Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-32/2025 10.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 15 iyun 1990-cı il tarixdə Şərur rayonunun Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Qıvraq qəsəbəsində daimi qeydiyyatda olan, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin tank əleyhinə bölüyünün 2-ci tank əleyhinə taqımının tank əleyhinə idarə olunan raketlər manqasının komandiri vəzifəsində xidmət edən, 11 aprel 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, MAHHX HQ çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 24 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının 05 may 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə, təkrar zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyünün 2-ci tank əleyhinə taqımının tank əleyhinə idarəolunan raketlər manqasının komandiri vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 26 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən tank əleyhinə bölüyün əsgər yataqxanasında xidməti vəzifələrini yerinə yetirən zaman bölük komandiri, baş leytenant X3 ona tank əleyhinə bölüyün 3-cü tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs bədən temperaturunun 38 dərəcə olduğunu bildirib yataqxanada onun isti su qəbul etməsinə nəzarət etməsini tapşırmış, həmin vaxt əsgər Zərərçəkmiş şəxs çavuş Təqsirləndirilən şəxs nəzarəti altında yataqxanada sobanın yanında stulda oturub bir neçə stəkan isti su qəbul etdikdən sonra isti suyu qəbul etmək istəməmiş, Təqsirləndirilən şəxs bu səbəbdən əsəbiləşib onun sağ qulağını burmuş, əsgər Zərərçəkmiş şəxs qışqırdıqda ona qarşı nalayiq ifadə işlədib başından yumruqla bir zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 26 yanvar 2025-ci il tarixdə saat 16 radələrində xidmət etdiyi tank əleyhinə bölüyün komandiri, baş leytenant E.Ə.Namazov hərbi hissənin Sədərək rayonunun Dəmirçi kəndi ərazisində yerləşən bölüyün əsgər yataqxanasının qarşısında şəxsi heyətə düzülüş komandası vermiş, düzülüş zamanı E.Ə.Namazov çavuş Təqsirləndirilən şəxs əsgər C.B.Sadiqovun temperaturu olmasına görə axşam düzülüşündən sonra hərbi hissənin tibb məntəqəsinə göndəriləcəyini bildirib hərbi geyim forması səliqəli vəziyyətdə olmaqla həmin gün saat 18:30-da əsgər C.B.Sadiqovu ona təqdim edilməsini tapşırmış, həmin gün saat 18:30-da baş leytenant E.Ə.Namazov əsgər Zərərçəkmiş şəxs əynindəki paltarlarının çirkli olmasını görüb bölüyün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına toplanış vermiş və sırada duranların yanında çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs əynində olan hərbi geyim formasının çirkli olmasına görə irad bildirib əsgər Zərərçəkmiş şəxs təmiz forma geyindirib ona təqdim etməsi barədə yenidən göstəriş vermiş, çavuş Təqsirləndirilən şəxs bölük komandiri, baş leytenant E.Ə.Namazovun ona irad tutmasına əsəbiləşdiyi üçün düzülüşdən sonra əsgər Zərərçəkmiş şəxs bölüyün əsgər yataqxanasına aparıb orada əvvəlcə ünvanına nalayiq ifadə işlətmiş, sonra başının sol tərəfinə yumruqla bir zərbə vurub ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “başın sol gicgah təpə sərhəddinin qançır halında zəif şişkinliyi” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHX HQ çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 26 yanvar 2025-ci ildə səhər xidməti yerinə gəldiyini, günün nizam qaydasına uyğun olaraq dərslərin keçirildiyini, həmin gün əsgər Zərərçəkmiş şəxs temperaturu olduğundan bol maye qəbul edilməsi tapşırıldığından saat 12 radələrində bölük komandiri Elsəvər Namazov ona əsgərin başının üstündə dur, qoy mayeni qəbul etsin dediyini, bölüyün əsgər yataqxanasına gələrkən əsgər Zərərçəkmiş şəxs yataqxanada oturduğunu görüb niyə maye qəbul etmədiyini soruşduğunu, deyiləndən sonra həmin suyu içməyə başladığını, lakin arada onun su içmək istəmədiyini görüb ona yaxınlaşıb qulağından yapışıb niyə su içmədiyini soruşduqda Zərərçəkmiş şəxs qulağı ağrıdığına görə qışqırdığını, həmin vaxt ona qarşı nalayiq ifadə işlədib başından yumruq ilə bir dəfə vurduğunu, sonra ona suyu içib qurtarmasını tapşırdığını, həmin gün nahar yeməyindən sonra saat 15:30 radələrində bölük komandiri baş leytenant E.Namazov bölüyə düzülüş verdiyini, sırada olanda ondan əsgər Zərərçəkmiş şəxs vəziyyətinin necə olduğunu soruşduqda ona isti su içirdiyini, istiliyinin endiyini dediyini, düzülüş zamanı E.Namazov ona əsgər C.Sadiqovun temperaturu olmasına görə axşam düzülüşündən sonra hərbi hissənin tibb məntəqəsinə göndəriləcəyini bildirib hərbi geyim forması səliqəli vəziyyətdə olmaqla həmin gün saat 18:30-da əsgər Zərərçəkmiş şəxs ona təqdim edilməsini tapşırsa da, öz işlərinə başı qarışdığı üçün əsgər Zərərçəkmiş şəxsla maraqlana bilmədiyini, həmin gün sıra düzülüşündən sonra xidmət vaxtı başa çatdığından evə gedərkən NBM naryadı onlara bölük komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçulara toplanış verdiyini dediyi üçün geri qayıtdıqlarını, bölük komandiri onları düzüb əsgər Zərərçəkmiş şəxs cərgənin önünə çıxararaq forması çirkli olduğundan ona irad bildirib “İsmayıl bu niyə bu gündədir, sənə nə demişdim?” dedikdə ona Zərərçəkmiş şəxs paltarını səliqəyə salmasını dediyini, ancaq nahardan sonra isə öz xidməti işləriylə məğul olduğu üçün ondan xəbəri olmadığını dediyini, baş leytenant E.Namazov bunu hazırlayın, hərbi hissənin tibb məntəqəsinə gedəcək dediyi üçün əsgər Zərərçəkmiş şəxs yataqxanaya apardığını, MAHHX HQ çavuş Şahid1 da içəri girdiyini, həmin vaxt əsəbi olduğu üçün Zərərçəkmiş şəxs üstünə yeriyib nalayiq ifadə işlədib başından yumruqla bir dəfə vurduğunu, həmin vaxt MAHHX HQ çavuş Şahid1 əsgərlərdən birinin hərbi formasını Zərərçəkmiş şəxs geyindirib bölük komandiri E.Namazova təqdim etdiyini, bundan sonra Zərərçəkmiş şəxs MAHHX HQ əsgər Əli Həsənovun VAZ N markalı maşını ilə hərbi hissəyə göndərildiyini, əsgər Zərərçəkmiş şəxs sonrakı günlərdə hərbi hissədən hospitala göndərildiyini, etdiyi hərəkətə görə peşman olduğunu, əsgər Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs MAHHX HQ çavuş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş N №-li hərbi hissənin tank əleyhinə bölüyünün, 3-cü tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs ifadəsində 26 yanvar 2025-ci il tarixdə səhər saat 12 radələrində narahat olduğu üçün tibb məntəqəsinə müraciət etdiyini, orada temperaturu yoxlananda 38 dərəcə olduğu müəyyən edildiyini, tibb məntəqəsinin feldşeri gizir Həmzə Hacıyev ona bol maye qəbul etməsini tapşırdığını, bölük komandiri baş leytenant E.Namazov da MAHHX HQ çavuş Təqsirləndirilən şəxs yanına çağırıb onun bol-bol isti su içməsinə nəzarət etməsini tapşırdığını, bölüyün əsgər yataqxanasına gedib 8 stəkan isti su içdiyini, artıq içə bilmədiyini, az müddət sonra MAHHX HQ çavuş Təqsirləndirilən şəxs ona yaxınlaşıb qulağından yapışıb niyə suyu içmədiyini soruşduqda ona 8 stəkan su içdiyini, daha içə bilmədiyini dediyini, qulağı ağrıdığına görə qışqırdığını, bu vaxt çavuş Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlədib başından yumruqla bir dəfə vurduğunu, həmin vaxt yanlarında heç kim olmadığına görə Təqsirləndirilən şəxs onu vurmasını heç kim görmədiyini, isti suyu içəndən sonra tibb məntəqəsinə gedib yoxlandığını, həmin vaxt istiliyi 36 dərəcə olduğu üçün bölməsinə getdiyini, saat 15:30 düzülüşündə bölük komandiri E.Namazov onu göstərib çavuş Təqsirləndirilən şəxs əsgərin əyni səliqəli olsun axşam düzülüşündən sonra hərbi hissənin tibb məntəqəsinə gedəcək dediyini, axşamüstü saat 18 radələrində temperaturu ölçüləndə yenidən 38.7 olduğu müəyyən edildiyini, ona istilik salıcı iynə vurulduğunu, həmin gün səhər şalvarını yuduğundan şalvarının qurumadığına görə paltarını dəyişə bilmədiyini, saat 18:30 radələrində bölük komandiri onu çağırtdırıb üzərinə baxanda paltarının çirkli olduğunu gördüyündən əsəbiləşərək bütün MAHHX HQ-lara düzülüş komandası verdiyini, bölük komandiri onları nəzarət buraxılış məntəqəsindən çağırtdırıb yataqxananın qarşısında düzdüyünü, onu sıranın qabağına çağırıb bu əsgərin üst-başı nə gündədi, hərbi hissəyə gedəndə əsgər hərbi hissə komandirinə təqdim olunur, komandir bunu bu vəziyyətdə görüb nə deyər dediyini, sonra çavuş Təqsirləndirilən şəxs irad tutub onun üst-başını hazırladıqdan sonra evinizə gedin dediyini, həmin vaxt çavuş Təqsirləndirilən şəxs onu yataqxanaya apardığını, həmin vaxt MAHHX HQ çavuş Şahid1 da yataqxanaya gəldiyini, yataqxanaya girəndə Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlədib başından yumruqla bir dəfə vurduğunu, həmin vaxt Şahid1 orada olduğundan Təqsirləndirilən şəxs onu vurmasını gördüyünü, sonra çavuş Şahid1 ona əsgər yoldaşının formasını geyindirib bölük komandiri E.Namazova təqdim elədiyini, E.Namazov da onu MAHHX HQ əsgər Əli Həsənovun maşını ilə hərbi hissəyə göndərdiyini, hərbi hissəyə gedəndən bir gün sonra oradan da hospitala göndərildiyini, orada yoxlananda hər iki ağciyərində damar güclənməsi olduğu müəyyən edildiyini, ona görə orada stasionar müalicədə olduğunu, hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin tank əleyhinə bölüyünün qurğu komandiri MAHHX HQ çavuş Şahid1 ifadəsində 26 yanvar 2025-ci ildə səhər xidmət yerinə gəldiyini, saat 18:30 radələrində sıra düzülüşü olduğunu, sonra xidmət vaxtı başa çatdığından evə getmək istəyərkən NBM naryadı onlara bölük komandirinin MAHHX HQ-lara toplanış verməsini bildirdiyinə görə geri qayıtdığını, bölüyün yataqxanasının önündə bölük komandiri baş leytenant Elsevər Namazov onları düzdüyünü, sırada MAHHXHQ-lar Elmar Mirzəyev, Şahid2 və Əli Həsənov olduğunu, baş leytenant E.Namazov həmin vaxt əsgər Zərərçəkmiş şəxs cərgənin önünə çıxarıb bu nə görkəmdi, əsgər tibb məntəqəsinə belə gədəcək? deyib MAHHXHQ çavuş Təqsirləndirilən şəxs irad bildirərək “İsmayıl bu niyə bu gündədir, sənə nə demişdim?” sualını verdiyini, Təqsirləndirilən şəxs da işləri olduğuna görə ondan xəbəri olmadığını dediyini, bundan sonra baş leytenant E.Namazov ona Zərərçəkmiş şəxs hazırlayın, hərbi hissənin tibb məntəqəsinə gedəcək dediyinə görə əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə yataqxanaya apardığını, yataqxananın qapısından içəri girən kimi çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üstünə yeriyib ona qarşı nalayiq ifadə işlədib başından yumruqla bir dəfə vurduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs əsgərlərdən birinin formasını geyindirdikdən sonra bölük komandirinə təqdim etdiyini, bölük komandiri əsgər Zərərçəkmiş şəxs MAHHX HQ əsgər Əli Həsənovun avtomobili ilə hərbi hissəyə göndərdiyini, Zərərçəkmiş şəxs sonrakı günlərdə hospitala aparıldığını, orada olanda Təqsirləndirilən şəxs onu vurması barədə şikayət etdiyinə görə, Təqsirləndirilən şəxs barəsində araşdırma aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün 2-ci taqımının tank əleyhinə idarə olunan raketlər manqasının baş operatoru MAHHX HQ əsgər Şahid2 ifadəsində 26 yanvar 2025-ci ildə saat 15 radələrındə bölük komandiri baş leytenant Elsevər Namazov nahar yeməyindən sonra düzülüş verdiyini, həmin vaxt cərgənin önündə MAHHXHQ Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vəziyyətinin necə olduğunu soruşduqda Təqsirləndirilən şəxs isti su içirdiyini, istiliyinin endiyini dediyini, həmin vaxt baş leytenant E.Namazov onu hazırlayarsan axşam düzülüşündən sonra hərbi hissənin tibb məntəqəsinə gedəcəyini dediyini, həmin gün xidmət vaxtı başa çatdığından bölük komandiri müddətdən artıq xidmət edənləri evə buraxdığını, onlar maşınlara minib evə gedəndə NBM naryadı bölük komandirinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına toplanış verməsini dediyinə görə geri qayıtdıqlarını, bölüyün yataqxanasının önündə tank əleyhinə bölüyün komandiri, baş leytenant E.Namazov onları sıraya düzdüyünü, həmin vaxt MAHHXHQ-lar Şahid1, onun, Elmar Mirzəyev və Təqsirləndirilən şəxs cərgədə durduqlarını, baş leytenant E.Namazov həmin vaxt əsgər Zərərçəkmiş şəxs cərgənin önünə çıxararaq "bu nə görkəmdi, əsgər tibb məntəqəsinə belə gədəcək?” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əynindəki şalvarın çirkli olduğunu, əlindəki sellofan torbada da başqa şalvar olduğunu gördüyünü, bölük komandiri MAHHXHQ çavuş Təqsirləndirilən şəxs irad bildirib “bu niyə bu gündədir, sənə nə demişdim, demədim bunu hazırlayın, qaçıb maşına minib evə gedirsiz?” dedikdən sonra MAHHXHQ çavuş Təqsirləndirilən şəxs və MAHHXHQ çavuş Şahid1 bunu hazırlayın, hərbi hissənin tibb məntəqəsinə gedəcək dediyi üçün Şahid1la Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yataqxanaya apardığını, onlar həmin vaxt cərgədə gözlədiyini, onlar təxminən 15-20 dəqiqə sonra yataqxanadan çıxdığını, əsgər Zərərçəkmiş şəxs kiminsə şalvarını geyindirdiyini, sonra bölük komandiri onun geyiminin normal olduğunu görüb cərgədə olan müddətdən artıq xidmət edənlərə istirahət etmək üçün evə getmələrini tapşırdığını, onlar da evə getdiklərini, əsgər Zərərçəkmiş şəxs hərbi hissəyə gedəndən sonra hospitala göndərilməsini eşitdiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 01-02-ci vərəqələrinə əlavə edilmiş, cinayət işinin başlanması və müstəntiqin icraatına verilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan məlum olur ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda hərbi hissənin tank əleyhinə bölüyünün 2-ci taqımının tank əleyhinə idarəolunan raketlər manqasının komandiri MAHHX HQ çavuş Təqsirləndirilən şəxs Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə (çavuşlar, xidmət etdikləri hərbi hissənin əsgərləri üçün rəis hesab edilir) əsasən hərbi hissənin tank əleyhinə bölüyünün, 3-cü tank əleyhinə taqımının qumbaraatan manqasının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs rəis hesab edildiyi üçün onların aralarında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 06-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin tank əleyhinə bölüyünün əsgəri Zərərçəkmiş şəxs Naxçıvan Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xidmət etdiyi bölüyün 2-ci taqımının tank əleyhinə idarəolunan raketlər manqasının komandiri vəzifəsində xidmət edən MAHHX HQ çavuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ona yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq etdiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 26-cı vərəqəsinə əlavə edilmiş X1 Sistemindən əldə edilmiş məlumatda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 37-38-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11 fevral 2025-ci il tarixli, 100 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs “başın sol gicgah təpə sərhəddinin qançır halında zəif şişkinliyi” xəsarətini aldığı, bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gəlməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsinə əlavə edilmiş 19 fevral 2025-ci il tarixli N №-li hərbi hissənin hərbi-həkim komissiyasının arayışında Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 71-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya xəstəxanası X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə, təkrar zor tətbiq etməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs xidmət müddəti xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, hərbi xidmətdən tərxis olunduqdan sonra isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan MR Vəkillər Kollegiyasının hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-32/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-32/2025
10.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver