Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-34/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci il tarixdə Şərur rayonunun Muğancıq Müslüm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, N №-li hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işləmiş, hal-hazırda xidmətdən tərxis olunmuş, işsiz, Şərur rayonunun Muğancıq Müslüm kəndində daimi qeyydiyyatda olmaqla həmin ünvanda yaşayan, 29 fevral N24-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Nəcəfov X9 Nazirliyinin N nömrəli hərbi hissəsinin Kəngərli rayonu ərazisində yerləşən maddi-texniki təminat bölüyünün avtomobil tağımının 3-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş rütbəsində həqiqi hərbi xidmətdə olarkən 07 yanvar N24-cü il tarixdə saat 21:10 radələrində özünə məxsus “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur şəhəri 28 May küçəsində hərəkətdə olan zaman “X14” Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 1-ci hissəsində göstərilən “piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir” tələblərini pozaraq piyada xəttinin üzərindən yolu soldan sağa keçmək istəyən piyada, Şərur şəhər sakini Zərərçəkmiş şəxs vuraraq ona “sol körpücük sümüyünün, sağ incik sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi” xəsarətlərini yetirərək sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirmiş və hadisədən sonra Zərərçəkmiş şəxs yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən “X14” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərini pozaraq hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisəni törədən vaxt N saylı hərbi hissədə MAHHXHQ-su kiçik çavuş kimi xidmət etdiyini, hal-hazırda hərbi xidmətdən tərxis olunduğunu, Şərur rayon M.Müslüm kəndində yaşadığını, adına **-BG-*** dövlət nömrə nişanlı “VAZ 21063” markalı minik avtomobili olduğunu, 07 yanvar N24-cü il tarixdə saat N:50 radələrində Şərur şəhərində yerləşən ərzaq mağazalarından birinə gedərək mağazadan lazımi ərzaqları aldıqdan sonra rayon Şərur rayon Polis İdarəsinin qarşısındakı yol ilə təqribən saatda 40 km/saat sürətlə hərəkətdə olarkən 28 May küçəsində anidən piyada xəttində tanımadığı bir şəxsin yolu sağdan sola keçdiyini gördüyünü, həmin şəxsi görərkən aralarındaki məsafənin təqribən 1-2 metr olduğunu, cəld əyləci sıxaraq avtomobili dayandırmaq istəsə də tormoz sistemi normal işləmədiyindən piyada keçidindən keçən həmin şəxsi avtomobilin ön tərəfi ilə vurduğunu, onun da yerə yıxıldığını, başına ilk dəfə belə bir hadisə gəldiyindən çox qorxduğunu və hadisə yerini tərk edərək evlərinə qaçdığını, bu barədə heç bir orqana da məlumat vermədiyini, evə getdikdən sonra hadisəni yaxın qohumu, atası Şahid3 danışdığını, Şahid3 da ona təcili hadisə yerinə getmələrini, yaralıya kömək etmələrini bildirdiyini, həmin vaxt polis əməkdaşlarının da onun yaşadığı evə gələrək onu hadisə yerinə oradan da polisə apararaq ondan bu barədə izahat aldıqlarını, orada avtomobillə vurduğu şəxsin Şərur şəhər sakini Zərərçəkmiş şəxs olduğunu öyrəndiyini, həmin şəxsi əvvələr tanımadığını, onunla arasında hər hansı qohumluq, ədavət, düşmənçiliyi olmadığını, idarə etdiyi avtomobildə qəzadan əvvəl hər hansı nasazlığın olmadığını, hadisəni törədən zaman içkili olmadığını, hadisədən sonra dəfələrlə yaxın qohumları ilə birlikdə Naxçıvan MR Mərkəzi Xəstəxanasına gedərək xəsarət almış Şərur şəhər sakini Zərərçəkmiş şəxsla maraqlandıqlarını, orada müalicə olunduğu müddətdə onun bütün xəstəxana xərclərini özlərinin qarşıladıqlarını və ona dəymiş ziyanı tamami ilə ödədiklərini, artıq onun sağaldığını, Zərərçəkmiş şəxs üzr istədiyini, Nadirin də onu bağışlayaraq bu barədə məhkəməyə notarial qaydada barışıq ərizəsi verdiyini, 4 azyaşlı övladının olmasını, özünün və həyat yoldaşının heç bir yerdə işləməməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 07 yanvar N24-cü il tarixdə saat təqribən 21 radələrində Şərur şəhərində Polis şöbəsinin qarşısında, 28 may küçəsində yerləşən piyada keçidindən keçərək yaşadığı evə doğru gedərkən həmin vaxt gözləmədiyi anda bir “VAZ 2106” markalı avtomobilin piyada keçidindən ona tərəf gəldiyini görüb avtomobili idarə edən şəxsin avtomobili “yəqin ki, saxlayar” düşüncəsi ilə piyada keçidlə yoluna davam etdiyini, lakin həmin şəxsin avtomobili saxlamayaraq sürüb onu ön tərəfi ilə vurduğunu, zərbənin təsirindən avtomobilin ön şüşəsinə dəyərək yerə yıxıldığını, avtomobili idarə edən şəxsin avtomobili saxlamayaraq ona heç bir köməklik etmədən çıxıb getdiyini, orada olan tanımadığı şəxslərin köməkliyi ilə Şərur rayon Xəstəxanasına, oradan Naxçıvan MR Mərkəzi Xəstəxanasına gətirildiyini, sonradan onu vuran şəxsin Şərur rayon M.Müslüm kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, xəstəxanada 8 gün yataraq müalicə olunduğunu, onu maşınla vuran həmin şəxs Təqsirləndirilən şəxs valideyinləri ilə birlikdə dəfələrlə xəstəxanada və xəstəxanadan çıxdıqdan sonra da onun yanına gələrək onun bütün xəstəxana xərclərini ödədiklərini və müalicəsi ilə maraqlandıqlarını, Təqsirləndirilən şəxs bağışladığını, ondan hər hansı bir şikayətinin olmadığını göstərərək bağışlama haqqında notarial qaydada yazdığı təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 07 yanvar N24-cü il tarixdə Şərur rayon polis idarəsində, qazanxana növbsində olarkən saat 21:10 radələrində siqaret çəkmək üçün həyətə çıxdığını, həmin vaxt İdarənin qarşısında çoxlu polis əməkdaşlarının olduğunu görüb onlara yaxınlaşdıqda orada olan polis əməkdaşlarının hadisə yerinə baxış keçirdiklərini gördüyünü, onlardan nə olmasını soruşduqda “VAZ 21063” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən bir şəxsin piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığını dediklərini, hadisə yerində qan ləkələrinin olduğunu və yerdə avtomobil şüşələrinin qırıntılarını gördüyünü, sonradan xəsarət alan həmin şəxsin Şərur rayon sakini Zərərçəkmiş şəxs, onu maşınla vuraraq oradan qaçan şəxsin isə Şərur rayon Muğancıq Müslüm kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun övladı olduğunu və onu uşaq vaxtı qaynatası Kərim Nəcəfovun övladlığa verdiyini, Elçinin də qaynatasının soyadını daşıdığını, Təqsirləndirilən şəxs özünə məxsus **-BG-*** nömrəli “VAZ 21063” markalı avtomobilinin olduğunu, Elçinin 07 yanvar N24-cü il tarixdə axşam saat N:30 radələrində həmin avtomobillə evləri üçün bəzi ərzaq məhsullarını almaq üçün Şərur şəhərinə getdiyini, o, getdikdən təqribən 40 dəqiqə sonra həyətdə Təqsirləndirilən şəxs çox həyacanlı və qorxmuş vəziyyətdə olduğunu görüb ondan nə olmasını soruşduqda Şərur şəhərində yerləşən Polis İdarəsinin yanında piyada keçidində bir şəxsi avtomobillə vurduğunu və qorxduğu üçün həmin şəxsi yolda qoyub qaçdığını dediyini, Elçini danlayaraq təcili hadisə olan yerə getməli olduqlarını dediyini, bu arada oraya polis əməkdaşlarının da gələrək onlarla birlikdə hadisənin baş verdiyi yerə getdiklərini, hadisə yerində yerdə qan ləkələrinin olduğunu gördüyünü, orada Elçinin vurduğu şəxsin Şərur şəhər sakini Zərərçəkmiş şəxs olduğunu bildiyini, Elçin və yaxın qohumları ilə birlikdə onu Şərur rayon xəstəxanasına oradan da Naxçıvan MR Mərkəzi Xəstəxanasına apardıqlarını, orada müalicə aldığı müddətdə dəfələrlə onun yanına gedərək onun bütün müalicə xərclərini özlərinin çəkdiklərini, onun artıq sağalaraq evlərinə getdiyini, hal-hazırda Elçinlə onun münasibətlərinin normal olduğunu, Zərərçəkmiş şəxs oğlunu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N №-li hərbi hissənin MTT bölüyünün komandiri vəzifəsində xidmət etdiyini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs hadisəni törədərkən onun bölüyündə xidmət etdiyini, həmin hadisə ilə əlaqədar hal-hazırda xidmətdən ehtiyata buraxıldığını, hadisə olan gün 07 yanvar N24-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək ona məxsus “VAZ 21063” markalı şəxsi minik avtomobili ilə Şərur rayon Polis Şöbəsinin yanında yolu keçən piyadanı vurduğunu və hadisə yerindən qaçdığını, piyadanın yaralı olduğunu dediyini, tez özünün də hadisə yerinə gedərək polis əməkdaşları ilə birlikdə onu sərxoşluq müayinəsindən keçirmək üçün xəstəxanaya apardıqlarını, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq halının çıxmadığını, sonradan xəsarət alan həmin şəxsin Şərur rayon sakini Zərərçəkmiş şəxs olduğunu bildiyini göstərdi. Ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən, teleqrama ilə müraciət etmiş, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində 07 yanvar N24-cü il tarixdə saat 21:00 radələrində Şərur rayon Prokurorluğunun qarşısında olarkən Şərur rayon Polis İdarəsinin qarşısında olan yoldakı piyada xətti tərəfdən nəsə bərk səs gəldiyini, sanki maşının nəyəsə dəydiyini eşitdiyini, tez həmin tərəfə gedən zaman bir avtomobilin sürətlə qarşısından keçdiyini gördüyünü, hadisə yerinə gedən zaman bir nəfərin piyada xəttinin üzərində yıxılmış vəziyyətdə olduğunu gördüyünü, bu barədə təcili “102” polis xidmətinə zəng edərək polis əməkdaşlarına məlumat verdiyini, sonra həmin şəxsin polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparıldığını, sonradan xəsarət alan həmin şəxsin Zərərçəkmiş şəxs, onu maşınla vuraraq oradan qaçan şəxsin isə Şərur rayon Muğancıq Müslüm kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildiyini göstərmişdi. Cinayət işi üzrə 08 yanvar N24-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 16 yanvar N24-cü il tarixli, 87 №-li ekspert rəyində Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin-sol körpücük sümüyünün, sağ incik sümüyünün qapalı sınığının, döş qəfəsinin əzilməsinin küt mexanizmidən bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzası zamanı əmələ gəlməsinin istisna olunmadığı, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 12 yanvar N24-cü ildə məhkəmə-yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi (avtotexniki) ekspertizası təyin edilmiş, 30 yanvar N24-cü il tarixli, 45 №-li ekspert rəyində istintaq tərəfindən göstərilən vəziyyətdə “VAZ-21063” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, həmin maddənin tələblərinə əsasən əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücünün keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı olduğu, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı olduğu, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu, sürücü Təqsirləndirilən şəxs piyadanı vurduqdan sonra hadisə yerindən qaçdığı üçün onun hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu göstərilmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus AE 889138 nömrəli sürücülük vəsiqəsindən görünür ki, hadisə baş verərkən onun sürücülük hüququ və “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmuşdur. Cinayət işinə əlavə edilmiş Sərxoşluq hallarının müəyyən edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, alınmış 07 yanvar N24-cü il tarixli, 373 nömrəli protokolda onun sərxoş olmadığı göstərilmişdir. Cinayət işinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan MR X2 verilən məktubda Təqsirləndirilən şəxs X4 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs – N nömrəli hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli, 9N nömrəli əmri ilə həmin hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 3-cü manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvüləri vardı.
1. X1 26 oktyabr 1991-ci il təvəllüdlü.
2. X7 23 yanvar N10-cu il təvəllüdlü.
3. X8 27 yanva N11-ci il doğumlu.
4. X6 30 aprel N14-cü il doğumlu.
5. X13 31 iyul N21-ci il doğumlu. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs – xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuşdur. evlidir, orta təhsillidir, Şərur şəhəri, Nizami küçəsi 15, mənzil 09-da yaşayır. Şərur şəhərində tikintidə mühafizəçi işləyir və Şərur şəhər Mənzil İstismar Sahəsindən verilmiş xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə olunmuş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışlayır, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından ona dəymiş ziyanı tamami ilə ödədiyindən onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə qaldırılmış cinayət işinə xitam verilməlidir belə ki, onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispoziyasında göstərilir ki, avtomobil, tranvay və ya digər mexaniki nəqliyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olma həmin Məcəllənin Qeyd hissəsinin 2-ci yarımbəndində göstərilir ki, 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərşəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericiliyin müddəalarına əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamami ilə ödəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndi ilə və CPM-nin 40.3cü maddəsinin tələblərinə əsasən o, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş onun barəsində başlanmış cinayət təqibinə və cinayət işi üzrə icrata həmin hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində göstərilir ki, Yolnəqliyyat hadisəsi yerindən qaçma Bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismar qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu da cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində dörd azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamami ilə ödəməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının onun barəsində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamiilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edirki Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şərur rayon Muğancıq Müslüm kəndində yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Naxçıvan MR Daxili İşlər Nazirliyinin X19 İdarəsinin Qeydiyyat İmtahan və X12 Şərur Rayonlararası müayinə mərkəzində saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AE 889138 saylı BC seryalı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Şərur rayon Polis şöbəsinə göndərilməlidir. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 353, 356,3 58 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şərur rayon Muğancıq Müslüm kəndində yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Naxçıvan MR Daxili İşlər Nazirliyinin X19 İdarəsinin Qeydiyyat İmtahan və X12 Şərur Rayonlararası müayinə mərkəzində saxlanılan Təqsirləndirilən şəxs məxsus “VAZ 21063” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra özünə qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AE 889138 saylı BC seryalı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Şərur rayon Polis şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin elektron variantı olan bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunsun. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Səxavət Hüseynov