Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-32/2020 14.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 kаtibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1991-ci ildə Şərur rayonunun Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, iki uşaq atası, tam orta təhsilli, Şərur rayonunun Arbatan kəndində daimi qeydiyyatda olmaqla N №-li hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasında baş atıcı vəzifəsində xidmət edən hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabor növbətçisi baş leytenant Zərərçəkmiş şəxs çiynindən tutaraq qarın nahiyəsinə təpik zərbəsi vurmaqla rəisə qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N sentyabr 2020-ci il tarixdə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsi tərəfindən hərbi təlim toplanışına cəlb edilərək, N №-li hərbi hissənin Şərur rayonunun Dəmirçi kəndi ərazisində yerləşən 3-cü taborunda manqa komandiri vəzifəsində xidmət edərkən, 02 oktyabr 2020-ci il tarixdə saat 07:20 radələrində növbəsini gözləmədən silah otağına daxil olub tabor növbətçisi baş leytenant Zərərçəkmiş şəxs silahını istəmiş, sonuncu ondan silah otağından çıxmasını tələb etdikdə əsəbiləşib narazı şəkildə piramidaya yumruqla vuraraq oradan çıxmış və daha sonra silah otağına qayıdaraq onunla təklikdə söhbət edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs bu barədə tabor komandirinə məruzə etdiyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “...Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” və 38-ci maddəsində nəzərdə tutulan “...Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozub silah otağının qarşısında baş leytenant Zərərçəkmiş şəxs çiynindən tutaraq qarın nahiyəsinə təpik zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 02 oktyabr 2020-ci ildə taborun şəxsi heyəti səhər yeməyindən sonra təlim yerlərinə getmək üçün yataqxananın qarşısında düzülüb növbəli şəkildə silah otağından silahlarını aldıqlarını, saat 07:20 radələrində hava bir az soyuq olduğundan üşüdüyünü, əlini cibinə qoyub silah otağına daxil olduğunu, tabor növbətçisi baş leytenant Zərərçəkmiş şəxs “komandir, mənə silahımı ver” dediyini, Zərərçəkmiş şəxs isə ona uca səslə irad tutub “sən çıx çölə” dediyini, həmin vaxt silah otağında olan bölük komandiri baş leytenant Şahid4 silahını verməsini xahiş etdiyini, bu zaman baş leytenant Zərərçəkmiş şəxs komanda verərək 7-ci bölüyün şəxsi heyətini silah otağından çıxardığını, baş leytenant Zərərçəkmiş şəxs ona görə bölüyü silah otağından çıxarmasına əsəbiləşib həmin vaxt sağ əli ilə boş piramidaya yumruq vuraraq alçaq səslə “imkan verin xidmətimizi edək” dediyini və silah otağından çıxdığını, bir az sonra təkrar yataqxanaya daxil olub silah otağında baş leytenant Zərərçəkmiş şəxs yaxınlaşıb “növbəni təhvil verdikdən sonra təklikdə söhbət edərik” dediyini, Zərərçəkmiş şəxs isə ona cavabında “səninlə necə söhbət edəcəyimi mən bilirəm” dediyini, bundan sonra silah otağından çölə çıxdığını, yataqxananın qarşısında sırada olarkən Zərərçəkmiş şəxs yataqxanadan çıxıb qərargaha doğru getməsini gördüyünü, həmin vaxt bölük komandiri Şahid4 də orada olduğunu, ona yeriməyindən Zərərçəkmiş şəxs onu şikayət etməyə getdiyini dediyini, təxminən 5 dəqiqə sonra baş leytenant Şahid4 ona tabor komandiri mayor Rusif Atayev çağırdığını dediyini, bölük komandiri Şahid4lə qərargaha tabor komandirinin otağına getdiyini, otaqda olarkən mayor R.Atayevin ona irad tutaraq “zabitlə o nə cür danışıqdı, zabitə hörmətsizlik edirsən, piramidaya yumruq atırsan, zabitə demisən ki, silahımı və mərmi ver səni vuracam” dediyini, onun mayor R.Atayevin sözünü kəsib belə bir ifadə işlətmədiyini bildirdiyini, tabor komandirinin bu barədə məruzə elədiyini bildirib onları otağından çıxardığını, otaqdan çıxdıqdan sonra bölük komandiri Şahid4 qərargahın qarşısında qaldığını, özünün isə tabor komandiri irad tutduğundan əsəbiləşdiyi üçün yataqxanaya gəldiyini və “hanı o leytenantdı, ya baş leytenantdı” deyib Zərərçəkmiş şəxs axtardığını, bu zaman baş leytenant Zərərçəkmiş şəxs “məni çağırırsan?” deyib silah otağının qapısına gəldiyini, ona “niyə işlətmədiyim ifadəni gedib tabor komandirinə deyirsən, adam kişi olar” dediyini, Zərərçəkmiş şəxs daraqlar yerləşdirmək üçün jilet geyindiyindən rütbəsinin tam görünmədiyini, ona “bilmirəm sən leytenantsan, ya baş leytenantsan, sənə kim olduğumu göstərəcəm” deyərək rütbəsindən tutduğunu, bu zaman Zərərçəkmiş şəxs əli ilə onun əlini aşağı saldığını, bu zaman bir az arxaya çəkilib Zərərçəkmiş şəxs sinəsindən təpiklə vurduğunu, onun büdrəyib arxaya doğru silah otağına tərəf getdiyini və əli ilə yeşiyə dayanıb durduğunu, həmin vaxt orada olan hərbi qulluqçuların onları araladıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs ona “sən dovşansan, burdakı digər əsgərlər kimi xidmət edə bilmədin, sən elə edirsən ki, səni hərbidən qovsunlar” dediyini, onun isə həmin vaxt əsəbiləşdiyindən Zərərçəkmiş şəxs “istər döyüş hazırlığında, istər atəş hazırlığında, istərsə də əlbəyaxa döyüşdə səninlə qarşılaşmağa hazıram” dediyini, daha sonra onları aralaşdırdıqlarını, həmin gün hərbi hissəyə gətirildiyini, orada izahatının alındığını, daha sonra təhqiqat xidmətində Zərərçəkmiş şəxs zor tətbiq edib vurduğuna görə araşdırma aparılaraq barəsində cinayət işi başlandığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 01 oktyabr 2020-ci il tarixdə tabor üzrə növbətçi təyin olunduğunu, 02 oktyabr 2020-ci il tarixdə saat 07:20 radələrində şəxsi heyət məşğələ yerlərinə hərəkət etməzdən əvvəl silah otağında bölmə komandirlərinin iştirakı ilə silah payladığını, ardıcıl olaraq bir neçə bölməyə silah verdiyini, növbədə 7-ci bölüyün şəxsi heyətinin olduğunu, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əli cibində növbəsiz silah otağına daxil olaraq “komandir mənə silahımı ver” dediyini, əli cibində olduğuna və sırasını gözləmədən içəri daxil olub silahını istədiyinə görə ona çölə çıxmasını dediyini, onun isə buna əhəmiyyət verməyib həmin vaxt silah otağında olan bölük komandiri baş leytenant Şahid4 “silahımı götürüm çıxım” dediyini, Təqsirləndirilən şəxs onun sözlərinə əhəmiyyət vermədiyini görüb 7-ci bölüyün şəxsi heyətinin silah otağından çölə çıxması göstərişini verdiyini, bundan sonra Təqsirləndirilən şəxs əsəbiləşib boş piramidaya yumruqla vurub nəsə dediyini və silah otağından çıxdığını, həmin vaxt silah otağının qarşısında kiməsə “mənə daraq verməyin, versəniz bir nəfərin qarnına dolduracam” deməsini eşitdiyini, bir az sonra Təqsirləndirilən şəxs təkrar silah otağına gəlib ona “növbəni təhvil verəndən sonra səninlə təkbətək söhbət edəcəm” dediyini, onun da “sənlə necə söhbət edəcəyimi bilirəm” dediyini, silah verməyi dayandırıb tabor komandiri mayor Rusif Atayevin otağına getdiyini və əsgər Təqsirləndirilən şəxs intizamsızlığı barədə məruzə edərək əli cibində silah otağına daxil olub növbəsini gözləmədən silahını istədiyini, çıxması barədə göstəriş versə də, buna əməl etmədiyini, tərbiyəsizlik edib piramidaya yumruq atdığını, subordinasiya qaydalarını pozaraq onu təkbətək söhbətə çağırdığını dediyini, mayor R.Atayevin ona əsgərin bölmə komandiri ilə yanına gəlməsini tapşırdığını, otaqdan çıxıb baş leytenant Şahid4 bu barədə dediyini, sonra silah otağına qayıdıb bölmələrə silah verməyə davam etdiyini, həmin vaxt tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Şahid5 yanına gəlib nə baş verməsini soruşanda əsgər Təqsirləndirilən şəxs hörmətsizlik edib subordinasiya qaydalarını pozduğunu, silah otağının qarşısında kiməsə darağı qarnına boşaldacağını deməsini bildirdiyini, söhbətdən sonra Şahid5 oradan getdiyini, təxminən 15 dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs yataqxanaya daxil olub uca səslə “hanı o leytenantdı, ya baş leytenantdı?” dediyini, silah otağının qapısının qabağına çıxıb “məni çağırırsan?” dediyini, onun lap yanına yaxınlaşıb “adam kişi olar, getdin sukalıq edib məni məruzə etdin, mən bilmirəm sən leytenantsan, ya baş leytenantsan, sənə kim olduğunu göstərəcəm” dediyini və sağ əli ilə onun sol paqonundan tutduğunu, həmin vaxt əynində daraqlar üçün nəzərdə tutulmuş jilet olduğundan paqonunun bir hissəsinin görünmədiyini, sol əli ilə onun əlindən vurub geri qaytardığını, bu zaman Təqsirləndirilən şəxs bir az geriyə çəkilib sağ ayağı ilə onun qarın nahiyəsinə təpiklə vurduğunu, geriyə doğru gedib əlini yeşiyə atıb özünü saxladığını, orada olan hərbi qulluqçuların araya girib onları tutub saxladıqlarını, bu zaman Təqsirləndirilən şəxs ona “gedirəm amma sənlə görüşəcəm” dediyini, onun isə “sən dovşansan, gücün çatmadı burdakı əsgərlər kimi xidmət edəsən, belə edirsən ki, səni hərbidən qovsunlar” dediyini, Təqsirləndirilən şəxs isə “istər döyüş hazırlığında, istər atəş hazırlığında, istərsə də əlbəyaxa döyüşdə səninlə qarşılaşmağa hazıram, gəl təkbətək görüşək” dediyini, orada olan hərbi qulluqçuların Təqsirləndirilən şəxs tutub apardığını, onun isə silah otağında qalıb xidmətini davam etdirdiyini, Təqsirləndirilən şəxslə barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində baş leytenant Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının 1-dən 2-nə tabor üzrə növbətçi təyin edildiyini, oktyabrın 2-də səhər yeməyindən sonra baş leytenant Dadaşovun bölmələrin silahlarını verdiyini, saat 07:45 radələrində silah otağının qarşısında gözlədiyini, orada olduğu vaxt əsgər Təqsirləndirilən şəxs silah otağının qarşısında baş leytenant Dadaşova “mən bilmirəm sən leytenantsan, baş leytenantsan, sənə kim olduğumu göstərəcəm” deyib onun paqonundan yapışdığını, Zərərçəkmiş şəxs da onun əlini aşağı saldığını, əlini aşağı salanda əsgər Təqsirləndirilən şəxs təpiklə baş leytenant Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs arxaya doğru silah otağına tərəf gedib əlini arxada olan yeşiyə atıb özünü saxladığını, ondan başqa baş leytenant Şahid3 və əsgər Səfər Ələkbərovun da orada olduğunu, onları ayırdıqlarını, Təqsirləndirilən şəxs çölə çıxaranda “mən gedirəm, amma səninlə görüşəcəm” dediyini, baş leytenant Dadaşov da ona “sən dovşansan, buradakı əsgərlər kimi xidmət edə bilmirsən, belə edirsən ki, səni hərbidən qovalasınlar” dediyini, əsgər Təqsirləndirilən şəxs də “istəsən kross qaçarıq, istəsən təkbətək görüşərik, naryadı təhvil verin sizinlə görüşəcəm” dediyini, lakin onları aralaşdırdıqlarından aralarında başqa dalaşma olmadığını, həmin gün Təqsirləndirilən şəxs hərbi hissəyə apardıqlarını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində baş leytenant Zərərçəkmiş şəxs 2020-ci ilin oktyabr ayının 1-dən 2-dək tabor üzrə növbətçi təyin edildiyini, 02 oktyabr 2020-ci ildə səhər yeməyindən sonra silahları və daraqları təhvil almaq üçün silah otağının qarşısında düzüldüklərini, həmin vaxt silah-sursatı tabor üzrə növbətçi baş leytenant Zərərçəkmiş şəxs verdiyini, silah otağının qarşısında dayanıb gözləyərkən əsgər Təqsirləndirilən şəxs silah otağından çıxıb harasa getdiyini, təxminən 5 dəqiqə sonra yenidən əlləri cibində oraya qayıdıb silah otağına daxil olaraq baş leytenant Dadaşova “mən bilmirəm leytenantsan, baş leytenantsan, sənə kim olduğumu göstərəcəyəm” dediyini, baş leytenant Zərərçəkmiş şəxs onun qarşısına gəlib silah otağının girişində dayanaraq “sən mənə rütbə vermisən?” dediyini, bu vaxt Təqsirləndirilən şəxs əlini atıb onun paqonundan tutub dartdığını, Zərərçəkmiş şəxs isə əli ilə onun əlindən tutub kənara itələdiyini, bu zaman Təqsirləndirilən şəxs təpiklə bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vurduğunu, zərbənin təsirindən Zərərçəkmiş şəxs arxaya gedib əlini atıb silah yeşiyindən tutaraq özünü saxladığını, Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs tərəf getmək istəyəndə onun, MAHHXHQ əsgər Qubanəli Orucovun və baş leytenant Şahid3 araya girib onları aralaşdırdıqlarını, bundan sonra Təqsirləndirilən şəxs baş leytenant Zərərçəkmiş şəxs “mən gedirəm, amma səninlə görüşəcəm” dediyini, Zərərçəkmiş şəxs isə ona “sən dovşansan, çatdırmadı, buradakı əsgərlər kimi xidmət edəsən, belə edirsən ki, səni hərbidən qovalasınlar” dediyini, Təqsirləndirilən şəxs də ona “istər döyüş hazırlığında, istər atəş hazırlığında, istərsə də əlbəyaxa döyüşdə səninlə qarşılaşmağa hazıram, gəl təkbətək döyüşək” dediyini, bunları dedikdən sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşıb getdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində baş leytenant Zərərçəkmiş şəxs 01 oktyabr 2020-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixədək tabor üzrə növbətçi təyin olunduğunu, 02 oktyabr 2020-ci il tarixdə səhər yeməyindən sonra taborun bütün bölmələrinin silah almaq üçün silah otağının qarşısında düzüldüklərini, növbəli şəkildə silahları götürüb təlim yerinə gedilməli olduğunu, saat 07:20-də 7-ci bölüyün şəxsi heyətinin silahlarını aldığını, həmin vaxt o da silah otağında bölüyün şəxsi heyətinə silahların verilməsinə nəzarət etdiyini, bu zaman əsgər Təqsirləndirilən şəxs əli cibində silah otağına daxil olduğunu və baş leytenant Zərərçəkmiş şəxs “komandir, mənim silahımı ver” dediyini, baş leytenant Zərərçəkmiş şəxs isə ona uca səslə “sən çıx çölə” dediyini, Təqsirləndirilən şəxs isə həmin vaxt ona “silahımı götürüm, çıxım” dediyini, baş leytenant Zərərçəkmiş şəxs bu zaman onun hərəkətlərindən əsəbiləşib 7-ci bölüyün şəxsi heyətini silah otağından çıxardığını, buna əsəbləşən Təqsirləndirilən şəxs əli ilə piramidaya vurub çölə çıxdığını, bir az sonra yenidən silah otağına gəlib Zərərçəkmiş şəxs “növbəni təhvil ver, səninlə təklikdə söhbət edəcəyəm” dediyini, Zərərçəkmiş şəxs isə ona “mən səninlə necə söhbət edəcəyimi bilirəm” dediyini və Təqsirləndirilən şəxs silah otağından çıxardığını, daha sonra özünün 7-ci bölüyü yataqxananın qarşısında düzdüyünü, həmin vaxt baş leytenant Zərərçəkmiş şəxs yataqxanadan çıxıb qərargaha doğru getməsini gördüyünü, yanında olan Təqsirləndirilən şəxs ona “yeriməyindən bilinir ki, gedib məni şikayət edəcək” dediyini, bir az sonra Zərərçəkmiş şəxs ona yaxınlaşıb “əsgərin intizamsızlığı barədə tabor komandirinə məruzə etmişəm, sizi otağında gözləyir” dediyini, onun da Təqsirləndirilən şəxslə tabor komandiri mayor Rusif Atayevin otağına getdiyini, otaqda mayor R.Atayevin əli ilə piramidaya yumruq atdığına və zabiti söhbətə çağırdığına görə Təqsirləndirilən şəxs irad tutduğunu, sonra otaqdan çıxdıqlarını, özünün qərargahın qabağında qaldığını, ancaq əsgər Təqsirləndirilən şəxs yataqxanaya getdiyini, bir az sonra Təqsirləndirilən şəxs silah otağına gedib Zərərçəkmiş şəxs qarın nahiyəsindən təpiklə vurmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 baş leytenant Zərərçəkmiş şəxs 01 oktyabr 2020-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixədək tabor üzrə növbətçi təyin olunduğunu, 02 oktyabr 2020-ci ildə səhər yeməyindən sonra tabor komandiri mayor R.Atayevin onu yanına çağırıb baş leytenant Zərərçəkmiş şəxs bir əsgərin ona hörmətsizlik etdiyini, həmin məsələni araşdırmasını tapşırdığını, onun da yataqxanaya gedib silah otağında baş leytenant Zərərçəkmiş şəxs nə baş verməsini soruşduqda onun əsgər Təqsirləndirilən şəxs icazəsiz silah otağına daxil olduğunu, silah otağından çıxması barədə verdiyi tapşırığı yerinə yetirmədiyini, piramidaya yumruq atdığını, tərbiyəsizlik edərək onu söhbətə çağırdığını, kiməsə ona daraq verilməməsini, verilsə darağı onun qarnına boşaldacağını dediyini, daha sonra yataqxananın qarşısında Təqsirləndirilən şəxs hadisə barəsində maraqlanıb Zərərçəkmiş şəxs darağı qarnına doldurması ifadəsini işlədib işlətməməyini soruşanda onun cavabında belə bir ifadə işlətmədiyini dediyini, sonra bu barədə tabor komandirinə məruzə etdiyini, tabor komandirinin otağında olarkən baş leytenant Şahid4lə əsgər Təqsirləndirilən şəxs otağa daxil olduqlarını, mayor R.Atayevin Təqsirləndirilən şəxs “o nə cür danışıqdı zabitlə danışırsan, yumruqla piramidaya vurursan?” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs onun sözünü kəsdiyinə görə mayor R.Atayevin bölük komandirinə əsgəri aparmağı tapşırdığını, onlar otaqdan çıxdıqdan sonra mayor Atayevin onların izahatlarını almasını, məruzə olunacağını dediyini, daha sonra Təqsirləndirilən şəxs tabor komandirinin yanından çıxdıqdan sonra silah otağına gedərək tabor komandirinə məruzə olunduğuna görə baş leytenant Zərərçəkmiş şəxs təpiklə vurduğunu öyrəndiyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildi. Cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 222 №-li, ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 7-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli, 274 №-li əmrindən çıxarışdan görünür ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs 3-cü motoatıcı taqımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 297 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü taborun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsindən görünür ki, N №-li hərbi hissə komandirinin vermiş olduğu 04 oktyabr 2020-ci il tarixli 4450 №-li arayışına əsasən hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs ilə baş leytenant Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri vardır. Cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli 2232 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 74-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi, iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini də nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Məhkəmə təyin edilmiş cəzanı təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, sınaq müddəti verilməklə şərti olaraq tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 08 (səkkiz) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-32/2020
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-32/2020
14.12.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver