Məhkəmə qərarları › İş №1-1(092)-30/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-30/2024

16.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-30/2024 16.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxsN, X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə xx xxxx N999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, məhkumluğu olmayan, N0N0-ci ildə Vətən müharibəsində və N0NN-cü ildə antiterror əməliyyatlarında iştirak etmiş “Vətən müharibəsi iştirakçısı”,“Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə,” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, ünvan N ünvanında daimi qeydiyyatda olmaqla, Kəngərli rayonunun Qıvraq qəsəbəsində, zabitlər yataqxanasında yaşayan, N saylı hərbi hissənin tabeliyində olan N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edən,N6 fevral N0N4-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Leytenant Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Şahbuz şəhərində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün N-ci taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən NN mart N0NN-cü il tarixdə saat NN radələrində tabeliyində olan, həmin bölüyün N-cü taqımının N-cü manqasında kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN beretkasını şəkil çəkdirməsi üçün başqa bölmənin əsgərinə verdiyini bilib, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə bölüyün yataqxanasının dəhlizində əsgər Zərərçəkmiş şəxsN qarın nahiyəsindən N yumruq zərbəsi, sifət nahiyəsindən N sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N0NN-cü ilin aprel ayının ortalarında, saat N0 radələrində Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində yerləşən “Qarabağlar” təlim mərkəzində tabeliyində olan, həmin bölüyün N-ci tağımının N-ci manqasında kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 ayaqlarını natəmiz saxlaması səbəbindən ayağının pəncə nahiyəsində qaşıntı və səpkilər olmasını bilib, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əvvəlcə əsgər Zərərçəkmiş şəxs5 boyun nahiyəsindən tutub, kürək nahiyəsini orada olan kunq texnikasına çırpmış və ardınca ayağından badalaq verib yerə yıxaraq, həmçinin yerdə boyun nahiyəsindən tutub sıxaraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N0NN-cü ilin iyun ayının ortalarında saat N9 radələrində bölüyün yataqxanasının dəhlizində tabeliyində olan, həmin bölüyün N-ci tağımının N-ci manqasında kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN yanına çağırıb, həmin gün saat N radələrində hərbi hissənin idman meydançasında keçirilən idman tədbirləri zamanı idman normativini verə bilməməsinə irad tutub, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əvvəlcə əsgər Zərərçəkmiş şəxsN üzünə tüpürmüş və daha sonra paltarının yaxasından tutub, arxaya itələyərək kürəyini divara çırpıb ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N0NN-cü ilin iyul ayının sonlarında saat N4 radələrində tabeliyində olan, həmin bölüyün N-ci taqımının N-ci manqasında kəşfiyyatçı-radiotelefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs4 həmin vaxt patrul nəfəri naryadından çıxdıqdan sonra gəlib ona məruzə etmədiyini bilib, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə bölüyün yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs4 başından tutub aşağıya əyərək, sağ əli ilə sifətinin sol tərəfinə N sillə zərbəsi vurmuş və daha sonra sağ əli ilə sifətinin sol tərəfinə N yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 0N avqust N0NN-cü il tarixdə saat 09 radələrində bölüyün yataqxanasının giriş qapısının yaxınlığında tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə heç bir səbəb olmadan həmin bölüyün N-ci taqımının N-ci manqasında kəşfiyyatçı-snayper vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxsN kürək nahiyəsinə N sillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hal-hazırda N saylı hərbi hissənin tabeliyində olan N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etdiyini, hadisəni törədərkən N saylı hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının komandiri vəzifəsində xidmət edərkən NN mart N0NN-cü ildə hərbi hissədə Novruz bayramı şənliyi keçirilərkən tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxsN beretkasını şəkil çəkdirmək üçün başqa bölüyün əsgərlərindən birinə verməsi səbəbindən yataqxananın dəhlizində şillə və yumuruqla döydüyünü, daha sonra əsgər Zərərçəkmiş şəxsN başındakı beretkasını çıxarıb ona kepka verərək “sən buna layiqsən” dediyini, N0NN-cü ilin aprel ayının ortalarında, saat N0 radələrində əsgər Zərərçəkmiş şəxs5 ayağını yumaması və çirkli saxlaması səbəbindən əsəbiləşdiyi üçün özünü saxlaya bilməyib əli ilə əsgər Zərərçəkmiş şəxs5 boğazından yapışıb kürəyini orada olan kunqa çırparaq onu yerə yıxıb yerdə əli ilə boğazından tutaraq sıxdığını və ayağını çirkli saxlamamasını, vaxtında yumasını tapşırdığını, N0NN-cü ilin iyun ayının ortalarında, saat N radələrində hərbi hissənin idman meydançasında şəxsi heyətdən idman normativi götürərkən əsgər Zərərçəkmiş şəxsN qaçış üzrə normativi verə bilməməsi səbəbindən əsəbləşərək idmandan sonra saat N9 radələrində yataqxananın foyesində onun üzünə tüpürməsi yadına gəlmədiyini lakin yaxasından yapışaraq arxaya itələyib divara vurduğunu, N0NN-cü ilin avqust ayının təxminən əvvəllərində bölüyün şəxsi heyətinə “kim naryaddan çıxıbsa gəlib mənə məruzə etsin” tapşırığını versə də həmin gün paturul naryadında olan əsgər Zərərçəkmiş şəxs4 ona məruzə etməməsi və ona cavab qaytarması səbəbindən əsəbləşərək sıranın qarşısında onun başından tutub aşağı əyərək şillə və təpiklə döydüyünü, 0N avqust N0NN-cü il tarixdə, saat 09:00 radələrində kəşfiyyat bölüyünün yataqxanasına gedərkən əsgər Zərərçəkmiş şəxsN ona əsgər salamı verməməsi səbəbindən onun kürəyindən bir şillə vurduğunu, Ali hərbi məktəbdə oxuyarkən Vətən müharibəsi başladığından N-cü kursda dərslərini yarımçıq qoyaraq digər zabit yoldaşları kimi könüllü Qarabağ uğrunda gedən döyüşlərə getdiyini, demək olar ki, Qarabağın düşməndən azad olunmasında bütün ərazilərdə iştirak etdiyini, zabit və əsgər yoldaşlarından əksəriyyətinin şəhid və qazi olduğunu, özünün də döyüşlərdə kəllə-beyin zədəsi aldığını, eşitmə qabiliyyətinin müəyyən hissəsini itirdiyini, N0NN-cü ildə keçirilmiş anti-terror əməliyyatlarında N0 gün müddətində könüllü olaraq iştirak etdiyini, Laçın və Ağdərə istiqamətlərində düşmənin həmin ərazilərə sızmasının qarşısını aldığını, Azərbaycan Respublikasının ərazisi uğrunda gedən döyüşlərdə “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunduğunu, bir kəşfiyyatçı kimi Qarabağın bütün ərazilərində hər an ölümlə üz-üzə qalaraq ermənilərlə vuruşduğunu, arzusunun tabeliyində xidmət edən əsgərlərin də əsl kəşfiyatçı kimi yetişdirmək olduğunu, tutduğu əməldən peşman olduğunu, bir zabit kimi xidmətini davam etdirmək arzusunda olduğunu, həmin əsgərlərin hər birindən dəfələrlə üzür istəyib onlardan bağışlanmasını xahiş etdiyini, zərərçəkmiş şəxslərin də onu bağışladığını göstərdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımında xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, hal hazırda hərbi xidmətdən tərxis olunduğunu, N0NN-cü ilin iyun ayının təxminən ortalarında, saat N radələrində hərbi hissənin idman meydançasında qaçış üzrə idman normativi verə bilməməsi səbəbindən həmin gün saat N9 radələrində yataqxananın foyesində onun yaxasından yapışaraq arxaya itələyərək kürəyini divara vurduğunu, N0NN-cü ilin mart ayının NN-də Novruz bayramı günü əsgər X5 beretkasını şəkil çəkdirmək üçün başqa bölüyün əsgərinə verdiyi üçün leytenant Ağasiyevin yataqxanada onu döydüyünü gördüyünü, ümumiyyətlə Təqsirləndirilən şəxs tələbkar bir zabit olduğunu, Qarabağ uğrunda və Antiterror əməliyyatlarında iştirak etdiyindən ona böyük hörmətlərinin olduğunu,Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımında xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, hal-hazırda N saylı hərbi hissədə xidmət etdiyini, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən 0N avqust N0NN-cü il tarixdə, saat 09:00 radələrində kəşfiyyat bölüyünün yataqxanasına gedərkən taqım komandirləri leytenant Təqsirləndirilən şəxs arxadan gəldiyini görməyib onun yanından keçəndə ona əsgər salamı verməməsinə görə onun kürəyindən əli ilə bir şillə vuraraq ondan niyə əsgəri salam verməməsini soruşduğunu, onun da heç nə demədiyini, N0NN-cü ilin mart ayının NN-də saat NN radələrində beretkasını şəkil çəkdirmək üçün başqa əsgərə verməsi səbəbindən əsgər XN gördüyünü, N0NN-cü ilin aprel ayının ortalarında, saat N0 radələrində Təlim Mərkəzində ayağını çirkli saxladığına və ayağında qızartılar olduğuna görə əsgər Zərərçəkmiş şəxs5 döydüyünü gördüyünü, əsgər Zərərçəkmiş şəxs4 döyməsini isə eşitdiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, N0NN-cü ilin avqust ayının təxminən əvvəllərində patrul nəfəri naryadına təyin olunduğunu, saat N4:00-da növbəni bitirib istirahət etmək üçün yataqxanaya gələrkən taqım komandirlərı leytenant Təqsirləndirilən şəxs məruzə etməməsi səbəbindən sıranın qarşısında əsəbləşərək nəyə görə ona məruzə etməməsini soruşaraq onu, şillə və yumuruqla döydüyünü, N0NN-cü ilin aprel ayının ortalarında təlim mərkəzində olarkən əsgər Zərərçəkmiş şəxs5 sol ayağında qaşıntı və səpkilər yarandığından leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 yanına gəlib, niyə ayağını yumadığını, ayağını çirkli saxladığını soruşaraq şillə və təpiklə düydüyünü gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini,onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alaraq onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, N0NN-cü ilin aprel ayının ortalarında “Qarabağlar” təlim mərkəzində təlimdə olarkən əsgər Zərərçəkmiş şəxs5 ayağını yumaması, çirkli saxlaması səbəbindən taqım komandirləri leytenant Təqsirləndirilən şəxs kunqların yanında sağ əli ilə onun boğazından yapışıb kürəyini orada olan kunqa çırparaq ayağından badalaq verib yerə yıxaraq yerdə onun boğazından tutaraq sıxdığını gördüyünü göstərdi. Hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, N0NN-cü ilin aprel ayının ortalarında kəşfiyyat bölüyünün şəxsi heyəti təlim mərkəzində olarkən sol ayağının pəncə nahiyəsində qaşıntı və səpkilər yarandığını, bunu görən və orada olan tağım komandiri leytenant Təqsirləndirilən şəxs onun yanına gəlib, “niyə ayağını yumursan, çirkli saxlayırsan” soruşaraq sağ əli ilə onun boğazından yapışıb kürəyini orada olan kunqa çırparaq ayağından badalaq verib yerə yıxaraq yerdə boğazından tutaraq sıxıb onu döydüyünü, N0NN-cü ilin iyun ayının təxminən ortalarında saat N9 radələrində yataqxananın foyesində Təqsirləndirilən şəxs idman normativi verə bilmədiyi üçün əsgər Zərərçəkmiş şəxsN üzünə tüpürüb, yaxasından yapışıb arxaya itələyib divara çırpdığını gördüyünü, NN mart N0NN-cü il tarixdə saat NN radələrində beretkasını şəkil çəkdirmək üçün başqa əsgərə verdiyindən əsgər XN qarnından yumruqla bir dəfə vurub, sonra sifətinin sol tərəfindən bir dəfə şillə vurmasını gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. Hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxsN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, NN mart N0NN-cü il tarixdə hərbi hissədə Novruz bayramı şənliyi keçirildiyini, həmin vaxt başqa bölükdə xidmət edən, ad-soyadını xatırlamadığı bir nəfər əsgərin ona yaxınlaşaraq şəkil çəkdirmək üçün onun beretkasını istədiyini, o da beretkasını həmin əsgərə verdiyini, bunu görən leytenant Təqsirləndirilən şəxs tədbirdən sonra təqribən saat NN radələrində şəxsi heyəti yataqxananın qarşısında düzüb onu yataqxananın dəhlizinə göndərərək orada onun qarnından yumruqla bir dəfə, sonra isə sifətinin sol tərəfinə bir şillə vurduğunu, daha sonra bölüyün şəxsi heyətinin qarşısında başındakı beretkanı çıxarıb ona kepka verərək ona “sən buna layiqsən” dediyini, sonradan Təqsirləndirilən şəxs ondan üzür istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. Xəstəliyi ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş ŞahidN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, təxminən N0NN-cü ilin iyun ayının ortalarında, saat N radələrində leytenant Təqsirləndirilən şəxs hərbi hissənin idman meydançasında şəxsi heyətdən idman normativi götürdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN qaçış üzrə normativi verə bilməməsi səbəbindən idmandan qayıtdıqdan sonra yataqxananın foyesində əsgər Zərərçəkmiş şəxsN yaxınlaşıb ondan nə üçün normativ verə bilmədiyini soruşaraq onun üzünə tüpürərək onun yaxasından yapışıb arxaya itələdiyini onun da arxadakı divara dəydiyini gördüyünü göstərmişdi. Hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında tədqiq edilərək elan edilmiş ŞahidN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, təqribən N0NN-cü ilin iyun ayının ortalarında günorta saatlarında xidmət etdiyi bölüyün əsgərlərindən idman normativi götürülərkən əsgər yoldaşı Zərərçəkmiş şəxsN qaçış normativini verə bilmədiyi üçün həmin gün saat N9 radələrində leytenant Təqsirləndirilən şəxs taqımın əsgər heyətini bölüyün yataqxanasının dəhlizində düzərək əsgər Zərərçəkmiş şəxsN həmin səbəbdən iradını bildirərək onun üzünə tüpüb yaxasından yapışaraq arxaya itələyib kürəyini divara çırpdığını gördüyünü göstərmişdi. Cinayət işi üzrə N-ci cild iş vərəqə 49 - 5N-də olan medalların surətindən görünür kı, təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs bir kəşfiyatçı kimi 44 günlük vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0NN-ci il tarixli N7NN nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” N4 iyun N0NN-ci il tarixli NNN5 nömrəli Sərancamı ilə “Qubadlının azad olunmasına görə” N4 iyun N0NN-ci il tarixli NNN9 nömrəli Sərancamı ilə “Laçının azad olunmasına görə,” Azərbaycan Respublikası Nazirlər Kabnetinin NN aprel N0NN-ci il tarixli N50s nömrəli sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, “Silahlı Qüvvələri yaranmasının N04-cü ildönümünün qeyd edilməsi ilə ələqadar “ döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə N saylı hərbi hissə komandanlığı tərəfindən “Fəxri Fərmanla” təltif olunmuşdur. Təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs müdafiəçisi MüdafiəçiN tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, o N0NN-cü ilin N0 sentyabrda Qarabağda düşmənə qarşı keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdi. Cinayət işi üzrə N-ci cild iş vərəqə 54-də olan məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş NN avqust N0NN-cü il tarixli, NN9 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə 55-də olan məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş NN avqust N0NN-cü il tarixli, NN6 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs4 bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə 57-də olan məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş NN avqust N0NN-cü il tarixli, N40 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs5 bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə 56-də olan məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş NN avqust N0NN-cü il tarixli, N4N nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə 58-də olan məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş NN avqust N0NN-cü il tarixli, N46 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə NN-də olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda leytenant Təqsirləndirilən şəxslə əsgərlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxsN, M.V.Həsənov və Zərərçəkmiş şəxs4 arasında tabelik münasibətlərinin olduğu, leytenant Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxsN, M.V.Həsənova və Zərərçəkmiş şəxs4 rəis hesab olunduğu göstərilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə N5, N0, 45-də olan arayışlardan görünür ki, Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-cü taqımının N-cü manqasının kəşfiyyatçı-müşahidəçisi vəzifəsinə təyin edilmiş və N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə edilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə N5, N9, 4N-də olan arayışlardan görünür ki, Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasının kəşfiyyatçı-pulemyotçusu vəzifəsinə təyin edilmişdir və N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə N4, N7, 4N-də olan arayışlardan görünür ki, zərərçəkmiş şəxs X6 N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasının kəşfiyyatçı-radiotelefonçusu vəzifəsinə təyin edilmişdir və N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə N5, N8, 4N-də olan arayışlardan görünür ki, Zərərçəkmiş şəxs5 N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasının kəşfiyyatçı-pulemyotçusu vəzifəsinə təyin edilmişdir və N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə NN, N6, 44-də olan arayışlardan görünür ki, Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının N-ci manqasının kəşfiyyatçı-snayperçisi vəzifəsinə təyin edilmişdir və N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə N0-də olan və materiallarına əlavə edilmiş N9 avqust N0NN-cü il tarixli, 844 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olubolmamasını müəyyən etmək məqsədilə leytenant Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə 84-də olan və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatiriya Xəstəxanası” Publik Hüquqi şəxslərdən sorğu verilərək alınmış məktubda təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs həmin xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə 58-də olan və materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi şəxslərdən sorğu verilərək alınmış məktubda təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işi üzrə üzrə N-ci cild iş vərəqə NN-də olan iş materiallarında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsaslar yoxdur. Cinayət işi üzrə üzrə N nömrəli hərbi hissə komandirinin 0N oktyabr N0NN-ci il tarixli, N77 №-li əmrindən çıxarışda leytenant Təqsirləndirilən şəxs həmin hərbi hissənin kəşfiyyat bölüyünün N-ci taqımının komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0NN-cü il tarixli, NN6 nömrəli əmrindən çıxarışda isə onun N nömrəli hərbi hissənin N-ci bölüyünün N-cü qrupunun komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. Cinayət işi üzrə N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, leytenant Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur və 5-ci Ordu Korpusunun tərkibində lokal antiterror əməliyyatlarında fəal iştirak etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, , Azərbaycan Respublikasının ərazisi uğrunda gedən döyüşlərdə və Anti-terror əməliyyatlarında iştirak edərək “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “ Laçının azad olunmasına görə,” “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunduğunu, törətmiş olduğu cinayət üzrə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, xidmətini davam etdirmək arzusunda olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onu bağışlamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.N-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin N0 fevral N0N7–ci il tarixli Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ( sanksiyada nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzası onun barəsində tətbiq edilə bilməz, ona görə ki, zabit statusu daşıyan şəxslərə həmin cəzalar təyin edilmir) ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmir. Azərbaycan Respublikası CM-nin 6N.N-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 6N.N-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hal kimi qəbul edərək onun barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin tətbiq edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsində nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün yəni hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.N-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5N.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” N0 fevral N0N7-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”N5 iyun N00N-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”N0 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət işinin materiallarının köçürüldüyü N(bir) ədəd CD diski cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in N45-N49, N5N-N5N, N56, N58, N8N-N84-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN9.N.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə N(bir) il 7(yeddi) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə N5 (on beş) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət işinin materiallarının köçürüldüyü N(bir) ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar