Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-36/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, S.Vurğun küçəsi ev 56-da daimi qeydiyyatda olmaqla N saylı hərbi hissənin zabitlər üçün nəzərdə tutulmuş yataqxanasında yaşayan, N saylı hərbi hissənin 2-ci taborunun, 4-cü bölüyünün, 3-cü tağımının komandiri vəzifəsində xidmət edən, 09 aprel 2024-cü il tarixdən barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin 2-ci taborunun, 4-cü bölüyünün, 3-cü tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən, 01 fevral 2024-cü il tarixdə, saat 09 radələrində, səhər idmanı vaxtı, hərbi hissənin idman şəhərciyində həmin bölüyün sürücü-mexaniki vəzifəsində xidmət edən, onunla tabelik münasibətlərində olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs turnikdə dartınmamaq üçün ön sıradan arxa sıraya keçməsi səbəbindən onun yanına gedərək ona öz yerinə keçməsini və turnikdə dartınmasını tələb etmiş, Zərərçəkmiş şəxs da qollarının ağrıdığını, buna görə turnikdə dartına bilməyəcəyini bildirdikdə o, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbirlər görmək əvəzinə əli ilə onun yaxasından tutub “səni yerə yıxıb sürüyərəm” deyərək dartışdırıb silkələmiş, həmin vaxt orada olan hərbi qulluqçular onu kənarlaşdırmış, səhər idmanı bitdikdən sonra şəxsi heyət yataqxanaya getdikdən sonra saat 10 radələrində Təqsirləndirilən şəxs eyni səbəbdən yataqxanada Zərərçəkmiş şəxs yaxınlaşaraq mübahisəsini davam etdirib hər iki əli ilə onu yaxasından tutaraq silkələyib itələmiş və sağ əli ilə onun sol boyun nahiyəsinə bir yumruq zərbəsi vurmaqla hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində MAHHXHQ əsgər Zərərçəkmiş şəxs N saylı hərbi hissədə işlədiyi müddətdə görüb tanıdığını, 2024-cü ilin fevral ayının 1-də səhər saatlarında səhər idmanı zamanı bölüyün şəxsi heyətinə turnikdə dartınmalarına nəzarət edərkən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs sırada yerini dəyişərək icazəsiz arxa cərgəyə keçdiyini görüb bir neçə dəfə ona öz yerinə keçməsini və turnikdə dartınmasını tələb etdiyini, onun da deyilənlərə fikir verməyərək ayağının ağrıdığını dediyini, həmin vaxt onun cavabını normal qəbul etməyərək bir neçə dəfə yenə ona verilmiş əmri yerinə yetirməsini tələb etdiyini, onun da eyni şeyi təkrar edərək ona əhəmiyyət vermədiyini, həmin vaxt ona yaxınlaşaraq əsəbi halda buşlatının yaxasından tutub özünə tərəf çəkərək nə üçün göstərişi yerinə yetirmədiyini ondan soruşaraq onunla mübahisə etdiyini, Zərərçəkmiş şəxs da aqressiv şəkildə ona cavab qaytararaq verilmiş əmri yerinə yetirmədiyini və yerində qaldığını, həmin vaxt bölük komandirinin gəldiyini görüb onunla mübahisəni dayandırdığını, səhər idmanı bitdikdən sonra yataqxanaya gedərkən orada Zərərçəkmiş şəxs görüb ona “sən bu qədər qudurmusan ki, mənim əmrimi yerinə yetirmirsən, mənə hörmətsizlik edirsən, bir zabit kimi məni saymırsan” deyərək əsəbləşib ona hörmət etməsini bildirdiyini, Zərərçəkmiş şəxs da ona əhəmiyyət verməyərək dönüb gedərkən arxadan onun ünvanına “it küçüyü it” ifadəsi işlətdiyini, orada olan MAHHXHQsu əsgər Şahid2 bunu eşidib “cənab baş leytenant, sözünüz var üzünə deyin, niyə arxasınca deyirsiniz?” dedikdə onun dediklərinə bir az da əsəbləşərək daha da əsəbi vəziyyətə gəldiyini, Zərərçəkmiş şəxs isə artıq oradan uzaqlaşdığını, əsəbi halda əsəbini sakitləşdirmək üçün dəmir məhəcərə bir yumuruq vurduğunu, əlinin dəmirə dəyən hissəsinin qanadığını, həmin vaxt MAHHXHQ əsgər Zərərçəkmiş şəxs geri qayıdaraq ona “məni niyə söyürsən, sən kimsən ki məni söyürsən” dedikdə daha da idarə olunmaz hala gəlib onun yaxasından tutaraq o, tərəf bu tərəfə silkələyərək var gücü ilə onu arxaya doğru itələyib onun başı istiqamətində bir yumuruq atdığını, lakin yumuruğun ona dəymədiyini, səndələyərək yerə yıxılan kimi olduğunu, həmin vaxt orada olan MAHHXHQ-su əsgərlər Şahid2 və Şahid1 onları aralaşdırdıqlarını, törətdiyi əməldən peşman olduğunu, artıq Zərərçəkmiş şəxsla barışdıqlarını, ondan üzr istədiyini göstərdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ifadəsində N saylı hərbi hissədə sürücü mexanik vəzifəsində xidmət etdiyini, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, onunla tabelik münasibətlərinin olduğunu, 01 fevral 2024-cü il tarixdə səhər idmanı zamanı şəxsi heyyətin turnikdə dartınma normativlərini yerinə yetirərkən onun növbəsinə az qalmış qolları ağrıdığından cərgənin arxasına keçdiyini, bu zaman leytenant Təqsirləndirilən şəxs bunu görüb cərgənin arxasına gələrək ondan niyə arxaya keçməsinin səbəbini soruşub ona yerinə qayıdıb turnikdə dartınmasını tələb etdiyini, onun da qollarının ağrıdığını, turnikdə dartına bilməyəcəyini, bu səbəbdən arxa cərgəyə keçdiyini dediyini, Təqsirləndirilən şəxs bir neçə dəfə təkrarən ona qabağa keçib turnikdə dartınmasını tələb etdikdə onun göstərişini icra etmədiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs onun yanına, arxa cərgəyə gələrək təkidlə ona öz yerinə keçməsini tələb etdiyini, onun göstərişinə əməl etmədikdə əsəbləşərək Təqsirləndirilən şəxs sağ əli ilə onun kitelinin yaxasından tutub var gücü ilə özünə tərəf çəkərək niyə onun verdiyi əmri icra etmədiyini soruşaraq onu arxaya itələdiyini, bu arada bölük komandiri kapitan Şahid4 oraya gəldiyini görüb onun yaxasından əlini buraxdığını, İdman bitdikdən sonra yataqxanaya getdiyini, bir azdan Təqsirləndirilən şəxs də yataqxanada onun yanına gəlib həmin məsələyə görə orada onunla yenidən mübahisə edərək onu məişət otağı tərəfə çağırdığını, orada əsəbi şəkildə ona nə üçün verilmiş əmri yerinə yetirmədiyini soruşduğunu, Təqsirləndirilən şəxs əsəbi və aqresiv olduğunu görüb oradan uzaqlaşdığını, həmin vaxt onun çox əsəbi olduğunu, bir az arxada MAHHXHQ-su əsgər Şahid2 Təqsirləndirilən şəxs “niyə onun arxasınca söyüş söyürsən, sözün var üzünə de” ifadəsi deməsini eşidib özünün də hirslihirsli geri dönərək ona yaxınlaşıb söyüşü kimə söydüyünü ondan soruşduqda anidən Təqsirləndirilən şəxs iki əli ilə onun buşlatının yaxasından tutub əsəbi halda var gücü ilə silkələyərək nələrsə dediyini, orada olan Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs tutub qırağa çəkmək istədiklərini, ancaq Təqsirləndirilən şəxs mübahisəni davam etdirərək əlini onun yaxasından buraxmayıb anidən sağ əli ilə onun baş tərəfinə bir yumruq atdığını, yumuruğun onun boynunun sol tərəfinə az da olsa dəydiyini, lakin həmin vaxt heç bir xəsarət almadığını, leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində MAHHXHQ-su əsgər rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər idmanına çıxdıqlarını, idman etdikləri zaman MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs cərgənin qarşısından arxasına keçərkən bunu görən leytenant Təqsirləndirilən şəxs onun yanına gedərək ondan bunun səbəbini soruşduğunu, Zərərçəkmiş şəxs da cavabında ayağında, qolunda ağrıları olduğunu, turnikdə dartına bilməyəcəyini dediyini, Təqsirləndirilən şəxs ona yerinə keçməsini və turnikdə dartınmasını dediyini, bu səbəbdən də aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs həmin vaxt çox əsəbi olduğunu və Zərərçəkmiş şəxs yaxasından yapışıb geriyə-önə dartışdırıb “səni yerə yıxıb sürüyərəm” dediyini, orada olan MAHHXHQ-su əsgər yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə onları aralaşdırdıqlarını, səhər idmanından bir neçə dəqiqə sonra yataqxanada leytenant Təqsirləndirilən şəxs Şahid2la mübahisə etdiyini görüb onlara yaxınlaşdıqda Şahid2 Təqsirləndirilən şəxs “niyə Zərərçəkmiş şəxs it küçüyü deyirsən, sözün var özünə de, valideyininə demə” dediyini eşitdiyini, Təqsirləndirilən şəxs də onun sözlərinə daha da əsəbləşərək dəmir dolaba yumruqla bir dəfə vurduğunu, zərbənin gücündən barmaqlarının zədələnərək qanadığını, Zərərçəkmiş şəxs deyilənlərin onun ünvanına aid olduğunu fikirləşərək geri dönüb onlara yaxınlaşdıqda anidən Təqsirləndirilən şəxs onun gödəkçəsinin yaxasından tutub silkələyib özün tərəf çəkib sonra özündən qırağa itələyib nəsə dediyini, lakin əlini onun yaxasından buraxmadığını, Şahid2la onları aralaşdırarkən Təqsirləndirilən şəxs sağ əlini onun yaxasından buraxıb həmin əli ilə Zərərçəkmiş şəxs boynunun sol tərəfindən bir yumruq atdığını, yumuruğun ona dəyib dəymədiyini görmədiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində N №-li hərbi hissədə MAHHXHQ-su əsgər rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər idmanı zamanı MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs cərgənin arxasına keçərkən leytenant Təqsirləndirilən şəxs bunu görüb sıranı nə üçün pozub arxaya keçdiyini ondan soruşub yerinə qayıtmasını dediyini, Zərərçəkmiş şəxs da qollarının ağrıdığını turnikdə dartına bilməyəcəyini dedikdə Təqsirləndirilən şəxs ona yerinə keçməsini və turnikdə dartınmasını tələb etdiyini, Zərərçəkmiş şəxs yenə yerinə keçmədikdə Təqsirləndirilən şəxs onun yanına gedərək təkidlə və əsəbi halda “sən kimsən ki, mənim verdiyim tapşırığı yerinə yetirmirsən?” deyib Zərərçəkmiş şəxs yaxasından tutub silkələyərək nələrsə dediyini, həmin vaxt orada olanlarla birlikdə onları ayırdıqlarını, həmin gün saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs yataqxanada Zərərçəkmiş şəxs yaxınlaşıb idman şəhərciyində olan məsələ barədə onunla söhbət etdiyini, sonra Zərərçəkmiş şəxs mübahisəni uzatmamaq üçün geri dönüb getdiyini, sonra Təqsirləndirilən şəxs onun arxasınca “it küçüyü” ifadəsini işlətdiyini, həmin vaxt Təqsirləndirilən şəxs “nə üçün Zərərçəkmiş şəxs arxasınca söyüş söyürsünüz, ayıb deyil? sözünüz varsa üzünə deyin” dediyini, Təqsirləndirilən şəxs də əsəbi halda “burda mən dediyim olmalıdı, mən tapşırıq vermişəmsə yerinə yetirilməlidir” deyib yataqxanada olan əsgər dolabına zərbə ilə yumruq vurduğunu, Zərərçəkmiş şəxs da həmin vaxt geri qayıdaraq G. Abdullayevə niyə söyüş söyməsini soruşduqda Təqsirləndirilən şəxs onun üzərinə gedib iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub silkələyərək onu geriyə doğru itələdiyini və sağ əli ilə Zərərçəkmiş şəxs yaxasını buraxıb ona bir yumruq atdığını, yumruğun Zərərçəkmiş şəxs boynunun sol tərəfindən dəydiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində N №-li hərbi hissədə MAHHXHQ əsgər rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər idmanı zamanı MAHHXHQ Zərərçəkmiş şəxs sıradan, durduğu yerdən çıxıb icazəsiz arxa cərgəyə keçərkən həmin vaxt idmana rəhbərlik edən Təqsirləndirilən şəxs ona niyə arxaya keçdiyini soruşduqda onun da qolunda ağrılar olmasını, turnik edə bilməyəcəyini dedikdə ona yerinə qayıdıb turnikə qalxmasını tələb etdiyini, Zərərçəkmiş şəxs yenə ona qollarının ağrıdığını, turnikdə dartına bilməyəcəyini dediyini, Təqsirləndirilən şəxs onun yanına gedib üstünə qışqıraraq təkidlə yerinə keçib turnik etməsini tələb etdiyini, onlar arasında mübahisə yarandığını, orada onlarla birlikdə onların onları ayırdıqlarını, İdman məşğələsi bitdikdən sonra yataqxanada saat 10 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla yenidən həmin məsələyə görə mübahisə etdiklərini, mübahisədən sonra Təqsirləndirilən şəxs onun ünvanına “it küçüyü” ifadəsini işlətdiyini, həmin vaxt orada olan MAHHXHQ əsgər Şahid2 ona “niyə Zərərçəkmiş şəxs arxasınca söyüş söyürsən, sözün var üzünə de” dediyini, həmin sözə daha da əsəbləşən Təqsirləndirilən şəxs dolaba bir yumruq vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs da geri qayıdaraq ondan niyə söyüş söydüyünü soruşduqda yenə aralarında mübahisə yarandığını, leytenant Təqsirləndirilən şəxs onun üstünə gedib yaxasından tutaraq itələdiyini, sonra onun Zərərçəkmiş şəxs yumruqla boğazından vurmasını eşitdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində N №-li hərbi hissədə bölük komandiri vəzifəsində, kapitan rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər vaxtı hərbi hissənin bütün şəxsi heyəti günün nizam qaydasına uyğun olaraq idman şəhərciyinə idmana çıxdıqlarını, saat təqribən 09 radələrində tabor komandiri mayor Şahid5 bölük komandirlərini yanına çağırdığını, bölüyün yanından ayrılıb tabor komandirinin yanına getdiyini, bir azdan geri dönüb bölüyün yanına qayıdanda Təqsirləndirilən şəxs uca səslə MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs üstünə qışqırdığını gördüyünü, ondan nə baş verməsini soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icazəsiz sırada yerini dəyişdiyini turnikdə dartınmaq istəmədiyini dediyini, Zərərçəkmiş şəxs nə üçün belə etməsini soruşduqda qolunun ağrıdığını, turnikdə dartına bilmədiyini, ona görə də arxaya keçdiyini dediyini, həmin vaxt Təqsirləndirilən şəxs çox əsəbi olduğunu, onu sakitləşdirmək üçün yanına çağırıb təklikdə ona Zərərçəkmiş şəxs barəsində tədbir görəcəyini dediyini, İdman yekunlaşandan sonra şəxsi heyəti yataqxanaya apardığını, zabitlər üçün nəzərdə tutulmuş otaqda olarkən yataqxanadan bərk səs-küy gəldiyini eşidib otaqdan çıxıb səs-küy gələn tərəfə getdikdə orada hərbi qulluqçuların Təqsirləndirilən şəxs tutaraq kənara çəkdiklərini gördüyünü, onlara yaxınlaşıb nə baş verməsini soruşduqda orada olanların Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla boğaz nahiyəsindən vurduğunu dediklərini, hadisədən sonra hər ikisini xidməti otağına çağıraraq nə olmasını soruşduqda baş vermiş mübahisəni ətraflı ona danışdıqlarını göstərdı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində N №-li hərbi hissədə tabor komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər saatlarında hərbi hissədə idman şəhərciyində günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətin idman etdiyini, saat təqribən 10 radələrində yataqxanada 4-cü bölük komandiri kapitan Şahid4 onun xidməti otağına gəlib Təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs vurduğunu dediyini, dərhal onları yanına çağıraraq birinci Zərərçəkmiş şəxs nə olmasını soruşduqda onun da sırada yerini dəyişdiyinə görə Təqsirləndirilən şəxs onu idman vaxtı yaxasından tutub dartışdırdığını, idman bitdikdə yataqxanaya gələndən sonra yenə onun üstünə gəlib yaxasından tutub, silkələyib, sonra yumruqla boynunun sol tərəfindən vurduğunu dediyini, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərinin düzgün olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs əvvəl hadisəni inkar edərək Zərərçəkmiş şəxs heç nə etmədiyini yaxasından tutmadığını, “it küçüyü” demədiyini, onu vurmadığını bildirsə də sonradan Zərərçəkmiş şəxs yaxasından tutub silkələdiyini, “it küçüyü” ifadəsi işlətdiyini lakin onu vurmadığını dediyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində N №-li hərbi hissədə gizir rütbəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə səhər saatlarında şəxsi heyətin idmana getdiyini, burnundan əməliyyat olunduğundan yataqxanada qaldığını, saat təqribən 10 radələrində şəxsi heyətin idmandan qayıtdığını, silah otağının yanında olarkən zabitlər otağının yanından bərk səs-küy, qışqırıq səslərinin gəldiyini eşitdiyini, dərhal həmin tərəfə getdiyini, orada Təqsirləndirilən şəxs MAHHXHQ əsgər Zərərçəkmiş şəxs yaxasından tutub silkələdiyini, MAHHXHQ əsgərlər Şahid2, Şahid1 onların arasına girib aralaşdırdıqlarını gördüyünü, Təqsirləndirilən şəxs çox əsəbi halda Zərərçəkmiş şəxs yaxasından möhkəm tutaraq silkələdiyini və nələrsə dediyini, sonra onlara yaxınlaşaraq onları ayırdığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində N №-li hərbi hissədə sürücü-mexanik vəzifəsində xidmət etdiyini, 01 fevral 2024-cü il tarixdə idmandan icazə alıb yataqxanaya getdiyini, saat təqribən 10 radələrində şəxsi heyətin idmandan qayıtdığını, özünün yataqxananın çöl qapısında durub siqaret çəkərkən yataqxanadan bərk səs-küy gəldiyini eşitdiyini, tez səs-küy gələn tərəfə getdiyini, orada baş leytenant Təqsirləndirilən şəxs məişət otağının qarşısında MAHHXHQ əsgər Zərərçəkmiş şəxsla mübahisə etdiyini gördüyünü, həmin vaxt onun çox əsəbi olduğunu, sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşdığını, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca “küçüyün balası küçük” dediyini, orada olan Şahid2 Təqsirləndirilən şəxs “niyə onun arxasınca söyürsən, sözün var üzünə de, arxasıncan danışma” dediyini, bundan sonra Zərərçəkmiş şəxs həmin söyüşü eşidib yenidən geriyə qayıdaraq Təqsirləndirilən şəxslə həmin ifadəyə görə mübahisə etdiklərini, mübahisə zəmnində baş leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutub o tərəf bu tərəfə dartışdirdığını, orada olan Şahid2la Şahid1 onları aralaşdırarkən G. Abdullayevin həmin vaxt onu yumruqla vurduğunu eşitdiyini göstərdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 57-də olan 06 fevral 2024-cü il tarixli 39 №-li ekspert rəyindən görünür ki, MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs xəsarət alıbalmaması ilə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, alınmış ekspert rəyində onun bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri olmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 59-da olan Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 10 fevral 2024-cü il tarixli 69 №-li arayışda hərbi xidmətə yararlı olması göstərilmişdir. X3 komandanının 04 avqust 2021-ci il tarixli 011N №-li əmri ilə N №-li hərbi hissənin 12-ci bölüyünün komandiri vəzifəsinə təyin olunmuş, X3 komandanının 05 oktyabr 2023-cü il tarixli 07N №-li əmri ilə N №-li hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının komandiri vəzifəsinə təyin edilmiş, X3 komandanının 28 fevral 2024-cü il tarixli 07r №-li əmri ilə baş leytenant rütbəsindən leytenant rütbəsinə bir pillə aşağı salınmışdır. Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavininin 24 iyun 2022-ci il tarixli 178№-li əmri ilə N №-li hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 1-ci tağımının 2-ci manqasına mexanik-sürücü vəzifəsinə təyin olunmuşdur. MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən leytenant Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onunla barışması, zərərçəkmiş şəxsin onu bağışlamasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə leytenant Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimaii təhlükəli törətməyən əməl olmasını, zərərçəkmiş çəxslə barışığa cəhd göstərib onunla barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını, məhkəmə istintaqının bütün prosessi dövründə özünü səmimi aparmasını nəzərə alaraq təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs oğlunun hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə. HÖКМЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 10 (on) faiz pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-36/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-36/2024
03.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver