Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-31/2024 06.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XNN oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx N003-cü ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, peşə ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan N ünvanında qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N-ci taborunun, N-cı bölüyünün, 3-cü tağımının N-ci manqasında baş atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edən, barəsində 0N mart N0N4-cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsinin N-ci taborunun, N-cı bölüyünün, 3-cü tağımının N-ci manqasında baş atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən hərbi hissə komandirinin N noyabr N0N3-cü il tarixli 335 №-li əmri ilə Naxçıvan şəhəri N №-li hərbi şəhərciyə təsərrüfat işlərinə cəlb olunmuş, N8 dekabr N0N3-cü il tarixdə saat N8 radələrində N № hərbi şəhərcikdə əsgərlərin paltar dəyişməsi üçün ayrılmış 35 №-li binanın zirzəmisindəki otaqda onunla tabelik münasibətlərində olmayan, həmin taborun 5-ci bölüyünün əsgəri Zərərçəkmiş şəxs digər əsgər yoldaşına Təqsirləndirilən şəxs nəzərdə tutub ünvanına istehza ilə “buna deyirsən kişi?” ifadəsini işlətməsi səbəbindən onunla mübahisə etmiş və mübahisə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38, 4N, N38-ci maddələrinin tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətmiş, sağ əlinin ovuc səthi ilə onun sifət nahiyəsinə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “gözaltı nahiyələrin qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N8 dekabr N0N3-cü il tarixdə saat N8 radələrində hərbi şəhərcikdə işlərini bitirdikdən sonra Zərərçəkmiş şəxs və ŞahidNla paltarlarını dəyişmək və çay içmək üçün binanın zirzəmisindəki otağa getmişlər. Orada olarkən ŞahidN çay dəmləmiş, ona “kişi gəl çay iç” demiş, həmin vaxt Zərərçəkmiş şəxs ona cavab verərək istehzalı şəkildə “buna deyirsən kişi?” demişdir. Onun bu sözü deməsi acığına gəlmiş, Əsədova “burada bir dənə üzdən iraq varsa o da sənsən” demişdir. Bundan sonra Muard Əsədov ona yaxınlaşıb “o nə sözdür mənə deyirsən?” deyib əynində olan iş paltarının yaxasından tutmuşdur. ŞahidN araya girib aralaşdırmaq istəyərkən həmin vaxt əsəbləşib sağ əlinin ovuc hissəsi ilə Zərərçəkmiş şəxs sifətindən bir dəfə zərbə vurmuş, sonuncu üzünü tutub yerə oturmuş, burnundan qan açılmışdır. Muard Əsədovu vurduğu üçün ondan üzr istəmiş, könlünü almış, barışmışlar, soyuq su qabının onun burnunun üstünə qoymuşlar. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər yoldaşı olmuş Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik gizir ŞahidN ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N3-cü ilin dekabr ayının N9-da xidmət etdiyi bölük üzrə cavabdeh olmuş, nahar yeməyinə az qalmış, saat təxminən N3 radələrində təsərrüfat işlərinə ayrılmış əsgərləri hərbi şəhərcikdən yığıb nahar yeməyinə aparmaq üçün N №-li hərbi şəhərciyə getmiş, təsərrüfat işlərində işləyən əsgərləri çağırıb düzdükdən sonra cərgədə NN nəfər olduğunu, onların üzərlərində starşı (böyük) olmadığını görmüşdür. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb “bir nəfər əsgər var, işləyib yorulub, burada yeməyi var, nahar yeməyinə getmək istəmir, icazə verin qalsın burda” demişdir. İcazə vermədiyini bildirib hamının nahar yeməyinə getməli olduğunu demişdir. Sonra qalmaq istəyən əsgərin kim olmasını soruşmuş, Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs cərgəyə çağırtdırmış, Zərərçəkmiş şəxs şərflə üzünü bağladığını görmüşdür. Yeməyə getmək istəməməsinin səbəbini soruşduqda Murad Əsəsdov işləyib yorulduğunu, yeməyi olduğunu, hərbi hissəyə getmək istəmədiyini demişdir. Zərərçəkmiş şəxs üzünü şərflə örtməsindən şübhələnərək şərfi açmağı göstəriş vermiş, bir az tərəddüd etdikdən sonra Zərərçəkmiş şəxs şərfi açdıqda onun sol gözünün altının göyərdiyini, burnunun şişdiyini görmüşdür. Zərərçəkmiş şəxs nə olmasını soruşduqda cavab verməmişdir. Bu barədə mobil telefonla bölük komandirinə məruzə etmiş, bölük komandiri Zərərçəkmiş şəxs hərbi hissəyə gətirməyi tapşırmışdır. Şəxsi heyəti düzüb hərbi hissəyə aparmış, yolda bir neçə dəfə Əsədovdan burnuna nə olmasını soruşduqda sonuncu cavab verməmiş, N saylı hərbi hissənin yeməkxanasının qarşısına çatanda yenə Zərərçəkmiş şəxs onu kimin vurmasını soruşduqda Zərərçəkmiş şəxs əli ilə Təqsirləndirilən şəxs göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs onun vurub-vurmamasını soruşmuş, sonuncu əvvəl inkar etsə də, onları aparıb bölük komandirinə təhvil verdikdən sonra o, etiraf edərək Zərərçəkmiş şəxs əli ilə vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş gizir Şahid3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N №-li hərbi hissənin tərkibində yerləşən N9N №-li hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir, hərbi hissə komandirinin əmri ilə N №-li hərbi şəhərciyə təsərrüfat işlərinə rəhbərlik etmək üçün təyin olunmuşdur. Orada təsərrüfat işlərinin görülməsinə N №-li hərbi hissədən əsgərlər onun nəzarətinə göndərilmiş, onları təsərrüfat işlərinə ayırıb işlərinə nəzarət etmişdir. Əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs N №-li hərbi hissənin əsgərləri olmuşlar, onları da hərbi şəhərcikdə təsərrüfat işlərinə göndərmişlər, orada onları görüb tanımış, heç biri ilə ədavəti, qohumluq əlaqələri olmamışdır. N0N3-ci ilin dekabr ayının N8-də saat N8 radələrində əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və ŞahidN işlərini bitirdiklərini deyib icazə alaraq 35 №-li binanın zirzəmisindəki otağa getmişlər. Təxminən N5 dəqiqədən sonra paltarlarını dəyişib gəlmişlər, hava qaralmış, onları aparmağa gələn gizir rütbəli hərbi qulluqçuya təhvil vermiş, o da, onları hərbi hissələrinə aparmışdır. Növbəti gün, yəni N9 dekabr N0N3-cü il tarixdə saat 07:40 radələrində həmin əsgərləri cavabdehləri gətirib təhvil vermiş, onlar paltarlarını dəyişərək işləməyə başlamışlar. Həmin vaxt hava qaranlıq olduğundan və əsgərlərin papaq və şarfdan istifadə etdiklərindən o, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarəti görə bilməmişdir. Həmin gün təqribən saat N3 radələrində N saylı hərbi hissədən əsgərləri nahar yeməyinə aparmağa kiçik gizir rütbəsində cavabdeh gəlmiş, o, əsgərlərə nahar yeməyinə getmələrini deyib özü də nahara getmişdir. Nahardan qayıdandan sonra əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs hərbi hissədən qayıtmadıqlarını görmüş, orada digər əsgərlərdən nə üçün onların qayıtmadıqlarını soruşduqda N8 dekabr N0N3-cü il tarixdə saat N8 radələrində zirzəmidəki paltar dəyişmə otağında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə etdiklərini, Təqsirləndirilən şəxs əlinin ovucu ilə vurub Zərərçəkmiş şəxs burnuna xəsarət yetirdiyini, burnuna xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N №-li hərbi hissənin N-ci taborunun Ncı bölüyünün komandiri vəzifəsində, kapitan rütbəsində xidmət edir, əsgər Təqsirləndirilən şəxs onun bölüyündə tabeliyində xidmət edir. Təqsirləndirilən şəxs əvvəl NN7 №-li hərbi hissədə xidmət etmiş, N0N3-cü ilin oktyabr ayında onun bölüyünə verilmiş, bölükdə xidmət etdiyi müddətdə özünü intizamlı aparmışdır. N0N3-cü ilin noyabr ayında hərbi hissə komandirinin əmri ilə Təqsirləndirilən şəxs N №-li hərbi şəhərcikdə təsərrüfat işlərinə ayrılmış, hər gün səhər vaxtı hərbi hissədən təsərrüfat işlərinə ayrılmış əsgərlərlə birlikdə N №-li hərbi şəhərciyə getmiş, axşam saat N8 radələrindən sonra bölüyə qayıtmışdır, Təqsirləndirilən şəxs çox görməmişdir. N9 dekabr N0N3-cü il tarixdə hərbi hissədə əsgərlər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs N8 dekabr tarixində hərbi şəhərcikdə mübahisə etdikləri, Təqsirləndirilən şəxs əlinin içərisi ilə vurub əsgər Zərərçəkmiş şəxs burnunu sındırması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsindən sonra Təqsirləndirilən şəxs çağırıb söhbət edərək mübahisənin necə baş verməsini soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, N0N3-cü ilin dekabr ayının N8-də axşam saat N8 radələrində hərbi hissəyə gəlmək üçün paltarlarını dəyişməyə binanın zirzəmisindəki otağa enmişlər, orada əsgər ŞahidN Təqsirləndirilən şəxs “kişi gəl sənə bir çay verim” demiş, bundan sonra Zərərçəkmiş şəxs kinayəli şəkildə ŞahidN “buna deyirsən kişi?” deyə soruşduqda Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs “burada bir nəfər üzdən iraq varsa o da sənsən” demiş, buna görə Zərərçəkmiş şəxs gəlib onun yaxasından tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs əlinin içərisi ilə onun üzünə zərbə vurmuş, nəticədə Əsədovun burnu qanamış, sonradan da burnunun sınması müəyyən olunmuşdur. Məhkəmə istintaqında məhkəmə-tibbi eksperti qismində dindirilmiş X5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Zərərçəkmiş şəxs ona təqdim olunarkən onunla birlikdə tibbi sənədləri də təqdim olunmuşdur. O, tibbi sənədlərdə olan məlumatları da rəydə göstərmişdir, ümumiyyətlə, şəxs hərbi hissənin tibb məntəqəsində müayinə olunduqdan sonra yanına göndərilmişdir. Zərərçəkmiş şəxs müayinə edərkən onda gözaltı nahiyənin hematoması, hər iki gözaltı nahiyənin sıyrıqları, burun tənəffüsünün çətinləşməsini müşahidə etmiş, habelə, o, hərbi hospitalda göz həkimi və lor həkimi tərəfindən də müayinə olunmuşdur. Göz həkimi ona gözaltı nahiyənin hematoması diaqnozu, Lor həkimi də burun sümüyünün yerdəyişməyən sınığı, gözaltı nahiyənin qançırı diaqnozunu qoymuşdur. Burun sümüyünün sadə, cərrahi müdaxilə tələb etməyən sınığı, yerdəyişməyən sınıq hesab olunur. Bu, özlüyündə yüngül xəsarət sayılır. Lakin digər xəsarətlər də varsa, onlar fərdi qaydada qiymətləndirilir. Zərərçəkmiş şəxsdə də burun tənəffüsünün çətinləşməsi və gözaltı nahiyənin hematoması, hər iki gözaltı nahiyənin sıyrıqları var idi. Müayinə nəticəsində aşkar olunanlar və tibbi sənədlərdə yazılanlar kompleks qiymətləndirilib xəsarətin dərəcəsi az ağır olaraq qiymətləndirilmişdir. Az ağır xəsarət olan şəxslərdə də şişkinlik adətən, bir gün sonra keçir. Lakin bu müddət digər obyektiv səbəblərdən dəyişə də bilər. Stasionar müalicə də həkimin qərarı olduğundan həmin müalicədə qalmağına ehtiyac görməmişəm. Hazırki vəziyyətdə də hadisənin üzərindən kifayət qədər müddət keçdiyindən zərərçəkmiş şəxs yenidən rentgen olunsa, heç bir xəsarət görünməyə bilər. Habelə, kompüter-tomoqrafik yoxlanılmada da cüzi sınıqlar aşkara çıxacaqdır. Hal-hazırda xəsarətin dərəcəsinin düzgün müəyyən olunması çox çətindir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.N0N4-cü il tarixli, AZN700/********** №-li teleqrama ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadələrini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onuın ibtidai istintaq zamanı verdiyi ifadəsinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N5 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, N8 dekabr N0N3-cü il tarixdə, saat N8 radələrində hərbi şəhərcikdə işlərini bitirdikdən sonra əsgər Təqsirləndirilən şəxs və ŞahidNla 35 №-li binanın zirzəmisindəki otağa paltarlarını dəyişməyə və çay içməyə getmişlər. Orada olarkən ŞahidN Təqsirləndirilən şəxs “kişi gəl çay iç” demiş, həmin vaxt ŞahidN “buna deyirsən kişi?” demişdir. Əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb “burada bir dənə üzdən iraq varsa o da sənsən” demiş, bundan sonra Təqsirləndirilən şəxs yaxasından tutaraq “o nə sözdür deyirsən?” soruşmuşdur. Əsgər ŞahidN onları aralaşdıran zaman Təqsirləndirilən şəxs sağ əlinin ovuc hissəsi ilə üz nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Həmin vaxt güclü ağrı hiss edib burnunu tutub yerə oturmuş, əsgər Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır (i.v İ cild NN5-NN8). ŞahidN məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.N0N4-cü il tarixli teleqram ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, ŞahidN məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən ŞahidN ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N7 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N №-li hərbi hissədə əsgər vəzifəsində xidmət etdiyi zaman Təqsirləndirilən şəxslə, Zərərçəkmiş şəxsı görüb, tanımışdır, onların heç biri ilə qohumluğu, ədavəti yoxdur. N8 dekabr N0N3-cü il tarixdə saat N8 radələrində hərbi şəhərcikdə təmizlik işləri gördükdən sonra paltarlarını dəyişmək üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla binanın zirzəmisinə düşmüşlər. Orada ayaqqabısını dəyişən zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs xatırlamadığı mövzuda söhbət edərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “bir dənə üzdən iraq varsa o da sənsən” demiş, bundan sonra onlar tutaşmışlar, onların aralarına girib aralaşdırmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs Murad Əsəsdovun burnu ilə gözünün arası olan nahiyədən əlinin içərisi ilə bir dəfə möhkəm zərbə vurmuş, zərbədən sonra Zərərçəkmiş şəxs burnundan qan gəlmiş, bundan sonra Zərərçəkmiş şəxs burnunu təmizləmiş, çıxıb getmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs Cəbiyevə heç bir zərbə vurmamışdır (i.v İ cild 88-9N). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin, o cümlədən məhkəmə iclaslarında iştirak etməmələri səbəbindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin NN4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş ŞahidN ifadələrini, o cümlədən istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N yanvar N0N4-cü il tarixli qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı törətdiyi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin tərkibi olduğundan, onun barəsində həmin maddə ilə cinayət işi başlanmış və əsgər Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild N-N). XN “Məhkəmə-Tibbi Ekspertizası”nın NN dekabr N0N3-cü il tarixli 44N №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət- “gözaltı nahiyələrin qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı”-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir(i.v İ cild N3). N №-li hərbi hissə komandirinin N4 oktyabr N0N3-cü il tarixli, N97 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Cəbiyev X3 Ümumqoşun Ordu X8 üzrə müavininin N9 sentyabr N0N3-cü il tarixli, 8N №-li sərəncamı ilə NN7 №-li hərbi hissədən gəldiyinə görə, N4 oktyabr N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və hərbi hissənin N-ci taborun N-cı bölüyünün 3-cü taqımının N-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir (i.v İ cild NN). N №-li hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli, N7N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Əsədov XN Ümumqoşun Ordu X8 üzrə müavininin N9 sentyabr N0N3-cü il tarixli, 8N №-li sərəncamı ilə NN7 №-li hərbi hissədən gəldiyinə görə, N sentyabr N0N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və hərbi hissənin N-ci taborun N-cı bölüyünün N-ci taqımının N-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir (i.v İ cild N5). N №-li hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli, N9 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qulluqçusu olan əsgər Zərərçəkmiş şəxs qanunvericiliklə nəzərdə tutulmuş xidmət müddətini başa vurduğundan, həmin tarixdən ehtiyata buraxılmışdır (i.v İ cild NN5). NN5 nömrəli hərbi hissə tərəfindən təqdim olunan NN dekabr N0N3-cü il tarixli, 5N4 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır (i.v İ cild 3N). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş N0 dekabr N0N3-cü il tarixli xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (i.v İ cild N3). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış 04 yanvar N0N4-cü il tarixli tələbnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild NN). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N0 yanvar N0N4-cü il tarixli, 8 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N0 yanvar N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild N9). “Qətimkan tədbirinin seçilməsi haqqında” 0N mart N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild NN0-NNN). Əsgər Təqsirləndirilən şəxs məxsus SX ******* №-li Hərbi biletin sürətindən görünür ki, Təqsirləndirilən şəxs N4 iyul N0NN-ci il tarixdə AR SHXÇDX-nin Şamaxı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və o, peşə ixtisası təhsillidir (İ.v İ cild N3). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, AZN700/********** №-li teleqramanın məzmunundan görünür ki, zərərçəkmiş şəxs Əsədov X4 Rəşid Vüqar oğlu ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və ya tələbi yoxdur (İ.v İİ cild ). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 33N.N.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının N0-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının N.N-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.N-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 35N.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N45-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N39-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin NNN.N-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N4N-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.N-ci maddəsinin şərh edilməsinə dair” N7 mart N0NN-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” N3 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N00N-ci il, “XNrşı” 09 dekabr N994cü il və “Hacianastassion Yunanıstana qarşı” NN dekabr N99N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” N8 mart N0N0-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N44-N4N-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 33N.N.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin N-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ...............döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməlidir. Həmin Nizamnamənin 5-ci maddəsinə əsasən hərbi qulluqçu ..........., əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Həmin Nizamnamənin 4N-ci maddəsinə əsasən hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Həmin Nizamnamənin N38-ci maddəsinə əsasən isə ..... igid və intizamlı olmaq; nalayiq hərəkətlər etməmək və yoldaşlarını da belə hərəkətlərdən çəkindirmək; ..... hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək;....əsgərin vəzifəsidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Cəbiyev X7 Nazirliyinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsinin N-ci taborunun, N-cı bölüyünün, 3-cü tağımının N-ci manqasında baş atıcı vəzifəsində, əsgər rütbəsində xidmət edərkən hərbi hissə komandirinin N noyabr N0N3-cü il tarixli 335 №-li əmri ilə Naxçıvan şəhəri N №-li hərbi şəhərciyə təsərrüfat işlərinə cəlb olunmuş, N8 dekabr N0N3-cü il tarixdə saat N8 radələrində N № hərbi şəhərcikdə əsgərlərin paltar dəyişməsi üçün ayrılmış 35 №-li binanın zirzəmisindəki otaqda onunla tabelik münasibətlərində olmayan, həmin taborun 5-ci bölüyünün əsgəri Zərərçəkmiş şəxs digər əsgər yoldaşına Təqsirləndirilən şəxs nəzərdə tutub ünvanına istehza ilə “buna deyirsən kişi?” ifadəsini işlətməsi səbəbindən onunla mübahisə etmiş və mübahisə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38, 4N, N38-ci maddələrinin tələblərini kobud surətdə pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlətmiş, sağ əlinin ovuc səthi ilə onun sifət nahiyəsinə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “gözaltı nahiyələrin qançırı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla da əsgər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın NN dekabr N0N3-cü il tarixli 44N №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N39 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.N.9 və N0-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N0NN-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.N.N-59.N.N4-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N.NN və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, o cümlədən zərərçəkmiş şəxsin məhkəməyə ünvanlandığı xx.xx.N0N4-cü il tarixli, AZN700/********** №-li teleqrama ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin NN-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N0N3-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” N0 fevral N0N7-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 33N.N.5ci maddəsinin sanksiyasında-iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.N.NN) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N0.N-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.N.8, 59.N.N0-59.N.N3-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının minimum həddə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən onun əsgər yoldaşı Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təqsirli bilinən şəxs barəsində tətbiq edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinin tələbinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.N-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa üç aydan iki ilədək müddətə təyin edilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs hal-hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olması səbəbindən, o cümlədən onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.N-ci, 4N.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, əsgər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün olsaydı belə, ona həmin cəzaların təyin edilməsi işin faktiki hallarına, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yanaşı, Cinayət Məcəlləsinin 4N.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməzdi. Məhkəmə bununla bağlı xüsusilə qeyd etməyi zəruri hesab edir ki, əsgər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 333.N.5-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsinin cinayət qanunvericiliyi ilə mümkün olmaması, onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün şərtsiz əsas olmamışdır. Qeyd etmək lazımdır ki, məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı nəticəyə gələrkən dövlət ittihamçısının da bu barədə təklifini nəzərə almışdır. Əsgər Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması ilə bağlı qeyd etmək zəruridir ki, o, N4 iyul N0NN-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığından və peşə ixtisas təhsilli olduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38.N.N-ci maddəsinə əsasən onun xidmət müddəti N il N ay olmuşdur ki, bu müddət də N0N4-cü ilin yanvar ayında tamam olmuşdur. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə N7 yanvar N970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 0N oktyabr N98N-ci il tarixli qərar; XNNrşı iş üzrə NN oktyabr N984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5N.N.N-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5N.N.N-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 0N mart N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N75.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının CPM-nin N58.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 0N may N0N4-cü il tarixdən məhdudlaşdırıldığından, onun cəzaçəkmə müddətinin əvvəli də 0N may N0N4-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N97, 34N və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə N7 mart N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı əsgər Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduğundan və onun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin N93.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0N fevral N00N-ci il tarixli, 3N №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin N93.N və N93.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün N (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N80 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 35N-353, 35N, 358, 38N, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 33N.N.5-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 0N may N0N4-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N80 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-31/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-31/2024
06.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver