Məhkəmə qərarları › İş №1-1(092)-37/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-37/2022

17.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-37/2022 17.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1982-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, “Sədərək” X1 sərhəd nəzarət bölməsinin mühafizəçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2aşayan, 21 sentyabr 2022-ci ildə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Baş gizir Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə, saat 18:42 dəqiqədə idarə etdiyi Şahid4 məxsus “Kia-Cerato” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ilə “Diaqnostika-Müalicə Mərkəzi” istiqamətindən “Danyeri” market istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda göstərilən tələbləri pozub hərəkətə davam edərək “Danyeri” marketin yaxınlığında olan yolayırıcında piyada keçidi ilə yolu sağdan sola keçən 1957-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini, piyada Zərərçəkmiş şəxs piyada keçidinin üzərində kifayət qədər diqqət və ehtiyatlılıq göstərməyib idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs “sağ təpə nahiyəsində yara, sağ təpə nahiyəsində dərialtı hematoma, qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin silkələnməsi, sağ bud nahiyəsinin bayır səthinin yuxarı 1/3 hissəsində və sol bud nahiyəsinin bayır səthində yuxarı 1/3 hissəsində qançır, sol qasıq sümüyünün aşağı şaxəsinin sınığı, sağ topuq nahiyəsində yara”dan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Məhkəmə baxışı gedişi zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin, həmçinin ödəniləcək heç bir maddi ziyanın olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətlə müraciət edərək cinayət işinin hazırlıq iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışladığını, ona dəymiş ziyanı ödədiyindən ondan şikayət və tələbinin olmadığını bildirdi. Həmin halı nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, məhkəmə vəsatətlə əlaqədar tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 236.1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu məcəlləsinin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən, 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinə, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci və 39.1.11-ci və 300.1.7-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi ilə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 300, 344-347, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X3 Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar