Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-35/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 2007-ci il tarixdə Babək rayonu Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,(Fin № xxxxxxx), tam orta təhsilli, subay, məhkum olunmayan, Babək rayonu Cəhri qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin yerdə yaşayan, Müdafiə Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 2-ci bölüyünün 1ci taqımının 7-ci tədris qrupunun kursantı vəzifəsində xidmətdə olan, 21 aprel 2025-ci il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən Naxçıvan Hərbi Kollecinin 1-ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı vəzifəsində, müddətli həqiqi hərbi xidmətdə olarkən 21 fevral 2025-ci il tarixdə saat 18:50-də Kollecin yataqxana binasının “A” blokunun 4-cü mərtəbəsində şam yeməyi düzülüşü keçirilən zaman tabelik münasibətində olmadığı, onunla eyni qrupda kursant vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs müvəqqəti istifadə üçün götürdüyü bilək gücləndirici idman alətini qaytarmaması səbəbindən sonuncu ilə aralarında bir-birilərinə qarşı nalayiq ifadələr işlədilməklə sözlü mübahisə yaranmış və həmin vaxt yanlarında olan digər kursantlar müdaxilə edərək mübahisə etmələrinə imkan verməmişlər. Şam yeməyinə gedib qayıtdıqdan sonra, yəni həmin gün saat 20:40-da o, mübahisəni davam etdirmək üçün kursant Zərərçəkmiş şəxs yataqxana binasının “A” blokunun 5-ci mərtəbəsində yerləşən istirahət otağına aparmış və orada yenidən bu zəmində aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələblərini kobud surətdə pozaraq, sağ əli ilə kursant Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə 1 yumruq zərbəsi vurub onu yerə yıxmış və yerdə olan zaman boyun nahiyəsinə, eləcə də sifətinə çoxsaylı yumruq zərbələri vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sağ gözaltı nahiyənin əzilmiş yarası» və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən «dilin və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan yuxarı sağ mərkəzi kəsici dişin tacının hissəvi sınığı» xəsarətlərini yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 07 sentyabr 2024-cü il tarixdən Naxçıvan Hərbi Kollecində gizir hazırlığı kursu üzrə təhsil aldığını, kursant Zərərçəkmiş şəxs da həmin kollecdən görüb tanıdığını, onunla eyni bölmədə, eyni qrupda xidmət etdiyini, onunla aralarında müəyyən səbəblərdən heç də isti münasibət olmadığını, 21 fevral 2025-ci il tarixdə saat 18:50 radələrində yataqxananın 4-cü mərtəbəsində keçirilən şam yeməyi düzülüşü zamanı qarşısındakı sırada dayanmış kursant yoldaşı Zərərçəkmiş şəxsla onun əlində bilək məşq alətini kim daha güclüdür fikiri ilə sıxmaq üstündə mübahisə etdiklərini, həmin vaxt aralarında bir-birilərinə qarşı nalayiq ifadələr də işlətdiklərini, aralarında olan sözlü mübahisəyə görə həmin vaxt yanlarında olan kursantlar H.Ağalarov və Şahid4 hər ikisinə öz iradlarını bildirdiklərini, həmin hadisədən bir neçə dəqiqə sonra kursantlar Şahid2 və Kamil Məmmədli ilə çorək yeyərkən onlar da ona Zərərçəkmiş şəxsla baş vermiş həmin məsələni həll etməsini dediklərindən daha da əsəbləşdiyini, onlara özü təklikdə söhbət edəcəyini bildirib Adəmlə olan söhbətinə qarışanların ünvanına ünvansız nalayiq ifadələr işlətdiyini, yemək zamanı çavuş H.Ağalarovun da onu sakitləşməsini istəsə də qəlbində bu məsələni həll edəcəyini düşündüyünü, yemək bitdikdən sonra şəxsi heyətə istirahət verildiyini, yeməkdən sonra yataqxanada Zərərçəkmiş şəxs onu görüb “birbirimizdən üzr istəyək söhbət bağlansın” dedikdə ona gələrsən 5-ci mərtəbəyə söhbət edərik, məsələni aydınlaşdırarıq” deyərək 5-ci mərtəbəyə qalxıb oradaki istirahət otağında Zərərçəkmiş şəxs gəlməsini gözlədiyini, bir azdan onun gəlmədiyini görüb istirahət otağına girərək otaqda olan şəxsləri çölə çıxartdığını, həmin vaxt saat təqribən 20:30 radələri olduğunu, orada olan kursantlar Şahid3 və Ceyhun Nurəhmədovun onların nəsə birlərinə qarşı hərəkət etmələrini düşünüb istirahət otağına girmək istəsələr də onları içəri girməyə qoymadığını, həmin vaxt kursantlar Şahid4, Şahid1 və Şahid3 onların olduğu istirahət otağına daxil olaraq, kursant Şahid4 otağın işığını yandırıb onlardan otaqda nə etmələrini soruşduqda ona bir az təklikdə söhbət etmək istədiklərini, dalaşmadıqlarını deyib söhbətlərinə qatışmamaları üçün ünvansız nalayiq ifadələr də işlətdiyini, Şahid4 da onların dalaşmamasına arxayın olub getdiyini, otaqda Zərərçəkmiş şəxsla tək qaldığını, qapını örtüb otağın işığını söndürdüyünü, orada Zərərçəkmiş şəxsla sözlü mübahisəyəyə davam etdiyini, Zərərçəkmiş şəxs dönüb getmək istəyərkən əsəbiləşib sağ əli ilə onun sağ gözündən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs yerə yıxıldığını, arxasının ona tərəf olduğunu, yerdə olduğu vaxt sağ və sol əli ilə onun başının, boynunun arxasından 3 yumruq zərbəsi də vurduğunu, Zərərçəkmiş şəxs ona tərəf dönərkən sağ əli ilə ağız nahiyəsindən də 2 yumruq zərbəsi vurduğunu, səs-küyə kursant yoldaşları Şahid1, Şahid2 və Şahid3 içəri girib onları aralaşdırdıqlarını, Şahid3 Zərərçəkmiş şəxs digər otağa apardığını, özünün çölə çıxdığını, sağ əlinin üstündə sıyrıq olmasını gördüyünü, bir az sonra Zərərçəkmiş şəxs olduğu otağa getdiyini, Zərərçəkmiş şəxs sağ gözünün altının qanamasını gördüyünü, sonra Zərərçəkmiş şəxs otaqdan çıxıb aşağı getdiyini, istirahət otağında yerə düşmüş Zərərçəkmiş şəxs qan ləkələrini silib təmizlədiyini, Zərərçəkmiş şəxs gedib olanlarla bağlı məruzə etdiyini, Sonra Zərərçəkmiş şəxs tibb məntəqəsinə apardıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs dişinin sınmasını öyrəndiyini, növbəti gün Zərərçəkmiş şəxs hərbi hospitala apardıqlarını, Zərərçəkmiş şəxs onu bağışladığını, onunla barışdığını, etdiyi əməldən peşman olduğunu, məhkəmədən gəncliyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs ifadəsində 07 sentyabr 2024-cü il tarixdən Naxçıvan Hərbi Kollecinin 1ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı kimi xidmət etdiyini, Kursant Təqsirləndirilən şəxs da onun qrupunda olduğunu, onunla düşmənçilik və ədavəti olmadığını, lakin onunla əvvəllər bir neçə dəfə sözlü mübahisələri olduğunu, 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxananın 4-cü mərtəbəsində şəxsi heyətin şam yeməyinə hazırlıq zamanı arxasında Təqsirləndirilən şəxs dayandığını, yanında isə Şahid1 və Şahid2 olduğunu, həmin vaxt əlində olan bilək gücləndirici idman alətini arxada dayananlara göstərib kimin daha bərk sıxa biləcəyini soruşduğunu, Təqsirləndirilən şəxs sıxa biləcəyini deyib onun əlində olan bilək gücləndirici aləti onun əlindən alaraq nə qədər etsə də sıxa bilmədiyini, onun sıxa bilmədiyini görüb aləti geri verməsini istəsə də onun qaytarmadığını, bu səbəbdən də onunla arasında mübahisə yarandığını, bir-birilərinə qarşı nalayiq ifadələr işlətməklə sözlü mübahisələri olduğunu, sırada danışdıqları üçün kursant yoldaşları H.Ağalarovun və Şahid4 onları sıranın qarşısına çıxarıb iradlarını bildirdiklərini, yeməkdən əvvəl kursant Şahid4 və kursant H.Ağalarova Təqsirləndirilən şəxs onunla mübahisə edəcəyini düşünüb onlardan ona mübahisə etməməsini xahiş etdiyini, bir az sonra Təqsirləndirilən şəxs da görüb ona “bir-birimizdən üzr istəyək söhbət bağlansın” dediyini, Təqsirləndirilən şəxs isə ona “söyüş acığına gəlirsə, üzrxahlıq etmək istəyirsənsə, düzülüşdən sonra 5-ci mərtəbəyə gələrsən aydınlaşdırarıq” dediyini, saat 20:30 radələrində Təqsirləndirilən şəxs yenidən onu 5-ci mərtəbəyə çağırdığından başqa çıxış yolu olmayıb yuxarıya, onun dediyi yerə qalxdığını, birlikdə İstirahət otağına getdiklərini, həmin vaxt otağın işığının sönülü olduğundan içəri qaranlıq olduğunu, orada söhbət etdikləri vaxt otağa kursant yoldaşları Şahid1, Şahid3 və Şahid4 da daxil olduğunu, kursant Şahid4 otağın işığını yandırıb mübahisə etməmələrini onlardan xahiş etdiyini, hər ikisinin ona söhbət etdiklərini dediklərini, orada onların da mübahisə etməyəcəklərindən əmin olduqlarından otaqdan çıxıb getdiklərini, içəridə tək qaldıqlarını, Təqsirləndirilən şəxs təkrar otağın işığını söndürərək nalayiq ifadə ilə bağlı sözlü mübahisə etdiklərini, Təqsirləndirilən şəxs hər iki əlini onun çiyninə qoyduqda onun hərəkətlərindən savaşmaq üçün fürsət axtarmasını görüb əlini çiynindən aşağı endirərək dönüb getmək istədikdə anidən Təqsirləndirilən şəxs sağ əli ilə onun sağ gözaltı nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən yerə yıxıldığını, yerdə olarkən Təqsirləndirilən şəxs başının arxasından, boyun nahiyəsindən sağ və sol əli ilə 3-4 yumruq zərbəsi vurduğunu, ayağa duraraq ona tərəf çevrildikdə Təqsirləndirilən şəxs onun ağız nahiyəsindən sağ əli ilə 2 yumruq zərbəsi də vurduğunu, sifəti və burnunun qanadığını, Təqsirləndirilən şəxs onun sifətinin qan olmasını görüb ona vurmasını dayandırdığını, dəhlizdə olan Şahid1, Şahid2 və Şahid3 içəri girib Təqsirləndirilən şəxs aralayıb çölə çıxartdıqlarını, Şahid3 onu əl-üz yuma yerinə apararaq orada əl-üzünü yuyarkən ağız, burun və sağ gözaltı nahiyələrinin qanamasını gördüyüb sifətinin qanını yuduqdan sonra bu barədə komandirinə məruzə edərək Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsini bildirdiyini, bədənində olan zədələrlə ələqadar 22 fevral 2025-ci il tarixdə hərbi hospitala göndərilərək orada sağ gözaltı nahiyəsinə tikiş qoyulduğunu, dişində sınıq aşkar olunduğunu, artıq sağaldığını, səhətində hər hansı bir problem olmadığını, təqsirləndirilən şəxsi bağışladığını, bu barədə məhkəməyə ərizə də təqdim etdiyini, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 07 sentyabr 2024-cü il tarixdən Naxçıvan Hərbi Kollecinə qəbul olunaraq gizir hazırlığı kursu keçdiyini, 03 mart 2025-ci il tarixdən Naxçıvan Hərbi Kollecindən xaric olunduğunu, 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxana binasının 4-cü mərtəbəsində şəxsi heyətin yeməyə düzüldüyünü, kursantlar Fərid Abdulayev, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə sırada dayandıqlarını, həmin vaxt sırada Zərərçəkmiş şəxs əlində bilək məşq aləti ilə oynayaraq “kim güclüdürsə sıxsın” dedikdə Təqsirləndirilən şəxs bilək məşq alətini Zərərçəkmiş şəxs alıb sıxmaq istəsə də bacarmadığını, Zərərçəkmiş şəxs aləti ondan geri istədikdə Təqsirləndirilən şəxs qaytarmadığını, bundan sonra onlar arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlədilməklə sözlü mübahisələri olduğunu, onların sözlü mübahisəsini görən, sıranın qarşısında olan kursantlar Hüseyn Ağalarov və Şahid4 hər ikisini sıranın qarşısına çıxarıb onlara öz iradlarını bildirdiklərini, sonra şam yeməyinə, oradan isə istirahət etmək üçün yataqxanaya qayıtdıqlarını, İstirahət vaxtında Zərərçəkmiş şəxs otaqda olmamasını görüb Şahid4 yanına gedərək Zərərçəkmiş şəxs harada olmasını soruşduğunu və Şahid4la birlikdə 5-ci mərtəbəyə qalxıb onu axtardıqlarını, 5-ci mərtəbədə olan kursant Şahid3 onların istirahət otağında olmalarını dediyini, istirahət otağının qapısının örtülü olduğunu, içəridə işıq yanmadığını görüb Şahid4 və Şahid3lə birlikdə otağa girdiklərini, Şahid4 otağın işığını yandıraraq otaqda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs ayaqüstə dayanıb nəsə mübahisə etmələrini gördüyünü, Şahid4 onlardan nə etmələrini soruşduqda Təqsirləndirilən şəxs söhbət etdiklərini dediyini, Zərərçəkmiş şəxs da onun dediklərini təsdiq etdiyini, həmin vaxt onun da divanda əyləşib onların söhbət etmələrinə baxmasını dedikdə Təqsirləndirilən şəxs ona şəxsi söhbəti olmasını, tək söhbət edəcəyini deyib söhbətinə qatışmaması üçün ünvansız nalayiq ifadələr də işlətdiyini, onların şəxsi söhbət edəcəklərini və söyülən söyüşü görüb çölə çıxdıqlarını, Şahid4 “onlar deyəsən dalaşacaqlar, siz burada olun mən gedirəm kiməsə deyəm “ deyib aşağıya yendiyini, onlardan kiminsə otağın işığının təkrar söndürdüyünü, həmin vaxt Şahid3lə qapının ağızında durduqlarını, bir azdan işığı Şahid2 də onların yanına gəldiyini, ona da Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs içəridə nəsə söhbət etdiklərini dediklərini, orada olarkən birdən içəridən Təqsirləndirilən şəxs qışqırıq səsini eşidib, şüşədən içəri baxanda Zərərçəkmiş şəxs yerdə olmasını və sifətinin qan olmasını görüb cəld içəri girərək hər ikisini araladıqlarını, Şahid3 Zərərçəkmiş şəxs üzünün qanını yuması üçün onu əl-üz yuma yerinə apardığını, Zərərçəkmiş şəxs burnu, ağzı və sağ gözünün altının qanadığını, sonradan onun dişinin sınmasını da öyrəndiyini, kursant Təqsirləndirilən şəxs ilə kursant Zərərçəkmiş şəxs münasibətlərinin əvvəllər yaxşı olmadığını, əvvəllər aralarında sözlü mübahisələri olduğunu, buna görə bir-biriləri ilə danışmadıqlarını, Təqsirləndirilən şəxs intizamsız kursant olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 07 sentyabr 2024-cü il tarixdə Naxçıvan Hərbi Kollecinə qəbul olunsa da müəyyən səbəblərdən Hərbi Kollecdən xaric olunduğunu, 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxana binasının 4-cü mərtəbəsində şəxsi heyətin yeməyə düzüldüyünü, Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla birlikdə sıranın arxasında dayandıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs əlindəki bilək məşq alətini onlara göstərib “bu aləti kim sıxa bilər?” deyə soruşduqda Təqsirləndirilən şəxs sıxa biləcəyini deyib aləti ondan aldığını, lakin nə qədər etsə də sıxa bilmədiyini, həmin səbəbdən də hər ikisinin aralarında sözlü mübahisə olduğunu və bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərini, orada olanlarla birlikdə onları sakitləşdirib şam yeməyinə getdiklərini, yeməkdən sonra istirahət etmək üçün yataqxanaya getdiklərini, bir qədər sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir az qabaq başlatdıqları mübahisəni davam etdirmək üçün yuxarı mərtəbəyə getmələrini öyrənib Şahid4la 5-ci mərtəbəyə qalxdıqda orada, istirahət otağının qarşısında kursantlar Şahid1 ilə Şahid3 durmalarını görüb nə etmələrini soruşduqda onların “Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs içəridə söhbət edirlər” dediklərini, onların dalaşa bilmə ehtimalına görə qapının yanında durduqlarını, Təqsirləndirilən şəxs nə qədər təkcə söhbət edəcəyini desə də mübahisəyə meyilli biri olduğundan onun dalaşmasından ehtiyat etdiklərini, otağın işığının sönülü olduğunu, qapının şüşəsindən içəri baxdıqları zaman onların ayaqüstə durub söhbət etmələrini gördüklərini, bir qədər sonra içəridən Təqsirləndirilən şəxs hündürdən səsinin gəldiyini eşidib cəld otağa girdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs yerdə olmasını, Təqsirləndirilən şəxs onun başının üstündə durmasını, Zərərçəkmiş şəxs üstünün qan olmasını gördüyünü, kursant Şahid3 tez Təqsirləndirilən şəxs tutub araladığını, Təqsirləndirilən şəxs çölə çıxartdıqlarını, Şahid3 Zərərçəkmiş şəxs başını tutub onu başqa otaqda yuyunmağa apardığını gördüyünü, həmin vaxt Zərərçəkmiş şəxs burnu, ağzı və sağ gözaltı nahiyəsinin qanlı olduğunu, Təqsirləndirilən şəxs isə sağ əlinin üstünün şişib yaralandığını gördüyünü, sonradan Zərərçəkmiş şəxs gedib hadisəni olduğu kimi məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 07 sentyabr 2024-cü il tarixdə Naxçıvan Hərbi Kollecinə qəbul olunduğunu, artıq intizamsızlığına görə Hərbi Kollecdən xaric olunduğunu, 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində yataqxana binasının 4-cü mərtəbəsində şəxsi heyət şam yeməyinə düzülərkən kursant yoldaşları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bilək məşq aləti sıxmaq üstündə mübahisələri yarandığını və həmin vaxt bir-birlərinin ünvanlarına nalayiq ifadələr də işlətdiklərini, kursantlar Hüseyn Ağalarov və Şahid4 hər ikisini sıranın qarşısına çıxardaraq danlayıb onlara öz iradlarını bildirdiklərini, yeməkdən qayıtdıqdan sonra istirahət etmək üçün yataqxana binasına qayıtdıqdan sonra 5-ci mərtəbədə olarkən Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs çağırmasını dediyi üçün gedib 4-cü mərtəbədən Zərərçəkmiş şəxs 5-ci mərtəbəyə çağırdığını, bir azdan hər ikisinin 5-ci mərtəbədəki istirahət otağına girdiklərini, kursant Ceyhun Nurəhmədovla onların dalıncan istirahət otağına girmək istədikdə Təqsirləndirilən şəxs qapının ağzına çıxıb onları içəri buraxmadığını, içəridə nə etmələrini soruşduqda Təqsirləndirilən şəxs söhbət etdiklərini bildirdiyini, həmin vaxt onların otaqda tək olduğunu, içərinin işığı sönülü olduğunu, bir qədər sonra Şahid4 və Şahid1 də yuxarı qalxdığını, Şahid4 kursant Təqsirləndirilən şəxsla kursant Zərərçəkmiş şəxs harada olmasını soruşduqda istirahət otağında söhbət etmələrini bildirdiyini, onlarla birlikdə istirahət otağına girdiklərini, Şahid4 otağın işığını yandırıb nə etmələrini soruşduqda Təqsirləndirilən şəxs söhbət etdiklərini dediyini, Şahid4 onlara dalaşmamalarını, söhbət etmələrini dedikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dalaşmayacaqlarını, şəxsi söhbət edəcəklərini bildirdiklərini, həmin vaxt onlara inanaraq, dalaşmayacaqlarına əmin olub çölə çıxdıqlarını, otaqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs tək qaldığını, çölə çıxandan sonra otağın işığının təkrar söndüyünü, Şahid4 çölə çıxandan sonra aşağı getdiyini, lakin Şahid1 ilə birlikdə otağın qarşısında qaldıqlarını, mətbəxdə olan Şahid2 də onların yanına gəldiyini, arada qapının şüşə yerinin aralığından içəri baxdıqda onların ayaqüstə nəsə söhbət etmələrini gördüklərini, qapının yanında durub söhbət edən zaman anidən içəridən Təqsirləndirilən şəxs qışqırmasını eşitdiklərini, cəld içəri girdikdə Zərərçəkmiş şəxs yerə yıxılmasını gördüklərini, Zərərçəkmiş şəxs üstünün və sifətinin qan olmasını görüb Təqsirləndirilən şəxs kənara çəkdiyini, Zərərçəkmiş şəxs yerdən qaldırıb sifəti qan olduğundan onu yuyunma otağına apardığını, Zərərçəkmiş şəxs burnu, ağzı, sağ gözaltı nahiyəsinin qan olduğunu, gözünün altının sıyrıldığını, sonradan eşitdiyinə görə dişinin də sındığını, Təqsirləndirilən şəxs isə sağ yumruğunun üst hissəsində sıyrıq olduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Evin oğlu ifadəsində 07 sentyabr 2024-cü il tarixdən Naxçıvan Hərbi Kollecinə qəbul olunaraq həmin Kollecdə gizir hazırlığı kursu keçdiyini, bölük komandiri Adəm Rüstəmovun şifahi göstərişi ilə özünün 1-ci taqımın çavuşu, kursant Hüseyn Ağalarovun isə bölük çavuşu təyin edildiyini, 21 fevral 2025-ci il tarixdə, saat 18:50 radələrində 2-ci bölüyün kursant heyəti şam yeməyi üçün yataqxana binasının “A” blokunun 4-cü mərtəbəsində düzüldüyünü, arxa sıralarda bərk səs-küy gəlməsi, sözlü mübahisə olması səbəbindən kursant H.Ağalarov kursantlar Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs sıranın qarşısına çıxardaraq onlara öz iradını bildirib onları sıraya qaytardığını, sonra şəxsi heyətin şam yeməyinə getdiyini, yeməkxanadan çıxdıqdan sonra Zərərçəkmiş şəxsla qaldığı 4-cü mərtəbədəki 32 nömrəli otaqda söhbət etdiyini, söhbət edərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu döyməsindən çəkindiyini bildirdiyini, narahat olmamasını, elə halın olmayacağını, Təqsirləndirilən şəxsla danışıb həll edəcəyini dediyini, sonra gedib Təqsirləndirilən şəxsla danışdığını, söhbət zamanı Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxsla dalaşmayacağını bildirdiyini, saat 20:30 radələrində Şahid1 gəlib ona Zərərçəkmiş şəxs otaqda olmadığını deyib Təqsirləndirilən şəxsla bir yerdə olub-olmadığını soruşduğunu, Zərərçəkmiş şəxs tapmaq üçün Şahid1 ilə birlikdə 5-ci mərtəbəyə qalxdığını, 5-ci mərtəbədə olan otaqların qapısını açıb baxaraq onları axtardığını, həmin vaxt istirahət otağının işığı yanmadığını, qapısının isə örtülü olduğunu, otağın qapısını açıb baxanda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs içəridə tək olmalarını görüb içəri keçərək otağın işığını yandırdığını, arxasınca otağa Şahid1 və Şahid3 daxil olarkən orada Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ayaqüstə durub nəsə söhbət etmələrini gördüyünü, onlardan nə söhbət etmələrini soruşduqda Təqsirləndirilən şəxs ona təklikdə şəxsi söhbət etdiklərini, heç bir problem olmadığını dediyini, Zərərçəkmiş şəxs da onun dediyini təsdiqlədiyindən onlara inanıb getmək istərkən Təqsirləndirilən şəxs şəxsi söhbət etdiklərini, söhbətlərinə kiminsə qarışmasını istəmədiyini bildirərək ortalığa ünvansız nalayiq ifadələr də işlətdiyini, onların dalaşmayacaqlarına əmin olaraq otaqdan çölə çıxdığını, Şahid1 çöldə qalıb onlara nəzarət etməsini dediyini, bir qədər sonra Şahid1 gəlib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsini dediyini, onların yanına getdikdə Zərərçəkmiş şəxs sağ gözünün altının şişməsini gördüyünü, çavuş H.Dilavərlinin onu cavabdehin yanına apardığını və bu barədə məruzə olunduğunu, sonradan bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisəsi zamanı əsəbiləşib otaqda onun gözündən, ağzından və sifətindən yumruqlarla vurmasını, Zərərçəkmiş şəxs dişinin isə sındığını eşitdiyini, kursant Təqsirləndirilən şəxs ilə kursant Zərərçəkmiş şəxs münasibətlərinin əvəllər yaxşı olmadığını, əvvəllər də aralarında sözlü mübahisələri olduğunu, buna görə bir-biriləri ilə danışmadıqlarını, ümumiyyətlə Təqsirləndirilən şəxs intizamsız kursant olduğunu gösrərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş tibb xidməti baş leytenantı Şahid5 ifadəsində, 05 avqust 2024-cü il tarixdən Naxçıvan Hərbi Kollecinin tibb məntəqəsinin rəisi vəzifəsində xidmət etdiyini, 21 fevral 2025-ci il tarixdə Əfsanə Babayevanın növbətçi həkim təyin olunduğunu, Saat 21 radələrində Ə.Babayeva mobil telefonuna zəng edərək iki nəfər kursantın mübahisə etməsini, bir kursantın göz altında, üz nahiyəsində xəsarətlər, diş tacında sınıq olmasını məruzə etdiyini, təcili Hərbi Kollecə gəldikdə xəsarət alan kursantın Zərərçəkmiş şəxs, ona xəsarət yetirən kursantın isə Təqsirləndirilən şəxs olmasını öyrəndiyini, Zərərçəkmiş şəxs “sağ gözaltının cırılmış, əzilmiş yarası, 11-ci diş tacının 1/3-in travmatik sınığı” diaqnozu təyin edildiyini, əlavə xəsarətinin olub-olmamasını soruşduqda o, burnunun da ağrıdığını dediyini, nə olmasını soruşduqda Zərərçəkmiş şəxs mübahisə zamanı Təqsirləndirilən şəxs sağ gözaltı, boyun və ağız nahiyələrindən yumruq zərbələri vurmasını, xəsarətlərin bu səbəbdən yaranmasını bildirdiyini, onun aldığı xəsarətlər qeyd etdiyi formada ona qarşı edilmiş zorakılığa uyğun gəldiyini, çünki onun sağ gözaltı nahiyəsi qanadığını, dişinin sındığını, onun gözaltı nahiyəsinə sarğı qoyulduğunu, ağrıları olduğundan ağrı kəsici dərman preparatı verildiyini, Zərərçəkmiş şəxs ixtisaslı müayinə olunması üçün 205 nömrəli hərbi hospitala təxiyyə olunduğunu göstərdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 93-də olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 mart 2025-ci il tarixli qərardan görünür ki, xx xxxx 2007-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində daimi qeydiyyatda olan, tam orta təhsilli, subay, Naxçıvan Hərbi Kollecinin kursantı Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə-tibbi ekspertin 06 mart 2025-ci il tarixli, 108 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sağ gözaltı nahiyənin əzilmiş yarası, dilin və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan yuxarı sağ mərkəzi kəsici dişin tacının hissəvi sınığı” xəsarətlərini almışdır, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir. Həmin xəsarətlərin 21 fevral 2025-ci il tarixdə yumruq zərbələri vurulması nəticəsində yaranması istisna edilməmişdir. Dərəcəsinə görə sağ gözaltı nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, dilin və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan yuxarı sağ mərkəzi dişin tacının hissəvi sınığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Naxçıvan Hərbi Kollecinin tibb məntəqəsinin rəisi, tibb xidməti baş leytenantı Şahid5 Naxçıvan Hərbi Kollecinin rəisinə ünvanladığı 21 fevral 2025-ci il tarixli raportdan görünür ki, kursant Zərərçəkmiş şəxs həmin tarixdə “sağ gözaltının cırılmış, əzilmiş yarası, 11-ci dişin tacının 1/3-in travmatik sınığı” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs Naxçıvan Hərbi Kollec rəisinin 07 sentyabr 2024-cü il tarixli, 41 nömrəli əmri ilə həmin tarixdən Naxçıvan Hərbi Kollecinin dəyişən heyətinin siyahısına daxil edilmişdir. Naxçıvan Hərbi Kollec rəisinin 26 oktyabr 2024-cü il tarixli, 79 nömrəli əmri ilə həmin tarixdən 1-ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı təyin edilmiş, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kompüter və şəbəkə avadanlıqları ixtisası üzrə” təhsil almağa başlamışdır. Qafarov X5 Hərbi Kollec rəisinin 07 sentyabr 2024-cü il tarixli, 41 nömrəli əmri ilə həmin tarixdən Naxçıvan Hərbi Kollecinin dəyişən heyətinin siyahısına daxil edilmişdir. Naxçıvan Hərbi Kollec rəisinin 26 oktyabr 2024-cü il tarixli, 79 nömrəli əmri ilə həmin tarixdən 1-ci kursant taborunun 2-ci bölüyünün 1-ci taqımının 7-ci tədris qrupunun kursantı təyin edilmiş, “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kompüter və şəbəkə avadanlıqları ixtisası üzrə” təhsil almağa başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 05 mart 2025-ci il tarixli, 730 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Naxçıvan Hərbi Kollecindən verilmiş 22 fevral 2025-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, Naxçıvan Hərbi Kolleci Xüsusi Təyinatlı Təhsil müəssisəsi olduğundan, kollecdə təhsil alan kursantlar, o cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hərbi qulluqçu hesab olunurlar. Cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, Naxçıvan Hərbi Kollecinin kursantları Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında birgə xidmət etdikləri müddətdə, o cümlədən xx.xx.2025-ci il tarixdə aralarında tabelik münasibətləri olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Naxçıvan MR X2 sorğu verilərək alınmış xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2- 929/2025 nömrəli məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. “Babək rayon Mərkəzi Xəstəxanası” X7 sorğu verilərək alınmış 02 aprel 2025-ci il tarixli, 18-1-92-14/72 nömrəli məktubda Təqsirləndirilən şəxs hansısa xəstəliklə bağlı xəstəxanaya müraciət etmədiyi və dispanser qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan Hərbi Kolleci tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi Naxçıvan Hərbi Kolleci tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən və Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərdən görünür ki, xx xxxx 2007-ci il doğumlu olduğundan cinayət əməlini törədərkən 18 yaşı tamam olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qanunla müəyyən edilmiş qaydada cəzalanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilmir. İntizam xarakterli hərbi hissədə saxlama cəzası da onun barəsində tətbiq oluna bilməz ona görə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinin subyekti deyil. Belə ki, həmin maddədə göstərilir ki, hərbi xidmətə çağrış üzrə müddətli həqiqi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edildiyindən maddənin dispozisiyasından da görünür ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssəsinin kursantlarına intizam xarakterli hərbi hissədə saxlaması nəzərdə tutulmamışdır. Azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Ona görə ki, o hadisəni törədərkən 18 yaşı tamam olmamışdır. Naxçıvan Hərbi Kollecinin 1-ci kurs tələbəsidir. Əməl böyük ictimaii təhlükə törətməyən əməldir. Törətdiyi əməli etraf edir. Zərərçəkmiş şəxslə barışıb və zərərçəkmiş şəxs onu bağışlayır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin onu bağışlaması və ondan hər hansı bir şikayət və tələbinin olmamasını, əməlini səmimi etiraf etməsini, Naxçıvan Hərbi kollecində oxumasını cəzasını yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, 18 yaşını yeni tamamlamasını, əməlin böyük ictimaii təhlükə törətməyən əməl olmasını, digər cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növünün, cərimə cəzasının tətbiq edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət işi üzrə Naxçıvan Hərbi Kollecinin müşahidə kameralarından çıxarılmış videoçəkilişlərin saxlanıldığı 1 (bir) ədəd “DVD” yaddaş diski maddi sübutdur və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət işi üzrə Naxçıvan Hərbi Kollecinin müşahidə kameralarından çıxarılmış videoçəkilişlərin saxlanıldığı 1 (bir) ədəd “DVD” yaddaş diski maddi sübutdur və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-35/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-35/2025
24.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver