Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-32/2023 20.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X13 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2000-ci ildə Şərur rayonunun Axura kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şərur rayonunun Havuş kəndində yaşayan, N №-li hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində xidmət etmiş, hal-hazırda N №-li hərbi hissə komandirinin sərəncamında olan, 01 avqust N3-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Sədərək rayonu ərazisində yerləşən 4-cü taborunun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 19 iyun N3-cü ildə saat 18 radələrində şərti olaraq “Ucubiz” adlandırılan mövqedə tabeliyində olan əsgər Zərərçəkmiş şəxs su gətirməsini istəmiş, Zərərçəkmiş şəxs içərisində su olan 10 litrlik plastik qabını stolun üzərinə qoyarkən əlindən sürüşüb sərt şəkildə stola dəydiyindən əsəbləşərək sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən sillə zərbəsi vurmuş, daha sonra yaxasından tutub dartaraq onu mövqenin yataqxanasının arxa tərəfinə aparıb orada sonuncunun yaxasından itələyərək kürəyini yataqxananın divarına çırpmış, sağ əli ilə sifətinin sol tərəfindən sillə, sol qolundan yumruq zərbələri vurub ona dərəcəsi təyin edilməyən “bədənin müxtəlif nahiyələrinin sıyrıq və qançırları” xəsarətlərini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində N1-ci ilin oktyabr ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etdiyini, xidmət yerinin Sədərək rayonunun ərazisində yerləşən, şərti adı “Ucubiz” olan döyüş mövqeyi olduğunu, “Ucubiz” mövqeyində xidmət etdiyi müddət ərzində əsgər Zərərçəkmiş şəxs onun komandiri olduğu manqada xidmət etdiyini, özünün əsgər Zərərçəkmiş şəxs manqa komandiri, bilavasitə rəisi olduğunu, “Ucubiz” mövqeyində N nömrəli hərbi hissənin zenit raket artilleriya batareyasının 3 nəfərdən ibarət bir manqasının da xidmət apardığını, 19 iyun N3-cü ildə “Ucubiz “ mövqeyində olarkən 20 iyun N3-cü ildə mövqeyə ordu qərargahından yoxlamalar gələcəyi üçün şəxsi heyətə mövqedə təmizlik işləri görülməsini, yır-yığış edilməsini, səliqəsəhman yaradılmasını tapşırdığını, saat 18 radələrində də mövqenin həyətində görülən işlərə nəzarət etdiyini, mövqenin yataqxanasının ön tərəfində olan besetkada stol qoyub oturduğunu, bu vaxt zenit raket artileriya batareyasının “Ucubiz” mövqeyində xidmət aparan MAHHXHQ-su əsgər Şahid1 müşahidədən gəlib onun yanında oturduğunu, Şahid1 plastik qaba gilas yığaraq onu əlində çalxaladığını, onun su istədiyini, Şahid1 səsinə yataqxanadan əsgər Zərərçəkmiş şəxs çıxdığını və Şahid1 əsgər Zərərçəkmiş şəxs su gətirməsini dediyini, Zərərçəkmiş şəxs də su gətirmək üçün yataqxanaya getdiyini, təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs hələ də su gətirmədiyini görüb onun arxasınca yataqxanaya getdiyini, yataqxanaya daxil olarkən əsgər Zərərçəkmiş şəxs içəridə oturduğunu görüb ondan suyu niyə gətirmədiyini soruşduğunu, onun da yadından çıxdığını dediyini, suyu çölə gətirmsini deyib yataqxanadan çıxıb yenidən besetkaya getdiyini, bu vaxt əsgər Zərərçəkmiş şəxs içərisində su olan 10 litrlik plastik su qabını götürüb çölə gəldiyini, su qabını onların oturduqları stolun üzərinə sərt şəkildə qoyduğunu, bu zaman su qabının Zərərçəkmiş şəxs əlindən düşərək stola çırpıldığını və ya onun tərəfindən qəsdən bu vəziyyətin yaradıldığına fikir vermədiyini, onun su qabını stola çırpılmasından əsəbləşib “neynirsən a bala?” dediyini, Zərərçəkmiş şəxs də “görmədiniz, əlimdən düşdü da” deyə cavab verdiyini, bu vaxt Zərərçəkmiş şəxs kobud cavab verməsindən əsəbləşdiyini, ayağa duraraq sol əli ilə Zərərçəkmiş şəxs sifətinə sillə zərbəsi atanda Zərərçəkmiş şəxs onun sol qolundan itələyib onu vurmağına mane olduğunu, onun bu hərəkətindən daha da acıqlandığını, sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə bir sillə zərbəsi vurduğunu, daha sonra Zərərçəkmiş şəxs başa salmaq üçün onun əynində olan qısaqol köynəyin yaxasından tutub onu besetkanın olduğu yerdən yan tərəfə, yəni yataqxananın arxasına apardığını, orada əsgər Zərərçəkmiş şəxs su qabını stola çırpmasının səbəbini soruşduğunu, daha sonra onun yaxasından itələdiyini, bu zaman onun arxaya doğru gedərkən ayağının yerdəki daşa ilişdiyini və kürəyinin yataqxananın divarına çırpıldığını, sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən bir sillə zərbəsi və sol qolundan iki yumruq zərbəsi vurduğunu, yumruq zərbəsinin birinin onun qoluna dəydiyini, ikincisinin isə qolunu yavaş sürtüb keçdiyini, həmin vaxt orada olan MAHHXHQsu əsgər Şahid1 onları aralaşdırdığını, həmin vaxt səsə əsgər Şahid2 və əsgər Şahid3 da onların yanına gəldiyini, dediklərindən başqa özünün əsgər Zərərçəkmiş şəxs zərbə vurmadığını, daha sonra yataqxananın qarşısına gedib oturub sakitləşdiyini, hadisədən təqribən 5-10 dəqiqə sonra özünün əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq, bir anlıq əsəbləşdiyini bildirərək, ondan üzr istədiyini, Zərərçəkmiş şəxs də onu başa düşdüyünü və bağışladığını, baş vermiş bu hadisə barədə heç kəsə məruzə etmədiyini, lakin 20 iyun N3cü ildə mövqeyə gələn yoxlama heyəti tərəfindən hadisənin aşkarlandığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, yeni evli olduğunu, arvadının 6 aylıq hamilə olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının atıcısı vəzifəsində xidmət edərkən xidmət yerinin şərti olaraq “Ucubiz” adlandırılan döyüş mövqeyi olduğunu, həmin mövqedə 13-cü bölüyün bir manqasının şəxsi heyətinin və N nömrəli hərbi hissənin zenit-raket artileriya batareyasının bir manqasının şəxsi heyətinin xidmət apardığını, həmin mövqenin post böyüyünün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs onun manqa komandiri olduğunu, 19 iyun N3-cü ildə saat 18 radələrində Təqsirləndirilən şəxs və zenitraket artileriya batareyasının manqasında xidmət edən MAHHXHQ-su əsgər Şahid1 mövqenin yataqxanasının çöl tərəfində, kölgəlik olan yerdə stol-stul qoyub oturduqlarını, həmin vaxt onun da yataqxananın içərisində olduğunu, bu vaxt MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs çöldən onu səsləyib onlara su aparmağını dediyini, bu vaxt özünün posta aid sənədləri yazdığı üçün bu işi digər əsgərlərə tapşırdığını, daha sonra əsgər yoldaşlarının MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs su aparıb aparmadıqları ilə maraqlanmadığını, bir az sonra Təqsirləndirilən şəxs yataqxanaya gələrək ondan nəyə görə suyu gətirmədiyini soruşduğunu, sənəd yazdığı üçün əsgər yoladşlarına su vermələrini deməsini bildirdikdə bu vaxt Təqsirləndirilən şəxs ona uca səslə su aparmasını deyib getdiyini, yataqxananın içində olan 10 litrlik plastik su qabını götürüb çölə çıxdığını, su qabını MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs və MAHHXHQ-su əsgər Şahid1 oturduğu stola apararkən yolda bir əli ilə su qabını tutduğunu, bir əli ilə isə onun qapağını açmağa çalışdığını, bu səbəbdən də su qabını stolun üzərinə qoymaq istəyərkən su qabının əlindən sürüşüb sərt şəkildə masanın üzərinə düşdüyünü, lakin yerə dağılmadığını, Təqsirləndirilən şəxs onun su qabını qəsdən möhkəm qoyduğunu fikirləşib “neynirsən bala?” dediyini ona “qəsdən etmədim, əlimdən sürüşüb düşdü” deyə cavab verdiyini, bu vaxt Təqsirləndirilən şəxs onun sifətindən sillə zərbəsi vurmaq üçün əlini qaldırdığını, Təqsirləndirilən şəxs əlindən itələyib aşağı saldığını, bundan sonra Təqsirləndirilən şəxs yenidən sağ əli ilə onun sifətinin sol tərəfindən bir sillə zərbəsi vurduğunu, sonra əynində olan qısaqol maykanın yaxasından tutub dartaraq, onu yataqxananın arxa tərəfinə apardığını, oraya çatan zaman Təqsirləndirilən şəxs onun yaxasından tutub arxaya doğru itələdiyini, bu zaman onun ayağının yerdə olan daşa ilişdiyini və kürəyinin yataqxananın divarına çırpıldığını, Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinə bir sillə zərbəsi daha vurduğunu, sonra sol qolundan bir yumruq zərbəsi vurduğunu, sol qolundan təkrar bir yumruq zərbəsi vurmaq istəyərkən yumruğunun qoluna sürtülüb keçdiyini, Təqsirləndirilən şəxs özündən uzaqlaşdırmaq və özünü müdafiə etmək üçün onun sinəsindən geriyə itələdiyini, bundan sonra səs-küyə oraya gələn MAHHXHQsu əsgər Şahid1 Təqsirləndirilən şəxs kənara çəkdiyini, həmin vaxt səsə əsgər Şahid2 və əsgər Şahid3 da onların yanına gəldiyini, əsgər yoldaşları ilə birlikdə yataqxananın ön tərəfinə gedib əl-üzünü yuduğunu, bu barədə heç kəsə məruzə etmədiyini, hadisənin 20 iyun N3-cü ildə mövqeyə gələn yoxlama heyəti tərəfindən aşkarlandığını bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən təqribən 5-10 dəqiqə sonra MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ondan üzr istədiyini, əsəbi olduğundan onu vurmasını bildirdiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid1 verdiyi ifadəsində özünün N №-li hərbi hissənin zenit-raket artileriya batareyasında xidmət etdiyini, xidmət yerinin şərti olaraq “Ucubiz” adlandırılan döyüş mövqeyi olduğunu, həmin mövqedə 13-cü bölüyün bir manqasının şəxsi heyətinin də xidmət apardığını, mövqenin post böyüyünün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, 19 iyun N3-cü ildə saat 18 radələrində özünün Təqsirləndirilən şəxsla birlikdə mövqenin yataqxanasının çöl tərəfində, kölgəlik olan yerdə stol-stul qoyub oturduğunu, özünün plastik qaba gilas yığaraq onu əlində çalxaladığını, onun yataqxanada olan əsgərlərdən su istədiyini, onun səsinə əsgər Zərərçəkmiş şəxs yataqxanadan gəldiyini və özünün ondan su gətirməsini istədiyini, təxminən 10 dəqiqə keçəndən sonra Zərərçəkmiş şəxs hələ də su gətirmədiyini, bu vaxt özünün durub su gətirmək istədiyini, lakin Təqsirləndirilən şəxs icazə verməyərək yataqxanaya getdiyini, bir az sonra qayıtdığını, bir-iki dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs 10 litrlik su qabını gətirdiyini və qabı stolun üstünə qoyarkən əlindən stolun üstünə saldığını, bu vaxt Təqsirləndirilən şəxs ayağa durub Zərərçəkmiş şəxs “nəyniyirsən, a bala?” dediyini, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs “görmədiniz yoldaş maxe, əlimdən düşdü” deyə cavab verdiyini, bu vaxt Təqsirləndirilən şəxs əlini qaldırıb Zərərçəkmiş şəxs sillə ilə vurmaq istədiyini, Zərərçəkmiş şəxs də əli ilə Təqsirləndirilən şəxs qolundan itələyib aşağı saldığını, budan sonra Təqsirləndirilən şəxs yenidən Əli Abdulayevin sifət nahiyəsindən bir sillə zərbəsi vurduğunu, ayağa durub onları bir-birindən kənara çəkdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutub onu mövqenin yataqxanasının arxa tərəfinə apardığını, onların dalınca oraya getdiyini, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən itələyib kürəyini yataqxananın divarına dayadığını, həmin vaxt onların tutaşdığını, yəni bir-birinin yaxasından yapışdıqlarını, əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özündən kənarlaşdırmaq istədiyini, tutaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sillə və yumruq zərbələri atdığını, bu zərbələrdən neçəsinin Zərərçəkmiş şəxs dəyməsini xatırlamadığını, mübahisə zamanı özünün onların arasına girərək onları aralaşdırdığını və Təqsirləndirilən şəxs tutub kənara çəkdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi ifadəsində N3-cü ilin iyun ayının 19-da şəxsi heyətlə birlikdə axşam saatlarında postda təmizlik, səliqə-səhman işləri gördüklərini, təxminən saat 17-18 radələrində odun damına gedəndə post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Şahid1lə birlikdə mövqenin yataqxanasının yan tərəfində olan kölgəlik yerdə stol-stul qoyub oturduğunu gördüyünü, həmin vaxt özünün mövqenin yataqxanasında təqribən 10 metr aralıda yerləşən odun damına gedib orada işlədiyini, birdən çöldən səs-küy eşitdiyini, tez çölə çıxdığını, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxasından tutub dartışdıraraq yataqxananın arxasına apardığını, Şahid1 də onları aralaşdırmağa çalışdığını gördüyünü, qaçaraq onların yanına getdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından yapışıb kürəyini yataqxananın divarına çırpdığını, bu vaxt onun, orada olan Şahid1 və əsgər Şahid3 onların aralarına girdiklərini, qarışıqlıq olduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı konkret olaraq hansı zərbələri vurduğunu dəqiq görə bilmədiyini, Təqsirləndirilən şəxs aralaşdırmaq istəyəndə Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs sinəsindən itələdiyini, Təqsirləndirilən şəxs tutub kənara çəkdiklərini, daha sonra Şahid1 Təqsirləndirilən şəxs yataqxananın qarşısına apardığını, onların da Zərərçəkmiş şəxs su verdiklərini sonrada Zərərçəkmiş şəxs 10 litrlik plastik su qabında suyu gətirən zaman əlindən sürüşüb stola möhkəm dəydiyi üçün Təqsirləndirilən şəxs hirslənərək ona qarşı zor tətbiq etməsini öyrəndiyini, Zərərçəkmiş şəxs bədəninin boğaz və kürək nahiyələrində sıyrıq və qızartılar olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 verdiyi ifadəsində N3-cü ilin iyun ayının 19-da təxminən saat 18 radələrində döyüş növbətçiliyini təhvil verib mövqenin yataqxanasına gəldiyini, baş atıcı Bədəlovun göstərişi ilə yataqxanada radiostansiyaları təmizlədiyini və həmin vaxt anidən çöldən səs-küy eşitdiyini, işini yarımçıq qoyub çölə çıxdığını, səs-küyün yataqxananın arxa tərfindən gəldiyini, tez oraya getdiyini, orada ola MAHHXHQ-su əsgər Şahid1 və əsgər Şahid2 MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs tutub kənara çəkdiklərini, onların arasında mübahisə baş verdiyini bilib araya girərək Təqsirləndirilən şəxs kənara çəkdiyini, Şahid1 Təqsirləndirilən şəxs yataqxananın qarşısına apardığını, Zərərçəkmiş şəxs boğaz ətrafı nahiyələrində sıyrıqlar olduğunu, həmin vaxt MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs neçə zərbə vurub- vurmamasını görmədiyini, hadisənin səbəbi barədə sonradan əsgər yoldaşlarından öyrəndiyini, əsgər yoldaşlarının dediklərinə görə MAHHXHQ-su əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs su istədiyini, Zərərçəkmiş şəxs suyu gətirən zaman su qabı əlindən sürüşdüyü üçün stola möhkəm dəydiyindən Təqsirləndirilən şəxs əsəbləşərək orada Zərərçəkmiş şəxs bir sillə zərbəsi vurduğunu, daha sonra isə onu yataqxananın arxasına aparıb orada da ona bir sillə vurub kürəyini divara çırpdığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.N3-cü il tarixli qərarlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 53). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın 20 iyun N3-cü il tarixli 198 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-bədənin müxtəlif nahiyələrinin sıyrıq və qançırları-bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmur (İ.v İ cild 39). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş hadisə ilə zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər arasında səbəbli əlaqənin mövcudluğu, bu xəsarətlərin ağırlıq dərəcəsi və xarakteri öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, 90 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X9 X6 Üzrə müavininin 28 mart N2-ci il tarixli, 056 əç nömrəli əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 28). N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 176 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri MAHHXHQ-su əsgər Cəfərov X3 Ümumqoşun Ordu Komandanının birinci müavini–qərargah rəisinin 22 iyun N3-cü il tarixli, 04 əç №-li əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına keçirilmişdir (İ.v İ cild 30). N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 283 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs X9 Komandanının birinci müavini– qərargah rəisinin xx.xx.N2-ci il tarixli, 04 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 4-cü motoatıcı taborunun 13-cü motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 29). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 07 iyul N3-cü il tarixli, 428 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuş, əsgər Zərərçəkmiş şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etmişdir (i.v İ cild 45). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 29 iyun N3-cü il tarixli tələbnamədən görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 78). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 04 iyul N3-cü il tarixli, 726 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 42). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N3-cü il tarixli, 955 №-li cavab məktubundan görünür ki, Şərur rayonunun Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2000-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 80). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 25). Məhkəmə hesab edir ki, bu sübutla sürücü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 avqust N3-cü il tarixli qərardan görünür ki, həmin tarixdə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 111-112). Notariat qaydasında təsdiq edilmiş AZ-İİ514586 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Axura kənd sakini X2 ilə xx.xx.N3-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun yeni evli olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin Sədərək rayonu ərazisində yerləşən 4-cü taborunun 13-cü bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 19 iyun N3-cü ildə saat 18 radələrində şərti olaraq “Ucubiz” adlandırılan mövqedə tabeliyində olan əsgər Zərərçəkmiş şəxs su gətirməsini istəmiş, Zərərçəkmiş şəxs içərisində su olan 10 litrlik plastik qabı stolun üzərinə qoyarkən əlindən sürüşüb sərt şəkildə stola dəydiyindən əsəbləşərək sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən sillə zərbəsi vurmuş, daha sonra yaxasından tutub dartaraq onu mövqenin yataqxanasının arxa tərəfinə aparıb orada sonuncunun yaxasından itələyərək kürəyini yataqxananın divarına dayamış, sağ əli ilə sifətinin sol tərəfindən sillə, sol qolundan yumruq zərbələri vurub ona dərəcəsi təyin edilməyən “bədənin müxtəlif nahiyələrinin sıyrıq və qançırları” xəsarətlərini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 30 iyun N3-cü il tarixli 198 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında- bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi, təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, yəni onun hadisənin törədilməsindən sonra zərərçəkmişə yaxınlaşaraq ondan üzr istəməsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N2-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 01 avqust N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 30 avqust N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dindirilmələri zamanı aparılmış videoçəkilişin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. İş materiallarına əlavə edilmiş, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dindirilmələri zamanı aparılmış videoçəkilişin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-32/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-32/2023
20.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver