Məhkəmə qərarları › İş №1-1(092)-35/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-35/2023

16.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-35/2023 16.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 14 avqust 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşaq atası, ali hərbi təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsi, ev 117v, mənzil 22-də daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, cinayət edilən vaxtı N №-li hərbi hissəsinin tərkibində olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavinibölmə rəisi vəzifəsində xidmət etmiş, hazırda N №li hərbi hissədə xidmət edən mayor, N avqust 2023cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, mayor Ağayev X1 Nazirliyinin N №-li hərbi hissəsinin tərkibində olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən, 06 iyul 2023-cü il tarixdə, saat 18:00-dan 07 iyul 2023-cü il tarixə, saat 18:00-dək N №-li hərbi hissədə hərbi hissə növbətçisi sutkalıq naryadına təyin olunmuş, 07 iyul 2023-cü ildə saat 14:25 radələrində əsgər yataqxanasının qarşısında ayaqqabı təmizlənməsi üçün nəzərdə tutulmuş yerdə N №-li hərbi hissənin 3-cü bölüyündə xidmət edən əsgər Şahid5 ilə N №-li hərbi hissənin qərargah və təchizat bölüyündə xidmət edən əsgər Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə etmələrindən şübhələndiyi üçün hər ikisinə hərbi hissənin qərargahının qarşısına getməyi əmr etmiş, yataqxanadan qərargaha doğru gedərkən yolda əsgər Zərərçəkmiş şəxs irad tutub qısa müddət əvvəl barəsində araşdırma aparıldığını xatırladaraq onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona bu barədə etirazını bildirdikdə yenidən əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib sağ əli ilə onun ağız nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsi təyin edilməyən “alt dodağın sağ yarısının selikli qişasında yara izi” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 06 iyul 2023-cü il tarixdə, saat 18:00-dan 07 iyul 2023-cü il tarixə, saat 18:00-dək N nömrəli hərbi hissə növbətçisi sutkalıq naryadında təyin olunduğunu, 07 iyul 2023-cü il tarixdə, saat 14:25 radələrində əsgər yataqxanasının qarşısından keçən zaman ayaqqabı təmizlənməsi üçün təyin olunmuş yerdə qərargah bölüyünün əsgəri Zərərçəkmiş şəxs və N nömrəli hərbi hissənin əsgəri Şahid5 söhbət etdiklərini gördüyünü, həmin vaxt onların mübahisə etdiklərini, əsgər Zərərçəkmiş şəxs əsgər Şahid5 nalayiq ifadə işlətməsini düşündüyünü, əsgər Zərərçəkmiş şəxs bir neçə ay əvvəl başqa əsgərlə mübahisə etmələrini düşünüb onlara qərargahın qarşısına qaçmaları barədə əmr verdiyini, onun da onların arxasınca getdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs “bir neçə ay əvvəl zampalitin otağında ağlayıb yalvarmırdın, yazıqsan, anana yazığın gəlsin” deyərək ona nalayiq ifadələr işlətdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona etiraz edib “cənab mayor, xahiş edirəm, mənimlə söyüşlə danışmayın” dedikdə onun sakit durması, danışmaması üçün əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlədib onun ağzından bir dəfə yumruqla vurduğunu, bu vaxt əsgər Zərərçəkmiş şəxs sol əli ilə anidən onun sifətinin sol tərəfindən bir dəfə yumruqla vurub qaçdığını, əsgər Zərərçəkmiş şəxs arxasınca qaçıb əsəbi olduğundan onun ünvanına nalayiq ifadələr işlətdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs da həmin nalayiq ifadələri ona qarşı işlətdiyini, əsgər Zərərçəkmiş şəxs arxasınca qaçıb onu tutduğunu, ətrafdakı bir neçə əsgər onları aralaşdırdığını, bir az sonra kapitan Röyal Fətullayevin və əsgər Elşən Nağıyevin oraya gəldiyini, sonra qərargaha gedib hadisə barədə hərbi hissə komandirinə məruzə etdiyini, həmin hadisə ilə bağlı araşdırma başlandığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 07 iyul 2023-cü il tarixdə, saat 14:25 radələrində əsgər yoldaşı Şahid5 ilə hərbi hissənin əsgər yataqxanasının qarşısında siqaret çəkib söhbət etdiklərini, əsgər Şahid5 həmin vaxt zarafatla onun qarın nahiyəsinə toxunduğundan qıdığı gəldiyindən arxaya doğru getdiyini, buna görə əsgər Şahid5 elə etməməsini dediyini, həmin vaxt hərbi hissə növbətçisi mayor Təqsirləndirilən şəxs onların zarafatlaşmalarını görüb mübahisə etdiklərini düşünərək hər ikisinə qərargahın qarşısına getməyi əmr etdiyini, onlar hərbi hissənin qərargahının qarşısına gedərkən yolda mayor Təqsirləndirilən şəxs onların arxasınca gələrkən onun ünvanına bir neçə dəfə nalayiq ifadə işlədib “barəndə təzə araşdırma qurtarıb, zampalitin otağında ağlayan sən deyildin?” dediyini, həmin vaxt mayor Təqsirləndirilən şəxs “xahiş edirəm, cənab mayor məni təhqir etməyin” dediyini, mayor Təqsirləndirilən şəxs isə ona nalayiq ifadə işlədib ağzından bir dəfə yumruqla vuraraq anasının ünvanına nalayiq ifadə işlətməsinə dözə bilməyib əsəbiləşdiyindən özünü saxlaya bilməyib anidən mayor Təqsirləndirilən şəxs sifətindən bir dəfə yumruqla vuraraq qaçdığını, mayor Təqsirləndirilən şəxs onun və anasının ünvanına nalayiq ifadələr işlətdiyini, onun anasının ünvanına işlətdiyi nalayiq ifadədən əsəbləşib onun işlətdiyi nalayiq ifadələri ona qarşı işlətdiyini, mayor Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq sol çiynindən tutub saxladığını, əsgərlərdən kimsə onları aralaşdırdığını, sonra kapitan Röyal Fətullayevin və əsgər Elşən Nağıyevin gəldiyini, həmin vaxt dodağının qanadığını, mayor Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbinin olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 07 iyul 2023-cü il tarixdə qərargahda çapar naryadında olduğunu, mayor Təqsirləndirilən şəxs isə hərbi hissə növbətçisi olduğunu, həmin gün saat 14:25 radələrində qərargahın qarşısında olarkən hərbi hissə növbətçisi mayor Təqsirləndirilən şəxs yeməkxana tərəfdən qərargaha tərəf gəldiyini, ondan bir az qabaqda əsgər Zərərçəkmiş şəxs və Şahid5 gəldiyini gördüyünü, həmin vaxt mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs danladığını, lakin onlar bir az aralıda olduqlarından nə dediklərini eşitmədiyini, birdən mayor Təqsirləndirilən şəxs əsəbiləşib Zərərçəkmiş şəxs ağzından bir dəfə yumruqla vurmasını gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs da bir dəfə mayor Təqsirləndirilən şəxs sifətindən yumruqla vurub qaçdığını, mayor Təqsirləndirilən şəxs isə onun arxası ilə qaçaraq onun və anasının ünvanına nalayiq ifadələr işlətdiyini, əsgər Zərərçəkmiş şəxs da həmin nalayiq ifadələri mayor Təqsirləndirilən şəxs qarşı işlətdiyini, mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs arxasınca qaçaraq onu tutub saxladığını, onlara çatıb onları aralaşdırdığını, sonra kapitan Röyal Fətullayev gəlib onların hər ikisini sakitləşdirərək qərargaha apardığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 07 iyul 2023-cü il tarixdə saat 14:30 radələrində hərbi hissənin qərargahının yanında olarkən mayor Təqsirləndirilən şəxs ondan bir az öndə iki nəfər əsgərin yataqxanadan qərargaha tərəf gəldiklərini gördüyünü, həmin vaxt mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs danladığını, ancaq onun nə dediyini eşitmədiyini, mayor Təqsirləndirilən şəxs yumruqla əsgər Zərərçəkmiş şəxs ağzından vurduğunu, dodağının qanadığını, əsgər Zərərçəkmiş şəxs mayor Təqsirləndirilən şəxs yanından qaçdığını, mayor Təqsirləndirilən şəxs onun arxası ilə qışqırıb ona nalayiq ifadələr işlətdiyini, əsgər Zərərçəkmiş şəxs da həmin sözləri mayor Təqsirləndirilən şəxs qarşı işlətdiyini, mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs arxasınca qaçaraq onu tutduğunu, həmin vaxt çapar naryadında olan N nömrəli hərbi hissənin əsgəri Şahid2 onların yanına qaçıb onları araladığını, daha sonra kapitan Röyal Fətullayev onların yanına gəldiyini, onların birlikdə qərargaha getdiklərini gördüyünü göstərmişdir. Cinayət işi üzrə şahidlər Şahid3 xx.xx.2023-cü il tarixli, Şahid4 xx.xx.2023-cü il tarixli teleqramla, Şahid5 ərizə ilə məhkəməyə müraciət edərək hərbi xidmətdən tərxis olunduqlarını, səhhətləri ilə əlaqədar olaraq müalicə olunduqlarını, məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə, şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N7-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 və Şahid4 ibtidai istintaq orqanına vermiş olduqları ifadələrində 07 iyul 2023-cü il tarixdə nahar yeməyindən sonra yeməkxanadan çıxıb birlikdə yataqxananın qarşısında olan siqaret çəkilən yerə getdiklərini, siqaret çəkərkən əsgər Zərərçəkmiş şəxs ilə Şahid5 bir az aralıda siqaret çəkib gülə-gülə söhbət etdiklərini, həmin vaxt hərbi hissə üzrə növbətçi olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Təqsirləndirilən şəxs onları görüb mübahisə etdiklərini düşünərək onlara qərargahın qabağına getmələrini dediyini, özü isə əsgərlərin arxası ilə qərargaha tərəf gedərkən əsgər Zərərçəkmiş şəxs “şərəfsiz, sənə dərs olmadı?” dediyini, aralarında bir az məsafə olduğundan mayor Təqsirləndirilən şəxs nə dediyini tam eşidə bilmədiyini, sadəcə “şərəfsiz” sözünü eşitdiyini, mayor Təqsirləndirilən şəxs yumruqla əsgər Zərərçəkmiş şəxs ağzından bir dəfə vurduğunu, əsgər Zərərçəkmiş şəxs dodağının qanadığını, əsgər Zərərçəkmiş şəxs da mayor Təqsirləndirilən şəxs sifətindən bir dəfə yumruqla vurub yanından qaçdığını, mayor Təqsirləndirilən şəxs isə onun arxasıca qaçıb həmin vaxt Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyini, sonra arxasınca qaçıb onu tutduğunu, tez yanlarına qaçıb onları aralaşdırdıqlarını, daha sonra kapitan Röyal Fətullayev oraya gəldiyini, onların birlikdə qərargaha getdiklərini göstərmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsində 07 iyul 2023-cü il tarixdə, nahar yeməyindən sonra saat 14:25 radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs ilə oturub söhbət edə-edə siqaret çəkdiklərini, siqareti çəkib qurtardıqdan sonra əsgər Zərərçəkmiş şəxs siqaretinin kötüyünü siqaret qutusuna atmaq istəyərkən siqaret kötüyünü boş qutuya atmasına imkan vermədiyini, məqsədi əsgər Zərərçəkmiş şəxs ilə zarafat etmək olduğunu, qarın nahiyəsinə toxunduqda qıdığı gəlməsini bildiyi üçün həmin vaxt zarafatla onun qarnına barmağı ilə toxunduğunu, həmin zarafatı əsgər Zərərçəkmiş şəxs xoşuna gəlmədiyi üçün ona zarafat etməməsini dediyini, mayor Təqsirləndirilən şəxs onların zarafatlaşmalarını görüb mübahisə etmələrini düşündüyünü, buna görə hər ikisinə qərargahın qarşısına getməyi əmr etdiyini, onlar da qərargahın qarşısına gedərkən mayor Təqsirləndirilən şəxs də onların arxası ilə gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib “barəndə təzə araşdırma qurtarıb, zampalitin otağında ağlayan sən deyildin?” dediyini, əsgər Zərərçəkmiş şəxs ona “xahiş edirəm, cənab mayor, məni təhqir etməyin” dediyini, lakin mayor Təqsirləndirilən şəxs ona həmin vaxt nalayiq ifadə işlədib Zərərçəkmiş şəxs ağzının üstündən bir dəfə yumruqla vurduğunu, əsgər Zərərçəkmiş şəxs da əsəbiləşib onun sifətindən bir dəfə yumruqla vurub qaçdığını, həmin vaxt mayor Təqsirləndirilən şəxs də onun arxasınca nalayiq ifadələr işlətdiyini, əsgər Zərərçəkmiş şəxs da mayor Təqsirləndirilən şəxs söyüşlərini ona qarşı işlətdiyini, mayor Təqsirləndirilən şəxs onun arxasınca qaçıb Zərərçəkmiş şəxs tutduğunu, qərargahda çapar naryadında olan əsgərlərdən biri qaçıb onları araladığını, sonra kapitan Röyal Fətullayev oraya gəldiyini, birlikdə qərargaha getdiklərini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 38-40-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli, 92N №-li rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətlər: alt dodağın sağ yarısının selikli qişasında yara izi, göstərilən xəsarət küt əşyanın təsirindən törənmişdir və eləcə də qərarın təsviri hissəsində göstərilmiş hadisələrin nəticəsində əmələ gəlməsi mümkündür, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədən verilmiş arayışda N №-li hərbi hissənin tərkibində olan N №-li hərbi hissənin zabiti mayor Təqsirləndirilən şəxslə N №-li hərbi hissənin Qərargah və Təchizat bölüyünün əsgəri Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu, mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, mayor Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbihəkim komissiyası tərəfindən verilmiş olan 27 iyul 2023-cü il tarixli, 759 №-li arayışda mayor Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs – X2 Komandanının 21 iyul 2023-cü il tarixli 04N №-li əmri ilə N №-li hərbi hissənin əməliyyat qərargahı rəisinin arxa təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin mayor Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında mayor Təqsirləndirilən şəxs tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olması, zərər çəkmiş şəxslə barışıq əldə edib onunla barışması və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mayor Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N avqust 2023-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 29 (iyirmi doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 174 (bir yüz yetmiş dörd) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 15% (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 29 (iyirmi doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 174 (bir yüz yetmiş dörd) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar