Məhkəmə qərarları › İş №1-1(092)-34/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-34/2025

02.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-34/2025 02.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1996-cı il tarixdə Ordubad rayonunun Tivi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN № xxxxxxx), evli (himayəsində bir azyaşlı uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmamış, Ordubad rayonunun Tivi kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində baş texnik vəzifəsində xidmət edən, gizir, 11 aprel N0N5-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmış və qanunsuz hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Babək rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin kəşfiyyat dəstəsinin hava kəşfiyyat manqasında baş texnik vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N0N5-ci ilin yanvar ayının əvvəllərində "xxxx" ASC-nin Naxçıvan filialından kredit əldə etməkdən ötrü ona xidmət müddəti barədə arayış verilməsi üçün hərbi hissəyə müraciət etmiş, N yanvar N0N5-ci il tarixdə ona xidmət müddətinin “xx.xx.N0N5”-ci il tarixdə bitdiyini göstərən, hərbi hissə komandirinin imzası və hərbi hissənin möhürü ilə təsdiqlənmiş “xx.xx.N0N5”-ci il tarixli, “50” nömrəli arayış təqdim edilmiş və o, həmin arayışı "xxxx" ASC-nin Naxçıvan filialına təqdim etsə də, xidmət müddətinin bitməsinə az müddət qaldığı üçün ona kredit verilməsindən imtina edilmişdir. Bundan sonra o, kredit əldə etməsi üçün hərbi hissə tərəfindən təqdim edilmiş həmin arayışda düzəliş edib, guya xidmət müddətinin bitməsinə hələ bir neçə il qaldığını göstərmək qərarına gələrək, bu məqsədlə 1N yanvar N0N5-ci il tarixdə saat N radələrində hərbi hissənin qərargah binasının 3-cü mərtəbəsində yerləşən, kəşfiyyat dəstəsinin komandirinə məxsus 318 nömrəli xidməti otağa daxil olub, otaqda heç kimin olmamasından istifadə etməklə xidməti “hp” markalı kompüteri işə salıb “Word” faylı yaratmaqla “8” rəqəmi yazıb “Canon” markalı printerdən istifadə edərək “A4” formalı kağız üzərində bir neçə dəfə çap edərək arayışda olan “N0N5”-ci il tarixinin sonuncu “5” rəqəminin üzərinə düşəcəyini yoxlayaraq buna əmin olduqdan sonra həmin “5” rəqəmini əvvəlcədən özü ilə gətirdiyi ülgüclə mexaniki üsulla pozub arayışı printerə yerləşdirərək “8” rəqəmini çap etməklə xidmət müddətinin bitməsi tarixində “xx.xx.N0N8”-ci il kimi düzəliş edib hüquq verən rəsmi sənədi saxtalaşdırmış və həmin sənədi yenidən "xxxx" ASC-nin Naxçıvan filialına təqdim etsə də arayışda düzəliş edilməsi bank əməkdaşı tərəfindən aşkar edildiyindən kredit almağa nail ola bilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə gizir rütbəsində xidmət etdiyini, N0N4cü ilin dekabr ayının axırlarında atasının və həyat yoldaşı Leylan Novrzovanın səhhətlərində müəyyən problemlər olduğundan onların müalicəsi üçün bankdan kredit götürmək istədiyini, bu səbəbdən də N0N5-ci ilin yanvar ayının əvvəllərində "xxxx"ın Naxçıvan filialına gedərək orada kredit götürmək istədiyini bildirdikdə ona xidmət müddəti barədə hərbi hissədən arayış gətirməli olduğunun deyildiyini, həmin vaxt məzuniyyətdə olduğu üçün hərbi hissənin kargüzarı gizir Şahid1 mobil telefonuna zəng edərək "xxxx"dan kredit götürmək istədiyini, xidmət müddəti barədə arayış lazım olduğunu dediyini, gizir Şahid1 da ona bu barədə hərbi hissə komandirinə məruzə edib icazə almalı olduğunu bildirdiyindən dəstə komandiri mayor ŞahidN mobil telefonuna zəng edərək bankdan kredit götürmək istədiyini, buna görə arayış lazım olduğunu, hərbi hissə komandirindən icazəyə ehtiyac olduğunu bildirdiyini, N yanvar N0N5-ci ildə səhər saatlarında mayor ŞahidNla əlaqə saxladıqda arayışın hazır olduğunu bilib həmin gün hərbi hissəyə gedərək arayışı götürdüyünü, elə həmin gün saat 1N radələrində "xxxx"ın Naxçıvan filialına gedərək bank əməkdaşına arayışı təqdim etdikdə onun xidmət müddətinin bitməsinə az müddət qaldığı üçün həmin müddət ərazində ona kredit verilməsinin mümkün olmadığını deyərək kredit verilməsindən imtina etdiyini, hərbi hissədən təqdim edilmiş arayışda xidmət müddətinin bitdiyi tarix xx.xx.N0N5-ci il göstərildiyi üçün o, yaşadığı evə getdikdən sonra arayışda göstərilmiş N0N5-ci il tarixindəki sonuncu rəqəmi, yəni “5” rəqəmini pozaraq həmin rəqəmin yerinə “8” rəqəmi yazaraq guya xidmət müddətinin N0N8-ci ildə bitəcəyini göstərərək 1N yanvar N0N5-ci il tarixdə saat N radələrində hərbi hissəyə gedərək orada qərargah binasının qarşısında dəstə komandiri, mayor ŞahidN görərək yalandan əşya kisəsində hər hansı çatışmazlığın olub-olmamasına baxmaq üçün gəldiyini deyərək əşya kisəsinə baxması üçün xidməti otağının açarını ona verməsini xahiş etdiyini, həmin vaxt onun məqsədi mayor ŞahidN xidməti otağındakı kompüter və printerdən istifadə edərək arayışda düzəliş etməsi olduğundan açarı aldıqdan sonra qərargah binasının 3-cü mərtəbəsində yerləşən 318 nömrəli otağa gedərək kiminsə gəlib orada nə etdiyini görməməsi üçün otağın qapısını içəridən açarla bağlayaraq kompüteri işə salıb “Word” faylı açaraq “8 rəqəmi yazıb printerdə “A4” vərəqi üzərində bir neçə dəfə “8” rəqəmini çap etdiyini, hərbi hissədən verilmiş arayışla üst-üstə qoyub “8” rəqəminin “5” rəqəminin üzərinə düşməsini yoxladığını, bir neçə dəfə bunu təkrarlayıb “8” rəqəminin “5” rəqəminin üstünə düşdüyünə tam əmin olduqdan sonra arayışda xidmət müddətinin bitməsini göstərən xx.xx.N0N5-ci il hissədəki “5” rəqəmini ehtiyyatla pozaraq həmin arayışı printerə daxil edib çap etdikdə “8” rəqəminin pozduğu “5” rəqəminin üzərinə düşdüyünü, səhəri gün, yəni 13 yanvar N0N5-ci il tarixdə, saat N radələrində saxtalaşdırdığı həmin arayışı da götürüb "xxxx"ın Naxçıvan filialına gedərək arayışı bank əməkdaşına verib 9000 manat məbləğində kredit götürmək istədiyini bildirdiyini, həmin arayışa əsasən bank əməkdaşı sənədləri hazırlamağa başladığını və ona kredit verilməsi üçün sənədlərin hazır olmasını gözləməsini dediyini, bir qədər gözlədikdən sonra həmin bank əməkdaşı ona sənədlərdə problem olduğunu, getməsini, onunla əlaqə saxlayacaqlarını dediyini, sonradan bir neçə gün keçsə də bankdan onunla əlaqə saxlamadıqlarını, atası və digər ailə üzvləri soruşduqda ona kredit verilmədiyini bildirdiyini, N6 yanvar N0N5-ci ildə məzuniyyət müddəti bitdiyindən xidmətini davam etdirmək üçün hərbi hissəyə getdiyini, N8 yanvar N0N5-ci il tarixdə mayor Məhəmməd İsmayılov onu yanına çağırıb bankdan kredit götürməsi üçün hərbi hissədən ona verilmiş arayış üzərində düzəliş edib saxtakarlığa yol verdiyi üçün barəsində araşdırma başlandığını dediyini, sonradan baş vermiş hadisəni olduğu kimi prokurorluq əməkdaşlarına danışdığını, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin nizami bölməsinin məsul icraçısı vəzifəsində xidmət edən, gizir Şahid1 ifadəsində N0N5-ci ilin yanvar ayının əvvəllərində gizir Təqsirləndirilən şəxs məzuniyyətdə olarkən onun mobil telefonuna zəng edərək bankdan kredit götürmək üçün xidmət müddəti barədə arayışa ehtiyacı olduğunu dediyini, ona dəstə komandirinin bu barədə hərbi hissə komandirindən icazə almalı olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs da dəstə komandirinə bu barədə deyəcəyini bildirdiyini, bir neçə gün sonra kəşfiyyat dəstəsinin komandiri mayor ŞahidN ona hərbi hissə komandirinin icazə verdiyini, gizir Təqsirləndirilən şəxs bankdan kredit götürməsi üçün arayış hazırlamasını bildirdiyini, N yanvar N0N5-ci ildə arayışı hazırlayaraq, həmin arayışda gizir Təqsirləndirilən şəxs N3 sentyabr N0N0-ci ildən Azərbaycan Ordusunda xidmət etdiyini, N6 may N0N3-cü ildən N nömrəli hərbi hissədə gizir kimi xidmət etdiyini, onun xidmət müddətinin N3 sentyabr N0N5-ci ildə bitdiyini qeyd edərək arayışı "xxxx" ASC-yə təqdim etmək üçün verildiyini göstərdiyini, həmin arayışı hərbi hissə komandiri polkovnik-leytenant Şahid3 imza etməsi üçün ona təqdim edildiyini, komandir isə öz növbəsində arayışın düzgünlüyünü yoxlayıb imza və möhürlə təsdiq etdikdən sonra arayışı arayışların qeydiyatı kitabında qeydiyyata salaraq tam şəkildə hazır olduqdan sonra mayor ŞahidN arayışın hazır olduğunu bildirdiyini, gizir Təqsirləndirilən şəxs həmin gün saat N radələrində hərbi hissəyə gələrək arayışların verilməsi kitabında imza çəkdirib arayışı ona təqdim etdiyini, N8 yanvar N0N5-ci il tarixdə "xxxx"dan hərbi hissəyə məktub daxil olduğunu, məktuba gizir Təqsirləndirilən şəxs xidmət müddəti barədə hərbi hissədən verilmiş arayışda xidmət müddətinin bitməsi barədə ilin sonuncu rəqəminə müdaxilə olunduğnu bildirdiklərini, həmin arayışın ksero surəti məktuba əlavə olunduğu üçün arayışa baxdıqda gizir Təqsirləndirilən şəxs xidmət müddətinin xx.xx.N0N8 il tarixdə bitdiyinin göstərildiyini gördüklərini, sonradan arayışla bağlı hərbi hissədə araşdırma aparılaraq həqiqətən də gizir Təqsirləndirilən şəxs bankdan kredit götürmək məqsədi ilə arayışda xidmət müddətinin başa çatması barədə N0N5-ci il tarixindəki “5” rəqəminə dəyişiklik edərək həmin rəqəmi pozub onun yerinə “8” rəqəmi yazıb, onun özü sənədə müdaxilə edərək xidmət ilinin N0N8-ci il tarixdə bitəcəyini göstərdiyini bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin mayoru ŞahidN ifadəsində gizir Təqsirləndirilən şəxs hərbi hissədə xidmət edərkən tanıdığını, N0N5-ci ilin yanvar ayının əvvəllərində gizir Təqsirləndirilən şəxs məzuniyyətdə olan zaman onun mobil telefonuna zəng edərək bankdan kredit götürmək istədiyini, buna görə də ona xidmət müddəti barədə arayış lazım olduğunu bildirdiyini, bu barədə hərbi hissə komandirinə deməsini ondan xahiş etdiyindən özü hərbi hissə komandiri Şahid3 bu barədə deyərək onun razılığını aldığını, hərbi hissənin kargüzarı gizir Şahid1 gizir Təqsirləndirilən şəxs bankdan kredit götürməsindən ötrü arayış verilməsi üçün hərbi hissə komandirinin razılıq verdiyini dediyini, N yanvar N0N5-ci ildə gizir Şahid1 ona arayışın hazır olduğunu bildirdiyindən elə həmin gün səhər saatlarında gizir Təqsirləndirilən şəxs onunla telefonla əlaqə saxladıqda ona arayışın hazır olduğunu dediyi üçün gizir Təqsirləndirilən şəxs həmin gün hərbi hissəyə gəlib arayışı götürüb getdiyini, 1N yanvar N0N5-ci il tarixdə, saat N radələrində hərbi hissənin qərargah binasının qarşısında olan zaman gizir Təqsirləndirilən şəxs hərbi hissəyə gələrək ona yaxınlaşaraq əşya çantasının onun xidməti otağında olduğunu, əşya kisəsinə baxış keçirəcəyini bildirib ondan otağın açarını ona verməsini xahiş etdiyini, onun da açarı Təqsirləndirilən şəxs verdiyini, bir saat sonra gizir Təqsirləndirilən şəxs otağın açarını qaytararaq çıxıb getdiyini, onun xidməti otağı qərargah binasının 3-cü mərtəbəsində yerləşməklə nömrəsi 318 olmaqla həmin xidməti otaqda 1 ədəd xidməti “hp” markalı kompüter-noutbuk və 1 ədəd “Canon” markalı printer olduğunu, N0N5-ci ilin yanvar ayının sonlarında gizir Təqsirləndirilən şəxs barəsində hərbi hissədə araşdırma aparılaraq araşdırma zamanı məlumatı olmuşdur ki, gizir Təqsirləndirilən şəxs onun xidməti otağında olan kompüter və printerdən istifadə etməklə ona kredit götürməsi üçün hərbi hissədən verilmiş arayışda xidmət müddətinin bitmə tarixində, yəni N0N5-ci il tarixindəki “5” rəqəmində düzəliş edib guya xidmət müddətinin N0N8-ci ildə bitəcəyini göstərərək hərbi hissədən verilmiş arayışı saxtalaşdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Fraud halları və Rəqəmsal Əməliyyatların araşdırılması şöbəsinin aparıcı mütəxəssisi Şahid5 ifadəsində Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs N0N5-ci ilin yanvar ayının ortalarında bankdan kredit götürərkən həmin vaxtdan tanıdığını, 13 yanvar N0N5-ci il tarixdə, saat 14:08 dəqiqədə "xxxx" ASC-nin Naxçıvan filialında yerləşən xidməti otağında olarkən xidməti kompüterinə sorğu daxil olduğunu, sorğunun gizir Təqsirləndirilən şəxs bankdan kredit götürməsi üçün xidmət etdiyi hərbi hissədən verilmiş arayışın əsaslılığının müəyyən edilməsi ilə əlaqədar olduğunu, həmin arayışı “skan” edilmiş formada kompüterinə daxil etdikdə arayışın N yanvar N0N5-ci il tarixdə verildiyini və Təqsirləndirilən şəxs hərbi xidmət müddətinin xx.xx.N0N8-ci ildə bitməsi göstərildiyini, arayışa hər hansı müdaxilənin edilibedilməməsi, hər hansı düzəlişin aparılıb-aparılmaması üçün tərəfindən müvafiq araşdırma aparılarkən araşdırma zamanı Təqsirləndirilən şəxs banka təqdim etdiyi həmin arayışın “xx.xx.N0N8-ci il tarixdə xidmət müddəti başa çatır” hissəsində olan “8” rəqəminə müdaxilə olunduğu, arayışın saxtalaşdırıldığı müəyyən etdiyini, buna görə də "xxxx" ASC-nin baş ofisi tərəfindən Təqsirləndirilən şəxs kredit verilməsindən imtina edildiyini və əlavə araşdırma aparılması üçün arayış "xxxx" ASC-nin baş ofisinə göndərildiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış üzrlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş şahid N nömrəli hərbi hissənin komandiri vəzifəsində xidmət edən, Şahid3 ifadəsində gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanıdığını, N0N5-ci ilin yanvar ayının əvvəllərində mayor ŞahidN ona müraciət edərək onun tabeliyində xidmət edən gizir Təqsirləndirilən şəxs bankdan kredit götürmək istədiyini, ona xidmət ili ilə əlaqədar arayış lazım olduğunu bildirdiyini, gizir Təqsirləndirilən şəxs nümunəvi xidmət etməsini nəzərə alıb arayış verilməsinə razılıq verdiyini, N yanvar N0N5-ci il tarixdə hərbi hissənin nizami bölməsinin məsul içraçısı gizir Şahid1 onun xidməti otağına gələrək gizir Təqsirləndirilən şəxs "xxxx"dan kredit götürməsi üçün xidmət ili ilə bağlı arayışı imzalanıb möhürlənməsi üçün həmin arayışı ona təqdim etdiyini, həmin arayışda gizir Təqsirləndirilən şəxs nə vaxt xidmətə gəlməsi və xidmət müddətinin N3 sentyabr N0N5-ci ildə bitməsi qeyd olunduğunu, göstərilən məlumatları dəqiqləşdirdikdən sonra arayışı imzalayıb hərbi hissənin mühürü ilə möhürlədiyini, sonra arayışı arayışların qeydiyyatı kitabında qeydiyyata saldıqdan sonra alması barədə imzalanıb gizir Təqsirləndirilən şəxs təhvil verildiyini, təqribən N8 yanvar N0N5-ci il tarixdə "xxxx"ın Təhlükəsizlik Departamentindən hərbi hissəyə məktub daxil olduğunu, məktubda gizir Təqsirləndirilən şəxs xidmət müddəti barədə hərbi hissədən verilmiş arayışda xidmət müddətinin bitməsi barədə ilin sonuncu rəqəminə müdaxilə olunduğu göstərildiyini, arayışa baxdıqda gizir Təqsirləndirilən şəxs xidmət müddətinin bitməsinin xx.xx.N0N8 göstərildiyini görüb həqiqətən verilmiş məlumatın dəqiq olmasına şübhə yerinin qalmadığını, arayışda saxtakarlıq edildiyini, gizir Təqsirləndirilən şəxs xidmət müddətinin bitməsinə az müddət qaldığı üçün ona bankda kredit verilməsindən imtina edilmiş, buna görə o, arayışda xidmət müddətinin bitməsi barədə N0N5-ci il tarixindəki “5” rəqəmini pozub onun yerinə “8” rəqəmi yazmış, gizir Təqsirləndirilən şəxs özü sənədə müdaxilə edərək xidmət ilinin N0N8-ci il tarixdə bitəcəyini göstərərək sənədi saxtalaşdırmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış üzrlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Kapital Bank” ASC-nin Naxçıvan filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyən Şahid4 ifadəsində 13 yanvar N0N5-ci il tarixdə, saat N radələrində "xxxx" ASC-nin Naxçıvan filialında xidməti masasında əyləşərkən növbə əsasında mülki geyimli şəxs ona yaxınlaşaraq kredit götürmək istədiyini bildirdiyini, ondan kredit əldə etmək üçün tələb olunan sənədləri istədikdə hərbi qulluqçu olduğunu bildirib hərbi vəsiqəsini və xidmət müddəti barədə arayışı ona təqdim etdiyini, həmin vaxt kredit eldə etmək istəyən şəxsin gizir Təqsirləndirilən şəxs olduğunu bildiyini, onun sənədlərini qəbul etdikdən sonra kredit əldə etməsi ilə bağlı lazımi prosesləri icra edərək sənədlərə müdaxilə edilib-edilməməsini müəyyən etmək üçün sistem üzərindən aidiyyəti şöbənin əməkdaşına göndərdiyini, həmin arayış N yanvar N0N5-ci il tarixdə verilməklə nömrəsi arayışda Təqsirləndirilən şəxs hərbi xidmət müddətinin xx.xx.N0N8-ci ildə bitməsi göstərildiyini və arayışın N nömrəli hərbi hissənin komandiri tərəfindən verildiyini və hərbi hissə komandirin imzası və möhürü olduğunu gördüyünü, gizir Təqsirləndirilən şəxs gözləməsini deyərək sənədləri “skan” edib göndərdiyi şöbədən məlumat daxil olduğunu və həmin vaxt ona verilən məlumata görə arayış üzərində N0N8-ci il yazılmış hissəyə, “8” rəqəminə müdaxilə olunduğunu bildiyini, bundan sonra gizir Təqsirləndirilən şəxs bankdan getməsi və onunla əlaqə saxlanılacağını dediyini, onun təqdim etdiyi arayışa müdaxilə olunduğu üçün kredit verilməsindən imtina edilərək araşdırma aparılması üçün arayış "xxxx" ASC-nin baş ofisinə göndərildiyini bildiyini göstərmişdir. Cinayət işi üzrə 10 fevral N0N5-ci il tarixdə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, 1N mart N0N5-ci il tarixli, 5/139 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.N0N5-ci il tarixli 50 nömrəli arayışın mətninin lazer printerdə çap edildiyi, təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.N0N5-ci il tarixli 50 nömrəli arayışın 04-cü sətrində olan “xx.xx.N0N8” tarixindəki “8” rəqəminin alt hissəsindəki rəqəmdə mexaniki üsulla pozma aparılaraq sonradan üzərinə “8” rəqəmi çap edildiyi, həmin hissədə pozulmanın yerli və intensiv olduğu üçün ilkin rəqəmi müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.N0N5-ci il tarixli 50 nömrəli arayışın (xx.xx.N0N8 tarixindəki “8” rəqəmindən başqa) üzərində hər hansı bir düzəlişlərin (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədiyi göstərilmişdir. "xxxx" ASC-nin Təhlükəsizlik Departamentindən N nömrəli hərbi hissəyə daxil olmuş N yanvar N0N5-ci il tarixli, 158000/005 nömrəli məktubda təqsirləndirilən şəxs, gizir Təqsirləndirilən şəxs xidmət müddəti barədə hərbi hissədən təqdim edilmiş arayışda xidmət müddətinin bitdiyi xx.xx.N0N8-ci tarixinə müdaxilə edildiyi göstərilmiş, həmin məktub əsasında Təqsirləndirilən şəxs barəsində hərbi hissədə araşdırma təyin edilib aparılmışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N6 may N0N3-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin kəşfiyyat dəstəsinin hava kəşfiyyat manqasında baş texnik vəzifəsinə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 03 mart N0N5-ci il tarixli, 683 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işi üzrə iş vərəqə 109-da olan Nikah haqqında şəadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs N5 aprel 1994-cü il təvəllüdlü X5 ilə N6 oktyabr N0NN-ci ildə ailə həyatı qurmuşlar və həmin nikahdan 18 avqust N0N3-cü il tarixli X3 adlı azyaşlı övladları var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası X1 daxil olmuş məktubda Təqsirləndirilən şəxs həmin Dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 15.N-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 3N0-ci maddəsində göstərilir ki, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma qanunsuz hazırlama, satma və ya saxlama sənədlərindən istifadə etmə, Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsinin dispozisiyasında isə göstərilir ki, hüquq verən vəya vəzifədən azad edən vəsiqənin və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma vəya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikası saxta dövlət təltifini, ştampı, möhürü vəya blankı hazırlama və ya satma 3000 min manatdan 6000 manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, əməlini səmimi etraf edib peşiman olmasını, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, anasının xəstə olmasını, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmət etməsini və hərbi hissə komandiri tərəfində müsbət xarakterizə olunmasını da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Beləki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinin tələblərinə əsasən,cəza sosial ədalətin bərpası,məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4№-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu vəs.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən vəya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması,motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi,dərəcəsi və xarakteri və s.) nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsin cəza siyasətinin məqsədlərinə uyğun hesab etməyərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini və Azərbaycan Respublikası CM-nin 49.4 və 50.1-ci maddələrini tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə pul tutulmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının verilməsini məqsədəmüvafiq və qanunun tələblərinə uyğun hesab edir. Beləki, Azərbaycan Respublikası CM-nin 49.4-cü maddəsinə əsasən islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir, Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə pul tutulmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”N5 iyun N003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. İş üzrə məhkəmə məsrəfi, məhkəmə-texniki ekspertizası üzrə tədqiqatın dəyəri olan 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Cinayət iş üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət iş üzrə maddi sübut kimi tanınmış N nömrəli hərbi hissədən təqdim edilmiş gizir Təqsirləndirilən şəxs xidmət müddəti barədə N yanvar N0N5-ci il tarixli, 50 nömrəli arayış ciayət işinin materiallarına əlavə edilməlidir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş NN (iyirmi iki) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı əmrinin icrası ilə ələqadar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N4N (iki yüz qırx iki) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 345-349,351-353,356, 358,383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N0.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 50.1-ci maddəsi tətbiq edilməklə islah işləri əvəzinə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə xidmət etdiyi yeni hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət iş üzrə maddi sübut kimi tanınmış N nömrəli hərbi hissədən təqdim edilmiş gizir Təqsirləndirilən şəxs xidmət müddəti barədə N yanvar N0N5-ci il tarixli, 50 nömrəli arayış ciayət işinin materiallarına əlavə edilsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş NN (iyirmi iki) iş saatı həcmində hüquqi yardım Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8 aprel N0N5-ci il tarixli 141 saylı əmrinin icrası ilə ələqadar dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N4N (iki yüz qırx iki) manat miqdarında pul köçürülsün. İttiham aktının elektron variantı olan bir ədəd CD-R diski cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar