o, ağlamağa başlamış və yenidən ayağı sürüşdüyü üçün yıxıldığını demişdir. Baş leytenant Təqsirləndirilən şəxs isə ona yıxılmağın xəsarət olduğunu demiş, o, heç bir xəsarət almadığını dedikdə, baş leytenant Təqsirləndirilən şəxs də ona otaqdan çölə çıxmasını demiş, o, da ağlayaraq çölə çıxmışdır. Otaqdan çölə çıxanda əsgər Tayfun Malikoğlu və əsgər Şahid1 onun ağlamağını görmüş və sonra yataqxanaya getmiş və yataqxanada əsgər Şahid3 ağlamağını görüb yanına gəlib ona təskinlik verib nə baş verdiyini soruşmuş, o, isə baş leytenant Təqsirləndirilən şəxs onu döydüyünü demişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisənin ertəsi günü baş leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini və onların barışdıqlarını, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə ən yungül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində baş leytenant Təqsirləndirilən şəxslə silah otağında olarkən bölükdə xidmət edən əsgər ŞahidN onların yanına gəlmiş, baş leytenant Təqsirləndirilən şəxs ondan nə baş verdiyini soruşmuş, əsgər ŞahidN isə əsgər Zərərçəkmiş şəxslə zarafat edərkən əsgər Zərərçəkmiş şəxs yıxıldığını demiş, baş leytenant Təqsirləndirilən şəxs isə ona əsgər Zərərçəkmiş şəxs çağırmasını demişdir. Bir neçə dəqiqə sonra əsgər ŞahidNla əsgər Zərərçəkmiş şəxs yanlarına gəlmiş və baş leytenant Təqsirləndirilən şəxs onlardan yenidən nə baş verdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə əllərini hərəkət etdirərək təsadüfən koridorda yıxıldığını demiş, lakin baş leytenant Təqsirləndirilən şəxs ona inanmamış və MAHHX HQ çavuş İ.Tağızadəyə zəng vurub onların nə etdiyini soruşmuş, çavuş İ.Tağızadə isə əsgər Zərərçəkmiş şəxslə əsgər ŞahidN zarafat etdiyini və həmin vaxt əsgər Zərərçəkmiş şəxs yıxıldığını, həmçinin əsgər Zərərçəkmiş şəxs gedib məruzə etməsini dediyini, lakin Zərərçəkmiş şəxs tərbiyəsizlik etdiyini, gəlib məruzə etmədiyini demişdir. Baş leytenant Təqsirləndirilən şəxs isə onları tərbiyələndirəcəyini deyib telefonu söndürərək əsgər Zərərçəkmiş şəxs otağına getməsini demiş, əsgər Zərərçəkmiş şəxs getdikdən sonra baş leytenant Təqsirləndirilən şəxs əsgər ŞahidN nə üçün zarafat etdiklərini soruşub irad bildirmiş, əsgər ŞahidN isə heç nə deməmiş və sonra üzr istəyib getmiş, baş leytenant Təqsirləndirilən şəxs isə silah otağından çıxıb öz otağına gedib otağa daxil olub qapını örtmüş, o, da silah otağından çıxıb yataqxanaya getmişdir. Təxminən iyirmi dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs otağından ağlayaraq çıxıb yataqxanaya gəlmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sifəti qızarmış və o, əsgər Zərərçəkmiş şəxs nə olduğunu soruşmuş, lakin əsgər Zərərçəkmiş şəxs cavab verməmişdir. Həmin vaxt əsgər Şahid3 da yataqxanada olmuş və əsgər Zərərçəkmiş şəxs ağladığını görüb yataqxananın pəncərənin yanına aparıb təskinlik vermiş, əsgər Zərərçəkmiş şəxs sakitləşdikdən sonra baş leytenant Təqsirləndirilən şəxs onu vurduğunu demiş, ancaq neçə vurmasını deməmişdir. O, əsgər Zərərçəkmiş şəxs narahat olduğuna görə, çox söz soruşmamış, növbəti gün əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs şikayət etdiyini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində şəxsi heyət şam yeməyinə düzülüşə hazırlaşarkən çəkmələrini geyinmək üçün yataqxananın dəhlizindəki pilləkənin yanına getmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs də pilləkənin yanında olmuş, və o, zarafatla əlini əsgər Zərərçəkmiş şəxs boynuna salıb getmiş, əsgər Zərərçəkmiş şəxs isə onun arxasınca gələn zaman ayağı sürüşüb yıxılmışdır. Əsgər Zərərçəkmiş şəxs yıxılmağını MAHHX HQ çavuş İxtiyar Tağızadə görüb yanlarına gəlmiş və ona, baş leytenant Təqsirləndirilən şəxs məruzə etmələrini demiş, o isə dərhal baş leytenant Təqsirləndirilən şəxs otağına tərəf getmişdir. Həmçinin çavuş İ.Tağızadə əsgər Zərərçəkmiş şəxs də gedib məruzə etməsini demiş, lakin əsgər Zərərçəkmiş şəxs məruzə etmək istəməmişdir. Bundan sonra o, gedib silah otağının qarşısında baş leytenant Təqsirləndirilən şəxs hadisəni məruzə etmiş və əsgər Zərərçəkmiş şəxslə zarafatla etdiyini, əsgər Zərərçəkmiş şəxs də onun arxasınca qaçdığı zaman yerə yıxıldığını demiş, baş leytenant Təqsirləndirilən şəxs isə ona irad bildirib əsgər Zərərçəkmiş şəxs yanına çağırmağını demişdir. O, gedib əsgər Zərərçəkmiş şəxs çağırmış və bir yerdə baş leytenant Təqsirləndirilən şəxs yanına getmişlər. Baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən yıxıldığını soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə baş leytenant Təqsirləndirilən şəxs heç nə olmadığını, sadəcə olaraq ayağı sürüşdüyü üçün yıxıldığını demiş, baş leytenant Təqsirləndirilən şəxs isə MAHHX HQ çavuş İ.Tağızadəyə telefonla zəng vurub onların nə etdiklərini soruşmuş, çavuş İ.Tağızadə isə zarafat etdiklərini və əsgər Zərərçəkmiş şəxs tərbiyəsizlik edib yıxılmağını gəlib sizə məruzə etmək istəmədiyini demiş, baş leytenant Təqsirləndirilən şəxs isə onları tərbiyələndirəcəyini deyib telefonu söndürmüşdür. Daha sonra əsgər Zərərçəkmiş şəxs yenidən nə baş verdiyini soruşan zaman əsgər Zərərçəkmiş şəxs ayağı sürüşdüyü üçün yıxıldığını və böyütməli heç nə olmadığını demiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əllərini hərəkət etdirərək danışmış, bu zaman baş leytenant Təqsirləndirilən şəxs onun əl-qol ilə danışmağına əsəbiləşib otağa gedib gözləməsini və gəlib tərbiyələndirəcəyini demiş, o, isə bir də zarafat etməyəcəyini deyib yeməyə getmişdir. Yeməkdən qayıtdıqdan sonra əsgər yoldaşlarından baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurduğunu və Zərərçəkmiş şəxs də ağladığını eşitmiş, növbəti gün əsgər Zərərçəkmiş şəxs bu barədə hərbi hissə komandanlığına şikayət etdiyini öyrənmişdir. Həmçinin əsgər ŞahidN ifadəsində Zərərçəkmiş şəxslə arasındakı zarafatın adi, xoşniyyətli zarafat olduğunu, Zərərçəkmiş şəxs ayağına geydiyi şəpitin kafelin qırıq hissəsinə ilişdiyi üçün yıxıldığını, heç bir zədə almadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N3 yanvar N0N5-ci il tarixdə saat N0 radələrində baş leytenant Təqsirləndirilən şəxslə silah otağında olarkən əsgər ŞahidN yanlarına gəlib əsgər Zərərçəkmiş şəxslə zarafat edərkən əsgər Zərərçəkmiş şəxs yıxıldığını, həmçinin MAHHX HQ çavuş İ.Tağızadənin tapşırığına əsasən gəlib məruzə etdiyini demiş, baş leytenant Təqsirləndirilən şəxs isə ona əsgər Zərərçəkmiş şəxs də çağırıb yanına gəlməsini demişdir. Bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxslə əsgər F.Yusifov yanlarına gəlmiş, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə dəhlizdə ayağı sürüşdüyü üçün yıxıldığını demiş, baş leytenant Təqsirləndirilən şəxs MAHHX HQ çavuş İ.Tağızadəyə zəng vurub əsgərlərin nə etdiyini soruşmuş, həmin vaxt çavuş İ.Tağızadənin səsi telefonda eşidilmiş və baş çavuş İ.Tağızadə əsgərlərin pilləkəndə zarafat etdiyini, onlara irad bildirdiyini və tapşırıq versə də əsgər Zərərçəkmiş şəxs tərbiyəsizlik edib ona məruzə etmək istəmədiyini demiş, baş leytenant Təqsirləndirilən şəxs isə onu tərbiyələndirəcəyini deyib telefonu söndürmüş və əsgər Zərərçəkmiş şəxs xidməti otağa gedib gözləməsini demiş, əsgər Zərərçəkmiş şəxs dərhal baş leytenant Təqsirləndirilən şəxs otağına getmişdir. Bundan sonra baş leytenant Təqsirləndirilən şəxs əsgər ŞahidN hansı səbəbdən zarafat etdiklərini soruşmuş və pilləkəndə zarafat etməmələrini, yıxılıb xəsarət ala biləcəklərini demiş, əsgər ŞahidN isə heç nə deməmiş və baş leytenant Təqsirləndirilən şəxs onu yeməyə göndərmişdir. Daha sonra baş leytenant Təqsirləndirilən şəxs silah otağından çıxıb öz otağına getmiş və otağa daxil olub qapını örtmüş, təxminən bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs otağından çıxıb ağlayaraq yataqxanaya gəlmişdir. O, əsgər Zərərçəkmiş şəxs ağladığını görüb dərhal yaxınlaşmış və yataqxananın pəncərəsinin yanına aparıb təskinlik vermiş, əsgər Zərərçəkmiş şəxs pəncərənin önündə durub özünə gəldikdən sonra ona baş leytenant Təqsirləndirilən şəxs onu otaqda üzündən sillə ilə vurduğunu demiş, ancaq necə və neçə zərbə vurmasını deməmişdir. Həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs ağladığı üçün çox söz soruşmamış və əsgər Zərərçəkmiş şəxs biraz özünə gəldikdən sonra əlüzünü yumağa getmişdir. Növbəti gün əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs onu vurduğu üçün şikayət etdiyini və hərbi hissədə araşdırma başlandığını öyrənmiş, araşdırma başlandıqdan sonra, baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs çənəsindən də yumruqla vurduğunu və əsgər Zərərçəkmiş şəxs də çənəsinin ağrıdığını bildirdiyini eşitmişdir. Həmçinin əsgər Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti otağında əsgər Zərərçəkmiş şəxs vurması ilə bağlı hadisənin birbaşa şahidi olmamış, sadəcə olaraq Zərərçəkmiş şəxs ağladığını görüb onu yataqxananın koridorunda yerləşən pəncərənin yanına aparıb ona təsəlli vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və müstəntiqin icraatına verilməsi haqqında” xx.xx.N0N5-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli 1 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X3 Komandanının xx.xx.N0N4-cü il tarixli 0N5 №-li əmrindən çıxarış, N №-li hərbi hissə kimandirinin xx.xx.N0N5-ci il tarixli 1N0 №-li təyinat vərəqəsi əsasında baş leytenant Təqsirləndirilən şəxs hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir (i.v İ cild 46). N №-li hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli 1 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin idarəetmə və komanda məntəqələrinin təminatı bölüyünün N-ci taqımının 3-cü manqasının pulemyotçunizamlayıcısı vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 45). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş N6 fevral N0N5-ci il tarixli arayışdan göründüyü kimi hərbi hissənin idarəetmə və taktiki komanda məntəqələrinin təminatı bölüyünün N-ci taqımının 3-cü manqasında pulemyotçu-nizamlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs həmin bölüyünün komandiri vəzifəsində xidmət edən baş leytenant Təqsirləndirilən şəxs tabeliyində xidmət edir (i.v İ cild 86). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. Naxçıvan Regional Məhkəmə XN məhkəmə-tibbi ekspertin 03 fevral N0N5-ci il tarixli 38 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xx.xx.N0N5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərmişdir (i.v İ cild N5). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulmaması öz təsdiqini tapır. X1 Sistemindən çıxarılmış məlumatdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 63). Məhkəmə hesab edir ki, bu sübutla baş leytenant Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 14 fevral N0N5-ci il tarixli 537 №-li arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs 13 fevral N0N5-ci il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və baş leytenant Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 69). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 3-N8-N9/N- N160/N0N5 №-li cavab məktubundan görünür ki, Tovuz rayonunun Aşağı Quşçu kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, N6.1.1998-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 98). “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N5-ci il tarixli, 18-1-76/N-N79/N0N5 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanın poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır (i.v İ cild 83). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N0N5-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (i.v İ cild 47). Baş leytenant Təqsirləndirilən şəxs xidmət vərəqəsinin surətindən görünür ki, o xidmət müddəti ərzində vəzifə borclarını layiqincə yerinə yetirdiyinə görə və xidmətdə fərqləndiyinə görə müvafiq hərbi hissə komandanlıqları tərəfindən müxtəlif tarixlərdə müxtəlif həvəsləndirmə tədbirləri (fəxri fərman, təşəkkür) ilə mükafatlandırılıb, xx.xx.N0N3cü il tarixdə isə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif edilmişdir (i.v İ cild 93-95). N0N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 09 sentyabr N0N3-cü il tarixli 163 №-li və N9 sentyabr N0N3-cü il tarixli 176 №-li əmrlərindən edilmiş çıxarışlardan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs N0N3-cü ilin sentyabr ayı ərzində keçirilən “Lokal xarakterli antiterror əməliyyatları”nda iştirak etmişdir (i.v İİ cild). Məhkəmə hesab edir ki, bu sübutla baş leytenant Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar, onun antiterror əməliyyatında iştirakı və xidmətdə fərqləndiyinə görə müvafiq hərbi hissə komandanlıqları tərəfindən mükafatlandırılması, o cümlədən onun N0N3-cü ildə “Lokal xarakterli antiterror əməliyyatları”nda iştirak etməsi kimi hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 1N mart N0N5-ci il tarixli qərardan görünür ki, həmin tarixdə baş leytenant Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 1N8). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların verilən ittihamın hüdudlarında araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CMin 3N9.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, baş leytenant Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, bir hərbi qulluqçu kimi xidmətdə fərqləndiyinə görə yuxarı komandanlıqlar tərəfindən dəfələrlə müxtəlif medal və həvəsləndirmə tədbirləri ilə təltif edilməsini, xx.xx.N0N3-xx.xx.N0N3-cü il tarixlərində “Antiterror” əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, baş leytenant Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında- bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni N il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi, təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, yəni onun hadisənin törədilməsindən sonra zərərçəkmişə yaxınlaşaraq ondan üzr istəməsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Qeyd olunanlardan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş daha ağır cəza növlərinin təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 1N mart N0N5-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan və “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Belə ki, cinayət işi üzrə 18 aprel N0N5-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş, onun məhkəmədə hüquqlarının müdafiəsi Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq N0 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 1N% (on iki faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-29/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-29/2025
02.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver