Məhkəmə qərarları › İş №1-1(092)-34/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-34/2023

13.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-34/2023 13.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1996-cı ildə Ağstafa rayonunun Saloğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali hərbi təhsilli, məhkum olunmayan, Ağstafa rayonunun Saloğlu kəndində daimi qeydiyyatda olan, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan, hadisə vaxtı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmiş, hazırda N №-li hərbi hissədə xidmət edən, N sentyabr 2023-cü ildə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı təkrarən zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Quluyev X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmətdə olarkən 2022-ci ilin avqust ayının əvvəllərində saat 16 radələrində döyüş növbətçiliyini təhvil verərək əsgər yataqxanasına qayıdan zaman həmin taqımın 1-ci manqasında radio-telefonçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs başındakı dəbilqənin əyri dayandığını görüb, əsgər Zərərçəkmiş şəxs başından bir yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin sentyabr ayının əvvəllərində saat 09 radələrində şərti adı “Şirvan” olan döyüş mövqeyində şəxsi heyətin düzülüşü zamanı əsgər Zərərçəkmiş şəxs əvvəlki gün döyüş növbətçiliyində olarkən siqaret çəkdiyi üçün irad tutaraq, ünvanına nalayiq söz işlətmiş və daha sonra sifətindən bir sillə, sinəsindən bir yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin sentyabr ayının ortalarında saat 14 radələrində xidmət apardıqları döyüş mövqeyinin əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs hamamda istifadə olunmuş ülgücü təmizlik ləvazimatlarının yığıldığı rəfə qoyduğunu görüb, sonuncunun sifətindən bir sillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin sentyabr ayının ortalarında saat 11 radələrində şərti adı “Şirvan” olan döyüş mövqeyinin əsgər yataqxanasında silah vermə kitabına qaralama saldığına görə əsgər Zərərçəkmiş şəxs sifətindən 2-3 sillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin sentyabr ayının sonlarında saat 15 radələrində döyüş mövqeyində əsgər Zərərçəkmiş şəxs əşya kisəsinə isimlik tikməməsinə əsəbiləşərək əvvəlcə əşya kisəsini sonuncunun başına çırpmış, ardınca sifətindən bir sillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət etdiyini, 2022ci ilin avqust ayının əvvəllərində saat 16 radələrində 1-ci taqımının radio-telefonçusu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs döyüş növbəsindən çıxanda başındakı dəbilqənin əyri durmasını görüb başından kaskanın üstündən bir dəfə yumruqla vurduğunu, 2022-ci ilin sentyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs axşam saatlarında döyüş növbəsində olduğu vaxt siqaret çəkdiyini gördüyünü, həmin vaxt ona heç nə demədiyini, ertəsi gün səhər saat 09 radələrində yataqxananın önündə cərgədə Zərərçəkmiş şəxs irad tutaraq sifətindən bir sillə, sinəsindən isə bir yumruq vurduğunu, 2022-ci ilin təxminən sentyabr ayının ortalarında saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs mövqenin yataqxanasında hamamda istifadə olunmuş ülgücü təmizlik ləvazimatları ilə bir yerə yığdığını görüb ona hirslənərək sifətindən sillə ilə vurduğunu, əsgər Zərərçəkmiş şəxs silah vermə kitabına qaralama saldığına görə 2022-ci ilin sentyabr ayının ortalarında saat 11 radələrində sifətindən 2 dəfə sillə ilə vurduğunu, 2022-ci ilin təxminən sentyabr ayının sonlarında əsgər Zərərçəkmiş şəxs əşya kisəsinə isimlik tikməməsinə görə əsəbiləşərək saat 15 radələrində əşya kisəsini onun başına çırpdığını, daha sonra sifətindən bir sillə zərbəsi vurduğunu, etdiyi hərəkətlərə görə əsgər Nuruzadədən üzr istədiyini, onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının 1-ci manqasında radiotelefonçu vəzifəsində xidmət edərkən təqribən 2022-ci ilin avqust ayının əvvəlləri nahardan sonra döyüş növbəsindən çıxıb əsgər yataqxanasına gedən zaman baş leytenant Təqsirləndirilən şəxs səngərin içərisində onu görüb dəbilqənin üstündən yumruqla vurub dəbilqəni başına niyə əyri qoymusan dediyini, həmin vaxt ona heç nə demədiyini, əsgər Şahid3 orada olduğundan hadisəni gördüyünü, təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində əsgər Şahid5la döyüş növbəsində olduğunu, döyüş növbəsində olanda müşahidənin içində gizlincə siqaret çəkdiyini, baş leytenant Təqsirləndirilən şəxs həmin vaxt müşahidəyə gəlib, onun siqaret çəkməyini gördüyünü, ertəsi gün səhər tezdən şəxsi heyət düzülüşdə olanda saat təxminən 09 radələrində onu cərgənin önünə çıxarıb nalayiq ifadə işlədib üzündən sillə ilə, sinəsindən isə yumruqla vurduğunu, onu yumruqla vurmasına görə sağ tərəfdən sinəsinin ağrıdığını, Təqsirləndirilən şəxs onu vurmasını əsgərlər Şahid5, Şahid1, Şahid2 gördüklərini, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sentyabr ayının ortalarında saat 14 radələrində şəxsi heyətin təmizlik ləvazimatlarını yoxladığını, hamam üzqırxanını gətirib təmizlik ləvazimatlarının olduğu dolaba qoyduğuna görə əsəbləşib onun üzündən bir sillə vurduğunu, həmin hadisədən 2-3 gün sonra təxminən yenə 2022-ci ilin sentyabr ayının ortalarında baş leytenant Təqsirləndirilən şəxs ona döyüş növbətçiliyinin cədvəlini və silah vermə kitabını yazmağı tapşırdığını, ayıq növbə olanda kitabları yazmağa başladığını, yorğun olduğundan silah vermə kitabına qaralama saldığını, buna görə də səhəri gün, saat 11 radələrində hamı ərazidə işləyəndə baş leytenant Təqsirləndirilən şəxs onu kazarmaya çağırdığını, kazarmada qaralama saldığı kitabı göstərib bu nədir, bura salmısan dediyini, ona gecə yorğun olduğuna görə səhv yazdığını, sonra düzəltmək istəyəndə qaralama düşdüyünü dediyini, Təqsirləndirilən şəxs əsəbiləşib onun üzündən 2- 3 sillə vurduğunu, həmin vaxt yataqxanada tək olduqlarından onu vurmasını heç kimin görmədiyini, sonradan bu barədə özü postda olan əsgərlərə dediyini, təxminən 10 gün sonra 2022-ci ilin sentyabr ayının sonlarında komandanlıqdan posta yoxlama gəldiyini, yoxlama gəlmədən bir gün əvvəl Təqsirləndirilən şəxs ona əşya kisələrinin isimliklərini tikməyi tapşırdığını, gecə isimlikləri tikdikdən sonra yatdığını, səhər əşya kisələrini yerinə qoyanda bir ədədinin üstündə isimlik olmadığını gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs veş-meşokun birinin üstündə birka olmadığını dediyini, Təqsirləndirilən şəxs də onu apar ən alta qoy, yoxlama görməsin dediyini, ona görə həmin veş-meşoku aparıb ən alta qoyduğunu, yoxlamanın posta gəldiyini, yoxlama zamanı gizlətdiyi veş-meşoku aşkara çıxartdığını, buna görə də Təqsirləndirilən şəxs irad tutulduğunu, yoxlama zamanı şəxsi heyət arasında anonim sorğu keçirildiyini, Təqsirləndirilən şəxs həmin günədək ona elədiklərinə görə sorğuda “Təqsirləndirilən şəxs bizi çox sıxır” yazdığını, buna görə də Təqsirləndirilən şəxs irad bildirildiyini, yoxlamalar gedəndən sonra saat 15 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti düzüb kimin anonim sorğuda onun adını yazdığını soruşduğunu, heç kəsin cavab vermədiyini, amma Təqsirləndirilən şəxs onun yazdığını bilib, ona cərgədən çıx dediyini, cərgədən çıxdıqda Təqsirləndirilən şəxs əşya kisəsini yerə çırpıb ona bunun niyə isimliyi yoxdur dedikdə ona “sizə yaxınlaşıb, məruzə etdim ki, bunun isimliyi yoxdur, siz də dediniz ki, aparın ən alta qoyun, mən də elə etdim” cavabını verdikdə Təqsirləndirilən şəxs ona əsəbiləşərək yerdən əşya kisəsini götürüb onun başına çırpdığını, sonra da üzündən bir sillə vurduğunu, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onunla barışdığını, ondan şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2022-ci ilin sentyabr ayında taqım komandiri Təqsirləndirilən şəxslə əsgər Zərərçəkmiş şəxs arasında münaqişə olduğunu, Zərərçəkmiş şəxs əşya kisəsinə birka tikmədiyinə görə yoxlama baş leytenant Zaur Quliyevə irad tutduğunu, yoxlama getdikdən sonra Təqsirləndirilən şəxs də əsgər Zərərçəkmiş şəxs hirsləndiyindən əşya kisəsini əsgər Zərərçəkmiş şəxs başına çırpdığını, sonra şillə ilə sifətindən vurduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs əsgər Şahid5la birlikdə müşahidə mövqeyində xidmətdə olarkən baş leytenant Təqsirləndirilən şəxs onun əlində siqaret gördüyünü, onlar döyüş növbəsini təhvil verib aşağı düşən zaman Təqsirləndirilən şəxs Nuruzadənin döyüş növbəsində siqaret çəkməsi səbəbindən onun üzündən bir sillə, sinəsindən bir yumruq vurub bir də belə etsən, sənin üçün pis olacaq dediyini, 2022-ci ilin sentyabr ayının ortalarında Nuruzadə hamamda yuyunan vaxtı üz-qırxanla müxtəlif yerlərini qırxdıqdan sonra həmin üz qırxanı gətirib farnitur dolabına qoyduğuna görə baş leytenant Təqsirləndirilən şəxs həmin ləvazimatı digər ləvəzimatlarla birlikdə saxladığına görə Zərərçəkmiş şəxs yanına çağırıb onun üzündən bir sillə vurduğunu, bir neçə gün sonra 2022-ci ilin sentyabr ayının sonlarında baş leytenant Təqsirləndirilən şəxs yoxlama gələcəyindən bir gün əvvəl hamını işlərə böldüyünü, əsgər Nuruzadəyə də əşya kisələrinin üstünə isimlik tikməyi tapşırdığını, yoxlamaya gələnlər onları yataqxanaya çağırıb anonim sorğu keçirdiyini, bu vaxt kimsə sorğuda Təqsirləndirilən şəxs onu incitdiyini yazdığını, anonim sorğudan sonra yoxlamaya gələnlər əşya anbarında əşya kisəsinin birinin üzərində isimlik olmadığını görüb Təqsirləndirilən şəxs irad tutduğunu, yoxlamalar müəyyən çatışmazlıqlar yazıb getdiklərini, yoxlama gedəndən sonra Təqsirləndirilən şəxs onları düzərək anonim sorğunu kimin yazdığını soruşduğunu, Xaliq Nurzadənin yazdığını bilsə də, əsgərlərin içində açıqlamadığını, bundan sonra Zərərçəkmiş şəxs niyə bilkaları tam tikmədiyini soruşub, ona irad bildirildiyini deyib əşya kisəsini Zərərçəkmiş şəxs başına çırpdığını, sonra da üzündən bir sillə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində, 2023-cü ilin xidmət müddəti başa çatdığından hərbi xidmətdən tərxis edildiyini, 2022-ci ilin təxminən avqust ayının əvvəllərində nahar yeməyindən sonra adını xatırlamadığı əsgərlə döyüş növbəsindən çıxdığını, bu vaxt Zərərçəkmiş şəxs başındakı dəbilqə əyri durduğunu, baş leytenant Təqsirləndirilən şəxs bunu görüb əsəbiləşərək müşahidənin qarşısında Zərərçəkmiş şəxs başındakı dəbilqənin üstündən bir yumruq zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2022-ci ilin təxminən sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs əsgər Şahid5la döyüş növbəsində olarkən taqım komandiri onu müşahidədə siqaret çəkən zaman gördüyünü, səhərisi gün düzülüşdə baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs cərgənin önünə çıxarıb ona nalayiq ifadə işlədərək üzündən sillə ilə, sinəsindən yumruqla vurduğunu, 2022-ci ilin sentyabr ayının sonlarında snayperçi kimi avtobus postuna ezam göndərildiyini, “Şirvan” postuna yoxlama gələn gün avtobus postunda tabor komandiri post böyüyü MAHHXHQ çavuş Əhmədova “yoxlama gələcək bunu öz postuna aparın” dediyini, həmin gün səhər tezdən onu “sətko” adlandırdıqları maşınla “Şirvan” postuna apardıqlarını, posta çatanda şəxsi heyət yoxlamaya hazırlaşdığını, hərənin bir işlə məşğul olduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs də əşya kisəsinə isimlik tikdiyini gördüyünü, Zərərçəkmiş şəxs bir az sonra gedib baş leytenant Təqsirləndirilən şəxs bir əşya kisəsinin üzərində isimlik olmadığını bildirdikdə Təqsirləndirilən şəxs bunu altda yeşiklərdə gizlət dediyini, sonra yoxlamaların posta gəldiklərini, hər yerin yoxlanıldığını, yoxlama zamanı Zərərçəkmiş şəxs gizlətdiyi isimliksiz əşya kisəsi aşkar edildiyini, buna görə baş leytenant Quluyevə irad tutulduğunu, Təqsirləndirilən şəxs əşya kisəsini Zərərçəkmiş şəxs başına çırpıb üzündən sillə ilə vurduğunu, 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs gecə yorğun olduğundan silah vermə kitabına qaralama saldığından, buna görə də səhəri gün, saat 11 radələrində hamı ərazidə işləyəndə baş leytenant Təqsirləndirilən şəxs onu yataqxanaya çağırdığını, lakin döyüb-döyməməsini bilmədiyini göstərmişdir. Cinayət işi üzrə Şahid5 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid5 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 2021-ci ilin oktyabr ayının sonlarından 30 dekabr 2022-ci ilədək N №-li hərbi hissənin 5-ci tabor, 16-cı bölük, 1-ci taqım, 2-ci manqasında xidmət etdiyini, 2022-ci ilin dekabr ayının 30-da ehtiyata buraxıldığını, 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla birlikdə döyüş növbəsində olanda müşahidənin içində gizlincə siqaret çəkdiyini, bu vaxt baş leytenant Təqsirləndirilən şəxs müşahidəyə gəlib, onun siqaret çəkməyini gördüyünü, səhərisi gün tezdən Təqsirləndirilən şəxs şəxsi heyət düzülüşdə olanda saat təxminən 09 radələrində Zərərçəkmiş şəxs cərgənin önünə çıxarıb ona nalayiq ifadə işlədərək üzündən sillə ilə, sinəsindən isə yumruqla vurduğunu, həmin vaxt cərgədə olduğu üçün olanları gördüyünü göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinin 123-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant Təqsirləndirilən şəxs ilə həmin taborun 16-cı bölüyünün 1-ci taqımının 1-ci manqasında radiotelefonçu vəzifəsində xidmət etmiş, hazırda N №-li hərbi hissədə xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olduğu, əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissənin 16-cı bölüyünün 1-ci taqımında xidmət edən zaman Təqsirləndirilən şəxs onun taqım komandiri olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 172-ci və 157-ci vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 77-ci vərəqəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 742 nömrəli arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 179-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin baş leytenant Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Quluyev X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 16-cı bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət edərkən 2022-ci ilin avqust ayının əvvəllərində saat 16 radələrində döyüş növbətçiliyini təhvil verərək əsgər yataqxanasına qayıdan zaman tabeliyində olan əsgər Zərərçəkmiş şəxs başındakı dəbilqənin əyri dayandığını görüb, əsgər Zərərçəkmiş şəxs başından bir yumruq zərbəsi, 2022-ci ilin sentyabr ayının əvvəllərində saat 09 radələrində şərti adı “Şirvan” olan döyüş mövqeyində şəxsi heyətin düzülüşü zamanı əsgər Zərərçəkmiş şəxs əvvəlki gün döyüş növbətçiliyində olarkən siqaret çəkdiyi üçün irad tutaraq, ünvanına nalayiq söz işlətmiş və daha sonra sifətindən bir sillə, sinəsindən bir yumruq zərbəsi, 2022-ci ilin sentyabr ayının ortalarında saat 14 radələrində xidmət apardıqları döyüş mövqeyinin əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs hamamda istifadə olunmuş ülgücü təmizlik ləvazimatlarının yığıldığı rəfə qoyduğunu görüb, sonuncunun sifətindən bir sillə zərbəsi, 2022-ci ilin sentyabr ayının ortalarında saat 11 radələrində şərti adı “Şirvan” olan döyüş mövqeyinin əsgər yataqxanasında silah vermə kitabına qaralama saldığına görə əsgər Zərərçəkmiş şəxs sifətindən 2-3 sillə zərbəsi, 2022-ci ilin sentyabr ayının sonlarında saat 15 radələrində döyüş mövqeyində əsgər Zərərçəkmiş şəxs əşya kisəsinə isimlik tikməməsinə əsəbiləşərək əvvəlcə əşya kisəsini onun başına çırpmış, ardınca sifətindən bir sillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bununla da baş leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə istintaqında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirli bilinən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 8 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar