Məhkəmə qərarları › İş №1-1(092)-32/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-32/2024

03.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-32/2024 03.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, ünvan Nayan, 05 mart N4-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan NN nömrəli hərbi hissənin hərbi qulluqçusu, leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Leytenant Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Şahbuz şəhərində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün kəşfiyyat-müşahidə taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin fevral ayının əvvəllərində, saat 1N radələrində bölüyün yataqxanasının dəhlizində dərs keçərkən tabeliyində olan, həmin bölüyün müşahidə taqımının 1-ci manqasında kəşfiyyatçımüşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs4 verdiyi suala düzgün cavab verə bilmədiyinə görə sağ qolundan tutub özünə tərəf dartaraq sağ əli ilə sifətinin sol tərəfindən iki sillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin fevral ayının ortalarında, saat 13 radələrində tabeliyində olan, həmin bölüyün müşahidə taqımının 1-ci manqasında kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs4 farağat komandasında əlini düz tutmadığını görüb bölüyün yataqxanasında sağ əli ilə əsgər Zərərçəkmiş şəxs4 sinə nahiyəsindən bir yumruq zərbəsi, sol əlinin üstündən bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin aprel ayının əvvəllərində, saat 1N radələrində tabeliyində olan, həmin bölüyün 1-ci taqımının, 1-ci manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 Kəngərli rayonunun ərazisində yerləşən Qarabağlar təlim mərkəzində “qaçaraq marş” komandasını vaxtında icra etmədiyini görüb sağ əli ilə əsgər Zərərçəkmiş şəxs1 ağız nahiyəsindən bir sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin aprel ayının sonlarında, saat 00:30-da tabeliyində olan, həmin bölüyün 3-cü taqımının, N-ci manqasına kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 Kəngərli rayonunun ərazisində yerləşən “Qarabağlar” təlim mərkəzində kunqun qarşısında dayanıb siqaret çəkdiyini bilib sağ əli ilə əsgər Zərərçəkmiş şəxs5 sinəsindən itələmiş sonra sağ əli ilə onun sinə nahiyəsindən bir yumruq zərbəsi vurub, sonra isə sağ qolundan tutaraq kunqa tərəf dartıb nalayiq ifadələr işlədərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N5 may N3-cü il tarixdə, saat 1N radələrində tabeliyində olan, həmin bölüyün 3-cü taqımının, N-ci manqasına kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 siqaret almaq üçün əsgər yoldaşı Rüstəm Məmmədovdan 8 manat borc pul aldığını bilib Şahbuz rayonunun ərazisində yerləşən, şərti olaraq “Təhnə” adlandırılan mövqedə sağ əli ilə əsgər Zərərçəkmiş şəxs5 sifətinin sol tərəfindən bir şillə zərbəsi, sağ əli ilə sol gözünün altından bir yumruq zərbəsi, daha sonra sağ əli ilə kürək nahiyəsindən bir neçə yumruq zərbəsi vurub nalayiq ifadələr işlədərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin iyul ayının əvvəllərində, saat 18 radələrində tabeliyində olan, həmin bölüyün 1-ci taqımının N-ci manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN gün növbətçisi naryadında olarkən bölüyün yataqxanasının dəhlizində dolabçada dayananıb əsgər yoldaşı ilə söhbət etməsini onun həmin əsgərlə mübahisə etməsi kimi düşünərək əsgər Zərərçəkmiş şəxsN sifət və baş nahiyəsindən sağ əli ilə üç sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N3-cü ilin iyul ayının ortalarında, saat 09 radələrində tabeliyində olan, həmin bölüyün 1-ci taqımının N-ci manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 səhər idmanı vaxtı hərbi hissənin idman meydançasında qaçarkən bir qədər yavaş qaçdığını bilib rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə bölüyün yataqxanasının dəhlizində əsgər Zərərçəkmiş şəxs3 yaxasından tutaraq sağ əli ilə sifətinin sol tərəfindən bir sillə zərbəsi vurub nalayiq ifadə işlədərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N1 iyul N3-cü il tarixdə, saat 16 radələrində tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 1-ci manqasında kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs6 həmin bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN cavab qaytardığını bilib bölüyün məişət otağında sağ əli ilə əsgər Zərərçəkmiş şəxs6 sifətinin sol tərəfindən bir sillə zərbəsi, sağ əli ilə boyun nahiyəsindən bir sillə zərbəsi vurub, daha sonra çiynindən yapışıb saxlanc otağına itələyərək sağ əli ilə sifətinin sol tərəfindən iki sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 4 avqust N3-cü il tarixdə saat 10 radələrində tabeliyində olan, həmin bölüyün 3-cü taqımının, 3-cü manqasına kəşfiyyatçı-müşahidəçi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs7 ona yuxarı rəis hesab edilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şahid1 ilə ağzını əyərək danışdığını görüb sağ əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs7 sinəsindən itələyib yerə yıxmış, daha sonra sol dizini onun qarın nahiyəsinə qoyub sağ əli ilə onun sifətinin sol tərəfindən üç yumruq zərbəsi vurub nalayiq ifadələr işlədərək ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində N3-cü ilin fevral ayının təxminən əvvəllərində, saat 1N radələrində taqıma yataqxananın foyesində dərs keçib əsgərlərlə sual-cavab etdiyini, əsgər Zərərçəkmiş şəxs4 sual verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs4 verdiyi suala düzgün cavab verə bilmədiyini, bu zaman əsəbiləşib sağ əli ilə əsgər Zərərçəkmiş şəxs4 sağ qolundan tutub özünə tərəf dartaraq ondan niyə suala düzgün cavab verə bilmədiyini soruşaraq sağ əli ilə onun sifətinin sol tərəfindən iki şillə vurduğunu, N3-cü ilin fevral ayının təxminən ortalarında, saat 13 radələrində yataqxanada düzülərkən “Farağat” komandasında əsgər Zərərçəkmiş şəxs4 əlini yanına düz tutmadığını, buna görə əsgər Zərərçəkmiş şəxs4 yaxınlaşıb sağ əli ilə onun sinəsindən bir yumruq vurduğunu, sonra isə sol əlinin üstündən yumruqla bir dəfə vurub ona “sən hələ taqım komandirinin yanında necə durmalısan, onu da bilmirsən” dediyini, həmin vaxt onun hər hansı xəsarət almasını xatırlamadığını, həmin haldan başqa onu vurmadığını, ona nalayiq ifadə işlətmədiyini, N3-cü ilin aprel ayının ortalarında, bölüyün şəxsi heyəti “Qarabağlar” Təlim Mərkəzində dərsə cəlb olunarkən, həmin gün saat 1N radələrində, əsgərlərə “qaçaraq marş” komandası verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 və bir neçə əsgər verilən komandanı icra etməkdə tərəddüt etdiyini, həmin vaxt buna görə əsəbiləşib həmin əsgərlərə döyüşə komandası verdiyini, sonra əsgər Zərərçəkmiş şəxs1 yanına gedib həmin vaxt onun sifətindən yumruqla vurmaq istədiyini, lakin əsgər Zərərçəkmiş şəxs1 geri çəkildiyindən yumruq ona dəymədiyini, buna görə əsəbiləşib sağ əli ilə onun ağzından bir şillə zərbəsi vurduğunu, Bundan başqa, N5 may N3-cü il tarixdə “Təhnə” mövqeyində ayaqyolu qazmaq üçün bölükdən bir neçə əsgərlə həmin mövqeyə getdiyini, həmin əsgərlərin üstündə cavabdeh olduğunu, orada qazma işləri aparan zaman əsgər Zərərçəkmiş şəxs5 ad-soyadını xatırlamadığı bir əsgərlə söhbət edərkən onun əsgər yoldaşlarından birindən siqaret almaq üçün 8 manat borc pul aldığını və qaytarmadığını öyrəndiyini, həmin gün saat 1N radələrində “Təhnə” mövqeyində kunqun yanında olarkən əsgər Zərərçəkmiş şəxs5 yanına çağırdığını, ondan nə üçün borc pul aldığını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs5 ona həmin pula siqaret aldığını, pulu qaytaracağını, lakin həmin əsgəri görə bilmədiyinə görə pulunu geri verə bilmədiyini dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs5 ilə üz-üzə dayandığını, sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurduğunu, sonra sağ əli ilə onun sol gözünün altından bir yumruq vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs5 özünü qorumaq üçün yerə oturub başını aşağı saldığını, buna görə onun kürəyindən yumruqla təxminən 3-4 dəfə vuraraq ona nalayiq ifadələr işlətdiyini, N3-cü ilin aprel ayının sonlarında, bölüyün şəxsi heyəti “Qarabağlar” Dağ-Təlim Mərkəzində dərslərə cəlb edilərkən həmin gün “yat” komandasından sonra, saat 00:30 radələrində qarşıdakı kunqların birinin yaxınlığında gizir rütbəli, ad-soyadını xatırlamadığı düşərgə növbətçisinin əsgər Zərərçəkmiş şəxs5 irad tutduğunu gördüyünü, oraya yaxınlaşıb nə baş verməsini soruşduğunu, düşərgə növbətçisi isə əsgər Zərərçəkmiş şəxs5 kunqun yanında siqaret çəkdiyini dediyini, düşərgə növbətçisinə “sən get, əsgərlə özüm məşğul olacam” dediyini, oradan ayrıldıqdan sonra sağ əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs5 sinəsindən itələyib daha sonra sağ əli ilə sinəsindən bir yumruq vurduğunu, sonra sağ əli ilə onun sağ qolundan tutub kunqa tərəf dartıb nalayiq ifadə işlədərək ona “get, rədd ol yerinə yat” dediyini, N3-cü ilin iyul ayının əvvəllərində, saat 18 radələrində yataqxanada olarkən həmin gün gün növbətçisi naryadı olan əsgər Zərərçəkmiş şəxsN dolabçada dayanıb hansısa əsgərlə mübahisə etməyini gördüyünü, əsgər Zərərçəkmiş şəxsN yaxınlaşıb ondan kiminlə savaşdığını soruşduğunu, əsgər Zərərçəkmiş şəxsN isə ona savaşmadığını dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN inanmayıb sağ əli ilə onun başından və sifətindən bir neçə dəfə şillə ilə vurduğunu, sonra ona heç nə deməyib oradan çıxıb getdiyini, N3-cü ilin iyul ayının ortalarında, səhər idmanı vaxtı, hərbi hissənin idman meydançasında bölüyün şəxsi heyəti qaçarkən həmin vaxt əsgər X1 bir az yavaş qaçaraq şəxsi heyətdən arxada qaldığını, buna görə əsgər Zərərçəkmiş şəxsN yanına çağırıb, ona irad tutduğunu, idmandan qayıtdıqdan sonra saat 09 radələrində yataqxananın foyesində olarkən əsgər Zərərçəkmiş şəxs3 yanına çağırıb sol əli ilə onun yaxasından tutaraq sağ əli ilə onun sifətindən bir şillə vurub “bizim bölükdə dayday keçmir, özünü yığışdır, rədd ol burdan” dediyini, N1 iyul N3-cü il tarixdə, saat 16 radələrində həmin vaxt bölükdə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şahid1 ona yaxınlaşıb əsgər Ümid Muradovun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN onunla söyüşlə danışmasını dediyini məruzə etdiyini, bundan sonra yataqxanaya keçib əvvəl müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN yanına çağırdığını və ondan nə baş verdiyini soruşduğunu, ŞahidN əsgər Zərərçəkmiş şəxs6 ona cavab qaytardığını dediyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs6 məişət otağında yanına çağırdığını, həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN də orada olduğunu, məişət otağında əlini əsgər Zərərçəkmiş şəxs6 çiyninə qoyaraq ondan “niyə yoldaş çavuşa demisən ki, mənimlə söyüşlə danışma?” deyə soruşduğunu, əsgər Zərərçəkmiş şəxs6 isə ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN onunla söyüşlə danışdığını, buna görə ona elə dediyini, həmin vaxt əsəbiləşib sağ əli ilə əsgər Zərərçəkmiş şəxs6 ağız nahiyəsindən bir şillə vurduğunu, sonra sağ əli ilə onun boynundan bir şillə və qarnından isə sağ əli ilə bir yumruq vurduğunu, daha sonra onun çiynindən yapışaraq saxlanc otağına itələdiyini, saxlanc otağında həmin səbəbdən sağ əli ilə əsgər Zərərçəkmiş şəxs6 sifətinin sol tərəfinə iki şillə vurduğunu, 4 avqust N3-cü il tarixdə, səhər saatlarında kəşfiyyat bölüyünün şəxsi heyətinə həyəcan verilən zaman yataqxananın sol tərəfində olarkən saat 10 radələrində həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şahid1 əsgər Zərərçəkmiş şəxs7 “keç hava müşahidəsini apar” dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs7 gülə-gülə ona hava müşahidəsinin necə aparılmasını bilmədiyini dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 yanına çağıraraq ondan “sən niyə MAXE Şahid1la ağzını əyərək danışırsan?” deyə soruşduğunu, əsgər Zərərçəkmiş şəxs7 ağzını əymədiyini desə də, ona nalayiq ifadə işlədib yerə çökməyini bildirdiyini, sonra sağ əli ilə sinəsindən geriyə itələdiyindən əsgər Zərərçəkmiş şəxs7 arxası üstə yerə yıxıldığını, daha sonra sol dizini onun qarnının üstünə qoyub qarnından sıxaraq sağ əli ilə onun sifətinin sol tərəfindən üç yumruq zərbəsi vurmaqla nalayiq ifadə işlədərək “sənin deyəsən keçmişin yadından çıxıb” dediyini, zərər çəkmiş şəxslərdən onlara qarşı zor tətbiq edib vurduğuna və təhqir etdiyinə görə üzr istəyərək bağışlanmasını xahiş etdiyini, onlarla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, o, cümlədən üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxslərin elan olunmuş ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində N3-cü ilin iyul ayının təxminən ortalarında səhər idmanı vaxtı ayağı ağrıdığı üçün bir az yavaş qaçdığını, bunu leytenant Təqsirləndirilən şəxs görüb onu yanına çağıraraq ona irad bildirdiyini, idmandan sonra saat 09 radələrində yataqxananın foyesində leytenant Təqsirləndirilən şəxs həmin səbəbdən onu təkrar yanına çağırıb yaxasından tutaraq sifətindən bir şillə vurub “bizim bölükdə dayday keçmir, özünü yığışdır, rədd ol burdan” dediyini, leytenant Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi olmadığını, leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, buna görə də onu bağışladığını, bundan başqa, əsgər yoldaşlarından leytenant Təqsirləndirilən şəxs N1 iyul N3-cü il tarixdə saat 16 radələrində bölüyün məişət otağında əsgər Zərərçəkmiş şəxs6 zor tətbiq edib vurmasını eşitdiyini, həmçinin əsgər yoldaşlarından leytenant Təqsirləndirilən şəxs N5 may N3-cü il tarixdə “Təhnə” mövqeyində əsgər yoldaşından borc aldığı üçün əsgər Zərərçəkmiş şəxs5 zor tətbiq etdiyini eşitdiyini, əsgər Zərərçəkmiş şəxs5 gözünün göyərdiyini gördüyünü, leytenant Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində N5 may N3-cü il tarixdə “Təhnə” mövqeyində ayaqyolu qazmaq üçün bölükdən onunla birlikdə bir neçə əsgər ayrıldığını, cavabdeh isə taqım komandiri leytenant Təqsirləndirilən şəxs olduğunu, həmin mövqedə qazma işləri aparan zaman xatırlamadığı əsgər yoldaşlarından biri ona əsgər Rüstəm Məmmədova olan borcunu qaytarmasını dediyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs bunu eşitdiyini, həmin gün saat 1N radələrində “Təhnə” mövqeyində kunqun yanında olarkən onu yanına çağıraraq nə üçün borc aldığını soruşduğunu, o da siqaret aldığını, həmin əsgər “Düz” mövqeyində olduğu üçün onu görə bilmədiyini və pulunu verə bilmədiyini dediyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxsla üz-üzə dayanarkən sonuncu qəflətən onun sifətinin sol tərəfinə bir şillə vurduğunu, sonra sol gözünün altından bir yumruq vurduğunu, özünü qorumaq və yumruğu sifətinə dəyməsin deyə yerə oturub başını aşağı saldığını, həmin vaxt leytenant Təqsirləndirilən şəxs kürəyindən 3-4 dəfə yumruqla vurduğunu və ona nalayiq ifadələr işlətdiyini, leytenant Təqsirləndirilən şəxs sol gözünün altından yumruqla vurduğundan göyərdiyini, bilinməsin deyə hərbi hissədə gözünün altına krem vurduğunu, bundan başqa, N3-cü ilin aprel ayının təxminən sonlarında “Qarabağlar” Dağ təlim mərkəzində olarkən “yat” komandasından sonra saat 00:30-da kunqun qarşısında siqaret çəkdiyi üçün düşərgə növbətçisi olan gizir rütbəli hərbi qulluqçu ona irad tutduğunu, leytenant Təqsirləndirilən şəxs isə bunu görüb düşərgə növbətçisinə özünün məşğul olacağını bildirdiyini, daha sonra orada leytenant Təqsirləndirilən şəxs sağ əlinin içi ilə onu sinəsindən itələyib, yumruqla sinəsindən bir dəfə vurduğunu, daha sonra sağ əli ilə onun sağ qolundan tutub kunqa tərəf dartaraq nalayiq ifadə işlədib “get, rədd ol yerinə yat” dediyini, istintaq zamanı leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, buna görə onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində N3-cü ilin aprel ayının ortalarında “Qarabağlar” Təlim Mərkəzində olarkən leytenant Təqsirləndirilən şəxs əsgərlərə “qaçaraq marş” komandası verdiyini, həmin komandanı yaxşı başa düşmədiyi üçün qaçmaqda tərəddüt etdiklərini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs onlara döyüşə komandası verdiyini, o, döyüşə getmək istəyərkən leytenant Təqsirləndirilən şəxs onun üzərinə gəlib sifətinə bir yumruq atdığını, lakin geri çəkildiyi üçün yumruq ona dəymədiyini, bu vaxt leytenant Təqsirləndirilən şəxs sağ əli ilə onun ağzından bir şillə zərbəsi vurduğunu, leytenant Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi olmadığını, Şada taborunun 11-ci bölüyünə veriləndən sonra Şada tabor mərkəzində ona yaxınlaşıb üzr istəyərək bağışlanmağını xahiş etdiyini, o da leytenant Təqsirləndirilən şəxs bağışladığını, bundan başqa, əsgər yoldaşlarından leytenant Təqsirləndirilən şəxs N3-cü ilin iyul ayının təxminən ortalarında, saat 09 radələrində bölüyün yataqxanasının dəhlizində səhər idmanı vaxtı qaçarkən bir qədər yavaş qaçdığı üçün əsgər Zərərçəkmiş şəxs3 yaxasından tutaraq sifətindən bir şillə vurmasını eşitdiyini, leytenant Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Şahid1 ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə manqa komandiri vəzifəsində xidmət edərkən N1 iyul N3-cü il tarixdə, saat 15 radələrində yataqxanadan səslər gəldiyi üçün həmin vaxt əsgər Zərərçəkmiş şəxs6 “get yataqxanada de ki, sakit olsunlar” dediyini, əsgər Zərərçəkmiş şəxs6 yataqxanaya getdiyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs6 geri qayıdaraq ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN onunla söyüşlə danışdığını dediyini, o da əsgər Zərərçəkmiş şəxs6 bu barədə leytenant Təqsirləndirilən şəxs məruzə edəcəyini dediyini, günorta düzülüşdən sonra leytenant Təqsirləndirilən şəxs bu barədə məruzə etdiyini, sonra xidməti işləri ilə məşğul olduğunu, həmin gün saat 16 radələrində saxlanc otağına keçəndə leytenant Təqsirləndirilən şəxsla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN orada əsgər Zərərçəkmiş şəxs6la söhbət etdiklərini gördüyünü, sonradan leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 məişət otağına çağırıb ondan niyə kiçik çavuş ŞahidN onunla söyüşlə danışmasına irad bildirməsini soruşduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxs6 ağzından və boynundan şillə ilə vurduğunu, sonra onun qarnından yumruqla vurduğunu daha sonra əsgər Zərərçəkmiş şəxs6 çiynindən yapışaraq əşya otağına itələyib, orada şillə ilə sifətindən vurmasını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən əsgər Zərərçəkmiş şəxs6 yataqxanada sakit olmasını dediyini, ona qarşı nalayiq ifadələr işlətdiyini, əsgər Zərərçəkmiş şəxs6 isə ona söyüşlə danışmamasını bildirən zaman yenə ona nalayiq ifadələr işlədib “çıx get burdan” dediyini, əsgər Zərərçəkmiş şəxs6 da yataqxanadan çölə çıxdığını, həmin gün saat 16 radələrində leytenant Təqsirləndirilən şəxs onu məişət otağına çağırdığını, bir az sonra əsgər Zərərçəkmiş şəxs6 da oraya gəldiyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs əlini əsgər Zərərçəkmiş şəxs6 çiyninə qoyaraq ondan “niyə yoldaş çavuşa demisən ki, mənimlə söyüşlə danışma? deyə soruşduğunu, əsgər Zərərçəkmiş şəxs6 da ŞahidN onunla söyüşlə danışdığı üçün elə dediyini dediyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 ağzından şillə ilə bir dəfə, sonra boynundan şillə ilə bir dəfə və qarnından 1 dəfə yumruqla vurduğunu, daha sonra leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 çiynindən yapışaraq saxlanc otağına itələdiyini, orada əsgər Zərərçəkmiş şəxs6 sifətindən şillə ilə iki dəfə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edərkən N3-cü ilin iyul ayının ortalarında yataqxanada olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN əsgər Zərərçəkmiş şəxs6 yanına çağıraraq ona sakit olmasını deyib nalayiq ifadələr işlətdiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs6 da ona nalayiq ifadələr işlətməməsini dediyini, daha sonra əsgər Zərərçəkmiş şəxs6la söhbət edərkən onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş ŞahidN leytenant Təqsirləndirilən şəxs əsgərin ona dil qaytardığını dediyini, leytenant Təqsirləndirilən şəxs daha sonra onu məişət otağına çağıraraq orada onun ağzından bir şillə zərbəsi, boynundan bir şillə zərbəsi və qarnından bir yumruq zərbəsi, daha sonra sifətindən iki şillə zərbəsi vuraraq döydüyünü dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N3-cü ilin iyul ayının əvvəlləri, saat 18 radələrində əsgər yoldaşları ilə yataqxananın dəhlizində televizora baxarkən, həmin vaxt gün növbətçisi olan əsgər Zərərçəkmiş şəxsN dolabçada dayanıb hansısa əsgərlə söhbət etdiyini, bu vaxt leytenant Təqsirləndirilən şəxs yataqxanaya girib əsgər Zərərçəkmiş şəxsN həmin əsgərlə niyə savaşdıqlarını soruşduğunu, əsgər Zərərçəkmiş şəxsN isə ona savaşmadıqlarını bildirən zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxsN sifətindən və başından şillə ilə N-3 dəfə vurduğunu, sonra oradan uzaqlaşıb getdiyini, bundan başqa, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edən zaman N3-cü ilin iyul ayının ortalarında, saat 09 radələrində əsgər Zərərçəkmiş şəxs3 səhər idmanı vaxtı qaçarkən bir qədər yavaş qaçdığı üçün idmandan sonra bölüyün yataqxanasının dəhlizində leytenant Təqsirləndirilən şəxs onun yaxasından tutaraq sifətindən bir şillə vurduğunu, sonra ona “bölükdə dayday keçmir, özünü yığışdır, rədd ol burdan” dediyini, həmçinin əsgər Zərərçəkmiş şəxs5 “Təhnə” mövqeyindən gələndən sonra onun gözünün altının qaralmasını gördüyünü, əsgər Ə.Baxşəlizdə ona “Təhnə” mövqeyində olarkən kimdənsə borc aldığını, buna görə leytenant Təqsirləndirilən şəxs onu döydüyünü dediyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xx.xx.N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, hərbi xidmətini başa vurduğundan haliyədə səhhətilə əlaqədar məhkəməyə gələ bilmədiyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs bağışladığını, ondan heç bir şikayəti, tələbi olmadığını, məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə Şahid5 xx.xx.N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək xx.xx.N4-cü il tarixdə saat 9:30-a təyin edilmiş məhkəmə prosesində səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə Şərur rayon İcra Hakimiyyəti Oğlanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən alınmış xx.xx.N4-cü il tarixli, 5-N8-45/N-08/N4 №-li arayışdan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Oğlanqala kənd İ.Ə.D-si üzrə nümayəndəliyin təsərrüfat kitabında qeydiyyatda durduğu, hal-hazırda ərazidə yaşamadığı göstərilmişdir. Məhkəmə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Şahid5 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4, Şahid6 məhkəməyə gəlməyərək və bununla əlaqədar heç bir məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315, 317-ci maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına üzrlü səbəbdən gəlməyən, lakin ifadələri məhkəmə iclası zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, şahidlər Şahid5 və Şahid6 ifadələri məhkəmə iclasında ifadə vermiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə oxşar ifadələr vermişdirlər. Onların həmin ifadələri ilə də təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli sübuta yetir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin N4 dekabr N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərər çəkmiş şəxsin, şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 3N7, 3N, 330-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında NN yanvar N4-cü il tarixli qərardan görünür ki, N №-li hərbi hissədə xidmət edən leytenant Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 3N.N.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmaqla əsgər Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, əsgər Zərərçəkmiş şəxsN, əsgər Zərərçəkmiş şəxs5, əsgər Zərərçəkmiş şəxs7 və əsgər Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdırlar. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N1-ci il tarixli, N79 №-li əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Müdafiə nazirinin 04 sentyabr N1-ci il tarixli 013N4 nömrəli əmri ilə kəşfiyyat bölüyünün kəşfiyyat müşahidə taqımının komandiri vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən (Bakı şəhəri) gəlmiş hesab edilmiş, 0N oktyabr N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminata qoyulmuş və vəsifəsinin icrasına başladığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən “Həvəsləndirilməyib”, lakin xx.xx.N3-cü il tarixdə şəxsi heyətə zəif nəzarət etdiyinə görə “Şiddətli töhmət” cəzası ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 1N-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin NN-ci vərəqəsinə əlavə edilmiş 19 avqust N3-cü il tarixli, 845 №-li arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin N3-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, leytenant Təqsirləndirilən şəxsla əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 arasında tabelik münasibətlərinin olduğu, leytenant Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 rəis hesab olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N7-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 65 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs6 həmin hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat-müşahidə taqımının 1-ci vizual kəşfiyyat manqasının kəşfiyyatçı-müşahidəçisi vəzifəsinə təyin edildiyi, N nömrəli hərbi hissə komandirinin N avqust N3-cü il tarixli, N33 №-li əmrindən çıxarışdan isə əsgər Zərərçəkmiş şəxs6 kəşfiyyat bölüyünün kəşfiyyat-müşahidə taqımının 1-ci vizual kəşfiyyat manqasının kəşfiyyatçı-müşahidəçisi vəzifəsindən – 4-cü taborun 13cü bölüyünün 3-cü taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N8-34-cü vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, zərər çəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs1 müsbət, əsgər Zərərçəkmiş şəxs7 mənfi, əsgər Zərərçəkmiş şəxsN müsbət, əsgər Zərərçəkmiş şəxs4 müsbət, əsgər Zərərçəkmiş şəxs3 müsbət, əsgər Zərərçəkmiş şəxs5 müsbət və əsgər Zərərçəkmiş şəxs6 müsbət xarakterizə olunduqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 35-4N-ci vərəqələrinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışlardan görünür ki, zərər çəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs3 xx.xx.NN-ci tarixdə “Nümayiş məşğələsində” fəal iştirak etdiyinə görə xidmət müddətində komandanlıq tərəfindən Təşəkkür ilə həvəsləndirilib, xx.xx.N3-cü il tarixdə Geyim qaydasını pozduğuna görə “Şiddətli töhmət”, xx.xx.N3-cü il tarixdə Verilən tapşırığa laqeyd yanaşdığına görə “Töhmət”, xx.xx.N3-cü il tarixdə Bölük növbətçisinin vəzifə borcunu düzgün icra etmədiyinə (aidiyyəti olmayan şəxsə fərəqət komandası verdiyinə) görə 3 sutka növbədən kənar naryad cəzaları ilə cəzalandırılıb, əsgər Zərərçəkmiş şəxs1 xx.xx.NN-ci il tarixdə Nümayiş məşğələsində fəal iştirak etdiyinə görə Təşəkkür ilə həvəsləndirilib, cəzalandırılmayıb, əsgər Zərərçəkmiş şəxs7 xx.xx.NN-ci il tarixdə Nümayiş məşğələsində fəal iştirak etdiyinə görə Təşəkkür ilə həvəsləndirilib, xx.xx.N3-cü il tarixdə Hamamda olarkən bölüyün baş çavuşunu aldatmağa cəhd etdiyinə görə Şiddətli töhmət, xx.xx.N3-cü il tarixdə Sıra baxışında bölük komandiri irad tutduğu üçün (özünü təqdim etmək istəmədiyi üçün) Şiddətli töhmət, xx.xx.N3-cü il tarixdə Toplanış komandasına girdiyi üçün Şiddətli töhmət, xx.xx.N3-cü il tarixdə Sıra intizamını pozduğu üçün (sırada güldüyü üçün) Töhmət cəzaları ilə cəzalandırılıb, əsgər Zərərçəkmiş şəxs5 xx.xx.NN-ci il tarixdə Hərbi intizamda fərqləndiyinə görə, xx.xx.N3-cü il tarixdə Növbəni düzgün təşkil edib apardığı üçün Təşəkkür ilə həvəsləndirilib, xx.xx.N3-cü il tarixdə Günün nizam qaydasını pozduğu üçün Şiddətli töhmət cəzası ilə cəzalandırılıb, əsgər Zərərçəkmiş şəxsN həvəsləndirilməyib, xx.xx.NN-ci il tarixdə Şəxsi gigiyena qaydalarına riayət etmədiyinə görə Töhmət cəzası ilə cəzalandırılıb, əsgər Zərərçəkmiş şəxs4 həvəsləndirilməyib və cəzalandırılmayıb, əsgər Zərərçəkmiş şəxs1 xx.xx.NN-ci il tarixdə Nümayiş məşğələsində fəal iştirak etdiyinə görə Təşəkkür ilə həvəsləndirilib, cəzalandırılmayıb, əsgər Zərərçəkmiş şəxs6 həvəsləndirilməyib və cəzalandırılmayıbdır. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 10 avqust N3-cü il tarixli, NNN №-li rəyində zərərçəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – sol budun orta 1/3-nin ön səthinin deşilmiş kəsilmiş yarası – deşici-kəsici alətin təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi itisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. Əsgər Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində qərarda qeyd olunan hadisələrlə bağlı digər hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 66, 67, 68, 69, 70 və 71-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 1N avqust N3-cü il tarixli, NN8, N35, N33, N43, N48 və N63 №-li ekspert rəylərində zərərçəkmiş şəxslər, əsgər Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxs4, əsgər Zərərçəkmiş şəxsN, əsgər N.S.Mədətovun, Zərərçəkmiş şəxs5 və əsgər Zərərçəkmiş şəxs6 bədən səthində qərarın təsviri hissəsində göstərilmiş hadisələrlə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 7N-73-cü vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N sentyabr N3-cü il tarixli, 4NN4 №-li məktubundan görünür ki, N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etmiş hərbi qulluqçular, leytenant Təqsirləndirilən şəxs xidmət yeri NN nömrəli hərbi hissəyə, MAHHX HQ kiçik çavuş Şahid1 xidmət yeri N15 nömrəli hərbi hissəyə, MAHHX HQ kiçik çavuş ŞahidN xidmət yeri N nömrəli hərbi hissəyə, əsgər Zərərçəkmiş şəxs4 xidmət yeri N17 nömrəli hərbi hissəyə, əsgər Zərərçəkmiş şəxs5, əsgər Şahid5, əsgər Zərərçəkmiş şəxs6, əsgər Zərərçəkmiş şəxs7, əsgər Zərərçəkmiş şəxsN, əsgər Zərərçəkmiş şəxs1, əsgər Şahid4, əsgər Şahid6 və əsgər Zərərçəkmiş şəxs3 xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirildiyi göstərilmişdir. Cinayət işinin N-ci cildinin 39-cu vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində N nömrəli hərbi hissənin komandanlığı tərəfindən xx.xx.N3-cü il tarixli, 169 №-li əmri ilə “Zəfər Günü”nün üçüncü ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə görə Təşəkkür ilə həvəsləndirilib, cəzalandırılmayıbdır. Cinayət işinin N-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 163 №-li əmrindən çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə (yuxarı vəzifəyə) müvafiq olaraq NN nömrəli hərbi hissənin 3-cü xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün N sentyabr N3-cü il tarixdən N16 hərbi hərbi hissədən (Culfa şəhəri) gəlmiş hesab edilmiş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyularaq, vəzifəsinin icrasına başladığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin 131-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” XN alınmış xx.xx.N4-cü il tarixli, xx/xx- 1835 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin 138-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” XN alınmış xx.xx.N4-cü il tarixli, NN39 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin N-ci cildinin 179-cu vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin N-ci cildinin 180-cı vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N0-ci il N dekabr tarixli N369 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğunu, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “44 günlük Vətən müharibəsində” və “Lokal-Antiteror” əməliyyatında iştirak etdiyini, Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğu göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Məhkəmə ittiham aktında qeyd olunmuş qanunsuz üstünlüyün nədə ifadə olunması istintaq orqanının təqsirləndirilən şəxsin fikirlərinə dair şəxsi mülahizəsi ilə əsaslandırmışdır. Həmçinin məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən gəlmiş nəticədə - “rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi” Təqsirləndirilən şəxs rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni şəxsi heyətin və yuxarı komandanlığın qarşısında özünü tələbkar, prinsipial, tabeliyində olanların, eləcə də, kənar şəxslərin təsiri altında özünün verdiyi qərarlardan imtina etməyən zabit kimi göstərmək məqsədi ilə yox, rəis kimi xidməti vəzifələrini icra edərək nizamnamədən kənar hərəkətlərin qarşısını alaraq vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə uyğun istifadə etməsi kimi qiymətləndirilməlidir. Çünki təqsirləndirilən şəxs qeyd olunan hərəkəti nəticəsində özü və üçüncü şəxslər üçün hər hansı bir qanunsuz üstünlük əldə etmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özünü tələbkar, prinsipial və tabeliyində olanların, eləcə də kənar şəxslərin təsiri altında özünün verdiyi qərarı dəyişməyən zabit kimi göstərməsi ona xidmət şəraitində malik olmalı olduğu nüfuzu qorumağa xidmət edə bilər. Lakin təqsirləndirilən şəxsin özü və üçüncü şəxslər üçün heç bir qanunsuz üstünlük gətirə bilməz. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin leytenant Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama (intizam xarakterli hərbi hissədə saxlama cəza növü hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, intizam xarakterli hərbi hissədə saxlama cəza növü göründüyü kimi zabitlərə tətbiq edilmir) və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Vətən müharibəsində fəal iştirakını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.1N-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs ailənin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxslərdən üzr istəyərək onlarla barışıq eldə etməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan daha yüngül cəza növünün, yəni müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində xx.xx.N4-cü il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, xx.xx.N4-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə “İltizama” imza etdirilməklə iltizam alınmış, xx.xx.N4-cü il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ləğv olunmadan təkrar “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 05 mart N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.N.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 1N % (on iki faiz) dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar