Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-30/2023 01.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1989-cu ildə Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 6, ev 21də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Telnof 10, mənzil 151-də yaşayan, N saylı hərbi hissədə xidmət etmiş, N iyul N3-cü il tarixdən barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : İbtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin qərargah taqımında sürücü vəzifəsində, MAHHX HQ-əsgər rütbəsində xidmət edərkən, 17 iyun N3-cü il tarixdə saat 12:00 radələrində hərbi hissənin ərazisində istifadəsi qadağan edilmiş smartfon tipli mobil telefondan internet şəbəkəsinə qoşularaq “Həci Hərbiçi 075” istifadəçi adı ilə “Tik-tok” sosial şəbəkəsində canlı yayın açmış, həmin vaxt sosial şəbəkələrdə monitorinq keçirən N №-li hərbi hissənin Xüsusi Təhlükəsizlik İdarəsinin Kibertəhlükəsizlik bölmə rəisinin köməkçisi, kapitan Zərərçəkmiş şəxs bunu aşkar edib aidiyyəti üzrə məruzə etdikdən sonra həmin idarənin şöbə rəisi mayor Şahid1 ilə birlikdə şübhələndikləri N №-li nömrəli hərbi hissənin saxlancları olan əraziyə gedərək orada sabiq MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs xidmət vaxtı “Tik-tok” sosial şəbəkəsinə qoşulduğunu müəyyən etmişlər. Bundan sonra mayor Şahid1 ondan smartfon tipli mobil telefonunu təqdim etməsini istədikdə MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs cibindən bir ədəd smartfon tipli mobil telefonunu çıxarıb təqdim etmiş, Şahid1 həmin telefonda “Tik-tok” proqramı olmadığını bildirib MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs çantasında olan digər telefonu təqdim etməsini istədikdə MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs tapşırığı icra etməyib çantasını təqdim etməkdən imtina etmiş, buna görə mayor Şahid1 N №-li hərbi hissənin Xüsusi Təhlükəsizlik İdarəsinin rəisi Şahid4 məruzə etmiş, saat 13:10 radələrində polkovnik-leytenant Şahid4 də oraya gəlmiş, orada MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs hərbi hissənin ərazisində smartfon tipli mobil telefon işlətməyin qadağan olunduğunu bildirib, intizama dəvət etsə də MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs ona tutulan iradlardan nəticə çıxarmayaraq böyük rəislərin yanında ünvansız olaraq “telefonunda məxfi məlumat daşıyan nakişidi, şərəfsizdir, oğrəşdir” kimi nalayiq ifadələr işlətmiş, bu zaman polkovnik-leytenant Şahid4 ona getməsini bildirmiş, MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs nizamnamənin tələblərinə uyğun olmayan şəkildə hərbi salam vermədən oradan uzaqlaşmışdır. Oradan uzaqlaşan zaman sabiq MAHHX HQ-çu əsgər Təqsirləndirilən şəxs kapitan Zərərçəkmiş şəxs qarşısından keçərkən alçaq tonla nalayiq ifadə işlətmiş, bunu eşidən Zərərçəkmiş şəxs onu yanına çağırıb “o, sözü kimə işlədirsən” dedikdə Təqsirləndirilən şəxs “söyüş söyənin var-yoxunu, arvaduşağını belə-belə edim” kimi nalayiq ifadələr işlətməklə kapitan Zərərçəkmiş şəxs yaxasından tutaraq onun sifət nahiyəsindən bir yumruq vurub, sonra isə boynunu qolunun arasına salıb sıxmaqla ona dərəcəsinə görə sağlamlığına zərər vurmayan “Sağ göz almasının qansızması, sağ yanağın sıyrığı, sağ yanağın, boyunun sağ yan səthinin, körpücüküstü nahiyənin qançırları” xəsarətini yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisə olan vaxt N nömrəli hərbi hissədə MAHHX HQ-çu kimi xidmət etdiyini, artıq xidmətdən ehtiyata buraxıldığını, 17 iyun N3-cü ildə saat 12:00 radələrində N nömrəli hərbi hissənin avtomobil parkında özünə məxsus və hərbi hissələrdə istifadəsi qadağan edilmiş smartfon tipli mobil telefonunda “Tik- Tok” sosial şəbəkəsində “Həci Hərbiçi 075” adlı profilində canlı yayım açaraq tanımadığı bir neçə nəfərlə ünsiyətdə olaraq onlarla adi söhbətlər etdikdən sonra canlı yayımı bağlayıb parkından çıxarkən tanımadığı hərbi rütbəli iki nəfərin ona yaxınlaşıb “hərbiçisən niyə hərbi hissədə özbaşına canlı yayın açırsan” deyərək onun telefonunu istədiklərini, onlardan kim olduqlarını soruşduğunu, onların da özlərini təqdim edərək kapitan rütbəli şəxsin Zərərçəkmiş şəxs, mayor rütbəli şəxsin isə Şahid1 olduğunu deyib Ordunun Təhlükəsizlik Xidmətinin əməkdaşları olduqlarını bildirdiklərini, smartfon tipli mobil telefonunu onlara təqdim etdikdə onlar çantasında başqa bir telefonun da olduğunu deyib həmin telefonu verməsini tələb etdikdə onlara başqa telefonunun olmadığını bildirdikdən sonra mayor Şahid1 hərbi hissə komandirinə zəng vurub bu barədə məlumat verdikdən sonra həmin hissənin zabiti Şahid2 də oraya gəldiyini, birlikdə hərbi hissənin qərargahına getdiklərini, orada Şahid1 yenə ondan smartfon telefonunu istədiyini, telefonunu verdikdə Şahid1 təkidlə “sənin sumkanda başqa smartfon telefonun var, onu ver” dedikdə ciddi şəkildə əsəbiləşərək mobil telefonunu yerə çırpıb qırdığını, əsəbi halda çölə çıxıb siqaret çəkərkən oraya mülki formada olan bir nəfərin də gələrək özünü təqdim edib Ordunun Təhlükəsizlik Xidmətinin rəisi Şahid4 olduğunu bildirdikdə məruzə edib özünü təqdim etdiyini, Şahid4 ona “niyə hərbi hissədə smartfon tipli mobil telefon işlədirsən” dedikdə “sadə telefonum xarab olub, nömrəm bağlı qalmasın deyə smartfon tipli mobil telefon işlədirəm” cavabını verdiyini, Şahid4 ona öyüd-nəsihət verib “smartfon tipli mobil telefon işlətmək olmaz” dedikdə ona “oldu, başa düşdüm” deyib getmək üçün icazə istədiyini, onun da hərbi qaydada “oldu” deyib gedərkən kapitan Zərərçəkmiş şəxs arxadan onu tutub saxlayaraq niyə söyüş söyməsini soruşduqda ona söyüş söymədiyini bildirdiyini, Zərərçəkmiş şəxs ona “sən tərbiyəsiz söyüş söydün” dedikdə yenə də ona “mən elə söz deməmişəm” deyərək əsəbləşdiyindən ağzından nalayiq sözlər çıxdığını, bu sözü deyəndə Zərərçəkmiş şəxsla qarşılıqlı bir-birlərinin yaxasından yapışdıqlarını, bu vaxt Zərərçəkmiş şəxs onun sol ayağından təpiklə bir dəfə vuraraq sifətinə sağ əli ilə bir yumruq atdığını, bundan sonra onun, da sol əliylə ona yumruq atdığıni, lakin yumuruğun ona dəyib-dəyməməsini bilmədiyini, onun boynundan yapışaraq sıxıb sıxmadığını xatırlamadığını, həmin vaxt çox əsəbi olduğunu, orada olanların onları aralaşdırdıqlarını, məhkəmədən iki azyaşlı övladının olmasını, dəfələrlə zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışlamasını nəzərə almasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs ifadəsində Ordunun Xüsusi Təhlükəsizlik İdarəsinin Kibertəhlükəsizlik bölmə rəisinin köməkçisi vəzifəsində xidmət etdiyini, onlarda olan məlumata görə uzun müddətdir ki, “Tik Tok” sosial şəbəkəsində “Həci Hərbiçi 075” adı ilə qeydiyyatdan keçən hansısa hərbiçi tərəfindən iş saatlarında hərbi hissənin ərazisinə uyğun ərazilərdə canlı yayım həyata keçirdiyini, həmin vaxtdan həmin şəxsin kim olduğunu tapmaq üçün “Tik Tok” istifadəçisini nəzarətə götürdüyünü, 17 iyun N3-cü ildə saat 12 radələrində yenə “Tik Tok” sosial şəbəkəsində “Həci Hərbiçi 075” adı ilə qeydiyyatdan keçən şəxs tərəfindən canlı yayım açıldığını müşahidə etdiyini, avtomobil parkının yeni tikili olduğunu müəyyən etdiyindən təxminən həmin ərazinin N №-li hərbi hissənin avtomobil parkı olduğunu dəqiqləşdirərək bu barədə idarə rəisi Şahid4 məruzə etdiyini, rəisin də həmin şəxsin kim olmasını aşkar edilməsi üçün idarənin digər zabiti mayor Şahid1 onunla birlikdə N nömrəli hərbi hissənin avtomobil parkına göndərdiyini, Şahid1 ilə birlikdə həmin ünvana getdikdən bir az sonra avtomobil parkının qapısından bir nəfər tanımadığı hərbi qulluqçunun çıxdığını gördüklərini, həmin şəxs avtomobil parkından çıxanda əlində smartfon tipli mobil telefon olduğunu, həmin şəxsin onları görən kimi dərhal mobil telefonu özünə məxsus əl çantasının içərisinə atdığını, mayor Şahid1 ilə həmin şəxsə yaxınlaşıb kim olduqlarını bildirdikdən sonra telefonunu təhvil verməsini dedikdə onun isə mobil telefonunu verməkdən imtina edərək “nə etmişəmsə gedin cəzamı verin” dediyini, həmin şəxsin şəxsiyyətini müəyyən edərək onun N saylı hərbi hissədə xidmət etmiş MAHHX HQ-əsgər Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra Təqsirləndirilən şəxs “niyə istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlədirsən” dedikdə o, da “öz işimdi, cəzam nədi onu da verin” dediyini, ona etdiyi hərəkətlərin səhv olduğunu başa salsalar da onun başa düşmək istəmədiyini və getdikcə aqresivləşdiyini, ondan “əgər səndə başqa telefon varsa onu da təqdim et “ dedikdə qəti surətdə imtina etdiyini, bundan sonra Şahid1 Təqsirləndirilən şəxs komandiri mayor Şahid3 zəng vurub bu barədə ona da məlumat verdiyini, bir az sonra oraya gələn kapitan Şahid2 də ona mobil telefonunu könüllü təhvil verməsini tələb etdiyini, lakin onun yenə mobil telefonunu verməkdən imtina etdiyini, bundan sonra birlikdə N nömrəli hərbi hissənin qərargahına getdiklərini, bir azdan oraya gələn hərbi hissə komandiri Şahid3 də Təqsirləndirilən şəxs mobil telefonunu verməsini bildirdiyini, baş verənlərdən daha da əsəbləşən Təqsirləndirilən şəxs cibindən bir ədəd smartfon telefon çıxarıb yerə çırparaq sındırdığını, tez hadisə ilə bağlı idarə rəisi Şahid4 məruzə etdiklərini, bir az sonra Şahid4 də oraya gələrək Təqsirləndirilən şəxs nəyə görə belə hərəkətlər etməsini soruşaraq ona təhlükəsizlik idarəsinin rəisi olduğunu dediyini və ona “niyə “Tik Tok”da canlı yayım açırsan” dedikdə Təqsirləndirilən şəxs ona kobud cavab qaytardığını, bundan sonra Mustafayevin ona smartfon telefonun hərbi hissə ərazisində işlətməyin qadağan edildiyini izah etdikdə Həsənov əsəbi halda Şahid4 yanından uzaqlaşıb özbaşına ərazini tərk edərək onun yanından keçərkən ona nalayiq ifadələr işlətməsini eşitdiyini, ona həmin sözləri kimə deyirsən dedikdə Təqsirləndirilən şəxs anidən onun yanına gələrək “yalan deyənin var-yoxunu beləbelə edim, mənə şər atanın da var-yoxunu belə-belə edim” deyib onun sifətinin sağ tərəfindən bir yumruq zərbəsi vurduğunu, sonra Təqsirləndirilən şəxs hər iki əli ilə onun yaxasından yapışdığını, onu özündən uzaqlaşdırmaq üçün Həsənovun yaxasından yapışdıqda Təqsirləndirilən şəxs onun boynundan tutub yerə yıxmaq istədiyini, onu özündən uzaqlaşdırmaq üçün əl-qol atdığını, bu zaman əlinin onun qaşına dəydiyini, bilə-bilə ona qarşı zor tətbiq etmədiyini, məqsədinin özünü müdafiə etmək olduğunu, həmin vaxt orada olanların onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs onu vurması nəticəsində sağ gözünün ətrafının qızardığını, sifətinin sağ tərəfində və boynunda qançırlar yarandığını, sonralar Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu uşaqlarına görə bağışladığını, ondan hər hansı bir şikayətinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid1 ifadəsində Ordunun Xüsusi Təhlükəsizlik İdarəsinin müavini vəzifəsində xidmət etdiyini 17 iyun N3-cü il tarixdə, saat 12:15 radələrində idarə rəisi Şahid4 göstərişinə əsasən kibertəhlükəsizlik bölmə rəisinin köməkçisi Zərərçəkmiş şəxsla birlikdə “Tik-tok” sosial şəbəkəsində hansısa hərbi hissənin ərazisindən birbaşa yayın həyata keçirən istifadəçi aşkarladıqlarını, görüntüdə həmin şəxsin saxlancın içərisindən video yayınladığını aşkar etdiklərini, videoda digər şəxslərin də səsinin gəldiyini, kiminsə “düzülüşdü getməliyik” dediyini eşitdiklərini, bundan sonra videonu açan şəxsin hərbi qulluqçu olduğuna tam əmin olduqlarını, həmin hərbi hissənin ərazisinin N №-li hərbi hissənin ərazisində olan saxlanclara oxşatdıqlarından təcili kapitan Zərərçəkmiş şəxsla N №-li hərbi hissənin ərazisinə getdiklərini, oraya çatarkən saxlancın giriş qapısının açıldığını, qapının videodakı qapı ilə eynilik təşkil etdiyini görüb qapıya tərəf getdiklərini, qapıdan sonradan ad və soyadını öyrəndiyi N №-li hərbi hissənin MAHHX HQ-çusu əsgər Təqsirləndirilən şəxs çıxdığını görüb həmin hərbi qulluqçuya özlərini təqdim etdikdən sonra ondan nə üçün hərbi hissənin ərazisindən canlı yayım açdığını soruşaraq mobil telefonunu təqdim etməsini tələb etdiyini, həmin şəxs N №-li hərbi hissənin hərbi qulluqçusu olduğunu bildirərək kobud şəkildə telefonunu təqdim etməkdən imtina etdiyini, Təqsirləndirilən şəxs “çıxmışam sosial şəbəkəyə, öz işimdi, cəzam nədir verin” dediyini, bundan sonra o, N №-li hərbi hissənin komandirinə zəng edərək hadisə barədə ona məlumat verib həmin şəxsin komandirinin saxlancların yanına gəlməsini xahiş etdiyini, təxminən 5-6 dəqiqə sonra həmin hərbi hissənin zabiti kapitan Şahid2 də onların yanına gəldiyini, orada olanlar və onunla birlikdə yaxınlıqda olan binanın ikinci mərtəbəsinə qalxaraq orada Həsənova informasiya təhlükəsizliyinin pozduğunu, xidmət yerinə smartfon tipli telefon gətirməsinin qadağan olmasını izah edərək mobil telefonu təqdim etməsini tələb etdiklərini, buna baxmayaraq onun, mobil telefonunu təqdim etməkdən yenə imtina etdiyini, bundan sonra hadisə barədə polkovnik-leytenant Mustafayevə məruzə edərək onun da oraya gəlməsini xahiş etdiyini, Həsənovun üzərində əlavə smartfon tipli mobil telefon olmasından şübhələndiyi üçün həmin telefonu təqdim etməsini istədiyini, onun, isə əsəbi və aqressiv halda başqa telefonu olmadığını bildirərək və kobudluq edərək cibindən mobil telefonunu çıxarıb yerə çırparaq sındırdıqdan sonra park binasından çölə çıxdığını, bir az sonra Şahid4 də park binasına gəldiyini, Şahid4 Təqsirləndirilən şəxs yanına çağırıb məxfilik rejiminin pozulması ilə bağlı onunla söhbət etməyə başladığını, ondan əgər üzərində əlavə smartfon telefon vardırsa təqdim etməsini istədiyini, Təqsirləndirilən şəxs isə ona qarşı hörmətsizlik edərək “sən kimsən ki, mənə məxfilik rejimini pozduğumu deyirsən, məndən mobil telefon təqdim etməyimi istəyirsən, əgər pozmuşamsa cəzam nədir get ver, mən sizi şikayət edəcəyəm” deyib Şahid4 yanından uzaqlaşaraq parka tərəfə getdiyini, o, parka tərəf gedərək kapitan Zərərçəkmiş şəxs yanından keçərkən Zərərçəkmiş şəxs onu saxlayıb kimə söyüş söyməsini soruşduqda Təqsirləndirilən şəxs da nalayiq ifadələr işlədib anidən yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boynundan tutub yerə yıxmaq istədiyini, ancaq yıxa bilmədiyini, özünün və orada olan digər şəxslərin onları aralaşdırdıqlarını, həmin vaxt kapitan Zərərçəkmiş şəxs göz və boğaz nahiyəsindən xəsarət aldığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid2 ifadəsində N №-li hərbi hissənin təmir bölüyünün bölük komandiri vəzifəsində xidmət etdiyini, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs hərbi xidmət dövründən görüb tanıdığını, 17 iyun N3-cü il tarixdə, təxminən günorta saatlarında Ordu Qərargahının zabitlərindən kiminsə hərbi hissəyə zəng vuraraq Təqsirləndirilən şəxs hərbi hissədə istifadəsi qadağan edilmiş mobil telefon tutduqlarını dediklərini, dərhal saxlanclara tərəf gedərək orada Xüsusi Təhlükəsizlik idarəsinin zabiti mayor Şahid1 və kapitan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla ona məxsus nəsə smartfon telefonla bağlı mübahisə etdiklərini gördüyünü, Xüsusi Təhlükəsizlik idarəsinin əməkdaşlarının dediyinə görə Təqsirləndirilən şəxs hansısa markalı smartfon telefonla hərbi hissənin parkında canlı yayım açdığıni bildiyini, dərhal bu barədə hərbi hissə komandiri mayor Şahid3 məruzə etdiyini, komandirin də ona, N nömrəli hərbi hissənin park binasına gəlmələrini tapşırdığını, bir azdan komandirin də oraya gəldiyini, park binasının ikinci mərtəbəsinə qalxaraq orada hərbi hissə komandiri N.Abdulayevin Təqsirləndirilən şəxs smartfon telefonu verməsini desə də, Təqsirləndirilən şəxs yenə həmin smartfon telefonu cibindən çıxararaq ona təqdim etdiyini, başqa telefonunun olmadığını bildirdirərək həyətə düşdüyünü, bir azdan polkovnik-leytenant Şahid4 də oraya gələrək Təqsirləndirilən şəxs yanına çağırıb ondan nə səbəbə hərbi hissənin ərazisində qadağan edilmiş mobil telefon işlətdiyini soruşaraq hərbi əl çantasını təqdim etməyi tələb etsə də, Təqsirləndirilən şəxs ona “məhkəmənin qərarı olmadan mənim çantama baxa bilməzsiniz” deyib ona hörmətsizlik etdiyini, Şahid4 ona “sən belə hərəkətlərinlə bizi şüphələndirirsən, telefonda nə var görsətmirsən və göstərməlisən” dediyini, bundan sonra Şahid4 ona “get xidmətinə” dediyini, Təqsirləndirilən şəxs yenə də nizamnamənin tələblərini pozaraq “oldu”, deyib hərbi salam vermədən əsəbi halda söyüş formasında nəsə deyə- deyə oradan uzaqlaşarkən kapitan Zərərçəkmiş şəxs onu yanına çağıraraq “niyə söyüş söyürsən” dedikdə o, anidən kapitan Zərərçəkmiş şəxs yanına qayıdıb yenə nalayiq ifadələr işlədərək ona bir-birlərinə əl atdıqlarını, Həsənovun İbahimovun boynundan tutaraq nalayiq ifadələr işlətdiyini, İbrahimovun da onun yaxasından tutduğunu, onları aralaşdırdıqdan sonra kapitan Zərərçəkmiş şəxs gözündə qaralma olduğunu gördüyünü, Təqsirləndirilən şəxs tanıdığına görə nümunəvi bir maxe olduğunu, ona tapşırılmış əmr və göstərişləri layiqincə yerinə yetirdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid3 ifadəsində N saylı hərbi hissənin komandiri olduğunu hadisə barədə ona Təhlükəsizlik Xidmətinin hansısa əməkdaşı tərəfindən məlumat verildiyindən dərhal müəyyən göstərişlər verib özünün də parka gəldiyini, orada hadisə barədə ətraflı məlumat aldıqdan sonra həddən artıq əsəbi olan Təqsirləndirilən şəxs sakitliyə dəvət etsə də heç nəyə nail olmadığını, onun daha da aqresivləşdiyini və demək olar ki, idarəolunmaz hala düşdüyünü, anidən Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək İ.Şükürlüyə tərəf gedərək onun ünvanına nələrsə deyərək ona tərəf bir yumuruq atdığını və bir-birləri ilə dartışdıqlarını, sonra isə məlum hadisələrin baş verdiyini, onları aralaşdırdıqdan sonra Şükürlünün sağ gözaltı nahiyəsində və boynunda qızartıların olduğunu gördüklərinı, Təqsirləndirilən şəxs heç də dalaşqan MAHHX HQ-əsgər olmadığını, ona verilən tapşırıqları layiqincə yerinə yetirdiyini, artıq onun hərbi xidmətdən tərxis olunduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid4 məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və digər şahidlərin ifadələrinə uyğun, eyni formada ifadələr verərək göstərilən xüsusatları təsdiq etdi. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş N iyun N3-cü il tarixli, 195 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs “Sağ göz almasının qansızması, sağ yanağın sıyrığı, sağ yanağın, boyunun sağ yan səthinin və körpücüküstü nahiyənin qançırları” xəsarətlərini aldığı, almış olduğu xəsarətlərin bərk küt əşyanın(əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələrinin istisna edilmədiyi, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi göstərilmişdir. X2 sorğu verilmiş arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən X3 Xüsusi Təhlükəsizlik İdarəsinin zabiti kapitan X4 N №-li hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs rəis hesab olunur. MAHHX HQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N №-li əmri ilə hərbi hissənin qərargah taqımının mühafizə manqasının sürücüsü vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 68 №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Naxçıvan MR DİN-nin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli, hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” tələblərinin ziddinə olaraq rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirməsi ilə ələqadar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqvimət göstərmə onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər sübutlarla tam sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyətindən azad olunması üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə tövsif edilmişdir və o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində göstərilən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasnın tətbiq edilməsini məhkəmə mümkün saymır, ona görə ki, artıq Təqsirləndirilən şəxs N saylı hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 68 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır və o, artıq hərbi xidmət qulluqçusu statusunu daşımır. Azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün yəni onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345- 349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-30/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-30/2023
01.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver