Məhkəmə qərarları › İş №1-1(092)-3/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-3/2023

06.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-3/2023 06.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, X3 Təlim-Tədris Mərkəzinin inzibati binasında xx xxxxxx N995-ci ildə Yevlax rayonunun Nərimanabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, əvvəllər məhkum olunmayan, N nömrəli hərbi hissədə tuşlayıcı-operator vəzifəsində xidmət edən, Yevlax rayonunun Nərimanabad kəndində daimi qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, bina 2, mənzil 63-də kirayədə yaşayan, NN noyabr N2-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məmmədov X2 şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmət edərkən bir başa rəisi sayılan bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sifətinin sol nahiyəsinə yumruq zərbəsi vuraraq ona qarşı zor tətbiq etmişdir. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən N sentyabr N2-ci il tarixdə bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs onun tabelik münasibətlərində olan MAHHXHQ-su əsgər ŞahidN qarşı nalayiq ifadə işlədərək ona zor tətbiq etməsini hərbi hissə komandirinə məruzə etməsi səbəbindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” və 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozub həmin gün saat N6:30 radələrində N nömrəli hərbi hissənin avtomobil parkında tabeliyində olduğu və ona rəis hesab olunan bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sifətinin sol nahiyəsinə yumruq zərbəsi vuraraq ona “sol qaşüstü, sol gicgah və sol gözaltı nahiyələrin hematomaları” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində N sentyabr N2-ci il tarixdə təxminən saat N6:00 radələrində xidmət etdiyi hərbi hissənin avtomobil parkında təlimdən qayıtmış tankları yanacaqla təmin edərkən MAHHXHQ-su əsgər ŞahidNla həmişə olduğu kimi zarafat etdiklərini, sonra həmin zarafatın mübahisəyə çevrildiyini, bu zaman bir-birlərini qarşılıqlı sözlə təhqir etdiklərini, onlardan bir az aralıda dayanan bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs onların mübahisə etməsini görüb onları yanına çağıraraq danladığını, lakin ona fikir verməyib yenidən mübahisəni davam etdirdiklərini, Zərərçəkmiş şəxs mübahisəni yatırtmaq üçün onu hərbi hissə komandiri Şahid4 yanına apararaq bu barədə ona məruzə etdiyini, hərbi hissə komandirinin Zərərçəkmiş şəxs yazılı qaydada raport yazılması barədə göstəriş verdiyini, bölük komandirinin bu hərəkətinin ona çox pis təsir etdiyini, heç cürə özünə gələ bilmədiyini, əsəbləşib bu barədə onunla danışacağını düşünərək onun yanına, boksa getdiyini, orada ondan niyə belə hərəkət etdiyini soruşaraq onunla mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs da ona qarşı təhqiramiz ifadələr işlətdiyini, həmin vaxt əsəbi olduğundan əli ilə bir dəfə onun sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs isə ona qarşı nalayiq söyüşlər söyərək əlini gözünə tutub getdiyini, səhərsi gün səhər yerbəyerində Zərərçəkmiş şəxs sol göz altında qaraltı və şişkinlik gördüyünü, artıq bölük komandirini vurmasını hərbi hissədə bütün şəxsi heyyətin də olanları bildiyini, tutduğu əməldən peşman olaraq iki gün sonra Zərərçəkmiş şəxs yanına gedərək ondan üzr istədiyini, həmin vaxt yenə də onun sifətində və gözaltı nahiyəsində diqqətçəkən qaraltılar olduğunu gördüyünü, müxtəlif vaxtlarda ondan dəfələrlə üzr istədiyini, Elsəvər İbrahumovun da onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş baş leytenant Zərərçəkmiş şəxs ifadəsində N sentyabr N2-ci il tarixdə, təxminən saat N6:00 radələrində hərbi hissənin avtomobil parkında təlimdən qayıtmış tankların çənini yanacaqla doldurarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs MAHHXHQ əsgər ŞahidNla mübahisə etdiyini görüb onlara tərəf gedərkən orada Təqsirləndirilən şəxs ŞahidN qarşı nalayiq ifadələr işlətməsini eşidib onları sakitləşdirmək istəyərkən Təqsirləndirilən şəxs bir-birləri ilə zarafat etdiklərini deyib yenə həmin halı təkrarladığını, bu halda məcbur qalıb onu parkın giriş hissəsində olan hərbi hissə komandiri mayor Şahid4 yanına apardığını, yolda gedərkən Təqsirləndirilən şəxs ona “biz bir-birimizlə zarafat edirdik, belə şeylərə hərbidə yaxşı baxmırlar” dediyini, həmin vaxt İntiqama “mən komandirəm, suka deyiləm, nizamnaməyə uyğun hərəkət edirəm” dedikdən sonra onu hərbi hissə komandirinin yanına apararaq olanları ona məruzə etdiyini, hərbi hissə komandirinin isə ona göstəriş verərək Təqsirləndirilən şəxs barəsində yazılı qaydada, raport yazmasını tapşırdığını, verilmiş tapşırığı yerinə yetirmək üçün boksda olan kitelini götürdükdən sonra yataqxanaya getmək istədiyini, buna görə də saat N6:30 radələrində boksa getdiyini, orada olarkən Təqsirləndirilən şəxs onun yanına gələrək “niyə olanları komandirə məruzə etdin” deyərək ona qarşı təhqiramiz və nalayiq ifadələr işlətdiyini, onun da həmin vaxt İntiqamın işlətdiyi təhqiramiz ifadələri ona qarşı işlətdiyini, bu arada anidən gözləmədiyi halda Təqsirləndirilən şəxs sağ əli ilə onun sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən arxaya getdiyini, bir anlığa huşunu itirdiyini, dərhal gözaltı nahiyəsinin və sifətinin qızardığını, qərargaha gedib bu barədə hərbi hissə komandirinin adına raport yazdığını, səhəri gün də komandirə bu barədə məruzə etdiyini, sol göz və sifət nahiyəsində xəsarət izləri olduğundan hospitala gedərək bir müddət müalicə aldığını, hadisədən iki gün sonra Təqsirləndirilən şəxs onun yanına gələrək ondan üzr istədiyini, hadisənin ona pis təsir etdiyini, olanların bir zabit kimi onda ruh düşkünlüyü yaratsa da Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər ŞahidN ifadəsində N sentyabr N2-ci il tarixdə saat N6:00 radələrində hərbi hissənin avtomobil parkında tankların çənini yanacaqla doldurarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs onunla Şahid2 yanına gələrək onunla əvvəlcə zarafat formasında mübahisə etdiyini, sonra onların zarafatlarının mübahisəyə çevrildiyini, bir-birləri ilə mübahisə edərək qarşılıqlı ünvanlarına nalayiq ifadələr işlətdiklərini, sonra onun oradan ayrılaraq öz tankının yanına getdiyini, bir azdan yenidən Təqsirləndirilən şəxs onların yanına gələrək yenə onu nalayiq söyüşlərlə təhqir edib daha aqressiv hərəkətlər edərək sinəsindən 2-3 dəfə zəif formada itələdiyini, onun da qarşılıqlı ona söyüşlər söydüyünü, onların yaxınlığında olan və Təqsirləndirilən şəxs bu hərəkətlərini görən bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına çağıraraq ona nəsə dediyini, sonra onu parkın girişində olan hərbi hissə komandiri mayor Şahid4 yanına apardığını, bir müddət sonra onların hər ikisinin tankların yanına qayıtdıqlarını gördüyünü, sonradan eşitdiyinə görə həmin vaxt baş leytenant Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxsla onun arasında olan mübahisəni hərbi hissə komandirinə məruzə etdiyini, bunun da Təqsirləndirilən şəxs xoşuna getmədiyini bu səbəbdən də saat təxminən N6:30 radələrində baş leytenant Zərərçəkmiş şəxsla mübahisə edib ona qarşı nalayiq ifadə işlədərək onun sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, səhərsi gün baş leytenant Zərərçəkmiş şəxs sol göz altında qaraltı və şişkinlik olduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş MAHHXHQ-su əsgər Şahid2 ifadəsində N sentyabr N2-ci il tarixdə, saat N6:00 radələrində hərbi hissənin avtomobil parkında tankların çənini yanacaqla doldurarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs ŞahidNla onlara həvalə edilmiş tankların yanacaq bakının yanacaqla doldurulması üstündə mübahisə edib Eldənizin heç bir günahı olmasa da onun üstünə gedərək onun ünvanına nalayiq ifadələr işlətdiyini, onlardan bir az aralıda dayanan və bunları görən bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs onların yanına gəlib onu sakitləşdirmək istəsə də Təqsirləndirilən şəxs ona əhəmiyyət vermədiyini və getdikcə səsini daha da artıraraq Eldənizin sinəsindən 2-3 dəfə yavaşdan itələdiyini, Zərərçəkmiş şəxs məcbur qalıb onu parkın girişində olan hərbi hissə komandiri mayor Şahid4 yanına apardığını, sonra nə baş verməsini bilmədiyini, saat təxminən N6:30 radələrində N28 nömrəli tankı təmizləyən zaman Təqsirləndirilən şəxs əsəbi şəkildə N27 nömrəli tankın sol tərəfində baş leytenant Zərərçəkmiş şəxsla mübahisə etməsini gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs baş leytenant Zərərçəkmiş şəxs nalayiq ifədə işlətdiyini, Zərərçəkmiş şəxs həmin ifadələri ona qarşı işlətdikdə Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinə bir dəfə yumruqla vurduğunu gördüyünü, həmin vaxt bir-birilərini daha vurmasınlar və mübahisə etməsinlər deyə araya girərək onları ayırdığını, baş leytenant Zərərçəkmiş şəxs kitel və papağını götürüb qərargaha getdiyini, səhərsi gün baş leytenant Zərərçəkmiş şəxs müayinə olunması üçün hərbi hospitala getdiyini, həmin gün səhər yerbəyerində onun sol gözünün altında şişkinlik və göyərmələr olmasını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid3 ifadəsində N sentyabr N2-ci il tarixdə, günorta düzülüşündən sonra parkın yanacaq anbarından yanacaq gətirmək üçün anbara gedərkən hərbi hissənin avtomobil parkında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər ŞahidNla mübahisə etdiyini gördüyünü, lakin niyə mübahisə etdiklərini bilmədiyini, daha sonra orada nə baş verməsindən xəbərinin olmadığını, səhərsi gün saat 07:00 radələrində səhər yerbəyeri zamanı bölük komandiri baş leytenant Zərərçəkmiş şəxs sol göz nahiyəsində qaraltı və sifətində qızartı olmasını gördüyünü, sonra MAHHXHQ-su yoldaşlarından eşitdiyinə görə bir gün qabaq Təqsirləndirilən şəxs ŞahidNla mübahisə etdiyini, baş leytenant Zərərçəkmiş şəxs isə onu hərbi hissə komandiri mayor Şahid4 yanına apararaq bu barədə məruzə etdiyini, Təqsirləndirilən şəxs da əsəbiləşib boksda baş leytenant Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək onun sol gözündən bir dəfə yumruqla vurmasını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N sayli hərbi hissənin komandiri Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə onu intizamsız bir MAHHXHQ-su əsgər kimi tanıdığını, müxtəlif vaxtlarda qüsurlu xidmətinə görə onun şəxsi vərəqəsinə “şiddətli töhmət” və “töhmət” cəzaları yazıldığını və ona elan olunduğunu, hadisə olan gün yəni N sentyabr N2ci il tarixdə, saat N6:N5 radələrində hərbi hissəyə məxsus parkın giriş hissəsində parka ümumi baxış keçirərkən N-ci bölüyün komandiri baş leytenant Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nəsə demək istədiyini bildirdiyini, onunla birlikdə onun bölüyündə xidmət edən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs da onun yanında olduğunu, ondan nə olmasını soruşduqda onun “ MAHHXHQ əsgər Təqsirləndirilən şəxs MAHHXHQ əsgər ŞahidN qarşı nalayiq ifadələr işlədib və onu nalayiq söyüşlərlə söyüb, ona görə də onu cəzalandırmaq üçün sizin yanınıza gətirdim” dediyini, ona bu barədə raport yazmasını tapşıraraq öz işi ilə məşğul olmaq üçün harasa getdiyini, səhərsi gün səhər yerbəyerində baş leytenant Zərərçəkmiş şəxs sol göz nahiyəsində və sifətində xəsarət izləri olduğunu görüb ondan nə olduğunu soruşduqda Zərərçəkmiş şəxs hadisəni olduğu kimi ona danışdığını, bu barədə yuxarı komandanlığa məruzə edib, baş leytenant Zərərçəkmiş şəxs müayinə olunması üçün hərbi hospitala göndərdiyini göstərdi. Cinayət işi üzrə N-ci cild iş vərəqə 61-də olan iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının N0 oktyabr N2-ci il tarixli 229 №-li rəyində baş leytenant Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin – sol qaşüstü, sol gicdah və sol gözaltı nahiyələrin hematomaları – bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmağa aid olduğu göstərilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə 24-də olan N №-li hərbi hissə komandirinin N iyul N0-ci il tarixli, N6N №-li əmrində Təqsirləndirilən şəxs həmin hərbi hissənin N-ci tank bölüyünün N-ci tank tağımında tuşlayıcı-operator vəzifəsinə təyin olunduğu qeyd edilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə 2N və 52-də olan N №-li hərbi hissənin N sentyabr və N4 noyabr N2-ci il tarixli arayışlarında baş leytenant Zərərçəkmiş şəxs 22 noyabr 20N9cu il tarixdən N-ci tank bölüyünün komandiri vəzifəsində xidmət etdiyi göstərilmişdir Cinayət işi üzrə N-ci cild iş vərəqə 97-də olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. N №-li hərbi hissədən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işi üzrə N-ci cild iş vərəqə 34-də olan MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində olan N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən çıxarışdan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.NN-ci il tarixdə şiddətli töhmət, xx.xx.N2-ci il tarixdə şiddətli töhmət, xx.xx.N2-ci il tarixdə şiddətli töhmət, xx.xx.N2-ci il tarixdə şiddətli töhmət, xx.xx.N2-ci il tarixdə töhmət cəzaları verilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə 26-da olan cinayət işinin materiallarında, o cümlədən hərbi hissədən alınmış arayışda MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsla baş leytenant Zərərçəkmiş şəxs tabelik münasibətlərində olduqları, Zərərçəkmiş şəxs ona rəis hesab olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi və zərərçəkmiş şəxsin onu bağışlamasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 330.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyri-mümkün hesab edərək təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 330.N-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 yanvar N3-cü tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 06 yanvar N3-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar