Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-37/2023 29.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1995-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, N nömrəli hərbi hissənin tabeliyində olan N №-li hərbi hissədə xidmət edən, Culfa rayonunun Yaycı kəndində daimi qeydiyyatda olan, 14 sentyabr 2023-cü ildə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Culfa şəhər sakini Zərərçəkmiş şəxs qarşı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Rəfiyev X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 4-cü qrup komandirinin müavini vəzifəsində, baş gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində aralarında qohumluq münasibəti olan Şahid4 yaşadığı, Culfa rayonunun Yaycı kəndində yerləşən evin həyətində kiçik toy məclisində iştirak edən zaman qaynı Şahid3 ilə Culfa şəhər sakini, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arasında oturacaq yerinə görə narazılıq yarandığını görüb, Zərərçəkmiş şəxs məclisin keçirildiyi yerdən kənara, yəni evin yerləşdiyi küçəyə dəvət edərək, qaynı Şahid3 ünvanına nalayiq söz işlətməsi səbəbindən orada əvvəlcə yumruqla Zərərçəkmiş şəxs sifətinə bir zərbə vurmuş və zərbənin təsirindən yerə yıxıldıqdan sonra təpiklə sonuncunun sifətinə və sol çiyin nahiyəsinə çoxsaylı zərbələr vurub, ona “sol almacıq və sol körpücük sümüyünün yerini dəyişmiş sınığı” xəsarətlərini yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində proses iştirakçılarından üzr istəyərək, etdiyi əməldən peşman olduğunu bildirərək hadisədən 4 ay keçdiyini, 4 ay müddətində yaşadığı və gördüyü müharibə təsirindən çox şey yadında qalmadığını, vermiş olduğu ifadələri təsdiq etdiyini, hadisəni zərərçəkmiş şəxsin nalayiq ifadələri nəticəsində yarandığını, nalayiq ifadələr istifadə etdiyinə görə onu özündən çıxardaraq əsəbləşib 1 sillə vurduğunu, sillənin təsirindən huşunu itirərək yerə yıxılmağı nəticəsində körpücük sümüyünün sındığını, onun üçün valideynləri tərəfindən üzürxahlıq olunduğunu, barışıq üçün dəfələrlə cəhd göstərməklərinə baxmayaraq barışmadıqlarını, dəyən ziyanın onun tərəfindən ödənildiyini, yoldaşının xalası qızının oğluna sünnət etdiklərini, toy mərasiminə onlarında dəvət olunduğunu, ailəsi ilə birlikdə həmin xeyir işə getdiklərini, həmin günün axşamı qonaqlıq olduğunu, qaynı ilə birlikdə toyda iştirak etdiyini, toyda masada keçib əyləşdiyini, qarşısında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs oturduğunu, bir az keçəndən sonra qaynı Şahid3də oturmaq istədiyini, həmin yerdə oturanda ona həmin yerdə oturan olduğunu bildirdiyini, Şahid3 isə öz uşağımızdır qələt edir deyə cavab verdiyini, bu zaman qarşı tərəfdə oturan Zərərçəkmiş şəxs Şahid3 ünvanına nalayıq ifadələr işlədib özünün qələt etdiyini dediyini, Zərərçəkmiş şəxs söyüş söyməməsini desədə söyüşlərini davam etdiyini, toy evindən ayıb etdiyindən buna görə Zərərçəkmiş şəxs birlikdə çölə çıxmalarını dediyini, Zərərçəkmiş şəxs ilə birlikdə toy həyətindən çölə çıxaraq təxminən 50-60 metr aralandıqlarını, Zərərçəkmiş şəxs qaynı Şahid3 onun qaynı olduğunu, onu söyməklə onu söydüyünü dediyini, Şahid3 bacısının yoldaşı olduğundan həmin söyüşlərin onada çatdığını bildirdikdə yenə söyüşlə danışdığından sol əli ilə Cəfərlinin sağ tərəfinə yavaş toxunub söyüş söyməməsini dediyini, Zərərçəkmiş şəxs yenədə söyüşlə danışdıqda sağ əli ilə onun sifətinin sol tərəfindən 1 sillə zərbəsi vurduğunu, silləni vurduqdan sonra yerində fırlandığını, sillənin zərbəsindən Zərərçəkmiş şəxs üzüquylu yerə yıxıldığını, ona başqa zərbə vurmadığını, Zərərçəkmiş şəxs birazdan ayağa qalxıb yenə nalayiq ifadə işlədib polisə şikayət edəcəyini bildirdiyini, həmin vaxt qaynı Şahid3 oraya gəldiyini, oradan uzaqlaşıb maşınla xidmət etdiyi hərbi hissəyə getdiyini göstərmişdir. Təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 16 iyul 2023-cü il tarixdə Culfa rayon Yaycı kəndində yaşayan dayısı Salman Bayramov uşaqlarına sünnət toyu edəcəyindən 15 iyul 2023-cü il tarixdə həmin evdə qonaqlıq olduğunu, onun da həmin gün oraya getdiyini, saat 19:30 radələrində bacısının əri Şahid2la birlikdə yemək masasının ətrafında oturduğunu, bu vaxt Şahid2 azyaşlı uşağına nəzarət etmək üçün masanın ətrafında qalxıb həmin uşağın arxasıca getdiyini, bundan sonra Təqsirləndirilən şəxs və Qaybi adlı Yaycı kənd sakinləri onun əyləşdiyi yerə gəldiyini, Təqsirləndirilən şəxs onun qarşısında əyləşdikdən sonra adının Qaybi olduğunu və Əlinin qaynı olduğunu sonradan öyrəndiyi şəxs Şahid2 yerində əyləşmək istədikdə ona həmin stulun dolu olduğunu, orada oturan şəxsin yaxınlıqda olduğuna görə bir azdan gəlib əyləşəcəyini bildirdiyini, bu vaxt Qaybi iki dəfə “burada heç kim otura bilməz, həmin yerdə özüm əyləşəcəyəm, burada oturan pox yeyir nəsli ilə” dediyini, Qaybiyə cavab verərək “ilk olaraq özün nəslinlə pox yeyirsən, ikincisinə qaldıqda isə tərbiyəsizlik etmə otur yeməyini ye, burda oturan qohumlardı, kimə söysən gəlib bizə çatacaq” deyə bildirdiyini, Qaybi isə bilmədiyini deyib ondan üzr istədiyini, bu vaxt Qaybinin bacısının əri olan Təqsirləndirilən şəxs kənardan söhbətə daxil olaraq ona nə yekə-yekə danışdığını dedikdə Təqsirləndirilən şəxs bilmədiyi söhbətə qarışmamasını, söhbətin bitdiyini bildirdiyini, Təqsirləndirilən şəxs onunla bir az mübahisə etdikdən sonra onu çölə dəvət edərək orada onunla söhbət etmək istədiyini dediyini, əvvəlcədən Təqsirləndirilən şəxslə normal münasibəti olduğuna görə onu vura biləcəyini düşünmədən onunla birlikdə toy həyətindən çölə çıxdığını, təxminən 50-60 metr aralandıqdan sonra Təqsirləndirilən şəxs “nəyə görə toy həyətindən bu qədər uzaqlaşırıq, gəl burada söhbətimizi edib həyətə qayıdaq” dediyini, bu sözü dediyi anda Təqsirləndirilən şəxs anidən sağ əli ilə onun sifətinin sol tərəfindən bir yumruq zərbəsi vurduğunu, həmin zərbənin təsirindən yerə yıxıldığını, yerdən qalxmaq istəyən zaman Təqsirləndirilən şəxs yerdə dayanmadan onun üz və çiyin nahiyyələrindən təpiklə vurmağa başladığını, zərbələrinin qarşısını alıb təsirini azaltmaq üçün əlləri ilə üz nahiyyəsini tutduğunu, Təqsirləndirilən şəxs təpik zərbələri ilə baş nahiyyəsindən dayanmadan vurduğuna görə üz nahiyyəsinin keyidiyini, həmin vaxt Şahid2 və Qaybi oraya gəlib Təqsirləndirilən şəxs aralaşdırmaq istədikdə Təqsirləndirilən şəxs onu təpikləməyə davam etdiyini, onlar Təqsirləndirilən şəxs aralaşdırdıqdan sonra toyda olan digər şəxslər də həmin yerə gəldiyindən Təqsirləndirilən şəxs adam sayının çoxaldığını görərək oradan qaçıb uzaqlaşdığını, əvvəlcə Culfa Rayon Polis Şöbəsinə gedib şikayət ərizəsi verdiyini, sonra Culfa Rayon Mərkəzi Xəstəxanasına getdiyini, oradan onu Naxçıvan MR Mərkəzi Xəstəxanasına göndərdiklərini, həmin xəstəxanada müayinə olunan zaman hadisə nəticəsində sol almacıq və sol körpücük sümüklərinin qırıldığını bildiyini, orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığını, 16 iyul 2023-cü il tarixdə Bakı şəhərinə gedib 17 iyul 2023-cü il tarixdə Tədris-Cərrahiyyə xəstəxanasında əməliyyat olunduqdan sonra 19 iyul 2023-cü il tarixdə yenidən Naxçıvana qayıtdığını, müalicə olunmaqdan ötrü Bakı şəhərinə getmək üçün çəkdiyi yol xərcini və xəstəxanada xərclədiyi bütün pulları təqribən 3500 (üç min beş yüz) manat pulu Təqsirləndirilən şəxs qarşıladığını, Təqsirləndirilən şəxslə barışıq üçün neçə dəfə cəhd göstərsədə barışmadığını, müalicəsi üçün əlavə olaraq Təqsirləndirilən şəxs 40000 (qırx min) manat pula ehtiyacının olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 16 iyul 2023-cü il tarixdə 13 yaşlı oğlu Şahid1 və 7 yaşlı oğlu İbrahim Bayramlıya sünnət toyu edəcəyindən toydan bir gün əvvəl yaşadığı Yaycı kəndində yerləşən həyətdə qonaqlıq olmuş, qonaqların içində Culfa şəhərində yaşayan bacıoğlusu Zərərçəkmiş şəxs, həmçinin Culfa rayon Yaycı kəndində yaşayan və arvadının xalasının kürəkəni olan Təqsirləndirilən şəxs da olmuşdur. Həyətdə olan zaman böyük oğlu Uğur qaçaraq yanına gəlib çöldə Sədi əmisini döydüklərini bildirdiyi üçün cəld həyətdən çıxaraq oğlunun dediyi istiqamətə getdiyini, həmin yerə çatanda Sədinin ayaqüstə olduğunu və üst-başının torpaq olduğunu, kürəkənləri Şahid2, həmkəndlisi Təqsirləndirilən şəxs və onun qayını Qaybi Cəfərovun hadisə yerində olduğunu gördüyünü, Sədinin üzərini təmizləyib nə olduğunu soruşduqda o, Təqsirləndirilən şəxs onu vurduğunu deyib üzünü tutaraq sol üz nahiyyəsinin batdığını bildirdiyini, əsəbləşib Əliyə tərəf dönərək ona hirslənib “bu uşağı da vurarlar?” dedikdən sonra Təqsirləndirilən şəxs hadisə yerində adamların çoxaldığını görərək oradan uzaqlaşdığını, uşaqları göndərib buzlu su gətirdərək Sədinin üz nahiyyəsində batan hissəsinə qoyduğunu, Sədi polisə zəng vurub hadisə barədə məlumat verdiyini, sonra Culfa şəhərinə xəstəxanaya getdiklərini göstərmişdir. Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan Şahid1 atasının və müəllimin iştirakı ilə ifadə verdi. O ifadəsində 2023-cü ilin iyul ayının 16-da onun və qardaşı İbrahimin sünnət toyu olacağından ondan bir gün əvvəl, axşam həyətlərində qonaqlıq olduğunu, qohumları gəldiyini, qonaqlar həyətdə olanda o, küçədə oynadığını, yanında başqa uşaqlar da olduğunu, bu vaxt bibisinin oğlu Sədinin evlərindən bir az aralıda maşınlar dayanan yerə getdiyini, ondan qabaqda da anasının qohumu olan Əlinin getdiyini, məhəllədə oynayanda birdən Əlinin Sədini yumruqla vurub yerə yıxdığını, daha sonra onu təpikləməyə başladığını gördüyünü, evə gedib həyətdə olan adamlara Sədini döydüklərini dediyini, ondan sonra hamının Sədinin yanına qaçdığını, onun isə həyətdə qaldığını, bir azdan Sədini də həyətə gətirdikdə onun üzündə yaralar olduğunu, Sədinin üzünə qoymaq üçün gedib evdən buz gətirdiyini, sonra da Sədini polisə və xəstəxanaya apardıqlarını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid2 ifadəsində 16 iyul 2023-cü il tarixdə arvadı Jalə Qasımovanın dayısı Salman Bayramovun uşaqlarının sünnət toyu olacağından 15 iyul 2023-cü il tarixdə ailə üzvləri və qayını Zərərçəkmiş şəxs ilə birlikdə Culfa rayon Yaycı kəndinə getdiyini, S.Bayramovun evinə çatdıqda Zərərçəkmiş şəxs ilə birlikdə yemək veriləcək hissəyə keçərək baş tərəfdə, toyçuların stolunun yanında əyləşdiyini, bundan bir az sonra azyaşlı oğlu ağladığına və onu sakitləşdirə bilmədiyinə görə Sədiyə “uşağı sakitləşdirmək üçün ətrafı bir az gəzdirirəm ki, ağlamasın” dediyini, oğlunu götürərək toy evinin həyət qapısına tərəf çıxdığını, bundan təxminən 5 dəqiqə sonra Culfa rayon Yaycı kənd sakini Təqsirləndirilən şəxs həyət qapısından çölə çıxaraq avtomobillər dayanan istiqamətdə getdiyini, bunun üzərindən təqribən 10 saniyə keçdikdən sonra isə qayını Zərərçəkmiş şəxs də həyət qapısından çıxaraq həmin istiqamətdə getdiyini, onun haraya getdiyini soruşanda işi olduğunu və birazdan gələcəyini bildirdiyini, Sədi və Əli həyətdən təxminən 50-60 metr uzaqlaşıb heç kəsin olmadığı yerə tərəf getdiyini, bir az sonradan adının Qaybi olduğunu öyrəndiyi bir nəfər çıxıb onlar gedən istiqamətdə getdiyini, həmin vaxt Qaybi adlı şəxsin həmin istiqamətdə qaçmağa başladığını gördüyündən cəld uşağını olduğu yerdə qoyub oraya qaçdığını, onların yanına çatanda Qaybinin Təqsirləndirilən şəxs qucaqlayıb kənara çəkməyə çalışdığını, Sədinin üzü üstə huşsuz vəziyyətdə yıxılıb yerdə qaldığını, Təqsirləndirilən şəxs onu təpiklə vurduğunu gördüyünü, həmin vaxt bir az aralıda olduğundan Təqsirləndirilən şəxs Sədinin harasından təpiklə vurmasını görə bilmədiyini, ancaq Sədinin başı istiqamətində təpik atmasını gördüyünü, Qaybi Əlini qucaqlayıb kənara çəkərək “başın xarabdı uşağı niyə vurursan” dediyini, onların yanlarına çatıb Zərərçəkmiş şəxs yerdən qaldıranda sol üz nahiyyəsinin qaraldığını və içəri batdığını gördüyünü, Əliyə dönərək nəyə görə bunu etdiyini, Sədinin cansız, xəstə uşaq olduğunu dediyini, Əli Sədinin ona söyüş söydüyünü, buna görə vurduğunu deyəndə Qaybi özünün də Sədiyə qarşı söyüş söydüyünü və sonra bu hərəkətinə görə Sədidən üzr istədiyini, mübahisənin onların aralarında olduğunu dediyini, sonra hadisə baş verən yerə başqa şəxslər də yığışmağa başladığı üçün Təqsirləndirilən şəxs qaçaraq oradan uzaqlaşdığını, sonradan Təqsirləndirilən şəxs qaynı Qaybinin onun oturduğu yerdə oturmaq istəməsinə görə Sədi ilə aralarında mübahisə olduğunu, Təqsirləndirilən şəxs həmin mübahisəyə qoşularaq Sədini həyətdan kənara aparıb yumruq və təpik zərbələri vurmaqla ona “sol almacıq və sol körpücük sümüklərinin yerini dəyişmiş sınığı” xəsarətini yetirdiyini eşitdiyini göstərmişdir. Şahid3 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə baxışı iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid3 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 15 iyul 2023-cü ildə Culfa rayonunun Yaycı kəndinə, Şahid4 Qəhraman oğlugilə xalanəvəsi İbrahimin kiçik toy məclisinə getdiyini, bacısının əri Təqsirləndirilən şəxs yanında boş yer olduğunu görüb orada oturduğunu, bu vaxt Təqsirləndirilən şəxslə üzbəüz oturan Zərərçəkmiş şəxs ona həmin yerdə başqa adam oturacağını bildirdiyini, o da Zərərçəkmiş şəxs “əşi özümüzünkülərdir, qələt edir, gəlsin yanımda oturar” dediyini, Zərərçəkmiş şəxs isə cavabında ona “sən qələt edirsən nəslinlə” deyə bildirdiyini, bu vaxt o, Zərərçəkmiş şəxs söyüş söyməməsini dediyini, Zərərçəkmiş şəxs də ona “əcəb edirəm” deyə cavab verdiyini, həmin vaxt orada olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “söyüş söymək lazım deyil, bura yeri deyil” dedikdə Zərərçəkmiş şəxs ona da “əcəb edirəm, özüm bilərəm” deyə cavab verdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çöldə söhbət etmələrini bildirərək toy həyətindən çölə çıxdıqlarını, təxminən 5 dəqiqə sonra o da çölə çıxaraq həyətdən 50-60 metr kənarda Zərərçəkmiş şəxs yerdə uzanılı vəziyyətdə olduğunu görüb oraya qaçdığını, Təqsirləndirilən şəxslə birlikdə həmin yeri tərk etdiklərini, Təqsirləndirilən şəxs şillə ilə vurduğuna görə Zərərçəkmiş şəxs yerə yıxıldığını, sol almacıq və körpücük sümüklərinin qırıldığını eşitdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin və elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının rəylərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla və təpiklə vurması tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinin qeyd olunan hissəsini özünü müdafiə xarakteri daşıdığı kimi qiymətləndirir. Belə ki, iş üzrə məhkəmə istintaqında dinlənilmiş zərər çəkmiş şəxsin, şahidlərin və məhkəmə-tibbi ekspertizasının rəyləri və iş üzrə digər zəruri sənədlərlə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 03-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Culfa Rayon Polis Şöbəsindən Culfa rayon Prokurorluğuna vermiş olduğu 14 avqust 2023-cü il tarixli məlumatından məlum olur ki, Culfa şəhər sakini Zərərçəkmiş şəxs Culfa rayon Yaycı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən döyülərək onun sol almacıq və sol körpücük sümüklərinin sınığı xəsarətləri almasına səbəb olması faktı ilə bağlı məlumat verilmişdir. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsinə əlavə edilmiş Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 21 may 2018-ci il tarixdə verilmiş 004363 №-li vəsiqənin surətindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1-ci qrup əlil olduğu görünür. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs xidmət müddətində həvəsləndirilməmiş və cəzalandırılmamışdır. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, baş gizir Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandanlığı tərəfindən Culfa rayon Polis şöbəsinə verilmiş olan 28 iyul 2023-cü il tarixli, 409 №-li məktubda baş gizir Təqsirləndirilən şəxs 16 avqust 2014-cü il tarixdən Azərbaycan Ordusunda, 09 yanvar 2021-ci il tarixdən isə N nömrəli hərbi hissədə 1-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrup komandirinin müavini vəzifəsində həqiqi hərbi xidmətdə olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X1 verilmiş tələbnamədə baş gizir Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 65-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2023-cü il tarixli, 877 №-li ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində müəyyən edilmiş xəsarətlər-sol almacıq və sol körpücük sümüyünün yerini dəyişmiş sınığı-küt əşyanın təsirindən törənmişdir. Həmçinin bilavasitə yumruq və ya təpik zərbələri ilə vurma və ya şəxsin yerə yıxılması nəticəsində yarana bilərdi. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. Cinayət işinin 1-ci cildinin 138-142-ci vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 iyul 2023-cü il tarixli, 03 №-li təkrar ekspert rəyində Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər sol almacıq nahiyəsindəki qançır və sol almacıq sümüyünün yerini dəyişmiş sınığı, sol körpücük sümüyünün yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir. Yumruq və təpik zərbəsi nəticəsində törənə bilərdi, yerə yıxılması nəticəsində törənməsini inkar etmək olmaz. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətlər Zərərçəkmiş şəxs əmək qabiliyyətinin daimi itirilməsinə səbəb olmamışdır. Cinayət işinin 1-ci cildinin 70-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli, 876 №-li ekspert rəyində Təqsirləndirilən şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmədiyi, Təqsirləndirilən şəxs hadisədən az əvvəl spirtli içki, narkotik və ya psixotrop maddə qəbul etmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 107-ci vərəqəsinə əlavə edilmiş Culfa şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 123-cü vərəqəsinə əlavə edilmiş Culfa rayon İH-nin Yaycı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 176-179-cu vərəqələrinə əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “X4” medalı ilə təltif olunduğu görünür. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqəsinə əlavə edilmiş baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə nazirinin 26 iyun 2023-cü il tarixli “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunduğu görünür. Cinayət işinin 1-ci cildinin 205-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X2 verilən məktubdan Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X3 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı görünür. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin baş gizir Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında baş gizir Təqsirləndirilən şəxs Culfa şəhər sakini Zərərçəkmiş şəxs qarşı onun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.8-ci və 59.1.11ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olması, cinayəti zərər çəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına köməklik göstərməsini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən “X4” medalı və Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən “Qüsursuz xidmətə görə” İİİ dərəcəli medal ilə təltif olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istədiyini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, baş gizir Təqsirləndirilən şəxs məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş islah işi cəza növü əvəzinə Cinayət Məcəlləsinin 50.1-ci maddəsi tətbiq etməklə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növü təyin olunması daha ədalətli olar. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təqsirli bilinən şəxslər barəsində tətbiqi ilə bağlı qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara ... təyin edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxs hal-hazırda ordu sıralarında qrup komandirinin müavini vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət etdiyindən bu cəza növünün təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə təqsirləndirilən şəxs gizir Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalətli və məqsədə uyğun hesab etmir. Belə ki, məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu (baş gizir Təqsirləndirilən şəxs məhkəmə istintaqında zərərçəkmiş şəxsdən üzr istəməsini, müalicəsi üçün 3500 manat pul ödəməsini) müstəsna hal hesab edərək, təqsirkar baş gizir Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu təqsirli bilinən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, baş gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası əvəzinə Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin olunması onun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə baş gizir Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 sentyabr 2023-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, baş gizir Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin hazırda xidmət etdiyi N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyində olduğundan N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs baş gizir Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 50.1-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 12% (on iki) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tabeliyində olduğundan N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-37/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-37/2023
29.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver