Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-36/2023 15.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, N №-li hərbi hissəsinin qərargah və təchizat bölüyünün komendant taqımının mühafizə manqasında atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 28 sentyabr N3-cü il tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndrilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəziyyətinə görə ona birbaşa rəis hesab olunan mayor Zərərçəkmiş şəxs hərbi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissəsinin qərargah və təchizat bölüyünün komendant taqımının mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 07 iyul N3-cü il tarixdə, saat 14:25də hərbi hissənin ərazisində rütbəcə ona birbaşa rəis hesab olunan, həmin vaxt N nömrəli hərbi hissə üzrə hərbi hissə növbətçisi xidmətinə təyin edilmiş, qeyd edilən hərbi hissənin tərkibində olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edən mayor Zərərçəkmiş şəxs ona irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətinə bir yumruq zərbəsi vurub, ünvanına nalayiq ifadələr işlətməklə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı rəisə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 07 iyul N3-cü il tarixdə, saat 14:25 radələrində nahar yeməyindən sonra əsgər yoldaşı Şahid5 ilə xidmət etdiyi N №-li hərbi hissənin əsgər yataqxanasının qarşısında ayaqqabı təmizlənməsi üçün təyin olunmuş yerdə siqaret çəkib söhbət etmiş, həmin vaxt əsgər Şahid5 zarafatla onun qarın nahiyəsinə toxunduğundan qıdığı gəlmiş və arxaya doğru getmiş, buna görə əsgər Şahid5 elə etməməsini demişdir. Həmin vaxt hərbi hissə növbətçisi mayor Zərərçəkmiş şəxs onların zarafatlaşmalarını görüb mübahisə etdiklərini düşünərək hər ikisinə qərargahın qarşısına getməyi əmr etmiş, onlar hərbi hissənin qərargahının qarşısına gedərkən yolda mayor Zərərçəkmiş şəxs onların arxasınca gələrkən onun ünvanına bir neçə dəfə “Ay şərəfsiz, ay suka” kimi nalayiq ifadələr işlədib “barəndə təzə araşdırma qurtarıb, zampalitin otağında ağlayan sən deyildin?” demişdir. Həmin vaxt o, mayor Zərərçəkmiş şəxs “xahiş edirəm, cənab mayor məni təhqir etməyin” demiş, cavabında mayor Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlədib ağzının üstündən bir dəfə yumruqla vuraraq, onun özünün və anasının ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, anasının ünvanına işlədilən söyüşlərə dözə bilməyib əsəbiləşmiş, özünü saxlaya bilməyib anidən mayor Zərərçəkmiş şəxs sifətindən bir dəfə yumruqla vuraraq qaçmış, mayor Zərərçəkmiş şəxs onun arxasınca qaçaraq onu tutub saxlamış, həmin vaxt əsgərlərdən kimsə onları aralamışdır. Bir az sonra oraya kapitan Röyal Fətullayev və əsgər Elşən Nağıyev gəlmiş, həmin vaxt onun dodağı qanamışdır. Daha sonra onu tibb məntəqəsinə göndərmişlər. Sonrakı günlərdə mayor Zərərçəkmiş şəxs onu vurub, ünvanına nalayiq ifadə işlətməsinə görə onun barəsində araşdırma başlanmış, cinayət işi açılmışdır. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində mayor Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, hadisə baş verərkən mayor Zərərçəkmiş şəxs ilk öncə onu vuraraq anasının ünvanına nalayiq ifadə işlətməsinə dözə bilmədiyini, hadisənin mayor Zərərçəkmiş şəxs ona qarşı qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş mayor Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N iyul N3-cü il tarixdən, saat 18:00-dan 07 iyul N3-cü il tarixə, saat 18:00-dək N nömrəli hərbi hissə növbətçisi-sutkalıq naryadına təyin olunmuş, 07 iyul N3-cü il tarixdə, saat 14:25 radələrində nahar yeməyindən sonra əsgər yeməkxanasından çıxıb qərargaha tərəf gedərkən, əsgər yataqxanasının qarşısından keçən zaman ayaqqabı təmizlənməsi üçün təyin olunmuş yerdə qərargah bölüyünün əsgəri Təqsirləndirilən şəxs və N nömrəli hərbi hissənin əsgəri Şahid5 mübahisə etdiklərini, əsgər Təqsirləndirilən şəxs yumruğunu sıxaraq əsgər Şahid5 nalayiq ifadə işlədiyini görmüşdür. Əsgər Təqsirləndirilən şəxs bir neçə ay əvvəl başqa əsgərlə mübahisə etməsini, atasının vəfat etməsini fikirləşib ona yazığı gəlmiş və onlara qərargahın qarşısına qaçmaları əmrini vermişdir. Özü də onların arxasınca getmiş, həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs ünvanına “Ay şərəfsiz, ay suka” kimi nalayiq ifadələr işlədərək “bir neçə ay əvvəl zampalitin otağında ağlayıb yalvarmırdın, yazıqsan, anana yazığın gəlsin” demiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs “yerində durmamış”, ona etiraz edib “mənimlə söyüşlə danışmayın, məni təhqir etməyin” kimi ifadələr işlətmiş, bu vaxt o, əsgər Təqsirləndirilən şəxs onu dinləməməsindən, sakit durmamasından əsəbləşərək onun ağzının üstündən bir dəfə əlinin arxası ilə vurmuş, təqribən 5 saniyə sonra əsgər Təqsirləndirilən şəxs da sol əli ilə anidən onun sifətinin sol tərəfindən bir dəfə yumruqla vuraraq qaçmışdır. Həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs və anasının ünvanına nalayiq ifadələr işlədərək, onun arxasınca qaçmış, bu zaman əsgər Təqsirləndirilən şəxs da həmin nalayiq ifadələri ona qarşı işlətmişdir. Əsgər Təqsirləndirilən şəxs qaçaraq torpaqlı sahəyə girdiyindən o, dayanaraq əsgər Təqsirləndirilən şəxs yanına çağırmış, əsgər Təqsirləndirilən şəxs onun yanına gəldikdə onun yaxasından yapışmış, bu zaman ətrafdakı bir neçə əsgər onları aralamışdır. Sonra o, qərargaha gedərək, hadisə barədə hərbi hissə komandanlığına məruzə etmiş və nəticədə barəsində cinayət işi başlanmışdır. Həmçinin mayor Zərərçəkmiş şəxs ifadəsində özünün əsgər Təqsirləndirilən şəxs qarşı yol verdiyi qanunsuz hərəkətlərə görə peşman olduğunu, hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, hadisə baş verən günü o, nahar yeməyindən sonra hərbi hissənin qərargahının yanında olarkən mayor Zərərçəkmiş şəxs ondan bir az öndə iki nəfər əsgərlə yataqxanadan qərargaha tərəf gəldiyini, mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs danladığını görmüş, lakin mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs nə dediyini aydın eşitməmişdir. Həmin vaxt mayor Zərərçəkmiş şəxs yumruqla 2 dəfə əsgər Təqsirləndirilən şəxs ağzından vurduğunu və daha sonra əsgər Təqsirləndirilən şəxs mayor Zərərçəkmiş şəxs yanından qaçdığını, bu zaman mayor Zərərçəkmiş şəxs onun arxası ilə qışqırıb ona nalayiq ifadələr işlətdiyini, əsgər Təqsirləndirilən şəxs da həmin sözləri mayor Zərərçəkmiş şəxs qarşı işlətdiyini görmüşdür. O, əsgər Təqsirləndirilən şəxs hansı səbəbdən qaçmasını və mayor Zərərçəkmiş şəxs vurub-vurmamasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki,o, 07 iyul N3-cü il tarixdə hərbi hissənin qərargahında çapar naryadında olmuş, mayor Zərərçəkmiş şəxs isə hərbi hissə növbətçisi olmuşdur. Həmin gün saat 14:25 radələrində qərargahın qarşısında olarkən hərbi hissə növbətçisi mayor Zərərçəkmiş şəxs yeməkxana tərəfdən qərargaha tərəf gəldiyini, ondan bir az qabaqda əsgər Təqsirləndirilən şəxs və Şahid5 gəldiyini görmüş, həmin vaxt mayor Zərərçəkmiş şəxssgər Təqsirləndirilən şəxs danlamış, lakin onlar bir az aralıda olduqlarından nə dediklərini eşitməmişdir. Birdən mayor Zərərçəkmiş şəxs əsəbiləşib Təqsirləndirilən şəxs ağzından bir dəfə yumruqla vurmasını görmüş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs da bir dəfə mayor Zərərçəkmiş şəxs sifətindən yumruqla vurub qaçmışdır. Bundan sonra mayor Zərərçəkmiş şəxs onun arxası ilə qaçaraq onun və anasını ünvanına nalayiq ifadələr işlətmiş, əsgər Təqsirləndirilən şəxs da həmin nalayiq ifadələri mayor Zərərçəkmiş şəxs qarşı işlətmişdir. Həmin vaxt mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs arxasınca qaçaraq onu tutub saxlamış, özü də onlara çatıb aralamış, sonra kapitan Röyal Fətullayev gəlib onların hər ikisini sakitləşdirərək qərargaha aparmışdır. Şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar teleqram ilə məhkəməyə müraciət edərək ailə vəziyyətləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclaslarına gəlmələrini istisna edən halı üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 24 yanvar N2-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır, xidmətini N №li hərbi hissənin tərkibində olan N №-li hərbi hissədə takelajçı vəzifəsində xidmət etmişdir, 20 iyul N3-cü ildə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. 07 iyul N3-cü il tarixdə, nahar yeməyindən sonra saat 14:25 radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında ayaqqabı təmizlənməsi üçün təyin olunmuş yerdə əsgər Təqsirləndirilən şəxs ilə oturub söhbət edə-edə siqaret çəkmiş, siqareti çəkib qurtardıqdan sonra siqaretin kötüyünü boş siqaret qutusuna atmışdır. Sonra əsgər Təqsirləndirilən şəxs siqaretinin kötüyünü siqaret qutusuna atmaq istəyərkən qutunu kənara çəkmiş, siqaret kötüyünü əlindəki boş qutuya atmasına imkan verməmiş, məqsədi əsgər Təqsirləndirilən şəxs ilə zarafat etmək olmuşdur. Qarın nahiyəsinə toxunduqda qıdığı gəlməsini bildiyi üçün həmin vaxt zarafatla onun qarnına barmağı ilə toxunmuş, həmin zarafatı əsgər Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün ona zarafat etməməsini demişdir. Həmin vaxt mayor Zərərçəkmiş şəxs onların zarafatlaşmalarını görüb mübahisə etmələrini düşünmüş, buna görə hər ikisinə qərargahın qarşısına getməyi əmr etmiş, onlar da qərargahın qarşısına getməyə başlamış, mayor Zərərçəkmiş şəxs də onların arxası ilə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlədib “barəndə təzə araşdırma qurtarıb, zampalitin otağında ağlayan sən deyildin?” demiş, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ona “xahiş edirəm, cənab mayor, məni təhqir etməyin” demiş, lakin mayor Zərərçəkmiş şəxs ona həmin vaxt nalayiq ifadə işlədib Təqsirləndirilən şəxs ağzının üstündən bir dəfə yumruqla vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs da əsəbiləşib onun sifətindən bir dəfə yumruqla vurub qaçmış, həmin vaxt mayor Zərərçəkmiş şəxs də onun arxasınca nalayiq ifadələr işlətmiş, əsgər Təqsirləndirilən şəxs da mayor Zərərçəkmiş şəxs söyüşlərini ona qarşı işlətmişdir. Sonra mayor Zərərçəkmiş şəxs onun arxasınca qaçıb Təqsirləndirilən şəxs tutmuş, qərargahda çapar naryadında olan əsgərlərdən biri qaçıb onları aralamış, sonra kapitan Röyal Fətullayev oraya gəlmiş, birlikdə qəragaha getmişlər. Sonrakı günlərdə həmin hadisə ilə bağlı hərbi hissədə araşdırma başlanmış, araşdırma zamanı izahatı alınmış, 20 iyul N3-cü il tarixdə isə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır (i.v İ cild 147-151). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 07 iyul N3-cü il tarixdə nahar yeməyində sonra əsgər yoldaşı Şahid4la yeməkxanadan çıxıb yataqxananın qarşısında olan siqaret çəkilən yerə getmişdir. Orada siqaret çəkərkən saat 14:30 radələrində əsgər Təqsirləndirilən şəxs ilə Şahid5 bir az aralıda siqaret çəkib gülə-gülə söhbət etmişlər. Həmin vaxt hərbi hissə üzrə növbətçi olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Zərərçəkmiş şəxs onları görüb mübahisə etdiklərini düşünərək onlara qərargahın qabağına getmələrini demiş, özü isə əsgərlərin arxası ilə qərargaha tərəf getməyə başlamışdır. Həmin vaxt mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs “şərəfsiz, sənə dərs olmadı?” demiş, aralarında bir az məsafə olduğundan mayor Zərərçəkmiş şəxs nə dediyini tam eşidə bilməmiş, sadəcə “şərəfsiz” sözünü eşitmişdir. Bir az sonra mayor Zərərçəkmiş şəxs yumruqla əsgər Təqsirləndirilən şəxs ağzından bir dəfə vurmuş, əsgər Təqsirləndirilən şəxs dodağı qanamışdır. Bu vaxt əsgər Təqsirləndirilən şəxs da mayor Zərərçəkmiş şəxs sifətindən bir dəfə yumruqla vurub yanından qaçmış, mayor Zərərçəkmiş şəxs isə onun arxasıca qaçıb həmin vaxt Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonra arxasınca qaçıb onu tutmuşdur. Əsgər Şahid4la həmin vaxt tez yanlarına qaçıb onları aralamış, daha sonra kapitan Röyal Fətullayev oraya gəlmiş, onlar birlikdə qərargaha getmişlər. Sonrakı günlərdə əsgər Təqsirləndirilən şəxs vurub nalayiq ifadə işlətdiyinə görə mayor Zərərçəkmiş şəxs barəsində araşdırma başlandığını, cinayət işi açıldığını eşitmişdir (i.v İ cild 84-87). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 07 iyul N3-cü il tarixdə nahar yeməyindən sonra əsgər yoldaşı Şahid3lə yeməkxanadan çıxıb yataqxananın qarşısında olan siqaret çəkilən yerə getdiklərini, birlikdə söhbət edərkən həmin vaxt saat 14:30 radələrində əsgər Təqsirləndirilən şəxs ilə əsgər Şahid5 onlardan bir az aralıda siqaret çəkib gülə-gülə söhbət edirmişlər. Həmin vaxt hərbi hissə üzrə növbətçi olan N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini mayor Zərərçəkmiş şəxs onlara tərəf gəlib mübahisə etdiklərini düşünərək onlara qərargahın qabağına getmələrini demiş, özü isə əsgərlərin arxası ilə qərargaha tərəf getmişdir. Həmin vaxt mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs “şərəfsiz, sənə dərs olmadı?” demiş, onlarla arada bir az məsafə olduğundan mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs nə dediyini tam eşidə bilməmiş, sadəcə “şərəfsiz” sözünü eşitmişdir. Bir az sonra əsgər Təqsirləndirilən şəxs dayanmış, bu vaxt mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs yumruqla ağzından bir dəfə vurduğunu görmüş, əsgər Təqsirləndirilən şəxs dodağı qanamışdır. Əsgər Təqsirləndirilən şəxs isə mayor Zərərçəkmiş şəxs sifətindən bir dəfə yumruqla vurub yanından qaçmış, mayor Zərərçəkmiş şəxs də onun arxasınca qaça-qaça həmin vaxt Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonra onu tutmuşdur. Əsgər Şahid3lə həmin vaxt tez yanlarına qaçıb onları aralamış, sonra kapitan Röyal Fətullayev gələrək onlar birlikdə qərargaha getmişlər. Sonrakı günlərdə əsgər Təqsirləndirilən şəxs vurub ona nalayiq ifadə işlətdiyinə görə mayor Zərərçəkmiş şəxs barəsində araşdırma başlandığını, cinayət işi açıldığını eşitmişdir (i.v İ cild 88-91). Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əsgər Şahid1 digər şahidlərlə, o cümlədən zərərçəkmiş və təqsirləndirilən şəxslə müqaisədə hadisələrin zərərçəkmiş şəxs mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs ağzının üstündən vurduğu zərbələrin sayı ilə bağlı hissəsinə dair xatirəsində müəyyən müxtəliflik olsa belə, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə kəskin ziddiyyətli və ya uyğunsuz görünmür. Məhkəmə belə hesab edir ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin ittiham tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 18 sentyabr N3-cü il tarixli qərardan görünür ki, mayor Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 24 iyul N3-cü il tarixli 928 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədən səthi üzərində heç bir xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir (i.v İ cild 35-37). Əsgər Təqsirləndirilən şəxs məxsus SX ******* №-li Hərbi biletin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 28 aprel N2-ci il tarixdə AR SHXÇDX-nin Mingəçevir şəhər şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və o, orta təhsillidir (İ.v İ cild 191- 196). N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 118 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Bayramlı X9 Ümumqoşun Ordu Komandanının birinci müavini- qərargah rəisinin N iyul N2-ci il tarixli, 03 №-li sərəncamı ilə hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəldiyinə görə N iyul N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq, həmin hərbi hissənin qərargah və təchizat bölüyünün komendant taqımının mühafizə məntəqəsinin atıcısı vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 11). N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli, 52 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Ağayev X2 nazirinin müavini - X8 komandanının N may N2ci il tarixli 03N №-li əmri ilə N №-li hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsinə təyin olunmuşdur (İ.v İ cild 13). N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 215 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Ağayev X2 nazirinin müavini - X8 komandanının 21 iyul N3cü il tarixli 04N №-li əmri ilə N №-li hərbi hissənin əməliyyat qərargahı rəisinin arxa təminat üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur (İ.v İ cild 97). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 11 iyul N3-cü il tarixli, 39N №li arayışda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən N №-li hərbi hissənin tərkibində olan N №-li hərbi hissənin zabiti mayor Zərərçəkmiş şəxs ilə N №-li hərbi hissənin Qərargah və Təchizat bölüyünün əsgəri Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir (İ.v İ cild 19). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 40). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.N3-cü il tarixli, 75N №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 25 iyul N3-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, əsgər Təqsirləndirilən şəxs sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 42). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N3-cü il tarixli, 10941 №-li cavab məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 128). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 15). “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 sentyabr N3-cü il tarixli qərardan və həmin tarixli müvafiq protokoldan görünür ki, həmin tarixdə əsgər Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 189-190,198). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may N3-cü il tarixli qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər X5 ilə 20 aprel N3-cü il tarixində aralarında baş vermiş dava nəticəsində bir-birinə qarşı zor tətbiq edərək, sağlamlıqlarına Yüngül dərəcəli xəsarət yetirmişlər. İbtidai araşdırma dövründə onlar barışdıqlarından X4 Xidmətinin baş təhqiqatçısı, ədliyyə mayoru Seymur Əlizadənin ibtidai araşdırmaya prosessual rəhbərlik edən Naxçıvan Hərbi prokuroru Aqil Axundovla razılaşdırılmış qərarına əsasən onların barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın məzmununa nəzər saldıqda görünür ki, 20 aprel N3-cü il tarixində əsgər Təqsirləndirilən şəxs ilə əsgər X5 arasında baş vermiş davanı əsgər Təqsirləndirilən şəxs başlatmışdır (İ.v İ cild 75-79). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 330.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir. Konstitusiyanın İV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı X1 və digər qanunvericilik aktları ilə müəyyən olunur. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizama ciddi riayət olunmaması cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin pozulması ilə nəticələnir. Hərbi xidmət keçmə qaydalarına dönmədən və mütəmadi əməl edilməsi hərbi intizamın mahiyyətini təşkil edir. Möhkəm hərbi intizam Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinə əsasən tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən isə hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddəsinə əsasən komandirlərə (rəislərə) və böyüklərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək əsgərin (matrosun) vəzifəsidir. Daxili Xidmət Nizamnaməsinin 5-ci maddəsinə əsasən hərbi qulluqçu onunla bağlı baş vermiş hadisələr və ona tutulmuş iradlar barəsində özünün bilavasitə rəisinə məlumat verməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissəsinin qərargah və təchizat bölüyünün komendant taqımının mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 07 iyul N3-cü il tarixdə saat 14:25-radələrində hərbi hissənin ərazisində rütbəcə ona birbaşa rəis hesab olunan, həmin vaxt N nömrəli hərbi hissə üzrə hərbi hissə növbətçisi xidmətinə təyin edilmiş mayor Zərərçəkmiş şəxs ona irad bildirməsinə görə aralarında yaranmış mübahisə zamanı mayor Zərərçəkmiş şəxs ona qarşı etdiyi qanunsuz hərəkətlərin qarşılığında fərqli davranış üsulu seçmək, yəni mayor Zərərçəkmiş şəxs ona qarşı etdiyi qanunsuz hərəkətləri barədə özünün bilavasitə rəisinə və ya digər böyük rəislərinə məlumat vermək imkanına malik olmasına baxmayaraq, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 5, 9, 38 və 138-ci maddələrinin tələblərini pozaraq rütbəcə ona birbaşa rəis hesab olunan mayor Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə və onun sifətinə bir yumruq zərbəsi vurmaqla tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etmişdir. Bununla da əsgər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs tabelikdə olan şəxs kimi xidmət üzrə öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar olaraq rəisə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, o cümlədən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.8 və 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətdiyindən və zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən onun tərəfindən N3-cü ilin aprel ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair güclü əsaslı şübhələrin mövcudluğu, bir qayda olaraq, onun sabit kriminal meyilliliyinə dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Həmçinin məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə mayor Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs arasında yaranmış mübahisə zamanı mayor Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs qarşı etdiyi qanunsuz hərəkətlərin qarşılığında əsgər Təqsirləndirilən şəxs qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təqsirli bilinən şəxs barəsində tətbiq edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinin tələbinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa üç aydan iki ilədək müddətə təyin edilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs hal-hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olması səbəbindən, o cümlədən onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq qeyd etməyi zəruri hesab edir ki, əsgər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün olsaydı belə, ona həmin cəzaların təyin edilməsi işin faktiki hallarına, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla yanaşı, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməzdi. Məhkəmə bununla bağlı xüsusilə qeyd etməyi zəruri hesab edir ki, əsgər Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsinin cinayət qanunvericiliyi ilə mümkün olmaması, onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün şərtsiz əsas olmamışdır. Əsgər Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması ilə bağlı qeyd etmək zəruridir ki, o, 28 aprel N2-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığından və orta təhsilli olduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38.1.1-ci maddəsinə əsasən onun xidmət müddəti 1 il 6 ay olmuşdur ki, bu müddət də N3cü ilin oktyabr ayında tamam olmuşdur. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 28 sentyabr N3-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 15 noyabr N3-cü il tarixdən məhdudlaşdırıldığından, onun cəzaçəkmə müddətinin əvvəli də 15 noyabr N3-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 12 sentyabr N3-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı əsgər Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduğundan və onun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1 -ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 noyabr N3-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-36/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-36/2023
15.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver