Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-38/2025 10.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, hakimlər Həsənov Polad Vəli oğlu və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Əli oğlunun iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında 07 avqust 1977-ci ildə Babək rayonunun Hacıvar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,(FİN xxxxxxx), Babək rayonunun Hacıvar kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, 2018-ci il tarixdən 2023-cü ilin aprel ayınadək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, hal-hazırda sərəncamda olan, 16 sentyabr 2024-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5, 321.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən külli miqdarda şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan rüşvət almış, çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına kömək etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla Naxçıvan Muxtar Respublikasının Şərur rayonu üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquq olmayan və olan, təkrar tibbi müayinəyə yönəldilən, habelə rüşvət müqabilində Naxçıvan Muxtar Respublikasının ərazisində dislokosiya olunmuş qoşun növlərinə təyin olunmuş həqiqi hərbi xidmət qulluqçuları olan, ümumillikdə 223 nəfərdən müxtəlif vaxtlarda və ayrı-ayrı şəxslərdən şəxsən və vasitəçidən istifadə etməklə, habelə təkrarən külli miqdarda maddi nemət olan, ümumilikdə 505.730,00 (beş yüz beş min yeddi yüz otuz) manat rüşvət almış, bununla da o, çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş, hal-hazırda sərəncamda olan Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində 2023-cü ilin noyabr ayına qədər Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi vəzifəsində çalışdığını, həmin tarixdən isə sərəncamda olduğunu, Şahid1 2020-ci ilin aprel ayından Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildiyini, həmin vaxtdan başlayaraq onun tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1800 manat məbləğində rüşvət formasında pul vəsaiti alınaraq ona çatdırılması barədə onun qəbul otağında tək ona yox, bütün rayonların xidmət rəislərinə bu barədə göstəriş verdiyini, Şahid1 tabeliyində olduğundan və onun xidmət rəisi kimi onun yeni gəldiyindən bir növ ondan demək olar ki, qorxub məcbur qalaraq onun göstərişini məcburi icra etdiyini, belə ki, 2018-ci ildən 2023-cü ilin noyabr ayına qədər Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə onun verdiyi qanunsuz əmr və göstərişləri icra etdiyini, törədilmiş cinayət əməlin də şəxsən özünün təşəbbüsü ilə yuxarı orqanlara müraciət etməklə açıldığını, həmin dövrdə ildə 4 dəfə Naxçıvan şəhərinə çağırışçı apardıqlarını, hər dəfə də aşağı yuxarı 110 nəfər çağırışçının olduğunu, çağırışçıların şəhərə aparılması, gətrilməsi xərclərin onun üzərinə düşdüyünü, əlavə olaraq şəhid və qazi ailələrinə 1520 manat da öz cibindən xərclədiyini, bir hektardan artıq iməcilik yerlərinin olduğunu ora da əlavə xərc çəkdiklərini, Şahid1 işlədiyi müddətdə həmişə onunla problemlər yaşadığını, daim sözün düzünü dediyindən onu aşağı vəzifələrə verməklə hədələdiyini, xidmət etdiyi orqanın korrupsiya əməlləri ilə məşğul olduqlarını bildiyindən bu işin axırının olmayacağını düşünüb yuxarı orqanlara ərizə ilə müraciət etdiyini, belə ki, Şahid1 xidmət etdiyi dövründə şəxsən Şahid1 tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq hərbi xidmətə çağırılmış çağırışçılara hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün müəyyən şəxslərdən onun və işçiləri tərəfindən rüşvət formasında qanunsuz pul vəsaitləri əldə edilərək Şahid1 verdiyini, Şahid1 isə həmin puldan rüşvət formasında ona təqribən 7 faizi məbləğində pul verdiyini, həmin pulların da əksəriyyətinin yuxarıda sadaladığı idarədaxili işlərə xərclədiyini, belə ki, yadında qalan pul aldığı şəxslərdən Şərur rayonunda qeydiyyatda olan Şahid35 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ verilməsi müqabilində həmin idarənin əməkdaşı Şahid2 vasitəsi ilə 2.000 manat, xx xxxx 1998-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid4 2020-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində xidmətin inzibati binasında ondan 4.000 (dörd min) manat, yadında qaldığı Şərur rayonunda qeydiyyatda olan Şahid34 2021-ci ilin aprel ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun verilməsi üçün həmin idarənin çağırış bölməsinin rəisi kapitan Şahid2 tərəfindən şöbənin inzibati binasında Şahid34 babası Fərhad Həsənovdan 1.800 manat, Şərur rayonunda qeydiyyatda olan Şahid30 2021-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində Şərur rayon şöbəsinin inzibati binasında 5.000 (beş min) manat miqdarında pul alaraq Şahid1 çatdırdığını, sonradan həmin şəxslərə möhlət hüququ verildiyini, yadında qalan Şərur rayonunda qeydiyyatda olan Şahid32 2021-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində atası Şahid33 vasitəsi ilə şöbənin inzibati binasında ondan 5.000 (beş min) manat alaraq həmin pul vəsaitini Şahid1 iş otağında verdiyini, xx xxx 2003-cü il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid36 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində işlədiyi idarənin inzibati binasında ondan 1.800 manat pul alaraq həmin pulu Xidmət rəisi Şahid1 verdiyini, xx xxxx 2002-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid37 2020ci ildə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində ona çatdırılması məqsədi ilə həmin idarənin inzibati binasında həmin idarənin əməkdaşı Şahid2 ondan 1.800 (min səkkiz yüz) manat rüşvət alaraq ona verdiyini, onun da həmin pul vəsaitini Şahid1 xidməti otağında verdiyini, xx xxx 1988-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid39 2021-ci ildə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində həmin idarənin inzibati binasında 3.000 (üç min) manat alaraq Şahid1 verdikdən sonra ona möhlət hüququ verildiyini, xx xxxxxxx 2003-cü il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid40 2021-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ verilməsi müqabilində atası Əfqan Heydərov vasitəsi ilə ona çatdırılması məqsədi ilə adını xatırlamadığı əməkdaşı vasitəsi ilə 6.000 (altı min) manat alaraq Şahid1 verdikdən sonra həmin şəxsə möhlət hüququ verdiyini, xx xxxx 2003-cü il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid9 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində sonuncunun atası Məhərrəm Abbasov vasitəsi ilə ona çatdırılması məqsədi ilə həmin şöbənin inzibati binasında adını xatırlamadığı əməkdaş vasitəsi ilə ona 1.800 manat verdiyini, onun da həmin pulu Şahid1 çatdırdıqdan sonra Şahid9 hərbi xidmətdən 1 illik möhlət hüququ verdiyini, 22 avqust 2000-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid41 həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində 2022-ci ilin iyul ayında həmin şöbənin adını xatırlamadığı əməkdaşı vasitəsi ilə ona 1.800 manat pul verildiyini, onun da həmin pulu Şahid1 çatdırdıqdan sonra həmin şəxsə möhlət hüququ verildiyini, xx xxxx 2003-cü il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid6 2021-ci ildə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində dayısı Bağırov Şahin vasitəsi ilə şöbənin inzibati binasında ona 1.800 manat pul verildiyini, onun da həmin pulu Şahid1 verdikdən sonra ona həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ verdiyini, xx xxxxxxxx 2000-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid42 2022-ci ildə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində onun atası Mehman Əsədov vasitəsi ilə şöbənin adını xatırlamadığı əməkdaşı tərəfindən 1.800 manat alınaraq ona verildiyini, onun da həmin pulu Şahid1 çatdırdırdığını, 01 sentyabr 2000-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan X10 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində atası Şahid16 vasitəsi ilə ona 1.500 (min beş yüz) manat pul verildiyini onun da həmin pul vəsaitini Şahid1 verdiyini, xx xxxxxx 2000-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid5 tanımadığını, bildiyinə və eşitdiyinə görə onun həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ almasından ötrü 2020-ci ilin iyul ayında Naxçıvan şəhəri ərazisində Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vüsal Əliyevə 5.000 (beş min) manat verdiyini, Vüsal Əliyevin də həmin pulu Şahid1 çatdırdığını, bundan sonra həmin şəxsə 3 illik möhlət hüququnun verilməsi barədə Şahid1 tərəfindən ona tapşırıq verildiyini onun da verilmiş tapşırığı icra edərək özünün şəxsən Şahid5 həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ verilməsini təmin etdiyini, Şahid19 tərəfindən Şərur rayonunda qeydiyyatda olan oğlu X5 həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində 2022-ci ildə Şərur rayon şöbəsinin inzibati binasında şöbənin əməkdaşı Şahid3 3.000 (üç min) manat pul verildiyini Şahid3 da həmin pulu ona, onun da aidiyyatı üzrə həmin pulu xidməti otağında Şahid1 verdiyini, xx xxxx 1991-ci il təvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid29 həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ verilməsi müqabilində 2022-ci ilin mart ayında həmin şöbənin inzibati binasında ondan 3.000 (üç min) manat alaraq həmin pulu xidmətin rəisi Şahid1 verdiyini, xx xxxx 1990-cı il təvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid18 həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində 2022-ci ilin mart ayında həmin şöbənin əməkdaşı Şahid3 vasitəsilə ona 3.000 (üç min) manat rüşvət formasında pul verildiyini, onun da həmin pulu Şahid1 çatdırdırdığını, Şərur rayonunda qeydiyyatda olan Şahid28 övladı X4 hərbi xidmətini X18 rayonunda yerləşən taborunda keçməsi üçün 2022ci ilin iyul ayında Şərur rayon şöbəsinin inzibati binasında şöbənin əməkdaşı Şahid2 vasitəsi ilə ona 1.500 (min beş yüz) manat rüşvət verildiyini, onun da öz növbəsində həmin pul vəsaitini Şahid1 çatdırdırdığını, çağrışçı Şərur rayon sakini Şahid31 atasından pul almadığını, kimə də verdiyini bilmədiyini, lakin Şahid1 vasitəsi ilə ona da möhlət hüququ verdiyini, Şərur rayon sakini Şahid8 oğlu Ruslan Tağızadənin xidmətdən möhlət hüququ almaq üçün yadında qalmayan tarixdə ona 5500 manat pul verdiyini onun da həmin pulu Şahid1 çatdırdığını, Şərur rayon sakini Şahid23 tanımadığını ondan da hər hansı bir pul vəsaiti almadığını, Şərur rayon sakini Şahid11 Şahid1 vasitəsi ilə tanıdığını, onun göstərişi ilə də ondan 5000 manat pul alaraq ona Şahid1 verdiyini, Şərur rayon sakini Şahid14 idarənin əməkdaşı Şahid2 qardaşı Kərimxan Abdinov vasitəsi ilə 3600 manat pul verdiyini, Şahid2 də həmin pulu ona çatdırdıqdan sonra vəsaiti Şahid1 verdiyini, Şərur rayon sakini X14 tanımadığını, ondan da hər hansı bir vəsait almadığını, Şərur rayon sakini Şahid21 da tanısada, özünün ondan pul almadığını, lakin onun Sərhəd qoşunlarında xidmət keçmək üçün Şahid2 1000 manat məbləğində pul verdiyini, sonradan həmin pulun onun vasitəsi ilə Şahid1 çatdırıldığını, Şərur rayon sakini Şahid12 iki övladı Rüfət və Hikmətin hərbi xidmətdən möhlət hüququ alması üçün yadında qalmayan tarixdə Şahid1 tapşırığına əsasən ona 6800 manat pul verdiyini onun da həmin pul vəsaitini Şahid1 verdiyini, Şərur rayon sakini Şahid27 Şahid1 tapşırığına əsasən oğlu Pərvin Aşurovun hərbi xidmətdən möhlət hüququ alması üçün 1800 manat alaraq Şahid1 çatdırıldığını, xx xxxxxx 1991-ci il təvvəllüdlü, Şərur rayonunda qeydiyyatda olan Şahid38 pul almadığını, yəqin ki, pulu Şahid1 verdiyini, Cəlilovun göstərişinə əsasən ona da həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ verildiyini, yadında qalanların bunlar olduğunu, demək olar ki, bütün pul əməliyyatlarınin rəisi olduğu Şərur rayon şöbəsinin rəisi kimi şəxsən özü və ya işçiləri tərəfindən həmin pulların alındığını yaxud da həmin şəxslərin özləri tərəfindən Şahid1 çatdırıldığını, əksəriyyətinin isə özünün bir başa vasitəçiliyi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə onun xidməti otağında özünə verdiyini, Şahid1 da həmin pullardan müxtəlif vaxtlarda demək olar ki, yazılmamış qayda kimi 7 faizini ona qaytardığını, özünün də həmin pulların müəyyən qismini idarənin daxili təlabatına, dəftərxana xərclərinə, təssərüfat işlərinə, hərbi xidmətə çağırılacaq şəxslərin avtobuslarla Naxçıvan şəhərinə aparılıb-gətirilməsinə xərclədiyini, Cəlilova verdiyi pulların öz bloknotunda da qeydiyyatlarını apardığını, aradan uzun müddət keçdiyindən bəzi çağırışçıların adını və soyadını, o cümlədən verilən məbləği unutduğunu, lakin Şahid1 göstərişinə əsasən pul verilmədən hərbi xidmətdən möhlət və digər hüquqların mümkün olunmadığını, 2022-ci ilin oktyabr ayında Ali Məclis tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş verildiyindən həmin tarixdən də Şahid1 tərəfindən də Xidmətin bütün rayon, şəhər rəislərinə çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş verildiyini, həmin vaxtdan sonra çağırışçılardan rüşvət formasında pul vəsaitləri almadıqlarını, bu səbəbdən də özünü qismən təqsirli bildiyini, buna baxmayaraq törətdiyi əməldən son dərəcə peşman olduğunu, uzun müddətdir ki, özünün psixi problemlərinin olduğunu və həmin və digər xəstəliklərdən də müalicə aldığını, həyat yoldaşının və anasının xəstə olmasını, evlərinin yeganə qazanc gətirəni olmasını, vətən qarşısinda xidmətlərinə görə orden və medallarla təltif olunmasını, törədilmiş əməlin açılmasında istintaqa fəal köməklik göstərməsini, yaşadığı icra nümayəndəliyi tərəfindən müsbət xarakterize olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 2020-ci ilin aprel ayının 27-dən 2023-cü ilin aprel ayının 14-dək Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinədə xidmət edərkən həmin vaxt əsas vəzifə səlahiyyətlərinin şəxsi heyətin nizam-intizam qaydalarına riayət etmələrinə nəzarət, çağırışçıların vaxtı-vaxtında tibbi yoxlanışdan keçirilməsini təmin etmək, verilmiş əmr və göstərişlərin icrasına nəzarət etmək, həqiqi hərbi xidmətlə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamını yerinə yetirmək, eləcə də hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı, hərbi xidmətə müvəqqəti yarasız və dinc dövrdə xidmətə yarasız hesab edilən şəxslərin ümumi qeydiyyatının aparılmasına, həmin hallarla bağlı aparılan işlərə nəzarət etmək və sairdən ibarət olduğunu, həmin vəzifədə xidmət etdiyi dövrdə Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin mərkəzi aparatının strukturu səfərbərlik və çağırış idarələri, qeydiyyat, kadrlar, təsərrüfat və maliyyə şöbələrindən və təhqiqat bölməsindən ibarət olduğunu, ştat üzrə mərkəzi aparatının 24 nəfər işçisinin olduğunu, xidmətin tabeçiliyində Naxçıvan, Şərur və Babək rayon idarələri, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon şöbələri olduğunu, ümumilikdə xidmətin ümumi ştat üzrə 235, faktiki olaraq isə 160 nəfər şəxsi heyəti olduğunu, hərbi xidmətə çağırış statusuna malik olan şəxslərə Qanunla müəyyən edilmiş hallarda, yəni ixtisaslaşmış səhiyyə müəssisəsinin verilmiş aktı olduqda, ağır ailə vəziyyətinə görə, tələbə və şagird olduğuna görə, məhkumluq yaşadığına görə və sair hallarda çağırışçılara möhlət hüquq tətbiq edildiyini, çağırışçılara sağlamlıq vəziyyətlərinə görə möhlət hüququnun Xidmətin yerli idarə və şöbələrinin hərbi həkim komissiyalarının rəyi əsasında verildiyini, 2020-2023-cü illər ərzində Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən “Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yarasızdır”, “Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”, “hərbi xidmətə müvəqqəti yarasızdır” hesab edilməklə əsassız olaraq möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sədri X8 Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə verdiyini, həmin toplanmış vəsaitlər Seymur Talıbova verdiyi 900 min manat puldan ona 10 faiz təxminən 80 min manat verildiyini, başqa rayon Səfərbərlik xidmətinin rəisləri kimi Şərur rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs da onun tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq işlədiyi Şərur rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış çağırışçılara hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün müəyyən şəxslərdən onun tərəfindən rüşvət formasında qanunsuz pul vəsaitləri əldə edilərək şəxsən ona və ya özünün müəyyən etdiyi şəxslərə verdiyini, özünün isə həmin puldan rüşvət formasında Şərur rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs təqribən 7 faizi məbləğində pul verdiyini, həmin dövrdə özünün də ona çatan yadında qalmayan məbləğdə pulları da xidmətin təsərrüfat xərclərinə sərf etdiyini, bu baxımdan da özünü təqsirli bilmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayonu şöbəsinin çağırış bölməsinin baş zabiti vəzifəsində xidmət etdiyini, 2020-ci ilin aprel ayında Şahid1 Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə bütün rayonların xidmət rəislərini, eləcə də Şərur rayonunun xidmət rəisi Təqsirləndirilən şəxs yanına çağıraraq ona məxsus qəbul otağında iclas keçirərək həmin iclasda eyni zamanda möhlət və xəstəliklərə görə müəyyən hüquqlar verilməsi ilə bağlı onlara X13 Diviziyasında xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.000 manat, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin hərbi hissəsində hərbi xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat məbləğlərində rüşvət formasında pul vəsaitləri əldə edilərək hərbi xidmətlərini qeyd edilən qoşun növlərində xidmət keçmələrinin təmin edilməsini və digər qanunsuz verilən hüquqlara görə yığılan pulların isə ona verilməsi barədə tapşırıq verdiyini, xidmət rəisi Təqsirləndirilən şəxs da öz növbəsində həmin tapşırıqları onlara çatdırdığını, onun da həmin tapşırığa uyğun olaraq öz növbəsində şöbə rəisi Təqsirləndirilən şəxs göstərişinə əsasən həmin xidmət yerlərinə müəyyən çağırışçıların həmin yerlərə salınması üçün həmin çağırışçıların özlərindən yaxud valideyinlərindən aldığı pulları Təqsirləndirilən şəxs verdiyini, belə ki, Naxçıvan MR SHXÇDX-nin Şərur rayon şöbəsinin çağırış bölməsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə Şərur rayon sakini Şahid37 hərbi xidmətdən 1 illik möhlət hüququnun verilməsi üçün sonuncunun atası Məhəmməd Şirəliyevdən 1800 manat, Şərur rayon sakini, Şahid36 hərbi xidmətdən 1 illik möhlət hüququnun verilməsi üçün isə sonuncunun atası Salman Cəfərovdan xidməti otağında 1.800 manat məbləğində pul vəsaiti alaraq Təqsirləndirilən şəxs xidməti otağında təqdim etdiyini, Şərur rayonu, Yeni Havuş kənd sakini X6 Daxili Qoşunlarının hərbi hissəsində hərbi xidmət keçməsi üçün sonuncunun atası Şahid28 2022-ci ilin iyul ayında rüşvət formasında 1.500 manat məbləğində pul vəsaitini alaraq Təqsirləndirilən şəxs verdiyini, yadında qalmayan bir neçə başqa şəxslərdən də möhlət hüququ verilməsi üçün pul alaraq xidmət rəisi Təqsirləndirilən şəxs verdiyini, bəzi pul aldığı şəxslərin də adının yadında qalmadığını, həmin rüşvət formasında aldığı pulları şöbə rəisi Təqsirləndirilən şəxs xidməti otağında şəxsən özünə verdiyini, sonradan öyrəndiyinə görə şöbə rəisi Təqsirləndirilən şəxs da həmin pullardan 7 faiz götürmək şərti ilə Xidmət rəisi Şahid1 verdiyini, Təqsirləndirilən şəxs ümumi nə qədər pul çatmasından xəbərinin olmadığını, 2022-ci ilin oktyabr ayından isə Şahid1 Təqsirləndirilən şəxs verdiyi göstərişə əsasən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, Təqsirləndirilən şəxs çatan 7 faiz pulun isə idarədaxili xərclərə, dəftərxana xərclərinə, təsərrüfat xərclərinə, çağırışçıların avtobuslarla Naxçıvan şəhərinə aparılmasına və digər gündəlik təlabatlara xərclədiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatı üzrə baş zabit vəzifəsində xidmət edərkən Şərur rayonunda yaşayan müəyyən şəxslərdən müəyyən məbləğlərdə pul vəsaitini alaraq Təqsirləndirilən şəxs verdiyini, yadında qalan 2021-ci ildə vətəndaş Şərur rayon sakini Şahid18 hərbi xidmətə növbəti çağırış üzrə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinə dəvət edildiyini, həmin vətəndaşın xidmətin həkim komissiyasında müayinəsi zamanı onun tam sağlam olması haqqında rəy verildiyi halda Şahid18 möhlət hüququnun verilməsi müqabilində ondan 3.000 (üç min) manat pul vəsaiti alaraq xidməti otağında Təqsirləndirilən şəxs verdiyini, bundan başqa 2022-ci ildə müxtəlif vaxtlarında çağırışçılar Şahid29 və X5 hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi müqabilində hər birindən 3.000 (üç min) manat olmaqla ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaiti alaraq yenə xidməti otağında şöbənin rəisi Təqsirləndirilən şəxs verdiyini, yadında qalmayan bir neçə başqa şəxslərdən də möhlət hüququ verilməsi üçün pul alaraq xidmət rəisi Təqsirləndirilən şəxs verdiyini, verilən rüşvət formasında pulların müqbilində həmin şəxslərə imtiyazlar verildiyini, şöbənin rəisi Təqsirləndirilən şəxs da həmin pullardan bildiyinə görə 7 faizini özünə götürmək şərti ilə Xidmət rəisi Şahid1 verdiyini, Təqsirləndirilən şəxs çatan 7 faiz pulun isə idarədaxili xərclərə, dəftərxana xərclərinə, təsərrüfat xərclərinə xərcləndiyini, 2022-ci ilin oktyabr ayından isə Şahid1 Təqsirləndirilən şəxs verdiyi göstərişə əsasən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid43 ifadəsində oğlu Şahid6 19 mart 2021-ci ildə 18 yaşı tamam olduğunu və həmin ay Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, oğlu Şahid6 Hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin o vaxtkı rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında şəxsən qaynı Şahin tərəfindən yox özü tərəfindən 1800 manat məbləğində pulu təqdim etdiyini və bundan sonra oğlu Ümüdə 1 illik hərbi xidmətdən möhlət hüququ aldığını, hal hazırda oğlu Ümüdin müddətli həqiqi xidmətdə olduğunu, xidmətini davam etdirdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid6 2021-ci ildə universitetə qəbul imtahanında iştirak etmək məqsədilə hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Şahid43 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxsla görüşərək sonuncunun xidməti otağında ona 1.800 manat məbləğində pul verdiyini atasından eşitdiyini, hal hazırda müddətli həqiqi xidmətdə olduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid9 ifadəsində 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən yoxlanış komissiyadan keçmək üçün həmin idarəyə çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün atası Məhərrəm Abbasov tərəfindən xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 onun xidməti otağında 1800 manat məbləğində pulu şəxsən təqdim edildiyini və bundan sonra 1 illik hərbi xidmətdən möhlət hüququ verildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid10 ifadəsində 2022-ci ildə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün həmin idarəyə çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün atası Qərib Nəcəfov tərəfindən xidmətin Şərur rayon idarəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında 1800 manat məbləğində pulu şəxsən verdiyini və bundan sonra 6 aylıq hərbi xidmətdən möhlət hüququ aldığınə göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid13 ifadəsində 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin adını xatırlamadığı əməkdaşına 1800 manat məbləğində pulu şəxsən verdikdən sonra hərbi xidmətdən möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid16 ifadəsində oğlu Osman Əhmədovun 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin o vaxtki rəisi Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu şəxsən verdiyini və bundan sonra oğlu Osmana 1 illik hərbi xidmətdən möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid17 ifadəsində oğlu Nəbi Məmmədovun 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün həmin idarəyə çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 1800 manat məbləğində pul verdiyini və bundan sonra Nəbiyə 1 illik hərbi xidmətdən möhlət hüququ aldıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid18 ifadəsində 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən həkim komissiyasından keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid3 3000 manat məbləğində pul verdiyini o da öz növbəsində xidmətin Şərur rayon idarəsinin həmin vaxtkı rəisi Təqsirləndirilən şəxsla danışdıqdan sonra 3 illik hərbi xidmətdən möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid19 ifadəsində oğlu Aslan Məmmədovun 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün həmin idarəyə çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin əməkdaşı Etibar adlı şəxsə 3000 manat məbləğində pul verdiyini və bundan sonra oğlu Aslana 3 illik hərbi xidmətdən möhlət hüququ verildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid20 ifadəsində 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən həkim komissiyasından keçmək üçün çağırıldığını, hərbi xidməti FHNnin hərbi hissəsində keçmək üçün atasının xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 ilə söhbət etdiyini və sonradan bildiyinə və atasının dediyinə görə 1500 manat pul verildiyini bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid24 ifadəsində 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmət yeri olaraq Daxili Qoşunların hərbi hissəsinin müəyyən edilməsi üçün xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 1500 manat məbləğində pulu şəxsən verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid26 ifadəsində 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmət yeri olaraq Daxili Qoşunların hərbi hissəsinin müəyyən edilməsi üçün xidmətin Şərur rayon idarəsinin tanımadığı əməkdaşına pul təklif etsə də imtina etdiklərini, sonradan Naxçıva Muxtar Respublikası Səfərbərlik xidmətinin inzibati binasında arxa qapıdan girərək sağdan 3-cü otağa keçib orada tanımadığı və adını bilmədiyi bir əməkdaşa 1500 manat məbləğində pul verdikdən sonra Şərur rayon idarəsi tərəfindən göndərilərək Daxili Qoşunların hərbi hissəsində xidmətə başladığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid28 ifadəsində oğlu X4 X24 bürosunda müavin vəzifəsində çalışdığını, 2022-ci ilin iyul ayında hərbi xidmətə çağırış üzrə Şərur rayon hərbi komissarlığından çağırılaraq X1 N saylı hərbi hissəsinin Şərur rayonu taborunda xidmət etməsi üçün, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin çağırış bölməsinin rəisi Şahid2 1.500 manat məbləğində pul verdiyini, sonradan həmin pulun xidmət rəisi Təqsirləndirilən şəxsla verildiyini və möhlət hüququ aldıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid29 ifadəsində, “böyrək çatışmazlığı” xəstəliyindən əziyyət çəkdiyi üçün həqiqi hərbi xidmət keçmədiyini, 2009-cu ilin iyul ayında hərbi həkim komissiyasının rəyi əsasında hərbi xidmətə yararsız hesab edilərək 3 illik möhlət hüququ aldığını, bundan sonra ona müvafiq olaraq 2013, 2016 və 2019-cu illərdə də 3 (üç) illik möhlət hüququ aldığını, 2022-ci ilin mart ayının sonlarında o, yoxlanışlardan keçmək üçün yenidən çağrılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsində Şahid3 adlı şəxsə onun xidməti otağında 3 (üç) illik möhlət hüququ verilməsi üçün 3000 (üç min) manat pul verdiyini, onun da həmin pulu sonradan Xidmət rəisi Təqsirləndirilən şəxs verdiyini eşitdiyini, sonradan verdiyi pula görə möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid32 ifadəsində 2021-ci ilin oktyabr ayında atası Şahid33 tərəfindən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs 5.000 manat məbləğində pul vəsaiti verildiyini və həmin pulun müqabilində həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Şərur rayon sakini Şahid33 atası Şahid32 ifadəsinə uyğun ifadə verərək atası Şahid32 Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs 5.000 manat məbləğində pul vəsaiti verildikdən sonra həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid7 ifadəsində oğlu Ural Əhmədovun 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, Hərbi xidmətdən möhlət hüququ almaq üçün Naxçıvan MR SHXÇDX-nın rəisi Şahid1 xidməti otağında 1800 manat məbləğində pulu şəxsən təqdim etdiyini və bundan sonra oğlu Urala Şərur rayon idarəsi tərəfindən 6 aylıq hərbi xidmətdən möhlət hüququ verildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid39 ifadəsində 2021-ci ildə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs 3.000 manat məbləğində pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid40 ifadəsində 2021-ci ilin oktyabr ayında atası Əfqan Heydərov vasitəsilə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin tanımadığı əməkdaşına Şərur rayon şöbəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs verilməsi üçün 6.000 manat məbləğində pul verdikdən sonra ona həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun verildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid42 ifadəsində 2022-ci ildə atası Mehman Əsədov vasitəsilə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1.800 manat məbləğində pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid35 ifadəsində 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs 2.000 manat məbləğində pul verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid36 ifadəsində 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Salman Cəfərovun dediyinə görə onun vasitəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin tanımadığı əməkdaşına Şərur rayon şöbəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs verilməsi üçün 1.800 manat məbləğində pul verdiyini və möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid37 ifadəsində 2020-ci ildə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Məhəmməd Şirəliyev vasitəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin əməkdaşı Şahid2 1.800 manat məbləğində pul verdiyini, sonradan bildiyinə və eşitdiyinə görə onun da həmin pulu xidmət rəisi Həsən müəllimə verdiyini və bir illik möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid41 ifadəsində 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşı vasitəsi ilə Şərur rayon şöbəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs 1.800 manat məbləğində pul verdikdən sonra bir illik möhlət hüququ aldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şərur rayon sakini Şahid22 ifadəsində oğlu Ülvi Qasımovun 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün həmin xidmətə çağrıldığını, oğlunun hərbi xidməti Daxili Qoşunların hərbi hissəsində keçməyi üçün xidmətin Şərur rayon idarəsinin keçmiş rəisi Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu şəxsən verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Şərur rayon sakini Şahid34 ifadəsində həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun verilməsi üçün babası Fərhad Həsənovun ona dediyinə görə onun tərəfindən Şərur rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binasında adını bilmədiyi şəxsə Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs verməsi üçün 1.800 manat məbləğində pul vəsaiti verildiyini və ona möhlət hüququ alındığını, möhlət hüququ başa çatdığından artıq N saylı hərbi hissədə hərbi xidmətini davam etdirdiyini göstərdi. Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən, ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini X15 ifadəsində 2022-ci ilin iyul ayında atası Şahid16 vasitəsilə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1.800 manat məbləğində pul verdiyini göstərmişdi. Məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən, ıbtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid5 ifadəsində 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrıldığını, lakin səhhətində problemlər olduğundan hərbi xidmətə getmək istəmədiyi üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Vüsal Əliyevdən 3 illik möhlət hüququnun verilməsinə köməklik etməsini xahiş etdiyini, bu səbəbdən də onun 5.000 (beş min) manat məbləğində pul istədiyini, Naxçıvan şəhərində yerləşən ”57” adlanan ərazidə həmin məbləğdə pulu Vüsal Əliyevə verdikdən sonra Şərur rayon idarəsi tərəfindən hərbi həkim komissiyasından keçərək 3 illik möhlət hüququ aldığını göstərmişdir. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid8 ifadəsində oğlu Ruslan Tağızadənin 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün Şərur rayon idarəsinin keçmiş idarə rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında 5000 manat məbləğində pulu şəxsən əlbəəl təqdim etdiyini və bundan sonra Ruslana 3 illik hərbi xidmətdən möhlət hüququ verildiyini göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid11 ifadəsində 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin həmin vaxtki rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında 5000 manat məbləğində pulu şəxsən verdiyini və bundan sonra hərbi xidmətdən möhlət hüququ aldığını göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən İbtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid14 ifadəsində 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını hərbi xidmətdən möhlət hüququ almaq üçün qardaşı Kərimxan Abdinov tərəfindən xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 3600 manat məbləğində pulu şəxsən verdiyini və bundan sonra ona 2 illik hərbi xidmətdən möhlət hüququ aldığını göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən İbtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid, Şərur rayon sakini Şahid15 ifadəsində övladı Vüsal Rzayevin 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin adını xatırlamadığı əməkdaşına 3000 manat məbləğində pulu şəxsən verdiyini və bundan sonra Vüsal Rzayevə 3 illik hərbi xidmətdən möhlət hüququ verildiyini göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək üzrlü səbəblərdən məhkəmə baxışı iclaslarında iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid21 ifadəsində 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidməti Daxili Qoşunların hərbi hissəsində keçmək üçün xidmətin Şərur rayon idarəsinin əməkdaşı Şahid2 1000 manat məbləğində pul verdiyini göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid12 ifadəsində oğulları Rüfət Qasımov və Hikmət Qasımovun 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsində keçmiş idarə rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında 6800 manat məbləğində pulu şəxsən verdiyini göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ibtidai istintaqda ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid4 2020-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, həmin dövrdə hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs xidməti otağında ona 4000 (dörd min) manat məbləğində pul verdiyini göstərmişdi. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ıbtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid27 ifadəsində oğlu X9 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin keçmiş idarə rəisi Təqsirləndirilən şəxs onun xidməti otağında 1800 manat məbləğində pulu şəxsən verdiyini göstərmişdir. Məhkəməyə teleqramma ilə müraciət edərək məhkəmə baxışı iclaslarında üzrlü səbəblərdən iştirak etməyən ıbtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Şahid23 hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin keçmiş rəisi Təqsirləndirilən şəxs 500 manat məbləğində pulu şəxsən verərək 3 aylıq hərbi xidmətdən möhlət hüququ aldığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş hal-hazırda Türküyə Respublikasında işləyən X20 ifadəsində 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, hərbi xidmətdən möhlət hüququ almaq üçün xidmətin Şərur rayon idarəsinin keçmiş rəisi Təqsirləndirilən şəxs 1800 manat məbləğində pulu şəxsən verərək 1 illik hərbi xidmətdən möhlət hüququ aldığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən ibtidai istintaqında ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid Şərur rayon sakini Hal-hazırda Türküyə Respublikasında işləyən Şahid30 ifadəsində 2021-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılaraq hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün Naxçıvan MR SHXÇDX-in Şərur rayon şöbəsinin rəisi Təqsirləndirilən şəxs 5.000 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə heyəti ərizə və teleqrammalarla müraciət edərək məhkəmə iclasına gəlməyən şahidlərlə bağlı məhkəmə iclasına gəlmələrini istisna edən halları üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclaslarının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olur ki, onlar CPM-nin 329-cu maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Bu səbəbdən də dövlət ittihamçısı çıxışında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid38 verdiyi ifadə və ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadələri tədqiq edilərək elan edilmiş Şahid31 ibtidaii istintaq zamanı verdikləri ifadələrilə bağlı münasibətləri olmadığından həmin şəxslərin ifadələri sübutlar siyahısından xaric edilməsini təklif etdiyini göstərdi. Məhkəmə heyəti dövlət ittihamçısının təklifini və digər tərəflərin çıxışlarındakı qeyd olunan məhkəmə iclasına gəlməyən şahidlərlə bağlı qeyd etdiklərini dinləyərək belə hesab edir ki, şahidlər Şahid38 məhkəmədə verdiyi ifadəsini və Şahid31 ibtidai istintaq zamanı verdikləri ifadələr sübutlar siyahısından xaric edilsin. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5, 321.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə heyəti hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək baş vermiş cinayət əməlinin açılmasında və onun digər iştirakçılarının ifşa olunmasında fəallıq göstərməsini, alınmış rüşvət formasında vəsaitlərin bir başa xidmət rəisi Şahid1 göstərişi ilə almasını, bu işdə onun günahının olmamasını, alınmış pul vəsaitlərin yalnız 7 (yeddi) faizinin ona çatmasını göstərsə də onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Şahid1 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuş və 2023-cü ilin aprel ayınadək həmin vəzifədə xidmət etmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış çağırışçılara möhlət hüququnun verilməsi üçün rüşvət formasında ümumilikdə 390.810 (üç yüz doxsan min səkkiz yüz on) manat məbləğində pul vəsaiti əldə edilərək şəxsən özü tərəfindən Şahid1la iş birliyinə, yəni cinayət əməlinə girərək həmin rüşvət formasında yığılmış pulları ona çatdırılmışdır. Həmin rüşvət formasında yığılmış vəsaitin 7 faizi, yəni 27.356 (iyirmi yeddi min üç yüz əlli altı) manatı Şahid1 tərəfindən ona geri verilmiş, əldə edilmiş ümumi vəsaitin 363.454 (üç yüz altımış üç min dörd yüz əlli dörd) manatı isə Şahid1 çatmışdır. Cinayət işinə əlavə edilmiş digər sənədlərdən görünür ki, İbtidai istintaqın ilkin mərhələsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsinin rəisi vəzifəsini icra edən Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə görə özü və üçüncü şəxslər üçün, birbaşa və dolayı yolla, şəxsən və vasitəçidən istifadə etməklə hərbi xidmətə çağırılmış çağırışçılara möhlət hüququnun verilməsi üçün pul qismində həmin şəxslərdən maddi nemət olan rüşvət istəmiş və almışdır. Bu hərəkətlərinə görə Naxçıvan Hərbi Prokurorunun böyük müstəntiqi Emin Səfərov tərəfindən 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixdək Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilərək iki gün şübhəli şəxs qismində saxlanılmışdır. 16 noyabr 2023-cü il tarixdən ona Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunmuş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (5-cild iş vərəqə 107-112) Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 16 iyun 2024-cü il tarixədək uzadılmışdır. Bakı Hərbi Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 16 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. 16 sentyabr 2024-cü il tarixdən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 və 32.5, 321.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yekun ittiham elan edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq müddəti cinayət işinin mürəkkəbliyi ilə əlaqədar 12 mart 2025-ci il tarixli qərarla 14 iyul 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, 2020-2023-cü illər ərzində Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən “Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yarasızdır”, “Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”, “hərbi xidmətə müvəqqəti yarasızdır” hesab edilməklə əsassız olaraq möhlət hüquq verilmiş çağırışçıların ibtidai istintaq zamanı verdikləri ifadələri ilə şəxsi işlərində olan məlumatların eynilik təşkil etməsi bir daha Təqsirləndirilən şəxs və digərlərinin törətdiyi cinayət əməllərinin vaxtı və cinayətlərin törədilmə üsülünu sübuta yetirir. Qeyd edilən kitabçaya ********* nömrəli cinayət işi çərçivəsində 05 noyabr 2024-cü il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 81.470 (səksən bir min dörd yüz yetmiş) manatı hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 808.700 (səkkiz yüz səkkiz min yeddi yüz) manat, qalıq məbləğ 727.230 (yeddi yüz iyirmi yeddi min iki yüz otuz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 45.000 (qirx beş min) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 525.300 (beş yüz iyirmi beş min üç yüz) manat, qalıq məbləğ 480.300 (dörd yüz səksən min üç yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 42.170 (qırx iki min yüz yetmiş) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 547.900 (beş yüz qirx yeddi min doqquz yüz) manat, qalıq məbləğ 505.730 (beş yüz beş min yeddi yüz otuz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 45.800 (qırx beş min səkkiz yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 501.700 (beş yüz bir min yeddi yüz) manat, qalıq məbləğ 455.900 (dörd yüz əlli beş min doqquz yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 12.450 (on iki min dörd yüz əlli) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 179.000 (yüz yetmiş doqquz min) manat, qalıq məbləğ 166.550 (yüz altımış altı min beş yüz əlli) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 16.500,00 (on altı min beş yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 193.800 (yüz doxsan üç min səkkiz yüz) manat, qalıq məbləğ 177.300 (yüz yetmiş yeddi min üç yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 12.100,00 (on iki min yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 119.800 (yüz on doqquz min səkkiz yüz) manat, qalıq məbləğ 107.700 (yüz yeddi min yeddi yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 11.860 (on bir min səkkiz yüz altmış) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 129.400 ( yüz iyirmi doqquz min dörd yüz) manat, qalıq məbləğ 117.540 (yüz on yeddi min beş yüz qırx) manat, 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin şəhər idarəsi və rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından ümumilikdə 267.350 (iki yüz altmış yeddi min üç yüz əlli manat) hərbi həkim komissiyasının üzvlərinə verilməklə 3.005.600 (üç milyon beş min manat altı yüz) manat, qalıq məbləğ 2.738.250 (iki milyon yeddi yüz otuz səkkiz min iki yüz əlli) manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edilərək Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Şahid1 çatdırılmışdır. Cinayət təqibi zamanı toplanmış materiallardan, sənədlərdən, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin keçmiş rəisi Şahid1 tapşırığı ilə tabeçiliyində olan hərbi qulluqçularla, hərbi həkim komissiyasının üzvləri və digər şəxslərlə qabaqcadan əlbir olmaqla törətmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 6-cild iş vərəq 134-də olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. Babək rayon Hacıvar kənd icra nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kəntdə qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Xİİİ-cild iş vərəq 190-da olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Xİİİ-cild iş vərəq 188-də olan Babək rayon Hacıvar kənd icra nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvüləri vardır: 1.X11 (yoldaşı) -xx.xx.1978 2.X12 (oğlu) -xx.xx.2003
3. X16 (oğlu) -xx.xx.2005 4.X7 (anası) -xx.xx.1955 Azərbaycan Respublikası Daxili İşlər İdarəsi Əməliyyat Statistik İnformassiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Xİİİ-cild iş vərəq 177 və 184-də olan medallardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli, 23-24 nömrəli sərəncamı ilə “Hərbi xidmətə görə medalı ilə” “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli medalla” (25 iyun 2019-cu il tarixli) “Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli medalla (25 iyun 2022–ci il tarixli), “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla (xx.xx.2017), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı ilə, 26 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubley medalı ilə (10 fevral 2022-ci il) təltif olunmuşdur. Məhkəmə istintaqı zamanı təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş N saylı hərbi hissədən daxil olmuş N saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə hərbi həkim komissiyasından keçmiş müayinə zamanı “Generalizə olunmuş təşviş pozuntusu,bel-omaradikuliti natamam remissiya mərhələsində,L 4-L5 və L%-S1 fəqərəarası diskin qabarması internal hemorroid grade 11- 111, presbiopiya” xəstəliyi aşkar edildiyi gələcəkdə müalicəyə ehtiyac olunduğu göstərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, eyni zamanda məhkəmənin təşəbbüsü ilə əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Y Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi xəstəliklər dispanserindən alınmış 28.12 2023-cü il tarixli və 28 yanvar 2026-cı il tarixli 3-28-34-4\2185\2026-cı il tarixli məktublarından görünür ki, Babək rayon Hacıvar kənd sakini Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi xəstəliklər dispanserində “Təşviş pozuntusu” diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir biri ilə müqayisə olunur, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddüaları baxımından yanaşaraq belə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə oz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 0, cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə rüşvət formasında toplanmış pul vəsaitlərinin ona deyil, tapşırıq əsasında özündən yuxarı vəzifəli şəxsə çatmasını öz müdafiəsi üçün nəzərdə tutulmuş amildir və məhkəmə heyyəti belə hesab edir ki, onun istinad etdiyi hallar özünü müdafiyə xarakteri daşıyır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və yenidən tərbiyə edilməsinə köməklik göstərir və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 321.1-ci maddəsi üzrə törətdiyi cinayətin davam edən cinayət olduğunu, Təqsirləndirilən şəxs həmin maddə üzrə törətdiyi sonuncu cinayət əməlinin 2020-ciin aprel ayından başlayaraq 2022-ci ilin oktyabr ayınadək, yəni iki il davam etdiyini qeyd edərək öz çıxışında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəllənin 32.5, 321.1-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə isə cəza təyin edilməsini məhkəmə tərkibindən xahiş edərək fikirlərini onunla əsaslandırmışdır ki, İttiham aktından və məhkəmə baxışı iclasında ifadəsi alınmış şahid ifadələrindən və cinayət işinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi Təqsirləndirilən şəxs çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik etməsi ilə bağlı ittihamlar onun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon rəisi vəzifəsində işlədiyi 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək olan dövrə aid olduğundan onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti artıq keçmiş olduğundan onun barəsində həmin maddə ilə cəza təyin edilməməsini, həmin törətdiyi əməllərə görə xitam verilməsini, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin digər 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə adlanan 75-ci maddəsinin 75.1.1-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibini istisna edən hallar adlanan 39-cu maddəsinin 39.1.3-cü bəndinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə tərkibi yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, Cinayət Məcəlləsinin 75.1.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3cü maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 321.1-ci maddəsinə aid hissədə xitam verilməli və həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin digər 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib baş vermiş cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etməsini, ilk dəfə cinayət əməli törətməsini, ailəli olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, müxtəlif vaxtlarda orden və medallarla təltif olunmasını, xidmət yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələrdə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin maddələrin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən (5-cild iş vərəqə 101 və iş vərəqə 187) görünür ki, Naxçıvan Hərbi Prokurorluğunun 14 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək 2(iki) gün şübhəli şəxs qismində saxlanılmış, və 16 noyabr 2023-cü il tarixdən 16 sentyabr 2024-cü il tarixədək 10(on) ay müddətində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir ki, məhkəmə heyyəti ona cəza təyyin edərkən həmin müddətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə aşağıdakilər daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasaən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrində göstərilir ki, Rüşvət alma yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə ələqadar hər hansı hərəkətə (hərəkətsizliyə) görə eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeyidlik müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neymət, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, küllü miqdarda törədildikdə kimi xarakterize olunur ki, sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin qanunun 9.2.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və 16 noyabr 2023-cü ildən 16 sentyabr 2024-cü ilədək barəsində seçilmiş 10(on) ay ev dustaqlığı cəza çəkmə müddətindən çıxılaraq qəti olaraq onun üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı 10 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını o, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. 292990014 nömrəli cinayət işinin ibtidai istintaqın gedişatı zamanı həmin iş üzrə təqsirləndirilən şəxs Şahid1 müdafiəçisinin iştirakı ilə 04 noyabr 2024-cü il tarixdə istintaq orqanına özünün icra etməklə tərtib etdiyi, özündə Naxçıvan Muxtar Respublikası, o cümlədən Şərur rayonu üzrə qeydiyyatı olan həqiqi hərbi xidmət qulluqçularından rüşvət formasında əldə edilən pul vəsaitlərinin məbləği və adlı siyahısını əks etdirən qeydiyyat kitabçasının surəti cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə 2 ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA******* nömrəli şəxsiyyət vasiqəsi cəzanı icra edən orqana göndərilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə heyyəti
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8(səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 16 noyabr 2023-cü ildən 16 sentyabr 2024cü ilədək 10 (on) ay onun barəsində seçilmiş ev dustaqlığı cəza çəkmə müddətindən çıxılaraq qəti olaraq onun üzərində 7(yeddi) il 1(bir) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 10 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd “CD” disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə 2 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Səxavət Hüseynov Hakimlər Polad Həsənov İlham İbrahimov