Məhkəmə qərarları › İş №1-1(092)-39/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-39/2024

03.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-39/2024 03.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxx 2005-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Dəllər qəsəbəsində qeydiyyatda olan, 15 aprel 2024cü ildə barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, N №-li hərbi hissənin 4-cü taborun, 12-ci bölüyün, 2-ci taqımın, 2-ci manqasında xidmət edən, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında pulemyotçu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 26 yanvar 2024-cü il tarixdə saat N radələrində hərbi hissənin şərti olaraq “Əjdəkan” adlanan döyüş mövqeyində 2-ci manqanın komandiri, MAHHXHQ-su çavuş Şahid4 ondan vəzifə borcunu soruşan zaman vəzifə borcunu danışa bilməmiş, bu zaman Şahid4 ona irad bildirib niyə vəzifə borcunu öyrənmədiyini soruşduqda həmin vaxt ərazidə qar təmizləyən 2-ci manqada baş atıcı vəzifəsində xidmət edən, aralarında tabelik münasibətləri olmayan MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs kənardan müdaxilə edib nalayiq ifadə işlədərək istirahətlərin kəs öyrənsinlər dedikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, tabelik münasibətlərinə olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini pozub Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 yumruq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burun sümüyünün qapalı, yerdəyişməyən sınığı” xəsarətini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində 01 iyul 2023-cü ildən N nömrəli hərbi hissənin “Əjdəkan” mövqeyində pulemyotçu vəzifəsində xidmət etdiyini, 26 yanvar 2024cü il tarixdə səhər saat N radələrində xidmət etdiyi mövqenin yataqxanasının qarşısında qar təmizləyərkən post böyüyü MAHHXHQ-su çavuş Şahid4 onların yanına gələrək manqanın əsgərlərini yataqxananın qarşısında düzüb vəzifə borclarını soruşmağa başladığını, həmin vaxt sırada onun, əsgərlər Şahid2, Şahid1 və Şahid3 olduqlarını, həmin postda xidmətinin cəmi 20 gün olduğunu, bu səbəbdən də vəzifə borcunu yaxşı bilmədiyini, MAHHXHQ-su çavuş Şahid4 onlardan bir az aralıda qar atan MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs onun niyə vəzifə borcunu öyrənmədiyini, niyə maraqlanmadığını soruşduqda Zərərçəkmiş şəxs sıranın arxasından hündür səslə nalayiq ifadələr işlədərək “başını niyə yorursan, canı çıxsın, istirahətindən kəs öyrənsin” dediyini, onun söydüyü söyüşdən narahat olaraq qüruruna toxunan söz olduğundan Zərərçəkmiş şəxs tərəf “ yoldaş MAHHXHQ-su əsgər, xahiş edirəm mənimlə söyüşlə danışma” dedikdə onun da əlindəki lapatkanı yerə ataraq ona tərəf gəldiyini, onunla arasında mübahisə yarandığını, söydüyü var-yox söyüşünün ona çox pis təsir etdiyini, ləyaqətinin alçalmış hesab edərək sağ əli ilə Zərərçəkmiş şəxs burnundan var gücü ilə yumruqla bir dəfə vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs burnunun kəskin qanadığını, daha sonra post böyüyü Şahid4 və orada olan əsgər yoldaşlarının onları aralaşdırdıqlarını, post böyüyü Şahid4 hadisə barədə bölük komandiri baş leytenant Vəfədar Əhmədova məruzə etdiyini, həmin vaxt hirsli olduğundan MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs heç bir köməklik etmədiyini, sonradan eşitdiyinə görə onun burnuna vurduğu zərbənin təsiri nəticəsində yer dəyişməyən sınıq əmələ gəldiyini, sifətində uzun müddət göyərmələr olduğunu, törətdiyi əməldən peşman olduğunu, zərərşəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ifadəsində 2023-cü il noyabr ayından N №-li hərbi hissənin 4-cü taborunda, “Əjdəkan” mövqeyində xidmət etdiyini, həmin mövqenin post böyüyü MAHHXHQ-su çavuş Şahid4 olduğunu, 26 yanvar 2024-cü il tarixdə saat N radələrində çavuş Şahid4 yataqxananın qarşısında əsgərləri düzüb onlardan vəzifə borcu soruşduğunu, özünün də bir az aralıda lapatka ilə qar atdığını, lakin diqqətinin əsgərlərin yanında olduğunu, əsgər Təqsirləndirilən şəxs vəzifə borcunu yetərincən bilmədiyindən MAHHXHQ-su çavuş Şahid4 əsgər İ.İsmaylovdan niyə vəzifə borcunu öyrənmədiyini soruşub, niyə onunla maraqlanmadığını soruşduqda əlindəki lapatkanı yerə ataraq onlara yaxınlaşıb ortalığa var yox söyüşü söyərək “istirahətlərini kəs canı çıxsın öyrənsin, özünə dəfələrlə demişəm” dediyini, əsgər İsmayılovun da ona “xahiş edirəm var-yox söyüşü söymə, söyüşlə danışma” dedikdə onunla aralarında mübahisə yarandığını, bu vaxt əsgər Təqsirləndirilən şəxs yenə ona niyə var yox söyüşü söydüyünü soruşaraq anidən onun burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, burnunun bərk qanadığını, burnunda sınıq əmələ gəldiyini, həmin vaxt orada olan əsgərlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 onları aralaşdırdıqlarını, uzun müddət burnundan qan gəldiyini, orada olanların köməkliyi ilə çox çətinliklə burnunun qanını kəsdiklərini, gözaltı nahiyəsində qaralmalar və göyərmələr əmələ gəldiyini, burnundan gələn qan kəsdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq “sən yatma, səni məhv edəcəm, səni öldürəcəm, bu postdan rədd ol çıx get” dediyini, həmin sözləri əsəbi olduğundan dediyini, sonraki müayinələr zamanı burnunda yerdəyişməyən sınıq olduğunu bildiyini, bir müddət müalicə aldığını, hal-hazırda burnunun həmin xəsarət aldığı hissəsindən nəfəsalmada çətinlik çəkdiyini, çətinliklə nəfəs aldığından narahat yatdığını, onu söydüyü söyüşə görə intizam qaydasında on gün müddətində həbs olunduğunu və cəzasını çəkdiyini, təqsirləndirilən şəxsin ondan üzr istədiyini, gənc olmasına görə onu bağışladığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, 26 yanvar 2024-cü il tarixdə saat N radələrində post böyüyü, çavuş Şahid4 onları əsgər yataqxanasının qarşısında düzüb vəzifə borclarını soruşduğunu, həmin vaxt Təqsirləndirilən şəxs vəzifə borcunu yaxşı bilmədiyini, çavuş Şahid4 ona irad bildirib niyə vəzifə borcunu öyrənməməsini soruşduqda onun da posta təzə gəldiyini, çalışıb öyrənəcəyini dediyini, həmin vaxt kənarda qar təmizləyən Zərərçəkmiş şəxs onların söhbətinə yersiz müdaxilə edib “istirahətlərini kəs, zəhmət çəksin vəzifə borcunu öyrənsin” deyərək var-yox söyüşü söydüyünü, əsgər Təqsirləndirilən şəxs da ona niyə söyüşlə danışırsan dedikdə Zərərçəkmiş şəxslə onun arasında mübahisə yarandığını, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs anidən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs burnundan yumruqla bir dəfə vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs burnunun qanadığını, orada olan əsgər yoldaşları ilə birlikdə onları aralaşdırdıqlarını, Zərərçəkmiş şəxs burnunun üzün müddət qanadığını və gözaltı nahiyəsinin qaraldığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində N №-li hərbi hissənin 4-cü taborun şərti adı “Əjdəkan” olan mövqedə xidmət etdiyini, 26 yanvar 2024-cü il tarixdə saat N radələrində çavuş Şahid4 onları əsgər yataqxanasının qarşısında düzüb onlardan vəzifə borclarını soruşduğunu, həmin vaxt Təqsirləndirilən şəxs vəzifə borcunu bilmədiyini, çavuş Şahid4 ona və həmin vaxt kənarda qar təmizləyən MAHHXHQsu əsgər Zərərçəkmiş şəxs öz irad bildirib əsgər İ.İsmaylovun da öyrənəcəyini dediyini, Zərərçəkmiş şəxs ortalığa var-yox söyüşü işlədib “istirahətlərini kəs, canı çıxsın vəzifə borcunu öyrənsin” dediyinə görə əsgər Təqsirləndirilən şəxsla arasında mübahisə yarandığını, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs anidən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs burnundan yumruqla bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs burnunun qanadığını və sifətinin göyərdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N №-li hərbi hissənin 4-cü taborun “Əjdəkan” olan mövqedə xidmət etdiyini, 26 yanvar 2024-cü il tarixdə saat N radələrində post böyüyü çavuş Şahid4 onları yataqxananın qarşısında düzüb vəzifə borclarını soruşduğunu, həmin vaxt əsgər Təqsirləndirilən şəxs vəzifə borcunu lazım olan səviyədə bilmədiyi üçün çavuş Şahid4 ona irad bildirdiyini və bu barədə kənarda qar təmizləyən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs diqqətinə çatdırdığını, onun da lazımsız yerə yersiz müdaxilə edib ümumi olaraq ortalığa var yox söyüşü söyüb nalayiq şəkildə “istirahətlərini kəs, canı çıxsın vəzifə borcunu öyrənsin” dediyini, əsgər İsmayılovun da ona niyə söyüşlə, var-yoxla danışırsan dedikdə Zərərçəkmiş şəxslə onun aralarında mübahisə yarandığını, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs anidən heç kəsin gözləmədiyi halda Zərərçəkmiş şəxs burnundan yumruqla bir dəfə vurduğunu, onun burnunun qanadığını və həmin hissənin göyərdiyini, orada olanlarla birlikdə onları ayırdıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su çavuş Şahid4 ifadəsində N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqım 2-ci manqasının komandiri, post böyüyü vəzifəsində xidmət etdiyini, MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, 26 yanvar 2024cü il tarixdə saat N radələrində mövqenin əsgərlərini yataqxananın qarşısında düzüb vəzifə borclarını soruşarkən əsgər Təqsirləndirilən şəxs vəzifə borcunu yaxşı bilmədiyinə görə ona iradını, kənarda qar təmizləyən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs isə diqqətinə çatdırdığını, əsgər Təqsirləndirilən şəxs da “bilmirəm, ancaq çalışıb öyrənəcəm” dediyini, bu vaxt kənarda qar təmizləyən Zərərçəkmiş şəxs uca səslə var yox söyüşü işlədərək “istirahətlərini kəs, canı çıxsın öyrənsin” dedikdə əsgər Təqsirləndirilən şəxs da ona cavab verərək “niyə söyüşlə danışırsan” dediyini, bu zaman onların arasında mübahisə yarandığını, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs anidən Zərərçəkmiş şəxs burnundan yumruqla bir dəfə vurduğunu, onun burnunun qanadığını, orada olan əsgərlərin köməkliyi ilə çətinliklə də olsa onun burnunun qanını kəsdiklərini, sonradan onun sifətinin həmin hissəsinin göyərdiyini, bu barədə bölük komandirinə, bölük komandirinin isə aidiyyəti üzrə yuxarı komandanlığa məruzə etdiyini göstərdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri onun tam etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işdə olan sair sənədlərlə tam təsdiq olunur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 1-2-də olan cinayət işinin başlaması haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1994-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olan,N nömrəli hərbi hissədə xidmət edən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs qismində tanınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 295 №-li əmrindən çıxarışda Zərərçəkmiş şəxs hərbi hissənin 4-cü tabor 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının baş atıcısı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini pozub Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 yumruq zərbəsi vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burun sümüyünün qapalı, yerdəyişməyən sınığı” xəsarətini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasından keçirilmiş, məhkəmətibbi ekspertin xx.xx.2024-cü il tarixli 83 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “burun sümüyünün qapalı, yerdəyişməyən sınığı” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəritdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. N №-li hərbi hissədən alınmış arayışda N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqım 2-ci manqasının baş atıcısı vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Zərərçəkmiş şəxs ilə 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqım 2-ci manqasının pulemyotçusu əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmadığı göstərilmişdir. Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 125 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya xəstəxanası X5 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 6 №-li əmrindən çıxarışda Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü tabor 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının pulemyotçusu vəzifəsinə təyin edildiyi göstərilmişdir. Zərərçəkmiş şəxs 26 yanvar 2024-cü il tarixdə saat N radələrində N saylı hərbi hissənin 4-cü taborunun “Əjdəkan” adlanan döyüş mövqeyində Təqsirləndirilən şəxs ağır söyüşlərlə təhqir etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən X2 Hərbi Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qərarı ilə onun barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 87-də olan N №-li hərbi hissənin 4-cü taborun 12ci bölüyünün komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabeçilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, törətdiyi əməli səmimi etraf etməsini,müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi əməli nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar