Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-30/2025 22.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx N00N-ci il tarixdə Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (Fin № xxxxxxx), subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 10 aprel N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci motoatıcı taborunun minaatan batareyasının N-ci minaatan taqımının N-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 14 fevral N0N5-ci il tarixdə, saat 11 radələrində həmin taborun yataqxanasının arxasında yerləşən atış meydançasında batareyanın şəxsi heyətinə minaatandan dərs keçən zaman tabeliyində olan, həmin batareyanın N-ci taqımının 3-cü manqasında heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs minaatanın kollimator cihazının döyüşə və səfərə gətirilməsi üzrə normativi düzgün yerinə yetirə bilmədiyinə görə əsəbiləşib dərs zamanı istifadə edilən kiçik ölçülü bayrağın taxtadan olan dəstək hissəsi ilə onun sol əlinin üst hissəsindən iki dəfə vuraraq ona rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 14 fevral N0N5-ci il tarixdə, saat 17 radələrində taborun yataqxanasının qarşısında olan idman meydançasında batareyanın şəxsi heyəti ilə idman hərəkətləri yerinə yetirən zaman tabeliyində olan, həmin batareyanın N-ci taqımının 3-cü manqasında heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs N0 saylı kompleks idman çalışmasını düzgün icra edə bilməməsi səbəbindən sonuncunun boyun nahiyəsini sol qolunun arasına salıb aşağı əyərək sağ əli ilə başından bir neçə dəfə yumruqla vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 17 fevral N0N5-ci il tarixdə, saat 11 radələrində həmin taborun əsgər yataqxanasının arxa tərəfində yerləşən atış meydançasında batareyanın şəxsi heyətinə minaatandan dərs keçən zaman tabeliyində olan, həmin batareyanın N-ci taqımının 3-cü manqasında heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs minaatanın kollimator cihazının döyüşə və səfərə gətirilməsi üzrə normativi düzgün icra edə bilmədiyinə görə əsəbiləşib dərs zamanı istifadə edilən kiçik ölçülü bayrağın taxtadan olan dəstək hissəsi ilə sol əlinin üst hissəsindən bir neçə dəfə zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissəsinin 1-ci motoatıcı taborunun minaatan batareyasının N-ci minaatan taqımının N-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olduğunu, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində görüb tanıdığını, onun batareyanın N-ci taqımının 3-cü manqasında heyət nəfəri vəzifəsində, onun tabeliyində xidmət etdiyini, 14 fevral N0N5-ci il tarixdə, səhər saatlarında taborun yataqxanasının arxasında yerləşən atış meydançasında batareyanın şəxsi heyəti ilə birlikdə minaatanlardan dərs keçdiyini, həmin gün saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs cihazın səfərə və döyüşə gətirilməsi üzrə normativi öyrətməyə başladığını, lakin ona verilən nornativi vaxtında yerinə yetirə bilmədiyini, buna görə də əsəbləşərək, dərs zamanı istifadə edilən kiçik ölçülü bayrağın taxtadan olan dəstək hissəsi ilə onun sol əlinin üst hissəsindən iki dəfə yavaş vurduğunu, elə həmin gün, yəni 14 fevral N0N5-ci il tarixdə, saat 17 radələrində taborun yataqxanasının qarşısında olan idman meydançasında batareyanın şəxsi heyəti ilə idman hərəkətləri yerinə yetirən zaman əsgər Zərərçəkmiş şəxs N0 saylı kompleks idman çalışmasını düzgün icra edə bilməməsi səbəbindən sonuncunun boyun nahiyəsini sol qolunun arasına salıb aşağı əyərək sağ əli ilə başından yumruqla vurmasını xatırlamadığını, bəlkə də vurduğunu, bir dəfə də 17 fevral N0N5-ci il tarixdə, saat 11 radələrində taborun əsgər yataqxanasının arxa tərəfində yerləşən atış meydançasında batareyanın şəxsi heyətinə minaatandan dərs keçən zaman əsgər Zərərçəkmiş şəxs yenə minaatanın kollimator cihazının döyüşə və səfərə gətirilməsi üzrə normativi düzgün icra edə bilmədiyinə görə əsəbiləşib dərs zamanı istifadə edilən kiçik ölçülü bayrağın taxtadan olan dəstək hissəsi ilə sol əlinin üst hissəsindən bir neçə dəfə vurduğunu, əsas məqsədinin onu döymək yox ona öyrətdiklərini ona başa salmaq olduğunu, törətdiyi əmələ görə peşman olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini, Zərərçəkmiş şəxs da onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun minatan batareyasının N-ci taqımının N-ci manqasında heyət nəfəri vəzifəsində xidmət etdiyini, MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını, Təqsirləndirilən şəxs onun manqa komandiri olduğundan onun tabeliyində xidmət etdiyini, 14 fevral N0N5ci il tarixdə, səhər saatlarında batareyanın şəxsi heyəti ilə birlikdə taborun atış meydançasında minaatandan Təqsirləndirilən şəxs rəhbərliyi ilə dərs keçərkən Təqsirləndirilən şəxs ona minaatanın kollimatorunun səfərə və döyüşə gətirilməsi normativlərini icra etməyi tapşırdığını, lakin o, batareyaya yeni gəldiyindən həmin normativləri vaxtında yerinə yetirə bilmədiyini, buna görə Təqsirləndirilən şəxs həmin vaxt ona əsəbiləşib əlindəki taxta bayrağın dəstək hissəsi ilə sol əlinin üstündən iki dəfə vurduğunu, bu hərəkətinin ona pis təsir etdiyini, həmin vaxt sol əlində bərk ağrı hiss etdiyini, bundan başqa, həmin gün saat 17 radələrində batareyanın şəxsi heyəti ilə birlikdə taborun yataqxanasının qarşısında olan sıra meydanında idmanda iştirak edərkən Təqsirləndirilən şəxs idmana rəhbərlik etdiyini, onun şəxsi heyəti iki sıraya düzüb idman hərəkətləri etdirdiyini, idman zamanı N0 saylı kompleks idman çalışmasını düzgün icra edə bilmədiyi üçün Təqsirləndirilən şəxs əsəbiləşib onun boynunu sol qolunun arasına salıb başını aşağı əyərək sağ əli ilə onun başından bir neçə dəfə yumruqla vurduğunu, bundan başqa, 17 fevral N0N5-ci il tarixdə, səhər saatlarında batareyanın şəxsi heyəti atış meydançasında minaatanlardan dərs keçən zaman saat 11 radələrində Təqsirləndirilən şəxs ona bir neçə dəfə minaatanın cihazını səfərə və döyüşə gətirilməsi normativini icra etməyi tapşırsa da yenə verilən tapşırığı, normativi yerinə yetirə bilmədiyindən əsəbiləşib əlindəki taxta bayrağın dəstək hissəsi ilə onun sol əlinin üstündən bir neçə dəfə vurduğunu, həmin vaxt bir az əsəbi olduğunu, əsgər yoldaşı ŞahidN onun yanına gələrək onu sakitləşdirdiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində əsgər Zərərçəkmiş şəxs ilə eyni bölükdə xidmət etdiklərini, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs onların manqa komandirləri olduğunu, 14 fevral N0N5-ci il tarixdə, səhər saatlarında batareyanın şəxsi heyəti ilə atış meydançasında dərs keçdiklərini, əsgər Zərərçəkmiş şəxs minaatan cihazı ilə bağlı normativi vaxtında icra edə bilmədiyini, Təqsirləndirilən şəxs da həmin vaxt ona əsəbiləşib əlindəki taxta bayrağın dəstək hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sol əlinin üstündən N dəfə yavaş vurduğunu gördüyünü, bundan başqa yadında qalan 17 fevral N0N5-ci il tarixdə, saat 17 radələrində taborun yataqxanasının qarşısında olan sıra meydanında batareya şəklində idmanda iştirak etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs idmana rəhbərlik etdiyini, onun əsgərləri iki sıra düzüb idman hərəkətlərini etdirdiyini, əsgər Zərərçəkmiş şəxs həmin vaxt N0 saylı kompleks idman çalışmasını düzgün icra edə bilmədiyini, buna görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına çağırıb əsgər Zərərçəkmiş şəxs boyunu sol qolunun arasına salaraq başını aşağı əyib sağ əli ilə onun başından bir neçə dəfə yumruqla vurduğunu gördüyünü, bundan başqa, 17 fevral N0N5-ci il tarixdə səhər saatlarında yenə minaatanlardan dərsə cəlb olunduğunu, Təqsirləndirilən şəxs dərs zamanı onlardan normativ götürdüyünü, həmin vaxt saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs minaatanın kollimatorunun səfərə və döyüşə gətirilməsi üzrə normativləri düzgün yerinə yetirə bilmədiyini, buna görə Təqsirləndirilən şəxs əsəbiləşib onun sol əlinin üstündən taxta bayrağın dəstəyi ilə bir neçə dəfə vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində əsgər Zərərçəkmiş şəxs ilə eyni bölükdə xidmət etdiklərini, MAHHXHQ-su kiçik çavuş Təqsirləndirilən şəxs onların manqa komandirləri olduğunu, həftə içi hər gün batareyanın şəxsi heyəti ilə birlikdə dərslərə çıxdığını, dərsləri Təqsirləndirilən şəxs keçdiyini, 17 fevral N0N5-ci il tarixdə, səhər saatlarında batareyanın şəxsi heyəti ilə birlikdə atış meydançasına gəldiklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs batareyaya yeni gəldiyindən normativləri icra etməkdə çətinlik çəkdiyindən normativləri düzgün yerinə yetirə bilmədiyini, Təqsirləndirilən şəxs ona yenidən dərsi izah etdiyini və təkrar normativ götürdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yenə normativi düzgün yerinə yetirə bilmədiyini, buna görə Təqsirləndirilən şəxs əsəbiləşib əlində olan taxta bayrağın dəstək hissəsi ilə əsgər Zərərçəkmiş şəxs sol əlinin üstündən bir neçə dəfə vurduğunu gördüyünü, buna görə əsgər Zərərçəkmiş şəxs bir az kənara çəkilib yerə çökdüyünü, həmin vaxt onun yanına gedib təsəlli verərək əsgər yoldaşlarının yanına çağırdığını, əsgər Zərərçəkmiş şəxs isə ona tək qalmaq istədiyini bildirdiyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs onların yanına gəldiyini, dərsə davam etdiklərini, Təqsirləndirilən şəxs başqa vaxtlarda Zərərçəkmiş şəxs zor tətbiq etməsinin şahidi olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 17 fevral N0N5ci il tarixdə, səhər saatlarında minaatanlardan dərs keçdiklərini, həmin vaxt onlara dərsi MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs keçdiyini, saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs minaatanın kollimatorunu səfərə və döyüşə gətirilməsi üzrə normativi yerinə yetirə bilmədiyi üçün Təqsirləndirilən şəxs əlindəki taxta bayrağın dəstəyi ilə onun sol əlindən bir neçə dəfə vurduğunu, buna görə əsgər Zərərçəkmiş şəxs bir az aralıya gedib yerə çökdüyünü və gözlərinin yaşardığını, bir az sonra əsgər Zərərçəkmiş şəxs onların yanına getdiyini gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 14 fevral N0N5-ci il tarixdə, səhər saatlarında yataqxanasının arxa tərəfindəki atış meydançasında dərs keçdiklərini, dərs rəhbəri MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs olduğunu, özü rabitəçi olduğundan dərs müddətində tez-tez PRC5433 rabitə vasitəsi ilə topogediziyaçılarla əlaqə saxladığını, saat 11 radələrində dərs zamanı əsgər Zərərçəkmiş şəxs minaatanın kollimatorunu döyüşə və səfərə gətirilməsi üzrə normativi düzgün yerinə yetirə bilmədiyindən Təqsirləndirilən şəxs əlindəki taxta bayrağın dəstəyi ilə Zərərçəkmiş şəxs sol əlinin üstündən bir - iki dəfə vurduğunu, bundan başqa onu vurmasını görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid5 ifadəsində batareyanın şəxsi heyəti ilə birlikdə həftənin beş günü taborun yataqxanasının arxasında olan atış meydançasında minaatandan dərs keçdiklərini, 17 fevral N0N5-ci il tarixdə, səhər saatlarında yenə batareyanın şəxsi heyəti ilə birlikdə atış meydançasında minaatanalardan dərs keçərkən, dərs rəhbəri manqa komandiri MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs saat 11 radələrində kollimator cihazınının döyüşə və səfərə normativlərini işlədiyini, əsgər Zərərçəkmiş şəxs batareyaya yeni gəldiyindən minaatandan biliklərinin zəif olduğunu, normativləri verə bilmədiyini, kollimator cihazını isə normativdə göstərilən vaxtda qura bilmədiyini, Təqsirləndirilən şəxs ona bir neçə dəfə kollimatorun qurulmasını öyrətsə də, əsgər Zərərçəkmiş şəxs normativi vaxtında verə bilmədiyini, buna görə Əhmədovun əsəbiləşib əlindəki bayraqla onun sol əlinin üstündən bir neçə dəfə vurduğunu göstərdi. Cinayət işi üzrə iş vərəqə 48-də olan Zərərçəkmiş şəxs bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədilə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə N5 fevral N0N5-ci il tarixli, 083 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xx.xx.N0N5-ci il və xx.xx.N0N5-ci il tarixdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 14 fevral N0N5-cü il tarixdə, saat 11 radələrində, həmin gün saat 17 radələrində 17.0N. N0N5-ci il tarixdə saat 11 radələrində ona zor tətbiq etdiyini göstərmişdir. Cinayət işi üzrə iş vərəqə 36-da olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli, 31N nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci motoatıcı taborunun minaatan batareyasının N-ci minaatan taqımının N-ci minaatan manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi üzrə iş vərəqə 37-də olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli, 5 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla, hərbi hissənin 1-ci motoatıcı taborunun minaatan batareyasının N-ci minaatan taqımın 3-cü minaatan manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir Cinayət işi üzrə iş vərəqə 59-da olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 04 mart N0N5-ci il tarixli, 138 mömrəli arayışdan görünür ki, hərbi hissənin 1-ci motoatıcı taborunun minaatan batareyasının N-ci minaatan taqımının N-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs ilə həmin batareyanın N-ci minaatan taqımının 3-cü manqasında heyət nəfəri vəzifəsində, əsgər rütbəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu, əsgər Zərərçəkmiş şəxs MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyi göstərilmişdir. Cinayət işi üzrə iş vərəqə 50-da olan cnayət işinin materiallarına əlavə edilmiş N7 fevral N0N5-ci il tarixli, 618 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olubolmamasını müəyyən etmək məqsədilə MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. X1 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işi üzrə iş vərəqə 103-də olan Naxçıvan MR Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR XN sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs Dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri N16 saylı hərbi hissənin çətin relyefi olan ərazidə, düşmənlə bilavasitə təmas xəttidir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarənda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur, qanunla müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına və daha yuxarı rütbəli hərbi qulluqçulara intizam xarakterli hərbi hissədə saxlama cəzasının verilməsi nəzərdə tutulmamışdır. Azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində real tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Ona görə ki, Təqsirləndirilən şəxs N16 saylı hərbi hissədə xidmət edərkən xidmətinin əsas hissəsini düşmənlə biavasitə üzbəüz sərhəddə, ön, təmas xəttdində aparır. Xidmət etdiyi müddət ərzində xidməti vərəqələrində heç bir cəza almayıb. N16 saylı hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunur. Törətdiyi əməli səmimi etraf edib. Zərərçəkmiş şəxs onu bağışlayıb. Ondan şikayət və tələbi yoxdur. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, xidmət yerinin N16 saylı hərbi hissənin çətin relyefi olan ərazidə, düşmənlə bilavasitə təmas xətti olmasını, xidmət etdiyi müddət ərzində xidməti vərəqələrində heç bir cəza almamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını verməyi və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi N16 saylı hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bildiyindən real təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N16 saylı hərbi hissənin komandanlığına, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Culfa rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş N0 (iyirmi) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 aprel N0N5-ci il tarixli, 141 saylı əmrinin icrası ilə əlaqədar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib N (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 1 (bir) il 7 (yeddi) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N saylı hərbi hissə komandanlığı, xidmət yerini dəyişərsə həmin hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa cəzanın icrasını Culfa rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. . Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş N0 (iyirmi) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı əmrinin icrası ilə əlaqədar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-30/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-30/2025
22.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver