Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-33/2025 14.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx N05-ci il tarixdə Zaqatala rayonunun Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Zəyəm kəndində daimi qeydiyyatda olan, barəsində 14 aprel NN5-ci il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar NN4-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci motoatıcı taborunun 3-cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 3-cü manqasının xidmət apardığı, şərti olaraq “Qoqi-N” adlanan döyüş mövqeyində qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 01 mart NN5-ci il tarixdə saat 04:00-dan saat 06:00-dək tabelik münasibətində olmadığı, həmin manqada heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs ilə birlikdə 3-cü növbə döyüş növbətçiliyinə təyin edildiyi üçün həmin gün saat 03:50-də əsgər Zərərçəkmiş şəxs əsgər yataqxanasına gəlib onu yuxudan oyatmağa çalışsa da yuxudan oyanmadığını görüb bu barədə manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN məlumat vermiş və sonuncu əsgər yataqxanasına gəlib yuxudan oyadan zaman o, yuxudan oyanmış, manqa komandiri, əsgər ŞahidN əsgər yataqxanasından çıxdıqdan sonra əsgər Zərərçəkmiş şəxs ona əsgərlər arasında “əsgərin sözünü yerinə yetirməyib, komandir heyətinin sözünü yerinə yetirən” mənasında işlədilməklə yaxşı söz kimi qəbul olunmayan “borzu çumo” dediyi üçün bu zəmində aralarında mübahisə yaranmış və mübahisə zamanı onun tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38, 4N, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələbləri kobud surətdə pozaraq, əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “üst dodağın əzilmiş, cırılmış yarası” xəsarətini yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun, 3-cü motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının 3-cü manqasında qumbaraatan vəzifəsində xidmət edərkən əsgər Zərərçəkmiş şəxs ilə 01 mart NN5-ci il tarixdə, saat 04:00-dan saat 06:00-dək 3-cü növbə olaraq döyüş növbətçiliyinə təyin edildiyini, saat 03:45 radələrində əsgər Zərərçəkmiş şəxs növbəyə hazırlaşmağı üçün onu yuxudan oyandırmaq istədiyini, lakin ağır yatdığı üçün oyada bilmədiyini, bir az sonra manqa komandiri MAHHXHQ əsgər ŞahidN “İsmayılov, İsmayılov, dur, növbə vaxtındır” dediyini eşitdiyini, buna görə yuxudan qalxıb çarpayının üstündə oturduğunu, MAHHXHQ əsgər ŞahidN isə silah otağına keçdiyini, həmin vaxt təxminən saat 03:50 radələri olduğunu, yataqxanada hamı yatdığını, əsgər Zərərçəkmiş şəxs isə odun sobasının yanında stulda əyləşdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona “borzu çumosan” ifadəsini işlətdiyini, həmin ifadə ilə təhqir olunduğunu, onun nə səbəbə həmin ifadə ilə onu təhqir etdiyini bilmədiyini, yuxulu olduğundan həmin ifadəyə görə çarpayıdan düşərək onun yanına gedib sağ əli ilə əsgər Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir yumruq vurduğunu, həmin vaxt yumruğun təsirindən onun dodağı qanadığını, dodağının qanını yumaq üçün əli ilə ağzını tutub yataqxanadan çıxaraq hamama keçdiyini, onun da əsgər Zərərçəkmiş şəxs arxasınca hamama keçib orada ondan üzr istədiyini, onu bağışlamasını xahiş etdiyini, əsgər Zərərçəkmiş şəxs də “borzu çumo” dediyinə görə ondan üzr istədiyini, su töküb ona dodağını yumasına kömək etdikdən sonra növbəyə hazırlaşmaq üçün yataqxanaya keçdiyini, MAHHXHQ əsgər ŞahidN silah otağından çıxıb ondan əsgər Zərərçəkmiş şəxs harada olduğunu soruşanda ona yataqxanadan çıxdığını dediyini, MAHHXHQ əsgər ŞahidN yataqxanadan çıxıb əsgər Zərərçəkmiş şəxs yanına getdiyini, onun da həmin vaxt yataqxanadan çıxıb onların yanına getdiyini, hamamın qarşısında MAHHXHQ əsgər ŞahidN əsgər Zərərçəkmiş şəxs dodağına nə olduğunu soruşan zaman onun əvvəlcə yıxıldığını bildirsə də, MAHHXHQ əsgər ŞahidN bir neçə dəfə ondan dodağına nə olduğunu soruşanda əsgər Zərərçəkmiş şəxs onun tərəfindən yumruqla vurulması nəticəsində xəsarət aldığını bildirdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ilə birlikdə MAHHXHQ əsgər ŞahidN bir-biri ilə barışdıqlarını bildirib, bu barədə heç kimə məruzə etməməsini xahiş etdiklərini, MAHHXHQ əsgər ŞahidN isə həmin vaxt onlara iradlarını bildirib onları döyüş növbətçiliyinə apardığını, səhəri gün onun bu barədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən kapitan Şahid1 məruzə etdiyini, kapitan Şahid1 əsgər Zərərçəkmiş şəxs ilə söhbət edəndə sonuncu onun tərəfindən yumruqla vurulması nəticəsində xəsarət aldığını dediyini, bu barədə yuxarı komandanlığa məruzə edildiyini, onlar 0N mart NN5-ci il tarixdə mövqedən hərbi hissəyə göndərildiklərini, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsində müayinə olunduqdan sonra 03 mart NN5-ci il tarixdə hərbi hospitala göndərildiyini, müayinə zamanı onun üst dodağı partladığından cərrahi əməliyyat olunub tikiş qoyulduğunu, tutduğu əməldən peşman olduğunu, əsgər Zərərçəkmiş şəxs üzr istəyərək bağışlanmağını xahiş etdiyini, əsgər Zərərçəkmiş şəxs də onu bağışladığını göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun, 3-cü motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının 3cü manqasında heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş və xidmət müddəti başa çatdığından 30 aprel NN5-ci il tarixdən ehtiyata buraxılmış Zərərçəkmiş şəxs ifadəsində 13 oktyabr NN3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə N ay gənc əsgər-hazırlıq kursu keçdikdən sonra xidmətini davam etdirmək üçün N yanvar NN4-cü ildə N nömrəli hərbi hissəyə göndərildiyini, N aprel NN4-cü il tarixdən həmin hərbi hissənin 1-ci motoatıcı taborunun 3-cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 3-cü manqasının xidmət apardığı şərti olaraq “Qoqi-N” adlanan döyüş mövqeyində heyət nəfəriatıcı vəzifəsində xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət müddətində, şərti olaraq “Qoqi-N” adlanan döyüş mövqeyində görüb tanıdığını, onunla tabelik münasibətlərində olmadığını, hər ikisi əsgər rütbəsində xidmət etdiyini, aralarında heç bir qohumluq münasibəti, düşmənçilik və ədavət olmadığını, o, hərbi hissənin 1-ci motoatıcı taborunun 3-cü motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 3-cü manqasının xidmət apardığı şərti olaraq “Qoqi-N” adlanan döyüş mövqeyində heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 01 mart NN5-ci il tarixdə, saat 04:00-dan saat 06:00-dək əsgər Təqsirləndirilən şəxsla birlikdə Qoqi-N adlanan döyüş mövqeyində yerləşən müşahidə postuna 3-cü növbə döyüş növbətçiliyinə təyin edildiyini, həmin gün təxminən saat 03:50 radələrində dəbilqə və zirehli gödəkcə geyindikdən sonra əsgər Təqsirləndirilən şəxs oyandırmaq üçün onun yanına, yəni əsgər yataqxanasına getdiyini, “İsmayılov, İsmayılov” deyə çağırsa da, yuxudan oyanmadığını, o, əsgər Təqsirləndirilən şəxs oyanmadığını görüb silah otağında olan manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ əsgər ŞahidN bu barədə bildirdiyini, MAHHXHQ əsgər ŞahidN əsgər yataqxanasına gəlib əsgər Təqsirləndirilən şəxs yuxudan oyandırdıqdan sonra yenidən silah otağına qayıtdığını, manqa komandiri MAHHXHQ əsgər ŞahidN əsgər yataqxanasından çıxdıqdan sonra əsgər Təqsirləndirilən şəxs qalxaraq yataq yerində oturduğunu və bu zaman o, əsgər Təqsirləndirilən şəxs onun çağırması nəticəsində yuxudan oyanmayıb, manqa komandiri MAHHXHQ əsgər ŞahidN çağırmasına əsasən yuxudan oyandığı üçün əsgərlər arasında yaxşı söz kimi qəbul olunmayan, yəni əsgər yoldaşının sözünü yerinə yetirməyib, komandir heyətinin sözünü yerinə yetirən” mənasında işlədilən “sən borzu çumosan” ifadəsini işlətdiyini, bundan sonra əsgər Təqsirləndirilən şəxs çarpayıdan enib onun üstünə gələrək bir söz demədən sağ əli ilə onun sifətinə bir yumruq zərbəsi vurduğunu, zərbənin təsiri nəticəsində üst dodağı şişib qanamağa başladığını, dodağının qanını yumaq üçün əli ilə ağzını tutub yataqxanadan çıxaraq hamama keçdiyini, Əsgər Təqsirləndirilən şəxs bir az sonra arxasınca onun yanına gəlib üzr istəyərk yuxulu olduğunu, nə etdiyini bilmədiyini dediyini, daha sonra əsgər Ü.İsmaylov növbəyə hazırlaşmaq üçün yataqxanaya keçdiyini, bir az sonra MAHHXHQ əsgər ŞahidN yanına gəlib nə üçün dodağının şişdiyini və qanadığını soruşduğunu, ilk əvvəl həqiqəti ondan gizlədib yıxıldığını desə də, təkrar nə baş verdiyini soruşanda həqiqəti deyərək əsgər Təqsirləndirilən şəxs onu yumruqla vurduğunu bildirdiyini, həmin vaxt tərxis vaxtına az qaldığından, xidmətdə artıq qalmaq istəmədiyindən, həm də əsgər Təqsirləndirilən şəxs cəzalandırılmasını istəmədiyindən əsgər Təqsirləndirilən şəxsla birlikdə MAHHXHQ əsgər ŞahidN bu barədə heç kimə deməməsini xahiş etdiyini, MAHHXHQ əsgər ŞahidN isə onlara bir söz demədən yataqxanaya gətirib döyüş növbətçiliyinə apardığını, həmin gün MAHHXHQ əsgər ŞahidN bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən kapitan Şahid1 məruzə etdiyini, kapitan Şahid1 onu yanına çağırıb bu barədə soruşanda əsgər Təqsirləndirilən şəxs onu yumruqla vurduğunu bildirdiyini, bu barədə yuxarı komandanlığa məruzə edildikdən sonra 0N mart NN5-ci ildə günorta saatlarında MAHHXHQ əsgər ŞahidNlə birlikdə hərbi hissəyə endirildiyini, əvvəl hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini, orada tibb məntəqəsinin həkimi onu müayinə edərək üst dodağının partladığını, tikiş qoyulmalı olduğunu dediyini, buna görə 03 mart NN5-ci ildə hərbi hospitala göndərildiyini, orada müayinə zamanı üst dodağının partladığını bildirib cərrahi əməliyyat olunaraq üst dodağına tikiş qoyulduğunu, bundan sonra hərbi hissədə həmin hadisə ilə bağlı araşdırma aparılaraq izahatı alındığını, ekspert müayinəsindən keçirildiyini, sonrakı günlərdə ona zor tətbiq edib vurduğuna görə əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandığını eşitdiyini, əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, hər hansı şikayət və tələbi olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid1 ifadəsində 01 mart NN5-ci il tarixdə, saat 09:30 radələrində yataqxanada olarkən manqa komandiri MAHHXHQ əsgər ŞahidN ona məruzə edərək axşam əsgər Zərərçəkmiş şəxs yıxıldığını, dodağının yaralandığını bildirdiyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs yanına çağırdığını, həmin vaxt onun üst dodağının yaralandığını gördüyünü, ondan necə xəsarət almağını soruşanda o, axşam yataqxananın qarşısında lapatka ilə qar gətirən zaman yıxıldığını bildirdiyini, bundan sonra saat 10 radələrində bölük komandiri və tabor komandirinə bu barədə məruzə etdiyini, sonra əsgər Zərərçəkmiş şəxs xəsarət almağı şübhə yaratdığı üçün onu yenə yanına çağırıb təkrar hansı şəraitdə xəsarət almağını soruşanda onun məcbur qalıb həqiqəti danışaraq gecə saat 04-də əsgər Təqsirləndirilən şəxs oyandırmaq istədiyini, lakin onun yerindən qalxmadığını, sonra manqa komandiri ŞahidN dediyini, onun gəlib əsgər Təqsirləndirilən şəxs yuxudan oyandırdığını, əsgər Təqsirləndirilən şəxs oyadarkən yuxudan durmamağının xoşuna gəlmədiyi üçün, ona “borzu çumo” ifadəsini işlətdiyini, əsgər Təqsirləndirilən şəxs da həmin vaxt yumruqla onun dodağından vurduğunu dediyini, daha sonra əsgər Təqsirləndirilən şəxs yanına çağırıb ondan hadisə barədə soruşanda o, əsgər Zərərçəkmiş şəxs vurduğunu etiraf etdiyini, saat 11:30 radələrində bölük və tabor komandirinə bu barədə məruzə etdiyini, həmin gün hava şəraiti əlverişli olmadığından əsgərlər manqa komandiri ŞahidNlə birlikdə 0N mart NN5-ci il tarixdə hərbi hissəyə endirildiklərini, səhəri gün əsgər Zərərçəkmiş şəxs hərbi hospitalda müayinə edilərkən onun üst dodağında cırılmış yara olduğu aşkar edildiyini və dodağına tikiş qoyulmasını eşitdiyini, xidmət müddəti əsgərlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı əsgər olduğunu, verilən tapşırıqları tam yerinə yetirdiyini, üstlərinin səliqəsiz olması xidməti şərait ilə bağlı olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun 3-cü motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ əsgər ŞahidN ifadəsində 01 mart NN5-ci il tarixdə saat 03:45 radələrində əsgər Zərərçəkmiş şəxs vaxtında döyüş növbəsinə hazırlaşmalarını dediyini, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxsla saat 04:00-dan saat 06:00-dək 3-cü növbə olaraq döyüş növbəsinə təyin edildiyini, sonra silah otağına keçib kitabları yazmağa başladığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs gəlib əsgər Təqsirləndirilən şəxs oyandırmağa çalışsa da, onun oyanmadığını bildirdiyini, buna görə silah otağından çıxıb əsgər Təqsirləndirilən şəxs yatdığı çarpayıya, onun yanına gedərək “İsmayılov, qalx növbə vaxtındır, hazırlaş” dediyini, əsgər Təqsirləndirilən şəxs həmin vaxt yuxudan qalxıb, çarpayıda oturduğunu, o da silah otağına getdiyini, orada olarkən hər hansı səs eşitmədiyini, hər hansı mübahisənin şahidi olmadığını, bir neçə dəqiqə sonra silah otağından çıxaraq əsgər Zərərçəkmiş şəxs olmadığını gördüyünü, əsgər Təqsirləndirilən şəxs onun harada olmasını soruşanda əsgər Təqsirləndirilən şəxs ona əsgər Zərərçəkmiş şəxs hamamda olduğunu dediyini, hamama keçib əsgər Zərərçəkmiş şəxs üst dodağının qanadığını gördüyünü, ondan nə baş verdiyini soruşanda yıxıldığını, ona görə dodağının qanadığını dediyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs ona əsgər Təqsirləndirilən şəxs onu yumruqla vurduğunu dediyini, əsgər Təqsirləndirilən şəxs bu barədə soruşanda o, əsgər Zərərçəkmiş şəxs ona “borzu çumo” ifadəsini işlətdiyini, buna görə əsəbiləşib yumruqla ağız nahiyəsindən vurduğunu dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona tərxisinə az qaldığını, hər hansı problem olmasını istəmədiyini, bildirərək heç kimə məruzə etməməsini xahiş etdiyini, əsgər Təqsirləndirilən şəxs da ondan bu barədə heç kimə məruzə etməməsini xahiş etdiyini, səhər 06:30 radələrində kapitan Şahid1 bu barədə məruzə etdiyini, kapitan Şahid1 əsgər Zərərçəkmiş şəxs yanına çağırıb onunla söhbət edəndə, əsgər Zərərçəkmiş şəxs onu əsgər Təqsirləndirilən şəxs yumruqla vurduğunu bildirdiyini, bundan sonra bu barədə hərbi hissəyə məruzə edilərək əsgərlərin hərbi hissəyə endirilməsi barədə tapşırıq verildiyini, həmin gün hava şəraiti əlverişsiz olduğundan səhəri gün, yəni 0N mart NN5-ci il tarixdə həmin əsgərləri hərbi hissəyə düşürdüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti kapitanı Şahid3 ifadəsində 0N mart NN5-ci il tarixdə, saat N radələrində hərbi hissənin 1-ci taborunun şərti olaraq “Qoqi-N” adlanan döyüş mövqeyində xidmət edən əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə müraciət etdiyini, vizual baxış zamanı əsgər Zərərçəkmiş şəxs üst dodağı şişdiyini, üst dodağının içəri tərəfdən partladığını gördüyünü, ona bədən baxışı keçirdiyini, müayinə edərkən hansı şəraitdə xəsarət almasını soruşan zaman əsgər Zərərçəkmiş şəxs ona 01 mart NN5-ci il tarixdə, gecə saat 04 radələrində döyüş növbəsinə təyin olunmuş əsgər Təqsirləndirilən şəxs yuxudan oyandırmaq istəyən zaman aralarında mübahisə yarandığını, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sağ əlinin yumruğu ilə onun ağız nahiyəsindən bir dəfə yumruqla vurduğunu dediyini, əsgər Zərərçəkmiş şəxs aldığı xəsarət ixtisaslı müayinə və müalicə tələb etdiyindən onun növbəti gün üçün hərbi hospitala göndərilməsinə qərar verdiyini, buna görə o, 03 mart NN5-ci il tarixdə hərbi hospitala göndərildiyini, hospitalda əsgər Zərərçəkmiş şəxs müayinə olunaraq ona “üst dodağın sağ tərəfli əzilmiş-cırılmış yarası” diaqnozu qoyulduğunu və kiçik cərrahi əməliyyat olunaraq üst dodaq nahiyəsinə içəri tərəfdən tikiş qoyulduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxs ekspert müayinəsindən keçirildiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 mart NN5-cü il tarixli, 136 №-li qərardan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuş və onun barəsində Azərbaycan Respublikası CM-in 33N.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 7-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi, t/x kapitanı Şahid3 N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.NN5-ci il tarixli raportdan görünür ki, əsgər Zərərçəkmiş şəxs Nazim oğlu 0N mart NN5-ci il tarixdə “Üst dodağın sağ tərəfli əzilmiş-cırılmış yarası” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işinin 1-ci cildinin 8-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 03 mart NN5-ci il tarixli arayışda hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün, 3-cü taqımının 3-cü manqasının qumbaraatanı əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün 3-cü taqımının 3-cü manqasının heyət nəfəriatıcısı əsgər Zərərçəkmiş şəxs Nazim oğlu arasında tabelik münasibətləri olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N aprel NN4-cü il tarixli, 95 №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin 1-ci motoatıcı taborun 1-ci bölüyünün N-ci taqımının N-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 16-cı vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli, N94 №-li əmrindən çıxarışda əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 1-ci taborun 1-ci bölüyünün N-ci taqımının N-ci manqasının qumbaraatanı vəzifəsindən - 1-ci taborun 3-cü bölüyünün, 3-cü taqımının, 3cü manqasının qumbaraatanı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli, 4 №-li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmaqla hərbi hissənin 3-cü motoatıcı taborun 8-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N oktyabr NN4-cü il tarixli, N94 №-li əmrindən çıxarışda isə təşkilati-ştat tədbirlərinin keçirilməsi və bölmələrin yenidən nömrələnməsi ilə əlaqədar əsgər Zərərçəkmiş şəxs xidmət yerinin hərbi hissənin 4-cü taborun 13-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfəri-atıcısı vəzifəsindən - 1-ci taborun 3-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfəri-atıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin N3-N4-cü vərəqələrinə əlavə edilmiş, xidməti vərəqələrdən görünür ki, əsgər Zərərçəkmiş şəxs xidmət müddətində həvəsləndirilməmiş, lakin xx.xx.NN5-ci il tarixdə şəxsi gigiyena qaydalarına riayət eləmədiyinə görə (əl və ayaq dırnaqlarını vaxtında tutmadığı üçün) bölük komandiri kapitan Rahib Nəbiyev tərəfindən xx.xx.NN5-ci il tarixli əmrlə “Töhmət” cəzası ilə cəzalandırılmış, əsgər Təqsirləndirilən şəxs da, xidmət müddətində həvəsləndirilməmiş, lakin xx.xx.NN5-ci il tarixdə hərbi geyim formasını səliqəsiz daşıdığına və üzünü vaxtında qırxmadığı üçün bölük komandiri kapitan Rahib Nəbiyev tərəfindən xx.xx.NN5-ci il tarixli əmrlə “Töhmət” cəzası ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin N8-N9-cu vərəqələrinə əlavə edilmiş, N nömrəli hərbi hissənin zədələnmələrin və ambulator xəstələrin qeydiyyatı kitabından çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs 0N mart NN5-ci il tarixdə hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, orada ambulator müayinə olunaraq ona “Üst dodağın sağ tərəfli əzilmiş-cırılmış yarası” diaqnozu qoyulmuş, 03 mart NN5-ci il tarixdə N5 nömrəli hərbi hospitala müayinə üçün göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsinə əlavə edilmiş, 04 mart NN5-ci il tarixli, 98 №-li məhkəmə-tibbi müayinə aktından görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət - üst dodağın əzilmiş-cırılmış yarası - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, şəxsin məhkəmə - tibbi müayinə zamanı göstərdiyi tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 57-ci vərəqəsinə əlavə edilmiş, 17 mart NN5-ci il tarixli, 79N №-li arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş, 14 mart NN5-ci il tarixli, 118 №-li ekspert rəyindən görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı almış olduğu xəsarət - üst dodağın əzilmiş-cırılmış yarası - bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasında səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin 1-ci cildinin 84-cü vərəqəsinə əlavə edilmiş, “X1 Sistemi” tərəfindən verilmiş xx.xx.NN5-ci il tarixli sorğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 105-ci vərəqəsinə əlavə edilmiş, “Respublika Psixiatriya Xəstəxanası” XN N8 mart NN5-ci il tarixli, 3-N8-N9/N-303N/NN5 №-li məktubunda Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 107-ci vərəqəsinə əlavə edilmiş, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” XN N aprel NN5-ci il tarixli, 18-1-78/N-338/NN5 №-li məktubunda Təqsirləndirilən şəxs xəstəxanada Psixiatrik və Narkoloji kabinetlərində qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqəsinə əlavə edilmiş, “Respublika Narkoloji Mərkəzi” XN xx.xx.NN5-ci il tarixli, xx/xx-3667 №-li məktubunda Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 146-cı vərəqəsinə əlavə edilmiş, N nömrəli hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli, 104 №-li əmrindən çıxarışda, 1-ci motoatıcı taborun 3-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfəri-atıcısı əsgər Zərərçəkmiş şəxs xidmət müddəti başa çatdığı üçün 30 aprel NN5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq ehtiyata buraxıldığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N03-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci və 59.1.1N-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi, ondan üzr istəməsi, zərər çəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbinin olmaması, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olması, cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N1N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onu bağışlamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onu bağışlamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 aprel NN5-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 153.1-ci maddəsinə əsasən məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N0 (iki yüz) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) aparılıb təhvil verildiyi vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Hökmün icrası intizam xarakterli hərbi hissənin (N nömrəli h/h) komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə cəza çəkdiyi müddət xidmət müddətinə hesablanmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N0 (iki yüz) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-33/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-33/2025
14.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver