Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-33/2023 27.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X17 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, (himayəsində 3 az yaşlı uşağı olan), tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Xürəl kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, N №-li hərbi hissəsinin rabitə taqımının idarəetmə manqasının (tabor komandirinin) tank komandiri-manqa komandiri vəzifəsində xidmət etmiş, hal-hazırda N №-li hərbi hissə komandirinin sərəncamında olan, N avqust N0N3-cü il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəziyyətinə görə ona birbaşa rəis hesab olunan mayor X9 hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən N №-li hərbi hissəsinin rabitə taqımının idarəetmə manqasının (tabor komandirinin) tank komandiri-manqa komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, N1 iyun N0N3-cü il tarixdə həmin hərbi hissənin qərargah rəisi, kapitan Zərərçəkmiş şəxs hərbi hissəyə gedərkən yolda onu görüb nahar fasiləsindən sonra keçirilən şəxsi heyətin yerbəyerində iştirak etməsini bildirmiş, lakin o, həmin yerbəyerdə iştirak etməmiş, yerbəyer bitdikdən sonra təqribən saat 15:45 radələrində kapitan Zərərçəkmiş şəxs xidməti otağına gedərək orada onunla yerbəyerdə iştirak edib-etməməklə bağlı sözlü mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına iki dəfə “sənin ağzının qaşınmağı gəlir” nalayiq ifadə işlətmiş, bu sözdən sonra kapitan Zərərçəkmiş şəxs oturduğu yerdən ayağa qalxan zaman sağ əli ilə onun sol qaş nahiyəsinə yumruq zərbəsi vurmaqla, ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sol qaşın quyruq hissəsinin əzilmiş yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N1 iyun N0N3-cü ildə, saat N radələrində hərbi hissə komandiri mayor Şahid4 onu yanına çağırıb nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı ərazinin suvarılması barədə tapşırıq verib ona “nahardan sonrakı düzülüşdən azadsan, ərazini axşama kimi suvar tam qurtarsın” dediyini, saat 15:15 radələrində su çəninin dolubdolmamasını yoxlamaq üçün su çəninin olduğu yerə gedərkən əks istiqamətdə asfalt yolla hərbi hissəyə gələn kapitan Zərərçəkmiş şəxs onu görüb “hara gedirsən, düzülüşə az qalır gəl sıraya” dediyini, onun kapitan Zərərçəkmiş şəxs gələcəyəm deyə cavab verdiyini, lakin hərbi hissə komandirinin onu düzülüşdən azad etməsi barədə kapitan Zərərçəkmiş şəxs məlumat vermədiyini, bundan sonra hərbi hissə komandiri tərəfindən ona tapşırılan işin arxasınca gedərək düzülüş yerinə getmədiyini, bir qədər sonra ərazini suvaran zaman MAHHXHQ-su əsgər Şahid3 onun mobil nömrəsinə zəng vuraraq kapitan Zərərçəkmiş şəxs onu düzülüş yerinə çağırmasını bildirdiyini, özünün hərbi hissə komandirinin tapşırığını əsas tutub düzülüşə getmədiyini, bir qədər sonra kapitan Zərərçəkmiş şəxs özünün ona zəng vuraraq harada olmasını soruşduğunu, telefonda kapitan Fazillinin ona əsəbi halda hərbi hissəyə gəlməsini bildirib telefonu söndürdüyünü, bundan sonra hərbi hissəyə qayıdacağını bildirmək üçün özünün kapitan Fazillinin mobil nömrəsinə zəng vurduğunu, kapitan Fazilli telefonu açan kimi ona hərbi hissəyə gələcəyini bildirmək istədikdə kapitan Fazillinin ona “gəlmə, komandirin tapşırdığı işin arxasınca get” dediyini, lakin buna baxmayaraq onun dediyinə qulaq asmayıb sıraya çağırdığı üçün əsəbiləşərək onun xidməti otağına getdiyini, otağın qapısının açıq olduğunu, saat 15:45 radələrində otağa daxil olub stulda əyləşmiş vəziyyətdə olan kapitan Zərərçəkmiş şəxs ilə onu sıraya çağırması səbəbindən mübahisə etdiyini, mübahisə zamanı özünün kapitan Zərərçəkmiş şəxs ünvanına iki dəfə “sənin ağzını qaşıyaram” nalayiq ifadəsini işlətdiyini, bu ifadəni ilk dəfə işlədərkən kapitan Zərərçəkmiş şəxs “mənə o, nə sözdür deyirsən?” deyə cavab verdiyini, təkrar ona “sənin ağzını qaşıyaram” dedikdə kapitan Zərərçəkmiş şəxs oturduğu stuldan ayağa qalxmasını görüb sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, kapitan Zərərçəkmiş şəxs bir əli ilə gözünü tutub, digər əli ilə onu özündən uzaqlaşdırdığını, səs-küyə gizir Şahid1 otağa girdiyini və onları aralaşdırdığını, gizir Şahid1 onu qucaqlayıb otaqdan çölə çıxartdığını, çölə çıxdıqdan təqribən 5-N dəqiqə sonra özünün kapitan Zərərçəkmiş şəxs yaxınlaşaraq, ona əl uzatdığını,ondan etdiyi hərəkətlərinə görə üzr istəyərək onunla barışdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində kapitan Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hal-hazırda kapitan Fazilli ilə münasibətlərinin normal olduğunu, ailəli və himayəsində üç azyaşlı uşağının olmasını, hadisə baş verərkən ailəsində olan sosial problemlər (həyat yoldaşının onkoloji xəstə olması, atasının onkoloji xəstəlikdən vəfat etməsi, həyat yoldaşının dərmanlarını almaq üçün maddi sıxıntı çəkməsi) ilə əlaqədar olaraq əsəbi olduğunu, xidməti dövründə fərqləndiyi üçün müxtəlif fəxri fərman və medallarla təltif olunduğunu, N016-cı il tarixində olan “aprel döyüşlərində” iştirak etdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş kapitan Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N1 iyun N0N3-cü ildə, nahar yeməyindən sonra, saat 15:15 radələrində hərbi hissəyə gedən zaman hərbi hissənin nəzarət buraxılış məntəqəsindən Şərur-Sədərək yoluna qədər olan təqribən N00 metrlik yolda gizir Təqsirləndirilən şəxs gördüyünü, onun əks istiqamətə hərəkət etdiyini, gizir Təqsirləndirilən şəxs haraya getməsini soruşduğunu, onun əraziyə baxmasını bildirdiyini, ona “qayıt hərbi hissəyə, düzülüşün vaxtıdır, əraziyə baxıb çatdıra bilməyəcəksən” dediyini, gizir Təqsirləndirilən şəxs ona “oldu” deyib, lakin yolun sol cinahında olan ağaclığa tərəf getdiyini, geri qayıtmadığını, düzülüşün hərbi hissənin avtomobil parkında keçirildiyini, avtomobil parkına çatana yaxın hərbi hissə komandiri mayor Şahid4 görüb ona “Şixzadayev hərbi hissəyə gələn yolda idi, məlumatınız yoxdur, bilmirsiz hara gedirdi, düzülüşə gəlmirdi” dediyini, mayor Şahid4 ona “yox” dediyini, başqa heç nə demədiyini, hərbi hissə komandirindən əvvəl gedib sıranı düzən zaman Təqsirləndirilən şəxs sırada olmamasını görüb rabitə taqımının yerində olan şəxsi heyətinə zəng edib Təqsirləndirilən şəxs sıraya çağırmalarını dediyini, MAHHXHQ-su əsgər Şahid3 zəng edib danışdıqdan sonra “Şixzadayev deyir ki, gəlirəm” dediyini, saat təxminən 15:N0 radələrində düzülüşün başladığını, amma Təqsirləndirilən şəxs sıraya gəlmədiyini, mayor Şahid4 gəlib şəxsi heyətə və ona tapşırıqlarını verib “şəxsi heyəti bölüşdür, əraziləri suvarsınlar” dediyini, sırada tapşırıqları verən zaman mayor Şahid4 gizir Təqsirləndirilən şəxs iş tapşırmasını bildiyini, mayor Şahid4 bu barədə ona sırada dediyini, düzülüş bitdikdən sonra xidməti otağına gedəndən sonra Təqsirləndirilən şəxs zəng edib harada olmasını soruşduğunu, onun hərbi hissəyə gəlməsini bildirib telefonu söndürdüyünü, bir qədər sonra gizir Təqsirləndirilən şəxs ona zəng vurub “gəlirəm otağa” dediyini, telefonla danışarkən xidməti otağından gizir Təqsirləndirilən şəxs hərbi hissəyə daxil olmasını gördüyündən cavabında özünün ona “komandir sənə iş tapşırıb, onun tapşırdığı işin dalınca get, mənim yanıma gəlməyə ehtiyac yoxdur” dediyini, lakin bir neçə dəqiqə sonra təqribən saat 15:45 radələrində Təqsirləndirilən şəxs onun xidməti otağına gəldiyini, Təqsirləndirilən şəxs “məni neyləyirsən, mən niyə sənin sırana gəlməliyəm?” dediyini, özünün ona “sıra mənim deyil hamınındır, hamı kimi sən də sıraya gəlməlisən” deyə cavab verdiyini, gizir Təqsirləndirilən şəxs “yox gəlməli deyiləm” dediyini, söhbət zamanı gizir Təqsirləndirilən şəxs əsəbi olduğunu, onun ünvanına iki dəfə “sənin ağzını qaşıyaram” deyə nalayiq ifadə işlətdiyini, ilk dəfə bu sözü işlədərkən özünün ona “o nə sözdür mənə deyirsən?” cavabını verdiyini, gizir Təqsirləndirilən şəxs təkrar ona eyni ifadəni işlətdikdə oturduğu stuldan ayağa qalxaraq onu otaqdan çıxarmaq istədiyini, lakin bu zaman gizir Təqsirləndirilən şəxs qəflətən sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, qaş nahiyəsinin partlayıb qanadığını, sol əli ilə gözünü tutub üstünə gələn gizir Təqsirləndirilən şəxs sağ əli ilə özündən uzaqlaşdırmağa çalışdığını, səsinə gizir Şahid1 otağa gəlib gizir Təqsirləndirilən şəxs aralayıb çölə çıxartdığını, otaqdan çıxıb sanitar qovşağa gedib əl-üzünü yuduğunu, sonra otağa qayıdıb yarasına baxması üçün sanitar təlimatçı MAHHXHQ-su baş çavuş ŞahidN çağırdığını, ŞahidN gəlib ona ilkin tibbi yardım göstərdiyini, sonra bu barədə mayor Şahid4 zəng edib məruzə etdiyini, mayor Şahid4 hərbi hissəyə gəldikdən sonra onunla gizir Təqsirləndirilən şəxs yanına çağırıb hadisənin necə baş verməsini öyrənib dəqiqləşdirdikdən sonra bu barədə yuxarı komandanlığa məruzə etdiyini, həmçinin hadisədən sonra gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N1 iyun N0N3-cü ildə nahar yeməyindən sonra, saat 15:N0 radələrində avtomobil parkının yanında, sıra meydanında hərbi hissə komandiri mayor Şahid4 düzülüş keçirdiyini, kapitan Zərərçəkmiş şəxs mayor Şahid4 gəlməmişdən qabaq şəxsi heyəti düzüb yerində olan şəxsləri yoxladığını, mayor Şahid4 şəxsi heyətə bir sıra tapşırıqlar verdiyini, şəxsi heyəti təsərrüfat işlərinə ayırdığını, sonra düzülüşün bitdiyini, yataqxanaya gedərək paltarını dəyişib, əl-üzünü yuyub çölə çıxdığını, çölə çıxıb binanın qarşısından, qərargah rəisi kapitan Zərərçəkmiş şəxs xidməti otağının çöl tərəfindən keçən zaman onun açıq olan pəncərəsindən səs-küy gəlməsini eşitdiyini, problem olmasını bilib onun otağına getdiyini, otağa daxil olan zaman otaqda kapitan Zərərçəkmiş şəxs ilə gizir Təqsirləndirilən şəxs ayaqüstə mübahisə etmələrini, bir-birilərinə əl-qol atmalarını, tutaqlaşmalarını gördüyünü, dərhal aralarına girib Təqsirləndirilən şəxs qucaqlayıb çölə çıxartdığını, həmin vaxt gizir Təqsirləndirilən şəxs kapitan Zərərçəkmiş şəxs vurmasını görmədiyini, lakin paltarına qan dəyməsini görüb baxan zaman kapitan Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin qanamasını, sifətinin qan olmasını gördüyünü, mübahisə zamanı Təqsirləndirilən şəxs onu vurmasını bildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su baş çavuş ŞahidN ifadəsində və ona verilmiş sualları cavablandırarkən N1 iyun N0N3-cü ildə, saat 15:N0 radələrindən sonra hərbi hissənin avtomobil parkında düzülüş keçirildiyini, düzülüşdən sonra özünün avtomobil parkına gedib tibb məntəqəsinin tərkibində olan təcili tibbi yardım maşınının təmizliyinə başladığını, saat 16 radələrində kapitan Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib ilkin tibbi yardım çantasını götürüb otağına gəlməsini dediyini, təcili tibbi yardım maşınında olan tibbi çantanı götürüb kapitan Zərərçəkmiş şəxs xidməti otağına getdiyini, onun otaqda tək olduğunu, otağa girən zaman kapitan Zərərçəkmiş şəxs qaş nahiyəsində və çənəsinin altında qanabənzər ləkələr olmasını gördüyünü, onun üzünü silib təmizlədiyini, onun sol qaş nahiyəsində cırılmış yara olduğunu, başqa nahiyəsində xəsarəti olmadığını, həmin vaxt ona ilkin tibbi yardım göstərdiyini, nə üçün xəsarət almasını soruşduqda kapitan Zərərçəkmiş şəxs yaralanmasını bildirdiyini, otaqdan çıxıb avtomobil parkına gedən zaman qərargah binasının qarşısında gizir Şahid1 görüb ondan kapitan Zərərçəkmiş şəxs nə olmasını soruşduğunu, Şahid1 “gizir Şixzadayevlə dalaşıb, Şixzadayev vurub onu” dediyini, avtomobil parkına gedib bu barədə mobil telefonla zəng edərək mayor Şahid4 məlumat verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş mayor Şahid4 ifadəsində və ona verilmiş sualları cavablandırarkən 11 iyul N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət etdiyini, hərbi hissənin ərazisində aparılan təmizlik, suvarma, bərpa və s. işlərə hərbi hissənin şəxsi heyətinin ayrıldığını, hərbi hissənin ərazisində aparılacaq işlərə uyğun olaraq ərazilərin bölmələr arasında bölündüyünü, rabitə taqımının ərazisinin hərbi hissəyə gələn asfalt yol və nəzarət buraxılış məntəqəsinin ətrafı olduğunu, ərazilərin də kanaldan, kanalda su olmadıqda isə çəndən nasoslarla su vurulmaqla suvarıldığını, nasosların işlədilməsi, təmiri və digər işlərdən hərbi hissədə təkcə gizir Təqsirləndirilən şəxs anlayışı olduğundan bu barədə tapşırıqları ona həvalə etdiyini, N1 iyun N0N3-cü il tarixdə, saat N radələrində gizir Təqsirləndirilən şəxs çağırıb ona nəzarətburaxılış məntəqəsinin yanında olan, rabitə taqımına təhkim olunmuş ərazini axşam saatlarına kimi suvarıb bitirməsini, nahar yeməyindən sonra keçiriləcək yerbəyerdə iştirak etməməsini tapşırdığını, işini görüb bitirə bilməsi üçün onu yerbəyerdən azad etdiyini, saat təxminən 15:15 radələrində yerbəyerin keçirilməsinə az qalmış kapitan Zərərçəkmiş şəxs ona “gizir Təqsirləndirilən şəxs ərazidə idi” dediyini, özünü ona “bilirəm” deyə cavab verdiyini, lakin gizir Təqsirləndirilən şəxs yerbəyerdən azad etməsi barədə kapitan Zərərçəkmiş şəxs məlumat vermədiyini, saat təxminən 15:N0-15:N5 radələrində yerbəyerin keçirildiyini, yerbəyer keçirilən zaman gizir Təqsirləndirilən şəxs azad etdiyindən onun sırada olmamasına münasibət bildirmədiyini, Təqsirləndirilən şəxs tapşırdığı iş barədə kapitan Zərərçəkmiş şəxs sırada olarkən dediyini, şəxsi heyətə tapşırıqlarını verib Şərur rayonu, Çəmənli kəndi yaxınlığında yerləşən təsərrüfat sahəsinə getdiyini, orada olarkən, saat 16:06 radələrində kapitan Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vurararq gizir Təqsirləndirilən şəxs yumruqla onun qaş nahiyəsinə vurub qanatması barədə məlumat verməsini, ondan hansı səbəbdən bu halın baş verməsini soruşduqda kapitan Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs nahardan sonrakı yerbəyerə çağırması ilə bağlı aralarında yaranmış mübahisə zamanı gizir Təqsirləndirilən şəxs yumruqla onun sol qaş nahiyəsindən vurmasını, qaş nahiyəsinin partlamasını bildirdiyini, bundan sonra hərbi hissəyə qayıdıb hər ikisini xidməti otağında qəbul edərək mübahisənin səbəbini dəqiqləşdirdikdən sonra bu barədə yuxarı komandanlığa məruzə etdiyini göstərmişdir. Həmçinin mayor Şahid4 ifadəsində gizir Təqsirləndirilən şəxs öz xidməti vəzifələrini çox yaxşı bildiyini, onuyn tank texnikasından yaxşı başı çıxdığını, xidməti dövründə həmişə fərqləndiyini və müxtəlif fəxri fərman və medallarla təltif olunduğunu, N016-cı il tarixində olan “aprel döyüşlərində” iştirak etdiyini də bildirmişdir. Şahid MAHHXHQ əsgər Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, onun məhkəmə iclaslarında iştirakı müvafiq hərbi hissə komandanlığı tərəfindən təmin edilməmişdir. Bununla əlaqədar olaraq N №-li hərbi hissə komandiri tərəfindən məhkəməyə ünvanlanmış N1 sentyabr N0N3-cü il tarixli, 1N45 №-li məktubda MAHHXHQ-su əsgər Şahid3 xüsusi tapşırıqla əlaqədar olaraq gücləndirmədə olduğu üçün onun məhkəmə iclasında iştirakını təmin etməyin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə, Şahid3 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək və onun ifadəsinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alaraq, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadəsinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onun ifadəsinə istinad olunmasını müvafiq olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində N1 iyun N0N3-cü ildə, saat 15:N0 radələrində hərbi hissədə zabit-gizir-MAHHXHQ heyətinə düzülüş keçirildiyini, həmin vaxt gizir Təqsirləndirilən şəxs sırada olmadığını, onun harada olmasını bilmədiyini, sırada onunla bərabər MAHHXHQ-su əsgər Sahib Orucovun dayandığını, kapitan Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs harada olmasını soruşduqda məlumatı olmadığını bildirdiyini, kapitan Zərərçəkmiş şəxs zəng edib onu sıraya çağırmalarını dediyini, mobil telefonu ilə gizir Təqsirləndirilən şəxs zəng edib düzülüşə gəlməsini, kapitan Zərərçəkmiş şəxs onu çağırmasını dediyini, gizir Təqsirləndirilən şəxs ona “ərazidəyəm, gəlirəm, komandir ərazini suvarmağı tapşırıb” dediyini, kapitan Zərərçəkmiş şəxs “Şixzadayev deyir ki, gəlirəm” dediyini, hərbi hissə komandirinin ona iş tapşırması barədə kapitan Zərərçəkmiş şəxs demədiyini, sonra düzülüşə hərbi hissə komandiri mayor Şahid4 gəlib tapşırıqlarını verdiyini, onlara “ərazinizi suvarın, təmizliyinə baxın” dediyini, düzülüş bitdikdən sonra rabitə taqımının əsgər heyəti ilə nəzarət-buraxılış məntəqəsinin yanındakı əraziyə gedib ərazini süpürüb təmizlədiklərini, saat təxminən 16:N radələrində hərbi hissəyə qayıtdıqda gizir Təqsirləndirilən şəxslə kapitan Zərərçəkmiş şəxs mübahisə etmələrini, gizir Təqsirləndirilən şəxs yumruqla vurub kapitan Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə xəsarət yetirməsini eşitdiyini göstərmişdir (i.v İ cild 88-91). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 iyul N0N3-cü il tarixli qərardan görünür ki, kapitan Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 66). X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın N9 iyun N0N3-cü il tarixli, N01 №-li ekspert rəyində kapitan Zərərçəkmiş şəxs almış olduğu “sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sol qaşın quyruq hissəsinin əzilmiş yarası” xəsarətinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna olunmadığı, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı göstərilmişdir (İ.v İ cild 43). N №-li hərbi hissə komandirinin 1N yanvar N014-cü il tarixli, 6 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin 1N yanvar N014-cü il tarixli, 05 gm №-li əmri ilə N №-li hərbi hissənin idarəetmə manqasının tank komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 134). N №-li hərbi hissə komandirinin N3 iyun N0N3-cü il tarixli, 85 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs həmin tarixdən N №-li hərbi hissə komandirinin sərəncamına keçirilmişdir (İ.v İ cild 13N). N №-li hərbi hissə komandirinin NN oktyabr N0NN-ci il tarixli, 153 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Fazilli X6 nazirinin müavini-X1N Komandanının NN oktyabr N0NN-ci il tarixli, 095 №-li №-li əmri ilə N №-li hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 1N8). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N5 iyun N0N3-cü il tarixli, 3N №-li arayışda N №-li hərbi hissənin rabitə taqımının idarəetmə manqasının manqa komandiri-tank komandiri gizir Təqsirləndirilən şəxs ilə kapitan Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu, kapitan Zərərçəkmiş şəxs gizir Təqsirləndirilən şəxs rəis hesab olunduğu göstərilmişdir (İ.v İ cild 39). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N0N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 47). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N0N3-cü il tarixli 7N4 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 04 iyul N0N3-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X18 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli, 9975 №-li cavab məktubundan görünür ki, Qusar rayonu Xurel kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 137). Qusar Rayon Mərkəzi X8 Şəxsi tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış müvafiq olaraq xx.xx.N0N3-cü il tarixli, PHŞ-6-54/N-63N/N0N3 №-li cavab məktubundan görünür ki, Qusar rayonu Xurel kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında olmamışdır (i.v İİ cild N). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild N6). “Qətimkan tədbirinin seçilməsi haqqında” N avqust N0N3-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 160-161). N17 №-li hərbi hissənin Mənzil-İstismar Xidmətindən alınmış xx.xx.N0N3-cü il tarixli 57N №-li arayışdan, o cümlədən Təqsirləndirilən şəxs məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin sürətindən, AZ-İ 900N36 №-li nikah haqqında və AZ-İİİ 493854 №-li, AZ-İV 00N0N0 №-li, AZ-İV 301733 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Xurel kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayır və onun himayəsində olan ailə üzvləri- 1991-ci il təvəllüdlü arvadı X2 qızından, N015-ci il təvəllüdlü qızı XN, N017-ci il təvəllüdlü qızı X1 və N019-cu il təvəllüdlü qızı X3 qızından ibarətdir (i.v İ cild 19N-195, 1N0-1N1, İİ cild 44-45). Notariat qaydasında təsdiq edilmiş Fəxri Fərman və medal vəsiqələrinin surətlərindən görünür ki, xidmət müddəti ərzində təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 0N4t №-li, N6 iyun N014-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı ilə, N6 iyun N018-ci il tarixdə ”Qüsursuz Xidmətə Görə” 3-cü Dərəcəli medal ilə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 illiyi” Yubiley medalı ilə təltif edilmiş, həmçinin xx.xx.N018-ci il tarixdə “X1N üzrə “Ən yaxşı tank heyəti” adı uğrunda gedən yarışda yüksək nəaliyyətlər əldə etdiyinə görə X1N komandanının müavini tərəfindən, döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəaliyyətlər əldə etdiyinə görə xx.xx.N019-cu il tarixdə “N6 iyun- Azərbaycan Ordusunun yaranması günü” münasibətilə N №-li hərbi hissə komandirinin müavini-qərargah rəisi tərəfindən, xx.xx.N019-cu il tarixdə ”31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə N №-li hərbi hissə komandiri tərəfindən, xx.xx.N0N0-ci il tarixdə “N6 iyun- Silahlı Qüvvələr günü” münasibətilə N №-li hərbi hissə komandiri tərəfindən, xx.xx.N0N1-ci il tarixdə Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda keçirilən yarışda fərqləndiyinə görə Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Fəxri Fərmanlara layiq görülmüşdür (i.v İİ cild 36- 43). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XNrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N0N-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, gizir Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən N №-li hərbi hissəsinin rabitə taqımının idarəetmə manqasının (tabor komandirinin) tank komandirimanqa komandiri vəzifəsində xidmət edərkən N1 iyun N0N3-cü il tarixdə həmin hərbi hissənin qərargah rəisi, kapitan Zərərçəkmiş şəxs hərbi hissəyə gedərkən yolda onu görüb nahar fasiləsindən sonra keçirilən şəxsi heyətin yerbəyerində iştirak etməsini bildirmiş, lakin o, həmin yerbəyerdə iştirak etməmiş, yerbəyer bitdikdən sonra təqribən saat 15:45 radələrində kapitan Zərərçəkmiş şəxs xidməti otağına gedərək orada onunla yerbəyerdə iştirak edib-etməməklə bağlı sözlü mübahisə etmiş, mübahisə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “Tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır... Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar”, 38-ci maddəsində “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini pozaraq kapitan Zərərçəkmiş şəxs ünvanına iki dəfə “sənin ağzının qaşınmağı gəlir” nalayiq ifadəsini işlətmiş, bu sözdən sonra kapitan Zərərçəkmiş şəxs oturduğu yerdən ayağa qalxan zaman sağ əli ilə onun sol qaş nahiyəsinə yumruq zərbəsi vurmaqla, ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan “sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sol qaşın quyruq hissəsinin əzilmiş yarası” xəsarətini yetirməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etmişdir. Bununla da gizir Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın N9 iyun N0N3-cü il tarixli, N01 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1N və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, bir hərbi qulluqçu kimi xidmətdə fərqləndiyinə görə yuxarı komandanlıqlar tərəfindən müxtəlif medal və fəxri fərmanlarla təltif edilməsini, N016-cı il tarixində olan “aprel döyüşlərində” iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid mayor Şahid4 ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli xidməti xasiyyətnamə, N17 №-li hərbi hissənin Mənzil-İstismar Xidmətindən alınmış xx.xx.N0N3-cü il tarixli, 57N №-li arayışla, o cümlədən AZ-İ 900N36 №-li nikah haqqında, AZ-İİİ 493854 №-li, AZ-İV 00N0N0 №-li, AZ-İV 301733 №-li doğum haqqında şəhadətnamələrin surətləri və notariat qaydasında təsdiq edilmiş Fəxri Fərman və medal vəsiqələrinin surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” N fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.N—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, gizir Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X16rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, gizir Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N avqust N0N3-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 1N sentyabr N0N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından N% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-33/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-33/2023
27.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver