Məhkəmə qərarları › İş №1-1(092)-31/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-31/2025

22.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-31/2025 22.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Ordubad rayonunun Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN № xxxxxxx) evli, bir azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ordubad rayonunun Tivi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində 11 aprel N5-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin şərti olaraq “Batabat” adlandırılan 2-ci taborunda qumbaraatan manqasının komandiri vəzifəsində, MAHHX HQ kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən 26 yanvar N5-ci il tarixdə saat 18:00-dan 27 yanvar N5-ci il tarixdə saat 18:00-dək tabor üzrə tabor növbətçisi təyin edilmiş və növbədə olan zaman saat 03 radələrində tabor üzrə gün növbətçisi təyin edilmiş tabeliyində olan, həmin taborun 6-cı bölüyünün 2-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xidmət vaxtı ayaqyolundan gec gəldiyi üçün onun yataqxanada yata biləcəyini düşünüb cəza vermək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs taborun qərargah binasının girişində farağat vəziyyətində dayanmasına göstəriş vermiş, lakin əsgər Zərərçəkmiş şəxs bir müddət farağat vəziyyətində dayandıqdan sonra hərəkət etdiyini görüb yaxınlaşaraq hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs başından tutub alın nahiyəsinə başı ilə bir zərbə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən “sağ alın qabarı nahiyəsinin yumuşaq toxumalarının əziyi” xəsarətini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin şərti olaraq “Batabat” taborunun qumbaraatan manqasının komandiri vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs da həmin taborda xidmət etdiyini, onunla münasibətlərinin xidməti olduğunu, 26 yanvar N5-ci il tarixdə saat 18:00-dan 27 yanvar N5-ci il tarixdə saat 18:00dək xidmət etdiyi taborda tabor növbətçisi təyin edildiyini, onunla birlikdə taborun 6-cı bölüyündə xidmət edən əsgərlər Zərərçəkmiş şəxs, Kənan Rəsulov və Şahid2 da gün növbətçisi təyin edildiklərini, 26 yanvar N5-ci il tarixdə saat 17:00-da təyin olunmuş əsgərlərə birlikdə saat 18:00-da növbəni təhvil alıb xidmətə başladıqlarını, həmin gün saat 22 radələrində tabor növbətçisi üçün təyin olunmuş otaqda olduğu zaman əsgər Kənan Rəsulovla əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb təmizlik işlərini bitirdiklərini və istirahətə gedib-getməyəcəklərini soruşduqlarını, onların saat 22:00-dan saat 01:30-dək istirahət vaxtları olduğunu bildirib hər ikisini də yataqxanaya, istirahətə göndərdiyini, digər əsgər Şahid2 isə qərargah binasının girişində, ayıq növbədə xidmətini davam etdirdiyini, saat təqribən 01:30-da əsgər Şahid2 ona istirahət vaxtının olduğunu dedikdə ona digər əsgərləri yuxudan oyadıb xidməti dəyişməsini, sonra yatmağa getməsini dediyini, əsgər Şahid2 da gedib əsgər Zərərçəkmiş şəxsla əsgər K.Rəsulovu yuxudan oyadıb xidməti dəyişdiyini, təxminən 5 dəqiqə sonra istirahətdə olan əsgərlərin də gəlib xidmətlərini davam etdirdiklərini, saat təqribən 02 radələrində əsgər Zərərçəkmiş şəxs əsgər Kənan Rəsulova ayaqyoluna gedəcəyini deyərək qərargah binasının 2-ci mərtəbəsinə qalxdığını, tabor növbətçisinin otağının pəncərəsi açıq olduğu üçün əsgər Zərərçəkmiş şəxs dediklərini eşitdiyini, təxminən 30 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs xidmət yerində olmadığını görüb pəncərədən əsgər K.Rəsulovdan əsgər Zərərçəkmiş şəxs harada olduğunu soruşduqda Zərərçəkmiş şəxs ayaqyoluna getdiyini dediyini, əsgər Zərərçəkmiş şəxs gecikdiyi üçün yataqxanada yata biləcəyini düşündüyündən arxasınca yataqxanaya qalxıb ayaqyoluna getmiş, lakin əsgər Zərərçəkmiş şəxs ayaqyolunda görməyib yataqxanada olmasını düşünərək oraya getdiyini, yataqxana qaranlıq olduğundan alışqanı yandırıb çarpayların arasına baxan zaman kiminsə yataqxandan çıxdığını hiss etdib dəhlizə çıxdıqda yataqxanadan çıxan əsgərin Zərərçəkmiş şəxs olduğunu görüb onun dalıncan yataqxananın 1-ci mərtəbəsinə getdiyini, orada Zərərçəkmiş şəxs yaxınlaşıb biraz əvvəl harada olduğunu soruşduqda onun da ayaqyoluna getdiyini dediyini, Zərərçəkmiş şəxs yalan danışdığını deyib yataqxanada yatıb-yatmadığını soruşduqda onun da yatmadığını, sadəcə qarın nahiyəsində sancı olduğundan keçməsi üçün bir neçə dəqiqəliyə yataqxanada stulda oturduğunu dediyini, onun yalan danışmasını düşünərək cəza məqsədi ilə qərargah binasının girişində, sağ tərəfdə divarda asılmış şəkil lövhənin qarşısında farağatda, yəni tərpənmədən ayaqüstə dayanmağını tapşırdığını, əsgər Zərərçəkmiş şəxs da onun dediyi yerə gedib farağatda dayandığını, təxminən 30 dəqiqə farağat vəziyyətində dayandıqdan sonra sağa sola hərəkət etdiyini görüb əsəbiləşdiyi üçün otaqdan çıxaraq onun yanına gedib əsgər Zərərçəkmiş şəxs hərəkət etdiyinə görə ona irad bildirərək hər iki əli ilə onun başından tutub alın nahiyəsinə başı ilə bir zərbə vurduğunu, Zərərçəkmiş şəxs bir neçə saniyə onun üzünə baxıb ona yıxıldığını, əsgər Zərərçəkmiş şəxs özündə olmadığını görüb tez onu qucaqlayıb astaca yerə uzadaraq dilinin qatlandığını ehtimal edib sağ əli ilə onun yanaqlarından sıxdığını, bir neçə saniyə sonra onun özünə gəldiyini, tez ona stulda oturmağını deyərək özü də otağa gedib xidmətini davam etdirdiyini, 27 yanvar N5-ci il tarixdə saat 19 radələrində tabor komandiri, onu xidməti otağa, yanına çağırıb baş vermiş hadisədən məlumatının olduğunu və hansı səbəbdən əsgər Zərərçəkmiş şəxs vurduğunu soruşduqda hadisəni olduğu kimi ona danışdığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin 2-ci taborunun xidmət etdiyini, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs xidmət etdiyi vaxtdan görüb tanıdığını, 26 yanvar N5-ci il tarixdə saat 18:00-dan 27 yanvar N5-ci il tarixdə saat 18:00-dək əsgərlər Kənan Rəsulov və Şahid2la birlikdə tabor üzrə gün növbətçisi təyin edildiklərini, tabor növbətçisi isə MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs olduğunu, saat 18:00-da növbəni təhvil alıb xidmətə başladıqlarını, saat 22 radələrində əsgər Kənan Rəsulovla kiçik çavuş Təqsirləndirilən şəxs yaxınlaşaraq təmizlik işlərini bitirdiklərini və istirahətə getmələri üçün icazə alaraq əsgər K.Rəsulovla yataqxanaya istirahət getdiklərini, əsgər Şahid2 isə həmin vaxt xidmətini davam etdirdiyini, saat 01:30-da istirahət vaxtları qurtardığından xidmət yerinə qayıtdıqlarını və əsgər K.Rəsulovla əsgər Şahid2 xidməti təhvil alıb tabor növbətçisi üçün ayrılmış xidməti otağa gedib kiçik çavuş Təqsirləndirilən şəxs məruzə etmək istədiyini, lakin kiçik çavuş Təqsirləndirilən şəxs otaqda mobil telefonla danışdığı üçün ona məruzə edə bilməyib xidməti yerlərinə gedib xidmətlərini davam etdirdiyini, saat təqribən 02 radələrində qarnı bərk ağrıdığı üçün sanitar qovşağa getmək istədiyindən əsgər Kənan Rəsulova ayaqyoluna getmək istədiyini deyib qərargah binasının 2-ci mərtəbəsində yerləşən yataqxananın ayaqyoluna getdiyini, təxminən 10-15 dəqiqə sonra sanitar qovşaqdan çıxıb əl-üzünü yuyaraq qarın nahiyəsində sancı olduğu və yorğun olduğu üçün yataqxanada çarpayının yanındakı stulda oturduğunu, təxminən 5 dəqiqə sonra yataqxanada kiminsə alışqanın işığı ilə gəzdiyini görüb tez birinci mərtəbəyə, xidməti yerinə getdikdə əsgər yoldaşı K.Rəsulov ona kiçik çavuş Təqsirləndirilən şəxs onu axtardığını və yuxarı 2-ci mərtəbəyə qalxdığını bildirdiyini, təxminən 1-2 dəqiqə sonra kiçik çavuş Təqsirləndirilən şəxs oraya gələrək ona yaxınlaşıb biraz əvvəl harada olduğunu soruşduqda ayaqyolunda olduğunu bildirdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs ona yalan danışdığını, ayaqyoluna baxdığını və onun ayaqyolunda olmadığını deyərək ona qərargah binasının girişində, lövhənin qarşısında farağatda, ayaqüstə dayanmağını dediyini, o, isə kiçik çavuş Təqsirləndirilən şəxs dediyi yerə gedib farağatda dayanaraq heç bir yerə hərəkət etmədiyini, təxminən 30 dəqiqə farağat vəziyyətində dayandığı üçün ayaqları ağrıdığından təxminən dayandığı yerdən 2 metr sağa-sola hərəkət etdiyini, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs onun hərəkət etdiyini görüb otaqdan çıxaraq onun yanına gəlib ona hərəkət etdiyi üçün irad bildirərək anidən hər iki əli ilə onun başından tutaraq alın nahiyəsinə başı ilə möhkəm bir zərbə vurduğunu, həmin vaxt zərbənin təsirindən başı gicəllənərək arxaya doğru gedib sonra önə doğru gəldiyini, özünü saxlamaq istəyərkən anidən huşunu itirdiyini, daha sonra yerdə uzandığını və kiçik çavuş Təqsirləndirilən şəxs əli ilə onun yanaqlarını sıxdığını hiss edib özünə gəldiyini, Təqsirləndirilən şəxs onun sağ əlindən tutub ayağa qaldırıb özünü necə hiss etdiyini soruşduqda yaxşı olduğunu dediyini, Təqsirləndirilən şəxs tez ona gedib oturmasını tapşırdığını, o, isə stulda oturub xidmətini davam etdirdiyini, həmin vaxt başının ön və arxa tərəfində zəif ağrılar hiss etdiyini, saat 18:00-da növbəni təhvil verib əsgər yataqxanasına getdikdən sonra başının ağrıdığını görüb əl-üzünü yuyan zaman güzgüyə baxdıqda alın nahiyəsinin sağ tərəfində şişkinlik və qızartı olduğunu görüb yataqxanaya gedərək bölüyün 2-ci tağımının 2-ci manqasının komandiri MAHHXHQ əsgər Şahid3 yaxınlaşıb başının ağrıdığını və alın nahiyəsinin şişdiyini dediyini, MAHHXHQ əsgər Şahid3 ondan nə baş verdiyini soruşduqda o, hadisə barədə olduğu kimi ona danışdığını, sonra baş vermiş hadisə barədə bölüyün baş çavuşu gizir Rəsul Aslanovun və tabor komandiri İlkin İbrahimovun da məlumatı olduğunu, növbəti gün 205 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda müayinə olunan zaman alın nahiyəsinin sağ tərəfində xəsarət aşkar olunduğunu, kiçik çavuş Təqsirləndirilən şəxs törətdiyi əmələ görə ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində xx.xx.N5-ci il tarixdə saat 18:00-da günlük əsgərlər Zərərçəkmiş şəxs və Şahid2la birlikdə tabor üzrə gün növbətçiləri, tabor növbətçisinin isə MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs təyin edildiyini, saat 21 radələrində əsgər Zərərçəkmiş şəxsla birlikdə tabor növbətçisi Təqsirləndirilən şəxs yaxınlaşıb təmizlik işləri bitdikdən sonra istirahətə getmələri üçün icazə alaraq yataqxanaya istirahətə getdiklərini, əsgər Şahid2 isə silah otağının qarşısında xidmətini davam etdirdiyini, saat 01:30-da əsgər Şahid2 yataqxanaya gəlib növbəni dəyişmək üçün onu və əsgər Zərərçəkmiş şəxs yuxudan oyatdığını, saat 02 radələrində əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb sanitar qovşağa getmək istədiyini dediyini, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs tabor növbətçisinin otağında telefonla danışdığı üçün əsgər Zərərçəkmiş şəxs məlumat vermədiyini, təxminən 15 dəqiqə sonra kiçik çavuş Təqsirləndirilən şəxs tabor növbətçisi üçün ayrılmış otağın pəncərəsindən əsgər Zərərçəkmiş şəxs harada olduğunu soruşduqda, ona sanitar qovşağa getdiyini dediyini, kiçik çavuş Təqsirləndirilən şəxs isə əsgər Zərərçəkmiş şəxs ayaqyolunda olduğuna əmin olmaq üçün qərargah binasının 2-ci mərtəbəsində yerləşən yataqxanaya qalxdığını, təxminən 5 dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs yataqxanadan qərargahın 1-ci mərtəbəsinə endiyini, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs da aşağı enib onların yanlarına gələrək və əsgər Zərərçəkmiş şəxs harada olduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ayaqyoluna getdiyini və qarın nahiyəsində sancı olduğu üçün bir neçə dəqiqəliyə yataqxanada oturduğunu bildirdiyini, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yalan danışmamasını, yataqxanada yatıb-yatmadığını soruşaraq ona qərargah binasının girişində farağatda dayanması barədə göstəriş verərək, özü isə tabor növbətçisinin otağına getdiyini, əsgər Zərərçəkmiş şəxs farağat komandasında təxminən 30 dəqiqə müddətində tərpənmədən dayandıqdan sonra dayandığı yerdən ayrılıb o, tərəf bu tərəfə hərəkət etməyə başladığını və daha sonra durduğu yerə qayıtdığını, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs tabor növbətçisinin otağından çıxıb əsgər Zərərçəkmiş şəxs yanına yaxınlaşaraq onunla üz-üzə durub hərəkət etdiyi üçün irad bildirib anidən hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs başından tutub alın nahiyəsindən başı ilə bir zərbə vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs anidən huşunu itirərək Təqsirləndirilən şəxs üzərinə yıxıldığını, dərhal əsgər Zərərçəkmiş şəxs yıxıldığını görüb onun yanlarına getdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs astaca yerə uzadıb sağ əli ilə yanaqlarından sıxdığını, təxminən bir neçə saniyə sonra əsgər Zərərçəkmiş şəxs özünə gələrək və kiçik çavuş Təqsirləndirilən şəxs köməkliyi ilə ayağa qalxaraq xidmətlərini davam etdirdiyini, arada həmin gün, xidmət vaxtı əsgər Zərərçəkmiş şəxs ona başının arxasınında ağrıdığını dediyini, saat 18 radələrində növbəni təhvil verib yataqxanaya getdikdən sonra yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs onun yanına gəlib alın nahiyəsinin şişdiyini dediyini, həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs alın nahiyəsinə baxan zaman sağ tərəfində şişkinlik və qızartı olduğunu görüb ona tibb məntəqəsinə müraciyət etməsini bildirdiyini, axşam saatlarında baş vermiş hadisə barədə hərbi hissədə araşdırma başlanıldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 26 yanvar N5-ci il tarixdə saat 18:00-dan 27 növbəti gün saat 18:00-dək bölüyün əsgərləri Kənan Rəsulov və Zərərçəkmiş şəxsla birlikdə tabor üzrə gün növbətçisi, tabor növbətçisi isə MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs təyin olunduqlarını, saat 18 radələrində növbəni təhvil alıb xidmətə başladıqlarını, saat 22:00-da təlimata uyğun olaraq əsgərlər K.Rəsulovla Zərərçəkmiş şəxs istirahətə getdiklərini, özünün isə o, qərargahin giriş qapısının yanına gedib xidmətini davam etdirdiyini, saat 01:30-dək xidmət etdikdən sonra xidmət yerini əsgər K.Rəsulovla Zərərçəkmiş şəxs təhvil verib istirahətə getdiyini, saat 05:30-da isə yenidən xidmət yerinə qayıdıb silah otağının qarşısında xidmətini davam etdirdiyini, 27 yanvar N5-ci il tarixdə saat 18:00-da xidmətini təhvil verib yataqxanaya getdiyini, həmin gün xidmət vaxtı nə baş verməsindən xəbəri olmasa da sonradan xidmət zaman MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs alın nahiyəsindən bir kəllə zərbəsi vurduğunu və bu səbəbdən alın nahiyəsinin şişdiyini öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 27 yanvar N5-ci il tarixdə saat 19 radələrində taborun yataqxanasında olan zaman xidmət etdiyi bölüyün əsgəri Zərərçəkmiş şəxs ona yaxınlaşıb başının ağrıdığını və alın nahiyəsində şiş olduğunu dediyini, onun alın nahiyəsinə baxan zaman alın nahiyəsinin sağ tərəfində şişkinlik və qızartı olduğunu görüb əsgər Zərərçəkmiş şəxs alın nahiyəsinə nə olduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə gün növbətçisi olduğu zaman baş verən hadisəni olduğu kimi ona danışdığını göstərdi. Cinayət işi üzrə 1-cild iş vərəqə 72-də olan məhkəmə-tibbi ekspertin 07 fevral N5-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “sağ alın qabarı nahiyəsinin yumşaq toxumalarının əziyi” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir, hadisənin baş verdiyi tarixdə və şəraitdə, yəni başla zərbə vurulması nəticəsində əmələ gəlməyə uyğun olduğu və sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarət olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 17-də olan inayət işi materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N5-ci il tarixdə “alın nahiyəsinin küt travması” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır Cinayət işi üzrə 1-cild iş vərəqə 16-da olan N №-li hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti kapitanı X4 hərbi hissə komandanlığına ünvanlandığı 28 yanvar N5-ci il tarixli raportdan görünür ki, əsgər Zərərçəkmiş şəxs 28 yanvar N5-ci il tarixdə “alın nahiyəsinin küt travması” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 48-də olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 28 yanvar N5-ci il tarixli arayışda hərbi hissənin 2-ci taborunun qumbaraatan manqasının komandiri-qumbaraatanı vəzifəsində xidmət edən MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs ilə həmin taborun 6-cı bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında 27 yanvar N5-ci il tarixdə tabelik münasibəti olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 83-də olan Hərbi-Həkim Komissiyasının 13 fevral N5-ci il tarixli 492 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə 1-cild iş vərəqə 96-da olan Naxçıvan MR Səhiyyə Nazirliyi Yaqub Budaqov adına X3 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. X1 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş digər sənədlərdən görünür ki, N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli 174 nömrəli əmrindən çıxarışda MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs X12 X9 üzrə müavinin xx.xx.N3-cü il tarixli 051əç əmri ilə hərbi hissənin 5-ci motoatıcı taborunun 15-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 304 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs hərbi hissənin 5-ci motoatıcı taborunun 15-ci bölüyünün 1ci taqımının 2-ci manqasının komandiri vəzifəsindən hərbi hissənin 2-ci taborunun qumbaraatan manqasının komandiri-qumbaratanı vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N mart N0-cu il tarixli 13 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs kiçik çavuş hərbi rütbəsi verildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Ordubad rayon İcra Hakimiyyətinin Tivi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 aşağıdaki ailə üzvüləri vardır.

1. xx.xx.1995-ci il doğumlu arvadı X13

2. xx.xx.N7-ci il doğumlu azyaşlı oğlu X6 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X5 əvvəllər məhkum olunmamasını, gənc olmasını, törətmiş olduğu cinayət üzrə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, xidmətini davam etdirmək arzusunda olmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası təqsirləndirilən şəxs X5 xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə məhkəmədə X5 hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel N5-ci il tarixli, 141 saylı əmrinin icrası ilə ələqadar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖКМ ЕТDİ:

X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 12 (on iki ) faiz məbləğdə pul tutularaq dövlət nəfinə ödənilsin. Cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası X5 xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə, xidmət yerini dəyişdiyi hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə məhkəmədə X5 hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel N5-ci il tarixli, 141 saylı əmrinin icrası ilə ələqadar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmış beş) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar