Məhkəmə qərarları › İş №1-1(092)-31/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-31/2022

04.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-31/2022 04.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Fətullayev Vəfadar Ələmdar oğlunun, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N001-ci ildə Babək rayonunun Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, subay, orta təhsilli, Babək rayonunun Məzrə kəndində qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət edən, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə, sağlamlığına qəsdən az ağır zərər vuraraq nizamnamə qaydalarını pozmuşdur. Belə ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin artilleriya divizionunun 3cü batareyasının N-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət zamanı 11 avqust N0NN-ci il tarixdə onunla eyni batareyada xidmət edən tabelik münasibətində olmayan əsgər Zərərçəkmiş şəxs ilə patrul xidmətinə çıxarkən yuxudan gec oyanmasına görə yaşadıqları kunqun qarşısında mübahisə edərək nalayiq ifadələr işlətmiş, xidmət apardıqları yerə çatdıqdan sonra saat 04:05 radələrində Zərərçəkmiş şəxsla mübahisəsini davam etdirib Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs çənə nahiyəsinə yumruq zərbələri vurmaqla ona “çənə sümüyünün sol cisminin yerini dəyişən sınığı” diaqnozu ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N0NN-ci ilin avqust ayının N-də xidmət etdiyi batereya döyüş növbətçiliyinin gücləndirilməsi məqsədilə çöllük ərazidə batareyaya məxsus topların və maşınların mühafizəsini həyata keçirmək üçün patrul növbəsinə cəlb olunduqlarını, 11 avqust N0NN-ci il tarixdə saat 04:00-dan 06:00-dək patrul xidmətində olduğundan patrul rəisi MAHHX HQ kiçik çavuş Şahid1 saat 03:45 radələrində onu və əsgər Zərərçəkmiş şəxs yuxudan oyatdığını, o yuxudan durub, əynini geyinib kunqdan bayıra çıxdığını, bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs durmadığını görüb onu oyatmağa getdiyini, kunqa girəndə onun oyanmadığını görüb dur növbəyə gedəcəyik deyib sonra çölə çıxıb siqaret çəkdiyini, həmin vaxt əsgər Şahid3 kunqun yanına gəldiyini, o, MAHHX HQ Məmmədovun göstərişi ilə ona sabun gətirməyə getdiyini, Şahid3 sabun gətirən zaman əsgər Zərərçəkmiş şəxs yatdığını görüb onu oyatdığını, bir az keçdikdən sonra o, yuxudan durub əynini geyinib kunqdan bayıra çıxdığını, həmin vaxt "səni oyadırıq, yuxudan niyə durmursan" deyə soruşduqda Zərərçəkmiş şəxs "məni heç kim yuxudan oyatmayıb" dediyini, ona səni oyadırıq durmursan deyərək Zərərçəkmiş şəxsla mübahisə edib ona qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt əsgərlər Şahid3 və ŞahidN onların mübahisə etmələrini gördüyünü, sonra Zərərçəkmiş şəxs səninlə postda danışarıq dediyini, MAHHX HQ Şahid1 gəlib onları təyin olunmuş xidməti yerlərinə apardığını, xidmət apardıqları yerə çatandan sonra MAHHX HQ Şahid1 qayıtdığını, mühafizə xidmətində qaldıqları vaxt əsgər Zərərçəkmiş şəxsla mübahisəni davam etdirib onun sifətinin sol nahiyəsinə iki dəfə yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs çənəsinin sındığını, etdiyi əməldən peşman olduğunu, hadisədən sonra əsgər Zərərçəkmiş şəxs üzr istədiyini, onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.N0NN-ci il tarixdə patrul nəfəri kimi xidmətə təyin edildiyini, həmin vaxt onunla eyni növbədə Təqsirləndirilən şəxs olduğunu, saat 04:00 radələrində Şahid3 onu yuxudan oyadıb döyüş növbəsi üçün onu dəyişdirməyini bildirdiyini, əynini geyinərək çölə çıxdığını, həmin vaxt Təqsirləndirilən şəxs, Şahid3 və ŞahidN hər üçü “Kunq”-un çölündə olduğunu, onların yanına getdikdə Təqsirləndirilən şəxs ona 10-15 dəqiqə əvvəl onu yuxudan oyatdıqlarını lakin oyanmadığını bildirdiyini, Təqsirləndirilən şəxs onunla qışqıraqışqıra danışaraq təkidlə yuxudan oyanmadığını bildirdikdə ona cavab olaraq bundan əvvəl onu heç kəsin çağırmadığını, ilk çağırışda yuxudan oyandığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ona yalan danışdığını bildirərək ona qarşı nalayiq ifadələr işlətdiyini, bundan sonra Şahid3 və ŞahidN istirahətə getdiyini, o, da Təqsirləndirilən şəxs ilə birlikdə döyüş növbəsinə çıxdığını, kunqun aşağısında olanda hərbi maşınların yanında olan zaman Təqsirləndirilən şəxs hansı səbəbdən söyüş söydüyünü soruşduqda o, yuxudan gec durduğunu deyib onunla mübahisə etdiyini, sonra isə Təqsirləndirilən şəxs onun sol alt çənə nahiyəsinə N dəfə yumruq zərbəsi vurduğunu, onun çənəsi çox bərk ağrımağa başladığını, növbəni təhvil verəndən sonra çənəsinin şişdiyindən manqa komandirinə məruzə etdiyini, sonra N nömrəli hərbi hissənin tibb məntəqəsinə göndərildiyini, oradan isə N nömrəli hərbi hissənin tibb məntəqəsinə göndərildiyini, orada həkim müayinəsi zamanı çənəsinin bağlanmadığını gördükləri üçün çənəsinin sındığı məlum olduğunu, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 10 avqust N0NN-ci il tarixdən, 11 avqust N0NN-ci il tarixədək 1-ci növbə patrul xidmətinə təyin edildiyini, əsgərlər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs isə həmin günün patrul xidmətində N-ci növbəni təşkil etdiyini, 10 avqust N0NN-ci il tarixdə o və əsgər Şahid3 həmin gün saat NN:00-dan N4:00-dək, 11 avqust N0NN-ci il tarixdə isə 0N:00-dan 04:00dək növbəni təşkil etdiyini, 11 avqust N0NN-ci il tarixdə saat 04:00-dan 06:00-dək isə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs növbəsi olduğunu, saat 03:45 radələrində patrul rəisi olan MAHHX HQ kiçik çavuş Şahid1 Hədib oğlu gəlib onu və Şahid3 çağıraraq gedin kunqun qarşısında düzülün dediyini, Şahid3la birgə kunqun qarşısına getdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs kunqun qarşısında durub siqaret çəkdiyini, 1-N dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs kunqdan çıxdığını, Zərərçəkmiş şəxs kunqdan bayıra çıxan zaman əsgər Təqsirləndirilən şəxs ondan "səni oyadırıq, niyə yuxudan durmursan?" deyə soruşduğunu, Zərərçəkmiş şəxs isə "məni heç kim yuxudan oyatmayıb" dedikdə Təqsirləndirilən şəxs hirslənib onunla mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, MAHHX HQ kiçik çavuş Şahid1 gəldiyini, Şahid1 onu və əsgər Şahid3 istirahətə buraxdığını, əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs isə təlimatlandırıb növbəyə göndərdiyini, 11 avqust N0NN-ci il tarixdə, səhər yeməyi vaxtı əsgər Zərərçəkmiş şəxs üzünün şişdiyini gördüyünü, o yaxınlaşaraq manqa komandirinə dişinin ağrıdığını dediyinə görə həmin gün hərbi hissənin tibb məntəqəsinə göndərildiyini, 18 avqust N0NN-ci il tarixdə divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini şəxsi heyəti düzüb söhbət aparan zaman əsgər Zərərçəkmiş şəxs hərbi hospitala aparıldığını, orada onun çənəsində sınıq aşkar olunduğunu eşitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 11 avqust N0NN-ci il tarixədək patrul xidmətinə 1-ci növbəyə təyin edildiyini, əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs isə həmin günün N-ci növbə patrul xidmətinə təyin edildiklərini, 11 avqust N0NN-ci il tarixdə saat 03:45 radələrində patrul rəisi olan MAHHX HQ kiçik çavuş Şahid1 gəlib ona və ŞahidN kunqun qarşısında düzülmələrini dediyini, onlarla bərabər su çəninin yanına qədər getdiyini, əsgər Təqsirləndirilən şəxs kunqun qarşısında durub siqaret çəkdiyini gördüyünü, əsgər Zərərçəkmiş şəxs yatdığını görüb ona dur sənin növbənin vaxtıdı deyib, onu yuxudan oyatdığını, daha sonra çölə çıxdığını, ondan 1-N dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs yuxudan oyanıb kunqdan çölə çıxdığını, bu zaman əsgər Təqsirləndirilən şəxs ona "səni oyadırıq, niyə yuxudan durmursan?" dediyini, əsgər Zərərçəkmiş şəxs isə "məni heç kim yuxudan oyatmayıb" cavabını verdiyini, sonra Təqsirləndirilən şəxs ona səni 3-4 dəfə yuxudan qaldırmışam qalxmayıbsan deyərək onunla mübahisə edib ona qarşı nalayiq ifadələr işlətdiyini, onlar sözlü mübahisə edən zaman kunqdan götürdüyü sabunu aparıb çənin yanına qoyduğunu, biraz keçdikdən sonra MAHHX HQ kiçik çavuş Şahid1 tualetdən çıxıb əlini yuduqdan sonra onunla birlikdə kunqun yanına gəldiyini, onları kunqun qarşısında düzüb onu və əsgər ŞahidN istirahətə buraxdığını, əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs isə təlimatlandırıb növbəyə göndərildiyini, 11 avqust N0NN-ci il tarixdə, səhər yeməyi vaxtı əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq manqa komandirinə sifətinin şişdiyini, dişinin ağrıdığını dediyini, sonradan əsgər Təqsirləndirilən şəxs patrul növbəsində olan zaman əsgər Zərərçəkmiş şəxs çənəsindən yumruqla vurub onun çənəsini sındırmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Hədib oğlu ifadəsində N0NN-ci ilin avqust ayının N-dən xidmət etdiyi batereya döyüş növbətçiliyinin gücləndirilməsi məqsədilə çöllük ərazidə batareyaya məxsus topların və maşınların mühafizəsini həyata keçirmək üçün patrul növbəsini təşkil etdiklərini, həmin ərazidə həm ayıq sayıqlığı, həm də ki, topların və maşınların mühafizəsini təşkil etmək üçün şəxsi heyət döyüş növbəsinə çıxdığını, 11 avqust 00:00-dan 0N:00-dək və 04:00-dan 06:00-dək N-ci növbə patrulu əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs təşkil etdiklərini, həmin günü o həm patrul rəisi həm də ki, dəyişdirici olduğunu, saat 03:40 radələrində əsgərlərin yatdığı kunqa daxil olaraq, əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yuxudan oyatdığını, növbəyə hazırlaşmalarını tapşırdığını, sonra əraziyə gedib əsgər ŞahidNla Şahid3 yanına çağırıb, kunqun qarşısına getmələrini, birazdan gəlib köhnə və yeni növbəyə təlimat verəcəyini bildirdiyini, sonra əsgər Şahid3la birgə kunqun qarşısına gedib köhnə və yeni növbəni düzüb təlimatlandırdığını, köhnə növbə axırıncı növbə olduğundan onları istirahətə, təzə növbəni isə təyin olunmuş patrul marşrutuna yolladığını, əsgərlər Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs növbəni təhvil verdiyini, növbədən sonra Zərərçəkmiş şəxs sifətinin sol tərəfində şişkinlik olduğunu gördüyünü, buna görə əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, sonradan araşdırma aparılan zaman 11 avqust N0NN-ci il tarixdə növbədən əvvəl əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsla mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətdiyini, sonra isə əsgər Zərərçəkmiş şəxs çənəsindən yumruqla vurduğunu eşitdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutlarıda mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 65-66-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.N0NN-ci il tarixli, 1107 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətin-çənə sümüyünün sol cisminin yerini dəyişən sınığı olduğu-bərk küt əşyanın təsirindən törəndiyi, müddəti və tarixi şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gəldiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 06-cı vərəqəsinə əlavə edilmiş 18 avqust N0NN-ci il tarixli telefon məlumatından məlum olur ki, N №-li hərbi hissənin əsgərləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 75-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədən verilmiş arayışdan görünür ki, həmin hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə həmin hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs arasında tabelik münasibəti yoxdur. Cinayət işinin 1-ci cildinin N3-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N yanvar N0NN-ci il tarixli 05 №-li əmrdən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyularaq N №-li hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının N-ci taqımın 1-ci manqasının heyət nəfəri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 8N-ci vərəqəsinə əlavə edilmiş N05 №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş N5 avqust N0NN-ci il tarixli 996 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlıdır. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 33N.N.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar