Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-36/2025 07.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçinin iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, məhkum olunmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, Müdafiə Nazirliyinin Naxçıvan şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin rabitə taborunun bağlama rabitə bölüyünün 2-ci kompleks rabitə aparatxanaları taqımının 1-ci kompleks rabitə aparatxanasının mexanikradiotelefonçusu vəzifəsində xidmət edən, 06 may N5-ci il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü təlim taborunun 9-cu təlim bölüyünün 1-ci taqımının 1-ci manqasında əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 fevral N5-ci il tarixdə saat 22 radələrində 3-cü təlim taborunun yataqxana binasının 1-ci mərtəbəsində olan bölük komandirinin xidməti otağının qarşısında bölük komandirinin mobil telefonu vasitəsilə valideynləri ilə əlaqə saxlamaqdan ötrü növbə gözləyən zaman otaqda telefonla danışmaq üçün gözləyən əsgərlərin çox olması, eyni zamanda növbənin ona çatmaması səbəbindən dizlərinin üzərinə çökərək oturmuş, həmin vaxt sırada gözləyən, tabelik münasibətində olmadığı, həmin bölüyün 2-ci taqımının 3-cü manqasında əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs yanına gəlib zarafatla ona tərəf yumruq zərbələri atdığı üçün o, əsgər Zərərçəkmiş şəxs bu hərəkətini dayandırmasını bildirmiş, lakin sonuncu onun sözünə məhəl qoymayıb özünün daha çevik və cəld olduğunu deyərək ona tərəf yumruq zərbələri atmağa davam etmişdir. Bundan sonra o, ayağa qalxıb əsgər Zərərçəkmiş şəxs qarşısında dayanaraq yenə də etməməsini, yəni ona tərəf yumruq zərbələri atmamasını bildirsə də, əsgər Zərərçəkmiş şəxs saymamazlıq edib ona tərəf yumruq zərbələri atmaqda davam etməsi xoşuna gəlmədiyi üçün əsəbiləşib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələblərini kobud surətdə pozaraq, sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağına qüvvətli şəkildə bir təpik zərbəsi vurub zərbənin təsirindən sonuncunun sağ böyrü üstə mərmər döşəmənin üzərinə yıxılmasına, həmçinin yıxılan zaman sol qolunun bədənin altında qalaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid «sol dirsək sümüyünün qapalı, yerini dəyişməyən sınığı» xəsarətini almasına səbəb olmaqla sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, 27 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə “gənc əsgər” hazırlığı kursu keçmişdir. N nömrəli hərbi hissədə ilk olaraq 3-cü təlim taborunun 9-cu təlim bölüyünün 1-ci taqımının 1-ci manqasında xidmət etmişdir. 26 mart N5-ci il tarixdən N nömrəli hərbi hissənin rabitə taborunun bağlama rabitə bölüyünün 2-ci kompleks rabitə aparatxanaları taqımının 1-ci kompleks rabitə aparatxanasının mexanikradiotelefonçusu vəzifəsində xidmət edir. Əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanımış, onunla eyni bölmədə xidmət etmişdir. Onunla arasında tabelik münasibəti yoxdur. Əvvəlki tarixlərdə hərbi andiçmə mərasimlərində əsgər heyətinin ailə üzvləri, yaxın qohumları gəlib iştirak etsələr də 10 fevral N5-ci il tarixdə hərbi hissə komandanlığı tərəfindən hərbi andiçmə mərasimində əsgər heyətinin ailə üzvlərinin iştirakı qadağan edilmişdir. Buna görə şəxsi heyət bölük komandiri baş leytenant Şahid3 xidməti otağında onun mobil telefonu vasitəsilə danışıb ailə üzvlərinə hərbi andiçmə mərasimində əsgər heyətinin ailə üzvlərinin iştirakınin qadağan edilməsini xəbər vermişlər. Saat 22 radələrində otaqda danışan əsgərlər çox olduğundan otağın qarşısında çöküb sıra gözləyərkən əsgər Zərərçəkmiş şəxs otağın qarşısına gəlmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs onunla güləşmək istədiyini bildirsə də ona “o halda deyiləm, yorğunam, telefonla danışıb yatmağa gedəcəm, sən mənimlə güləşən deyilsən” cavabını vermişdir. Lakin əsgər Zərərçəkmiş şəxs zarafatla ona tərəf yumruqlar atmağa başlamış, atdığı yumruqlar ona dəyməmişdir. Zarafat etmək niyyətində olmadığından əsgər Zərərçəkmiş şəxs ondan uzaq durmasını, güləşmək istəmədiyini demişdir. Lakin əsgər Zərərçəkmiş şəxs dayanmamış, saymayaraq ona tərəf təkrar yumruqlar atıb ondan sürətli və çevik olmasını demişdir. Ayağa qalxıb onun qarşısında dayanmış, əsgər Zərərçəkmiş şəxs dayanmayaraq yenə də ona tərəf yumruqlar atmışdır. Əsgər Zərərçəkmiş şəxs yenə də hərəkətlərini dayandırmasını desə də sonuncu buna məhəl qoymadığı üçün əsəbiləşərək sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından bir təpik zərbəsi vurmuş və həmin vaxt zərbənin təsirindən əsgər Zərərçəkmiş şəxs ayağı yerə döşənmiş mərmər döşəmənin üzərində sürüşmüş, sol qolu yerə dəymiş və sol böyrü üstə yerə yıxılmış, sol qolu altında qalmışdır. Onun yıxılmasını görüb yerdən qaldırmış, əsgər Şahid1 gəlib kömək etmişdir. Əsgər Zərərçəkmiş şəxs sol qolunun ağrıdığını bildirmiş və yataqxanaya getmişdir. Gedib telefonla danışıb yataqxanaya qayıtmış və əsgər Zərərçəkmiş şəxs necə olmasını soruşduqda o, yaxşı olmasını bildirmişdir. Növbəti gün “qalx” komandasından sonra əsgər Zərərçəkmiş şəxs qolunda ağrı olduğundan tibb məntəqəsinə getmiş, oradan 205 nömrəli hərbi hospitala göndərilmiş, müayinələr zamanı onun sol qolunda, sol dirsəyində sınıq aşkar olunmuş, onun qoluna gips qoyulub sarınmışdır. Bununla bağlı araşdırma aparılmış, araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs ona zor təbiq etməsini bildirmişdir. Araşdırma nəticəsində barəsində cinayət işi başlanmışdır. Etdiyi əməldən peşmandır. Əsgər Zərərçəkmiş şəxs üzr istəmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs son sözündə hadisəni törədən zaman xidmətə yeni gəldiyini, çox şeyi dərk etmədiyini, zərərçəkmiş şəxslə bir daha üzr istədiyini, törətdiyi əməldən son dərəcə peşman olduğunu, təlimlərə gedə bilmədiyini, əsgər yoldaşlarından geri qaldığını və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 27 yanvar N5ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü təlim taborunun 9-cu təlim bölüyünün 1-ci taqımının 1-ci manqasında əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 fevral N5-ci il tarixdə saat 22 radələrində 3-cü təlim taborunun yataqxana binasının 1-ci mərtəbəsində olan bölük komandirinin xidməti otağının qarşısında bölük komandirinin mobil telefonu vasitəsilə valideynləri ilə əlaqə saxlamaqdan ötrü növbə gözləyən zaman otaqda telefonla danışmaq üçün gözləyən əsgərlərin çox olması, eyni zamanda növbənin ona çatmaması səbəbindən dizlərinin üzərinə çökərək oturmuş, həmin vaxt sırada gözləyən, tabelik münasibətində olmadığı, həmin bölüyün 2-ci taqımının 3-cü manqasında əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs yanına gəlib zarafatla ona tərəf yumruq zərbələri atdığı üçün o, əsgər Zərərçəkmiş şəxs bu hərəkətini dayandırmasını bildirmiş, lakin sonuncu onun sözünə məhəl qoymayıb özünün daha çevik və cəld olduğunu deyərək ona tərəf yumruq zərbələri atmağa davam etmişdir. Bundan sonra o, ayağa qalxıb əsgər Zərərçəkmiş şəxs qarşısında dayanaraq yenə də etməməsini, yəni ona tərəf yumruq zərbələri atmamasını bildirsə də, əsgər Zərərçəkmiş şəxs saymamazlıq edib ona tərəf yumruq zərbələri atmaqda davam etməsi xoşuna gəlmədiyi üçün əsəbiləşib, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələblərini kobud surətdə pozaraq, sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağına qüvvətli şəkildə bir təpik zərbəsi vurub zərbənin təsirindən sonuncunun sağ böyrü üstə mərmər döşəmənin üzərinə yıxılmasına, həmçinin yıxılan zaman sol qolunun bədənin altında qalaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid «sol dirsək sümüyünün qapalı, yerini dəyişməyən sınığı» xəsarətini almasına səbəb olmaqla sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulmuş, “Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma” cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 16 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq “gənc əsgər” hazırlığı kursu keçmək üçün Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin 3-cü təlim taborunun, 9-cu təlim bölüyünün, 2-ci taqımının, 3-cü manqasında xidmət etmişdir. 26 mart N5-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci taborunun, 5-ci bölüyünün, 3-cü taqımının, 3-cü manqasında atıcı vəzifəsində xidmət edir. Əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə görüb tanımış, onunla arasında qohumluq, düşmənçilik münasibəti, ədavəti yoxdur. Onunla arasında tabelik münasibəti yoxdur. 10 fevral N5-ci il tarixdə, saat 22 radələrində, ailə üzvlərinə andiçmə mərasiminin keçirilməyəcəyi barədə məlumat vermək üçün bölük komandirinin xidməti otağının qarşısında gözləyirmiş. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs də çöküb qapının yanında oturmuş və zəng etmək üçün növbəsinin gözləyirmiş. Otaqda əsgərlər bölük komandiri baş leytenant Şahid3 mobil telefonu vasitəsilə ailə üzvləri ilə danışıb, onları andiçmə mərasiminin keçirilməyəcəyi barədə məlumatlandırırmışlar. Zarafatla oturmuş vəziyyətdəki əsgər Təqsirləndirilən şəxs tərəf yumruqlar ataraq ondan kim daha sürətlidir deyə soruşmuş, əsgər Təqsirləndirilən şəxs ayağa durub hövsələsiz şəkildə ondan uzaqlaşmasını, elə etməməsini istəmişdir. O, isə saymayıb zarafatla ona tərəf yumruqlar atmağa davam etmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsəbiləşib sol ayağından sağ ayağı ilə bir təpik zərbəsi vurmuşdur. Zərbənin təsirindən sol böyrü üstə yerə yıxıldıqda sol qolu mərmər düşəməyə dəymiş, bədəninin altında qalmışdır. Həmin vaxt sol qolu ağrımışdır. Əsgər Təqsirləndirilən şəxs onun yıxılmasını görüb köməklik edərək onu ayağa qaldırdıqdan sonra nə olmasını soruşduqda ona heçnə olmadığını demişdir. Əsgər Şahid1 həmin halı görüb yanına gələrək sol qoluna baxmışdır. Həmin vaxt əsgər Şahid2 da yanlarına gəlmişdir. Bir qədər sonra ağrısı azalmış, gedib ailə üzvləri ilə mobil telefonla danışmış, sonra gedib yatmışdır. Növbəti gün, 11 fevral N5-ci il tarixdə, “qalx” komandasından sonra sol qolunda olan ağrı artdığından tabor növbətçisi MAHHXHQ kiçik çavuş İbrahim Gənoyevə məruzə edərək ona yalandan çarpayıdan yıxılmasını qolunun ağrımasını bildirmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs onu vurub yıxması barədə heç nə deməmişdir. Onu hərbi hissənin tibb məntəqəsinə, oradan da 205 nömrəli hərbi hospitala aparmışlar. Sonra bununla bağlı araşdırma aparılmışdır. O, əsgər Təqsirləndirilən şəxslə zarafat etsədə, o, onu özündən uzaqlaşdırmaq üçün vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs hövsələsiz olduğundan əsəbiləşib ciddi şəkildə vurmuş, nəticədə sol dirsəyində sınıq yaranmış və bununla bağlı müalicə almışdır. Əsgər Təqsirləndirilən şəxs ondan üzr istəmiş. Onunla barışmış, onu bağışlamışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 15 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq “gənc əsgər” hazırlığı kursu keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə xidmət etmiş. 26 mart N5-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü taborunun, 8-ci bölüyünün, 3-cü taqımının, 1-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə xidmət edən zaman, 10 fevral N5-ci il tarixdə şəxsi heyətə yoluxucu xəstəliklərlə bağlı andiçmə mərasimində valideynlərin iştirak etməcəyi barədə tapşırıq verilmiş, buna görə şəxsi heyət bölük komandiri baş leytenant Şahid3 xidməti otağında onun mobil telefonu ilə ailə üzvlərinə məlumat vermişlər. Saat 22 radələrində otaqdan çıxıb yataqxanaya gedərkən əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs telefonla danışmaq üçün otağının qarşısında dayanmasını görmüşdür. Çarpayılar olan otağda giriş qapısının yanında olan çarpayıda oturub əsgər Şahid2la söhbət edərkən əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ucadan danışmalarını eşidib oraya gedərək sakit olmalarını bildirən zaman əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs tərəf yumruqlar atmasını görmüşdür. Əsgər Təqsirləndirilən şəxs etməməsini desə də əsgər Zərərçəkmiş şəxs qulaq asmayıb həmin hərəkətlərinə davam etmişdir. Əsgər Təqsirləndirilən şəxs əsəbiləşib “bəsdir daha eləmə” deyib sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayağından bir təpik zərbəsi vurmuş və əsgər Zərərçəkmiş şəxs zərbənin təsirindən sol böyrü üstə mərmər döşəmənin üzərinə yıxılmış, sol qolu yerə dəymiş və yıxılandan sonra qolu bədəninin altında qalmışdır. Əsgər Təqsirləndirilən şəxslə köməkli onu ayağa qaldırıb çarpayılar olan otağa aparmışlar. Onun qolunu ovmuş, yatmağa hazırlaşarkən əsgər Zərərçəkmiş şəxs sol qolunu aça bilmədiyini demiş, bölük komandirinə bildirməsini desə də əsgər Zərərçəkmiş şəxs problem olacağından demək istəmədiyini bildirmişdir. “Qalx” komandasında yenidən əsgər Zərərçəkmiş şəxs qolunu aça bilmədiyini bildirmiş, yenidən bu barədə bölük komandirinə bildirməli olduğunu desə də, əsgər Zərərçəkmiş şəxs bölük komandirinə yalan danışaraq çarpayıdan yıxılıb xəsarət almasını bildirmək istədiyini demişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs gedib müraciət edərək yalandan çarpayıdan yıxıldığını bildirmiş. Lakin sonradan əsgər Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı hadisəni olduğu kimi düzgün formada bildirmişdir. Bununla bağlı araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 cinayət işinin məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 27 yanvar N5-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin tarixdə “gənc əsgər” hazırlığı kursu keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə xidmət etmişdir. 26 mart N5-ci il tarixdən N nömrəli hərbi hissənin 3-cü divizionunun 2-ci batareyasının 2-ci taqımının 1-ci döyüş maşınında baş tuşlayıcı vəzifəsində xidmət edir. 10 fevral N5-ci il tarixdə yoluxucu xəstəlik təhlükəsi ilə bağlı hərbi andiçmə mərasimində ailə üzvlərinin iştirak etməyəcəkləri bildirilmişdir. Buna görə şəxsi heyət bölük komandiri baş leytenant Şahid3 xidməti otağında onun mobil telefonu ilə ailə üzvlərinə məlumat vermişlər. Saat 22 radələrində yataqxanada, giriş qapısının yanında olan çarpayıda oturub əsgər Şahid1la söhbət edərkən bölük komandirinin otağı tərəfdən, foyedən səs-küy gəlmiş, əsgər Şahid1 sakitləşdirmək üçün həmin yerə getmişdir. Bir qədər sonra nə olmasını görmək üçün otağın qarşısına gedərkən əsgər Zərərçəkmiş şəxs yerdə olmasını, onun yanında əsgərlər Şahid1la Təqsirləndirilən şəxs olmasını görmüşdür. Əsgər Zərərçəkmiş şəxs qaldırıb yataqxanaya gətirmişlər. Nə olmasını soruşan zaman əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxslə zarafat etdiyini, əsgər Təqsirləndirilən şəxs ayağından təpiklə vurmasını, yerə yıxılmasını demişdir. Əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs qolunu ovalamışdır. Telefonla danışmaq üçün bölük komandirinin otağına getmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs onu vurması ilə bağlı məruzə etməmişdir. Növbəti gün əsgər Zərərçəkmiş şəxs məruzə edərək gecə ayaqyoluna getmək üçün oyanan zaman çarpayıdan yıxıldığını demişdir. Sonradan əsgər Zərərçəkmiş şəxsla əsgər Təqsirləndirilən şəxs bölük komandirinin otağının qarşısında telefonla danışmaq üçün gözləyən zaman əsgər Zərərçəkmiş şəxs zarafatla əsgər Təqsirləndirilən şəxs tərəf yumruqlar atdıqda ona etməməsini desə də əsgər Zərərçəkmiş şəxs həmin hərəkətlərə davam etdiyindən əsgər Təqsirləndirilən şəxs əsəbiləşib təpiklə onu vurub yerə yıxmasını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid3 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 29 dekabr N4-cü il tarixdən N nömrəli hərbi hissənin 3-cü təlim taborunun 9-cu bölüyünün komandiri vəzifəsində xidmət edir. Əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tabeliyində xidmət etmişlər, onlar arasında tabelik münasibəti olmamışdır. Yoluxucu xəstəliklərin kəskin yayılması ilə əlaqədar yuxarı komandanlıq tərəfindən verilmiş tapşırığa əsasən əsgər valideynlərinin hərbi andiçmə mərasimində iştirakı qadağan edilmişdi. Tabeliyində olan 9-cu bölüyün şəxsi heyətinə bunula bağlı məlumat verib, mobil telefonu vasitəsilə ailə üzvlərinə məlumat vermələrini bildirmişdir. 10 fevral N5-ci il tarixdə, saat 22 radələrində xidməti otağında şəxsi heyət sıra ilə gəlib mobil telefonu vasitəsilə ailə üzvləri ilə danışmışlar. 11 fevral N5-ci il tarixdə tabor növbətçisi MAHHXHQ kiçik çavuş İbrahim Gənoyev məruzə edərək əsgər Zərərçəkmiş şəxs çarpayıdan yıxılaraq xəsarət almasını demiş, əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən xəsarət almasını soruşduqda o, saat 05 radələrində ayaqyoluna getmək üçün oyandıqda çarpayıdan yıxılaraq, sol qolunun xəsarət almasını bildirmişdir. Bir neçə dəfə dəqiq məlumat verməsini deyib kiminsə ona nəsə edib-etməməsini soruşmuş, lakin hər dəfə əsgər Zərərçəkmiş şəxs çarpayıdan yıxılmasını demişdir. Onu tibb məntəqəsinə göndərmiş, sonra əsgər Zərərçəkmiş şəxs hərbi hospitala göndərilmiş və xəsarət alması ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs düzgün danışaraq əsgər Təqsirləndirilən şəxs vurması səbəbindən xəsarət aldığını demişdir. Əsgər Zərərçəkmiş şəxs hadisənin necə olmasını soruşan zaman o, xidməti otağın qarşısında telefonla danışmaq üçün gözləyərkən əsgər Təqsirləndirilən şəxslə zarafat etdiyini, onun da əsəbiləşib təpiklə ayağından vurduğunu və onun yerə yıxılaraq qolunun altında qalmasını demişdir. Sonra əsgər Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ona tərəf zarafatla yumruq ataraq “bax gör hansımız cəldik” demiş, o, da əsəbiləşib onun ayağından təpiklə vurmuş və əsgər Zərərçəkmiş şəxs yerə yıxılaraq, qolu altında qalmışdir. Əsgər Zərərçəkmiş şəxs sol dirsək nahiyəsində sınıq aşkar olunmuş, sol qoluna gips qoyularaq sarğı edilmiş, uzun müddət qolu sarğılı halda qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertin 18 fevral N5-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “sol dirsək sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini almışdır, həmin xəsarət bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir. Həmin xəsarətin 10 fevral N5-ci il tarixdə təpik zərbəsi vurulması nəticəsində yerə yıxıldıqdan sonra sol qolunun altında qalması səbəbindən yaranması ekspert tərəfindən istisna edilməmişdir. Dərəcəsinə görə “sol dirsək sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarəti sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb xidməti rəisi, tibb xidməti kapitanı Sənan Tomayevin N nömrəli hərbi hissənin komandirinə ünvanladığı 11 fevral N5-ci il tarixli raportdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdə “sol dirsək oynağı bağlarının gərilməsi” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığı tərəfindən verilmiş 26 mart N5-ci il tarixli, 101 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü təlim taborunun 9-cu təlim bölüyündə xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin bölükdə xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında birgə xidmət etdikləri müddətdə, o cümlədən 10 fevral N5-ci il tarixdə aralarında tabelik münasibətləri olmamışdır. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X1 07 aprel N5-ci il tarixli, 3-28-29/2-3264/N5 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X2 05 aprel N5-ci il tarixli, xx/xx-4071 nömrəli, məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs psixi xəstə kimi dispanser qeydiyyatında dayanmırlar. İş materillarında olan “Sumqayıt Tibb Mərkəzi” X2 08 aprel N5-ci il tarixli, 18-1-66/2- 633/N5 nömrəli məktunbda Təqsirləndirilən şəxs xəstəxanada psixi xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmişdir ki, bu hal məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» kimi tələblərini kobud surətdə pozmaqla qəsdən törədilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarında olan və cinayət işinin ibtidai istintaqı zamanı N saylı hərbi hissənin 9-cu bölük komandiri baş leytenant Şahid3 tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini törətməsi onun kriminal meyilliliyindən deyil, onun bu cinayət əməlini törətməsində əsas amil zərərçəkmiş şəxsin onu bu cinayət əməlini törətməyə təhrik etməsidir. Məhkəmə bu halı da onun şəxsiyyətini səciyyələndirən müsbət hallardan biri kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalı və ona təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və sanksiya daxilində intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin olunacaq intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanı çəkməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə təyin olunacaq cəzanın harda çəkilməlı olması barədə məsələni müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanı bu məqsədlər üçün yaradılmış hərbi hissədə çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (133 nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materalında olan 804 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 838 nömrəli göndərişi ilə 01 aprel N5-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam və hərbi xidmətə yararlı olduğu qənaətinə gəlmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 06 may N5-ci il tarixdə seçilmiş komandanlığınn müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 153.1-ci Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinsin və o, 4(dörd) ay müddətində intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını bu məqsədlər üçün yaradılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (133 nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə cəza çəkdiyi müddət onun xidmət müddətinə hesablanmasın. Təqsirləndirilən şəxs barəsində 06 may N5-ci il tarixdə seçilmiş komandanlığınn müşahidəsi altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov
Məhkəmə qərarları › İş №1-1(092)-36/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-36/2025
07.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver