Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-35/2024 01.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx N02-ci il tarixdə Şərur rayonunun Alışar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonunun Alışar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin qərərgah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 05 mart N24-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, N dekabr N23-cü il tarixdə N №-li hərbi hissənin qərargah rəisi, mayor Şahid1 tərəfindən şifahi olaraq böyük təyin edilərək tabeliyinə müddətli həqiqi hərbi xidmətdə olan əsgərlər verilməklə avtomobil parkınının EAL dəstlərini səliqəyə salmaq tapşırığı verilmiş, saat 16:N radələrində hərbi hissənin avtomobil parkında tabeliyinə verilmiş həmin hərbi hissənin 1-ci mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 2-ci mühəndis-istehkam manqasında sürücü vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs açar dəstlərini yığarkən ona yaxınlaşıb ləng işləməsini bəhanə edərək arxa tərəfdən onun xaya nahiyəsinə bir təpik zərbəsi vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “qançırla müşayiət olunan xayalığın sol yarısının hematoması” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N dekabr N23-cü il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi mayor Şahid1 tərəfindən o, həmin hərbi hissənin mühəndis istehkam bölüyünün əsgərləri əsgər Zərərçəkmiş şəxs, Şahid6, Şahid5 üzərinə böyük kimi təyin olunaraq, ona hərbi hissənin avtomobil parkında EAL dəstlərini səliqəyə salaraq avtomobil xidmət rəisi baş leytenant Məhərrəm Məhərrəmova təqdim etmək tapşırığı verilmiş, daha sonra adlarını qeyd etdiyi əsgərlərə komanda verərək avtomobil parkına aparmış və EAL dəstlərini avtomobil xidmət rəisi baş leytenant Məhərrəm Məhərrəmova təqdim etdikdən sonra əsgərlərə həmin dəstləri yığışdırmaq barədə tapşırıq vermişdir. Həmin vaxt digər əsgərlər onlara tapşırılmış işləri vaxtında bitirsələr də, əsgər Zərərçəkmiş şəxs ləng işləmiş, bu səbəbdən də o, oturaq vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs arxa hissəsindən onun xaya nahiyəsinə bir təpik zərbəsi vuraraq, ona cəld olmasını bildirmişdir. N dekabr N23-cü il tarixdə səhər saatlarında o, hərbi hissəyə gəlmiş və hərbi hissənin tibb məntəqəsinin həkimi leytenant Şahid2 əsgər Zərərçəkmiş şəxs bədən baxışı keçirdiyini, baxış zamanı əsgər Zərərçəkmiş şəxs xaya nahiyəsinin şişdiyini və göyərti olduğunu görmüş, həmin vaxt o, leytenant Şahid2 yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs avtomobil parkında vurduğunu və bu səbəbdən də onun xaya nahiyəsində göyərtinin ola biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N dekabr N23-cü il tarixdə hərbi hissə komandirinin birinci müavini qərargah rəisi mayor Şahid1 avtomobil parkında işlərin görülməsinə, yəni hərbi hissənin avtomobil parkında EAL (ehtiyyat alət və ləvazimat) dəstlərini səliqəyə salaraq avtomobil xidmət rəisi baş leytenant Məhərrəm Məhərrəmova təqdim etməyə dair göstəriş vermiş, o, da sürücü olduğundan parkdakı həmin işlərə cəlb edilmişdir. Qərargah rəisi Şahid1 Qərargah və Təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs onun və digər əsgərlərin üzərinə şifahi olaraq böyük təyin etmişdir. Bundan sonra onlar avtomobil parkına getmiş və EAL dəstlərini səliqəyə saldıqdan və avtomobil xidmət rəisi baş leytenant Məhərrəm Məhərrəmova təqdim etdikdən sonra təqribən saat 16:00 radələrində MAHHXHQ-su Təqsirləndirilən şəxs ona və digər əsgərlərə EAL dəstlərini komplekləşdirməyə dair göstəriş vermiş, həmin göstəriş əsasında digər əsgərlər tez bir zamanda EAL dəstlərini komplekləşdirib bitirsələr də, özü bu işi ləng görmüş, həmin vaxt MAHHXHQ-su Təqsirləndirilən şəxs ona arxadan yaxınlaşaraq təpiklə arxasında bir zərbə vuraraq tez ol, ləng işləyirsən demiş, Təqsirləndirilən şəxs zərbəsi onun varikosel xəstəsi olan xayasına dəymiş, həmin vaxt özü çöməlmiş vəziyyətdə olmuş, yüngülvari ağrı hiss etmişdir. Sonra işlərini bitirib hərbi hissəyə getmiş və həmin gün axşam təyziqi düşdüyündən yıxılmış və tibb məntəqəsinə müraciət etmişdir. Tibb məntəqəsinin həkimi leytenant Şahid2 onu müayinə etmiş və başqa nə narahatlığının olduğunu soruşmuşdur. O, isə xayalarında ağrılar olduğunu bildirmişdir. Daha sonra leytenant Şahid2 ona bədən baxışı keçirmiş və xayalarında şişkinlik olduğunu aşkar etmişdir. Bu səbəbdən növbəti gün hospitala göndərilməyini planlaşdırmışdır. Növbəti gün isə hospitala göndərilməmişdən qabaq Şahid2 tibb məntəqəsinin feldşeri gizir Şahid3lə birlikdə onu müayinə etmiş və xayalarında şişkinlik və qançır olmasını müəyyən etmişlər. Daha sonra bunun zərbə nəticəsində yarana biləcəyi qənaətinə gələrək ondan bunun səbəbini soruşmuşlar. O, biraz tərəddüd edib demək istəməmiş, lakin leytenant Şahid2 biraz sorğu sual etdikdən sonra onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Təqsirləndirilən şəxs avtomobil parkında təpiklə xayalarından vurduğunu bildirmişdir. Daha sonra hospitala göndərilmiş və orada da Təqsirləndirilən şəxs vurduğu təpik zərbəsinə görə xayalarında şişkinlik və qançır olması öz təsdiqini tapmışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını da bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edən mayor Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N dekabr N23-cü il tarixdə, saat 15:40 radələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs, həmçinin digər əsgərləri yanına çağırıb müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs əsgərlərin üzərinə böyük təyin edərək, ona əsgərlərlə birlikdə hərbi hissənin avtomobil parkına getmələrini və EAL dəstlərini təqdim etmələrini göstəriş vermişdir. Həmin gün təxminən saat 17:00-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs ona məruzə edərək xidmət rəisinin dəstləri yoxladığını və heç bir problem aşkar etmədiyini bildirmişdir. N dekabr N23cü ildə hərbi hissənin tibb məntəqəsinin həkimi Şahid2 ona yaxınlaşaraq axşam əsgərləri yoxlayarkən əsgər Zərərçəkmiş şəxs xayasında şişkinlik aşkar etdiyini bildirmişdir. Bundan sonra o, hərbi hissənin feldşeri gizir Şahid3 ilə birlikdə əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq ona bədən müayinəsi keçirmiş və əsgər Zərərçəkmiş şəxs xayasında göyərti və qançır görmüşdür. Bundan sonra leytenant Şahid2 bu göyərti və qançırın zərbə nəticəsində yarana biləcəyini demiş və əsgər Zərərçəkmiş şəxs nə olduğunu soruşmuş, sonuncu isə cavabında onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, Təqsirləndirilən şəxs EAL dəstlərini yığan zaman ləng işləməsini bəhanə gətirərək onu arxadan bir dəfə təpiklə xayasından vurduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanına çağırıb bunun səbəbini soruşduqda o, əsgər Zərərçəkmiş şəxs dediklərini təsdiqləmiş və əsgər Zərərçəkmiş şəxs ləng işləməsi səbəbindən vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, hadisələrin baş verdiyi zaman N №-li hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifəsində xidmət etmiş, N dekabr N23-cü il tarixdə saat 21:30 radələrində N №-li hərbi hissədə növbədə olan zaman N №-li hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs baş gicəllənməsi ilə bağlı tibb məntəqəsinə müraciət etmiş və onu müayinə edib təzyiqinin aşağı olduğunu aşkar etmişdir. Ona yardım etdikdən sonra səhhəti ilə bağlı başqa nə şikayətinin olduğunu soruşanda əsgər Zərərçəkmiş şəxs xayalarında ağrılar olduğunu bildirmişdir. Daha sonra ona bədən baxışı keçirmiş və xayalarını müayinə edib xayalarında şişkinlik olduğunu müşahidə etmişdir. Növbəti gün əsgər Zərərçəkmiş şəxs ixtisaslı həkim tərəfindən müayinə olunması üçün N5 №-li hərbi hospitala göndərilməsini planlaşdırmışdır. N dekabr N23-cü ildə növbəni təhvil verən zaman gizir Şahid3 ilə birlikdə hospitala göndərilən əsgərləri təkrar müayinə edən zaman əsgər Zərərçəkmiş şəxs xayalarında göyərti və qançır olduğunu aşkar etmiş və bunun zərbə nəticəsində yarana biləcəyi qənaətinə gələrək əsgər Zərərçəkmiş şəxs bunun səbəbini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə bir az tərəddüd etdikdən sonra onu N dekabr N23-cü il tarixdə avtomobil parkında olarkən EAL dəstlərini yoxlayan zaman hərbi hissənin qərargah və təchizat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs xayasından bir dəfə təpiklə vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid5 və Şahid6 oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, Şahid2, Şahid1 ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.N24-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 86). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. X2 “Məhkəmə-Tibbi Ekspertizası”nın 27 dekabr N23-cü il tarixli, 451 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət- qançırla müşayiət olunan xayalığın sol yarısının hematoması-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir (İ.v İ cild 41). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş hadisə ilə Zərərçəkmiş şəxs almış olduğu xəsarət arasında səbəbli əlaqənin mövcudluğu, bu xəsarətlərin ağırlıq dərəcəsi və xarakteri öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N aprel N22-ci il tarixli, 34 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X7 X6 Üzrə müavininin N aprel N22-ci il tarixli, 066 əç nömrəli əmri ilə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissənin Qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasında baş sürücü vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 16). N nömrəli hərbi hissə komandirinin N oktyabr N22-ci il tarixli, 94 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zeynalov X4 Ümumqoşun Ordu Komandanının birinci müavini-qərargah rəisinin xx.xx.N22-ci il tarixli, 04 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 1-ci mühəndis istehkam bölüyünün 1ci mühəndis istehkam tağımının 2-ci mühəndis istehkam manqasında sürücü vəzifəsinə vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 15). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 12 yanvar N24-cü il tarixli, 13 №-li arayışdan görünür ki, N №-li hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs N dekabr N23-cü il tarixdə N №-li hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi, mayor Şahid1 tərəfindən avtomobil saxlancında işə ayrılan şəxsi heyətə böyük təyin olunduğuna görə hadisə baş verərkən onunla həmin vaxt işə ayrılan N№-li hərbi hissənin 1-ci mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 2-ci mühəndis-istehkam manqasının sürücüsü əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuşdur (i.v İ cild 73). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış xx.xx.N23-cü il tarixli tələbnamədən görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 128). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 26 dekabr N23-cü il tarixli 1330 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 26 dekabr N23-cü il tarixdə N5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 31). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N24-cü il tarixli, 466 №-li cavab məktubundan görünür ki, Şərur rayonunun Alışar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.N22-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 169). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N23-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 18). Məhkəmə hesab edir ki, bu sübutla sürücü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart N23-cü il tarixli qərardan görünür ki, həmin tarixdə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 155-156). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr N01-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N10-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinin məzmunundan belə müəyyən olunur ki, bir-birinə tabe olmayan və birgə xidmət edən hərbi qulluqçuların bir-birinə xidməti münasibətləri onların komandirləri (rəisləri) tərəfindən müəyyən edilə bilər. Həmin Nizamnamənin 10-cü maddəsinə əsasən isə xidmət üzrə hərbi qulluqçuların müvəqqəti də olsa, tabe olduqları rəislər birbaşa rəislər sayılırlar. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, N dekabr N23-cü il tarixdə N №-li hərbi hissənin qərargah rəisi, mayor Şahid1 ona hərbi hissənin avtomobil parkınının EAL dəstlərini səliqəyə salmaq tapşırığı vermiş, bu məqsədlə onun tabeliyinə müddətli həqiqi hərbi xidmətdə olan 3 əsgər verilmiş, Təqsirləndirilən şəxs şifahi əmrlə tabeliyinə verilmiş əsgərlərlə birlikdə hərbi hissənin avtomobil parkına getmiş, orada müvafiq EAL dəstləri əsgərlər tərəfindən səliqəyə salınaraq, hərbi hissənin avtomobil xidmət rəisi baş leytenant Məhərrəm Məhərrəmova təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əsgərlərə həmin dəstləri yığışdırmaq barədə tapşırıq vermiş, həmin vaxt digər əsgərlər onlara tapşırılmış işləri vaxtında bitirsələr də, əsgər Zərərçəkmiş şəxs ləng işləmiş, bu səbəbdən də, Təqsirləndirilən şəxs oturaq vəziyyətdə olan əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb ləng işləməsini bəhanə edərək arxa tərəfdən onun xaya nahiyəsinə bir təpik zərbəsi vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “qançırla müşayiət olunan xayalığın sol yarısının hematoması” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 27 dekabr N23-cü il tarixli, 451 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel N12-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında- bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi, təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, yəni onun hadisənin törədilməsindən bir gün sonra zərərçəkmiş şəxsin başqa xəstəliyinə görə qospitala aparılmaq üçün müayinədən keçirilməsi zamanı onun xayasında aşkar edilmiş göyərmənin özünün onu vurması ilə bağlı ola biləcəyini etiraf etməsi, o cümlədən hadisədən sonra zərərçəkmişə yaxınlaşaraq ondan üzr istəməsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N22-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 05 mart N24-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 03 aprel N24-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-35/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-35/2024
01.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver