Məhkəmə qərarları › İş №1-1(092)-37/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-37/2025

04.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-37/2025 04.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Babək rayonun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Babək rayonun Nəzərabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 19 mart N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci qrupunda kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində, çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xidmətdən sonra istirahət vaxtı N fevral N0N5-ci il tarixdə saat 0N radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi VAZ N1074 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə Babək rayonu Didivar kəndi ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı”, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin “sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli” və 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin “avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə idarə etməməli” kimi tələblərinə riayət edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri kobud surətdə pozaraq, avtomobili alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə, 70 km/saat sürətlə idarə etdiyi üçün kəndin mərkəzində olan yolun sola döngəli hissəsində idarəetməni itirib avtomobili divara çırparaq yol-nəqliyyat hadisəsi törətmiş və qəza nəticəsində avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sol İV, V, Vİ qabırğaların yerdəyişmiş sınığı, ağciyərin kontuziyası, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası, sağ çənəaltı və sağ diz nahiyəsinin sıyrığı” xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatan köməkçisi vəzifəsində, çavuş hərbi rütbəsində xidmət etdiyini, gizir Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıdığını, onunla qonşuluqda yaşadığını, hal-hazırda onunla eyni bölükdə xidmət etdiyini, N0N4-cü ilin dekabr ayında Babək rayonun Qahab kəndində yaşayan Tağı adlı şəxsə məxsus olan VAZ N1074 markalı, **-BG-*** nömrəli maşını 4N00 manata satın aldığını, pulu olmadığı üçün alqı-satqı əməliyyatını etməyib Tağı adlı şəxsin ona verdiyi etibarnamə əsasında avtomobili idarə etdiyini, N0N5-ci ilin fevral ayının əvvəllərində bir ədəd 3 litirlik qırmızı şərab-çaxır alıb arada içmək niyəti ilə avtomobilə qoyduğunu, 11 fevral N0N5-ci il tarixdə axşam saatlarında işdən çıxıb gizir Zərərçəkmiş şəxslə birlikdə onun maşını ilə evə getdiklərini, saat N3 radələrində Zərərçəkmiş şəxs zəng vurub kef-hal edib küçəyə çıxmasını, söhbət etmələrini bildirdiyini, onlar bir az sonra Babək rayonun Nəzərabad kəndində yaşadığı evin qarşısındakı küçədə görüşdüklərini, söhbət əsnasında avtomobildə saxladığı çaxırı içmək qərarına gəlib onun VAZ N1074 markalı avtomobilinə mindiklərini, gec olduğu üçün evdəkiləri narahat etməməkdən ötrü çaxırı maşında içməyə başladığını, təxminən N fevral N0N5-ci il tarixdə saat 01 radələrinədək maşında çaxır içib söhbət etdikdən sonra çaxır qurtardığını, saat 0N radələrində yaxınlıqda olan Didivar kəndinin mərkəzindəki “Limon” ərzaq mağazasına gedib yenidən çaxır almaq qərarına gəldiklərindən avtomobili işə salıb özü idarə etməklə “Limon” ərzaq mağazasının yanına getdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs də avtomobilin ön sağ oturacağında əyləşdiyini, spirtli içki içsə də hərəkətlərini idarə edə bildiyini, özündə olduğunu, mağazanın yanına çatanda bağlı olduğunu görüb evə qayıtmaq qərarına gəldiklərindən yenə də avtomobili özü idarə etdiyini, Zərərçəkmiş şəxs də onun yanında oturduğunu, “Limon” ərzaq mağazasının qarşısındakı yolla hərəkət edərkən avtomobilin sürətini 60-70 km/saat sürətə qaldırdığını, həmin sürətlə yolda olan süni maneənin (tarampilinin) üzərindən keçdiyini, qarşıdakı döngəyə çatanda sola dönməli olarkən sükanı yığa bilmədiyindən dönməni edə bilməyərək avtomobillə divara dəydiyini, bundan sonra bir anlıq nə olduğunu bilmədiyini, bir az sonra özünə gələndə ayaqlarını hiss etmədiyini, Zərərçəkmiş şəxs də özündə olmadığından onun üzündən şillə ilə vurub ayıltdığını, Zərərçəkmiş şəxs özünə gəldikdə sonra ona yerə düşüb kömək çağırmasını bildirdiyini, bundan sonra Zərərçəkmiş şəxs avtomobildən yerə düşərək kömək çağırdığını, özünə gəldikdə Naxçıvan MR Mərkəzi xəstəxanasında olduğunu, oradan da N05 nömrəli hərbi hospitala təxliyyə edildiyini, hadisə nəticəsində hər iki bud sümüyü qırıldığını, həmçinin qabırğalarında da sınıq olduğunu, hərbi hospitalda müalicə olunduğunu, hazırda səhəti yaxşılaşdığını, eyni zamanda hadisə nəticəsində Zərərçəkmiş şəxs də xəsarətlər aldığını, onun da qabırğaları sındığını, Zərərçəkmiş şəxs də hərbi hospitalda müalicə olunub sağaldığını və hazırda xidmətə davam etdiyini, Zərərçəkmiş şəxslə barışdığını, Zərərçəkmiş şəxs onun barəsində hər hansı şikayəti və ya tələbi olmadığını, həmin avtomobil vaxtında texniki baxışdan keçirildiyini, onun hadisədən öncə hər hansı texniki nasazlığı olmadığını, döngəyə sürətlə girdiyi üçün dönməni başa çatdıra bilmədiyini, etdiyi hərəkətlərdən peşman olduğunu, 44 günlük ”Vətən müharibəsi”ndə iştirak etdiyini, Füzulinin azad edilməsinə görə, Xocavəndin azad edilməsinə görə, Şuşanın azad edilməsinə görə, Şücaətə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunduğunu göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrupunun komandiri vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs ifadəsində, N0N0-ci ilin aprel ayından Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət etməyə başladığını, hal-hazırda N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1ci taqımının N-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətini davam etdirdiyini, MAHHXHQ çavuş Təqsirləndirilən şəxs hərbi xidmət müddətindən əvvəl tanıdığını, onunla həmkəndli olduğunu, qonşuluqda yaşadıqlarını və eyni bölükdə xidmət etdiklərini, aralarında qohumluq münasibətləri, düşmənçilik və ya ədavət olmadığını, 11 fevral N0N5-ci il tarixdə saat 18:30-da iş vaxtı bitdiyindən Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları kəndə getdiyini, təxminən saat N3 radələrinədək öz işlərini gördükdən sonra Təqsirləndirilən şəxsla telefonla danışıb məhlədə görüşməyə razılaşdıqlarından küçədə görüşdüklərini, Təqsirləndirilən şəxs Vaz N1074 markalı, **-BG-*** nömrəli avtomobili evlərinin qarşısında dayandığını, içmək üçün əvvəlcədən aldıqları 3 litir həcmində 1 ədəd qırmızı şərab həmin avtomobilində olduğunu, maşında şərabı içmək qərarına gələrək birlikdə avtomobildə oturub N fevral N0N5-ci il tarixdə, saat 01 radələrinədək avtomobildə içki içib, söhbət etdiklərini, həmin vaxt şərab bitdiyindən kənd mərkəzində olan mağazaya gedib şərab almaq qərarına gəldiklərini, Təqsirləndirilən şəxs avtomobili özü idarə etdiyini, təxminən saat 0N radələrində kənd mərkəzinə çatdıqdan sonra mağazanın bağlı olduğunu görüb evə qayıtmaq qərarına gəldiklərini, yenə də avtomobili Təqsirləndirilən şəxs özü idarə etdiyini, o isə ön tərəfdə əyləşdiyini, bu vaxt Təqsirləndirilən şəxs avtomobilin sürətini artırdığını, qarşıda olan döngədən sola dönərkən həmin döngəyə sərt şəkildə girdiyini, buna görə də idarə etməni itirərək oradakı divara dəydiyini, bir an nə olduğunu başa düşmədiyini, özünə gəlib avtomobildən yerə endiyini, Təqsirləndirilən şəxs avtomobilin içində olduğunu, həmin vaxt ətrafdan başqa şəxslər də onların yanına gəldiyini, bir az sonra hadisə yerinə təcili tibbi yardım maşını gələrək onu və Təqsirləndirilən şəxs Naxçıvan şəhər mərkəzi xəstəxanasına təxliyyə etdiklərini, orada onlara tibbi yardım edildikdən sonra N05 nömrəli hərbi hospitala göndərildiklərini, hadisə nəticəsində xəsarət aldığını, qabırğaları sındığını, hərbi hospitalda müalicə olunduğunu, səhəti tam normal olduğunu, səhəti ilə bağlı heç bir şikayəti olmadığını, müalicə xərclərinin hamısını hərbi hospital qarşıladığını, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona hər hansı maddi ziyan dəymədiyini, Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya tələbi olmadığını, aralarında barışıq olduğunu, hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobili idarə edərkən təxminən 1 litir qırmızı şərab içdiyini və avtomobili 60-70 km/saat sürətində idarə etdiyini, hava şəraiti normal, yol örtüyü asfalt və quru olduğunu, hadisə nəticəsində Təqsirləndirilən şəxs və ondan başqa heç kəsin xəsarət almadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci taborunun döyüş dəstək taqımının N-ci pulemyot manqa komandiri vəzifəsində xidmət edən əsgər Şahid1 ifadəsində MAHHXHQ çavuş Təqsirləndirilən şəxs və gizir Zərərçəkmiş şəxs ilə həmkəndli olduğunu, eyni zamanda onlarla eyni hərbi hissədə xidmət etdiyini, N fevral N0N5-ci il tarixdə saat 0N radələrində Babək rayonun Didivar kəndində yaşadığı evdə yatarkən çöldə kiminsə onu çağırdığını eşidib yuxudan duraraq çölə çıxdığını, onu çağıran şəxsin Zərərçəkmiş şəxs olduğunu gördüyünü, yaşadığı evin yanında ağ rəngli VAZ N1074 nömrəli avtomobil divara dəyərək qəzalı vəziyətə düşdüyünü, həmin avtomobil Təqsirləndirilən şəxs avtomobili olduğunu, Təqsirləndirilən şəxs özü də avtomobilin içində sükanın arxasıda oturduğunu və qışqırıb kömək istədiyini, Zərərçəkmiş şəxs də səhəti pis olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyini, buna görə də onların hər ikisinin xəsarət aldıqlarını başa düşdüyünü, ətrafdan başqa şəxslər də hadisə yerinə gəlib Təqsirləndirilən şəxs kömək edərək onu maşından yerə düşürdüyünü, bir az sonra hadisə yerinə təcili-tibbi yardım maşını gələrək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanaya təxliyyə etdiklərini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə birlikdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə avtomobili idarə edən zaman idarəetməni itirib divara dəydiyini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Babək rayonun Didivar kənd sakini ŞahidN ifadəsində N fevral N0N5-ci il tarixdə həmin kənddə yaşadığı evdə olan vaxt saat 0N radələrində qəza səsi eşitdiyini, yerindən qalxıb pəncərədən çölə baxanda ağ rəngli VAZ N1074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin divara dəydiyini görüb polis orqanlarına zəng vurub məlumat verdiyini, qəzanın səsinə ətrafdan çoxlu adamlar gələrək sürücüyə və sərnişinə kömək etdiyini, onlardan hansının sürücü, hansının sərnişin olduğunu dəqiq bilmədiyini, lakin ətrafdakıların söhbətlərindən aldığı xəsarətlərə görə səs-küy edən Nurlan adlı şəxsin sürücü olduğunu öyrəndiyini, bundan sonra hadisə yerinə təcili-tibbi yardım maşını gəlib onlara tibbi yardım göstərdiklərini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-N-ci vərəqələrinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 mart N0N5-ci il tarixli, 08 №-li qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmiş və iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 7-10-cu vərəqələrinə əlavə edilmiş, N fevral N0N5-ci il tarixdə Babək Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsinin müstəntiqi, polis leytenantı X5 tərəfindən hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı hadisənin baş verdiyi avtomobil yolunun iki hərəkət zolağından ibarət olduğu, yolun asfalt örtüyünün normal vəziyyətdə olmaqla deformasiyaya uğramadığı, hadisə yerində tormuzlama və ya hər hansı sürtünmə izinin aşkar olunmadığı, hadisə nəticəsində VAZ N1074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinin qırıldığı, avtomobilin kapot, kırlo, sağ qapı, ön farlar, bufer və dam hissəsində deformasiya olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsinə əlavə edilmiş, 14 dekabr N0N4-cü il tarixli ƏN-İXN 681617 nömrəli etibarnamənin surətindən görünür ki, Babək rayon Qahab kənd sakini X4 VAZ N1074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsini Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus AE 868087 nömrəli sürücülük vəsiqəsindən görünür ki, onun BC katoqoriyası olan sürücülük vəsiqəsi olmaqla VAZ N1074 markalı avtomobili idarə etmək hüququ vardır. Cinayət işinin 1-ci cildinin N4-cü vərəqəsinə əlavə edilmiş, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı müvafiq cihazdan edilmiş çıxarışdan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs qanında 0.589 % alkoqol olmuşdur. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli N96 №-li əmrindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs, N nömrəli hərbi hissənin 1-ci taborun 1-ci bölüyünün 3-cü taqımının N-ci qrupunun kəşfiyatçı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla, vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 5N-ci vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, kəşfiyatçı-qumbaraatan köməkçisi, çavuş Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N0N3-cü il tarixli, 16 №-li əmrlə “Novruz bayramı” münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə və intizamında fərqləndiyinə görə “Təşəkkür”, N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N0N4-cü il tarixli, N65 №-li əmrlə “Zəfər günü” nün 4-cü ildönümü münasibəti ilə xidməti vəzifələrinin icrasında yüksək nailiyyət əldə etdiyinə görə “Təşəkkür” həvəsləndirmə növü ilə həvəsləndirilmiş və cəzalandırılmamışdır. Cinayət işinin 1-ci cildinin 6N-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli N99 №-li əmrindən çıxarışa əsasən zərərçəkmiş şəxs gizir Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 1-ci taborun 1-ci bölüyünün 1-ci taqımının N-ci qrup komandiri vəzifəsinə təyin edildiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla, vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, zərərçəkmiş şəxs gizir Zərərçəkmiş şəxs xidmət etdiyi müddətdə müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 64-cü vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, Zərərçəkmiş şəxs N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N0N4-cü il tarixli, əmrlə “Novruz bayramı” münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıq dərslərində əldə etdiyi yüksək nailiyyətlərə və şəxsi intizamın nümayişi zamanı fərqləndiyinə görə “Fəxri Fərman”, xx.xx.N0N4-cü il tarixli, 175 №-li əmrlə SQ gününün yaranmasının 106-cı ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” həvəsləndirmə növü ilə həvəsləndirilmiş və cəzalandırılmamışdır. Cinayət işinin 1-ci cildinin 76-77-ci vərəqələrinə əlavə edilmiş 07 mart N0N5-ci il tarixli 57 №-li ekspert rəyində Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol İV-V-Vİ qabırğaların yerdəyişmiş sınığı, ağciyərin kontuziyası, başın ənsə nahiyyəsinin səthi əzilmiş yarası, sağ çənəaltı və sağ diz nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, eləcə də sərnişini olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələrinin mümkün olduğu, qərarın təsiviri hissəsində, yəni xx.xx.N0N5-ci il tarixdə törənmələrinin mümkün olduğu və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vumaya aid edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 78-79-cu vərəqələrinə əlavə edilmiş 07 mart N0N5-ci il tarixli 58 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sağ bud sümüyünün diafizinin yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı, sol bud sümüyünün diafizinin yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ dizaltı nahiyyəsinin əzilmiş yarası, sol 6-7-ci qabırğa qövslərinin az yerdəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən, eləcə də sürücü qismində olarkən minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələrinin mümkün olduğu, müddəti qərarın təsiviri hissəsində, yəni xx.xx.N0N5-ci il tarixdə törənmələrinin mümkün olduğu və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vumaya aid edildiyi, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində məhkəməkimya tədqiqatı nəticəsində 1.49 promil etil spirti aşkar olunduğu, qanda bu miqdarda etil spirtinin yüngül dərəcəli sərxoşluq dərəcəsinə bərabər olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 89-91-ci vərəqələrinə əlavə edilmiş 17 mart N0N5-ci il tarixli, N81 №-li Yol nəqliyyat hadisələrinin ekspertizasının rəyində VAZ N1074 markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, Təqsirləndirilən şəxs VAZ N1074 markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə (70 km/saat) idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu, sürücü Təqsirləndirilən şəxs VAZ N1074 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin N00-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 verilən məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı görünür. Cinayət işinin 1-ci cildinin N0N-N03-cü vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin N0N0-ci il N9 dekabr tarixli N370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin N0N1-ci il N4 iyun tarixli N71N nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medallarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N0NN-ci il N1 aprel tarixli N50s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalının və Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 30 dekabr N0N0-ci il tarixli 1666 №-li Azərbaycan Respublikasının “ŞÜCAƏTƏ GÖRƏ” medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən medallarla təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri ilə, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin N63-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.N və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailə üzvülərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.1N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkum olunmadığını, ilk dəfə az ağır cinayət törətməklə, törətdiyi cinayət əməlini tam etiraf edib əməlindən səmimi peşman olduğunu bildirməsini, gəncliyini, ailəsinin yeganə maddi təminatçısı olmasını, eləcə də xidmət etdiyi hərbi hissə üzrə müsbət xarakerizə olunmasını, habelə N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikasının “ŞÜCAƏTƏ GÖRƏ” medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını alır. Ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini (müsbət xarakterizə olunmasını, işə, xidmətə vicdanlı münasibəti, mülayim xarakterli, qayğıkeş olması və s.), hadisənin təsadufi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini (təqsirkar üçün aşkar surətdə xarakterik olmayan cinayətkar əməllərin törədilməsi), onun gəncliyini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini, 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmasını, nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyən müddətə sürücülük hüququndan məhrum edilməklə cərimə növündə cəza təyin olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1N yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunması əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdar edici rolunu oynaya bilər. Belə ki, islah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına nəzarət isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinə həvalə edilməlidir. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş olan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən dərhal sonra ləğv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Babək Rayon Polis İdarəsinin dayanacağında saxlanılan VAZ N1074 markalı, **-BG-*** dövlət qeydiyyatlı nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra avtomobilin sahibi XN qaytarılmalı və həmin polis idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd üzərində “ABSHERON SAHARAB, Qırmızı kəmşirin şarab, 3L və s” yazıları olan əşya isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məhkəmə xərci tutularaq VÖEN********** hesab AZN1NABZ******************** hesaba ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat miqdarında pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.N003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.N006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6500 (altı min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Babək Rayon Polis İdarəsinin dayanacağında saxlanılan VAZ N1074 markalı, **-BG-*** dövlət qeydiyyatlı nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra avtomobilin sahibi XN qaytarılsın. Həmin polis idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd üzərində “ABSHERON SAHARAB, Qırmızı kəmşirin şarab, 3L və s” yazıları olan əşya isə məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə yol-nəqliyyat hadisələri hallarının tədqiqi ekspertizasının keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məhkəmə xərci tutularaq VÖEN********** hesab AZN1NABZ******************** hesaba ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat miqdarında pul ödənilsin. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar