Məhkəmə qərarları › İş №1-1(092)-38/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-38/2024

18.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-38/2024 18.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: İbrahimov İlham Sadət oğlunun (sədrliyi), Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 06 avqust N96-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan N1 nömrəli hərbi hissədə xidmət edən, Gədəbəy rayonunun Qızıltorpaq kəndində qeydiyyatda olan, 01 mart 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2-ci və 232.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Baş leytenant Quliyev X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin tabeliyində olan N1 №-li hərbi hissəsinin 1-ci xüsusi təyinatlı bölüyünün, 4-cü xüsusi təyinatlı qrupunun komandiri vəzifəsində, xidmət edərkən hərbi hissənin şəxsi heyəti ilə birgə 09 sentyabr 2023-cü il tarixdən N sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Qarabağ bölgəsində “X5” əməliyyatlarına cəlb edilmiş, həmin əməliyyatlarda iştirak edərkən komandiri olduğu qrupda kəşfiyyatçı-qumbaraatan vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid1 22 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonunun Heyvalı kəndində olan evdən 1 ədəd “AKM” markalı avtomat silah və həmin silaha aid hər birində 30 ədəd 7,62 mm çaplı döyüş patronu olan N ədəd daraq tapmış, silahı, daraqları və döyüş sursatını özü ilə götürərək orada olduğu müddətdə Təqsirləndirilən şəxs icazəsi ilə döyüş növbətçiliyində olarkən həmin silahla xidmətə çıxmış, 27 sentyabr 2023-cü il tarixdə döyüş əməliyyatları başa çatdığından hərbi hissənin şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Müdafiə Nazirliyinə məxsus olan bölməyə qayıtmış, orada olarkən yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə özlərinə təhkim olunmuş silah-sursatdan başqa döyüş əməliyyatları zamanı götürülən bütün növ hərbi qəniməti Azərbaycan Respublikası Prezidentinin N oktyabr 2020-ci il tarixli, 1170 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü təhvil vermək tapşırılmış, qrup komandirlərinə tabeliklərində olan şəxsi heyəti yoxlayaraq özlərinə təhkim olunmuş silah-sursatdan başqa nə varsa götürüb təhvil vermələri bildirilmiş, bu vaxt Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən, yəni qrup komandiri olmağından istifadə edərək tabeliyində xidmət edən əsgər Şahid1 hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı təhvil verməməsini, özü ilə birlikdə Naxçıvana aparmasını, orada öz xidmət etdikləri hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinə təhvil verəcəyini deyib sonuncunu hərbi qənimət kimi götürdüyü AKM markalı avtomat silahı və içərisində sursat olan daraqları təhvil verməmiş, N sentyabr 2023-cü il tarixdə şəxsi heyət hərbi hissənin daimi dislokasiya rayonuna, Ordubad şəhərinə qayıtdıqdan sonra yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə yenidən özlərinə təhkim olunmuş bütün növ silah-sursatı sayla təhvil verməsi, kiminsə üzərində, çantasında qalan hərbi qənimət kimi götürülmüş döyüş əmlakı varsa inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü hərbi hissənin raketartileriya, silah təchizatı xidmətinə təhvil verilməsi üçün kənara yığılması tapşırılmış, Təqsirləndirilən şəxs yataqxananın qarşısında düzülən şəxsi heyətə başçılıq etmiş, Şahid1 hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı hərbi hissəyə təhvil verməsi üçün Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs də həmin silahı və sursatı ondan alıb təhvil verməyərək öz qulluq mövqeyindən istifadə edərək 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı talayıb hərbi hissənin kompüter otağına apararaq orada saxlamış, həmin gün saat N radələrində hərbi hissəyə gələrək kompüter otağında olan içərisində 100 ədəd 7,62 mm çaplı döyüş sursatı olan sandıqçanı öz qulluq mövqeyindən istifadə etməklə təkrar olaraq talayıb sandıqçanı (sink), 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm çapında döyüş mərmisi olan həmin silaha aid N ədəd darağı özü ilə gətirdiyi çantaya yığaraq kirayə yaşadığı ünvan 1 ünvanına qanunsuz olaraq daşıyıb orada 20 noyabr 2023-cü il tarixədək qanunsuz olaraq saxlamış, 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxslə eyni bölükdə xidmət edən baş gizir Şahid2 bölük komandiri baş leytenant Novruz Məstanova döyüş əməliyyatları zamanı hərbi qənimət kimi 1 ədəd AKM markalı avtomat silah götürülüb Təqsirləndirilən şəxs verildiyini, onun isə hərbi hissəyə təhvil vermədiyini məruzə etdikdə N.Məstanov Təqsirləndirilən şəxs yanına çağırıb bu barədə ondan soruşmuş, sonuncu belə bir hal olmadığını deyərək həmin silahı təhvil verməmiş, 20 noyabr 2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Şahid8 bu barədə məlumat əldə etdikdən sonra Təqsirləndirilən şəxs silahı təhvil verməsi üçün hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinin rəisi kapitan Şahid9 və N1 nömrəli hərbi hissənin qərargah rəsi kapitan Şahid7lə birlikdə yaşadığı evə göndərmiş, Təqsirləndirilən şəxs guya evi axtarıb tapa bilmədiyini deyərək yenə də silahı təhvil verməmiş, evdə saxladığı sursatlar barədə heç kimə heç nə demədən onları da təhvil verməyib hərbi hissəyə qayıtmış, həmin gün saat N radələrində Təqsirləndirilən şəxs avtomat silahı axtarmaq məqsədi ilə N.Məstanovla birlikdə yenidən yaşadığı evə getmiş, bu vaxt onları hərbi hissəyə çağırdıqlarından N.Məstanov evdən çölə çıxdıqdan sonra Təqsirləndirilən şəxs onunla eyni hərbi hissədə xidmət edən, yaxınlıqda yaşayan baş leytenant Şahid5 zəng vurub yaşadığı binanın yanına gəlməsini bildirmiş, bir az keçdikdən sonra Şahid5 oraya gəldikdə ona bir ədəd çanta verib içərisində sursat olduğunu, özündə saxlamasını, səhəri gün ondan götürəcəyini deyərək hərbi hissəyə getmiş, Şahid5 çantanı ondan aldıqdan sonra hərbi hissəyə aparıb öz xidməti otağına qoymuş, Təqsirləndirilən şəxs hərbi hissədə olarkən hərbi hissə komandiri Şahid8 onunla söhbət aparıb Şahid1 ona sursatlar da verdiyini, həmin sursatların harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs əvvəlcə onda hər hansı sursat olmadığını, Şahid1 ona təkcə 1 ədəd AKM markalı avtomat silah verdiyini deyib təhvil verməmiş, Şahid8 israrla soruşduqda məcbur qalıb etiraf edərək həmin sursatları onunla eyni hərbi hissədə xidmət edən baş leytenant Şahid5 verdiyini demiş, Şahid8 göstərişinə əsasən Şahid5 həmin sursatları təhvil vermiş, bununla da Təqsirləndirilən şəxs odlu silahı və döyüş sursatını öz qulluq mövqeyindən istifadə etməklə təkrar talamış və həmin odlu silahı, döyüş sursatını qanunsuz olaraq daşımış və təkrar saxlamışdır. Təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2-ci və 232.2.3-cü maddələrində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2-ci və 232.2.3-cü maddələri ilə özünü qismən təqsirli bildiyini, həmin Məcəllənin 228.1-ci maddəsi ilə tam təqsirli bildiyini, N1 nömrəli hərbi hissənin 1-ci bölüyünün 4-cü qrupunun komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edərkən 2023-cü ilin sentyabr ayının 6-da məzuniyyətə buraxıldığını, 2023-cü ilin sentyabr ayının 8-də tabor komandirinin ona zəng edərək dərhal xidmətə qayıtmağını dediyini, dərhal hərbi hissəyə gəldiyini, sonra Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam getdiklərini, oradan isə Ağdərə rayonunun Heyvalı kəndi istiqamətində hərəkət etdiklərini, hərəkət zamanı düşmən tərəfindən iki dəfə pusquya düşdüklərini, həmin günü axşam Ağdərə rayonunun Heyvalı kəndinə çatdıqlarını, digər quruplarla birlikdə Heyvalı kəndinin mərkəzinə yığışdıqlarını, orada kəndin mühafizəsi üçün hər qurupu bir mövqeye verdiklərini, onun başçılıq etdiyi qurupunda ayrı bir istiqamətə verildiyini, həmin gecəni orada qaldıqlarını, səhərisi günü onun qurupunda olan MAHHXHQ əsgər Şahid1 gecələdikləri evdən 1 ədəd AKM markalı silah tapmağı barədə ona məruzə etdiyini, ona həmin silahı özündə saxlamağını tapşırdığını, Şahid1 onda qumbaraatan silahı olduğunu, ona icazə verin bu silahla döyüş növbətçiliyinə çıxım dediyini, onunda icazə verdiyini, həmin günü tabor komandiri tərəfindən ona tapşırıq verildiyini, Heyvalı kəndində yüksəklik olduğunu, onları ora göndərdiyini, Heyvalı kəndinin mühafizəsi üçün bir gün orda qaldıqdan sonra onları 3-cü qurup əvəz etdiyini, vəziyətlə əlaqədar tabor komandirinə teztez məlumat verdiyini, həmin vaxtı onların başqa bir evdən həmin silaha aid N ədəd daraq tapdıqlarını, 3-cü günün səhərisi tabor komandiri Sərsəng su anbarının mühafizəsinə tapşırıq verdiyini, 6 gün orda qaldıqdan sonra tabor komandirinin düşmən tərəfdən atəşkəs elan olunub hazırlaşın qayıdacıyıq məlumatının verdiyini, her şeyi yığıb N nömrəli hərbi hissənin Vəng taboruna gəldiklərini, onlara əlavə sursat verdiklərini, qayıtdıqda N nömrəli hərbi hissədən götürdükləri sursatları təhvil verməyi dediklərini, onun orda Şahid1 silahı təhvil verməməsinə təsir göstərmədiyini, onun məqsədinin fəqrlənmək üçün silahı Naxçıvana gətirib öz qurupunun adından onu təhvil verməsi olduğunu, onun İsmayılova apara bilirsən apar Naxçıvana, apara bilmirsən təhvil ver dediyini, sonra onlar oradan öz hərbi hissələrinə getdiklərini, həmin gün iki bölmə 1-2-ci bölüklərin gəldiyini, üzərlərində olan hər şeyi təhvil verdiklərini, onun həmin vaxtı yataqxananın qarşısında olduğunu, təxminən saat 4 radələrində Şahid1 silahı gətirib ona verdiyini, onun ver mənə təhvil verəcəm RAS xidmət rəisinə dediyini, silahı alıb kompüter otağına apardığını, otaqda küncdə arakəsmə olduğunu, silahı ora qoyanda orada 100-lük sing olduğunu gördüyünü, singin arakəsmənin üzərində olduğunu, axşam düzülüşü olduğunu, sonra Ordubad rayonunda yaşadığı evə getdiyini, gecə 22:00-23:00 arası hərbi hissəyə gəlib silahı, darağı, singi sumkaya qoyub evə apardığını, evdə onunla qalanlar bilmədən sumkanı koridora qoyduğunu, səhərisi gün evdə heç kimin olmadığını, silahın hissələrini sökdüyünü, silahın lüləsinin, lülənin arpacığının, mexaniki nişangahının qaldığını, o, qalan hissələrini salafana yığdığını, küncdəki öz paltarlarını yığdığı şkafa qoyduğunu, lüləni divanın altına qoyduğunu, sonra yenə işinə gedib-gəldiyini, Antiterror əməliyyatından qayıdandan 4-5 gün sonra bölük komandirinin onu çağırdığını, bölüyün baş çavuşu onda silah var dediyini, o elə şey yoxdur dediyini, silahı sökdüyündən ona elə dediyini, sonra silahın lülə hissəsini, nömrəli hissələrini hərbi hissədən uzaqda poliqonda torpaq ərazidə basdırmağı fikirləşdiyini, onların xüsusi təyinatlı bölmə olduğu üçün tez-tez travestlər çöl çıxışında olduqlarından hər dəfə gedib-gələndə silahların hansısa hissəsinin itdiyini və həmin vaxtı istifadə etmək istədiyini, sonra onu bölük komandiri kursuna yazdıqlarını, ona problem olmasın deyə demədiyini, noyabrın 6-sı kursa getdiyini, kursda onlara idman forması gətirin dediklərini, gedib forma gətirəndə silahın hissələrinin evdə olduğunu gördüyünü, noyabr ayının 18-də evə gedəndə evdə heç kim olmadığını, o baxanda silahın hissələrini tapa bilmədiyini, sonra ona qərargah rəisi kapitan Şahid7 zəng vurub səndə dəmir var onu təhvil ver dediyini, onu başa düşdüyünü, evdədi gətirib təhvil verəcəm dediyini, kapitan Şahid7 ona gəl hərbi hissəyə dediyini, onun hərbi hissə komandirinin otağına getdiyini, hərbi hissə komandirinin ona get silahı götür gəl dediyini, onun RAS xidmət rəisi, qərargah rəisi ilə evə getdiyini, evin açarı şitin içində olduğunu, açarı həmişə bir qayda olaraq şitin içinə qoyduqlarını, açarın şitin içərisində fərqli formada olduğunu gördüyünü, açarı götürüb evə daxil olduqlarını, silahın hissələrini, lüləsini tapa bilmədiyini, qoyduğu yerdə olmadığını, qərargah rəisinin hərbi hissə komandirinə məruzə etdiyini, hərbi hissə komandirinin bölük komandirinə deyin onunla getsin onu başa salsın dediyini, bölük komandiri ilə getdiklərini, yenə axtarıb tapa bilmədiklərini, həmin vaxtı singlə darağı qoyduğu yerin yadına düşdüyünü, onlara baxdıqda onlar yerində olduğunu gördüyünü, sonra hərbi hissə komandiri sizi gözlüyür dediklərini, onun Şahid5 zəng edib binanın qabağına çağırdığını, sumka verdiyini, Şahid5 nə var içində deyəndə sursatdı sabah səndən götürəcəm dediyini, Şahid5 hərbi hissəyə verəcəm dediyini, onun problem yoxdur apar hərbi hissəyə dediyini, onun bölük komandiri ilə hərbi hissə komandirinin yanına gəldiklərini, hərbi hissə komandirinə tapa bilmədiklərini dediyini, hərbi hissə komandirinin ona etimadı olduğunu, ona inandığını, onun həmin vaxtı elə sursatla onun qabağına getmək isdəmədiyini dediyini, hərbi hissə komandiri sursatın harda olduğunu soruşduqda Şahid5 da olduğunu dediyini, Şahid5 sursatı gətirib hərbi hissəyə təhvil verdiyini, onun silah-sursatı satmaq məqsədinin olmadığını, əməlindən peşman olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırkı məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin elan olunmuş ifadəsi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş mayor Şahid6 ifadəsində xidmət etdiyi hərbi hissənin, həmçinin N nömrəli hərbi hissənin tabeliyində xidmət edən digər hərbi hissələr 2023-cü ilin sentyabr ayında Kəlbəcər rayonuna ezam olunduğunu, həmin ilin sentyabr ayının N-da verilmiş döyüş tapşırığına əsasən hərbi hissənin 1-ci və 2ci bölüklərinin şəxsi heyəti ilə birlikdə Ağdərə rayonuna göndərildiklərini, Ağdərə rayonunun Heyvalı kəndi yaxnlığında mövqelərin mühafizəsini təşkil etdiklərini, 27 sentyabr 2023-cü il tarixdə bütün şəxsi heyətin Kəlbəcər rayonunun Vəng kəndinə qayıtmasına göstəriş verildiyindən şəxsi heyətlə birlikdə Vəng kəndində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qayıtdıqlarını, orada olarkən Naxçıvandan gələn zaman kimə nə təhkim olunmuşdursa onlardan başqa hərbi qənimət kimi götürülmüş hər şeyi təhvil vermələri tapşırıldığını, şəxsi heyəti düzüb bölük komandirlərinə tapşırıq verərək hərbi qənimət kimi götürülmüş nə varsa, eləcə də N nömrəli hərbi hissədən verilmiş sursatları təhvil vermələrini tapşırdığını, bundan sonra özü də şəxsi heyətlə dəfələrlə söhbət edib heç kimin heç nə saxlamamasını dediyini, şəxsi heyətdən artıq silahsursatı yığıb təyin olunmuş maşınla N nömrəli hərbi hissəyə aparıb təhvil verdiyini, N sentyabr 2023-cü ildə isə hərbi hissənin şəxsi heyəti ilə birlikdə Naxçıvana, hərbi hissənin daimi dislokasiya yerinə qayıtdıqlarını, Naxçıvana qayıtdıqdan sonra hərbi hissənin bütün şəxsi heyətinə bir daha tapşırıq verib bölük komandirlərinin rəhbərliyi ilə hər kəsin silahsursatı, əşya-əmlakını sayıb, yoxlayıb təhvil verməsini tapşırdığını, kiminsə üzərində gələn özünə təhkim olunmamış sursat, silah və ya silahın komplekt hissəsi varsa təhvil verməsini dediyini, həmin gün axşam saatlarına qədər şəxsi heyət silah-sursatını, əşya əmlakını yerləşdirdiyini, axşam saatlarında düzülüş edib komandir heyətindən məruzə etmələrini istədiyini, bütün bölüklər əşya-əmlaklarını, silah-sursatlarını təhvil verdiklərini, hər hansı kəsr olmadığını bildirildikdən sonra şəxsi heyətə istirahət verib evə buraxdığını, iki gün istirahət verildiyi üçün 02 oktyabr 2023-cü il tarixdə xidmətə qayıtdığını, 09 noyabr 2023-cü il tarixdə növbəti məzuniyyətə buraxıldığı üçün Balakən rayonuna getdiyini, 20 noyabr 2023-cü ildə saat 17 radələrində Balakən rayonunda olan zaman hərbi hissənin 1-ci bölüyünün baş çavuşu gizir Şahid2 mobil nömrəsinə zəng edib həmin bölükdə xidmət edən MAHHXHQ əsgər Şahid1 döyüş əməliyyatlarından “dəmir” gətirdiyini, lakin təhvil vermədiyini dediyini, dərhal hərbi hissə komandiri əvəzi olan kapitan Şahid7 zəng edib ona belə bir məsələ olduğunu, Şahid1 çağırıb maraqlanmasını tapşırdığını, bir az sonra Şahid7 zəng edib Şahid1 silah gətirməsini və həmin silahı baş leytenant Təqsirləndirilən şəxs verməsini bildirdiyini, Şahid7 əlavə olaraq Təqsirləndirilən şəxs və onun bölük komandiri Novruz Məstanovun N nömrəli hərbi hissədə ixtisasartırma kursunda olduqlarını, onları hərbi hissəyə çağırdığını dediyini, Şahid7 hadisə barədə briqada komandirinə məruzə etməsini dediyini, Şahid7 bu barədə məruzə etdikdən sonra briqada komandiri Şahid8 ona zəng vurub məzuniyyətdən qayıtmağını bildirdiyini, 21 noyabr 2023cü il tarixdə saat N radələrində hərbi hissəyə çatdıqda Təqsirləndirilən şəxs evinə gedib hərbi qənimət kimi götürmüş olduğu AKM markalı avtomat silahın axtarıldığını, lakin silahın tapılmadığını, Təqsirləndirilən şəxs çantasından döyüş sursatları, optik nişangah və başqa şeylər çıxdığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş N1 nömrəli hərbi hissənin 1-ci bölüyünün 4-cü qrupunun kəşfiyatçı-qunbaraatanı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Şahid1 ifadəsində 09 sentyabr 2023-cü il tarixdə xidmət etdiyi N1 nömrəli taborun şəxsi heyəti ilə birlikdə Kəlbəcər rayonunun ərazisinə göndərildiyini, taborun şəxsi heyəti həmin rayonun ərazisində yerləşən N nömrəli hərbi hissədə yerləşdirildiyini, N sentyabr 2023-cü il tarixində başlanılmış Antiterror əməliyyatlarında iştiraka cəlb olunduqlarını, həmin gün axşam saatlarında N1 nömrəli hərbi hissənin şəxsi heyəti ilə Ağdərə rayonunun ərazisinə göndərilərək həmin rayonun Heyvalı kəndində yerləşdirildiyini, 22 sentyabr 2023-cü il tarixində saat N radələrində Heyvalı kəndində olan ermənilərin əvvəllər yaşadığı evin otağından 1 ədəd AKM markalı avtomat silahı və həmin silaha məxsus N ədəd içərisində 7.62 mm-lik döyüş patronu olan dolu daraq tapdığını, çölə çıxıb həmin evin həyətində olan taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs içəridən silah-sursat tapdığını deyib silahının qunbaraatan olduğunu, əməliyyatlar bitənədək həmin avtomat silahından istifadə etməyini xahiş etdiyini, onun da icazə verdiyini, 27 sentyabr 2023-cü il tarixədək Ağdərə rayonunda olduqları müdətlərdə həmin silah və daraqlar üzərində olduğunu, 27 sentyabr 2023-cü il tarixdə N1 nömrəli hərbi hissənin şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Azərbaycan Respublikasının silahlı qüvvələrinə məxsus bir bölməyə gedib hərbi qənimət kimi əldə etdikləri silah-sursatı təhvil verdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs ona tapdığı silahı, daraqları və sursatları təhvil verməməyini, Naxçıvana qayıtdıqdan sonra öz hərbi hissələrinin RAS xidmətinə təhvil verəcəyini dediyindən həmin silahı və N ədəd darağı özündə saxladığını, N sentyabr 2023-cü il tarixdə Naxçıvana gəlib daimi dislokasiya yerlərinə-hərbi hissəyə çatanda şəxsi heyət yataqxananın qarşısında düzülüb silah sursatını təhvil verdiyini, baş leytenant Təqsirləndirilən şəxs şəxsi heyətin üzərində durub, bir-bir yoxlayıb içəriyə, silah otağına göndərdiyini, bölük komandiri də silah otağında şəxsi heyətin silah-sursatını sayla təhvil aldığını, təxminən saat 16 radələrində yataqxananın giriş qapısının yanında ermənilər yaşayan evdən tapdığı 1 ədəd AKM markalı avtomatı və N ədəd darağı baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini, onun da aparıb RAS xidmətinə verəcəyini bildirdiyini, sonrakı günlərdə baş leytenant Təqsirləndirilən şəxs silahı və daraqları nə etməsini soruşanda o, təhvil verdiyini, problem olmadığını bildirdiyindən onun silahı və daraqları həqiqətən təhvil verdiyini düşünüb bu barədə maraqlanmadığını, 2023-cü ilin noyabr ayında xidmət yerində olanda bölüyün baş çavuşu baş gizir Şahid2 ondan bir neçə dəfə Ağdərədən tapdığı silahı və daraqları neylədiyini soruşduğunu, onun da qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini onun da hərbi hissəyə təhvil verdiyini dediyini, 20 noyabr 2023-cü il tarixdə baş gizir Şahid2 onu çağırıb Təqsirləndirilən şəxs ondan aldığı silahı və sursatları təhvil vermədiyini bildirdiyini, həmin gün saat N radələrində hərbi hissə komandiri əvəzi olan qərargah rəisi kapitan Şahid7 onu yanına çağırıb silah və sursatları nə etdiyini soruşduğunu, ona baş leytenant Təqsirləndirilən şəxs verdiyini bildirdiyini, Ağdərə rayonunun ərazisindən, ermənilərin yaşadığı evdən tapdığı bir ədəd AKM markalı avtomat silahın seriya və nömrəsinin neçə olmasını bilmədiyini, həmin silah komplekt şəkildə olduğunu, bütün hissələri, o cümlədən çaxmağı, çaxmağın iynəsi, çaxmaq çərçivəsi və digər hissələri yerində olduğunu, atışa tam yararlı vəziyyətdə olduğunu, hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm-lik döyüş patronu olan N ədəd avtomat darağını qanunsuz olaraq ələ keçirmək haqda Təqsirləndirilən şəxslə aralarında heç bir razılaşma olmadığını, Təqsirləndirilən şəxs silah və sursatları təhvil verməyəcəyini, yaşadığı evə aparacağını əvvəlcədən bilmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid4 ifadəsində 2023-cü ilin sentyabr ayının 9-dan həmin ayın sonlarınadək X5 əməliyyatlarında iştirak etmək üçün Kəlbəcər və Ağdərə rayonun ərazilərinə ezam olunduğunu, xidmət etdiyi bölüyün şəxsi heyəti N sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək Ağdərə rayonunda döyüş tapşırığı yerinə yetirdiyini, 27 sentyabr 2023-cü il tarixdə əməliyyatlar başa çatdığından şəxsi heyət Kəlbəcər rayonunun Vəng kəndinə gəldiyini, orada olarkən hərbi qənimət kimi nə qədər silah-sursat götürülübsə, eləcə də Kəlbəcər hərbi hissəsindən nə qədər sursat verilibsə hamısının təhvil verilməsi tapşırığı verildiyindən şəxsi heyəti düzüb təhkim olunmuş silah və sursatdan başqa hərbi qənimət kimi əldə olunmuş qənimətləri təhvil verdiklərini, əvvəlcə bölük komandiri, sonra onun şəxsi heyətlə iş üzrə müavini, bölüyün baş çavuşu, hərbi hissənin RAS xidmət rəisi şəxsi heyəti bir-bir yoxlayıb kimdə artıq nə varsa təhvil verməsini bildirdiyini, həmin vaxt hər kəs özünə təhkim olunmuş silah sursatı saxlayıb, əlavə nəsə vardısa təhvil verdiyini, şəxsi heyətlə birlikdə N sentyabr 2023-cü il tarxidə Naxçıvana qayıtdıqlarını, hərbi hissənin daimi dislokasiya yerinə getdikdə sonra yenidən şəxsi heyəti düzüb, əgər kimdəsə nəsə sursat və ya silah qalıbsa təhvil verməsi deyilərək təkrar silah-sursatlar yoxlanıldığını, həmin vaxt bölük komandiri N.Məstanovla birlikdə bölüyün silah otağında şəxsi heyətdən bir-bir silah-sursatı təhvil alıb səliqə ilə yerləşdirdiyini, həmin gün işlərini qurtardıqdan sonra istirahət verildiyi üçün evə getdiyini, 2023-cü ilin oktyabr ayının əvvəllərində axşam saatlarında Ordubad şəhərində yaşadığı evə gələn zaman Təqsirləndirilən şəxs evin salonunda 1 ədəd avtomat silahının lüləsini əlində tutduğunu görüb ondan bunu haradan aldığını, evə niyə gətirdiyini soruşduğunu, onun da Ağdərədən ermənilər yaşayan evdən götürdüyünü dediyini, Təqsirləndirilən şəxs silahı aparıb təhvil verməsini, onun üçün problem ola biləcəyini bildirdiyini, Quliyevin silahı aparıb təhvil verəcəyini fikirləşdiyini, sonrakı vaxtlarda evdə hər hansı silah və ya onun hissəsini, eləcə də sursat görmədiyini, 2023-cü ilin noyabr ayında ixtisas artırma kursu keçmək üçün N nömrəli hərbi hissəyə göndərildiyini, kursda olarkən Naxçıvan şəhərində qaldığını, 20 noyabr 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadıqları evdə qanunsuz olaraq silah və sursat saxladığı üçün onu və bölük komandiri Novruz Məstanovu hərbi hissəyə çağırdıqlarını, həmin gün saat N radələrində taborun qərargah rəisi kapitan Şahid7 ona zəng vurub hərbi hissəyə getməsini dediyindən bir iki saat sonra hərbi hissəyə çatdığını, orda Təqsirləndirilən şəxs Ağdərə rayonunda döyüş əməliyyatlarında olarkən onunla eyni bölükdə xidmət edən MAHHXHQ əsgər Şahid1 ermənilər yaşayan evdən tapmış olduğu 1 ədəd AKM markalı avtomat silahı, N ədəd dolu avtomat darağını, 1 ədəd dolu yüzlük pulemyot sinkini, 1 ədəd optik nişangahı qanunsuz olaraq yaşadıqları evdə saxladığını, evdən silahı tapmağın mümkün olmadığını, lakin digər şeylərin Təqsirləndirilən şəxs çantasından çıxdığını öyrəndiyini, Təqsirləndirilən şəxslə birlikdə yaşadığı ünvan 2 ünvanında yaşadığı müddət ərzində orada heç bir oğurluq halı, oraya heç vaxt qanunsuz daxil olma halı olmadığını, həmin evin sahibini nə vaxtsa evə gələndə görmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş kapitan Şahid7 ifadəsində 2023-cü ilin noyabr ayının sonlarında N1 nömrəli hərbi hissənin komandiri mayor Şahid6 məzuniyyətə getdiyi üçün hərbi hissə komandirinin vəzifələrini icra etdiyini, 20 noyabr 2023-cü il tarixdə saat 17:30 radələrində Şahid6 onun mobil nömrəsinə zəng vurub hərbi hissənin 1-ci bölüyündə xidmət edən MAHHXHQ əsgər Şahid1 antiterror əməliyyatları zamanı hərbi qənimət kimi silah götürdüyünü və həmin silahı təhvil vermədiyi barədə məlumat aldığını deyib həmin məsələni dərhal araşdırıb məruzə etməsini bildirdiyini, Şahid1 yanına çağırıb ondan nə məsələ olduğunu soruşduğunu, Şahid1 da antiterror əmiliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində olan zaman ermənilər yaşayan evdən 1 ədəd AKM markalı avtomat silah tapdığını, döyüş əməliyyatları zamanı həmin silahı qrup komandiri Təqsirləndirilən şəxs icazəsi ilə özü ilə gəzdirib istifadə etdiyini, döyüş əməliyyatları bitdikdən sonra Naxçıvana gəldikdə həmin silahı Təqsirləndirilən şəxs təhvil verdiyini dediyini, ondan silahın hazırda harada olmasını soruşanda silahı Təqsirləndirilən şəxs təhvil verdiyini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə ixtisasartırma kursunda olduğunu, dərhal ona zəng vurub silahı nə etməsini soruşduğunu, Təqsirləndirilən şəxs ona həmin silahı yaşadığı evdə saxladığını, axşam gəlib təhvil verəcəyini dediyini, Təqsirləndirilən şəxs silahın yerini deməsini, özünün gedib götürməsini bildirdiyini, onun isə tapa bilməyəcəyini, axşam xidmətdən sonra Ordubada gəlib yaşadığı evdən götürüb təhvil verəcəyini dediyini, bundan bir neçə dəqiqə keçməmiş Təqsirləndirilən şəxs bölük komandiri olan və onunla birlikdə N nömrəli hərbi hissədə ixtisas artırma kursu keçən baş leytenant Novruz Məstanov ona zəng vurub həmin məsələdən xəbərinin olduğunu, axşam Təqsirləndirilən şəxslə birlikdə gəlib silahı təhvil verəcəklərini bildirdiyini, onun da əvvəlcə Şahid6 zəng vurub məsələni danışdığını, daha sonra isə briqada komandiri polkovnik-leytenant Şahid8 zəng vurub belə bir məsələ olmasını məruzə etdiyini, Şahid8 ona N.Məstanovun və Təqsirləndirilən şəxs dərhal hərbi hissəyə gəlməsini dediyini, təxminən saat 21 radələrində N.Məstanov və Təqsirləndirilən şəxs hərbi hissəyə gəldiklərini, briqada komandiri Şahid8 tapşırığına əsasən o, Təqsirləndirilən şəxs və hərbi hissənin RAS xidməti rəisi kapitan Şahid9 Təqsirləndirilən şəxs Ordubad şəhəri, H.Əliyev prospektində yaşadığı evinə getdiklərini, Təqsirləndirilən şəxs silahı hissələrə ayırdığını, lülə və qundaq hissəsini divanın altında, qalan hissələrini isə dolabda saxladığını dediyini, evə baxış keçirsələrdə AKM silahına aid heç nə tapa bilmədiklərini, ondan sonra bir yerdə qayıdıb hərbi hissəyə gələrək Şahid8 silahı tapa bilmədikləri barədə məruzə etdiyini, bu vaxt Şahid8 ona N.Məstanovla danışmağını Təqsirləndirilən şəxs başa salıb silahı gətirib təhvil verməsini dediyini, onun da N.Məstanova Şahid8 verdiyi tapşırığı çatdırdığını, təxminən 15-20 dəqiqə sonra N.Məstanova zəng vurub harada olduğunu soruşduğunu, onun da Təqsirləndirilən şəxslə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evdə olduqlarını dediyini, ona hərbi hissəyə qayıtmalarını bildirdiyini, təxminən saat N radələrində onlar hərbi hissəyə gəlib evdə silahı axtardıqlarını, lakin yenə də tapa bilmədiklərini dediyini, bir az sonra Şahid1 Təqsirləndirilən şəxs AKM silahdan başqa sursat da verməsini dediyini, hərbi hissə komandiri Şahid8 onu sursatların yerini deməyə məcbur etdiyini, bundan sonra Təqsirləndirilən şəxs sursatları çantaya qoyduğunu, çantanı da hərbi hissədə xidmət edən baş leytenant Şahid5 verdiyini, Şahid5 həmin çantanı hərbi hissə komandirinə verdikdən sonra içərisinə baxdıqda çantadan çoxlu sayda sursat və silah hissələri çıxdığını eşitdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş N1 nömrəli hərbi hissənin 1-ci bölüyünün 4-cü qrupunun kəşfiyatçı-qunbaraatanı vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Şahid1 ifadəsində 09 sentyabr 2023-cü il tarixdə xidmət etdiyi N1 nömrəli taborun şəxsi heyəti ilə birlikdə Kəlbəcər rayonunun ərazisinə göndərildiyini, taborun şəxsi heyəti həmin rayonun ərazisində yerləşən N nömrəli hərbi hissədə yerləşdirilmiş, N sentyabr 2023-cü il tarixində başlanılmış antiterror əməliyyatlarında iştiraka cəlb olunduqlarını, həmin gün axşam saatlarında N1 nömrəli hərbi hissənin şəxsi heyəti ilə Ağdərə rayonunun ərazisinə göndərilərək həmin rayonun Heyvalı kəndində yerləşdirildiyini, 22 sentyabr 2023-cü il tarixində saat N radələrində Heyvalı kəndində olan ermənilərin əvvəllər yaşadığı evin otağından 1 ədəd AKM markalı avtomat silahı və həmin silaha məxsus N ədəd içərisində 7.62 mm-lik döyüş patronu olan dolu daraq tapdığını, çölə çıxıb həmin evin həyətində olan taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs içəridən silah-sursat tapdığını deyib silahının qunbaraatan olduğunu, əməliyyatlar bitənədək həmin avtomat silahından istifadə etməyini xahiş etdiyini, onun da icazə verdiyini, 27 sentyabr 2023-cü il tarixədək Ağdərə rayonunda olduqları müddətlərdə həmin silah və daraqlar üzərində olduğunu, 27 sentyabr 2023-cü il tarixdə N1 nömrəli hərbi hissənin şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Azərbaycan Respublikasının silahlı qüvvələrinə məxsus bir bölməyə gedib hərbi qənimət kimi əldə etdikləri silah-sursatı təhvil verdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs ona tapdığı silahı, daraqları və sursatları təhvil verməməyini, Naxçıvana qayıtdıqdan sonra öz hərbi hissələrinin RAS xidmətinə təhvil verəcəyini dediyindən həmin silahı və N ədəd darağı özündə saxladığını, N sentyabr 2023-cü il tarixdə Naxçıvana gəlib daimi dislokasiya yerlərinə-hərbi hissəyə çatanda şəxsi heyət yataqxananın qarşısında düzülüb silah sursatını təhvil verdiyini, baş leytenant Təqsirləndirilən şəxs şəxsi heyətin üzərində durub, bir-bir yoxlayıb içəriyə, silah otağına göndərdiyini, bölük komandiri də silah otağında şəxsi heyətin silah-sursatını sayla təhvil aldığını, təxminən saat 16 radələrində yataqxananın giriş qapısının yanında ermənilər yaşayan evdən tapdığı 1 ədəd AKM markalı avtomatı və N ədəd darağı baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini, onun da aparıb RAS xidmətinə verəcəyini bildirdiyini, sonrakı günlərdə baş leytenant Təqsirləndirilən şəxs silahı və daraqları nə etməsini soruşanda o, təhvil verdiyini, problem olmadığını bildirdiyindən onun silahı və daraqları həqiqətən təhvil verdiyini düşünüb bu barədə maraqlanmadığını, 2023-cü ilin noyabr ayında xidmət yerində olanda bölüyün baş çavuşu baş gizir Şahid2 ondan bir neçə dəfə Ağdərədən tapdığı silahı və daraqları neylədiyini soruşduğunu, onun da qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini onun da hərbi hissəyə təhvil verdiyini dediyini, 20 noyabr 2023-cü il tarixdə baş gizir Şahid2 onu çağırıb Təqsirləndirilən şəxs ondan aldığı silahı və sursatları təhvil vermədiyini bildirdiyini, həmin gün saat N radələrində hərbi hissə komandiri əvəzi olan qərargah rəisi kapitan Şahid7 onu yanına çağırıb silah və sursatları nə etdiyini soruşduğunu, ona baş leytenant Təqsirləndirilən şəxs verdiyini bildirdiyini, Ağdərə rayonunun ərazisindən, ermənilərin yaşadığı evdən tapdığı bir ədəd AKM markalı avtomat silahın seriya və nömrəsinin neçə olmasını bilmədiyini, həmin silah komplekt şəkildə olduğunu, bütün hissələri, o cümlədən çaxmağı, çaxmağın iynəsi, çaxmaq çərçivəsi və digər hissələri yerində olduğunu, atışa tam yararlı vəziyyətdə olduğunu, hərbi qənimət kimi götürdüyü 1 ədəd AKM markalı avtomat silahı və hər birində 30 ədəd 7.62 mm-lik döyüş patronu olan N ədəd avtomat darağını qanunsuz olaraq ələ keçirmək haqda Təqsirləndirilən şəxslə aralarında heç bir razılaşma olmadığını, Təqsirləndirilən şəxs silah və sursatları təhvil verməyəcəyini, yaşadığı evə aparacağını əvvəlcədən bilmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş N1 nömrəli hərbi hissənin 1-ci bölüyünün baş çavuşu gizir Şahid2 ifadəsində N1 nömrəli taborun şəxsi heyəti 2023-cü ilin sentyabr ayının 9-dan 2023-cü ilin sentyabr ayının N-dək X5 Əməliyyatlarında iştirak etməkdən ötrü Kəlbəcər və Ağdərə rayonlarına ezam olunduğunu, onun da xidmət etdiyi 1-ci bölüyün tərkibində həmin ərazilərə göndərildiyini, N sentyabr 2023-cü il tarixədək Kəlbəcər rayonunda N nömrəli hərbi hissədə qaldıqdan sonra Ağdərə rayonunun Heyvalı kəndi istiqamətinə yollandıqlarını, həmin ərazidə qruplara bölünərək döyüş tapşırığı yerinə yetirildiyini, digər bölüklərin baş çavuşları ilə birlikdə təyin olmuş yerdə şəxsi heyətin yemək təminatını həyata keçirdiyini, təxminən sentyabr ayının 23-24-də onunla eyni bölükdə xidmət edən MAHHXHQ əsgər Şahid1 döyüş növbətçiliyi apardığını, onun üzərində AKM avtomatı olduğunu görüb Şahid1 qunbaraatan olduğundan ondan həmin silahı haradan aldığını soruşaraq bölmənin silahı olmadığını dediyini, Şahid1 da ona həmin AKM avtomatını ermənilər yaşayan evdən hərbi qənimət kimi götürdüyünü, qrup komandirindən icazə alıb döyüş növbətçisi olan zaman istifadə etdiyini dediyini, 27 sentyabr 2023-cü ildə N1 nömrəli taborun bütün heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən nömrəsini bilmədiyi hərbi hissəyə qayıtdığını, həmin hərbi hissədə olan zaman şəxsi heyətə hərbi qənimət kimi götürülmüş və N nömrəli hərbi hissədən gücləndirmə məqsədi ilə verilmiş bütün silah-sursatı təhvil vermələri tapşırıldığını, xidmət etdiyi bölüyün də şəxsi heyəti qrup komandirlərinin başçılığı ilə özlərinə təhkim olunmuş silah-sursatdan başqa bütün silah-sursatı təhvil verdiklərini, N sentyabr 2023-cü il tarixdə hərbi hissənin şəxsi heyəti Naxçıvana qayıtdığını, bölük komandirinin tapşırığına əsasən bölüyün şəxsi heyətinin əşya və əmlakını sayıb təhvil aldığını, bölük komandirinin özü isə qrup komandirləri ilə birlikdə silah-sursat sayaraq təhvil aldıqdan sonra həmin gün istirahət verildiyi üçün axşam saatlarında evə buraxılmadıqlarını, 01 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən Şahid1 hərbi qənimət kimi 1 ədəd AKM markalı avtomat götürdüyü yadına düşdüyündən onu çağırıb həmin silahı nə etdiyini, kimə təhvil verdiyini soruşduğunu, o da həmin silahı Naxçıvana gətirdiyini və qrup komandiri E.Quliyevə təhvil verdiyini dediyini, silah otağında həmin AKM silahının olmadığını bildiyi üçün bölük komandiri baş leytenant Novruz Məstanovun yanına gedib həmin məsələni ona danışdığını, o da özünün məşğul olacağını dediyini, 2023-cü ilin noyabr ayının ortalarında bölük komandiri ixtisas artırma kursunda olan zaman həmin məsələ yenidən yadına düşdüyünü, Şahid1 hərbi qənimət kimi götürdüyü AKM silahının ortada olmadığını görüb bu barədə tabor komandiri mayor Şahid6 zəng vurub məlumat verdiyini, bundan sonra hərbi hissədə həmin məsələ ilə bağlı araşdırma başlanıldığını, Təqsirləndirilən şəxs evindən həmin AKM silahını tapmaq mümkün olmadığını, sonradan Təqsirləndirilən şəxs həmin silahdan başqa bir qədər sursat, daraqlar, optik nişangahı da təhvil verməyib evinə apardığını eşitdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Şahid8 ifadəsində 2023-cü ilin sentyabr ayında N nömrəli hərbi hissənin və həmin hərbi hissənin tabeliyində olan N1 və N2 nömrəli hərbi hissələrin şəxsi heyətləri keçirilən X3 əməliyyatlarında iştirak etməkdən ötrü Kəlbəcər rayonunun ərazisində dislokasiya olunan N nömrəli hərbi hissəyə ezam olunduqlarını, döyüş əməliyyatları başa çatdıqdan sonra hərbi hissələrin şəxsi heyətləri mərhələli şəkildə 2 gün ərzində Naxçıvana qayıtdığını, 20 noyabr 2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində xidmətdə olarkən N1 nömrəli hərbi hissənin qərargah rəisi kapitan Şahid7 onun yanına gələrək həmin hərbi hissənin 1-ci bölüyünün 4-cü qrupunun kəşfiyyatçıqumbaraatanı vəzifəsində xidmət edən MAHHXHQ əsgər Şahid1 döyüş əməliyyatları zamanı 1 ədəd AKM markalı avtomat silahı hərbi qənimət kimi götürdüyünü, Naxçıvana gəldikdən sonra həmin avtomatı qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini, Təqsirləndirilən şəxs isə avtomat silahını təhvil verməyib özündə saxladığını, baş leytenant Təqsirləndirilən şəxslə danışdığını, onun da silahı evində saxlaması barədə məruzə etdiyini, baş leytenant Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdən N nömrəli hərbi hissədə bölük komandiri kursuna göndərildiyindən kapitan Şahid7 baş leytenant Təqsirləndirilən şəxs axşam hərbi hissədə olması tapşırığını verdiyini, bundan sonra MAHHXHQ əsgər Şahid1 yanına çağırıb ondan bu barədə daha ətraflı soruşduğunu, MAHHX HQ əsgər Şahid1 22 sentyabr 2023-cü il tarixdə təxminən axşam saat N radələrində Heyvalı kəndində yerləşən evlərin birini yoxlayan zaman, evin qonaq otağında dolaba söykənmiş vəziyətdə düşmənə məxsus AKM markalı avtomat silahı və dolu daraqlar tapdığını, bu barədə baş leytenant Təqsirləndirilən şəxs məruzə etdiyini, Təqsirləndirilən şəxsdən həmin silahı götürüb özünü müdafiə edib istifadə etmək üçün icazə aldığını dediyini, 28 sentyabr 2023-cü il tarixdə əməliyyatlar bitdikdən sonra Kəlbəcər rayonunun Vəng kəndində silah sursatları təhvil verən zaman baş leytenant Təqsirləndirilən şəxs onda olan silah-sursatı təhvil verib-verməməsi barədə soruşduğunu, baş leytenant Təqsirləndirilən şəxs ona silah sursatı saxlamağını və Naxçıvanda təhvil verməsini dediyini, N sentyabr 2023-cü il tarixdə Naxçıvana qayıtdıqdan sonra hərbi hissədə olarkən AKM avtomat silahı və 30 ədəd 7.62 mm patron olmaqla N ədəd dolu darağı baş leytenant Təqsirləndirilən şəxs təhvil verdiyini dediyini, həmin gün axşam saatlarında baş leytenant Təqsirləndirilən şəxs hərbi hissəyə onun yanına gəldiyini, ondan avtomat silahını haraya qoyduğunu, nə etdiyini soruşduğunu, baş leytenant Təqsirləndirilən şəxs cavabında “silahı sökərək hissələrə ayırdığını, həmin hissələri kirayə yaşadığı evdə buşlatın içərisində gizlədərək servanta qoyduğunu, silahın lüləsini isə divanın altında gizlətdiyini” dediyini, bu barədə yuxarı komandanlığa məlumat verdiyini, təxminən saat 21:30 radələrində kapitan Şahid7 və RAS xidmət rəisi kapitan Şahid9 Təqsirləndirilən şəxslə birgə kirayə yaşadığı evə göndərdiyini, silahı götürüb gətirmələrini bildirdiyini, saat 22:30 radələrində onlar qayıtdıqda kapitan Şahid7 evi axtardıqlarını, lakin silahı tapa bilmədiklərini dediklərini, onun kapitan Şahid7 Təqsirləndirilən şəxslə söhbət edib onu başa salmasını, silah hardadısa tapıb gətirib təhvil verməsini tapşırdığını, Təqsirləndirilən şəxs və bölük komandiri baş leytenant Novruz Məstanov Təqsirləndirilən şəxs yaşaığı evə gedib gecə saatlarında yenidən qayıdıb hərbi hissəyə gələndə evi təkrar axtardıqlarını, lakin silahı tapa bilmədiklərini dediklərini, gecə saatlarında Təqsirləndirilən şəxs bir daha yanına çağırıb ona təkcə silah olmadığını, əlavə olaraq daraqlar və sursatların də hərbi qənimət kimi götürülüb ona verilməsini dediyini, Təqsirləndirilən şəxs əvvəlcə etiraf etmədiyini, təkcə 1 ədəd AKM markalı silahın Şahid1 tərəfindən hərbi qənimət kimi götürülüb ona verildiyini dediyini, lakin Təqsirləndirilən şəxs Şahid1la danışdığını onun silahla bərabər N ədəd 7.62 mm kalibirli patron tutumu olan dolu darağı da verdiyini bildirməsini dedikdə Təqsirləndirilən şəxs bir az tərəddüd etdiyini, daraqları da götürüb yaşadığı evdə saxladığını, həmin daraqları və sursatları çantasına qoyub hərbi hissədə xidmət edən baş leytenant Şahid5 verməsini bildirdiyini, dərhal Şahid5 zəng vurub Təqsirləndirilən şəxs ona verdiyi çantanın harada olduğunu soruşduğunu, o da hərbi hissədə, xidməti otağında olduğunu bildirdiyini, bu vaxt Şahid5 dərhal hərbi hissəyə gəlməsini həmin çantanı xidməti otağına gətirməsini dediyini, bir az sonra Şahid5 onun yanına gəlib bir ədəd komufliyaj rəngli çanta verərək həmin çantanın Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini dediyini, Şahid5 və Təqsirləndirilən şəxs yanında çantanı açıb içərisinə baxdığını, çantadan N ədəd 7.62 mm kalibirli patron tutumu olan avtomat silahına aid daraq çıxdığını, daraqların hamısının dolu olduğunu, bundan başqa çantadan 1 ədəd pulemyot silahına aid olan, 7.62 mm kalibirli patron tutumlu yüzlük lent qutusu dolu vəziyyətdə olduğunu, eyni zamanda çantadan 1 ədəd avtomat silaha aid penal, 1 ədəd arpacıq, N ədəd boş giliz və 1 ədəd də nişangah çıxdığını, çantada başqa heç nə olmadığını, həmin əşyaları yenidən çantaya qoyub otağında saxladığını, səhərsi gün çantanın içərisində olan əşyalarla birlikdə X6 Xidmətinin əməkdaşlarına təqdim etdiyini, döyüş əməliyyatları başa çatdıqdan sonra hərbi qənimət kimi götürülmüş nə varsa təhvil verilməsi tapşırığını verdiyini, şəxsi heyət Kəlbəcər və Ağdərə rayonlarından qayıtdıqdan sonra hərbi qənimət kimi götürülmüş bütün silah-sursatı təhvil verdiyini, Naxçıvana gələndən sonra yenə də kimdəsə qalan silah-sursat varsa təhvil verilməsi barədə tapşırıq verdiyini, Naxçıvanda olan zaman da bəzi silah-sursat təhvil verildiyini, lakin Şahid1 və ya Təqsirləndirilən şəxs hər hansı silah, silah hissəsi və ya sursat təhvil vermədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş N1 nömrəli hərbi hissənin 1-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, leytenant Şahid3 ifadəsində baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını, onunla eyni bölükdə qrup komandiri vəzifəsində xidmət etdiyini, 2023-cü ilin avqust ayından 2023-cü ilin noyabr ayının sonlarınadək onunla birlikdə ünvan 3 ünvanında yaşadığını, həmçinin onlarla eyni evdə baş leytenant Şahid4 də yaşadığını, Şahid4 onunla eyni bölükdə, qrup komandiri vəzifəsində xidmət etdiyini, 2023-cü ilin sentyabr ayının 9-dan xidmət etdiyi bölüklə birlikdə Kəlbəcər rayonuna ezam olunduğunu, Təqsirləndirilən şəxs də bölüyün tərkibində həmin yerə ezam olunduğunu, N sentyabr 2023-cü il tarixədək həmin rayonda yerləşən N nömrəli hərbi hissədə bir neçə gün qaldıqdan sonra Antiterror əməliyyatlarında iştirak etmək üçün Ağdərə rayonunun ərazisinə yollandıqlarını, Ağdərə rayonunda olan zaman xidmət etdiyi bölüyün 2 qrupu Heyvalı kəndində yerləşdiyini, onun da Heyvalı kəndinin mərkəzində tabor komandirinin yanında olduğunu, 27 sentyabr 2023-cü il tarixdə taborun şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndinə qayıtması üçün komanda verildiyindən həmin gün Vəng kəndinə gəldiyini, verilmiş tapşırığa əsasən bölüyün şəxsi heyətini düzüb Naxçıvandan gələrkən onlara təhkim olunmuş silah və sursatdan başqa nə varsa təhvil vermələrini dediklərindən qrupların şəxsi heyəti öz silah-sursatlarından başqa hər şeyi təhvil verdiklərini, bölük komandiri, bölüyün baş çavuşu, hərbi hissənin RAS xidməti rəisi şəxsi heyəti təkrar yoxlayıb kimdəsə qalan silah-sursat varsa təhvil verməsini bir daha bildirdiyini, lakin əlavə olaraq nəsə verən olmadığını, N sentyabr 2023-cü il tarixdə hərbi hissənin daimi dislokasiya yeri olan Ordubad şəhərinə qayıtdıqdan sonra da şəxsi heyəti düzüb silah-sursatı təhvil alan zaman kiminsə üzərində, çantasında və ya digər əşyasında qalan, hərbi qənimət kimi götürülmüş və ya N nömrəli hərbi hissədə gücləndirmə məqsədi ilə verilmiş silah, onun komplekt hissəsi və ya sursat varsa təhvil verməsini bildirdiyini, bütün silah-sursatı, əşya əmlakını yerbəyer etdikdən sonra şəxsi heyətə istirahət verildiyi üçün Təqsirləndirilən şəxs və Şahid4lə birlikdə çantalarını götürüb taksi ilə ünvan 3 ünvanında yaşadıqları mənzilə gedərək əşyalarını yerləşdirib yuyunub istirahət etdiklərini, Antiterror əməliyyatlarından qayıtdıqdan sonra evdə olarkən evin salonunda Təqsirləndirilən şəxs əlində AKM markalı avtomat silahın lüləsini gördüyünü, ondan həmin silahın nə olduğunu, haradan gətirdiyini soruşanda, Təqsirləndirilən şəxs qənimət kimi götürüb təhvil vermədiyini bildirdiyini, ona silahı aparıb təhvil verməsini, onun üçün problem olacağını dediyini, Təqsirləndirilən şəxs heç nə demədiyi üçün, onun baş leytenant rütbəsində zabit olduğunu, yəqin ki, aparıb verəcəyini fikirləşdiyindən bundan sonra onunla maraqlanmadığını, 2023-cü ilin noyabr ayında bölük komandiri baş leytenant Novruz Məstanov, qrup komandirləri baş leytenant Təqsirləndirilən şəxs və baş leytenant Şahid4 N nömrəli hərbi hissəyə ixtisasartırma kursuna göndərildiyini, 17 noyabr 2023-cü il tarixədək bölük komandiri vəzifələrini icra edib həmin tarixdən isə məzuniyyətə buraxıldığı üçün Ağdaş rayonuna getdiyini, 20 noyabr 2023-cü il tarixdə gecə saatlarında Ağdaş rayonunda olarkən hərbi hissə komandiri polkovnik-leytenant Şahid8 ona zəng vurub Təqsirləndirilən şəxs onunla birlikdə yaşadığı evdə silah saxladığını, həmin silahın harada olduğunu soruşduğunu, ona bilmədiyini dedikdə Şahid8 məzuniyyətdən geri qayıtmağını tapşırdığı üçün 21 noyabr 2023-cü il tarixdə Naxçıvana gəldiyini, həmin vaxt Təqsirləndirilən şəxs barəsində evdə qanunsuz olaraq silah-sursat saxlamasından ötrü araşdırma başlanıldığını öyrəndiyini, Təqsirləndirilən şəxslə birlikdə ünvan 2 ünvanlı mənzildə yaşadıqları müddət ərzində orada heç bir oğurluq halı qanunsuz evə daxil olma halı-olmadığını, adətən evə onlardan başqa heç kəsin gəlmədiyini, evdə olmadıqları müddətdə həmin evin sahibinin heç vaxt evə gəlib-getmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş baş leytenant Şahid5 ifadəsində 2023-cü ilin noyabr ayının 20-də axşam saatlarında işdən çıxıb Ordubad şəhərində yaşadığı evə getdiyini, təxminən saat N radələrində evdə olarkən baş leytenant Təqsirləndirilən şəxs ona vhatsapp vasitəsi ilə zəng vuraraq tez yaşadığı evin yanına gəlməsini, təcili işi olduğunu dediyini, nə olduğunu soruşduqda oraya getdikdə deyəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs Ordubad şəhərində yaşadığı evin yanına getdiyini, həmin vaxt Təqsirləndirilən şəxs binanın yanında tək dayandığını, yanında heç kəsin olmadığını, yanına çatanda yerə qoyduğu çantanı göstərib “bu çantanın içərisində sursat vardır, bunu saxla özündə, səhər səndən alacam” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs bölük komandiri baş leytenant Novruz Məstanovun onların yanına tərəf gəldiyini görüb heç nə demədən çantanı götürdüyünü, N.Məstanovla salamlaşdıqdan sonra N.Məstanov və Təqsirləndirilən şəxs öndə tez-tez hərbi hissəyə getdiklərini, Təqsirləndirilən şəxs ona verdiyi çantada olan sursatı təhvil vermək lazım olduğunu, həmin sursatı saxlamağın qanusuz olduğunu bilib çantanı içərisində olan sursatla birlikdə xidmət etdiyi N2 nömrəli hərbi hissəyə apardığını, gecə saatları olduğu üçün silah otağını açdıra bilmədiyindən sursatları səhər təhvil verməkdən ötrü öz xidməti otağına qoyub gec olduğu üçün bu barədə heç kəsə məruzə etmədən yaşadığı evə getdiyini, təxminən N saat sonra hərbi hissə komandiri polkovnik-leytenant Şahid8 ona zəng vurub Təqsirləndirilən şəxs verdiyi çantanı nə etdiyini soruşduğunu, o da öz xidməti otağına qoyduğunu, gəlib verəcəyini deyib yenidən hərbi hissəyə gedərək çantanı otaqdan götürüb hərbi hissə komandirinin otağına aparıb ona təhvil verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatları zamanı hərbi qənimət kimi götürülmüş 1 ədəd AKM markalı silahı və çoxlu sursatı qanunsuz olaraq öz yaşadığı evə aparıb orada saxladığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş kapitan Şahid9 ifadəsində 20 noyabr 2023-cü il tarixdə axşam düzülüşündən sonra hərbi hissə komandiri polkovnikleytenant Şahid8 ona zəng vurub yanına getməsini dediyini, hərbi hissə komandirinin otağına getdikdə Şahid8 ona baş leytenant Təqsirləndirilən şəxs antiterror əməliyyatları zamanı hərbi qənimət kimi götürülmüş 1 ədəd AKM markalı avtomat silahı təhvil verməyib yaşadığı evə apardığını bildirib bu barədə məlumatının olub-olmamasını soruşduğunu, onun da məlumatı olmadığını dediyini, Şahid8 ona hərbi hssədə olmasını, bir azdan Təqsirləndirilən şəxs də oraya gələcəyini və onunla birlikdə yaşadığı evə gedib həmin silahı təhvil almasını tapşırdığını, Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissədə kursda olduğundan təxminən saat 21 radələrində bölük komandiri baş leytenant Novruz Məstanovla birlikdə hərbi hissəyə gəldiyini, Şahid8 onları otağa çağırıb Təqsirləndirilən şəxs silahın harada olmasını soruşduqda o, silahın Ordubad şəhərində yaşadığı evdə olduğunu, hissələrə ayırıb hissələrini şkafa qoyduğunu, lülə və qundaq hissəsini isə evdə olan divanın altında saxladığını dediyini, Şahid8 Təqsirləndirilən şəxs silahı haradan almasını, nəyə görə təhvil verməməsini soruşduqda, Təqsirləndirilən şəxs sentyabr ayında antiterror əməliyyatlarında iştirak etmək üçün Ağdərə rayonunun Heyvalı kəndində olan zaman onun komandiri olduğu qrupda xidmət edən MAHHXHQ əsgər Şahid1 həmin silahı ermənilər yaşayan evin otağından tapıb Naxçıvana gətirdiyini, silah-sursatı təhvil verən zaman ona təhvil verdiyini, onun da yaşadığı evə apardığını dediyini, bundan sonra Şahid8 ona və N1 nömrəli hərbi hissənin qərargah rəisi kapitan Şahid7 tapşırıq verib silahı götürüb hərbi hissəyə gətirməsi üçün Təqsirləndirilən şəxslə birlikdə yaşadığı evə göndərdiyini, hər üçü birlikdə Ordubad şəhər H.Əliyev prospektində Təqsirləndirilən şəxs yaşadığı evə getdiyini, Təqsirləndirilən şəxs evin giriş qapısının yanında olan elektrik qutusdan açarı götürüb qapını açdığını, içəriyə daxil olduqda içəridə başqa heç kəsin olmadığını, Təqsirləndirilən şəxs əvvəlcə divanın altına baxdığını, sonra evdə müxtəlif yerlərə baxıb silahı axtarsalar da silahı tapmadıqlarını, bundan sonra evin hər yerinə baxsalar da hər hansı silah və ya onun komplekt hissəsini tapmaq mümkün olmadığını, Təqsirləndirilən şəxs nə qədər soruşsalar da o, silahı hissələrə ayırıb divanın altına və şkafa qoyduğunu, indi harada olmasını bilmədiyini dediyini, sonra birlikdə hərbi hissəyə gəlib hərbi hissə komandirinin yanına gedib ona evdən silahı tapa bilmədiklərini dediyini, Şahid8 Təqsirləndirilən şəxs dəfələrlə silahın yerini deməsini, başqa hər hansı döyüş sursatı və ya silah hissəsi götürübsə təhvil verməsini desə də Təqsirləndirilən şəxs silahın yerini bilmədiyini, başqa heç nə götürmədiyini dediyini, Təqsirləndirilən şəxs və bölük komandiri N.Məstanov yenidən onun yaşadığı evə gedib gecə saatlarınadək qayıtmadıqlarını, qayıdıb gəldikdə evə təkrar baxdıqlarını hər hansı silah, silah hissəsi və ya başqa döyüş əmlakı tapa bilmədiklərini dediklərini, hərbi hissə komandirinin otağında olanda o, MAHHXHQ əsgər Şahid1 çağırıb ondan hərbi qənimət kimi başqa nələri gətirməsini soruşduğunu, o da 1 ədəd AKM markalı avtomat silahdan başqa N ədəd də dolu vəziyyətdə olan 7.62 mm kalibirli patron tutumuna malik daraq gətirdiyini, həmin daraqları da içərisindəki sursatlarla birlikdə Təqsirləndirilən şəxs təhvil verdiyini dediyindən Şahid8 Təqsirləndirilən şəxs daraq və sursatların harada olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs onda hər hansı daraq və ya sursat olmadığını, təkcə AKM markalı avtomat silah olduğunu bildirdikdə Şahid8 bu barədə Şahid1 soruşduğunu, onun silahdan başqa daraqlar və sursatlar da gətirib ona təhvil verməsini dediyini, Təqsirləndirilən şəxs bir az tərəddüd etdikdən sonra Şahid8 ondan israrla soruşduqda Təqsirləndirilən şəxs məcbur qalıb AKM silahından başqa N ədəd dolu vəziyyətdə olan darağı da Şahid1 təhvil aldığını və yaşadığı evə aparıb saxladığını dediyini, Şahid8 ondan həmin daraq və sursatların harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs hərbi hissədə xidmət edən baş leytenant Şahid5 verdiyini bildirdiyindən Şahid8 Şahid5 mobil telefonuna zəng vurub Təqsirləndirilən şəxs ona verdiyi sursatları nə etməsini soruşduğunu, o da həmin sursatları hərbi hissədə xidməti otağına qoyduğunu deyib bir az sonra hərbi hissəyə gələrək otağından çantanı götürüb hərbi hissə komandirinə təhvil verdiyini, hərbi hissə komandirinin otağında Təqsirləndirilən şəxs Şahid5 iştirakı ilə çantanı açdıqda çantadan N ədəd avtomat silahına aid daraq çıxdığını, hər bir darağın içərisində 30 ədəd 7.62 mm kalibirli döyüş patronu olduğunu, bundan başqa çantadan 1 ədəd yüzlük lent tutumuna malik olan dəmir sandıqca və həmin sandıqcanın da içərisində 1 ədəd yüzlük lent və lentin üzərində 100 ədəd 7.62 mm kalibirli döyüş patronu çıxdığını, bundan əlavə çantadan 1 ədəd nişangah, 1 ədəd avtomat silahına aid penal dəsti və 1 ədəd avtomat silaha aid arpacıq, eyni zamanda N ədəd boş giliz çıxdığını, Təqsirləndirilən şəxs həmin əşyaları döyüş əməliyyatları zamanı hərbi qənimət kimi götürdüyünü, lakin təhvil verməyərək yaşadığı evə aparıb saxladığını göstərmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş baş leytenant X8 ifadəsində 2023-cü il sentyabr ayının 9-da antiterror əməliyyatına getdiklərini, 10 günə yaxın müddətdə orda təlimdə olduqlarını, həmin ayın 20-si axşam saatlarında onun olduğu birinci bölüyə və 2-ci bölüyə tapşırıq verildiyini, onların tapşırıq üzrə hərəkətə başladıqlarını, Ağdarə istiqamətində hərəkətə keçdiklərini, quruplar ardıcıllıqla Heyvalı kənd isdiqamətində irəlilədiklərini, Heyvalı kəndinə çatmamış Sərsəng su anbarının sol hissəsində tapşırıq olduğunu, həmin tapşırığa onun rəhbərlik etdiyi 1-ci bölüyün 1-2-ci qurupları getdiyini, digər 3-4-cü qurupların tabor komandirinin rəhbərliyi ilə Heyvalı kəndi istiqamətində hərəkət etdiklərini, onların tapşırığı icra etdikdən sonra tabor komandirinin tapşırığına uyğun olaraq tapşırıqları icra etdiklərini, bu tapşırıqları layiqincə icra eliyənlərdən birinin də baş leytenant Təqsirləndirilən şəxs olduğunu, sentyabırın 27-də mövqeləri digər hərbi hissələrə təhvil verib Heyvalı kəndində cəmləşərək oradan Vəng kəndinə gəldiklərini, Vəng kəndinə gələndən sonra bütün təchizatın yerləşdirildiyini, şəxsi heyətə istirahət verildiyini, səhərisi gün tabor komandiri bölük komandirlərini düzərək bütün təchizatın çölə çıxarılması və artıq silah-sursatın təhvil verilməsi barədə tapşırığını verdiyini, qurup komandirləri silah–sursatı yoxladıqdan sonra özünündə yoxladığını, sonra müavini leytenant Lətifzadə Naxçıvandan gedərkən apardığımız silah-sursatı təhkim olunma ilə bir daha yoxladığını, RAS xidməti rəisi kapitan Abdullazadə iki bölmənin qarşısına çıxaraq artıq qənimət kimi götürülmüş silah-sursatın təhvil verilməsini bir daha dediyini, ondan sonra tabor komandirinin təlimat verdiyini, sentyabr ayının N-u Naxçıvana gəldiklərini, Naxçıvana gəldikdən sonra öz xidmət etdikləri hərbi hissəyə getdiklərini, orada bütün təchizatın sıra meydanına boşaldığını, briqadanın qərargah rəisi bölmə komandirlərinə RAS və digər əmlakların yığılması barədə tapşırıq verdiyini, sonra onun 1- 2-3-cü qrup komandirlərini silah otağının yerbəyer olunmasına, 4-cü qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs də sıra meydanından silah otağına ardıcıllıqda şəxsi heyəti sıxıntı yaratmadan təhvil vermələrinə nəzarət etməyə ayırdığını, bölüyün baş çavuşunu da digər vəsaitlərin təhvilinə ayırdığını, RAS əmlakını təhvil aldıqdan sonra tabor komandirinə məruzə etdiyini, sonra işə gəldiyini, işə gələndə bölüyün baş çavuşunun ona yaxınlaşıb baş leytenant Təqsirləndirilən şəxs silah gətirməsi haqqında məlumat verdiyini, onun baş leytenant Təqsirləndirilən şəxs yanına çağırıb soruşduqda ona elə şey gətirmədiyini dediyini, baş leytenant Təqsirləndirilən şəxs xidmət müddətində ona yalanı olmadığından, verilən tapşırıqların icrasını yüksək səviyyədə yerinə yetirdiyindən ona inanıb məruzə etmədiyini, onun sonra ixtisas artırma kursuna getdiyini, noyabr ayının 20-si axşam radələrində baş leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb mən silah gətirmişəm dediyini, soruşanda ona gətirmişəm yalan demişdim Sizə dediyini, briqada komandanlığının xəbəri olduğunu dediyini, onun bu barədə kapitan Şahid7 zəng edib məruzə etdiyini, kapitan Şahid7 məlumatımız var axşam olarsınız hərbi hissədə dediyini, axşam kursdan sonra hərbi hissəyə getdiklərini, onun qərargah rəisinə təqdim olunduğunu, hərbi hissədə qaldığını, kapitan Şahid7, kapitan Şahid9 və baş leytenant Təqsirləndirilən şəxs birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getdiklərini, yarım saat, bir saat sonra silahın evdə olmadığı məlumatını verdiklərini, sonra kapitan Şahid7 onu çağırıb “Təqsirləndirilən şəxslə söhbət elə ola bilsin bizdən çəkinir gizlədir, özünüdə götür get onun yaşadığı evə bir bax” dediyini, onun da verilən tapşırıq üzrə baş leytenant Təqsirləndirilən şəxsdə götürüb söhbət edə edə yaşadığı evə gedib baxdığını ancaq silahı tapa bilmədiklərini, sonra qərargah rəisi zəng edib ona gəlin hərbi hissəyə sizi burda gözlüyürük dediyini, bu vaxt onun ayaqqabılarını geyindiyini, Təqsirləndirilən şəxs qərargah rəisi bizi gözlüyür təcili getməliyik dediyini, Təqsirləndirilən şəxs ondan sadə telefonunu götürüb 1 dəqiqə keçmədən telefonunu qaytardığını, onun evdən çıxıb ticarət mərkəzi istiqamətində yavaş-yavaş getdiyini, arxaya çönüb baxanda baş leytenant Quliyevlə baş leytenant Şahid5 arxadan gəldiyini gördüyünü, onun Təqsirləndirilən şəxs bizi hərbi hissədə gözləyirlər deyib tələsdirdiyini, Şahid5 sən hara gedirsən soruşduqda hərbi hissəyə gedirəm dediyini, Şahid5 biz tələsirik bizi gözlüyürlər dediyini, hərbi hissəyə gəlib qərargah rəisinə təqdim olunduğunu, Təqsirləndirilən şəxs tapşırıq əsasında mənfi xasiyyətnamə verdiyini, lakin bütün xidmət müddətində Təqsirləndirilən şəxs yaxşı xidmət etdiyini, döyüşlərdə daimi qorxmaz cəsur bir döyüşçü olduğunu, dəfələrlə təltif olunduğunu göstərmişdir. Məhkəmədə zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş N №-li hərbi hissənin vəkalətli nümayəndəsi Nümayəndə2 ifadəsində N №-li hərbi hissənin uçot və əməliyyat bölməsinin köməkçisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmət etdiyini, ittiham aktının surətini aldığını, cinayət işi materialları ilə tanış olduğunu, məhkəmə araşdırması zamanı ifadə vermiş şəxslərin elektron qaydada ifadələrini dinlədiyini, 2023cü ilin sentyabr ayında X5 əməliyyatları aparılarkən Müdafiə Nazirinin müavini-Azərbaycan Ordusunun Baş qərargah rəisinin 2023-cü iln sentyabr ayındakı məxfi əmrinə əsasən Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrə məxsus silah, sursat, hərbi texnika və digər hərbi texniki əmlakların toplanması üçün toplanma məntəqələrinin yaradıldığını, həmin məntəqələrə verilmiş döyüş sursatlarının N №-li hərbi hissəyə daşınaraq müvafiq qaydada sənədləşdirildiyini, əldə olunmuş qənimət kimi götürlmüş hərbi qənimətləri qaimələr ilə qəbul etdiyini, qənimətlərin çeşitləmə məntəqəsində çeşitləndiyini, təyin olunmuş bölmələrə qəbul aktı vasitəsi ilə mədaxil olunduğunu, götürülmüş qənimətlərin qaimələrlə qəbul edilməsi üçün onu hərbi hissənin nümayəndəsinin təhvil verməli olduğunu, təhvil vermədiyindən qəbul edə bilmədiklərini, hərbi hissənin Təqsirləndirilən şəxs hər hansı tələbi, şikayəti olmadığını, lakin hərbi qənimət kimin götürülmüş, maddi sübut olan döyüş sursatlarının müvafiq qaydada N №-li hərbi hissəyə təhvil verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etdiyini göstərmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi N nömrəli hərbi hissənin silah saxlama bölməsinin (atıcı silahların saxlanması üzrə) rəisi, kapitan Nümayəndə1 xx.xx.2024-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək xidməti zərurətlə əlaqədar Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövrü vermiş olduğu ifadəsinin düzgünlüyünü təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kapitan Nümayəndə1 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi N nömrəli hərbi hissənin silah saxlama bölməsinin (atıcı silahların saxlanması üzrə) rəisi, kapitan Nümayəndə1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, 22 yanvar 20N-cu il tarixdən N nömrəli hərbi hissənin silah saxlama bölməsinin (atıcı silahların saxlanması üzrə) rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs tanımır. Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirilmiş X5 əməliyyatları zamanı düşmən tərəfdən hərbi qənimət kimi götürülmüş silah, sursat və digər raket artilleriya qurğuları müharibə başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin N oktyabr 2020-ci il tarixli, 1170 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən dövlət əmlakının siyahısına salınmasından ötrü inventarlaşdırılma, yəni siyahıya alınma həyata keçirilir. İlk öncə hərbi qənimət kimi götürülmüş silah-sursat müharibə başa çatdıqdan sonra hərbi hissələrdən yığılaraq N nömrəli hərbi hissəyə təhvil verilir. Bundan sonra N nömrəli hərbi hissədə çeşidlənərək dərəcələri müəyyən edilir və hərbi hissənin balansına keçirilməsi üçün 2 eyni məzmunlu mədaxil aktı yazılır. Həmin aktların N nüsxəsi N nömrəli hərbi hissədə saxlanılır. Digər nüsxə isə Müdafiə Nazirliyinin maddi-texniki təminat baş idarəsinin Raket-artileriya silahları xidmətinə göndərilir. İnventarlaşdırılmış hərbi silah, hərbi sursat Azərbaycan ordusuna məxsus olaraq qeydiyyata alınır və gələcəkədə dövlətə qarşı hər hansı hərbi müdaxilə olduqda, Azərbyacan ordusuna məxsus silah-sursat bitdikdə hərbi qənimət kimi götürülmüş silah-sursat ordunun istifadəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin N oktyabr 2020-ci il tarixli 1170 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən hərbi qənimət kimi götürülmüş 100 ədəd döyüş patronu olan pulemyot silahına aid 1 ədəd lent qutusu, AKM markalı avtomat silahı və həmin silaha aid olan hər birində 30 ədəd 7.62 mm çaplı döyüş patronu olan N ədəd daraq inventarlaşdırılaraq siyahıya alınmalı olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən talanan həmin silah və döyüş sursatları hərbi hissəyə təhvil verilməsə də həmin N nömrəli hərbi hissənin əmlakı hesab olunur. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində hərbi hissəyə maddi ziyan dəymişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərərçəkmiş şəxsin (onun nümayəndəsinin) ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 330-cu maddəsi ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək taladığı AKM markalı avtomat silahı ibtidai istintaq orqanına və ya məhkəməyə təqdim etmədiyindən, həmin silahın ekspertizadan keçirilməyi mümkün olmadığını və qeyd olunan silahın yararlıq dərəcəsidə müəyyən edilmədiyindən sübut növü kimi qəbul edilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 81-93-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 20 dekabr 2023-cü il tarixli 1175 nömrəli ekspert rəyində; 1) Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd patron keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Klinovsk silah zavodunda N78-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş xüsusi gülləli (izburaxan) patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. 2) Tədqiqata təqdim edilmiş 23 (iyirmi üç) ədəd patrondan – 20 ədədi keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Tula silah zavodunda N65, N72, N75-ci illərdə zavod üsulu ilə istehsal edilmiş, N ədədi keçmiş SSRİ-də (hal hazırki Ukrayna) Luqansk silah zavodunda N53-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1 ədədi isə keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Klinovsk silah zavodunda N78-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. 3) Tədqiqata təqdim edilmiş 94 (doxsan dörd) ədəd patrondan – 8N ədədi keçmiş SSRİ-də (hal hazırki Ukrayna) Luqansk silah zavodunda N71, N73, N74-cü illərdə zavod üsulu ilə istehsal edilmiş, 1N ədədi keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Tula silah zavodunda N91-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. 4) Tədqiqata təqdim edilmiş 100 (bir yüz) ədəd patron keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Novosibirsk silah zavodunda N75-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM”, “PKMN” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş LPS tipli patronlardır təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. 5) Tədqiqata təqdim edilən 02 (iki) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı, “AKM”,“AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdırlar. 6) Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd metal qutu “Kalaşnikov” konstruksiyalı, “PKM” markalı pulemyotların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 100 ədəd 7.62 mm kalibrli patron tutumuna malik olan patron lentinin yerləşdirilməsi üçün nəzərdə tutulan metal qutudur (sink), təyinatı üzrə istifadəyə yararlıdır. 7) Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 26 mm kalibrli olmaqla, həmin kalibrə malik “SPŞ”, “SPŞ-43”, “SPŞ-44” markalı siqnal tapançalarında istifadə edilmək üçün nəzərdə tutulmuş, işıq-işarəverici patronun atəşlə ayrılmış hissələridir-gilizləridir. 8) Tədqiqata təqdim edilən 01 (bir) ədəd predmet və daxilində olan 04 (dörd) ədəd metal predmet zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahları sökmək, açmaq, yığmaq və təmizləmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan komplekt hissəsidir – penaldır (silgi, fırça, vintaçan, milçıxaran), təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. 9) Tədqiqata təqdim edilən 01 (bir) ədəd qurğu zavod üsulu ilə hazırlanmış, uzun lüləli silahlara birləşdirilərək istifadə edilmək üçün nəzərdə tutulmuş, “GAMO” markalı, “WR” modelli optik nişangahdır – odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi və döyüş sursatı hesab edilmir. 10) Tədqiqata təqdim edilən 01 (bir) ədəd metal predmet zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların atəş prosesi zamanı atışsərrastlığını təmin etmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan komplekt hissəsidir – arpaçıqdır, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. Cinayət işinin 1-ci cildinin 155-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N №-li əmrdən çıxarışından görünür ki, baş leytenant Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və xidmətini davam etdirmək üçün N1 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsinə əlavə edilmiş N1 №-li hərbi hissə komandirinin N №-li əmrdən çıxarışından görünür ki, 16 mart 2021-ci il tarixli 047 nömrəli əmri ilə 1-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etmək üçün N nömrəli hərbi hissədən (Şahbuz şəhəri) gəlmiş hesab edilsin, 18 mart 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsin, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlanması göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsinə əlavə edilmiş N1 №-li hərbi hissə komandirinin N №-li əmrdən çıxarışından görünür ki, Müdafiə nazirinin müavini-X11 Komandanının xx.xx.2021-ci ıl tarixli 133 r nömrəli əmri ilə leytenant Təqsirləndirilən şəxs növbəti “baş leytenant” hərbi rütbəsi verilməklə 1-cı xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N №-li əmrdən çıxarışından görünür ki, N1 nömrəli hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun komandiri baş leytenant Təqsirləndirilən şəxs və digər hərbi qulluqçular “ZƏNGƏZUR” əməliyyatına hazırlıq üçün hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirməsi məqsədilə daimi yaşayış məntəqəsindən (Ordubad şəhəri) X2 (201 nömrəli hərbi hissə) 3-cü X9 (N3 nömrəli hərbi hissə) sərəncamına ezamiyyətə getmiş hesab edilmələri göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N №-li əmrdən çıxarışından görünür ki, “X5 əməliyyatları”nda iştirak etmək üçün X2 (201 nömrəli hərbi hissə) 3-cü X9 (N3 nömrəli hərbi hissə) sərəncamına ezam olunmuş, 202, N1 və N2 nömrəli hərbi hissələrin aşağıda adları göstərilən hərbi qulluqçuları hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirməsi başa çatdığı üçün 3-cü Ordu Korpusundan (N3 nömrəli hərbi hissə) ezamiyyətdən daimi yaşayış məntəqəsinə (Ordubad şəhəri) gəlmiş hesab edilsinlər, Ordu Korpusunun (N3 nömrəli hərbi hissə) N nömrəli hərbi hissənin (Kəlbəcər rayonu) daimi dislokasiya məntəqəsindən: N1 nömrəli hərbi hissənin 1-ci xüsusi təyinatlı bölüyünün 4-cü xüsusi təyinatlı qrupunun komandiri baş leytenant Təqsirləndirilən şəxsda qeyd olunan hərbi hissəsinə qayıtmış hesab edilməsi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 200-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatria Xəstəxanası” X14 və “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilən məktublardan Təqsirləndirilən şəxs həmin xəstəxanalarda qeydiyyatda olmadığı görünür. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş 25 noyabr 2023-cü il tarixli, 1259 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 62-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 63-cü vərəqəsinə əlavə edilmiş xidməti vərəqədə Təqsirləndirilən şəxs xidməti vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş və səfərbərlik hazırlığında əldə etdiyi nailiyyətə, həmçinin vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Müdadiə Naziri tərəfindən xx.xx.2023-cü il tarixdə “Təşəkkür” verildiyi, lakin cəzalar qrafasında cəzalanmadığı göstərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində “X5 əməliyyatları” zamanı birbaşa tabeliyində olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 Ağdərə rayonunun Heyvalı kəndində hərbi qənimət kimin əldə etdiyi AKM markalı avtomat silahı, həmin silaha aid dörd ədəd daraq və sursatları Təqsirləndirilən şəxs məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs ona heç kimə məlumat verməməsini və xidmət etdiyi hərbi hissəyə aparmasını bildirmiş, hərbi hissəyə gəldikdən sonra Şahid1 silah və sursatı təhvil verməsini qrup komandiri Təqsirləndirilən şəxs bildirdikdə həmin silah–sursatı ona verməsini bildirmiş, Təqsirləndirilən şəxs silah sursatı ondan aldıqdan sonra təhvil verməyərək öz qulluq mövqeyindən istifadə edərək həmin silah-sursatı talayaraq hərbi hissənin kompüter otağında qanunsuz saxlamış, axşam saatlarında hərbi hissəyə gələrək kompüter otağında qanunsuz saxladığı silah-sursatı özü ilə gətirdiyi çantasına qoymuş və həmin yerdə əvvəlcədən aşkar etdiyi 1 ədəd yüzlük dəmir sandıqcanı (sink) öz qulluq mövqeyindən istifadə edərək, təkrar talayaraq onuda çantasına qoyub onları qanunsuz daşıyaraq Ordubad şəhərində kirayə yaşadığı evə apararaq təkrarən qanunsuz olaraq orada saxlamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan məlum olur ki, Təqsirləndirilən şəxs “X5 əməliyyatları” zamanı və sonradan hərbi hissənin kompüter otağından öz qulluq mövqeyindən istifadə edərək təkrar talayaraq kirayə yaşadığı evə qanunsuz təkrar talayaraq apardığı silah-sursatı, hərbi hissəyə təhvil vermək fikri olmamış və onları özünə məlum olan səbəblər üzündən özündə saxlamışdır. Həmçinin, təqsirləndirilən şəxsdən dəfələrlə hərbi hissə komandiri və digər aidiyyəti şəxslər silah sursatı təhvil verməsini tələb etmələrinə baxmayaraq, həmin silah sursatı başqa şəxsə (Şahid5) verərək saxlamasını xahiş etmiş, könüllü həmin silah sursatı hərbi hissəyə təhvil verməmişdir. Habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər, odlu silahın, döyüş sursatının qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması, həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət, odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və sair əl yükündə gəzdirilməsi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda Təqsirləndirilən şəxs odlu silahı və döyüş sursatını öz qulluq mövqeyindən istifadə etməklə təkrar talamış və həmin odlu silahı, döyüş sursatını qanunsuz olaraq təkrar əldə etmiş, saxlamış və daşıması göstərilmişdir. Döyüş sursatını qanunsuz olaraq təkrar əldə etməsi verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, cinayət işinin materiallarından və məhkəmə araşdırması zamanı aydın olur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid1 22 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonunun Heyvalı kəndində ermənilər tərəfindən işğal olunmuş ərazidə ermənilərin yaşadığı evdən silah, sursat tapmağı barədə qrup komandirinə məruzə etmiş, qrup komandirinin göstərişi ilə xidmət apardığı hərbi hissəyə gətirib və həmin yerdə silah sursatı RAS xidmətinə təhvil verilməsi üçün qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs vermişdir. Baş leytenant Təqsirləndirilən şəxs isə öz qulluq mövqeyindən istifadə etməklə təhvil verilməli olan AKM markalı avtomat silahı və içərisində döyüş sursatı olan N ədəd darağı talayaraq qanunsuz olaraq hərbi hissənin kompüter otağında saxlamış, həmin gün 22:00 radələrində kompüter otağında olan hərbi hissədə qeydiyyata alınmalı olan 100 ədəd 7,62 mm çaplı döyüş sursatı olan sandıqçanı (sink) öz qulluq mövqeyindən istifadə edərək təkrar talayaraq, özü ilə gətirdiyi çantaya yığıb qanunsuz daşıyaraq kirayə yaşadığı evə aparıb 2024-cü ilin noyabr ayının 20-dək saxlamışdır ki, bütün bu hallar Təqsirləndirilən şəxs əməlində odlu silahı və ya döyüş sursatını qanunsuz olaraq əldə etməməsi qənaətinə gəlir. Belə ki, silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 may 2005-ci il tarixli 02 №-li Plenum qərarının tövsiyyəsinə görə odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi başa düşülür. Qərarın məzmunundan görünür ki, odlu silahı və qeyd olunan digər predmetləri talama Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin nəzərdə tutulduğu mənada əldə etmə hesab edilmir və bu səbəbdən cinayət əməli Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə tövsif olunur. Həmçinin odlu silahı, onun komplekt hissələrini və s. talama və sonradan saxlama, gəzdirmə və qeyd olunan digər hərəkətləri etmə cinayətlərin məcmusu qaydasında-Cinayət Məcəlləsinin 232.1-ci və 228.1-ci maddələri ilə tövsif olunur. Həmçinin qərarın 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsində nəzərə tutulan təkrarlıq tövsifedici əlaməti təqsirkar şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 228.2.1 və 228.3-cü maddələrində nəzərdə tutulan cinayətlərdən hər hansı birinin iki və ya daha çox dəfə törədilməsi hallarında mövcud olur. Odur ki istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs odlu silahı, döyüş sursatını qanunsuz olaraq təkrar əldə etməsi ittihamdan xaric edilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin elan olunaraq tədqiq olunmuş ifadəsi, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin baş leytenant Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da baş leytenant Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməklə Azərbaycan Respublikasının Prezidentinin N oktyabr 2020-ci il tarixli 1170 №-li fərmanın 6.3-cü bəndində göstərilmiş “Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi” tələblərini pozmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, şahidləri və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin elan olunaraq tədqiq olunmuş ifadəsini, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə istintaqında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri, həmçinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyən zərərçəkmiş hüquqi şəxsin elan olunmuş ifadəsi, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında baş leytenant Təqsirləndirilən şəxs təkrar olaraq qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları saxlamaqla, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları təkrar talamaqla və həmin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirli bilinən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli, 4158 №-li Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmçinin Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N №-li xx.xx.2021-ci il tarixli, 38 №-li xx.xx.2023-cü il tarixli əmrləri ilə “Fəxri fərmanla” təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxsin (N №-li hərbi hissə) nümayəndəsi ilə barışıq əldə etməsini, zərər çəkmiş hüquqi şəxsin (N №-li hərbi hissə) nümayəndəsinin şikayətinin və tələbinin olmaması, “X5 əməliyyatları”nda iştirak etməsi, hərbi hissə komandiri tərəfindən müsbət xarakterizə edilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan və ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 01 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həbs müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə158.6). Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat miqdarında pul köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N nömrəli hərbi hissədə saxlanılan N ədəd 7.62 mm kalibirli döyüş mərmisi, N №-li hərbi hissəyə, N ədəd avtomat darağı, 1 ədəd yüzlük dəmir sandıqca (sink), 1 ədəd arpacıq, 1 ədəd penal, 1 ədəd optik nişangah N №-li hərbi hissəyə təhvil verilməli, N ədəd giliz istifadəyə yararsız olduğundan məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə dindirmə və üzləşdirmənin aparıldığı N ədəd DVD cinayət işinə əlavə edilib saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 232.2.2-ci və 232.2.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, X1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat miqdarında pul köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan N nömrəli hərbi hissədə saxlanılan N ədəd 7.62 mm kalibirli döyüş mərmisi (120 ədəd AKM avtomat silaha məxsus 7.62 mm kalibirli döyüş mərmisi, 100 ədəd pulemyot silaha məxsus 7.62 mm kalibirli döyüş mərmisi), N №-li hərbi hissəyə, N ədəd avtomat darağı, 1 ədəd yüzlük dəmir sandıqca (sink), 1 ədəd arpacıq, 1 ədəd penal, 1 ədəd optik nişangah N №-li hərbi hissəyə təhvil verilsin. N ədəd giliz istifadəyə yararsız olduğundan məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Cinayət işi üzrə dindirmə və üzləşdirmənin aparıldığı N ədəd DVD cinayət işinə əlavə edilib saxlansın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham İbrahimov Hakimlər Səxavət Hüseynov Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar