Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-31/2023 04.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə qızının, Təqsirləndirilən şəxs, mütəxəssis X1 iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxx 1997-ci ildə Şərur rayon Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmayan, N №-li hərbi hissədə xidmət edən, Şərur rayon Xanlıqlar kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 20 iyun 2023-cü ildən barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, N №-li hərbi hissədə xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Şərur rayon Xanlıqlar kəndində yerləşən atasına məxsus evində nişanlısı xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 16 yaşına çatmadığını dərk edib və arzu etməklə Zərərçəkmiş şəxs ilə zor tətbiq etmədən təbii yolla cinsi əlaqədə olaraq onun qızlıq pərdəsinin anatomik tamlığını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə xidmət etdiyini, nikah qeydiyyatından keçməsələr də həyat yoldaşı kimi yaşadığı Zərərçəkmiş şəxs və onun anası Qanuni nümayəndə qızı ilə hər hansı ədavəti və düşmənçiliyi olmadığını, Şərur rayon Xətai kənd sakini Zərərçəkmiş şəxs ilə uzaq qohumluq əlaqələri olmaqla bir-birilərini sevdiklərini, bu səbəbdən də 2022-ci ilin may ayının 27-də Zərərçəkmiş şəxs ilə nişanlandıqlarını, həmin vaxtlarda nişanlısı Nurgülün tez-tez onlara qonaq gələrək bir neçə dəfə onlarda qaldığını, 2023-cü ilin yanvar ayının ortalarında Nurgülün ona zəng vuraraq onlara qonaq gəlmək istədiyini dediyini, buna görə də onu şəxsi avtomobili ilə yaşadığı evə, Şərur rayon Xanlıqlar kəndinə gətirdiyini, həmin vaxt valideynləri evdə olmadığından Nurgüllə gecəni birlikdə keçirdiklərini, həmin ərəfədə hər ikisinin istəyi ilə və Nurgülün razılığı ilə zor tətbiq etmədən onunla cinsi əlaqədə olduqlarını, həmin vaxt Nurgülün 16 yaşına çatmadığını bildiyini, bu barədə heç kəsə heç nə demədiyini, hadisənin səhəri günü onu öz evlərinə apararaq ona da heç kəsə heç nə deməməsini tapşırdığını, 06 aprel 2023-cü il tarixdə özünün ad günü olduğu üçün nişanlısı Zərərçəkmiş şəxs dayısı oğlu ilə birlikdə onlara qonaq gələrək həmin gün onlarda qonaq qaldığına görə anası Qanuni nümayəndə qızı tərəfindən danlanaraq onunla mübahisə etdiyini Nurgüldən öyrəndiyini, bu səbəbdən də həmin gün axşamüstü Nurgülün ona zəng vuraraq onu qaçırmasını xahiş etdiyini, əgər qaçırmasa özünə xəsarət yetirəcəyini dediyini, buna görə də həmin gün axşam saatlarında Xətai kəndinə gedərək könüllü və onun razılığı ilə Nurgülü avtomobillə Şərur rayon Xanlıqlar kəndinə, öz evlərinə gətirdiyini, həmin vaxtdan artıq Nurgüllə nişanlı olduğu üçün Nurgülün onların evində qaldığını, Şərur rayon polis şöbəsində aparılmış araşdırma zamanı baş vermiş əməlin üstünün açıldığını, 13 iyun 2023-cü il tarixində də el adəti ilə toyları olduğunu, Nurgül azyaşlı olduğundan onunla nikah qeydiyyatına girmədən hazırda bir yerdə yaşadığını, həyat yoldaşının hamilə olduğunu, törətdiyi əməlinə görə peşman olduğunu, məhkəmədən ailənin gəncliyini, ailənin bütün dolanışıq yükünün onun çiynində olmasını və Nurgüllə bir yerdə yaşamalarını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində hələ 16 yaşı tamam olmadığını, Elməddinlə ailə qurmazdan əvvəl onunla uzaq qohum olduqlarını, təxminən 2022-ci ilin yanvar ayından Elməddinlə bir-birilərini sevdiklərini, həmin ilin may ayında isə nişanlandıqlarını, nişanlı olduğu müddətdə dəfələrlə Elməddingilə gedərək gecəni onlarda qaldığını, 2023-cü ilin yanvar ayının yadında qalmayan tarixində Elməddingildə olarkən evdə heç kəsin olmamasından isifadə edib öz razılığı ilə və zor tətbiq olunmadan, həmçinin köməksiz vəziyyətindən istifadə etmədən könüllü Elməddinlə cinsi əlaqədə olduqlarını, 06 aprel 2023-cü il tarixdə Elməddinin ad günü olduğu üçün onu da ad gününə dəvət etdiyini, ad gününü qeyd etdikdən sonra evlərinə qayıtmayıb gecəni Elməddingildə qaldığını, səhəri gün Elməddinlə evlərinə qayıtdığını, evə gələndən sonra anası Qanuni nümayəndə qızı onu danlayaraq əsəbi halda ona nalayiq sözlər dediyini, anasının hərəkətlərinə dözməyib elə həmin gün Elməddinə zəng vuraraq gəlib onu qaçırmasını xahiş etdiyini, yalandan əgər gəlməsə özünə nəsə edəcəyini dediyini, həmin gün axşam saat təxminən 23:00 radələrində könüllü, öz razılığı ilə Elməddinin maşını ilə Xanlıqlar kəndinə, Elməddingilə getdiklərini və o tarixdən də Elməddingildə qaldığını, sonradan Şərur rayon Polis şöbəsində Elməddinə 16 yaşına çatmadığına görə onunla cinsi əlaqədə olduğu üçün onun barəsində cinayət işinin qaldırıldığını bildiyini, 13 iyun 2023-cü il tarixdə isə el adət-ənənəsinə uyğun olaraq toyları olduğunu, hazırda Elməddinlə birlikdə onların evlərində yaşadıqlarını, lakin yaşı az olduğundan nikahları dövlət qeydiyyatına alınmadığını, özünün hamilə olduğunu, həyat yoldaşı kimi Elməddindən heç bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nurgülün anası Qanuni nümayəndə qızı ifadəsində Şərur rayon Xətai kəndində yaşadığını, Nurgülün onun böyük qızı olduğunu, Nurgülün 16 yaşına çatmadığını, azyaşlı olduğunu, 13 iyun 2023-cü il tarixdə qızı Nurgüllə Elməddinin toyu olduğunu, hazırda isə ər-arvad kimi bir yerdə yaşadıqlarını, Təqsirləndirilən şəxs onların uzaq qohumları olduğunu, təxminən 2022-ci ilin may ayında qızı Nurgüllə Elməddinin arasında nişan mərasimi keçirildiyini, nişanlı olduqları müddətdə Nurgülün dəfələrlə Təqsirləndirilən şəxs evinə, Xanlıqlar kəndinə gedərək onlarda qaldığını, sonradan öyrəndiyinə görə 2023-cü ilin yanvar ayında Nurgülün Elməddingildə olarkən öz razılığı ilə könüllü Elməddinlə cinsi əlaqədə olduğunu, 06 aprel 2023-cü il tarixdə Elməddinin ad günü olduğu üçün Nurgülü də evlərinə apardığını, qızı Nurgül həmin gün evə qayıtmayıb axşam orada qaldığını, səhəri gün günorta saatlarında Elməddin avtomobili ilə Nurgülü evə gətirdiyini, evə gələndən sonra Nurgüldən nə üçün axşam evə gəlmədiyini, niyə Elməddingildə qaldığını soruşaraq ona bir az əsəbiləşərək bəzi sözlər dediyini, həmin sözlərdən sonra Nurgülün Elməddinə zəng edib onu qaçırmasını dediyini, onun da gecə gələrək Nurgülü qaçırdığını sonradan bildiyini, Şərur Polis idarəsində aparılan araşdırma zamanı Elməddinin barəsində 16 yaşına çatmayan şəxslə yaxın əlaqədə olduğu üçün cinayət işinin qaldırıldığını eşitdiyini, 13 iyun 2023-cü il tarixdə isə el adət-ənənəsinə uyğun olaraq Nurgüllə Elməddinin toy mərasimi olduğunu, onların bir yerdə yaşadıqlarını və qızının hamilə olduğunu göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2006-cı ildə Qanuni nümayəndə ilə ailə həyatı qurduğunu, 2 qızı, 1 oğlu olduğunu, Nurgülün onun böyük övladı olsa da 16 yaşının tamam olmadığını, 2022-ci ilin may ayında onların nişan mərasimi, 13 iyun 2023-cü ildə isə toy mərasimləri olduğunu, hazırda onların ər-arvad kimi yaşadıqlarını, nişandan sonra aprel ayının 6-da Elməddinin ad günü olduğu üçün qızı Nurgül, qaynının yoldaşı və onun qızı həmin ad günü mərasiminə getdiklərini, həmin gün axşam qızının evlərinə gəlmədiyini, səhəri gün Elməddinin Nurgülü evə gətirdiyini, sonradan eşitdiyinə görə yoldaşı qızının Elməddingildə qalmasına görə ona əsəbləşdiyini, onun da Elməddinə zəng edərək qoşulub onunla qaçdığını bildiyini, sonraki araşdırma zamanı Elməddinin qızı Nurgüllə onların evində olarkən 2023-cü ilin yanvar ayında yaxın əlaqədə olduğunu öyrəndiyini, buna görə də Şərur rayon Polis Şöbəsində onun barəsində cinayət işinin qaldırıldığını, 13 iyun 2023-cü ildə Nurgüllə Elməddinin toyunun olduğunu və bir yerdə yaşadıqlarını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs xalası, Zərərçəkmiş şəxs isə baldızının qızı olduğunu, onların hər ikisi ilə uzaq qohumluq əlaqələrinin olduğunu, Nurgüllə Elməddinin əvəllər sevgili olsalar da 2022-ci ilin may ayından nişanlı olduqlarını, 2023-cü ilin mart ayında evlərində olarkən Nurgüllə söhbət zamanı Nurgülün ona 2023-cü ilin yanvar ayında Elməddinlə könüllü olaraq cinsi əlaqədə olduğunu dedikdə Nurgülə düzgün hərəkət etmədiyini, səhv hərəkət etdiyini bildirdiyini, 06 aprel 2023-cü il tarixdə Elməddinin ad günü olduğu üçün Elməddinin gəlib Nurgülü maşınla evlərinə apardığını, həmin ad günündə özünün də iştirak etdiyini, Nurgülün həmin gün evlərinə qayıtmadığını, Elməddingildə qaldığını, səhəri gün, günorta saatlarında Elməddinin avtomobili ilə Nurgülü öz evlərinə apardığını, evlərinə gedəndən sonra Nurgülün anası Aygün tərəfindən danlanaraq Nurgülə bir az əsəbiləşdiyini, Nurgülün də həmin gün Elməddinə zəng edib gəlib onu qaçırmasını dediyini eşitdiyini, elə həmin gündən də Nurgülün Elməddingildə yaşadığını, 13 iyun 2023-cü il tarixdə isə el adətənənəsinə uyğun olaraq Nurgüllə Elməddinin toy mərasimi olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Elməddinin onun böyük oğlu olduğunu, Zərərçəkmiş şəxs isə onun gəlini, Elməddinin arvadı olduğunu, oğlu Elməddin 2022-ci ilin may ayında əvəllər aralarında sevgi münasibətləri olmuş Şərur rayon Xətai kənd sakini Zərərçəkmiş şəxs ilə nişanlandıqlarını, Nurgülün hələ 16 yaşı tamam olmadığını, lakin buna baxmayaraq 13 iyun 2023-cü il tarixdə el adət-ənənəsinə uyğun toy edərək nikah qeydiyyatında keçmədən Nurgülün onun evinə gəlin köçdüyünü, hal hazırda da onun gəlini olduğunu, onların nişanladıqdan sonra Zərərçəkmiş şəxs arasıra onlara gələrək onlarda qaldığını, 2023-cü ilin yanvar ayında Elməddinlə Nurgülün onların evində qalarkən könüllü cinsi əlaqəyə girmələrini öyrəndiyini, 06 aprel 2023-cü il tarixdə oğlu Elməddinin ad günü olduğu üçün Zərərçəkmiş şəxs onlara qonaq gəldiyini və həmin gecəni onlarda qaldığını, Elməddin səhəri gün onu aparıb evlərinə qoyduğunu, həmin gün axşam evə gec gəldiyini, evə gələrkən Nurgülün onlarda olduğunu gördüyünü və niyə öz evlərində yox onlarda olmasını bilmədiyini, sonradan öyrəndiyinə görə oğlu Elməddinin onu qaçırdığını bildiyini, həmin tarixdən bu günə qədər Nurgülün onun gəlini olaraq onlarda qaldığını, Şərur rayon Polis idarəsində onun barəsində cinayət işi qaldırıldıqdan sonra hər şeyin ona ətraflı məlum olduğunu göstərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış vətəndaş Zərərçəkmiş şəxs barəsində 12 aprel 2023cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 13 aprel 2023-cü il tarixli 324 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izləri aşkar olunmadı, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, tamlığın pozulmasının müddəti 2-3 həftədən çoxdur, yəni köhnədir, tamlığın pozulmasına səbəb kişi xarici cinsiyyət üzvünün (penisin) uşaqlıq yoluna daxil olmasıdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir əlamət aşkar olunmamışdır, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs doğuş keçirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs – xx xxxxxx 2008-ci ildə Şərur rayon Oğuzkənd kəndində anadan olmuşdur. Azyaşlıdır. Şərur rayon Oğuzkənd kəndində qeydiyyatda olmaqla, Şərur rayon Xanlıqlar kəndində yaşayır. Yaşayış yeri tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, 70 №-li əmrində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin sürücüsü vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim edilmiş 25 iyul 2023-cü il tarixli, 755 №-li tibbi arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şərur rayon Mərkəzi Xəstəxanasından göndərilmiş cavab məktubunda Təqsirləndirilən şəxs həmin xəstəxanada psixonevroloji və narkoloji dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X2 göndərilmiş tərəfindən göndərilmiş cavab məktubunda Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Şərur rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəlikdən verilmiş arayışda 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs toy mərasimlərinin keçirildiyi göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs qızının adına olan doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun xx xxxxxx 2008-ci ildə anadan olduğu göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, 7N nömərli əmri ilə həmin hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin sürücüsü vəzifəsinə təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi N №-li hərbi hissənin komandanlığı, həmçinin Şərur rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəlik tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Şərur rayon Xanlıqlar kəndində xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 16 yaşına çatmadığını dərk edib və arzu etməklə sonuncu ilə zor tətbiq etmədən təbii yolla cinsi əlaqədə olması özünün, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə tibb ekspertinin rəyi, hərbi hissədən daxil olmuş materiallar və digər çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanızamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59 maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, zərərçəkmiş şəxslə ailə həyatı qurub bir yerdə yaşamalarını, yaşadığı ərazi üzrə və hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, ailə kimi yaşadığı Nurgülün hamilə olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 152.1-cü maddəsində nəzərdə tutulmuş cəzanın tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Belə ki, onun cinayətin törədilməsindən sonrakı davranışını (etdiyi əməldən səmimi peşimançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və onunla bir ailə kimi bir yerdə yaşamalarını), cəzanı yüngülləşdirən halların olmasını, və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 152.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir və yuxarıda qeyd olunan cəzanı yüngüləşdirən halları nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq təqsirləndirdiyi Azərbaycan Respublikası CM-in 152.1-cü maddəsində sanksiyasında göstərilən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti və o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hökm çıxararkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir, bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, hərbi hissə komandanlığına və davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 210 ( iki yüz on) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 9 (doqquz) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa yaşayış yerı üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, hərbi hissə komandanlığına və davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 210 ( iki yüz on) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-31/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-31/2023
04.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver